Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-436/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Sabiq qızının, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Rusiya Federasiyası, Kemerov vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Gəncə Təndiri” adlı obyektin icarədarı işləyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Talıstan kəndində qeydiyyatda olmaqla, ünvan 11də yaşayan barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs olaraq işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və lazımi qaydada yerinə yetirməməsi nəticəsində 6 nəfər zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına, yəni ehtiyatsızlıqdan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə zərər vuran digər ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş idarəsində xx.xx.2021-cı il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyata alınaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan istənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək, işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə müvafiq əmək şəraiti yaratmaq, qüvvədə olan normativ aktları rəhbər tutaraq ekoloji təhlükəsizliyin, əməyin mühafizəsini, təhlükəsizlik texnikasını, istehsal gigiyenasını və sanitariyasının təmin edilmək, eləcə də digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi əlverişli məkanda yerləşməklə icarəyə verilən qeyri-yaşayış sahəsi tapıb orada un məmulatlarının istehsalı və satışı obyektini təşkil etmək məqsədilə xx.xx.2020-ci il tarixdə X3 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən dövlət reyestrindən çıxarış əsasında rəsmləşdirilən Bakı şəhəri, ünvan 2 (indiki Cəlil Cəlilov küçəsi) ünvanında yerləşən qeyri-yaşayış sahəsini 07 iyul 2021-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə götürmüş, həmin qeyri-yaşayış sahəsində “Gəncə Təndiri” adı altında fəaliyyət göstərəcək un məmulatlarının istehsalı və satışı obyektini zəruri avadanlıqlarla təchiz edib icarə müqaviləsinin 2.2.5-ci bəndinə əsasən icarə obyektində yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarına əməl olunması öhdəliyini öz üzərinə götürsə də, vəzifəli şəxs kimi ona həvalə olunmuş həmin vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə həyata keçirməyib, öz əməlinin başqalarının ağır və digər xəsarətlər almasına səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək cinayətkarcasına etinasızlıq göstərib 25 may 2001 -ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 4.6 bəndinin tələbinin görə “Otaqları icarəyə götürdükdə, həmin binam təyinatı üçün yanğına qarşı tələblər icarədarlar tərəfindən yerinə yetirilməlidir”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.4.1 bəndinin tələbinə görə istehlakçılara qadağandır “Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini və tələblərini həyata keçirmək” kimi qüvvədə olan normativ sənədlərin və icarə müqaviləsinin həmin tələblərinə əhəmiyyət verməyərək 2023- cü ilin fevral ayında Qaz paylayıcısına məlumat vermədən “Gəncə Təndiri” adı altında fəaliyyət göstərən həmin obyektin şirniyyat istehsalı otağında obyektin daxili ilə çəkilmiş diametri 40 mm olan polad qaz borusuna özbaşına müdaxilə edərək qazın təziqinin artırılması üçün sertifikatlaşdırılmamış elektrik nasosunun quraşdırılmasını təşkil etməklə səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq öz işinə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini yerinə yetirməmiş və lazımı qaydada yerinə yetirməmiş, nəticədə 26 iyun 2023cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, ünvan 2 (indiki Cəlil Cəlilov küçəsi) ünvanında yerləşən “Gəncə Təndiri” adı altında fəaliyyət göstərən obyektin şirniyyat istehsalı otağında quraşdırılmış həmin elektrik nasosunun qaz borusuna birləşən hissəsindən obyektin daxilinə təbii qazın sızması səbəbindən qaz-hava qarışığı əmələ gəlmiş və həmin qarşığın hansısa alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş vermiş güclü partlayış zamanı obyektdə şirniyyatçı vəzifəsində çalışan Zərərçəkmiş şəxs1 termiki alovun təsirindən əmələ gəlmiş yanıq şoku ilə müşayət olunan sifətin, hər iki yuxarı ətrafın, gövdənin və hər iki aşağı ətrafın arxa səthlərinin ümumi bədən səthinin 45%-ni əhatə edən ll-lll dərəcəli dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya termiki yanıq yaraları, xadiməçi vəzifəsində çalışan Zərərçəkmiş şəxs3 termiki alovun təsirindən əmələ gəlmiş sifətin, boyunun, hər iki yuxarı ətrafın və gövdənin arxa səthinin ümumi bədən səthinin 25%-ni əhatə edən ll-lll dərəcəli dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid termiki yanıq yaraları, kassir vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 termiki alovun təsirindən əmələ gəlmiş sol qulaq seyvanı, boyun, sağ əl, sol yuxarı, sağ və sol aşağı ətraf nahiyələrinin ümumi bədən səthinin 15%-ni əhatə edən ll-lll dərəcəli dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aid termiki yanıq yaraları, xadiməçi işləyən Zərərçəkmiş şəxs4 bərk küt əşyanın təsirindən əmələ gələn sol mil sümüyünün sınığı və termiki alovun təsirindən əmələ gəlmiş hər iki yuxarı ətraf, döş qəfəsi, hər iki bud və hər iki diz nahiyələrinin ümumi bədən səthinin 14%i əhatə edən ll-lll dərəcəli dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aid termiki yanıq yaraları, obyektdə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs5 termiki alovun təsirindən əmələ gəlmiş başın, sifətin, boyunun və hər iki yuxarı ətrafın ümumi bədən səthinin 20%-ə qədərini əhatə edən l-ll-lll dərəcəli dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid termiki yanıq yaraları və digər müştəri Zərərçəkmiş şəxs6 termiki alovun təsirindən əmələ gəlmiş alın, sol qulaq seyvanı, sağ qulaq seyvanı, burun, hər iki yanaq, sağ bazu, sağ dirsək, sağ said, sol dirsək, sol said və hər iki mil- bilək oynağı nahiyələrinin üzmumi bədən səthinin 12%-ni əhatə edən l-ll dərəcəli dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid termiki yanıq yaraları kimi xəsarətlər almaları səbəbindən ümumilikdə 6 nəfər zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına, yəni ehtiyatsızlıqdan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə zərər vuran digər ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən də “Gəncə Təndiri” adlı obyekti icarəyə götürdükdən sonra un məmulatlarının istehsalı və satışı ilə məşğul olmuş, obyektin yanğın və təhlükəsizlik qaydalarına cavabdehliyi özü daşımış, obyektin fəaliyyətinə özü rəhbərlik etmiş, işçiləri işə özü qəbul etmişdir. 2023-cü ilin fevral ayında dəqiq yadında qalmayan tarixdən etibarən obyektin şirniyyat istehsal olunan otağında təbii qazın təziqinin artırılması üçün “Azəriqaz” İB-nə məlumat vermədən elektrik nasosunun quraşdırılmasını təmin etmişdir. İşçilər otaqdan qaz iyinin gəldiyini hiss etdiklərini bildirdikləri üçün bir neçə dəfə həmin nasosu təmir etdirib, sonra isə yenisi ilə əvəz etdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində həmin elektrik nasosundan qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 4 nəfər onun işçisi, 2 nəfəri isə müştəri olmaqla ümumilikdə 6 nəfər müxtəlif xəsarətlər almışlar. Hadisə vaxtı orada olmamış, sonradan xəbər tutub xəstəxanaya getmiş, bütün müalicə xərcləri tərəfindən qarşılanmışdır. Özünü günahkar hiss edir, istəməzdir ki, belə bir hadisə baş versin. Səhlənkarlıq etdiyi üçün peşimandır. Zərərçəkmiş şəxslərin bugünədək müalicəsini qarşılamışdır, bundan sonra da qarşılamaqdan imtina etmir. Mülki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2019-cu ilin yay aylarında “Gəncə Təndiri” adlı obyekdə şirniyyat ustası işinə düzəlib işləməyə başlamışdır. Həmin obyektdə işə bacısı X1 vasitəçiliyi ilə düzəlmişdir. Onu işə həmin dövrə obyektə rəhbərlik edən Habil adlı şəxs götürmüşdür. O, işə qəbul olunan zaman öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, lakin onunla əmək müqaviləsinin bağlanıb-bağlanmadığını dəqiq bilmir. O, işə qəbul olunandan sonra hər gün saat 06-da işə gəlir, saat 19-da iş vaxtın başa çatmışdır. Onun əmək haqqısı 20 manat təşkil etmiş, gündəlik obyektin kassasından götürmüşdür. Təxminən 2022-ci ilin sonlarında etibarən Habil adlı şəxsi görməmiş, işə Şahid adlı şəxs nəzarət etmişdir. Şaiq obyektdə bütün işlərə nəzarəti özü həyata keçirmişdir. Obyektdə o və bacısı şirniyyat ustası olmuşlar. Onlardan başqa obyektdə növbəli şəkildə iki nəfər Gülsənəm və Gülşən adlı kassir, iki nəfər Sevinc və Şahəstə adlı peraşki bişirən, bir nəfər qril bişirən Kəmalə, bir nəfər xadiməçi Sənubər və adlarını hazırda unutduğu 3 nəfər çörək bişirən işləmişlər. Həmin şəxslərlə işə qəbul olunan zaman əmək müqaviləsinin bağlanıb-bağlanmadığını bilmir. Obyektin şirniyyat və qril bölməsi saat 06-dan saat 19-a qədər işləmiş, çörək bölməsi isə 24 saat fəaliyyət göstərmişdir. Obyektə daxil olduqda üzbəüz kassa onun arxasında isə ağ rəngli plastmas qapısı olan şirniyyat otağı yerləşmişdir. Həmin otaq kvadrat formalı olmaqla, təxminən 20-25 kv metr sahəsi olmuşdur. Otağın mərkəzində şirniyyatın xəmirini yoğurmaq üçün mərmər stol olmuşdur. Bundan başqa otağın divarları boyunda stollar, eləcə də qaz peçi, xəmir yoğuran aparat və xəmir yığmaq üçün rəflər yığılmışdır. Giriş qapısında sol tərəfdə isə bir ədəd soyuducu olmuşdur. Həmin soyuducunun üstündə tavan hissədən divara bitişik bir ədəd qazın təzyiqinin artırılması üçün elektrik nasosu quraşdırılmışdır. İşlədiyi bir neçə il ərzində həmin aparat otaqda olmuş, otaqdan nə vaxtsa qaz iyinin gəlməsinin şahidi olmamışdır. Təxminən 2023-cü ilin may ayından etibarən bacısı Sevinc tez-tez qaz iyinin gəldiyini hiss edib bu barədə ona və Şaiqə məlumat vermişdir. Bundan sonra Şaiq adlı şəxs həmin aparatı özü yenisi ilə əvəz edib, əvvəlki aparatın xarab olduğunu bildirmişdir. O, Şaiqə bu işi özünün görməməsini, təhlükəli olduğunu bildirib təklif etmişdir ki, aparatı yerinə bərkitmək üçün mütəxəsis dəvət etsin və ya Qaz İstismar idarəsinə məlumat versin. Lakin Şaiq bu işi bacardığını deyib, qaz sahəsindən hər hansı bir əməkdaşın gəlməsinə ehtiyac olmadığını bildirmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə o, işdə olan zaman görmüşdür ki, Şaiq yenidən həmin elektrik nasosunu yenisi ilə əvəz edir. O, Şaiqdən bunun səbəbini soruşduqda, bir müddət əvvəl dəyişdiyi nasosun xarab olduğunu, bu səbəbdən yenidən həmin nasosu dəyişməyə ehtiyac olduğunu demişdir. O, nasosu dəyişdikdən sonrakı iki gün ərzində o, otaqda daim qaz iyinin gəldiyini hiss etmişdir. Dəfələrlə Şaiqə bu barədə məlumat verib xəbərdar etməyinə baxmayaraq o, hər dəfəsində qorxulu bir halın olmadığını, tez-tez otağın qapısını açıb havasını dəyişməyini ona bildirmişdir. xx.xx.2023-cü il tarixdə həmişə olduğu kimi saat 06-da işə gəlmişdir. Həmin gün bacısı Sevinc istirahət etdiyi üçün o, otaqda tək işləmişdir. Gün ərzində otaqdan qaz iyinin gəlməsini hiss edib, bu barədə Şaiqə ciddi şəkildə xəbərdarlıq etsə də, heç bir tədbir görməmişdir. Təxminən saat 16 radələrində o, otaqda iş görən zaman xadiməçi Sənubər də otağa daxil olub yeri təmizləmişdir. Qəflətən partlayış səsi gəlmiş, o, başını çevirəndə görmüşdür ki, həmin elektrik nasosu bərkidildiyi yerdən qopub yerə dəymişdir. Həmin elektrik nasosunun bağlandığı yerdən çıxan alovlu hava kütləsinin təsirindən təxminən 2 metr otağın giriş qapısına tərəf uçub üz üstə yerə yıxılmışdır. O, nə baş verdiyini anlamamış, dərhal özündə güc tapıb giriş qapısını açıb iməkləyərək obyektin satış hissəsinə, oradan isə çölə çıxmışdır. Həmin vaxtı paltarı alışmış, ətrafda olan şəxslər dərhal üstünə köynək atıb alovu söndürmüşlər. Bundan sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsinə aparılmışdır. Təxminən 2 aya yaxın həmin xəstəxanda reanimasiya şöbəsində müalicə aldıqdan sonra palataya köçürülmüşdür. Evə buraxıldıqdan sonra da müalicəsini ev şəraitində davam etdirmiş, hazırda da həkim nəzarətindədir. O, müalicə olunduğu müddətdə obyektin sahibləri daim ona baş çəkmiş, müalicə xərclərini öz vəsaitləri hesabına ödəmişlər. Hadisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyini bilmir. Lakin hesab edir ki, hadisə həmin qaz təziqinin artırılması üçün quraşdırılmış elektrik nasosunun qaz borusuna birləşən hissəsindən baş vermiş qaz sızması səbəbindən baş vermişdir. Təqsirləndirilən şəxs obyektə gəlib-gedən şəxs kimi tanısa da, onun obyektin idarə edilməsində nə kimi rolunun olduğunu bilmir. Onun bugünədək müalicəsi ilə bağlı olan bütün xərcləri qarşılanmış, hətta hər ay əmək haqqınıda verirlər, təqsirləndirilən şəxsdən şikayəti yoxdur, Lakin evini tikib başa çatdırması üçün, gələcəkdə əməliyyat xərcləri ilə bağlı vermiş olduğu mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayında Sabunçu rayonunda yerləşən “Gəncə Təndiri” adlı obyektdə xadiməçi işinə qəbul olub işləməyə başlamışdır. Onu işə həmin dövrə obyektə işçilərə nəzarəti həyata keçirən Şaiq adlı şəxs götürmüşdür. O, işə qəbul olunan zaman öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, onunla rəsmi olaraq əmək müqaviləsi bağlanmışdır. O, işə qəbul olunandan sonra hər gün saat 06-da işə gəlmiş, saat 19-da iş vaxtı başa çatmışdır. Onun əmək haqqısı 14 manat təşkil etmiş, gündəlik obyektin kassasından götürmüşdür. Şaiq adlı şəxs obyektdə bütün işlərə nəzarəti özü həyata keçirmişdir. Obyektin icarədarı isə Təqsirləndirilən şəxs adlı şəxs olmuş, Şaiq daim ona obyektin fəaliyyəti ilə bağlı məlumat vermişdir. Obyektin şirniyyat və qril bölməsi saat 06dan saat 19-a qədər, çörək bölməsi isə 24 saat fəaliyyət göstərmişdir. Obyektə daxil olduqda üzbəüz kassa onun arxasında isə ağ rəngli plastmas qapısı olan şirniyyat otağı yerləşmişdir. Həmin otaq kvadrat formalı olmaqla, təxminən 20-25 kv metr sahəsi olmuşdur. Otağın mərkəzində şirniyyatın xəmirini yoğurmaq üçün mərmər stol olmuş, bundan başqa otağın divarları boyunca stollar, eləcə də qaz peçi, xəmir yoğuran aparat və xəmir yığmaq üçün rəflər yığılmışdır. Giriş qapısında sol tərəfdə isə bir ədəd soyuducu olmuşdur. Həmin soyuducunun üstündə tavan hissədən divara bitişik bir ədəd qazın təzyiqinin artırılması üçün elektrik nasosu quraşdırılmışdır. İşlədiyi bir neçə ay ərzində həmin aparat daim otaqda olmuş, o, hər gün həmin otağa daxil olub təmizlik işləri aparan zaman daim həmin otaqdan qaz iyinin gəlməsini hiss etmişdir. Hətta həmin otaqda şirniyyatçı işləyən Sevinc və bacısı Gülşəhrab adlı şəxslər də tez-tez qaz iyinin gəlməsindən şikayətlənmiş, Elzan adlı şəxsi xəbərdar etməsi üçün nəzarətçi Şaiqə məlumat vermişlər. Hətta xx.xx.2023-cü il tarixdə işdə olan zaman Şaiq adlı şəxsin Elzanın tapşırığı ilə həmin elektrik nasosunu yenisi ilə əvəz etməsinin şahidi olmuşdur. Onun dediyinə görə bir müddət əvvəl dəyişdiyi nasos xarab olduğu üçün onu yenisi ilə əvəz etmişdir. Həmin nasosu haradan aldığını, nasosun markasını bilmir. Şirniyyat otağına yalnız şirniyyatçılar və o özü daxil olduğu üçün qaz iyini ola bilsin ki, onlardan başqa digər işçilər hiss etməmişlər. Şaiq adlı şəxs özü usta çağırmadan həmin nasosu dəyişdikdən sonrakı iki gün ərzində də o otaqdan qaz iyinin gəldiyini hiss etmişdir. Gülşəhrabın dediyinə görə Şaiq onlara otağın qapısını yarı açıq saxlamasını tapşırmışdır ki, qaz iyi çəkilsin. xx.xx.2023-cü il tarixdə həmişə olduğu kimi saat 06-da işə gəlmişdir. Həmin gün Sevinc istirahət etdiyi üçün şirniyyat otağında Gülşəhrab özü tək işləmişdir. O, gün ərzində bir neçə dəfə şirniyyat otağına daxil olub qabları yuduğu üçün həmin otaqdan qaz iyinin gəlməsini hiss etmişdir. Hətta bildiyinə görə Gülşəhrab həmin gün Şaiqə bu barədə məlumat verib, obyektin icarədarının bununla bağlı tədbir görməsini xahiş etmişdir. Lakin Şaiqin ona nə kimi cavab verdiyini bilmir. Təxminən saat 16 radələrində o, yenidən şirniyyat otağına daxil olmuşdur ki, yüngül təmizlik edib, həm də Gülşəhrabı çörək yeməyə çağırsın. Həmin vaxtı Gülşəhrab otağın mərkəzində xəmir yoğurmuşdur. O əlində işinin olduğunu bildirdiyi üçün elə təzəcə təmizlik aparıb otaqdan çölə çıxmaq istəmiş ki, qəflətən partlayış səsi gəlmiş, o, başını arxaya çevirəndə görmüşdür ki, həmin elektrik nasosu bərkidildiyi yerdən qopub yerə dəymişdir. Həmin elektrik nasosunun bağlandığı yerdən çıxan alovlu isti hava kütləsi onu vurmuşdur. O, tez qapını açıb şirniyyat otağında zala çıxmışır. Çıxan zaman görmüşdür ki, hava kütləsinin təsirindən Gülşəhrab yerə yıxılmışdır. O, nə baş verdiyini anlamamış, dərhal özündə güc tapıb obyektdən çölə çıxmış, obyektdə heç bir yanma izlənilməsə də, obyektdə olan əşyalar dağılmış, şüşələr isə qırılmışdır. Çölə çıxandan sonra görmüşdür ki, hər iki qolundan, eləcə də boyun və üz nahiyələrindən yanıq yaraları almışdır. Partlayışdan sonra köməyə gələn şəxslər onlara ilkin tibbi yardım göstərmişlər. Bundan sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsinə aparılmış, təxminən 13 gün həmin xəstəxanda reanimasiya şöbəsində müalicə aldıqdan sonra palataya köçürülmüş və bir ay xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır. Xəstəxanada olan zaman bilmişdir ki, hadisə vaxtı obyektin digər 3 nəfər əməkdaşı, eləcə də 2 nəfər müştəri də yanıq xəsarətləri almışlar. Evə gələndən sonra müalicəsini ev şəraitində davam etdirmiş, hazırda səhəti normal olsa da, müalicəsini davam etdirir. Xəstəxanada müalicə olunduğu müddətdə Şahid, eləcə də obyektin icarədarı Təqsirləndirilən şəxs daim ona baş çəkmiş, müalicə xərclərini öz vəsaitləri hesabına ödəmişlər. Hətta hazırki vaxtadək ona işə çıxmamağına baxmayaraq ayda 300 manat əmək haqqı da ödəyirlər, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, lakin vermiş olduğu mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsi əsasında Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən “Gəncə Təndiri" adlı obyekdə xadiməçi vəzifəsində işə düzəlib işləməyə başlamışdır. Əvvəllər xadiməçi kimi işləsə də, iki ildən çox olar ki, qiril bişirən işləyir. Onun həmin obyektdə işə Habil adlı şəxs götürmüşdür. Həmin dövrdə obyektə rəhbərlik Habil adlı şəxs tərəfindən həyata keçirilmişdir. Təxminən 2023-cü ilin əvvələrindən isə işçilərə nəzarəti Şahid adlı şəxs həyata keçir. Obyektin icarədarı isə Təqsirləndirilən şəxsdur. Bildiyinə görə o, həmin obyekti icarəyə götürüb fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, hər gün saat 07-də işə gəlir, saat 19-da iş vaxtı başa çatır. Onun əmək haqqısı gündəlik 20 manat təşkil etmiş, həmin pulu da hər gün iş vaxtının sonunda obyektin kassasından götürmüşdür. Şahid tərəfindən obyektdə çalışan hər bir işçiyə əlcək, papaq, eləcə də önlük verilmişdir. İşçilər üçün bütün zəruri şərait yaradılmış, hər gün saat 13-dən 15-ə qədər nahar fasiləsi müəyyən edilmişdir. Şahid adlı şəxs obyektdə bütün işlərə nəzarəti özü həyata keçirmiş, hər gün obyektə gəlib işçilərin fəaliyyətinə nəzarət etmiş, onlara iş vaxtı ehtiyatlı davranmalarını tapşırmışdır. Şaiq özü də səhər saat 07-də işə gəlir, hər bir işçinin gündəlik görəcəyi işlə bağlı öz tapşırıqlarını vermişdir. Onlara yalnız şifahi xəbərdarlıq edilmiş, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə yazılı formada tanış edilməmişlər. Ondan başqa hadisə baş vermiş dövrdə obyektdə növbəli şəkildə iki nəfər Gülsənəm və Gülşən adlı kassir, iki nəfər Sevinc və Şahəstə adlı peraşki bişirən, iki nəfər Gülşəhrab və Sevinc adlı şirniyyatçı, bir nəfər Sənubər adlı xadiməçi, xəmirkeş Gülnaz, yapıcı Ramilə adlı şəxslər işləmişlər. Həmin şəxslərlə işə qəbul olunan zaman əmək müqaviləsinin bağlanıb-bağlanmadığını bilmir. Obyektin şirniyyat və qiril bölməsi saat 06-dan saat 19-a qədər işləmiş, çörək bölməsi isə 24 saat fəaliyyət göstərmişdir. Obyektə daxil olduqda giriş qapısı ilə üzbəüz kassa onun arxasında isə ağ rəngli plastmas qapısı olan şirniyyat otağı yerləşmişdir. Həmin otaq kvadrat formalı olmaqla, təxminən 20-25 kv metr sahəsi olmuş, otağın mərkəzində şirniyyatın xəmirini yoğurmaq üçün mərmər stol olmuş, bundan başqa otağın divarları boyunca dəmir stollar, eləcə də qaz peçi, xəmir yoğuran aparat və xəmir yığmaq üçün rəflər yığılmışdır. Həmin otağın qapısı daim bağlı olmuş, ora kənar şəxslərin daxil olmasına icazə verilməmişdir. Yalnız zərurət olduqda xadiməçi daxil olub təmizlik işlərini aparmışdır. O, özü heç vaxt həmin otağa daxil olmamış, sadəcə qapısı açıq olanda içəridə olan bəzi əşyaları kənardan görmüşdür. Buna görə də obyektdə başqa nə kimi əşyaların, qaz avadanlıqlarının olub-olmamasından xəbəri yoxdur. Onun işlədiyi yer həmin otaqdan xeyli aralıda yerləşdiyi üçün bu illər ərzində həmin otaqdan nə vaxtsa qaz iyinin gəlməsini hiss etməmişdir. xx.xx.2023-cü il tarixdə həmişə olduğu kimi saat 07-də işə gəlmişdir. Həmin gün Şaiq özü də işdə olmuş və ona tapşırmışdır ki, günortaya qədər 25 ədəd qiril bişirsin. Bu səbəbdən də o, özü xüsusi geyim formalarını geyinib öz işini görmüşdür. Yay vaxtı olduğu üçün obyektin giriş qapısı və pəncələri açıq vəziyyətdə olmuş, buna görə də hər hansı bir qaz iyinin gəlməsini hiss etməmişdir. Günorta radələrinə qədər işlədikdən sonra o, nahar fasiləsinə çıxmış və sonradan öz işlədiyi sobanın yanına qayıdıb işini davam etdirmişdir. Təxminən saat 16 radələrində o, obyektdə olan vitrindəki qirillərin sayına baxmaq üçün kassaya tərəf yaxınlaşmış, elə virtinə baxmışdır ki, bu zaman kassanın arxasında yerləşən şirniyyat otağından güclü partlayış səsi gəlmişdir. Partlayış olan kimi alovlu hava kütləsinin təsirindən təxminən 1 metr otağın giriş qapısına tərəf sol tərəfi üstə yerə yıxılmışdır. O, nə baş verdiyini anlamamış, dərhal özündə güc tapıb giriş qapısına tərəf gedib obyektdən çölə çıxmışdır. Həmin vaxtı sol əlində bərk ağrı olmuş, bundan başqa hər iki əli və ayaqları yanmışdır. Dərhal ətrafda olan şəxslərin köməkliyi ilə hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsinə aparılmışdır. Ora çatanda bilmişdir ki, obyektdə çalışan daha 3 nəfər əməkdaşı, eləcə də iki nəfər müştəri də xəsarət almışlar. Təxminən iki həftə həmin xəstəxanda müalicə aldıqdan sonra evə buraxılmışdır. Hadisə zamanı yerə yıxılmağı səbəbindən sol qolu sınmış, bundan başqa əllərindən və ayaqlarından yanıq xəsarətləri almışdır. Evə buraxıldıqdan sonra da müalicəsini ev şəraitində davam etdirmiş, hazırda səhəti normaldır. O, xəstəxanada müalicə olunduğu müddətdə Şahid, eləcə də obyektin icarədarı Təqsirləndirilən şəxs daim ona baş çəkmiş, müalicə xərclərini öz vəsaitləri hesabına ödəmişlər.İşləmədiyi müddətdə isə əmək haqqısını da ödəmişlər. Baş vermiş hadisə ilə bağlı heç kimdən şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdən “Gəncə Təndiri” adlı obyektdə kassir işləyir. Onu işə həmin dövrə obyektə rəhbərlik edən Habil adlı şəxs götürmüşdür. O, işə qəbul olunan zaman öz şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, aralarında əmək müqaviləsi bağlanmışdır. O, işə qəbul olunandan bəri hər gün saat 07-də işə gəlir, saat 19-da iş vaxtı başa çatır. Onun əmək haqqı gündəlik 20 manat təşkil edir, həmin pulu gündəlik olaraq obyektin kassasından götürür. Təxminən 2022-ci ilin sonlarında etibarən Habil adlı şəxsi görməmiş, onların işinə Şahid adlı şəxs nəzarət etməyə başlamışdır. Obyektin sahibi Təqsirləndirilən şəxs olmuş, bundan başqa Bahadur və Nicat adlı şəxslərin də arada gəlib-getmələrinin şahidi olmuşdur. Həmin şəxslərin obyektlə nə kimi əlaqələrinin olduğunu bilmir. İşlərə ümumi nəzarəti Şahid adlı şəxs həyata keçirmişdir. Onun bacısı Gülşən də onunla növbəli şəkildə kassir işləsə də, bir neçə ay olar ki, işdən çıxmışdır. Obyektə daxil olduqda üzbəüz kassa onun arxasında isə ağ rəngli plastmas qapısı olan şirniyyat otağı yerləşmişdir. Həmin otaq kvadrat formalı olmaqla, təxminən 20-25 kv metr sahəsi olmuşdur. Həmin otaqda yalnız şirniyyatçılar işlədikləri üçün kənar şəxslərin həmin otağa daxil olmasına icazə verilməmişdir. Buna görə də otağın qapısı daim bağlı vəziyyətdə olmuşdur. Onun işi kassir olduğu üçün heç vaxt həmin otağa daxil olmamış, yalnız qapısı açılanda içəridə olan əşyaları görmüşdür. İşlədiyi 3 ilə yaxın müddətdə o, həmin otaqdan qaz iyinin gəlməsini hiss etməmişdir. Təxminən 2023-cü ilin may ayından etibarən şirniyyatçılar Sevinc və bacısı Gülşəhrab tez-tez Şaiq Calaova yaxınlaşaraq içəridən qaz iyinin gəlməsi barədə məlumat vermişlər. Hətta bildiyinə görə Şaiq həmin otaqda özü nasosa baxıb təmir etmiş, lakin dəqiq olaraq nə iş gördüyünü bilmir. O, hər gün iş vaxtının sonunda kassanı sayıb Şaiqə təhvil vermişdir. Ümumiyyətlə istər işçilərin özlərinin problemi olduqda, istərsə də obyektlə bağlı nəsə problem yarandıqda bu barədə ancaq Şaiqə məlumat verirmişlər. Onun özü də dərhal bu barədə Elzan adlı şəxsə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə həmişə olduğu kimi saat 07-də işə gəlmişdir. Həmin gün Sevinc istirahət etdiyi üçün Gülşəhrab şirniyyat otağında özü tək işləmişdir. Yay vaxtı olduğu üçün kassanın yerləşdiyi otağın qapı pəncərəsi açıq olduğundan qaz iyinin gəlməsini hiss etməmişdir. Təxminən saat 16 radələrində o, kassada müştəridən aldığı çörəyin pulunu qəbul edən zaman qəflətən şirniyyat otağından partlayış səsi gəlmişdir. Onun arxası həmin otağa tərəf olduğundan nə baş verdiyini görə bilməmişdir. Elə partlayış baş vermişdir ki, alovlu hava kütləsi onu arxadan vurub təxminən 1 metr çöl qapısına tərəf üstə yerə tullamışdır. O, nə baş verdiyini anlamamış, dərhal özündə güc tapıb iməkləyərək obyektin giriş qapısından çölə çıxmışdır. Dərhal ətrafda səsə toplaşmış şəxslər təcili tibbi yardıma zəng vurub məlumat vermişlər. Bir qədər keçmiş həkimlər gəlib ona, eləcə də hadisə zamanı xəsarət almış digər şəxslərə ilkin tibbi yardım göstərib 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsinə aparmışlar. Təxminən bir həftə xəstəxanda müalicə aldıqdan sonra evə buraxılmışdır. İki ay isə ev şəraitində müalicəsini davam etdirmişdir. Hazırda səhəti normaldır. O, müalicə olunduğu müddətdə Şahid, eləcə də obyektin sahibləri Elzan, Bahadur və Nicat adlı şəxslər ona baş çəkmiş, müalicə xərclərini öz vəsaitləri hesabına ödəmişlər. Baş vermiş hadisə ilə bağlı heç kimdən şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, ailə üzvləri ilə birlikdə özünə məxsus olan “Mercedes E240” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna çimərliyinə gedən zaman çörək almaq üçün avtomobili Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Gəncə Təndiri” adlı obyektin qarşısında saxlamışdır. O, avtomobildən düşüb obyektə daxil olmuş, üzəbüz yerləşən kassaya yaxınlaşaraq iki ədəd təndir çörəyi istəmişdir. Həmin vaxtı bir nəfər şəxs kassada əyləşmiş, bir nəfər işçi isə gedib ona çörək gətirmişdir. Həmin vaxtı obyektdə səhv etmirsə ondan başqa bir nəfərdə müştəridə olmuşdur. O, çörəyi təhvil almış və elə əlini cibinə salıb pulunu çıxarmışdır ki, ödəniş etsin bu zaman obyektin daxilində, kassanın arxa tərəfində yerləşən otaqdan güclü partlayış baş vermişdir. Partlayışın təsirindən hava kütləsi onu təxminən bir metr obyektin girişinə tərəf geriyə tullamış, o, arxası üstə yıxılmışdır. Ayağa qalxanda görmüşdür ki, obyektin şüşələri qırılıb, içəridə dağılma izləri yaranıb. Dərhal ayağa qalxıb çölə çıxmış və avtomobildə əyləşmiş ailə üzvlərinin heç bir xəsarət almadığını görmüşdür. Onlar onun üz nahiyəsindən yanıq xəsarəti aldığını deyib dərhal xəstəxanaya getməyini bildirmişlər. Buna görə də avtomobili Kürdəxanı dairəsindən geriyə hərəkət etdirmişdir. Xəstəxanaya gedənə qədər aptektdən yanıq əleyhinə köpük almaq qərarına gəlmiş, buna görə də avtomobildən düşüb aptekə daxil olmuş, lakin əlini cibinə salanda pulunun olmadığını görüb bilmişdir ki, pulları partlayış zamanı obyektdə dağılmışdır. Buna görə də piyada yolun əks tərəfində yerləşən “Gəncə Təndiri” adlı obyektə getmiş, içəri daxil olanda görmüşdür ki, obyektdə olan bütün əşyalar demək olar ki dağılmışdır. O, yerdən özünə məxsus olan 200 manat pulu tapıb dərhal aptekə qaçmış, dərman alıb üz və boyun nahiyəsinə köpük vurduqdan sonra öz avtomobilini idarə edib 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsinə getmişdir. Ora çatanda görmüşdür ki, partlayış zamanı obyektin bir çox əməkdaşı da yanıq xəsarətləri aldığı üçün xəstəxanaya gətirilmişlər. Həkimlər onu müayinə edib ilkin tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. Təxminən 2 aya yaxın müalicə almış, bu müddət ərzində işə gedə bilməmişdir. O, əsasən boyun, sifət nahiyəsindən, eləcə də hər iki əllərindən yanıq xəsarətləri almışdır. Hadisə nəticəsində onun 460 manat pul da hadisə yerində itirmişdir. Belə ki, o, obyektdə gedən zaman əmək haqqını aldığı üçün cibində 660 manat pul olmuş, hadisədən sonra cəmi 200 manat pulunu yerdən tapa bilmişdir. Qalan pulun kimin tərəfindən götürldüyünü bilmir. O, hadisənin hansı səbəbdən baş verdiyini bilmir, hadisə zamanı yalnız partlayışı səsi eşitmiş, sonradan isti bir dalğa onu vurub geri atmışdır. Hazırda ona dəymiş ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə razılığa gəlmiş, ona qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə saat 16 radələrində yaşadığı evin yaxınlığında yerləşən “Gəncə Təndiri” adlı obyektə çörək almağa gəlmişdir. Obyektə daxil olub, giriş qapısı ilə üzbəüz yerləşən kassaya yaxınlaşaraq iki ədəd təndir çörəyi istəmişdir. Həmin vaxtı bir nəfər şəxs kassada əyləşmişi, bir nəfər işçi isə onun arxasında dayanmışdır. Ondan başqa içəridə səhv etmirsə bir nəfər də müştəri olmuşdur. O, elə kassaya yaxınlaşıb çörək istəyirmiş ki, obyektin daxilində, kassanın arxa tərəfində yerləşən otaqdan güclü partlayış baş vermişdir. Partlayışın təsirindən isti hava kütləsi onu təxminən bir-iki metr obyektin girişinə tərəf geriyə tullamış, o, arxası üstə yıxılmışdır. Ayağa qalxanda görmüşdür ki, obyektin şüşələri qırılıb, içəridə dağılma izləri yaranıb. Dərhal ayağa qalxıb çölə çıxmış, həmin an görmüşdür ki, hər iki əli alovun təsirindən yanmışdır. O, obyektdən bir qədər aralıya çəkilib kölgədə daşın kənarında oturmuşdur. Partlayışın səsindən köməyə gəlmiş şəxslər ona və obyektdə olub yanıq xəsarətləri almış digər şəxslərə ilkin yardım göstərmişlər. Həmin vaxtı sifət, eləcə də boyun nahiyələrindən də yanıq xəsarəti aldığını bilmişdir. Bir qədər keçmiş əraziyə TTYS-nın avtomobilləri gəlmiş və onu həkimlər TTYS-nın avtomobilinə əyləşdirib 5 nömrəli Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsinə aparmışlar. Yanıq xəsarətləri almağına baxmayaraq huşu özündə olmuşdur. Ora çatanda görmüşdür ki, partlayış zamanı obyektin bir çox əməkdaşı da yanıq xəsarətləri aldığı üçün xəstəxanaya gətirilmişlər. Həkimlər onu müayinə edib 3 gün reanimasiya şöbəsinə yerləşdirmişlər. O, həmin xəstəxanada ümumilikdə 10 gün müalicə almış, sonradan isə müalicəsini ev şəraitində davam etdirmişdir. Təxminən 1 aya yaxın müalicə almış, bu müddət ərzində işə gedə bilməmişdir. O, əsasən baş sifət, boyun eləcə də hər iki əllərindən yanıq xəsarətləri almışdır. Xəstəxanada müalicə aldığı dövrdə partlayış baş vermiş obyektin icarədarı Elzan adlı şəxs tərəfindən daim ona diqqət göstərilmiş, tez-tez o və qohumları gəlib ona baş çəkmiş, müalicə xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. O, hadisənin hansı səbəbdən baş verdiyini bilmir, hadisə zamanı yalnız partlayışı səsi eşitmiş, sonradan isti bir hava kütləsi onu vurub geri atmışdır. Yanğın baş verməsinin şahidi olmamışdır. Hadisə barədə başqa heç bir məlumatı yoxdur. Hadisənin baş verməsində kimin günahkar olduğunu bilmir. Buna baxmayaraq aldığı xəsarətlərlə bağlı obyektin icarədarı Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş bütün maddi ziyan Elzan tərəfindən tam şəkildə ödənilmişdir(cild 2, səh 87-90); Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir həmkəndli kimi tanımış, ondan yaşca kiçik olsa da, daim münasibətləri olmuşdur. Təxminən 2023-cü ilin əvvəllərində Elzan ona təklif etmişdir ki, onun icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Gəncə Təndiri” adlı obyektdə işləyib ona köməklik etsin. Həmin dövrdə Elzan psixikasının pozulması səbəbindən müalicə aldığı üçün ona obyekti işlətməkdə köməklik etməyə razılıq vermişdir. 2023-cü ilin dəqiq yadında qalmayan tarixindən etibarən həmin obyektdə nəzarətçi işini görməyə başlamışdır. O, orada müvəqqəti işlədiyi üçün Elzanla aralarında əmək müqaviləsi bağlanmamışdır. Ondan əvvəl isə işlərə X7 adında şəxs nəzarət etmiş, işçiləri işə o, özü qəbul edib, onların fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmişdir. O, nəzarətə başlayandan sonra isə hər gün özü də saat 07-də obyektə gəlmiş, işçiləri gündəlik görəcəkləri işlərlə məlumatlandırmış, mütəmadi olaraq Elzana obyektin fəaliyyəti ilə bağlı məlumat vermişdir. Obyekt 24 saat fəaliyyət göstərdiyi üçün kassanı hər gün səhər saatlarında sayıb təhvil almış, pulları elə həmin gün də aparıb Elzana təhvil vermişdir. Bundan başqa çörək sifarişləri də müxtəlif iaşə obyektlərinə, mağazalara özü çatdırmışdır. Bunun müqablində Elzan ona ayda 800 manat əmək haqqı vermişdir. O, işə qəbul olunduğu dövrdə obyektdə 9 nəfər işçi yəni iki nəfər Gülsənəm və Gülşən adlı kassir, bir nəfər Sevinc adlı peraşki bişirən, iki nəfər Gülşəhrab və Sevinc adlı şirniyyatçı, bir nəfər Sənubər adlı xadiməçi, xəmirkeş Gülnaz, yapıcı Ramilə və bir nəfər qirilçi Kamilə adlı şəxslər işləmişlər. Bildiyinə görə həmin şəxslərdən yalnız Gülşəhrabın əmək müqaviləsi olmamış, bu səbəbdən də X6 tərəfindən Elzan inzibati qaydada 4000 manat cərimə edilmişdir. O, hər gün işə gələn işçilərə Elzanın göstərişi əsasında gündəlik görəcəkləri işlər barədə məlumat vermiş, bundan başqa obyektin fəaliyyəti ilə bağlı yaranmış problemləri dərhal ona bildirmişdir. Habelə onun tərəfindən işçilərə Elzanın göstərişi əsasında əlcək, papaq, önlük kimi geyim formaları verilmiş, daim şifahi olaraq əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırma aparıb, onlara ehtiyatlı davranmalarını bildirmişdir. Lakin buna dair tərəfindən hər hansı bir jurnal tərtib edilməmişdir. Elzan özü də son zamanlar arabir obyektə gəlib nəzarəti həyata keçirmişdir. O, işə başlayan zaman obyektin təndirinə gedən qazın təzyiqi zəif olduğu üçün Təqsirləndirilən şəxs ona tapşırıq vermişdir ki, şirniyyat otağında olan qaz xəttinə bir ədəd elektrik nasosu quraşdırsın. Elzanın dediyinə görə həmin otaqda əvvəllər də qaz təziqinin artırılması məqsədi ilə qaz xəttinə nasos birləşdirilmiş, lakin sonradan qazın təziqi normallaşdığı üçün həmin dövrdə nəzarətçi işləmiş Habil adlı şəxsə tapşırıq vermişdir ki, nasosu çıxartsın. O da həmin nasosu çıxartdırıb kənara qoymuşdur. Buna baxmayaraq o, işə başlayan da yenidən qazın təziqi azaldığı üçün təndirin işləməsində problem yarandığından təxminən 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs ona tapşırıq vermişdir ki, yeni nasos alıb yenidən yerinə bağlatdırsın. O da öz növbəsində 8 km bazarından markasını bilmədiyi bir ədəd elektrik nasosu alıb usta çağırıb nasosu yerinə bağlatdırmışdır. Həmin nasosu qaz xəttinə birləşdirmiş ustanı isə Zabrat dairəsindən tapmış, hazırda onun barəsində heç bir məlumat yoxdur. Nasos bağlanandan sonra bir müddət hər hansı bir nasazlıq olmasa da, sonradan həmin otaqda şirniyyatçı işləyən Sevinc və Gülşəhrab adlı şəxslər ona şirniyyat otağından tez-tez qaz iyinin gəlməsindən şikayətlənməyə başladıqları üçün bu barədə Elzana məlumat vermiş, Elzan da öz növbəsində ona tapşırmışdır ki, yenidən usta çağırıb nasosa baxdırsın. Lakin özü qalxıb həmin nasosu yerindən açaraq aparıb 8-ci km bazarında yoxlatdırmış, hər hansı bir sızma halı aşkar edilmədiyi, nasos işlək vəziyyətdə olduğu üçün səhv etmirsə xx.xx.2023-cü il tarixdə həmin nasosu yenidən yerinə bərkitmişdir. Hətta işçilərin yanında bərkidilən yerlərə köpük vurub, alışqan yandırmaqla yoxlamış, hər hansı bir sızma halı baş verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 07-də həmişə olduğu kimi işə gəlib, işçilərə öz tapşırıqlarını verdikdən sonra çörəkləri paylamaq üçün çıxıb getmişdir. Həmin gün qaz iyi gəlməsini hiss etməmiş və özünə də bu barədə məlumat verən olmamışdır. Təxminən saat 14 radələrində obyektə qayıdan zaman görmüşdür ki, işçilər zalda əyləşib çörək yeyirlər, yalnız Gülşəhrab adlı şirniyyatçı şirniyyat otağında olmuşdur. Həmin vaxtı da ona içəridən iy gəlməsindən şikayətlənən olmamışdır. O, rəflərdə toplanmış çörəkləri maşına yığıb yenidən paylamağa getmiş, təxminən saat 16 radələrində Ramilə adlı işçi zəng vurub obyektin şirniyyat otağında partlayış baş verməsi barədə məlumat vermişdir. O, yaxınlıqda olduğu üçün dərhal obyektə qayıtmış, içəri daxil olanda görmüşdür ki, obyektin bütün şüşələri qırılmış, içəridə olan əşyalar dağılmış vəziyyətdədir. Həmin vaxtı ətrafda olan şəxslərdən işçilərin bəzilərinin xəsarət alıb qonşunun həyətində əyləşmələrini eşidib dərhal təcili tibbi yardıma zəng vurmuş və onların yanına getmişdir. Ora çatanda görmüşdür ki, obyektdə şirniyyatçı işləyən Zərərçəkmiş şəxs1, xadiməçi işləyən Zərərçəkmiş şəxs3, qirilçi işləyən Zərərçəkmiş şəxs4, kassir Zərərçəkmiş şəxs2 adlı şəxslər müxtəlif dərəcəli yanıq xəsarətləri almışlar. İki nəfər müştərinin də xəsarət almasını eşitsə də, onları görə bilməmişdir. Bundan sonra təcili tibbi yardım stansiyasının avtomobili gəlib xəsarət almış şəxsləri 5 saylı Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsinə aparmışlar. İşçilər xəstəxanada müalicə olunduqları dövrdə Elzan tərəfindən lazimi maddi yardım göstərilmiş, işçilərinin müalicə xərcləri, eləcə də işə çıxmadıqları müddətdə əmək haqları onun tərəfindən tam şəkildə ödənilmişdir. Qazın təzyiqi zəif olduğu üçün təndir yaxşı işləməmiş, buna görə də Elzan ona tapşırmışdır ki, həmin nasosu yenidən quraşdırsın. O da öz növbəsində usta çağırıb həmin nasosu quraşdırmış, nasosun quraşdırılması barədə nə o, nədə ki, Elzan tərəfindən “Azəriqaz” İB-nə hər hansı bir məlumat verilməmişdir. Elzan buna zərurət olmadığını dediyi üçün özü də “Azəriqaz” İB-nə məlumat verməyə təşəbbüs göstərməmişdir. Usta nasosu onun yanında quraşdıran zaman o, necə davrandığını görüb öyrənmiş, buna görə də sonradan həmin nasosu təmirə aparanda, eləcə də qaz sızmasının yoxlayanda usta çağırmağa zərurət duymamışdır. Dediyim kimi nasosu Təqsirləndirilən şəxs tapşırığı ilə quraşdırmış, həmin nasosla bağlı işçilərin şikayətlərinin olmasından onun xəbəri olmuşdur. “Azəriqaz” İB-nin əməkdaşlarının sonuncu dəfə qaz xətlərinə nə zaman baxış keçirdiklərini xatırlamır. Səhv etmirsə ildə bir iki dəfə gəlib qaz sayğacına baxıb gedirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən “Gəncə Təndiri” adlı çörək bişirilən obyektə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v.6-17); 07 iyul 2021-ci il tarixli “İcarə Müqaviləsindən” görünür ki, icarəyə verən X5 öz xüsusi mülkiyyətində olan qeyri yaşayış binasını 3 il müddətinə icarədar Təqsirləndirilən şəxs istifadəsinə vermişdir. Müqavilənin şərtlərinə əsasən icarəyə götürən obyekti digər şəxsə icarəyə verə bilməz, həmin obyektdə yanğından mühafizə, təhlükəsizlik texnikası qaydalarına əməl olunması vəzifələri icarəçi Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilməlidir (cild 1, i.v.31-33); xx.xx.2022-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”-dən görünür ki, Azəriqaz İB ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında bağlanmışdır (cild 1, i.v.36-39); əmək müqavilələrindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixli əmək müqaviləsi əsasında “Gəncə təndiri” çörək və şirniyyat sexində satıcı vəzifəsinə, Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə xadimə vəzifəsinə, Zərərçəkmiş şəxs4 xadimə vəzifəsinə işə qəbul olunmuşdur(cild 1, i.v.50-52); hadisə yerinə baxış keçirilməsi haqqında 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 2 (indiki Cəlil Cəlilov küçəsi) ünvanında yerləşən “Gəncə Təndiri” adlı çörək, şirniyyat və s. xəmir məmulatları bişirilən obyektdir. Obyekt Zabrat dairəsindən Kürdəxanı istiqamətində yolun sağ tərəfində yol kənarında yerləşir. Obyekt 1 mərtəbəlidir, mişar daşından inşa edilmişdir. Obyektin uzunluğu 14 metr, eni 8 metrdir. Yol tərəfdən obyekt 4 ədəd jalüz darvaza ilə bağlanıb-açılır. Obyektin ön yol tərəf hissəsi vitrin tiplidir, satış sahəsindən daxil olduqda burada 4 ədəd qazla işləyən təndirlər vardır. Təndirlər hazırda işlək vəziyyətdədir. Baxış zamanı məlum oldu ki, hadisədən sonra hadisə yeri ilkin vəziyyətdə saxlanılmamış, ilkin baxış zamanı obyektin daxilində qazın təzyiqinin artırılması məqsədilə istifadə edilmiş elektrik mühərriki (nasos) hadisədən sonra çıxarılaraq atılmışdır. Baxışda iştirak edən ünvan 7 ünvanda yaşayan Şahid bildirdi ki, elektrik mühərrikinin (nasosun) qaz borusuna quraşdırıldığı yeri əli ilə göstərdi. Hazırda onun göstərdiyi, diametri 40 mm olan polad qaz borusunun üzərində 2 ədəd yarım dövrlü krant vardır və 3 ədəd üçlük vardır. Qeyd olunan 3 ədəd üçlüyün 1 çıxış hissəsi tıxacla bağlanmışdır (i.v.90-95); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 Sabunçu rayon şöbəsinin 12 iyul 2023-cü il tarixli 1626 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 sol mil sümüyünün sınığı, hər iki yuxarı ətraf, döş qəfəsi, hər iki bud və hər iki diz nahiyələrinin ümumi bədən səthinin 14%-i əhatə edən ll-lll dərəcəli termiki yanıqları müəyyən edildi. Xəsarətlərdən sol mil sümüyümün sınığı bərk küt əşya təsirindən, hər iki yuxarı ətraf, döş qəfəsi, hər iki bud və hər iki diz nahiyələrinin ümumi bədən səthinin 14%-ni əhatə edən ll-lll dərəcəli termiki yanıq yaraları isə alovun termiki təsirindən əmələ gəlmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitinə uyğundur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir (i.v.98-100); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 Sabunçu rayon şöbəsinin 11 iyul 2023-cü il tarixli 1622 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol qulaq seyvanı, boyun, sağ əl, sol yuxarı, sağ və sol aşağı ətraf nahiyələrinin ümumi bədən səthinin 15%-ni əhatə edən ll-lll dərəcəli termiki yanıq yaraları müəyyən edildi. Xəsarətlər alovun termiki təsirindən əmələ gəlmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitinə uyğundur, dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir (i.v.103-105); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 Sabunçu rayon şöbəsinin 08 iyul 2023-cü il tarixli 1591 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 alın, sol qulaq seyvanı, sağ qulaq seyvanı, burun, hər iki yanaq, sağ bazu, sağ dirsək, sağ said, sol dirsək, sol said və hər iki mil-bilək oynağı nahiyələrinin üzmumi bədən səthinin 12%-ni əhatə edən l-ll dərəcəli termiki yanıq yaraları müəyyən edildi. Xəsarətlər alovun termiki təsirindən əmələ gəlmişdir, qərardan göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğundur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v.108-109); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 Sabunçu rayon şöbəsinin 28 sentyabr 2023-cü il tarixli 59 A nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 başın, sifətin, boyunun və hər iki yuxarı ətrafın ümumi bədən səthinin 20%-ə qədərini əhatə edən l-ll-lll dərəcəli termiki yanıq yaraları müəyyən edildi. Xəsarətlər alovun termiki təsirindən əmələ gəlmişdir, qərardan göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023- cü il tarixə və şəraitə uyğundur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir (cild 1, i.v.125-126); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 Sabunçu rayon şöbəsinin 24 oktyabr 2023-cü il tarixli 2680 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sifətin, boyunun, hər iki yuxarı ətrafın və gövdənin arxa səthinin ümumi bədən səthinin 25%-ni əhatə edən ll-lll dərəcəli termiki yanıq yaraları müəyyən edildi. Xəsarətlər alovun termiki təsirindən əmələ gəlmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023- cü il tarixə və şəraitinə uyğundur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir (cild 1, i.v.129-131); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 Sabunçu rayon şöbəsinin 23 oktyabr 2023-cü il tarixli 2669 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 yanıq şoku ilə müşayət olunan sifətin, hər iki yuxarı ətrafın, gövdənin və hər iki aşağı ətrafın arxa səthlərinin ümumi bədən səthinin 45%-ni əhatə edən ll-lll dərəcəli termiki yanıq yaraları müəyyən edildi. Xəsarətlər alovun termiki təsirindən əmələ gəlmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitinə uyğundur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir (cild 1, i.v.134-136); Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş materiallardan görünür ki, komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1, 4.2, 4.3-cü bəndlərinə əsasən işəgötürən Təqsirləndirilən şəxs cavabdehliyini müəyyən etmişdir. Bədbəxt hadisənin səbəbləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının (“Qazdan istifadə Qaydaları”-nın təsdiq edilməsi haqqında) 3-cü bölməsinin (“Qaz paylaıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri) 3.2bəndinin (“Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər”) 3.2.7-ci yarımbəndinin (“qaz qurğusunda nasazlıq və ya qaz iyinin yayarması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xətinin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfərlikləri açmalı, od yandırmammalı, tütün çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməli”) və 3.4-cü bəndinin (“İstehlakçılara aşağıdakılar qadağandır”) 3.4.11 -ci yarımbəndinin (qanunvericiliyinə uyğun sertifiklaşdırılmamış qaz qurğularından istifadə etmək) tələblərinə əməl edilməməsi. 4.2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əməyin mühafizəsi bölməsi”nin 215-ci maddəsinin (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) “Müəssisənin mülkiyyətçisi və işə götürənin işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirməməsinə bilavasitə cavabhdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər” hissəsinin 1 -ci (əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini) abzasının tələbinə əməl edilməməsi. 4.3 Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış xx.xx.2022-ci il tarixli qazın alqı-satqısı Müqaviləsinin 2-ci bölməsinin (“tərəflərin vəzifələrin və hüquqları”) 2.3-cü bəndinin (“İstehlakçının vəzifələri”) 2.3.4-cü yarımbənin (qaz qurğularından təhlükəsiz, etibarlı və qaz səmərəli istifadə edilməsi üçün təşkilat-texniki tədbiri yerinə yetirmək) və 2.3.8-ci yarımbənin (“Qazdan istifadə Qaydalarının” nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək) tələblərinə əməl edilməməsi(cild 1, i.v.149-290); Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur(cild 1, i.v.250); Məhkəmə yanğın təhlükəsizlik ekspertizasının 16 fevral 2024-cü il tarixli 3-16-16/2- 10/13 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanında fəaliyyət göstərən “Gəncə Təndiri” adlı çörək bişirmə obyektində partlayışın mənbəyi, obyektin daxilində olmuşdur. Partlayışa səbəb istintaqla müəyyən edilən şəraitdə, yəni obyektin daxili ilə çəkilmiş diametri 40 mm olan polad qaz borusuna hadisədən əvvəllər qaz təzyiqinin artırılması üçün quraşdırılmış elektrik nasonunun qaz borusuna birləşən hissəsindən obyektin daxilinə təbii qazın sızması, qaz-hava qarışığının əmələ gəlməsi və həmin qarışığın hansısa alışdırıcı mənbənin təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarf’nın 4.6 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarfnm 9.239 bəndinin, “Qazdan istifadə qaydalarfnm 3.4.1 bəndinin, “Qazdan istifadə Qaydalarfna 3 nömrəli əlavə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinin 2.1.3-cü bəndinin və “Qaz paylayıcısı tərəfindən qaz qurğularında,qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və hava dəyişmə xətlərində müayinənin keçirilməsi “Qaydasfnın 3.1, 3.2 bəndlərinin tələbləri pozulmuşdur. Bakı şəhəri, ünvan 2 (indiki Cəlil Cəlilov küçəsi) ünvanında fəaliyyət göstərən “Gəncə Təndiri” adlı çörək bişirmə obyektinin icarədarı, bununla yanaşı 25 may 2022-ci il tarixli AİUX-2775/22 № “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nə görə istehlakçı (abonent) Təqsirləndirilən şəxs tərəfindən yerli qaz istismar idarəsinə hər hansı məlumat verilmədən obyekt daxili qaz xəttinə öz başına olaraq qaz təzyiqinin artırılması məqsədi ilə elektrik nasosunun quraşdırıldıığına görə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarfnm 4.6 bəndinin, “Qazdan istifadə qaydalarfnm 3.4.1 bəndinin və 07 iyul 2021 -ci il tarixli 01 № “İcarə Müqaviləsinə əsasən obyektin yanğına qarşı tələblərin icrasına cavabdeh olan obyektin icarədarı X2 özü tərəfindən pozulmuşdur. “Qazdan istifadə Qaydalarına 3 nömrəli əlavə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinin 2.1.3 bəndinin tələbi, istehlakçını ildə bir dəfədən az olmayaraq “qaz qurğularının istismara verilmə və ya son texniki baxış tarixindən etibarən) “Qazdan istifadə Qaydalarının tələblərinə uyğun olaraq təlimatlandırılmasının həyata keçirən “Azəriqaz” İB-nin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur, paylayıcısı tərəfindən qaz qurğularında,qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və hava dəyişmə xətlərində müayinənin keçirilməsi “Qaydasının 3.1, 3.2 bəndlərinin tələbləri pozulmuşdur. Bakı şəhəri, ünvan 2 (indiki Cəlil Cəlilov küçəsi) ünvanında fəaliyyət göstərən “Gəncə Təndiri” adlı çörək bişirmə obyektinə ildə bir dəfə müayinənin keçirilərək mövcud nöqsanların aşkar edilməsi təmin edilmədiyinə görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.239 bəndinin və Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və hava dəyişmə xətlərində müayinənin keçirilməsi “Qaydasının 3.1, 3.2 bəndlərinin tələbləri həmin müayinəni həyata keçirməli olan “Azərqaz” İB vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli əməkdaşları tərəfindən pozulmuşdur(cild 2, i.v.9-14); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(cild 2, i.v.75); Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş olan 15000 manat maddi ziyanın, həmçinin hüquqi yardım üçün ödənilmiş 20 manat pulun mülki cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş olan 20000 manat maddi ziyanın, həmçinin hüquqi yardım üçün ödənilmiş 70 manat pulun, 150 manat dövlət rüsumunun mülki cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir; Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən 314.1. səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini(CM- 59.1.13), Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını(CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 23-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək dövlət və yerli özünüidarəetmə orqanlarında, o cümlədən özəl hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı(CPM-198.1.), ekspertiza tədqiqatının dəyəri 120( yüz iyirmi) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 11 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş olan 15000 manat maddi ziyanın, həmçinin hüquqi yardım üçün ödənilmiş 20 manat pulun mülki cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir; Həmçinin, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş olan 20000 manat maddi ziyanın, həmçinin hüquqi yardım üçün ödənilmiş 70 manat pulun, 150 manat dövlət rüsumunun mülki cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir; Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçılar iddianın təmin edilməsini, təqsirləndirilən şəxs və mülki cavabdeh isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Sabiq qızının Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə istintaqı zamanı mülki iddiaçı Zərərçəkmiş şəxs1 bugünədək təqsirləndirilən şəxs tərəfindən müalicə xərclərinin çəkildiyini, həmçinin hər ay əmək haqqının ona ödənildiyini göstərsə də, gələcəkdə ödənilib ödənilməməsi ilə bağlı əmin olmadığını, gələcəkdə əməliyyat olunmalı olmasını, eyni zamanda evinin tikilib başa çatdırılması üçün 20000 manat tələb etdiyini bildirmişdir. Mülki iddia ərizəsində isə müalicəyə xeyli məsrəflərinin çıxdığını, müalicə olunduğu zaman 2800 manat pul xərclədiyini, təqsirləndirilən şəxs tərəfindən həmin məbləğin ödənilmədiyini, tam müalicə olunması üçün 20000 manat xərc tələb etdiyini göstərmişdir. Eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs3 onun işləyə bilməməsinin nəzərə alınmasını, bugünədək əmək haqqını ödəsələr də, məhkəmə prosesindən sonra nə olacağını bilmədiyi üçün ona 15000 manat ödənilməsini tələb etdiyini bildirmişdir. Mülki iddia ərizəsində isə müalicəyə xeyli məsrəflərinin çıxdığını, müalicə olunduğu zaman 2800 manat pul xərclədiyini, təqsirləndirilən şəxs tərəfindən həmin məbləğin ödənilmədiyini, tam müalicə olunması üçün 15000 manat xərc tələb etdiyini göstərmişdir. Hər iki mülki iddiaçı müalicələrinə sərf olunmuş və sərf olunacaq məbləğlərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Əksinə təqsirləndirilən şəxs və mülki iddiaçı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərin sağlamlığına çəkdikləri xərclərlə bağlı bir sıra sənədlər məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, mülki iddiaya hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiada göstərilən hallar əlavə araşdırma tələb etdiyindən, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm, mülki iddiaçıların həm də mülki cavabdehin mənafeyinə uyğundur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsinə əsasən 01(bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən özəl hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Sabiq qızının vermiş olduğu mülki iddialar baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Sabiq qızının mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah olunsun. Ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-436/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-436/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver