Məhkəmə qərarları › İş №1(008)-440/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-440/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-440/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Qaryağdı küçəsində, nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib, saxlayıb, daşıyıb, göndərib, satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,823 qram olan narkotik vasitə heroin əldə edib, saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində tanışı Şahid1 dəyərini istifadəsində olan "xxxx" ASC-nə aid 4169 7388 4618 4400 nömrəli kart hesabına köçürtməklə 10 manat pul müqabilində 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,823 qram olan narkotik vasitə heroini satdıqdan sonra onu göy rəngli siqaret qutusunun içəsində, şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə özünə məxsus boz rəngli idman ayaqqabısının sağ tayında gizlədərək “Bolt” taksi sifarişi tətbiqi vasitəsi ilə çağırdığı Nissan Sunny markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan, cinayətdən xəbəri olmayan Şahid2 verib göndərməklə, onu Şahid1 çatdırmasını bildirdikdən sonra Şahid2 ona verilmiş əşyadan şübhələnib, bu barədə polisə məlumat verib, Təqsirləndirilən şəxs ona verdiyi bir cüt idman ayaqqabısını 15-ci PB-nin əməkdaşlarına könüllü təqdim etdikdən sonra həmin bağlamaya 15-ci PB-də baxış keçirilərkən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,823 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, narkotik maddələrdən “kakos”, yəni heroin və “şüşə” yəni metamfetamini əridib tibbi iynə ilə damarına inyeksiya etməklə qəbul edir. Həmin bu 3 il müddətində gah narkotikdən müalicə almış, gah dayandırmışdır. Narkotiki də müxtəlif adlarını və anket məlumatlarını bilmədiyi şəxslərdən alır. Aldığı narkotiki bəzən özü tək istifadə edir, bəzən isə dostları ilə birlikdə pul qoyaraq alıb istifadə edirlər. Təbriz də onun həmin dostlarından biridir. 13 fevral 2024-cü il tarixdə, səhər saat 09 radələrində dostu Təbriz ona “Whatsapp” vasitəsilə zəng edib, uşaqlarının xəstə olmasını, gecəni yatmadığını, rahatlamaq üçün narkotik qəbul etmək istədiyini, ona təcili olaraq narkotik tapmağını xahiş etmişdir. O da ona narkotik tapmağa çalışacağını demiş və nə qədər istədiyini soruşmuşdur. O, bir dəfəlik istifadə üçün el arasında “bir çet” deyə bilinən 10 manat dəyərində heroin istədiyini demişdir. Həmin gün onun özünün narkotik vasitəyə ehtiyacı olmuş, lakin 5 manatı olduğundan ala bilməmişdir. Bu zaman o, Təbrizə demişdir ki, onun göndərdiyi 10 manatın üzərinə özündə olan 5 manatı qoyaraq ikisi üçün narkotik alsın, Təbriz də onunla razılaşmışdır. Belə ki, onlar əvvəllər də Təbrizlə birlikdə pul qoyaraq narkotik vasitə alaraq birgə istifadə etmişlər. O, Təbrizə onların məhəlləsinə gəlməsini və gedib narkotiki birgə götürmələrini deyərkən Təbriz evdən çıxa bilmədiyini, hesab kart nömrəsi deməyini və 10 manatı həmin karta ödəyə biləcəyini, narkotiki də özünün gətirməyini və taksinin də pulunu verəcəyini demişdir. Həmin vaxt özündə kart olmadığından məhəlləyə çıxarkən məhəllə yoldaşı “Tural”ı görmüş və ona kartının nömrəsini deməsini, ona 10 manat pul göndəriləcəyini, evə dərman alacağını, onun üzərindəki puldan 10 manatı nağd şəkildə ona verməsini xahiş etmişdir. O razılaşmış və kartının nömrəsini ona demişdir. O da həmin kartın nömrəsini “Whatsapp” vasitəsi ilə Təbrizə göndərmişdir. Təbriz həmin kart hesabına 10 manat pul göndərdikdən sonra Tural ona 10 manatı nağd şəkildə vermiş və getmişdir. Bundan sonra o, anasının adına olan, lakin onun istifadə etdiyi 050 *** ** ** mobil nömrə ilə “Bolt” taksi sifariş tətbiqi ilə taksi sifariş etmiş, 3 təyinat məntəqəsinə sifariş vurmuşdur. Birincisi narkotiki götürməli olduğu ünvan, ikincisi Təbrizgilin evi, üçüncüsü isə oradan yenidən öz evinə. Onun sifarişi əsasında “Nissan Sunny” markalı, ** OH *** nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 onun yaşadığı məhəlləyə gəlmiş və o, həmin avtomobilə əyləşib Zabrat qəbirstanlığına getmişdir. Orada narkotik satan üzdən tanıdığı, adını və şəxsi məlumatlarını bilmədiyi şəxsdən 15 manat müqabilində bir bükümdə narkotik vasitə heroin almış və yenidən qayıdaraq taksiyə əyləşmişdir. Bu zaman taksi şoferi işi çıxdığını və onu ikinci ünvana apara bilməyəcəyini demişdir. O zaman o, taksidən onu götürdüyü yerə aparmasını xahiş etmişdir. Taksi onu öz məhəlləsinə çatdırmış, o, taksiyə gözləməsini deyərək maşından enmişdir. Evə gedərək bükümün içərisindən az miqdarı öz iynəsinə qatmaq üçün götürmüş, qalanı hissəsini isə Təbrizə verməsi üçün özünə məxsus idman ayaqqabısının içərisinə qoyaraq taksi şoferinə vermiş, şoferə ayaqqabını çatdıracağı şəxsin ayaqqabı ustası olduğunu, onun ayaqqabılarını təmir etməli olduğunu, həmin şəxsin ona ayaqqabıları çatdırdığı üçün 2 qat yol pulunu verəcəyini demiş, bundan sonra taksi sürücüsü Şahid2 könülsüz də olsa razılaşmış və getmişdir. Lakin sonradan Təbriz ona zəng edib, narkotiki əldə edə bilədiyini, həmin taksi sürücüsünün də telefonu açmadığını demişdir. O, özü də taksi sürücüsünə zəng etsə də, sürücü telefonu açmamışdır. 14 fevral 2024-cü il tarixdə, gecə saat 01 radələrində Zabrat qəsəbəsindəki “Ayxan” adlı marketin qarşısında piyada hərəkətdə olarkən 2 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək narkotik maddələrin dövriyyəsində şübhəli olduğunu deyib, onu 15-ci PB-nə dəvət etmişlər. O da etiraz etməyin mənasız olmasını düşünüb onlarla getmişdir. 15-ci PB-də olarkən ona hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Daha sonra o özü vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsi istəmiş və bu barədə ərizəsi təhqiqatçı tərəfindən çap olunduqdan sonra imzasi ilə təsdiq etmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş və hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq etmişlər. Daha sonra yaşadığı evə baxış keçirilməsi təklif edilmiş və o yenə də yaşadığı evdən qanunsuz hər hansı əşya aşkar olunması ehtimalına görə vəkilinin iştirakı olmadan evinə baxış və götürmə keçirilməsini istəmişdir və bu barədə ərizəsi təhqiqatçı tərəfindən çap olunduqdan sonra imzası ilə təsdiq etmişdir. Daha sonra evinə yollamışlar və evinə də baxış keçirilmişdir. Lakin evindən də hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, pul müqabilində heç kəsə narkotik vasitə vermədiyini, Şahid1 13 fevral 2024-cü il tarixdə göndərdiyi narkotik vasitəni elə həmin gün Təbrizin ona göndərdiyi 10 manat pulun da üzərinə 5 manat əlavə edərək aldığı narkotik vasitə olduğunu, öncədən Təbrizlə həmin pulun üzərinə 5 manat əlavə edərək narkotik vasitə alacağı və öz payını götürərək qalanını ona göndərəcəyi barədə razılığa gəldiklərini, o, narkotik vasitəni suya qataraq inyeksiya yolu qəbul etdiyindən ona az miqdar lazım olduğunu, Təbrizin isə iyləyərək istifadə etdiyindən ona daha çox miqdar lazım olduğunu, bu səbəbdən 13 fevral 2024-cü il tarixdə Zabrat qəbirstanlığından əldə etdiyi narkotik vasitədən özünə 5 manat uyğun hissəni götürdükdən sonra qalan hissəsini taksi sürücüsü vasitəsi ilə Təbrizə göndərdiyini, həmin narkotik vasitəni 12 fevral 2024-cü il tarixdə əldə etmədiyini, bu barədə ibtidai istintaq zamanı komputer vasitəsi ilə yazılmış və onun oxumasına şərait yaradılmadığı ifadələrində yazılmış xüsusatın həqiqəti əks etdirmədiyini, müstəntiqin ona ifadələrini oxumağa imkan vermədiyini, ona ifadələrinin onun dediyi qaydada yazıldığını və ona kömək edəcəyini deyərək oxumasına lüzum olmadığını dediyini, müstəntiqə inanaraq həmin ifadələri imzaladığını, bundan öncə də Təbrizlə birlikdə pul qoyaraq narkotik vasitə alıb istifadə etdiklərini, əvvəllər Təbrizin də ona narkotik vasitə verdiyini, bu səbəbdən də Təbrizə lazım olan zaman onun Təbrizə də narkotik vasitə tapmaqda kömək etdiyini, əgər ona da lazım olarsa Təbrizin də ona narkotik vasitə taparaq kğmək edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 15 il əvvəl narkotik vasitələr qəbul etsə də sonradan müalicə alıb bunu tərgitmişdir. Buna baxmayaraq təxminən il yarım və ya 2 il olar ki, nadir hallarda sakitləşmək üçün “kola” deyə bildiyi heroin qəbul edir. Heroini iyləməklə qəbul edir. Əvvəllər onun məhəlləsində yaşamış, eyni məktəbdə oxuduğu Türkefin narkotik qəbul etməsini bilir və bəzən onlar birlikdə pul qoyaraq narkotik vasitəni birgə istifadə edirlər. Onlar biri-birilərinə ehtiyacları olanda narkotik vasitə əldə etməkdə və ya tapmaqda kömək edirlər. Bu hadisədən öncə də bir neçə dəfə onlar birgə narkotik alıb bölərək istifadə etmişlər. 12 fevral 2024-cü il tarixdə, axşam saatlarında hər üç azyaşlı övladı xəstələnmişdir. O və digər ailə üzvləri həmin gecəni, yəni 13 fevral 2024-cü il gecəsini yatmamış və uşaqlarının ağrıları azalmamışdır. Buna görə 13 fevral 2024-cü il tarixdə, səhər saat 09 radələrində uşaqları həkimə aparmağa hazırlaşarkən həm yuxusuzluğunu aparması, həm də əsəblərini sakitləşdirib rahatlanmaq üçün məcbur qalıb istifadəsində olan 055 *** ** ** saylı mobil nömrənin “Whatsapp” tətbiqi vasitəsi ilə Türkelin 050 *** ** ** nömrəsinin “Whatsapp”ına zəng edib, vəziyyətini izah etmiş və ona 10 manat dəyərində, bir istifadəlik heroin narkotiki tapmasını xahiş etmişdir. O da bir qədər axtarmaq lazım olacağını bildirmişdir. Bir qədər sonra onun telefonuna xatirlamadığı bir hesab nömrəsini göndərib, 10 manat pulu həmin karta yükləməyini istəmişdir. O, öz telefonunda olan proqram vasitəsi ilə özünə məxsus “Leobank” a məxsus nömrələrini xatırlamadığı kart hesabından Türkelin ona göndərdiyi kart hesabına 10 manat pul göndərmişdir. Bir qədər sonra Türkel onunla əlaqə saxlayaraq narkotik vasitə tapdığını bildirmişdir. O, evdə uşaqları ilə məşğul olan zaman bir qədər vaxt keçmiş və Türkel ona narkotiki özünə məxsus idman ayaqqabısının içinə qoyub, taksi sürücüsü ilə göndərdiyini, nömrəsini də həmin sürücüyə verdiyini və ona zəng edəndə sürücünü qarşılayıb ona 1 manat da artıq yol pulunu verməyini demişdir. O isə nə üçün özünün gəlmədiyini dedikdə Türkel taksi sürücüsünün işinin çıxdığını, onu yenidən evinə qaytara bilməcəyini dediyindən narkotiki ona sürücüyə verdiyi ayaqqabının içərisində göndərdiyini bildirmişdir. Bundan sonra o, gözləsə də, heç kim ona zəng etməmiş və bu barədə Türkelə deyərkən o, məlumatının olmadığını, sürücünün nömrəsini ona verərək əlaqə saxlamasını məsləhət görərək özünün konturunun olmadığını bildirmişdir. Həmin gün, saat 22:40 radələrində şəxsi işi ilə əlaqədar Zabrat bələdiyyəsinin yaxınlığında piyada hərəkətdə olarkən 2 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək narkotik maddələrin qanunsuz olaraq gəzdirilməsində, daşınmasında şübhəli olduğunu deyib, ona 15-ci PB-nə dəvət etmişlər. O da etiraz etməyin mənasız olmasını düşünüb onlarla getmişdir. 15-ci PB-də olarkən ona hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Daha sonra o özü vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini istəmişdir və bu barədə ərizəsi təhqiqatçı tərəfindən çap olunduqdan sonra ərizəni imzası ilə təsdiq etmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş və hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Vahabov X2 narkotik vasitəni inyeksiya yolu ilə, özünün isə iyləyərək qəbul etdiyini, Türkeldən heç vaxt pul müqabilində narkotik vasitə almadığını, bəzi hallarda birlikdə pul qoyaraq narkotik aldıqlarını, bəzi hallarda isə ehtiyacları olan zaman bir-birilərinə narkotik vasitə verdiklərini, ibtidai istintaq zamanı ifadəsini oxumadığını, müstəntiqin ona ifadəsini onun sözləri ilə dediyi kimi yazdığını dediyini, bu səbəbdən ifaəsini oxumaq zərurəti görmədən imzaladığını, ifadəsində guya Türkelin ona narkotik vasitə tapmadığını, özünə məxsus narkotiki ona göndərə biləcəyini deməsinə dair göstərilənlərin həqiqəti əsk etdirmədiyini, belə bir halın olmadığını və müstəntiqə belə bir ifadə vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 15-17 gün idi ki, özünə məxsus Nissan Sunny markalı, ** OH *** nömrə nişanlı avtomobillə “Bolt” taksi sifariş tətbiqində qeydiyyatda keçib, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 13 fevral 2024-cü il tarixdə “Bolt” taksi sifariş tətbiqində bir nəfərin Zabrat qəsəbəsində üç ünvana getmək istəməsi barədə 09:18-də sifariş gəlmiş və o da sifarişi qəbul etmişdir. 09:41-də sifariş olunan məhəlləyə çatmış və sonradan adının Türkel olmasını bildiyi arıq, sarışın, hündür, saqqallı oğlan avtomobilə əyləşmişdir. O, onu sifariş etdiyi, Zabrat qəbirstanlığının yaxınlığına aparmışdır. Orada o düşüb, hündür hasarına keçmiş və 15-20 dəqiqədən sonra Türkel geri gəlmişdir. Türkel avtomobilə əyləşdikdən sonra özünü şübhəli aparmağa başlamışdır. O, artıq şübhələnməyə başlamışdır. Bundan sonra Türkel onu götürdüyü yerə aparmasını demişdir. O, Türkeli evinin qarşısına gətirmişdir. Bu zaman o, Türkeldən şübhələndiyindən onu sifarişdə göstərdiyi üçüncü ünvana apara bilməyəcəyini və işinin olduğunu bildirmişdir. Bu zaman Türkel ondan onun verdiyi ayaqqabları yol üstü ayaqqabı ustasına verməsini xahiş etmiş və həmin şəxsin ona artıq məbləğdə yol pulu verəcəyini demişdir. O, razılaşmışdır. Türkel evə gedib 5 dəqiqə sonra əlində içərində idman ayaqqabısı olan sellofan paketlə geri gəlmişdir. Həmin paketi avtomobilin ön oturacağının ayaqaltı hissəsinə qoyub, kiməsə zəng edib, səsucaldanla danışmağa başlamışdır. Türkel həmin şəxsə ona çox əziyyət verdiyini, çatarkən pulunu iki qat olmaqla, 7-8 manat verməyini, onunla həmin şəxsə ayaqqabı göndərməsini, həmin ayaqqabını bütöv tikməyini demişdir. Həmin şəxs də telefonda razılaşmışdır. O, oradan uzaqlaşandan sonra Türkelin üzdən narkomanlara bənzəməsi, özünün hərəkətlərinin də şübhəli olması səbəbindən həmçinin sonradan başına bir problemin açıla biləcəyindən qorxub, açıb Türkelin verdiyi paketə baxarkən ayaqqabının tayının birinin içərisində büküm olduğunu görmüş, dərhal DİN-nin 102 xidmətinə zəng edib, avtomobilinə kiminsə şübhəli əşya qoymasını deyərkən onu 15-ci PB-nə yönləndirmişlər. O, 15-ci PB-nə getmiş və videogörüntü ilə avtomobilinə qoyulmuş şübhəli bir cüt boz idman ayaqqabısını polislərə təqdim etmişdir. Polis əməkdaşları da onun iştirakı ilə həmin ayaqqabıya baxış keçirərkən ayaqqabının içərisindən siqaret bükümünün içərisində olan bir büküm narkotikə bənzər maddə aşkar edilmiş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. O da digər iştirakçılarıa tərtib olunmuş sənədləri imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə vətəndaş Şahid2 15-ci PB-nə müraciət edərək taksi kimi fəaliyyət göstərdiyini, ayaqqabını başqa şəxsə çatdırmaq üçün sifariş aldığını, həmin əşyanın bir cüt boz rəngli kişi idman ayaqqabısı olmasını, onun içərisində şübhəli əşya ola biləcəyini bildirmişdir. Bu məlumatdan sonra digər iş yoldaşı ilə təhqiqatçı tərəfindən Şahid2 təqdim etmək istədiyi sellofan paketə videogörüntü ilə baxış keçirilmişdir. Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən Şahid2 üzərinə baxış və götürmə aparılan zaman iş yoldaşı digər əməliyyat müvəkkilinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 əlində olan naxışlı sellofan paketi təqdim etmişdir. Həmin sellofanın içərisindən bir cüt boz rəngli kişi idman ayaqqabısı çıxmışdır. Həmin ayaqqabının sağ tayının içərisindən göy rəngli siqaret qutusu, onun da içərisindən şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Şahid2 həmin bağlamanı Təqsirləndirilən şəxs alıb Şahid1 adlı şəxsə çatdırmalı olmasını, lakin şübhəli hal olduğu üçün polisə məlumat verməsini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmiş, imzalarla təsdiq edilmişdir. Bundan sonra narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs Təqsirləndirilən şəxs və narkotik vasitə almaq istəyən Şahid1 şəxsiyyətləri müəyyən edilmiş və əməliyyat axtarış tədbirləri zamanı həmin tarixdə, saat 22:40 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsində yerləşən Zabrat Bələdiyyəsinin yaxınlığında Şahid1 tərəflərindən şübhəli şəxs kimi saxlanılaraq 15ci PB-nə gətirilmişdir. Bölmədə Şahid1 vəkil təyin olunaraq təqdim edilmiş və hüquqları izah edilmişdir. Şahid1 vəkili ilə söhbət etdikdən sonra vəkilinin iştirakı olmadan üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. 15-ci PB-nin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən videogörüntü ilə Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman iş yoldaşının da iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üzərində qanunsuz əşya olmamasını bildirmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamişdir. O sorğu zamanı Təqsirləndirilən şəxs həqiqətən də ona narkotik vasitə göndərdiyini, lakin taksi sürücüsünün narkotiki ona gətirmədiyini bildirmişdir. Bundan sonra onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq 14 fevral 2024-cü il tarixdə, saat 01:07 radələrində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Ayxan” adlı marketin qarşısında şübhəli şəxs kimi saxlanılaraq 15-ci PB-nə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs vəkil təyin olunaraq təqdim edilmiş və hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs vəkili ilə söhbət etdikdən sonra vəkilinin iştirakı olmadan üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. 15-ci PB-nin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onların da iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olmamasını bildirmişdir. Onlar tərəfindən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zaman Təqsirləndirilən şəxs həqiqətən də Şahid1 narkotik vasitəni taksi vasitəsi ilə göndərdiyini bildirmişdir. Daha sonra onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs öz ərizəsi ilə bildirdiyi razılığı əsasında Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Qaryağdı küçəsindəki nömrəsiz evinə axtarış və götürmə keçirilmişdir. Axtarış zamanı həmin mənzildən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PBnin əməliyyat müvəkkili Şahid4 digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə aparılması haqqında” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən Şahid2 üzərinə 13 fevral 2024-cü il tarixdə baxış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Şahid2 əlində olan naxışlı sellofan paketi təqdim etmiş, həmin sellofanın içərisindən bir cüt boz rəngli kişi idman ayaqqabısı çıxmış, həmin ayaqqabının sağ tayının içərisindən göy rəngli siqaret qutusu, onun da içərisindən şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Şahid2 həmin bağlamanı Təqsirləndirilən şəxs aldığını, Şahid1 adlı şəxsə çatdırmalı olmasını, lakin şübhəli hal olduğu üçün polisə məlumat verməsini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmiş və imzalarla təsdiq edilmişdir (i.v.14-15). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı onun üzərində daşınması qanunla qadağan edilmiş heç bir predmet aşkar edilməmişdir (i.v. 65-66). “Axtarış və götürmə keçirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Qaryağdı küçəsi, nömrəsiz evdə axtarış keçirilmiş, axtarış zamanı cinayət təqibi üzrə sübuti əhəmiyyətə malik ola biləcək hər hansı əşya və sənədlər aşkar edilməmişdir (i.v.70-71). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 14 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/893 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 161” dairəvi möhür əksləri olan, “Vət. Şahid2 təqdim etdiyi bağlamadan aşkar edilmiş maddə ...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,823 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.81-85). “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 18 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 götürülmüş “Samsung” markalı mobil telefon aparatına baxış keçirilən zaman mobil telefon aparatının “Whatsapp” tətbiqində Təqsirləndirilən şəxs istifadə etdiyi 050 *** ** ** saylı mobil nömrənin “Whatsapp” tətbiqindən Şahid1 “Whatsapp” tətbiqinə “sen düzlen bidene, deyirem kart 10 manat at taksinin pulun gelim negd ozne verersen” yazmış, Şahid1 isə ona “coxsagol. Varyoxunu sikim uşaqlar bele olmasaydi ozum gelebilerdim. Cunku mamam ise gederdi uşaqlara gore getmedi qaldi, yaxsi, qeseng goturde qardasimsan olabiler cox qalim xestexanada” yazmişdir. Yenidən Təqsirləndirilən şəxs Şahid1 “4169 7388 4618 4400 tez at yetim cekide gonder mene men uje taksi cagirdim” yazmış, Təbriz Türkelə “ok” yazdıqdan sonra Türkel ona “atirsanda?” yazmış və Təbriz yenidən ona “atdim” yazdıqdan sonra "xxxx" a ödəniş çekinin linkini göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs Şahid1 33 saniyəlik səs göndərərək, səs yazısında “mənim keçən dəfə başıma gəldi, mən o zülmü bilirəm da, sonradan Vaska şey elədi, handan hana mən necə vəziyyədən çıxdım, bilsən oturub ağlayardın da. Mən ona görə əl ayağa düşdüm ki, pis vəziyyətdə getməsən. Tanımıram eləmirəm haa, bilmirəm kimdi. Nə dolayacam, başın xarabdı sənin” deməklə onun Təbrizə narkotik göndərməməsindən Təbrizin şübhələnməsinə görə özünə haqq qazandırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Şahid1 əlavə 39 saniyəlik səs göndərərək, səs yazısında “Demirəm, özüm də eləmişdim. Ağrıda deyildim, bu gün ustada olanda, Vaska yol üstü Ramanadan keçdi, “vastvolu” var idi, verdi mənə elə düzəldim. Mən öz uşaqlarımızdan hansından “atrava”nın söhbətini eləmişəm. Nabarot can atmışam həmişə ki heç biriniz yəni əziyyət çəkməyəsiz” deməklə Şahid1 həqiqətən də narkotik vasitə göndərməsini, narkotik vasitəni ona çatdırmayan şəxsin taksi sürücüsü olmasına eyham vurmuşdur. Mobil telefon apararında iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı sms, səs yazısı və s aşkar edilməmişdir (i.v.140). “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” tərəfimdən 18 fevral 2024-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon aparatına baxış keçirilən zaman mobil telefon aparatının “Whatsapp” tətbiqində Təqsirləndirilən şəxs Şahid1 ilə “Whatsapp” tətbiqindən etdiyi sms yazışmaları və səs yazılarının olması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs Şahid1 “Whatsapp” tətbiqinə “sen düzel bidene, deyirem kart 10 manat at taksinin pulun gelim negd ozne verersen” yazmış, Şahid1 isə ona “coxsagol. Varyoxunu sikim uşaqlar bele olmasaydi ozum gelebilerdim. Cunku mamam ise gederdi uşaqlara gore getmedi qaldi, yaxsi, qeseng goturde qardasimsan olabiler cox qalim xestexanada” yazmişdir. Yenidən Təqsirləndirilən şəxs Şahid1 “4169 7388 4618 4400 tez at yetim cekide gonder mene men uje taksi cagirdim” yazmış, Təbriz Türkelə “ok” yazdıqdan sonra Türkel ona “atirsanda?” yazmış və Təbriz yenidən ona “atdim” yazdıqdan sonra "xxxx" a ödəniş çekinin linkini göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs Şahid1 33 saniyəlik səs göndərərək, səs yazısında “mənim keçən dəfə başıma gəldi, mən o zülmü bilirəm da, sonradan Vaska şey elədi, handan hana mən necə vəziyyədən çıxdım, bilsən oturub ağlayardın da. Mən ona görə əl ayağa düşdüm ki, pis vəziyyətdə getməsən. Tanımıram eləmirəm haa, bilmirəm kimdi. Nə dolayacam, başın xarabdı sənin” deməklə onun Təbrizə narkotik göndərməməsindən Təbrizin şübhələnməsinə görə özünə haqq qazandırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Şahid1 əlavə 39 saniyəlik səs göndərərək, səs yazısında “Demirəm, özüm də eləmişdim. Ağrıda deyildim, bu gün ustada olanda, Vaska yol üstü Ramanadan keçdi, “vastvolu” var idi, verdi mənə elə düzəldim. Mən öz uşaqlarımızdan hansından “atrava”nın söhbətini eləmişəm. Nabarot can atmışam həmişə ki heç biriniz yəni əziyyət çəkməyəsiz” deməklə Şahid1 həqiqətən də narkotik vasitə göndərməsini, narkotik vasitəni ona çatdırmayan şəxsin taksi sürücüsü olmasına eyham vurmuşdur. Mobil telefon apararında iş üçün əhəmiyyə kəsb edən başqa hər hansı sms, səs yazısı və s aşkar edilmədi. (i.v.141-143). Məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2024-cü il tarixli, 2545 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.187-188). “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, 13 fevral 2024-cü il tarixdə Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus boz rəngli idman ayaqqabısının sağ tayından aşkar olunaraq götürülmüş 0,823 qram qəhvəyi rəngli maddə olan heroin, 13 fevral 2024-cü il tarixdə Şahid2 üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən, o cümlədən, evinə axtarış keçirilməsini özündə əks etdirən disklər, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklər, Şahid1 və Təqsirləndirilən şəxs məxsus 02 ədəd “Samsung” markalımovil telefonlar, mobil telefonlardan edilmiş çıxarışlar maddi sübut kimi tanınmış, heroinin tədqiqatdan sonra 0,773 qram qalığın və Təqsirləndirilən şəxs məxsus Şahid2 təqdim etdiyi bir ədəd boz rəngli idman ayaqqabının saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi, 13 fevral 2024-cü il tarixdə Şahid2 üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən, o cümlədən, evinə axtarış keçirilməsini özündə əks etdirən disklər, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklərin cinayət işinin materiallarına əlavə edilməsi, Şahid1 məxsus 01 ədəd “Samsung” markal mobil telefonun onun özünə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefonun onun yaxın qohumuna qaytarılmasının nəzərə alınması qərara alınmışdır (i.v.192-206). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların məzmunundan, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş, Şahid1 narkotik vasitə satmadığını, sadəcə Təbrizin onun verdiyi kart hesabına göndərdiyi pulun da üzərinə 5 manat əlavə edərək birgə istifadə etmələri üçün narkotik vasitə alaraq ona göndərdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin dəlillərini özünü müdafiə xarakterli və məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayan dəlillər kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən verdiyi ifadələrdən görünür ki, o, həmin ifadələrində xx.xx.2024-cü il tarixdə, səhər saat 09 radələrində Zabrat qəsəbəsindən, köhnə məhəllədən tanıdığı Təbrizin ona “Whatsapp” vasitəsilə zəng edib, uşaqlarının xəstə olmasını, gecəni yatmadığını, rahatlamaq üçün narkotik qəbul etmək istədiyini, ona təcili olaraq narkotik tapmağını xahiş etdiyini, ona narkotik tapmağa çalışacağını dediyini və nə qədər istədiyini soruşduğunu, Təbrizin bir dəfəlik istifadə üçün el arasında “bir çet” deyə bilinən 10 manat dəyərində heroin istədiyini dediyini, Təbrizə məhəlləsinə gəlməsini deyərkən Təbriz evdən çıxa bilmədiyini, hesab kart nömrəsi deməyini və 10 manatı həmin karta ödəyə biləcəyini, narkotiki də özünün gətirməyini və taksinin də pulunu verəcəyini dediyini, özündə kart olmadığından məhəlləyə çıxarkən məhəllə yoldaşı “Tural”ı gördüyünü və ona kartının nömrəsini deməsini, ona 10 manat pul göndəriləcəyini, evə dərman alacağını, onun üzərindəki puldan 10 manatı nağd şəkildə ona verməsini xahiş etdiyini, Turalın razılaşdığını və kartının nömrəsini ona dediyini, həmin kartın nömrəsini “Whatsapp” vasitəsi ilə Təbrizə göndərdiyini, Təbrizin həmin kart hesabına 10 manat pul göndərdikdən sonra Turalın mənə 10 manatı nağd şəkildə verərək getdiyini, əvvəlcə Zabrat qəbirstanlığından narkotik satan şəxs görüb, ondan narkotik almaq ümidi ilə əslində anasının adına olan, lakin onun istifadə etdiyi 050 *** ** ** mobil nömrə ilə “Bolt” taksi sifariş tətbiqi ilə taksi sifariş etdiyini, “Nissan Sunny” markalı, ** OH *** nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 sifarişinə əsasən məhəlləyə gəldiyini və həmin avtomobilə əyləşib Zabrat qəbirstanlığına getdiyini, orada narkotik satan şəxsi (həmin şəxsləri üzdən tanıyır, lakin anket məlumatlarını bilmir) tapmayıb Təbrizə narkotik tapmadığını, özünə əvvəldən aldığı narkotiki ona verə biləcəyini dediyini, Təbrizin ondan həmin narkotik vasitəni ona göndərməsini xahiş etdiyini, bu səbəbdən təkrar evə qayıdıb, xx.xx.2024-cü il tarixdə alıb, şalvarının cibində saxladığı bir istifadəlik, həmin heroini siqaret qutusuna qoyub, onu da özünə məxsus boz rəngli idman ayaqqabısının sağ tayının içində gizlətdiyini və həmin idman ayaqqabısını cüt şəkildə taksi sürücüsünə gətirib verərək Təbrizin mobil telefon nömrəsini ona verib həmin ayaqqabını ona çatdırmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs fərqli məzmunda ifadə verərək ibtidai istintaq zamanı komputer vasitəsi ilə yazılmış ifadəsini oxumadan imzaladığını bildirsə də, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixli ilkin izahatından görünür ki, o, izahat verdikdən sonra ona ünvanlanmış suala cavab olaraq Təbrizin xahişinə uyğun özü üçün aldığı heroini ona verdiyini, bunun müqabilində Təbrizin ona 10 manat pul köçürdüyünü bildirmişdir (i.v.74-75). Bundan başqa, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan “şübhəli şəxs qismində dindirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin ifadənin sonunda öz xətti ilə yazmaqla ifadəsini oxuduğunu, sözləri ilə düzgün olduğunu, içərisindən narkotik vasitə heroin aşkar edilmiş boz rəngli idman ayaqqabısının ona məxsus olduğunu, narkotiki həmin ayaqqabının içərisinə özünün qoyduğunu, bunun müqabilində 10 manat pul aldığını bildirmişdir (i.v.95-98). “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, o, həmin ifadəsində 14 fevral 2024-cü il tarixdə verdiyi ifadəsinin məzmununa uyğun ifadə verərək ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təbrizə əvvəllər narkotik vasitə satmadığını, ilk dəfə idi ki, Təbrizə narkotik vasitə satdığını, özünə aldığı narkotik vasitəni Təbrizə verdiyini, Təbrizə satdığı narkotik vasitədən az bir qismini istifadə etdiyini bildirmişdir (i.v.107-110). 15 fevral 2024-cü il tarixli Təqsirləndirilən şəxs ilə Şahid1 üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq Təbrizə 10 manat müqabilində narkotik satdığını etiraf etdiyini bildirmişdir (i.v.111-115). Məhkəmə iclasında təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı ona fiziki zor tətbiq edilibedilməməsi, xəsarətlərinin olub-olmaması ilə bağlı sual ünvanlanan zaman o, hər hansı fiziki təsirtəzyiqə məruz qalmadığını bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsini oxumadan imzaladığını bildirsə də, ifadəsinin sonunda öz xətti ilə Şahid1 10 manat müqabilində narkotik vasitə verdiyini yazmış və həmin zaman onun nə yazdığını anlamamaq, həmin ifadəni də bilmədən yazmaq ehtimalı yoxdur. Bundan savayı, o, Şahid1 ilə üzləşən zaman da ona özündə olan narkotik vasitəni satdığını səmimi etiraf etmişdir ki, göstərilən bu hallar təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələrində səmimi olmamasına, onun cinayət qanununun daha yüngül maddəsi ilə cəzalanmasına cəhd etməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində fərqli ifadə verərək əslində Təqsirləndirilən şəxs ona özündə olan narkotik vasitəni satmadığını, həmin gün Türkelin verdiyi kart hesabına yüklədiyi 10 manat pul müqabilində aldığı narkotik vasitəni ona göndərdiyini bildirsə də, məhkəmə Şahid1 Təqsirləndirilən şəxs ilə illərdir ki, dost olmasını, onların dəfələrlə birgə narkotik istifadə edərək birinin ehtiyacı olan zaman digərinin ona narkotik vasitə tapdığını və ya verdiyini, bununla da aralarında yaxın münasibətin olmasını nəzərə alaraq Şahid1 məhkəmə iclasında verdiyi ifadəsini onun dostuna kömək etmək və onu daha ağır maddə ilə gözləyən cəzadan kənarda qoymaq cəhdi kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarında olan Şahid1 ilkin izahatından görünür ki, o, həmin izahatında 13 fevral 2024-cü il tarixdə, səhər radələrində Türkeldən heroin almaq üçün onun kart hesabına 10 manat pul göndərdiyini, təxminən 02 il öncə də Türkeldən narkotik vasitə aldığını bildirmişdir (i.v.42-43). Şahid1 şübhəli şəxs qismində dindirilməsi haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, o, həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində uşaqları həkimə aparmağa hazırlaşarkən həm yuxusuzluğunu aparması, həm də əsəblərini sakitləşdirib rahatlanmaq üçün məcbur qalıb istifadəsində olan 055 *** ** ** saylı mobil nömrənin vatsapp tətbiqi vasitəsi ilə Türkelin 050 563 72-06 nömrəsinin vatsappına zəng edib, vəziyyətini izah etmiş və ona 10 manat dəyərində, bir istifadəlik heroin narkotiki tapmasını xahiş etmişdir. O da bir qədər axtarmaq lazım olacağını, lakin onun məhəlləsinə getməli olmağını bildirmişdir. O isə evdən çıxa bilmədiyini və taksi ilə özünün onun məhəlləsinə gətləməsini xahiş etmişdir. O da razılaşmış və ondan xəbər gözləməyini istəmişdir. Bir qədər sonra onun telefonuna xatırlamadığı bir hesab nömrəsini göndərib, 10 manat pulu həmin karta yükləməyini istəmişdir. O, öz telefonunda olan proqram vasitəsi ilə özünə məxsus “leobank” a məxsus nömrələrini xatırlamadığı kart hesabından Türkelin ona göndərdiyi kart hesabına 10 manat pul göndərmişdir. Bundan bir qədər də keçdikdən sonra Türkel narkotik tapmadığını, lakin özünə aldığı narkotiki ona göndərə biləcəyini demişdir. O da xahiş edib, ona narkotik gətirməsini, taksinin pulunu verəcəyini demişdir. O, evdə uşaqları ilə məşğul olan zaman bir qədər vaxt keçmiş və Türkel ona narkotiki özünə məxsus idman ayaqqabısının içinə qoyub, taksi sürücüsü ilə göndərdiyini, nömrəsini də həmin sürücüyə verdiyini və ona zəng edəndə sürücünü qarşılayıb ona ikiqat yol pulunu verməyini demişdir. 15 fevral 2024-cü il tarixli Təqsirləndirilən şəxs ilə Şahid1 üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bildirmiş, Təqsirləndirilən şəxs isə onun üzünə qarşı deyilənləri qəbul etdiyini bildirmişdir (i.v.111-115). Bundan başqa, “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 18 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 götürülmüş “Samsung” markalı mobil telefon aparatına baxış keçirilən zaman mobil telefon aparatının “Whatsapp” tətbiqində Təqsirləndirilən şəxs istifadə etdiyi 050 *** ** ** saylı mobil nömrənin “Whatsapp” tətbiqindən Şahid1 “Whatsapp” tətbiqinə “sen düzlen bidene, deyirem kart 10 manat at taksinin pulun gelim negd ozne verersen” yazmış, Şahid1 isə ona “coxsagol. Təqsirləndirilən şəxs Şahid1 “4169 7388 4618 4400 tez at yetim cekide gonder mene men uje taksi cagirdim” yazmış, Təbriz Türkelə “ok” yazdıqdan sonra Türkel ona “atirsanda?” yazmış və Təbriz yenidən ona “atdim” yazdıqdan sonra "xxxx" a ödəniş çekinin linkini göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs Şahid1 33 saniyəlik səs göndərərək, səs yazısında “mənim keçən dəfə başıma gəldi, mən o zülmü bilirəm da, sonradan Vaska şey elədi, handan hana mən necə vəziyyədən çıxdım, bilsən oturub ağlayardın da. Mən ona görə əl ayağa düşdüm ki, pis vəziyyətdə getməsən. Tanımıram eləmirəm haa, bilmirəm kimdi. Nə dolayacam, başın xarabdı sənin” deməklə onun Təbrizə narkotik göndərməməsindən Təbrizin şübhələnməsinə görə özünə haqq qazandırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Şahid1 əlavə 39 saniyəlik səs göndərərək, səs yazısında “Demirəm, özüm də eləmişdim. Ağrıda deyildim, bu gün ustada olanda, Vaska yol üstü Ramanadan keçdi, “vastvolu” var idi, verdi mənə elə düzəldim. Mən öz uşaqlarımızdan hansından “atrava”nın söhbətini eləmişəm. Nabarot can atmışam həmişə ki heç biriniz yəni əziyyət çəkməyəsiz” demişdir ki, qeyd olunan səs yazısında olan bu ifadə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının, onun ehtiyacı olan şəxslərə narkotik vasitə verərək narkotik vasitələri qanunsuz yaymasının göstəricisidir. Bundan savayı, məhkəmə iclasında təqsirləndirilən şəxs Təbriz Vahahova narkotik vasitə tapmasının, ona narkotik vasitə verməsinin bir səbəbinin də onunla əvvəllər də birlikdə narkotik vasitə istifadə etmələrinin olmasını və lazım olarsa Şahid1 da ona narkotik vasitə taparaq verəcəyini bildirmişdir ki, bu da hətta Təqsirləndirilən şəxs məhkəmə iclasında dediyi kimi Şahid1 özünə məxsus narkotik vasitəni deyil, Şahid1 ona göndərdiyi pul müqabilində hadisə günü əldə etdiyi narkotik vasitəni göndərmiş olsa idi belə, bu onun şəxsi maraqla (yəni, lazım olarsa Şahid1 da gələcəkdə ona narkotik vasitə tapması və ya verməsindən ibarət şəxsi maraq) narkotik vasitələri qanunsuz yaymasına dəlalət edir. Belə ki, məhkəmə qeyd edir ki, narkotik vasitələrin qanunsuz satılması narkotik vasitələrin yalnız əvəzli və ya qazanc əldə etmək məqsədi ilə deyil, digər şəxsi maraqla da yayılmasını özündə ehtiva edir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə həm təqsirləndirilən şəxsin, həm də şahidlərin ifadələrini, yuxarıda qeyd olunan səs yazısında Təqsirləndirilən şəxs göstərdiyi xüsusatı (“Mən öz uşaqlarımızdan hansından “atrava”nın söhbətini eləmişəm. Nabarot can atmışam həmişə ki heç biriniz yəni əziyyət çəkməyəsiz” deməsi) tədqiq edərək, Təqsirləndirilən şəxs hadisə günü narkotik vasitəni əldə etmək üçün getdiyi yerdən yenidən evə qayıdaraq 10-15 dəqiqə sonra qayıdaraq idman ayaqqabısını taksi şoferinə verməsini və bu halın Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göndərdiyi pul müqabilində narkotik vasitə tapmadığından evə qayıdaraq evdə özünə məxsus olan narkotik vasitəni Şahid1 göndərməsinə dair xüsusatın real olmasına dəlalət etdiyini nəzərə alaraq həm təqsirləndirilən şəxsin, həm də Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrinin həqiqəti əks etdirməsi və daha real olması qənaətindədir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə, saat 01:07-dən tutulmuş hesab edilmişdir (i.v.54). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 4(008)-101/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 fevral 2024-cü il tarixdən, saat 01:07-dən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.121- 127). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 01 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.138-139). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2024-cü il tarixli, 4(008)-275/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 20 gün, yəni 02 iyun 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2019-cu il təvəllüdlü (X1) uşağı var. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndiriıir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 14 fevral 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs məxsus Şahid2 təqdim etdiyi bir ədəd boz rəngli idman ayaqqabısı məhv edilməli, 13 fevral 2024-cü il tarixdə Şahid2 üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd diskin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən, o cümlədən, evinə axtarış keçirilməsini özündə əks etdirən disklərin, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklərin cinayət işinin materiallarına əlavə edilməsi, Şahid1 məxsus 01 ədəd “Samsung” markal mobil telefonun onun özünə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefonun onun yaxın qohumuna qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,773 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs məxsus Şahid2 təqdim etdiyi bir ədəd boz rəngli idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 13 fevral 2024-cü il tarixdə Şahid2 üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni, o cümlədən, evinə axtarış keçirilməsini özündə əks etdirən disklər, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut- Şahid1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefonun onun özünə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefonun onun yaxın qohumuna qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar