Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-44/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Bakı şəhəri, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 0 9 A, mənzil 01-də qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs özünü işgüzar, işi bacaran şəxs kimi qələmə verib, torpaq sahəsinin sənədləşdirilməsi ilə məşğul olan tanışlarının olduğunu bildirməklə etibarını qazanıb, Zərərçəkmiş şəxs məxsus Bakı-Yevlax yolunun 71-ci km-də əsas magistral yolun kənarında yerləşən 2 sot torpaq sahəsinə dair müvafiq çıxarışı 10.000 manat müqabilində almaq vədilə onu aldadaraq, 24 oktyabr 2020ci il tarixdə, saat 12:54 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 16 saylı notariusda Zərərçəkmiş şəxs məxsus 8.500 manat dəyərində «Mercedes Vaneo» markalı, «az ** BR ***» dövlət qeydiyyat nişanlı avtomobilini, həmçinin torpağın sənədləşdirilməsilə bağlı məktub almaq adı ilə 2020-ci ilin dekabr ayının axırlarında Şahid2 «**********946583» nömrəli «Kapital Bank» kartına köçürülmüş Zərərçəkmiş şəxs məxsus 400 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində «Kapital Banka» aid ATM-dən çıxarmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, ona 8.900 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının ortalarında tanışı F.Z.Bəkirov ona zəng vurub Azər adlı tanışının Qaradağ rayonunda, Ələt qəsəbəsində 2 sot torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinə çıxarış kupça almaq istədiyini bildirmiş, eyni zamanda bununla bağlı onun köməklik göstərməsini xahiş etmişdir. Fəhradm təklifinə etiraz etməmiş və Azər adlı şəxsə qeyd olunan torpaq sahəsi üçün çıxarış kupça alıb verə biləcəyini bildirmişdir. Təxminən iki gün sonra Fəhrada zəng vurub bildirmişdir ki, Azərin torpaq sahəsinə çıxarış kupça almaq üçün təxminən 10.000 manat pul lazımdır. Sonra Fəhrad ona zəng vurub bildirmişdir ki, Azər 10.000 manat pulu olmadığını və özünə məxsus «Mercedes Vaneo» markalı, « az ** BR ***» dövlət qeydiyyat nişanlı avtomobilini satıb verə biləcəyini deyibdir. 20 oktyabr 2020-ci il tarixdə özü Azər və Fəhrad Yasamal rayonu 3 saylı Asan Xidmət mərkəzinin yaxınlığında görüşmüşlər. Həmin zaman Azərə torpaq sahəsi üçün çıxarış kupça ala biləcəyini, həmin işi müəyyən tanışlarının vasitəsilə görəcəyini, lakin 10.000 manat pul lazım olduğunu demişdir. Əslində isə Azərə həmin işi tanışlarının vasitəsilə görəcəyiniona inanması üçün yalan demişdir. Həmin vaxt Azər 10.000 manat pulu olmadığını, lakin bir neçə gün ərzində özünə məxsus avtomobili satıb verəcəyini demiş, bir neçə gün sonra Azər ona zəng vurub avtomobilin satılmadığını dedikdə Azərə pulu verəcəyi şəxslərlə danışdıqdan sonra ona bir söz deyəcəyini bildirmişdir. Əslində pulu hər hansı bir şəxsə verməyəcəkdi, bu barədə ümumiyyətlə kənar heç kəslə danışıb razılaşmamışdır, Azərin ona inanması üçün bu cür demişdir. Daha sonra Azərə zəng vurub pulu verəcəyi şəxslərlə pulun əvəzində avtomobili verə biləcəyilə bağlı razılaşdığını bildirmiş və Azər də etiraz etməmişdir. 24 oktyabr 2020ci il tarixdə özü, Fəhrad və Azər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 16 saylı notariusda görüşmüş, həmin notariusda Azər ona avtomobilin onun adına keçirilməsilə bağlı etibarnamə vermişdir. Eyni zamanda Azərlə orada razılaşmışlar ki, Azər ona avtomobili 8.000 manat müqabilində verir, 2.000 manat da işin sonunda verəcəkdir. Bundan sonra şəxsi ehtiyacları üçün avtomobili satmaq qərarına gəlmiş və maraqlandıqda ona avtomobillərin ehtiyyat hissələri satılan «8-ci km bazarında» həmin avtomobilə müştəri tapa biləcəyini bildirmişlər. 31 oktyabr 2020-ci il tarixdə həmin yerə gedib orada olan şəxslərə özünə məxsus olan həmin avtomobili satmaq istədiyini bildirmişdir. Həmin zaman əvvəlcədən tanımadığı, sonradan adını bildiyi avtomobil alqı-satqısı ilə məşğul olan Şahid1 avtomobili ala biləcəyini bildirmiş və Elşən adlı şəxslə həmin avtomobili 6.000 manata razılaşaraq, həmin günü 16 saylı notariusda Elşən adlı şəxsə avtomobili satıb onun adına keçirmişdir. Dəqiq tarix yadında deyil, aradan bir müddət keçdikdən sonra Azərə zəng vurub yalandan bildirmişdir ki, avtomobil satılmır, torpağın sənədləşdirilməsilə bağlı məktub almaq üçün 400 manat pul lazımdır, həmçinin ona taksi fəaliyyəti ilə məşğul olan tanışı N.Ə.Cəfərovun kartını göndərmişdir. Belə ki, Emilə demişdir ki, bir nəfər şəxs ona pul göndərməlidir, kartı olmadığı üçün onun kartından istifadə edə biləcəyini xahiş etmişdir, Emil də ona etiraz etməmişdir. Azər də həmin günü 400 manat pulu Emilin kartına göndərmiş və həmin günü Emil pulu Bakıxanov qəsəbəsində, «Kapital Bankın» bankomatmdan çıxarıb həmin yerdə pulun hamısını ona vermişdir. Sonradan Azərə zəng vurub yalandan demişdir ki, avtomobili Əmlak Komitəsi ilə danışmış, avtomobil tender vasitəsilə 12.800 manata əmlak komitəsinə satılacaqdır. Aradan bir müddət keçdikdən sonra Azərə zəng vurub bildirmişdir ki, avtomobil tender vasitəsilə 12.450 manata satılmışdır. Həmçinin aradan bir müddət keçdikdən sonra Azərə zəng vurub yalandan bildirmişdir ki, Bakı Texniki İnvertanzasiya idarəsinin əməkdaşı Vasif adlı şəxsi torpaq sahəsini ölçüb biçmək üçün göndərəcəkdir. Eyni zamanda Vasifin istifadəsində olan «***- ***-**-**» saylı mobil nömrəsini də Azərə göndərmişdir ki, Vasiflə əlaqə saxlayıb görüşüb torpaq sahəsinin yerini desin. Belə ki, V.T.Nəsibov onun yaxın dostu idi, sonuncu əvvəllər Binəqədi rayon Biləcəri bələdiyyəsində işləmişdir. Həmçinin Vasif ona Bakı Texniki İnvertanzasiya idarəsinin əməkdaşı olduğunu demişdir. Vasifə demişdir ki, bir nəfər şəxsdən torpaq sahəsi almaq istəyir, həmin t orpaq sahəsinə baxıb fotoşəkillərini çəksin, sonra mobil telefonla proqram vasitəsilə torpaq sahəsini kadastra vurub baxar. Eyni zamanda Vasifə bildirmişdir ki, onun mobil nömrəsini həmin şəxsə verəcəkdir, həmin şəxs onunla əlaqə saxlayacaqdır, sonra gedib torpaq sahəsinə baxıb fotoşəkillərini çəksin. Sonradan Fəhradgil ona zəng vurub bildirmişdir ki, Vasif gəlib torpaq sahəsini ölçüb biçibdir və bunun müqabilində ona Azər hörmət kimi 70 manat pul veribdir. X3 hər hansı bir məbləğdə pul vermələrini deməmişdir. Eyni zamanda Vasif də ona sonradan bildirmişdir ki, torpağın sahibi ona yol pulu kimi hörmət olaraq 70 manat pul veribdir. Vasifə həmin pulu özü xərcləməsini demişdir. Dəqiq tarix yadında deyil, Vasif bir neçə ay əvvəl rəhmətə gedibdir. Sonradan Azər ondan pulunu istədikdə pulu olmadığı üçün onun pulunu qaytara bilməmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Dəymiş ziyandan 1.000 manat ödəniş aparmışdır. Azad olunsa hissə-hissə ödəniş aparmağa hazırdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus Bakı-Yevlax yolunun 71-ci km-də yerləşən əsas magistral yolun kənarında 2 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsi sərəncamla onun adına olduğu üçün torpaq sahəsinə çıxarış kupça almaq istəyirdi. Bu barədə tanışı F.Z.Bəkirova demiş və sonuncu da ona bildirmişdir ki, əvvəllər işlədiyi Bələdiyyə vergi xidmət idarəsində Fuad adlı şəxs işləyirdi. Hal-hazırda torpağın sənədlərini toplayıb özəlləşdirilməsi ilə vətəndaşlara köməklik edir, onunla danışsın əgər köməklik edə bilərsə ona deyəcəkdir. Fəhradın təklifinə etiraz etməmiş, belə olub Fəhrad onun yanında Fuada zəng vurmuş və danışdıqdan sonra ona bildirmişdir ki, Fuad ona torpaq sahəsi üçün çıxarış kupça almaqda köməklik edə biləcəyini deyibdir. Təxminən iki gündən sonra Fəhrad ona demişdir ki, Fuad ona zəng vurub bu işin həlli üçün 10.000 manat pul lazım olduğunu bildiribdir. Özü də Fəhrada 10.000 manat pulunun olmadığını, lakin özünə məxsus «Mercedes Vaneo» markalı, «az ** BR ***» dövlət qeydiyyat nişanlı avtomobilini 10.000 manata satıb pulu torpaq sahəsinə çıxarış almaq üçün Fuad adlı şəxsə verə biləcəyini demişdir. 20 oktyabr 2020-ci il tarixdə Yasamal rayonunda 3 saylı Asan xidmət mərkəzinin yaxınlığında özü, Fuad və Fəhrad görüşmüşlər. Həmin zaman Fuad ona torpaq sahəsi üçün çıxarış kupça ala biləcəyini, həmin işi müəyyən tanışlarının vasitəsilə gördüyünü və 10.000 manat pulu onlara verəcəyini demişdir. Özü də ona bir neçə gün ərzində avtomobilini satıb pulu verəcəyini bildirmişdimr. Bir neçə gün sonra Fuada zəng vurub avtomobilin satılmadığını demişdir. O da ona pulu verəcəyi şəxslərlə əlaqə saxlayıb bir söz deyəcəyini bildirmişdir. Sonra Fuad ona zəng vurub pulu verəcəyi şəxslərlə danışdığını, əvəzində avtomobili verə biləcəyilə bağlı razılaşdığını bildirdikdə etiraz etməmişdir. Bundan sonra Fəhrada zəng vurub bu barədə məlumat vermiş və 24 oktyabr 2020-ci il tarixdə Fuad, özü və Fəhrad Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 16 saylı notariusda görüşmüş, orada özünə məxsus yuxarıda qeyd olunan avtomobilini Fuadın adma keçirilməsi üçün etibarnamə vermişdir. Fuad 45 gün müddətində torpağın özəlləşdirilməsini, çıxarış kupça alacağına söz vermişdir. 2020-ci ilin dekabr ayının axırlarında Fuad zəng vurub bildirmişdir ki, avtomobil satılmır, torpağın sənədləşdirilməsilə bağlı məktub almaq üçün 400 manat pul lazımdır. Özü də həmin günü Fuadın Şahid2 adlı şəxsin adına göndərdiyi «**********946583» saylı «Kapital banka» aid kart hesabına 400 manat pul göndərmişdir. Lakin, aradan xeyli müddət keçməsinə baxmayaraq Fuad verdiyi vədə əməl etməmişdir. 2021-ci ilin mart ayının axırlarında Fuad ona zəng vurub bildirmişdir ki, əmlak komitəsi ilə danışıbdır, avtomobil tender vasitəsilə 12.800 manata əmlak komitəsinə satılacaqdır, avtomobil onun adına olduğuna görə ola bilər ki, zəng vurub soruşdular, həmin zaman avtomobilin qiymətini 12.800 manat deyər. 2021-ci ilin aprel ayında Fuad ona bildirmişdir ki, avtomobil tender yolu ilə 12.450 manata satılmışdır. Bundan sonra dəqiq tarix yadında deyil, həmin müddət ərzində Fuad bildirmişdir ki, Bakı Texniki İnvertanzasiya idarəsinin əməkdaşı Vasif adlı şəxsi torpaq sahəsini ölçüb biçmək üçün göndərəcəkdir və həmin şəxsin mobil nömrəsini vermişdir. Bundan sonra həmin şəxsin istifadəsində olan «***-***-**-**» saylı mobil nömrəsinə zəng vurmuşdur. Həmin şəxs axşam radələrində «Tofaş» markalı qeydiyyat nişanını bilmədiyi bir avtomobillə gəlmişdir. Vasif adlı şəxs avtomobildən düşüb ona yaxınlaşmış və mobil telefonu ilə torpaq sahəsini çəkməyə başlamışdır. Bunun müqabilində Vasif adlı şəxs özü yol pulu və əziyyət haqqı kimi 70 manat pul vermişdir. Lakin Azər ona Vasifə pul verməyi barədə heç nə deməmişdir, eyni zamanda Vasif adlı şəxs də ondan pul istəməmişdir. Sadəcə olaraq özü artıq torpaq sahəsinin çıxarış sənədləri düzəldiyi üçün sevinib həmin şəxsə özü şirinlik kimi 70 manat pul vermiş və çıxıb getmişdir. Aradan uzun müddət keçməsinə baxmayaraq Fuaddan avtomobilini və ya pulunu tələb etdikdə Fuad hazırki müddətədək avtomobilini və ya pulunu geri qaytarmamışdır. Avtomobilinin qiyməti 800 manatdır, əlavə olaraq da Fuada 400 manat pul göndərmişdir. Hadisə nəticəsində ona ümumilikdə 8.400 manat maddi ziyan dəymişdir. Hal-hazırda şikayətçidir. Məhkəmədən mülki iddianın təmin olunması və təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Ələt qəsəbə sakini kimi tanıyır. Zərərçəkmiş şəxs özünə məxsus Bakı-Yevlax yolunun 71-ci km-də yerləşən əsas magistral yolun kənarında 2 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsi sərəncamla onun adına olduğu üçün torpaq sahəsinə çıxarış kupça almaq istədiyini bildirmişdir. Bundan sonra Azərə bildirmdir ki, əvvəllər işlədiyi Bələdiyyə vergi xidmət idarəsində işləyərkən onunla Fuad adlı şəxs işləyirdi, hal-hazırda torpağın sənədlərini toplayıb özəlləşdirilməsi ilə vətəndaşlara köməklik edir. Azər də etiraz etməmiş, belə olub Fuada zəng vurmuş və tanışı Azər adlı şəxə məxsus torpaq sahəsinin özəlləşdirilməsində, yəni çıxarış kupça alınmasında köməklik edə biləcəyini soruşduqda Fuad da həmin məsələdə köməklik edə biləcəyini demişdir. Təxminən iki gündən sonra Fuad ona zəng vurub işin həlli üçün 10.000 manat pul lazım olduğunu bildirdikdə Azərə Fuadın dediklərini demiş, həmin zaman Azər 10.000 manat pulunun olmadığını, lakin özünə məxsus «Mercedes Vaneo» markalı avtomobilini 10.000 manata satıb pulu torpaq sahəsinə çıxarış almaq üçün Fuad adlı şəxsə verə biləcəyini demişdir. Bundan sonra Fuada zəng vurub məlumat vermiş, daha sonra özü, Azər və Fuad 20 oktyabr 2020-ci il tarixdə Yasamal rayonunda, 3 saylı Asan Xidmət Mərkəzinin yaxınlığında görüşdükdə həmin zaman Azər Fuada bildirmişdir ki, torpağın özəlləşdirilməsi üçün ona vermək üçün hazırda 10.000 manat pulu yoxdur. Lakin bir neçə gün ərzində avtomobilini satıb verəcəkdir. Dəqiq tarix yadında deyil, bir neçə gün keçdikdən sonra Azər ona zəng vurub bildirmişdir ki, Fuadla danışıb razılaşıbdır, torpağın çıxarışı üçün sonuncunun istədiyi 10.000 manat pulun müqabilində özünə məxsus «Mercedes» markalı avtomobili notarius vasitəsilə Fuada verəcəkdir və notariusa birlikdə getməyi təklif etmişdir. Bundan sonra özü, Fuad və Azər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 16 saylı notariusda görüşmüşlər, orada Azər torpağına çıxarış alması üçün avtomobilini Fuadın adına keçirmiş və Fuad 45 gün müddətində torpağın özəlləşdirilməsini, çıxarış kupça alacağına söz vermişdir. Lakin, aradan xeyli müddət keçməsinə baxmayaraq Fuad verdiyi vədə əməl etməmişdir. Azər Fuaddan avtomobilini və ya pulunu tələb etdikdə Fuad hazırki müddətədək onun avtomobilini və ya pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvəllər Dövləd Sərhəd Xidmətində işləmişdir, hazırda fərdi qaydada sürücülük edir. Təqsirləndirilən şəxsla əvəllər qonşu olubdur, onunla münasibəti bir qonşu kimi normal olmuşdur. 2020-ci ilin dekabr ayının axırlarında yaşadığı evin yaxınlığında olarkən Fuad ona yaxınlaşmış və qızının pul kartı zədələndiyini deyib xəstə qızma dərman almaq üçün pul lazım olduğunu və bu məqsədlə onun pul kartından istifadə etmək istədiyini bildirmişdir. Bundan sonra Fuadın qızının xəstə olduğunu bilib ona inanmış və özünə məxsus «**********946583» saylı «Kapital banka» aid kartı ona vermişdir. Fuad öz mobil telefonu ilə pul kartının şəkilini çəkib kiməsə göndərmişdir. Bir müddət sonra onun mobil telefonuna 400 manat pulun yüklənməsi barədə mesaj gəlmiş və yaxınlıqda yerləşən «Kapital Banka» məxsus bankomatdan həmin məbləği çıxarıb Fuadın özünə təqdim etmişdir. Bundan sonra Fuad ona təşəkkür edib getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidia istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 Fariz oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvəllər tanışlığı olmayıbdır. Təxminən 2020-ci ilin oktyabr ayının axırlarında 8-ci km adlanan avtomobil bazarında olan zaman əvəllər tanımadığı, sonradan adını Təqsirləndirilən şəxs bildiyi şəxsin dövlət qeydiyyat nişanı «az ** BR ***» olan Mercedes Vaneo markalı avtomobilin satdığını görüb ona yaxınlaşmışdır. Fuaddan avtomaşını neçəyə satdığını, həbsi olub- olmamasını və kimin adma olmasını maraqlandıqda o, avtomobilin baş etibarnamə ilə özünə məxsus olduğunu, həbsi olmadığını və təxminən 7-8 minə satdığını bildirmişdir. Bundan sonra avtomobili nəzərdən keçirib bəyəndiyindən qiymətini 6 min manata salıb almağa razılaşmış, sonra Fuadla Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 16 saylı notariusa gəlib avtomobili özünün adma baş etibarnamə verməklə rəsmləşdirmişlər. Bundan sonra notariusda Fuada 6.000 min manat vermişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respulikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/565 saylı, 31 mart 2022-ci il tarixli məhkəmə ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Respublikada şəhərdə yerləşən avtobazalarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərarda göstərilən 2002-ci il buraxılışlı, universal tipli, mühərrikin həcmi 1.600 sm3 olan, «Mercedes Vaneo minik» markalı, «az ** BR ***» dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 8.500 manat müəyyən olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 25 yanvar 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 06 noyabr 2001-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 31 yanvar 2002-ci il tarixdə Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olmasını, 1.000 manat məbləğində ödəniş aparmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarından görünür ki, psevdovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 73- 1.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Bundan yeganə istisna həmin Qərarın 36-cı bəndində göstərilən şəxsin dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyrimümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, dəymiş ziyanın öədnilməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində cəza çəkirlər. Cinayət işinin materiallarında olan axtarışqda olan şəxsin tutulması haqqında 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2022-cü il tarixdə tutulmuşdur (səh., 97) Cinayət işinin materiallarında olan 04 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 129). Cinayət işinin materiallarında olan 04 mart 2022-ci il tarixli Bakı şəhəri, Sabunçu Rayon Prokurorunun qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 142). Cinayət işinin materiallarında olan 04 mart 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 145). Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)438/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 7616 saylı, 26 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə tutularaq, 24 oktyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən, 04 mart 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «22» oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədibir hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iddianın təmin edilərək, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş 8.900+200=9.100 manat məbləğində maddi zərərin, 17.400 manat məbləğində itirilmiş gəlirin, 5.000 manat mənəvi zərərin, ödənilmiş 175 manat dövlət rüsumunun MPM-in 445.7-ci maddəsinə görə gecikdirilən hər il üçün nəzərdə tutulan 5%-i təşkil edən 910 manatın MPM-in 332-ci maddəsinə əsasən 2022-ci ilin dekabr ayında 2020-ci ilin oktyabr ayına münasibətdə Dövlət Statistika Komitəsinin arayışına görə infilyasiya göstəricisi kimi istehlak qiymətləri indeksinə uyğun olaraq indeksasiya olunub artmış hissənin 29.7% olmaqla 2.703 manat vəsaitin mülki cavabdeh şəxsdən ona tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması aşağıdakı qərarlardan biri əks etdirilir: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə hüquqi qiymət verərək hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş 8.100 manat məbləğində maddi zərərin, 200 manat mənəvi zərər, ödənilmiş 175 manat dövlət rüsumunun 100 manatı mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalı, 75 manat dövlət rüsumu isə mülki iddiaçı Zərərçəkmiş şəxs aid edilməlidir. İddianın qalan hissələri isə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. 50 manat xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixə kimi həbsdə saxlandığı «02» (iki) gün müddət nəzərə alınsın və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət təyin olunmuş cəzadan çıxılsın, qəti olaraq Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəzacəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı «22» oktyabr 2022-ci il tarixdən hesablansın. 50 manat xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş 8.100 manat məbləğində maddi zərərin, 200 manat mənəvi zərər, ödənilmiş 175 manat dövlət rüsumunun 100 manatı mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun, 75 manat dövlət rüsumu isə mülki iddiaçı Zərərçəkmiş şəxs aid edilsin. İddianın qalan hissələri isə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-44/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-44/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver