Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-44/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci ildə Şəmkir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Sabunçu rayonu, Şuşa Ramana qəsəbəsi, fərdi evdə yaşamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 4 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olub tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmiş və vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Belə ki, o, özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi yeni yaşayış massivi ərazisinə gələrək orada yerləşən daş hasarla əhatə olunan yaşayış sahəsinin həyətinə qanunsuz daxil olmaqla həyətdə aparılan tikinti işlərində usta kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 diqqətinin işə yayınmasından istifadə edib sonuncunun həmin həyətdəki ağacın altında saxladığı bir ədəd dəyəri 350 manat olan “Realme” markalı mobil telefon cihazını, telefon cihazının üzərində olan 5 manat dəyərində ***-***-**-** nömrəli sim-kartı, telefon cihazının arxasındakı qoruyucu qabın arasında saxlanılan "xxxx" ASC-yə aid **********362877 nömrəli plastik bank kartını gizli olaraq talamış, daha sonra həmin tarixdə Bakı şəhəri Ramana, Bülbülə və Sabunçu qəsəbələri ərazisində yerləşən müxtəlif mağazalarda aldığı məhsulların dəyərini həmin plastik bank kartından istifadə edərək mağazalardakı elektron ödəmə terminalları vasitəsi ilə təmassız ödəniş üsulu ilə ödəyib elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus plastik bank kartının hesabından 321 manat məbləğində pul vəsaitini də ələ keçirib sonuncuya ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 676 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən “Xocalı” Futbol Klubunun saxlanc yeri kimi istifadə olunan paltar dəyişmə otağına qanunsuz daxil olmaqla oradakı skamyaların üzərində saxlanılan idman çantalarından həmin vaxt zalda futbol oynayan yetkinlitk yaşına çatmayan Nicat Salahlının istifadəsində olmaqla sonuncunun anası Zərərçəkmiş şəxs2 qızma məxsus bir ədəd 500 manat dəyərində “Xiaomi” markalı mobil telefon cihazını üzərindəki 20 manat ümumi dəyərində iki ədəd sim-kartla birlikdə, azyaşlı Asim Nəsiblinin istifadəsində olmaqla sonuncunun anası Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 600 manat dəyərində “Honor X8” markalı mobil telefon cihazını üzərindəki 10 manat dəyərində bir ədəd sim-kartla birlikdə, yetkinlik yaşına çatmayan Əfrahim Məhərrəmlinin istifadəsində olmaqla sonuncunun anası X4 məxsus bir ədəd 280 manat dəyərində “Xiaomi-Redmi 12” markalı mobil telefon cihazını üzərindəki 5 manat dəyərində bir ədəd sim-kartla birlikdə gizli olaraq talayıb ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 520 manat məbləğində, Zərərçəkmiş şəxs3 610 manat məbləğində, zərərçəkmiş şəxs Səidə İmanovaya isə 285 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 14:45 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən “Sport Ster” idman zalının paltar dəyişmə otağına gələrək oradakı saxlanc yeri kimi istifadə olunan paltar dolablarına qanunsuz daxil olmaqla dolablarda saxlanılan, həmin vaxt idman zalında futbol oynayan X2 məxsus bir ədəd 600 manat dəyərində “X10 11” markalı mobil telefon cihazını üzərindəki 5 manat dəyərində sim-kartla birlikdə, Zərərçəkmiş şəxs7 məxsus bir ədəd 780 manat dəyərində “Xiaomi Redmi 9T” markalı mobil telefon cihazını üzərindəki 5 manat dəyərində sim-kartla birlikdə, Zərərçəkmiş şəxs5 məxsus bir ədəd 1000 manat dəyərində “Samsung Galaxy A54 5G” markalı mobil telefon cihazını üzərindəki 10 manat ümumi dəyərində iki ədəd sim-kartla birlikdə və içərisində bir ədəd şəxsiyyət vəsiqəsi, 80 manat nağd pul, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 20 manat olan "xxxx" və "xxxx" ASC-yə aid iki ədəd plastik bank kartları olan bir ədəd 10 manat dəyərində pul kisəsini gizli olaraq talayıb ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Pərviz Mollayevə 605 manat məbləğində, Zərərçəkmiş şəxs7 785 manat məbləğində, Zərərçəkmiş şəxs5 isə 1120 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmiş və vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq təkrar talama məqsədilə 23 mart 2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq yaşayış massivində yerləşən fərdi yaşayış evinə pəncərə üçün nəzərdə tutulmuş açıq hissəsindən keçməklə qanunsuz daxil olaraq orada usta işləyən Zərərçəkmiş şəxs8 diqqətinin yayınmasından istifadə edərək sonuncunun həmin evin birinci mərtəbəsindəki otağına qoyduğu əl çantasından içərisində 13 manat məbləğində nağd pul, 2 manat dəyərində bir ədəd metro kartı, vətəndaşın bir ədəd şəxsiyyət vəsiqəsi və "xxxx" ASC-yə aid 4169 7388 6921 2237 nömrəli bir ədəd 10 manat dəyərində plastik bank kartı olan bir ədəd 10 manat dəyərində pul kisəsini gizli olaraq talayıb təkrar oğurluq etmiş, daha sonra həmin tarixdə taladığı şəxsiyyət vəsiqəsinin üzərində əks olunan təvəllüd rəqəmlərini informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcısı olan bank kartının təhlükəsizlik şifrəsi kimi Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Araz” marketinin qarşısındakı “Azərbaycan Beynəlxalq Bankı” və "xxxx" ASC-lərə aid elektron ödəmə terminallarına daxil edib Zərərçəkmiş şəxs8 məxsus plastik bank kartının hesabından saat 19:08-də 200 manat, saat 19:10 da 1000 manat və 2000 manat, saat 19:13-də 2000 manat, saat 19:14-də 700 manat olmaqla ümumilikdə 5900 manat məbləğində xeyli miqdarda pul vəsaitini də çıxararaq ələ keçirməklə təkrar oğurluq edib ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs8 5935 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmiş və vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq təkrar talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında yerləşən 74 saylı orta məktəbin idman zalının paltar dəyişmə otağına gələrək oradakı saxlanc yeri kimi istifadə olunan paltar dolabına qanunsuz daxil olmaqla dolabda saxlanılan, həmin vaxt zalda futbol oynayan Zərərçəkmiş şəxs9 məxsus şalvarının cibindən bir ədəd dəyəri 190 manat olan «Xiaomi Poco M3 Pro» markalı mobil telefon cihazını üzərindəki bir ədəd 5 manat dəyərində sim-kartla birlikdə, içərisində 50 manat məbləğində nağd pul, vətəndaşın bir ədəd şəxsiyyət vəsiqəsi, balansında 25 manat məbləğində pul olan "xxxx" ASC-yə aid 4169 7388 9577 7922 nömrəli bir ədəd plastik bank kartı olan bir ədəd 10 manat eləyərində pul kisəsini gizli olaraq talayıb təkrar oğurluq etmiş, taladığı mobil telefon cihazının yaddaşında olan «Birbank» elektron tədbiqinə daxil olub informasiya texnologiyalarından istifadə etməklə taladığı şəxsiyyət vəsiqəsinin üzərində əks olunan təvəllüd rəqəmlərini elektron məlumat daşıyıcısı olan bank kartının təhlükəsizlik şifrəsi kimi daxil edib kart sahibi Zərərçəkmiş şəxs9 adına 1500 manat məbləğində onlayn kredit verilməsinə nail olaraq informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcısı olan bank kartının hesabından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Şamil Kamilov küçəsində yerləşən «Brend Ucuzluq» mağazasından aldığı 1300 manat, 19,50 manat, 10 manat, 2 manat olmaqla ümumilikdə 1331,5 manat dəyərində və Sülh-Neftçilər küçəsində yerləşən «Cross Baku» mağazasından aldığı 188,58 manat dəyərində məhsulların pulunu həmin plastik bank kartından istifadə edərək mağazalardakı elektron ödəmə terminalları vasitəsi ilə təmassız ödəniş üsulu ilə ödəməklə və «www.fnt.az» mobil tədbiqi üzərindən 5 manat məbləğində ödəniş edib internet paketi əldə etməklə elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs9 məxsus plastik bank kartının hesabından ümumilikdə 1525,08 manat məbləğində pul vəsaitini də ələ keçirib sonuncuya ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1780,08 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmiş və vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuşdur. Ona görə oğurluq cinayətlərini törətmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi yeni yaşayış massivi ərazisindəki tikintilərdən birinə iş axtarmaq adı ilə gedərək orada işləyən, adının Zərərçəkmiş şəxs1 olması sonradan ona məlum olan şəxsin diqqətinin işə yayınmasından istifadə edib sonuncunun həmin tikintinin ərazisindəki daşın üstündə saxladığı bir ədəd “Realme” markalı mobil telefon cihazını, telefon üzlüyünün arasında olan bir ədəd "xxxx" ASC-yə aid plastik bank kartı ilə birlikdə oğurlamış, telefonu içərisindəki sim-kartı çıxarıb tullamaqla “20 Yanvar Dairəsi” adlanan ərazidəki hazırda dəqiq yadında qalmayan telefon dükanlarından birinə özününki kimi təqdim etməklə 145 manata satmış, əldə etdiyi pulu öz ehtiyaclarına sərf etmiş, həmin telefonun üzlüyünün altında olan kartdan isə bir neçə dəfə müxtəlif dükanlarda istifadə etməklə 321 manatlıq alış-veriş etmiş, sonradan isə artıq həmin kart bağlandığından onu tullamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən “Sport Ster” idman zalının paltar dəyişmə otağına daxil olaraq oradakı paltar dolablarından 01 ədəd «X10 11» markalı, bir ədəd «Samsung Galaxy A54» markalı, bir ədəd «Xiaomi Redmi 9T» markalı mobil telefon cihazlarını və içərisində 80 manat nağd pul və sənədlər olan bir ədəd pul kisəsini oğurlamış, oğurladığı həmin mobil telefonları yenə də “20 Yanvar Dairəsi” adlanan ərazidəki hazırda dəqiq yadında qalmayan ayrı-ayrı telefon dükanlarına təqdim etməklə satıb ümumilikdə təxminən 280 manat məbləğində pul əldə etmiş, həmin oğurluq nəticəsində ələ keçirdiyi telefonların satışından əldə etdiyi pulları və pul kisəsinin içərisindən tapdığı 80 manat məbləğində pulu öz ehtiyaclarına sərf etmiş, pul kisəsini isə içərisindəki sənədlər ilə birlikdə tullamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə axşam saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi “Badamlıq” yaşayış massivi ərazisindəki tikinti işləri aparılan fərdi evlərdən birinin həyətinə iş axtarmaq adı ilə açıq darvazadan keçib açıq pəncərəsindən evin içərisinə daxil olaraq orada işləyən, adının Zərərçəkmiş şəxs8 olması sonradan istintaq zamanı ona məlum olan şəxsin diqqətinin işə yayınmasından istifadə edib sonuncunun həmin evin birinci mərtəbəsində olan otaqlarından birində saxladığı bir ədəd əl çantasının içərisindən bir ədəd pul kisəsini oğurlayıb oradan uzaqlaşmış, yolda pul kisəsinin içərisindəki 13 manat nağd pul, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd "xxxx" ASC-yə aid plastik bank kartı olmasını müəyyən edərək 13 manat məbləğində pulu pul kisəsinin içərisindən götürüb cibinə qoymuş, plastik bank kartını isə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindəki “Bravo” marketinin qarşısında rast gəldiyi bankomata daxil edərək oğurladığı pul kisəsinin içərisində olan şəxsiyyət vəsiqəsinin üzərində əks olunan doğum tarixini kod kimi daxil etməklə kartın balansında olan ümumilikdə təxminən 5900 manat pulu hissə-hissə çıxarıb ələ keçirmiş, kartın balansı sıfırlandıqdan sonra həmin kartı, şəxsiyyət vəsiqəsini və pul kisəsini yolun kənarında tullamış, həmin oğurluq nəticəsində əldə etdiyi pulları öz ehtiyaclarıma sərf etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 74 nömrəli orta məktəbin stadionunun paltar dəyişmə otağına daxil olaraq oradakı paltar dolabından asılmış şalvarın cibindən 01 ədəd «Xiaomi Poco MZ Pro» markalı mobil telefon cihazını və içərisində 50 manat nağd pul, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd "xxxx" ASC-yə aid plastik bank kartı olan pul kisəsini oğurlamışdır. Oğurladığı plastik bank kartını yolunun üstündə rast gəldiyi ilk bankomatlardan birinə daxil edərək oğurladığı pul kisəsinin içərisində olan şəxsiyyət vəsiqəsinin üzərində əks olunan doğum tarixini kod kimi daxil etməklə kartın balansında olan ümumilikdə təxminən 1500 manat pulu hissə-hissə çıxarıb ələ keçirmiş, kartın balansı sıfırlandıqdan sonra həmin kartı, şəxsiyyət vəsiqəsini və pul kisəsini yolun kənarında tullamış, oğurladığı mobil telefonu isə içərisindəki sim-kartı çıxarıb tullamaqla yenə də “20 Yanvar Dairəsi” adlanan ərazidəki telefon dükanlarından birinin qarşısında yoldan keçən tanımadığı bir şəxsə özününki kimi təqdim etməklə 50 manata satmış, həmin oğurluq nəticəsində əldə etdiyi pulları öz ehtiyaclarına sərf etmişdir. Ona elan olunmuş ittihamda olan “Xocalı” idman klubundan edilən oğurluğu o, törətməmişdir. O, polislərə Xocalı idman klubu ilə üzbəüz olan digər idman klubundan oğurluq etdiyini bildirmişdir. Lakin onlar ittihamda səhv qeyd etmişlər. Polis tərəfindən tutularkən ona təzyiq göstərilmişdir. Ona görə “Xocalı” Futbol klubundan oğurluq etməsini boynuna almışdır. İfadəsinin yerində yoxlanması zamanı nəyə görə “Xocalı” Futbol klubundan oğurluq etməsini bildirməsinin səbəbini bilmir. Oğurluq etdiyi bəzi epizodlarda pul kisəsini oğurlayarkən içərisində şəxsiyyət vəsiqəsi də olmuşdur. Lakin onun bundan xəbəri olmamışdır. O, pul kisəsini oğurlayarkən içərisini açıb baxmamışdır. Oğurladıqdan sonra baxarkən şəxsiyyət vəsiqəsini orada görmüş və onu atmışdır. Əvvəldən pul kisəsini açıb baxmış olsa və şəxsiyyət vəsiqəsini görsə idi, şəxsiyyət vəsiqəsini götürməzdi. Pul kisəsini oğurlamaqda məqsədi pul əldə etmək olmuşdur. Onun şəxsiyyət vəsiqəsini oğurlamaq niyyəti olmamışdır. Məhkəmədən əməlindən peşman olmasını, müharibə iştirakçısı olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində futbol oynamaq üçün Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 74 saylı orta məktəbin stadionuna getmişdir. Oranın paltar dəyişmə otağında əynindəki paltarlarını çıxarıb oradakı dolablardan birindən asaraq idman paltarını geyinib idman zalına keçmişdir. Təxminən bir saat futbol oynadıqdan sonra əynini geyinmək üçün paltar dəyişmə otağına keçib dolabdan paltarlarını götürdükdə müəyyən etmişdir ki, şalvarının cibində saxladığı bir ədəd dəyəri 190 manat olan «Xiaomi Poco M3 Pro» markalı mobil telefon cihazı, telefon ilə birlikdə üzərində olan bir ədəd 5 manat dəyərində ***-***-**-** nömrəli sim-kart, bir ədəd dəyəri 10 manat olan pul kisəsi, pul kisəsinin içərisində saxladığı 50 manat məbləğində nağd pulu, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd balansında 25 manat məbləğində pul olan özünə məxsus "xxxx" ASC-yə aid 4169 7388 9577 7922 nömrəli plastik bank kartı oğurlanıb. Bu barədə stadionun işçilərinə müraciət etmiş, onlar da paltar dəyişmə otağında quraşdırılmış videomüşahidə kameralarının həmin ana qeydə aldıqları videogörüntülərini açıb baxdıqda müəyyən olunmuşdur ki, bir nəfər kənar şəxs onların futbol oynadıqları müddətdə paltar dəyişmə otağında heç kimin olmamasından istifadə edərək gizlincə paltar dəyişmə otağına daxil olur, girişdən birinci yerləşən onun paltarlarını qoyduğu dolabın qıfıllanmayan qapısını açıb orada olan paltarlarının ciblərini axtarır və ciblərindən yuxarıda sadaladığı əşyalarını qısa müddət kəsiyində oğurlayıb çıxıb gedir. Görüntülərə baxıdıqdan sonra əmlakının oğurlanmasına tam əmin olduqdan sonra ərazi aidiyyəti üzrə şikayət ərizəsi ilə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə müraciət etmişdir, ilkin ərizəsində yalnız oğurlanmış əmlakının dəyərini göstərsə də, sabahısı gün məlum olmuşdur ki, oğurlanmış telefonunun yaddaşında olan «Birbank» elektron tədbiqinə daxil olmaqla onun adına plastik kartı vasitəsi ilə 1500 manat məbləğində kredit götürülüb, daha sonra isə həmin kart hesabının balansında olan ümumilikdə 1525 manat məbləğində pulu da hesabından çıxarılıb. Belə ki, kartının və «Birbank» elektron tədbiqinin təhlükəsizlik kodu kimi, öz təvəllüdünün rəqəmlərini, yəni 1995 rəqəmlərini qeyd etmişdir, kartını oğurlamış şəxs də oğurladığı pul kisəsinin içərisində olan şəxsiyyət vəsiqəsində qeyd olunan təvəllüdünün rəqəmlərini daxil etməklə təhlükəsizlik baryerlərini keçərək kartının balansında toplanan pullarını ələ keçirmişdir. Baş vermiş hadisə nəticəsində ona nağd şəkildə ümumilikdə 1780 manat məbləğində maddi ziyan dəymişdir, bundan əlavə oğurlanmış şəxsiyyət vəsiqəsinin bərpası üçün 36 manat məbləğində dövlət rüsumu ödəmiş, ona görə də hadisə nəticəsində ona dəymiş maddi zərərin ümumi dəyəri 1816 manat təşkil edir. Onun nə telefonu qaytarılıb, nə pulu ödənilmişdir. Ona görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 08:00 yaşadığı Qobu qəsəbəsində yerləşən evindən çıxıb Saray qəsəbəsində yerləşən Badamlıq yaşayış massivindəki təmir etdiyi evə doğru yola çıxmış, yolda olan zaman Masazır qəsəbəsində yerləşən “Şərq” marketinə daxil olmuş, həmin vaxt pul kisəsini götürüb içərisindən pul çıxararaq ödəniş etmiş və daha sonra pul kisəsini əl çantasının içərisinə qoymuşdur. Daha sonra avtobusa minərək Saray qəsəbəsində yerləşən Badamlıq yaşayış massivindəki təmir etdiyi evə doğru getmişdir. Həmin gün təxminən axşam saat 21 radələrinədək orada işləmişdir. Həmin müddətdə əl çantası fərdi tikilinin birinci mərtəbəsində olan kiçik otaqlardan birində olmuş, işini bitirdikdən sonra yenidən həmin otağa keçib geyimini dəyişərək çantasını götürüb oradan getmişdir. Evə getmək üçün yolda taksilərdən birinə minmiş və Abşeron rayonunda yerləşən Ekologiya Postunda saxlamasını istəmişdir. Həmin vaxt taksi sürücüsünün pulunu ödəmək üçün əl çantasını açıb pul kisəsini götürmək istədikdə pul kisəsini tapa bilməmişdir. Daha sonra pul vermədən avtomobildən enmiş və telefonuna baxmışdır. Həmin vaxt telefonundakı "xxxx" elektron tədbiqindən bildiriş gəldiyini müəyyən etmişdir. Bildirişdə ona məxsus "xxxx" ASC-yə aid 4169 7388 6921 2237 nömrəli bank kartından xx.xx.2024-cü il tarixdə saat 19:08-də 200 manat, 19:10-da 1000 manat, 19:10-da 2000 manat, 19:13-də 2000 manat və 19:14-də 700 manat olmaqla ümumilikdə 5900 manat pul çıxarılması qeyd olunmuşdur. Bunu bildikdən sonra dərhal DİN-in «102» Xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. 13 manat məbləğində nağd pul, 2 manat dəyərində bir ədəd metro kartı, bir ədəd şəxsiyyət vəsiqəsi və "xxxx" ASC-yə aid bir ədəd 10 manat dəyərində plastik bank kartı olan bir ədəd 10 manat dəyərində pul kisəsi də oğurlanmışdır. Hadisə nəticəsində ona dəymiş maddi ziyanın ümumi məbləği 5935 manat manat təşkil edir.Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəmi dolandırmaq üçün Bakı şəhəri ərazisində aparılan tikintilərdə fərdi qaydada usat kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə günirta saatlarında usta kimi işlədiyi, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində fərdi tikintinin yarımçıq hasarı olan həyətində nahar etdikdən sonra özünə məxsus «Realme» markalı, üzərində ***-***-**-** nömrəli sim-kart olan və arxasındakı qoruyucu qabın arasında özünə məxsus "xxxx" ASCyə aid **********362877 nömrəli palstik bank kartını saxladığı mobil telefon cihazını oradakı ağacın altında qoyub işini davam etdirmək üçün tikintinin içərisinə daxil olmuşdur. Axşam saatlarında işini bitirib evə getməyə hazırlaşarkən müəyyən etmişdir ki, mobil telefonu ağacın altından oğurlanıb. Artıq gec olduğundan sabahısı gün "xxxx" ASC-yə müraciət edərək kart hesabını bağlatmaq istədikdə müəyyən etmişdir ki, hesabındakı 438 manat məbləğində pulun 321 manat məbləğində hissəsi artıq müxtəlif dükanlarda sərf olunub. Bundan sonra zəng vurub baş vermiş oğurluq hadisəsi barədə Azərbaycan Respublikası DİN-in «102» Xidmətinə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 676 manat məbləğində maddi ziyan dəymişdir, belə ki, oğurlanmış telefonunun dəyəri 350 manat, üzərindəki sim-kartın dəyəri 5 manat, kart hesabının balansından israf olunmuş pulun məbləği isə 321 manat təşkil edir. Ona dəymiş ziyan ödənilmədiyi halda şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində dostlarım ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən “Sport Ster” stadionuna futbol oynamağa getmişdir. Stadionun paltar dəyişmə otağında əynini dəyişərək paltarlarını oradakı qıfıllanmayan dolabların birindən asmışdır. Oyuna gecikən şəxslərin əyinlərini dəyişə bilmələri üçün isə paltar dəyişmə otağının qapısını açıq saxlamışlar. Təxminən bir saata oyun qurtardıqdan sonra yuyunaraq əynini dəyişmək üçün paltar dolabından paltarlarını götürdükdə isə aşkar etmişdir ki, paltarlarının cibində saxladığı özünə məxsus bir ədəd 1000 manat dəyərində “Samsung Galaxy A54 5G” markalı mobil telefon cihazı, üzərindəki 10 manat dəyərində iki ədəd ***-***-**-** və ***-***-**-** nömrəli sim-kartlar və içərisində bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 80 manat nağd pul, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 20 manat olan "xxxx" və "xxxx" ASC- yə aid iki ədəd plastik bank kartları olan bir ədəd dəyəri 10 manat olan pul kisəsi naməlum şəxs tərəfindən oğurlanıb. Həmçinin, həmin vaxt onlarla birlikdə futbol oynamağa gedən Zərərçəkmiş şəxs7 və X3 adlı digər şəxslərin də mobil telefonları oğurlanmışdır. Baş vermiş hadisə barədə zəng vurub DİN-in “102” Xidmətinə məlumat vermişlər. Ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib ərizə və izahatlarını qəbul etmişlər, hadisə yerinə baxış keçirmişlər, oranın videomüşahidə kameralarının qeydə aldığı videogörüntülərə baxmışlar və müəyyən olunmuşdur ki, bir nəfər tanımadıqları cavan oğlan onların oyunda olduqları vaxt stadionun paltar dəyişmə otağına daxil olaraq orada heç kimin olmamasından və paltar dolablarının açıq olmasından istifadə edərək onların ciblərindən oğurluq edərək oranı heç bir manesiz tərk edir. Bundan sonra o, bank kartlarının hesabındakı pullar oğurlanmasın deyə, dərhal zəng vurub banklara oğurluq barədə məlumat verərək kartlarının bloklanmasını xahiş etmiş, ona görə də oğurluq etmiş şəxs kart hesablarına müdaxilə edə bilməmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1120 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənilmədiyindən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü oğlu Nicat Salahlı 2023-cü ildən “Xocalı” Futbol Klubunun yetkinlik yaşına çatmayanlar üzrə komandasında çıxış edir və mütəmadi olaraq həmin klubun məşqlərində iştirak edir. Həmin klubun stadionu Abşeron rayonu, Masazır kəndi ərazisində Duz Gölünün yaxınlığında yerləşir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində oğlu Nicat Salahlı futbol məşqinə getmiş, saat 19:45 radələrində isə bikef halda evə geri qayıtmışdır. Ondan nə baş verdiyini soruşanda Nicat ona stadionun geyinmə otağında istifadəsində olan “Xiaomi” markalı mobil telefonun oğurlandığını və bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etdiyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə onlar həmin stadionda olanda polis əməkdaşları yaxınlaşmış və o, orada ərizə ilə müraciət etmişdir. Həmin telefonu onun özü 500 manata almış, istifadə üçün oğlu Nicat Salahlıya vermişdir. Nicatdan oğurluq hadisəsi ilə bağlı soruşanda hadisəsinin stadionun qapısı açıq olan geyinmə otağında baş verdiyini, həmin otaqda əşyaların yerləşdirilməsi üçün mühafizə şkafları olmadığından çantasını otaqdakı skamyanın üzərinə qoyduğunu və telefonun həmin çantadan oğrulandığını bildirmişdir. X8 çantasından oğurlanmış mobil telefon cihazı ona məxsus olmuşdur, oğluna istifadə etmək üçün vermişdir, ona görə də hadisə nəticəsində maddi ziyan faktiki olaraq onun özünə dəymişdir, oğurluq zamanı 500 manat dəyərində mobil telefon cihazının üzərindəki 20 manat dəyərində iki ədəd sim-kartlar da oğurlandığı üçün hadisə nəticəsində ona dəymiş maddi ziyanın ümumi məbləği 520 manat təşkil edir. Ona dəymiş ziyan ödənilmədiyindən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində əmisi oğlu Nihad Mollayev və onun dostları ilə birlikdə futbol oynamaq üçün Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən “Sport Ster” stadionuna getmişdir. Stadionun paltar dəyişmə otağında əynini dəyişərək paltarlarını oradakı qıfıllanmayan dolabların birindən asmışdır. Oyuna gecikən şəxslərin əynlərini dəyişə bilmələri üçün isə paltar dəyişmə otağının qapısını açıq saxlamışlar. Təxminən bir saata oyun qurtardıqdan sonra yuyunaraq əynini dəyişmək üçün paltar dolabından paltarlarını götürdükdə isə aşkar etmişdir ki, paltarlarının cibində saxladığı özünə məxsus bir ədəd 600 manat dəyərində “X10 11” markalı mobil telefon cihazı və üzərindəki 5 manat dəyərində 050- ***-**-** nömrəli sim-kart naməlum şəxs tərəfindən oğurlanıb. Həmçinin, həmin vaxt onunla birlikdə futbol oynamağa gələn Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 adlı digər şəxslərin də mobil telefonları oğurlanmışdır. Baş vermiş hadisə barədə zəng vurub DİN-in “102” Xidmətinə məlumat vermişlər, ərazi aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib onların ərizə və izahatlarını qəbul etmişlər, hadisə yerinə baxış keçirmişlər, oranın videomüşahidə kameralarının qeydə aldığı videogörüntülərə baxmışlar və müəyyən olunmuşdur ki, bir nəfər tanımadıqları cavan oğlan onlar oyunda olduqları vaxt stadionun paltardəyişmə otağına daxil olaraq orada heç kimin olmamasından və paltar dolablarının açıq olmasından istifadə edərək onların ciblərindən oğurluq edərək oranı heç bir manesiz tərk edir. Hadisə nəticəsində ona ümumilikdə 605 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyindən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində dostu Nihad Mollayev və onun tanışları ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən “Sport Ster” stadionuna futbol oynamağa getmişdir. Stadionun paltar dəyişmə otağında əynini dəyişərək paltarlarını oradakı qıfıllanmayan dolabların birindən asmışdır. Oyuna gecikən şəxslərin əyinlərini dəyişə bilmələri üçün isə paltar dəyişmə otağının qapısını açıq saxlamışlar. Təxminən bir saata oyun qurtardıqdan sonra yuyunaraq əynini dəyişmək üçün paltar dolabından paltarlarını götürdükdə isə aşkar etmişdir ki, paltarlarının cibində saxladığı özünə məxsus bir ədəd 780 manat dəyərində “Xiaomi Redmi 9T” markalı mobil telefon cihazı və üzərindəki 5 manat dəyərində 050-403- 00-68 nömrəli sim-kart naməlum şəxs tərəfindən oğurlanıb. Həmçinin, həmin vaxt onunla birlikdə futbol oynamağa gedən X3 və Zərərçəkmiş şəxs5 adlı digər şəxslərin də mobil telefonları oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 785 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İşi ilə bağlı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmirəm. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü oğlu Asim Nəsibli 2022-ci ildən “Xocalı” Futbol Klubunun yetkinlik yaşına çatmayanlar üzrə komandasında çıxış edir və mütəmadi olaraq həmin klubun məşqlərində iştirak edir. Həmin klubun stadionu Abşeron rayonu, Masazır kəndi ərazisində Duz Gölünün yaxınlığında yerləşir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində oğlu Asim Nəsibli futbol məşqinə getmiş, saat 19 radələrində Asimin futbol müəllimi İlkin Hacıyev ona zəng etmiş və stadionun geyinmə otağında Asimin istifadəsində olan “Honor X8” markalı mobbil telefonun oğurlandığını, bu barədə Asimin Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə müraciət etdiyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə onlar həmin stadionda olanda polis əməkdaşları yaxınlaşmış və o, ərizə ilə müraciət etmişdir. Asimdən oğurluq hadisəsi ilə bağlı soruşanda hadisənin stadionun qapısı açıq olan geyinmə otağında baş verdiyini, həmin otaqda əşyaların yerləşdirilməsi üçün mühafizə şkafları olmadığından çantasını otaqdakı skamyanın üzərinə qoyduğunu və telefonun həmin çantadan oğurlandığını bildirmişdir. İstintaq zamanı ərizə ilə müraciət edərək əlavə olaraq bildirmişdir ki, oğlu Asim Nəsiblinin çantasından oğurlanmış mobil telefon cihazı ona məxsus olmuşdur, oğluna istifadə etmək üçün vermişdir, ona görə də hadisə nəticəsində maddi ziyan faktiki olaraq onun özünə dəymişdir, oğurluq zamanı 600 manat dəyərində mobil telefon cihazının üzərindəki 10 manat dəyərində bir ədəd sim-kart da oğurlandığı üçün hadisə nəticəsində ona dəymiş maddi ziyanın ümumi məbləği 610 manat təşkil edir. Zərərçəkmiş şəxs4 barəsində məcburi gətirilmə qərarı çıxarılaraq icra olunması üçün Abşeron RPİ-nə göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü Əfrahim Məhərrəmli onun oğludur, 2022-ci ildən “Xocalı” Futbol Klubunun yetkinlik yaşına çatmayanlar üzrə komandasında çıxış edir və mütəmadi olaraq həmin klubun məşqlərində iştirak edir. Həmin klubun stadionu Abşeron rayonu, Masazır kəndi ərazisində Duz Gölünün yaxınlığında yerləşir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində oğlu Əfrahim Məhərrəmli futbol məşqinə getmiş, saat 19:45 radələrində isə kefsiz vəziyyətdə evə geri qayıtmışdır. Ondan nə baş verdiyini soruşduqda Əfrahim stadionun geyinmə otağında istifadəsində olan “Xiaomi Redmi 12” markalı mobil telefonun oğurlandığını və bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etdiyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə onlar həmin stadionda olanda polis əməkdaşları yaxınlaşmış və o, orada ərizə ilə müraciət etmişdir. Əfrahimdən oğurluq hadisəsi ilə bağlı soruşanda hadisəsinin stadionun qapısı açıq olan geyinmə otağında baş verdiyini, həmin otaqda əşyaların yerləşdirilməsi üçün mühafizə şkafları olmadığından çantasını otaqdakı skamyanın üzərinə qoyduğunu və telefonun həmin çantadan oğrulandığını bildirmişdir. İstintaq zamanı ərizə ilə müraciət edərək əlavə olaraq bildirmişdir ki, oğlu Əfrahim Məhərrəmlinin çantasından oğurlanmış mobil telefon cihazı ona məxsus olmuşdur, oğluna istifadə etmək üçün vermişdir, ona görə də hadisə nəticəsində maddi ziyan faktiki olaraq onun özünə dəymişdir, oğurluq zamanı 280 manat dəyərində mobil telefon cihazının üzərindəki 5 manat dəyərində bir ədəd sim-kart da oğurlandığı üçün hadisə nəticəsində ona dəymiş maddi ziyanın ümumi məbləği 285 manat təşkil edir. Şahid məhkəməyə teleqram vuraraq təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməsində səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, Bakı şəhəri Nəsimi rayonu «3-cü Mikrorayon Dairəsi» adlanan ərazidə telefon alğı-satqısı dükanı işlədir. 15 noyabr 2023 tarixdə saat 17 radələrində dükanda olarkən bir nəfər əvvəllər tanımadığı, adının Təqsirləndirilən şəxs olması ona sonradan məlum olan şəxs dükanına gəlib özünə məxsus «REALME C11 2021» markalı **********99759 və **********99742 imei-kodlu mobil telefon cihazını satmaq istədiyini bildirməklə ona təqdim etmiş, telefona baxaraq 50 manata dəyərləndirmiş, həmin şəxs də razılaşmış, bundan sonra həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb üzərində müvafiq əlyazma qəbz yazdırmaqla telefon cihazını həmin şəxsdən 50 manata almış, bir neçə gündən sonra isə həmin telefon cihazını başqa bir müştəriyə 100 manata satmışdır. Həmin telefonun cinayət yolu ilə əldə olunmasından məlumatı olmayıb, telefonu aldığı şəxsin şəxsiyyət vəsiqəsinin surətini və üzərində yazdırdığı əlyazma qəbzi istintaq orqanına təqdim edə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 müraciəti əsasında toplanmış material üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən 74 saylı tam orta məktəbin idman zalının soyunub-geyinmə otağına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır. CD-yə köçürülmüş videogörüntüyə baxış keçirilməsi haqqında 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, oğurluq baş vermiş stadionun paltar dəyişmə otağının daxili hissədinə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə yuxarı rakursdan çəkilmiş xx.xx.2024-cü il tarixdə saat 23:05-də qeydə alınmış 01 ədəd 1 dəqiqə müddətli videogörüntünün 15-ci saniyəsində Təqsirləndirilən şəxs paltar dəyişmə otağının açıq qapısından içəri daxil olaraq iti addımlarla sərbəst şəkildə paltar dolabları yerləşən hissəyə tərəf getməsi, 37-ci saniyəsində girişdən birinci yerləşən açıq dolaba yaxınlaşıb oradan asılmış paltarın cibindən pul kisəsini və mobil telefon cihazını gizli talayıb öz əynindəki açıq rəngli qolsuz gödəkçənin cibinə qoyması, 47-ci saniyəsində oradakı güzgünün qarşısından götürdüyü daraqla saçını darayıb güzgünü yerinə qoyaraq iti addımlarla oranı tərk etməsi əks olunur. Maddi sübut kimi tanıma haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilmiş, stadionun videomüşahidə kameralarının yaddaşından götürülmüş 01 ədəd videogörüntü əks olunan 01 ədəd CD cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi onun barəsində AR CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 326-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə cinayət işi AR CM-nin AR CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 326-ci maddələrinə tövsif edilsin və istintaqı ********* nömrəsi altında bir icraatda davam etdirilmişdir. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən “Sport Star” adlı futbol meydançasına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi onun barəsində AR CM-nin 177.2.3-cü maddəsi ilə icraatımda olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə cinayət işi AR CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələrinə tövsif edilmiş və istintaqı ********* nömrəsi altında bir icraatda davam etdirilmişdir. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni tikiliyə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da Dərnəgüldə yerləşən “Körpü otel”in yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təmin edilməsi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş və həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 27 aprel 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin icraata qəbul edilməsi, digər cinayət işi ilə bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin İŞdən daxil olmuş ********* nömrəli cinayət işi icraata qəbul edilməklə icraatda olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələrinə tövsif edilməklə istintaq həmin maddələr ilə ********* nömrəsi altında bir icraatda davam etdirilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır. İfadənin yerində yoxlanması haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərrüatlarını hadisə yerində-Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq yaşayış massivində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur; Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-da AR CMnin 177.2.3, 177.2.3-1, 177.2.4 və 326.2-cı maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilindiyindən tutulmuşdur. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur; Cinayət işinin icraata qəbul olunması, cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işinin tövsif edilməsi haqqında 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, həmin cinayət işi ilə AR CM-nin 177.2.3, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdrilmiş, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələrinə tövsif edilmişdir. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Xocalı” futbol klubunun geyinmə otağına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. İfadənin yerində yoxlanması haqqında 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərrüatlarını hadisə yerində-Abşeron rayonu, Masazır qəsəbəsi, “Xocalı” futbol klubunun stadionunda bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur; Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək o, həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-375/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanınma haqqında 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Şahid tərəfindən istintaq orqanına təqdim edilmiş bir ədəd “A-4” formatlı yarıdan kəsilmiş vərəqdə çap edilmiş, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin hər iki üzü əks olunan, üzərində əlyazma xətlə “Realme C11.2021. imei **********99759 **********919742 15.11.23 imza” yazılmış bir ədəd kserosurəti cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. CD-yə köçürülmüş videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq baş vermiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən “Sport Ster” stadionunun paltar dəyişmə otağının daxili hissəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsi ilə yuxarı rakursdan sürətli rejimdə çəkilmiş, xx.xx.2024-cü il tarixdə saat 14:45-də qeydə alınmış 17 saniyəlik videogörüntüdə Təqsirləndirilən şəxs paltar dəyişmə otağındakı açıq dolablara yaxınlaşıb oradan asılmış paltarların ciblərindən pul kisəsini və mobil telefon cihazlarını gizli talayıb öz əynindəki tünd rəngli parıltılı rəngli gödəkçənin cibinə qoyması açıq-aydın əks olunur. Maddi sübut kimi tanıma haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X3 tərəfindən təqdim edilmiş, stadionun videomüşahidə kameralarının yaddaşından götürülmüş 01 ədəd videogörüntü əks olunan 01 ədəd CD cinayət işi üzrə maddi sübut kimi tanınmış və ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir. Elektron qəbzlərdən çıxarışlara baxış keçirilməsi haqqında 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilmiş 05 ədəd A4 formatlı vərəqdə çap edilməklə ifadəsinə əlavə edilmiş oğurlanmış bank kartının hesabından pul çıxarılmasına dair elektron qəbzlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs8 məxsus 4169*******2237 nömrəli kart hesabından bankomat vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 19:08-də 200 manat, saat 19:10-da 1000 manat və 2000 manat, xx.xx.2024-cü il tarixdə saat 19:13-də 2000 manat, saat 19:14-də 700 manat olmaqla ümumilikdə 5900 manat məbləğində pul vəsaitləri çıxarılmışdır. Maddi sübut kimi tanınma haqqında 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs8 tərəfindən 05 ədəd A4 formatlı vərəqdə çap edilməklə ifadəsinə əlavə edilmiş, oğurlanmış bank kartının hesabından pul çıxarılmasına dair elektron qəbzlər cinayət işi üzrə maddi sübut kimi tanınmış və ********* nömrəli cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Elektron qəbzlərdən çıxarışlara baxış keçirilməsi haqqında 16 iyul 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilmiş 03 ədəd A4 formatlı vərəqdə çap edilməklə ifadəsinə əlavə edilmiş oğurlanmış bank kartının hesabından pul çıxarılmasına dair çıxarışlara baxış keçirilməklə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs8 məxsus 416973*******7922 nömrəli kart hesabından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən “Brend Ucuzluq” dükanında 1300 manat, 19,50 manat, 10 manat, 2 manat olmaqla ümumilikdə 1331,5 manat məbləğində nağdlaşdırılmaqla, “www.fnt.az” mobil tətbiqi üzərindən 5 manat ödəniş edilməklə və Bakı şəhəri, sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh-Neftçilər küçəsində yerləşən “Cross Baku” dükanında 188,58 manat məbləğində nağdlaşdırılmaqla ümumilikdə 1525,08 manat məbləğində pul vəsaiti çıxarılmışdır. Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs8 tərəfindən 03 ədəd A4 formatlı vərəqdə çap edilməklə ilkin izahatına əlavə edilmiş, oğurlanmış bank kartının hesabından çıxarışlar cinayət işi üzrə maddi sübut kimi tanınmış və ********* nömrəli cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə yenidən ittiham elan olunmuş və cinayət işi üzrə həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 333.4-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 1-ci maddəsnin 1.1 və 1.2-ci bəndləri tətbiq edilməklə 03 il 03 ay azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 7-ci bəndnə əsasən Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür.; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən barəsində 02 il 4 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 3221/2024 saylı məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Qeyd olunmuş hökm üzrə məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını çəkməmişdir. Az’rbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında AR Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş AR Silahlı Qüvvələrinin hərbi qulluqçusu Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına gətirilərkən üzərində xəsarətlərin olub-olmamasına dair AR ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına ünvanlanmış sorğuya cavab olaraq Təqsirləndirilən şəxs təcridxanaya xx.xx.2024-cü il tarixdə daxil olduğu bildirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına açılmış tibbi kitabçanın kserosurəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirilən zaman təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən ona keçirilən baxış zamanı sağ əlin üzərində köhnə sıyrıq izinin olduğu qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu RPİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin MSY-nə gətirildiyi, təlimata uyğun olaraq onun üzərinə və bədəninə tam baxış keçirildiyi və bu barədə akt tərtib olunduğu qeyd olunmuşdur. Həmin aktda Təqsirləndirilən şəxs MSY-nə gətirildikdə üzərinə baxış keçirildiyi, qollarında və kürək nahiyəsində çoxlu sayda sıyrıqlar aşkar olunduğu, öz deməsinə görə tutulmazdan iki gün əvvəl yıxılaraq bu xəsarətləri aldığını bildirdiyi qeyd olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, “Xocalı” Futbol klubunun paltar dəyişmə otağından oğurluq etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və müdafiəçisi imza etmişlər. Bundan başqa ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman Abşeron rayonu, Masazır qəsəbəsi, “Xocalı” Futbol klubundan oğurluq etdiyi yeri göstərmiş və hadisə barəsində təfsilatlı ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin oğurluq hadisəsini törətmədiyi halda nəyə görə bu istintaq hərəkətinin aparılmasında iştirak edərkən hadisənin baş verdiyi yeri, necə, hardan daxil olması, nə oğurlaması barədə məlumat verməsinin səbəbini izah edə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-nə daxil olarkən qollarında və kürək nahiyəsində çoxlu sayda sıyrıqların olması ilə bağlı məhkəmə həmin vaxt Təqsirləndirilən şəxs bildirdiyi məlumatı, yəni hadisədən iki gün əvvəl yıxılaraq xəsarətlər almasını həqiqi hesab edir. Belə ki, həmin vaxt təqsirləndirilən şəxsə qarşı onun etiraf etmədiyi ittiham üzrə, yəni “Xocalı” idman klubundan oğurluq etməsinə dair ittiham elan olunmamış, bununla bağlı hər hansı araşadırma materialı toplanmamışdır ki, o etiraf etmədiyi halda ona təzyiq göstərilmiş olsun. Bundan başqa Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş təqsirləndirilən şəxsin adına açılmış tibbi kitabçada da onun təcridxanaya daxil olarkən xəsarətlərinin olmadığını bildirməsi və bədən səthində yalnız sağ əlin üzərində köhnə sıyrıq izinin olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin, yəni AR CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar, xeyli miqdarda ziyan vurmaqla, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı çıxışında bildirmişdir ki, Təqsirləndirilən şəxs AR CM-nin 326.2-ci maddəsində nəzərdə tutullmuş cinayəti törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, AR CM-nin 326.2-ci maddəsi şəxsiyyət vəsiqəsinin talanmasını nəzərdə tutur. Təqsirləndirilən şəxsə qeyd edilən maddə üzrə elan edilmiş ittiham üç epizodu nəzərdə tutur. Məhkəmə istintaqı zamanı aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxsiyyət vəsiqələri pul kisəsinin içərisində olmuş, yəni görünməz olmuşdur. Təqsirləndirilən şəxsin pul kisələrini oğurlamaqda niyyəti pul və pula dəyər əşyaların talanması olmuşdur. Vətəndaşın şəxsiyyət vəsiqəsini artıq hadisə yerindən uzaqlaşdıqdan sonra atmışdır. Bu isə onun vətəndaşın şəxsiyyət vəsiqəsini talamaq niyyətinin olmadığını göstərir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan AR CM-nin 326.2-ci maddəsinin çıxarılmasını təklif etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus şəxsiyyət vəsiqələrini oğurlamaq niyyətinin olmadığını, onları xatırlamadığı yerdə tulladığını və niyyətinin yalnız pul oğurlamaq olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi o halda yaranır ki, cinayət törədən şəxsin qəsdi məhz həmin maddədə sadalanan sənədlərin talanmasına yönəldilsin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus şəxsiyyət vəsiqələrini talamaq niyyətinin olması sübuta yetirilmədi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan AR CM-nin 326.2-ci maddəsi xaric olunmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təsdiq olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, “Vətən müharibəsi” iştirakçısı olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 3221/2024 saylı məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin hökm üzrə məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını çəkməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməllərini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-161/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 4 ay 24 gün müdətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 04 ay 24 gün hissəsini CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablayaraq 01(bir) il 02 (iki) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirərək qəti cəza təyin edilməli (CM-67.1), CM-nin 69.3-cü maddəsinə əsasən 26 aprel 2024-cü il tarixdən 27 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus üzərində əlyazma yazılar olan şəxsiyyət vəsiqəsinin surətinin, maddi sübut olan iki ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 161/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq hesablanmaqla 01(bir) il 02 (iki) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirməklə qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 26 aprel 2024-cü il tarixdən 27 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02(iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. İş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs məxsus üzərində əlyazma yazılar və imza olan şəxsiyyət vəsiqəsinin surətinin, 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-44/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-44/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver