Məhkəmə qərarları › İş №1(008)-434/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-434/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-434/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Baakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022- ci ilin sentyabr ayının əvvəllərindən 2022-ci ilin oktyabr ayının ortalarına qədər olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq bağ massivində yerləşən nömrəsiz evin qarşısına gələrək, hasardan aşma yolu ilə saxlanc yeri hesab edilən həmin evin həyətinə qanunsuz daxil olandan sonra orada saxlanılan X2 məxsus hər biri bir metr uzunluğunda olan 20 manat dəyərində 5 ədəd ümumi 100 manat dəyərində dəmir borularını, hər biri 50 manat olan iki ədəd cəmi 100 manat dəyərində aluminium materialından olan çəlləkləri (su qabı), hər biri 8 manat olan 25 ədəd ümumilikdə 200 manat dəyərində pilləkən üçün nəzərdə tutulmuş dəmir ayaqlıqlarını, bir ədəd 200 manat dəyərində su mühərrikini, hər bir metri 10 manat olan ümumi 150 manat dəyərində 15 metr uzunluğunda olan rezin borularını və hər bir metri 50 qəpik olan ümumi 250 manat dəyərində 500 metr uzunluğunda elektrik naqillərini vahid niyyətlə əhatə edən qəsdlə ələ keçirib zərəçəkmiş şəxs X2 cəmi 1.000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 may 2023-cü il tarixdə, saat 02:00 radələrində ünvan 3 ünvanında yerləşən evin qarşısına gələrək, hasardan aşma yolu ilə yaşayış sahəsi hesab edilən həmin evin həyətinə qanunsuz daxil olandan sonra evin pəncərəsinin şüşəsini özü ilə gətirdiyi dəmir alətlə sındırıb evə daxil olaraq orada saxlanılan Zərərçəkmiş şəxs2 məxsus olan bir ədəd 350 manat dəyərində Rusiya istehsalı olan «Samsung» markalı, «LE40C530F1VV» modelli, 40 düym, qara rəngli televizoru, bir ədəd 200 manat dəyərində təxminən 10 lt tutumlu od samovarını və bir ədəd 300 manat dəyərində «Samsung Galaxy J2» markalı mobil telefon aparatını ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 850 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayının sonlarında dayısı Elçinin evinə gəlmişdi. Orada ona məlum olmuşdur ki, qonşuluqda yaşayan, əvvəldən tanıdığı Günnas adlı qadın 27 aprel 2023-cü il tarixdə Rusiya Federasiyasına toya gedəcək və bir müddət evində olmayacaqdır. Günnas tək yaşadığını və çıxıb getdikdə həmin evdə heç kimin olmayacağını bildiyi üçün qeyd olunan ünvandan oğurluq etmək qərarına gəldi. Belə ki, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğuna görə onları alıb istifadə etmək üçün pula ehtiyyacı olmuşdur. Günnasın çıxıb getdiyinə əmin olduqdan sonra, 06 may 2023-cü il tarixdə gecə saat 02:00 radələrində onun yaşadığı ünvanın qarşısına gəlib hasardan evin həyətinə keçdi. Kiminsə qəfildən gələcəyindən ehtiyyat edərək evin həyətində içəridən giriş darvazanısının cəftəyini balğadı. Bundan sonra evin həyətində yerdə armatur görüb götürdü və ilk olaraq həmin armaturla ayrıca tikili olan mətbəxin taxta qapısını sındırıb içəri daxil oldu. Orada hər hansı bir qiymətli əşya tapmadığı üçün gözü çarpayıya sataşdı. Çarpayının döşəyini qaldırıb orada bir ədəd işlək vəziyyətdə olmayan «Samsung Galaxy J2» markalı mobil telefon aparatın olduğunu görüb həmin mobil telefon aparatını götürüb bayıra çıxdı. Daha sonra 1 mərtəbəli yaşayış evin taxta pəncərəsinin şüşəsini armaturla sındırıb evin qonaq otağına daxil oldu. Orada 01 ədəd «Samsung» markalı televizor və 01 ədəd odun samovarı aşkar etdi. O əvvəlcə televizoru götürüb pəncərədən çıxartdı və hasardan bayıra keçirdərək yaxınlıqda yerləşən Seyidlər qəbirsanlığına aparıb orada bir yerə gizlətdi. Sonra qayıdıb eyni qaydada evin həyətinə hasardan keçib pəncərədən qonaq otağına daxil olmaqla samovarı da pəncərədən çıxartdım və qəbirsanlığa yollandı. Televizor və samovarı bir bir yaşadığı evə apardı ki, sonra əlverişli şəraitdə onları sata bilsin. Yaşadığı ev həyət evidir və o televizorla samovarı evimin həyətində olan əldamında gizlətdi ki, ailə üzvləri onları görməsinlər. «Samsung» markalı mobil telefon aparatını o Sabunçu qəsəbəsində yerləşən «Bit» bazarı deyilən yerdə yoldan keçən tanımadığı şəxsə 20 manata satmışdır. Pulları öz ehtiyyaclarına xərcləmişdir. 08 may 2023-cü il tarixdən 09 may 2023- cü il tarixə keçən gecə saatlarında polis əməkdaşları ünvan 2 ünvanda yaşadığı evə gəlib onu 14-cü Polis Bölməsinə aparmışlar. O da X9 xanımın evindən oğurluq etdiyini etiraf edərək cinayət yolu ilə ələ keçirdiyi televizor və samovarı evinin həyətində gizlətdiyini demişdir. Bundan sonra onun razılığı əsasında polis əməkdaşları onunla birlikdə evinə getdilər və o oğurladığı samovarı və «Samsung» markalı televizoru onlara təhvil vermişdir. Cinayət hadisəsini o tək törətmişdir, başqa bir şəxs ona köməklik göstərməmiş, bu barədə yaxın qohumları və digər tanışlarına deməmişdir.Zərərçəkmiş şəxs1 oğurluğu o etməmişdir. Onun həmin hadisədən xəbəri yoxdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona bağışlınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində Albalıq yaşayış massivində ona məxsus olan bağ evi var, həmin bağ evində daimi yaşayış yoxdur. Bu səbəbdən bağı nəzarət etmək üçün o aradabir ilin payız-qış aylarında bağa nəzarət qaydasında gəlib gedir. 2022-ci ilin avqust ayının axırlarında o bağa baş çəkdi, bağda heç bir oğurluq hadisəsinin baş verdiyini aşkar etməmişdir. 2022-ci ilin sentyabr ayının ortalarında o bağ evinə baş çəkəndə gördü ki, həyətində saxladığı hər biri bir metr uzunluğunda olan 5 ədəd dəmir boruları ümumi 100 manat dəyərində (metri 20 manat), və bir ədəd 50 manat dəyərində aluminium materialından olan çəllək (su qabı) yoxa çıxmışdır. Bağ evinin darvazasının üzərində olan qıfıl və evin üzərində olan qapı pəncərələr salamat vəziyyətdə olmuşlar. Həmin əşyaların həyətdə olmadığları gözünə sataşdı, lakin o buna əhəmiyyət verməmişdir. Onları kimsə oğurlaya bilməsini fikirləşməmişdir. Özü onları harasa qoyub yerlərini dəyişməmişdir. Buna görədə o bu barədə heç bir hüquq mühafizə orqanlarına məlumat vermədi. 2022-ci ilin oktyabr ayının əvvəllərində o yenədə bağa baş çəkdi və gördü ki, bağın həyətində saxladığı aluminium materialından olan ikinci çəllək (su qabı) 50 manat dəyərində və 25 ədəd hər biri 8 manat olmaqda ümumi 200 manat dəyərində pilləkən üçün nəzərdə turulmuş dəmir ayaqlıqları yoxa çıxmışdır. Həmin əşyaların orada olmadığını gördükdə o bildi ki, həyətə kimsə hasardan tullanıb daxil olaraq oradan həmin əşyaları oğurlamışdır. 29 oktyabr 2022-ci il tarixdə, saat 14:00 radələrində o yenə də bağ sahəsinə baş çəkəndə gördü ki, həyətində quraşdırdığı bir ədəd 200 manat dəyərində su matoru, hər bir metri 10 manat olan ümumi 150 manat dəyərində 15 metr uzunluğunda olan rezin borular və hər bir metri 50 qəpik olan ümumi 250 manat dəyərində 500 metr uzunluğunda elektrik naqillər oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 1.000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 27 aprel 2023-cü il tarixdə Rusiya Federasiyasında yaşayan övladlarının yanına getmişdir. 07 may 2023-cü il tarixdə, 18:00 radələrində Bakı şəhərində yaşayan qızı Şahid1 ona zəng edərək, yaşadığı evdə oğurluq hadisəsinin baş verməsini bildirmişdir. Sonra qızı Şəbinə onunla görüntülü telefon əlaqə saxlayaraq evdən hansı əşyaların oğurlanıb-oğurlanmamasını soruşmuşdur. Görüntü zamanı evin qonaq otağında bir ədəd «Samsung» markalı televizorun yerində olmadığını, sonra isə digər otaqda bir ədəd od samovarının yerində olmadığını görmüşdür. Sonra danışıq zamanı qızı Şəbinə ondan evdə pul və qızıl-zinət əşyalarının olub-olmamasını soruşduqda, o, cavabında evdə pul və qızıl-zinət əşyalarım saxlamadığım demişdir. Eləcə də, görüntü zamanı evin qapısının sındırıldığım, pəncərə şüşələrinin çıxarıldığını göstərmişdir. 15 may 2023-cü il tarixdə o Rusiya Federasiyasından yaşadığı evə qayıtmışdır. Baş vermiş hadisədən daha nələrinsə oğurlanmasını bilmək üçün o, evə yenə baxış keçirtmiş və mətbəxdə olan çarpayının döşəyin altına qoyduğu «Samsung Qalaxy J2» markalı mobil telefonunun yerində olmadığım və oğurlandığım aşkar etmişdir. Həmin telefonu hansı qiymətə aldığı yadında qalmayıb, amma təxminən 300 manat qiymət olmuşdur. Mobil telefonun imei kodunu bilməmiş, lakin təxminən 1 il bundan əvvəl həmin mobil telefonda ***-***-**-** saylı nömrədən istifadə etmişdir. Sonradan ona məlum olmuşdur ki, yaşadığı evdən oğurluq edən şəxs qonşuluqda yaşayan Elçinin bacısı oğlu Ağaxandır. Onun evindən bir ədəd 1.200 manat dəyərində «Samsung» markalı, 106 dioqanallı televizor, bir ədəd 200 manat dəyərində od samovarı və bir ədəd 300 manat dəyərində «Samsung Qalaxy J2» markalı mobil telefonu oğurlanmışdır. Baş vermiş hadisə ona ümumilikdə 1.700 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Bilgəh qəsəbəsində yerləşən özünə məxsus olan əlvan metalların alqı satqı məntəqəsində işləyir. 2022-ci ilin sentyabr-oktyabr aylranda o işlədiyi məntəqədə olan zamanı ona Ağaxan adlı şəxs yaxınlaşıb dəmir boruları, elektrik naqilləri, aluminium çənləri, plastmas borularını satmışdır. Ağaxan özünü ona usta kimi təqdim edib bildirmişdir ki, həmin mallar özünə məxsusdur, müştərilərin evlərində təmir işləri ilə məşğul olur, artıq materiallar qalanda müştərilər həmin materialları ya tullayır ya da onun özünə hədiyyə edirlər. O da həmin artıq qalmış materialları əlvan metalların qəbulu məntələqərinə satıb əldə etdiyi pulları öz ehtiyyaclarına xərcləyir. Ağaxan ona hissə-hissə təqdim etdiyi malları özünə məxsus olduğunu bildirib onu inandırdı və o ondan həmin malları ümumi 70 manata almışdır. Ağaxan 2022-ci ilin sentyabr oktyabr aylarında malları ona hissə-hissə gətirib verirdi, o da Ağaxana pulu gətirdiyi mallara görə ödəyirdi. Ümumilikdə Ağaxana 70 manat məbləğində pulu vermişdir. Bundan sonra o Ağaxanı görməmişdir. Ağaxanın ona satdığı əşyaların onun cinayət yolu ilə əldə etməsi barədə məlumatı olmayıb, Ağaxan həmin əşyaları ona satanda tək olmuşdur, yanında digər şəxs olmayıb. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun anasıdır. Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanda tək yaşayır. Həmin ev həyət evidir. 27 aprel 2023-cü il tarixdə anası Rusiyada yaşayan qohumlarının yanma qonaq getmişdir. Evin ehtiyyat açarları onda da olmuşdur. 07 may 2023-cü il tarixdə, saat 17:45 radələrində qızı ilə birlikdə anasının evinə nəzarət etmək məqsədi ilə getmişlər. O açarla həyətin darvazasının üzərində olan qıfılını açanda qapının arxa tərəfdən çəftə ilə bağlı olduğunu gördü. Qızına dedi ki, hasardan tullanıb darvazanın qapsının çəftəsini həyət tərəfdən açsın. Qızı hasardan həyətə tullanıb qapını arxadan açanda o həyətə daxil oldu və gördü ki, evin həyətində əsas evdən ayrı tikilən mətbəxin və evin qapıları açıq vəziyyətdədir. Evin pəncərəsinin şüşəsi ilə sındırılmışdır. Evdən oğurluq hadisəsinin baş verdiyini düşünüb, ilk öncə o mətbəxə daxil oldu, lakin orada heç bir qiymətli əşyalar saxlanılmadığına görə mətbəxdən heç nə oğurlanmamışdır. Sonra o evə daxil olanda evdə saxlanılan anasına məxsus olan 1 ədəd «Samsung» markalı televizor, 1 ədəd odun samovarın oğurlandığını görmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2717 saylı, 12 iyun 2023-cü il tarixli məhkəmə ərzaq və sənaye mallarının əmtəəşünaılıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 550.00 manat müəyyən edilir. O cümlədən: 01 ədəd Rusiya istehsalı olan «Samsung» markalı, «LE40C530F1W» model, 40 düyüm, qara rəngli televizor – 350.00 manat, 01 ədəd üzərində heç bir markalanma göstəriciləri olmayan, təxminən 10 litr tutumlu od samovarı-200.00 manat. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)27/2024 saylı, 04 iyun 2024-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 1(008)27/2024 saylı, 04 iyun 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu «04» ay, «02» gün müddətinini «01» günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla, onun cəzasından «08» ay, «04» gün çıxılaraq üzərində qəti olaraq «02» il, «03» ay, «26» gün müddətinə azadlığın məhdudulaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədilmə təkrar törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunverciliyə görə cəza törədilmiş cinayətə görə sitəm olmayıb, eyni zamanda məhkumun islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin törədilməsi məqsədini daşıyır. Cinayət işinin materiallarında olan 11 may 2023-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,36). Cinayət işinin materiallarında olan 13 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismndə cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 41). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması Bakı şəhəri, Sabunçu rayon prokuroru tərəfindən verilmiş 13 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh.,55). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində 13 may 2023-cü il tarixdə qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh.,55). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdən 13 may 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanılması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «30» may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. İş üzrə zərərçəkmiş şəxsə X5 məxsus olan Rusiya istehsalı olan bir ədəd «Samsunq» markalı televizorun və bir ədəd 10 litr tutumlu od samovarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)27/2024 saylı,04 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulsun, hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «03»(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)27/2024 saylı,04 iyun 2024-cü il tarixli hökmü ilə nəzərə alınmış şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı «04» (dörd) ay, «02» (iki) gün, hazırki iş üzrə 11 may 2023-cü il tarixdən, 13 may 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «07» (yeddi) ay, «26» ( iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «30» may 2024-cü il tarixdən hesablansın. İş üzrə zərərçəkmiş şəxsə X5 məxsus olan Rusiya istehsalı olan bir ədəd «Samsunq» markalı televizorun və bir ədəd 10 litr tutumlu od samovarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar