Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-43/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 07 avqust 1996-cı ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, fərdi qaydada taksi fəaliyyəti məşğul olan, Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanədə qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 485,0 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib, idarə etdiyi “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 22 aprel 2023-cü il tarixdə, saat 12:00-da Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi, Socar yanacaq doldurma məntəqəsinin yaxınlığında olan zaman idarə etdiyi “Toyota Prius” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa əyləc işığının nasaz olması səbəbindən Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol X4 Patrul Xidmətinin inspektorları tərəfindən saxlanılarkən özünü şübhəli apardığından Sabunçu Rayon Polis idarəsinin 12ci Polis Şöbəsinə gətirilmiş və orada idarə etdiyi avtomobilə baxış zamanı avtomobilin arxa yük hissəsindən üzərində “Levis" yazısı olan 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 485,0 qram təşkil edən bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Narkotik vasitələrdən bir neçə müddətdir ki, istifadə edir və istifadə etdiyi narkotik vasitəni Bak şəhəri ərazisində anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən alıb. Dəqiq xatırlamadığı tarixdə “İnstagram” sosial platformasında əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşı ona mesaj yazaraq narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuş, o, həmin şəxsə ara-sıra narkotik vasitədən istifadə etdiyini bildirdikdən sonra İran İslam Respublikası vətəndaşı ona narkotik vasitə almasını təklif etmiş, lakin, o, həmin şəxsdən narkotik vasitə almaqdan imtina etmişdir. Daha sonra həmin şəxs ona bir neçə dəfə mesaj yazmasına baxmayaraq o, mesajları cavablandırmamışdır. 21 aprel 2023-cü il tarixdə ona narkotik vasitə lazım olduğu üçün İran İslam Respublikası vətəndaşına “instagram” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu demiş, həmin şəxs narkotik vasitəsinin satışı müqabilində ondan 500 manat tələb etmişdir. Aralarında razılıq əldə edildikdən sonra İran İslam Respublikası vətəndaşı ona narkotik vasitəni götürəcəyi yerin şəklini atmış, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə gedərək yolun kənarında ağacın dibindən 01 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuananı götürərək idarə etdiyi “Toyota Prius” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoymuş, pulu ödəməmək üçün həmin şəxsin mobil nömrəsini blok etmişdir. 22 aprel 2023-cü il tarixdə, saat 12:00-da Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi, Socar yanacaq doldurma məntəqəsinin yaxınlığında olan zaman idarə etdiyi “Toyota Prius” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa əyləc işığının nasaz olması səbəbindən Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol X4 Patrul Xidmətinin inspektorlan tərəfindən saxlanılmış, polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib sürücülük vəsiqəsini təqdim etməsini təklif etmişdir. O, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmağa çalışmış, lakin, davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün polis əməkdaşları onun avtomobilinə baxış keçirərək narkotik vasitəni aşkar edib onu Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək idarə etdiyi “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə polis şöbəsinə gəlmişdir. O, narkotik vasitənin əldə edilməsində, daşınmasında şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. Şöbədə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olubolmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olmadığını bildirərək 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən yenidən ondan hər hansı bir yerdə dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet saxlayıb-saxlamadığı soruşulmuş, bundan sonra o, idarə etdiyi “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində narkotik vasitə saxladığını bildirmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasının həyətində onun idarə etdiyi “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa yük yerində ehtiyat təkərin yanında saxladığı “Levis" yazısı olan 01 ədəd sellofan bükülünü təqdim etmişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi sellofan açılmış, içərisindən ot kütləsi aşkar edilmişdir. Onun idarə etdiyi “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerində narkotik vasitə aşkar olunsa da, qeyd olunan narkotik vasitənin miqdarı təxminən 100 qram olmuş, həmçinin narkotik vasitəni saxladığı sellofan fərqli rəngli olmuşdur. Məhkəmə iclasında maddi sübutun tədqiqi zamanı tədqiq olunan bağlama ilə 22 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirmə protokolu ilə götürülmüş bağlama arasında həcminə görə kəskin ziddiyyət mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində xidmət edir və polis baş serjantı rütbəsi daşıyır. 22 aprel 2023-cü il tarixdə, saat 12:00 radələrində Sabunçu RPİnin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, Socar YDM-nin yaxınlığında inzibati ərazidə xidmət apararkən “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa əyləc işığının nasaz olduğunu görərək həmin avtomobilin sürücüsünə saxla işarəsi vermiş, daha sonra sürücüyə yaxınlaşaraq özlərini təqdim edib sənədlərini təqdim etməsini xahiş etmişlər. “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək avtomobilin yük yerinə baxmış və narkotik vasitəyə bənzər maddə aşkar etmişlər. Bundan sonra həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmiş, həmin şəxs etiraz etməyərək idarə etdiyi “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olmadığını bildirərək 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən yenidən Təqsirləndirilən şəxs hər hansı bir yerdə dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet saxlayıb-saxlamadığı soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində narkotik vasitə saxladığını bildirmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerində ehtiyat təkərin yanında saxladığı “Levis" yazısı olan 01 ədəd sellofan bükülünü təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan açılmış, içərisindən ot kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddənin nə olduğu soruşulmuş, o, həmin maddənin narkotik vasitə marixuana olduğunu, Bakı şəhəri, Qaradağ rayonu ərazisində şəxsi istifadəsi üçün üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi İran İslam Respublikasının vətəndaşından 500 manat müqabilində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan sellofan bükülüdəki zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər hissələrinə yenidən axtarış keçirilmiş, lakin, axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid1 şahid Sabunçu RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 5-ci vərəqəsində olan 22 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-26-cı vərəqəsində olan 22 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarını sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüş, lakin, axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin 29-30-cu vərəqəsində olan 22 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirmə barədə protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş şəxsi axtarış zamanı avtomobilin arxa yük hissəsindən üzərində “Levis" yazısı olan 01 ədəd sellofan bükülüdə tünd yaşıl rəngli ot kütləsi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 36-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 37-38-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/579 nömrəli, 22 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs idarə etdiyi **-US-*** d.n.n-lı “Toyota Prius” markalı avtomobildən götürülmüş ot kütləsi." Yazılar və imzalar olan üzəri skoçla bağlanmış üzərində "Levis" sözü yazılmış göy rəngli sellofan bağlamada 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi- 485,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə marixuanain qalıq çəkisi 484.95 qramdır. Cinayət işinin 78-80-ci vərəqələrində olan 24 aprel 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Tağıyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 81-82-ci vərəqələrində olan 24 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan 24 aprel 2023-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Samsung A23” markalı, üzərində ***-***-**-** GSM nömrəsi olan telefon aparatına baxış keçirilmiş cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumat aşkar edilməmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan 24 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, “Samsung A23” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 94-95-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 13 iyul 2023-cü il tarixli, 4401 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əalmətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 96-102-ci vərəqəsində olan 13 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 484.95 qram narkotik vasitə marixuana məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi“Toyota Prius" markalı **-US- *** dövlət qeydiyyat nişanlı avtomobil keçirilmiş baxış görüntülərini əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 90-91-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Onun idarə etdiyi “Toyota Prius" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerində narkotik vasitə aşkar olunsa da, qeyd olunan narkotik vasitənin miqdarı təxminən 100 qram olmuş, həmçinin narkotik vasitəni saxladığı sellofan fərqli rəngli olmuşdur. Məhkəmə iclasında maddi sübutun tədqiqi zamanı tədqiq olunan bağlama ilə 22 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirmə protokolu ilə götürülmüş bağlama arasında həcminə görə kəskin ziddiyyət mövcuddur......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 22 aprel 2023-cü il tarixdən 24 aprel 2023-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmasına zərurət yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 484.95 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (irimi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 484.95 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-43/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-43/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver