Məhkəmə qərarları › İş №1(008)-443/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-443/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-443/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Lənkəran rayonu Marso kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 7 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunaraq xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmaqla məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Lənkəran rayonu Göyşaban ərazi dairəsi Ürgə kəndində qeydiyyatda olan, tutulana qədər faktiki olaraq Bakı şəhəri Suraxanı rayonu, Qum adası yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 avqust 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə evin zirzəməsində yerləşən avtomobil qarajının pəncərəsi üzərində dəmir barmaqlığı istintaqa məlum olmayan alətlə sındırıb pəncərəni açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub evin ikinci mərtəbəsində yataq otağında yerləşən dolabın içərisindən özgənin əmlakını yəni, Zərərçəkmiş şəxs məxsus həmin dövrə olan məzənnə ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları pulu, həmin otaqda yerləşən güzgülü kamotun siyirməsindən 1100 manat dəyərində bir ədəd qadın qızıl saatını, 1000 manat dəyərində “Tissot” markalı bir ədəd kişi qızıl saatını, 4500 manat dəyərində biriliant komplekti, ümumi dəyəri 1500 manat olan üç ədəd qadın qızıl üzüyünü, 1000 manat dəyərində bir ədəd biriliant qaşlı qadın qızıl üzüyünü, ümumi dəyəri 900 manat olan 3 dəst qızıl sırğanı, ümumi dəyəri 1000 manat olan iki ədəd qadın qızıl qolbağını, 1000 manat dəyərində bir ədəd qadın qızıl boyunbağısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 15400 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsirli olması iş materiallarında olan sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi döngə 3 ev 3 mənzil 1 ünvanında yerləşən yaşayış evindən oğruluq etməmişdir. Həmin vaxt ümumiyyətlə o hadisə yerində olmamışdır. Sabunçu rayonu ərazisində, əvvələr oğruluq eləmiş, lakin həmin ünvanda olmamışdır. Onu 03 mart 2025-ci il tarixdə 13-cü PŞ-nin əməkdaşları tutaraq Sabunçu PŞ-nə gətirmişlər. Əvvəlcə elə başa düşmüşdür ki, onu Surxanı rayon məhkəməsində olan işə görə tutmuşlar, lakin bölmədə onu polis əməkdaşları döyərək işgəncələr verərək Sabunçu rayon ərazisində olan oğurluq işini boynuna almasını bildirmişlər. Xəsarət ona əsasən ayağından və bel sümüyündən yetirilmişdir. Təxminən beş aya yaxın ayağı şişmiş, ayaqqabı geyinə bilməmişdir. Şübhəli şəxs qismində saxlanılarkən ona xəsarət yetirildiyindən məcbur olub ona təqdim edilmiş ilkin sənədlərə oxumadan imza etmişdir. Lakin polis əməkdaşları onu təhvil verdikdən sonra sənədlərə imza etməkdən imtina etmişdir. Müstəntiqə sənədləri imza etməkdən imtina edərkən həmin evə daxil olmadığını, onu aparıb hadisə yerini göstərməsini xahiş etsə də, müstəntiq onu hadisə yerinə aparmadığını qeyd etmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, bədənində olan xəsarətlər Şüvəlanda olarkən qeydiyyata alınmışdır. Ona xəsarət yetirilməsi ilə bağlı 2025-ci ilin mart ayında Baş Prokurorluğa müraciət etmiş, 2025-ci ilin aprel ayında Baş prokurorluqdan cavab gəlmişdir ki, şikayətinin nəticəsi ilə bağlı məlumat veriləcəkdir. İmza etməli olduğu sənədlər kompyuter ilə yazılmış halda ona təqdim edilmiş, əvvəlcə ilkin izahatına imza etmiş, lakin sonradan müstəntiqə həmin evə daxil olmadığını deyərək imzalamaqdan imtina etmişdir. İlkin izahatını isə ona qarşı işgəncə verilməsi səbəbindən imzalamışdır. İmza etdiyi sənədlər vəkilin təyin olunması barədə olmuş, qalan sənədləri isə oxumamışdır. Əl barmaq izlərinin həmin evdən çıxmasına dair heç bir söz deyə bilməmiş, lakin həmin evdə olmamış, bu cinayəti törətməmişdir. Həmin illərdə istifadəsində ********** saylı daha sonra istifadəsində 055 *** ** ** saylı və 077 *** ** ** saylı mobil nömrələr olmuşdur. Hadisə baş verən vaxtı o Zabrat qəsəbəsində kirayədə yaşadığı evdə olmuşdur. Həmin vaxt ya Xırdalanda, ya da Nərimanov ərazisində ola bilərdi, çünki həmin ərazidə qardaşı və qohumları yaşamışdır. 03 mart 2025-ci il tarixdə Polis Şöbəsindən MSY-nə təhvil verilərkən üzərində xəsarətlər olmuş, tərtib edilmiş Aktda “mən Təqsirləndirilən şəxs bu xəsarətləri tutulan zaman qaçmaq istəyəndə yıxılmışam, heç bir şikayətim yoxdur” cümləsini ona yazdırmışlar, o səbəbdən yazaraq imza etmişdir ki, əks halda onu müvəqqəti saxlama yerinə qəbul etmirdilər, məcbur olub ona işgəncə yetirən polis əməkdaşlarından canını qurtarmaq üçün yazmışdır. 3 saylı İstintaq Təcridxanasına daxil olan kimi Baş prokurorluğa şikayət etmişdir. Prokurorluq əməkdaşı sonradan onu dindirməyə gələrkən polis əməkdaşları tərəfindən saxlanılarkən orada işgəncələrə məruz qalaraq qanunsuz olaraq oğurluq cinayət əməlini törətməsini etiraf etməsinin tələb etməsi barədə və xəsarətlərlə bağlı ekspertizadan keçməsini tələb etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi, vəkili Müdafiəçi1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşayış evi fərdi yaşayış evi olmaqla 2 mərtəbə və mansardan ibarət olmaqla evdə 7 otaq vardır. Yaşayış evi 2-3 sot torpaq ərazisində yerləşir. Yaşayış evinin həyəti daş hasara alınmaqla dəmir darvazası vardır. Yaşayış evinin pəncərələri üzərində dəmir barmaqlıq vardır. 17 avqust 2021-ci il tarixdə zərərçəkmiş şəxsin ailə üzvləri yaşayış evindən Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən bağ evinə getmişlər. 18 avqust 2021-ci il tarixdə saat 19 radələrində zərəçəkmiş şəxs işdən çıxıb yaşadığı ünvan 1 ünvanına gəlmiş oradan da ailəsinin olduğu Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən bağ evinə getmişdir. 22 avqust 2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 1 ünvanına gələrkən yaşayış evinin qarşısında zirzəmidə olan avtomobil qarajından yaşayış evinə daxil olan pəncərə üzərində dəmir barmaqlıqlarının qırılmasını aşkar etmişdir. Yaşayış evinin giriş qapısna baxıdıqda qapının bağlı olmasını müəyyən etmişdir. Bundan sonra evə daxil olub evin otaqlarına baxış keçirdikdə evin 2-ci mərtəbəsində yerləşən yataq otağında yerləşən paltar dolabının içərisində pul kisəsinin içərisində saxladığı 2000 ABŞ dolları pulun, otaqda olan güzgülü kamotun içərisindən müxtəlif qablarda olan ümumi dəyəri 12.000 manat olan qızıl-zinyət əşyalarının-1100 manat dəyərində bir ədəd qadın qızıl saatının, 1000 manat dəyərində “Tissot” markalı bir ədəd kişi qızıl saatının, 4500 manat dəyərində biriliant komplekti, hər birinin dəyəri 500 manat olan üç ədəd qadın qızıl üzüyünün, 1000 manat dəyərində bir ədəd biriliant qaşlı qadın qızıl üzüyünün, hər birinin dəyəri 300 manat olan 3 dəst qızıl sırğanın, hər birinin dəyəri 500 manat olan iki ədəd qadın qızıl qolbağının, 1000 manat dəyərində bir ədəd qadın qızıl boyunbağısının oğurlanmasını aşkar etmişdir. Yaşayış evinin digər otaqları axtarılsa da başqa qiymətli əşya və pulun oğurlanmasını aşkar etməmişlər. O baş vermiş oğurluq hadisəsi barəsində ilkin olaraq Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonradan hadisə yerinə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ- nin əməkdaşları gələrək oğurluğun baş verdiyi ünvana baxış keçirmişlər. Bundan sonra o Sabunçu RPİ-nin 13-cü PŞ-nə ərizə ilə müraciət etmiş və baş vermiş oğurluqla bağlı izahat yazmışdır. Həmin ünvandan oğurlanmış əşyaların hamısı zərəçəkmiş şəxsə məxsus olmuşdur. Baş vermiş oğurluq zamanı zərəçəkmiş şəxsə ümumilikdə 15400 manat məbləğində maddi ziyan yetirilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, hadisənin kim tərəfindən törədilməsini bilməmiş, lakin sonradan istintaq orqanından demişlər ki, hadisəni Təqsirləndirilən şəxs törətmişdir. Hadisə yerinə gəlib polis əməkdaşları baxış keçirmişlər. Ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən də şikayətçidir. Məhkəmə iclasında Sabunçu RPİ-nin baş müstəntiqi X19 ona verilmiş suallara cavabında bildirmişdir ki, 21 avqust 2021-ci il tarixdə hadisə yerinə baxışı o təşkil etmiş, həmin Sabunçu RPİ-nin ekspert kriminalisti Lətif Məsimli də iştirak etmişdir. Hadisə baş verdikdə əvvəlcə təhqiqatçı hadisə yerinə gedir, əgər müəyyən olunsa ki, məbləğ 5 000 manatdan yuxarıdır, onda müstəntiq kimi hadisə yerinə o çağrılır. Bu səbəbdən də hadisə yerinə gələrək protokolu tərtib etmişdir. Protokolu o tərtib etsə də, izahatın alınması, ərizə yazılmasına təhqiqatçı baxır. Onun işi yalnız protokolu tərtib etmək olmuşdur. X8 24 avqust 2021-ci il tarixdə daxil olmuş və həmin tarixdə cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərar qəbul etmişdir. Protokolda baxış zamanı zirzəminin pəncərəsi və güzgülü kamotun üzərində olan əşya qabının üzərindən əl barmaq izləri aşkar edilib götürüldü qeyd edilmişdir. Texniki səbəbdən ekspertizaya göndərilən digər daktilolentlər protokolda qeyd edilməmişdir. Ekspert rəyində 1 saylı daktilolentin(yəni “corab qutusu üzəri”) səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından, 2 saylı daktilolentin(yəni “qapının tutacağı”) səthindəki “a” əlbarmaq izi isə onun sağ əlinin böyük (baş) barmağından sürtünmə nəticəsində qalmışdır” müəyyən olunmuşdur sualına cavabında qeyd etmişdir ki, ola bilsin ki, texniki səbəbdən protokolda qeyd edilməmişdir. Hadisə yerindən götürülmüş maddi sübutlar qablaşdırılaraq götürülməli, protokolda iştirak edən şəxslər tərəfindən imzalanmalıdır. Qablaşdırılaraq götürülmüş zərfin üzərində protokolda iştirak etmiş Zərərçəkmiş şəxs və iki hal şahidinin imzalamaması ilə bağlı o bir söz deyə bilməz, qablaşdırmanı kriminalist ekspert həyata keçirmişdir. Təqsirləndirilən şəxs əvvəlcə etiraf etmiş, lakin sonradan bildirmişdir ki, hadisəni o etməmiş, hadisə yerinə əl barmaq izləri atılmış, əl barmaq izləri ona məxsus deyildir. Bundan sonra sənədlərə imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs xəsarətlərlə bağlı məlumat verməmiş, axtarış əsasında tutulub gətirilmişdir. Xəsarətlərlə bağlı araşdırma aparılmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxsin anten məlumatların hadisə baş verən gün həmin ərazidə olmamasına münasibətdə qeyd etmişdir ki, ola bilsin ki, Təqsirləndirilən şəxs mobil telefonu öz üzərində götürməmişdir. Məhkəmə iclasında ekspert kriminalist X15 verilmiş suallara cavabında göstərmişdir ki, hadisə yerinə baxış keçirilən zaman əməliyyat qrupunda olmuşdur. Baxış zamanı müstəntiq, təhqiqatçı və iki hal şahidi iştirak etmişdir. Təxminən 9-10 ədədə yaxın əl barmaq izi götürmüşdür. Əl barmaq izlərini götürərkən ilkin olaraq vizual baxmış, daha çox yararlı olan hansı olmuşdursa, onları götürmüşdür. Mümkün ola bilməz ki, götürdüyü əl barmaq izləri protokolda qeyd edilməsin. Hadisə yerindən nə maddi sübut götürmüşdürsə protokola qeyd edilməlidir. Protokolla o da tanış olaraq imzalamışdır. Ola bilsin ki, protokolda eyniləşdirmə üçün yararlı olanlar qeyd edilmişdir. Qablaşdırılaraq götürülmüş zərfin üzərində protokolda iştirak etmiş Zərərçəkmiş şəxs və iki hal şahidinin imzalamaması ilə bağlı o bir söz deyə bilməmişdir. Götürdüklərinin qeydiyyat kitabında olması ehtimalı ola bilər. Məhkəmə iclasında dindirilmiş ekspert X12 verilmiş suallara cavabında bildirmişdir ki, Məhkəmə-trasoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli 3/297 nömrəli rəyini o vermişdir. Rəyin nəticə hissəsinin ikinci bəndində “təqdim edilmiş 2,6-10 saylı daktilolentlərin səthlərindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətinin eyniləşdirilməsi üçün yararsızdılar” qeyd edilsə də, 2 saylı daktilolentdə papilyar naxış izlərinin yararsız olmasını nəzərdə tutmuşdur. Bu səbəbdən də rəyin nəticə hissəsinin 3-cü bəndində “Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əlbarmaq izi Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi isə onun sağ əlinin böyük(baş) barmağından sürtünmə nəticəsində qalmışdır.” düzgün olaraq qeyd etmişdir. Nəticədə 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi yararlı olmuşdur. Ona verilmiş “siz rəyin nəticə hissəsində 2 saylı daktilolentin yararsız olmasına həm əl-barmaq, həm də papilyar naxış izlərini aid etmisiniz, lakin buna baxmayaraq rəyin nəticə hissəsinin 3-cü bəndində 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izini yararlı hesab etmisiniz” sualına cavabında qeyd etmişdir ki, elə qeyd edilsə də, rəyin 2-ci bəndində 2 saylı daktilolentdə papilyar naxış izlərinin yararsız olmasını nəzərdə tutmuş, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi yararlı olmuşdur. Rəy verilərkən əlavədə 10 ədəd daktilolent təqdim edilmiş, həmin daktilolentlər sıralanmışdır. 1 saylı “corab qutusu üzəri”, 2 saylı “qapının tutacağı” 3 saylı “zirzəmi nəfəsliyi şüşəsi”, 4 saylı “qapının açarı” 5 saylı “zirzəmi nəfəsliyi şüşəsi”, 6 saylı “zirzəmi nəfəsliyi”, 7 saylı “televizor”, 8 saylı “üzərində yazı olmayan”(arxasında “televizor üzəri” üzəri yazılmış), 9 saylı “üzərində yazı olmayan”(arxasında “televizor üzəri” üzəri yazılmış)”, 10 saylı “şkaf rəfi” ilə nömrələnmişdir. Rəyinin tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumatlarında daktilentlərin 8 ədədinin adının yazılması 2 ədəd daktilolentin üzərində qeyd edilməməsi ilə bağlıdır. Təqdim edilmiş daktilolentlərdən 2 ədədi 1 saylı “corab qutusu üzəri”, 2 saylı “qapının tutacağı”ında olan əl barmaq izləri Təqsirləndirilən şəxs əl barmaq izi ilə uyğun olmuşdur. Təqdim edilmiş 3 saylı daktilolentlərin səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki papilyar naxış izi, 5 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs daktiloxəritiyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərindən deyil başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Yalnız ona təqdim edilmiş daktiloentlər əsasında rəy vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 22 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində hadisə yerinə baxış keçirilərkən fərdi yaşayış evinin zirzəmsindən həyətə baxan pəncərəsi üzərində olan dəmir barmaqlığı qırılmaqla yaşayış evinə daxil olunmaqla yaşayış evinin 2-ci mərtəbəsində yerləşən yataq otağından nağd pulun və qızılzinyət əşyalarının yerindən götürülməsi və evin dağınıq vəziyyətdə olması müəyyən edilmişdir, hadisə yerinə baxış zamanı zirzəminin pəncərə yerinə baxış zamanı zirzəminin pəncərəsi və güzgülü komotun üzərində olan əşya qabının üzərindən əl barmaq izləri aşkar edilib götürüldü. Hadisə yerinə baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən digər maddi sübut müəyyən olunub götürülmədi. Protokol ucadan oxundu, hadisə yerinə baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edildi. Protokolun düzgünlüyü imzalarla təsdiq olundu(i.v. 8-15). Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 31 avqust 2021-ci il tarixli 011-8080-1221 saylı məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı olaraq hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri xx.xx.2021-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədinin xx.xx.1982-ci ildə Lənkəran şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük və adsız barmaqları ilə eynilik təşkil etmişdir. Qoşma: eyniləşdirməyə dair çıxarış 01 vərəq və içərisində əl izləri olan möhürlənmiş zərf 01 ədəd(i.v.24-25). Məhkəmə-trasoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli 3/297 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki papilyar naxış izi, 5 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdılar. Təqdim edilmiş 2,6-10 saylı daktilolentlərin səthlərindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi isə onun sağ əlinin böyük (baş) barmağından sürtünmə nəticəsində qalmışdır. Təqdim edilmiş 3 saylı daktilolentlərin səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki papilyar naxış izi, 5 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs daktiloxəritiyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərindən deyil başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Ekspert tərəfindən təqdim edilmiş 10 ədəd daktilolent şərti olaraq sıralanmış və sıra nömrələri aşağıdakı kimi qeyd edilmişdir: 1.”corab qutusu üzəri”, 2.”qapının tutacağı”, 3.“zirzəmi nəfəsliyi şüşəsi”, 4.“qapının açarı”, 5.“zirzəminin nəfəsliyi şüşəsi”, 6. “zirzəminin nəfəsliyi”, 7. “televizor”, 8.“televizor üzərindən”, 9. “televizor üzərindən” 10.“şkaf rəfi”(i.v.95-103). “Sübutların qiymətləndirilməsi haqqında” 13 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və hazırda Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı penitensiar müəssisəsində cəza çəkməsi nəzərə alınmış, iş üzrə zərərçəkmiş şəxsin ifadəsində qeyd olunmuş qiymət əsas götürülərək ələ keçirilmiş əmlakın dəyəri müəyyən edilmiş, iş üzrə ünvan 6 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində hadisə yerinə baxış keçirilərkən fərdi yaşayış evinin zirzəmisindən həyətə baxan pəncərəsi üzərində olan dəmir barmaqlığı qırılmaqla yaşayış evinə daxil olunmaqla yaşayış evinin 2ci mərtəbəsində yerləşən yataq otağından nağd pulun və qızıl-zinyət əşyalarının yerindən götürülməsi və evin dağınıq vəziyyətdə olması ilə bağlı tərtib olunmuş 22 avqust 2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokol sübut növü kimi qiymətləndirilmiş, iş üzrə maddi sübut olan 22 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı olaraq hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs aid əl-barmaq izləri sübut növü kimi qiymətləndirilməklə cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə Zərərçəkmiş şəxs ifadəsi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə təyin edilmiş məhkəmə-daktiloskopik ekspertizasının 07 aprel 2025-ci il tarixli 3/297 saylı rəyi sübut növü kimi qiymətləndirilmişdir(i.v.110-114). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 30 avqust 2025-ci il tarixli 3-16-20-10/2-541 saylı məhkəmə sorğusuna cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı sağ diz nahiyyəsində qərtməkli yara, sol topuq nahiyyəsində şişkinlik aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə həbs edilmiş Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasından Umbakı Pentensiar müəssisəsinə etap olunmuşdur. Hal-hazırda həbs edilmiş şəxs Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 27 avqust 2025-ci il tarixli 3-16-17/40/2-762/2025 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə UmBakı Pentensiar müəssisəsindən Bakı İstintaq Təcridxanasına daxil olmuş tibb-sanitar hissəsində tibbi müayinədən keçirilmişdir. 3 saylı İstintaq təcridxanasında daxil olan zaman sorğu zamanı müvəqqəti saxlama yerində olanda xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirilən zaman sağ diz nahiyyəsində qərtməkli yara, sol topuq nahiyyəsində şişkinlik, boyun, sağ və sol said, qarın, qasıq nahiyyəsində köhnə çapıq toxumaları aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə UmBakı Pentensiar müəssisəsində olan zaman məhkəmə işinin gedişatına etiraz əlaməti olaraq özü-özünə xəsarət yetirmişdir. Müayinə zamanı həzm traktın metal yad cismi(1 ədəd mədə, 2 ədəd başırsaqda) aşkar edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli 49/2-32845/25 saylı məktubu və məktuba əlavə edilmiş akt, tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı kitabında qeydlərin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli Akta əsasən xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Ramil Əliyevin CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutduğu Təqsirləndirilən şəxs MSY-də üzərinə baxış zamanı sağ qolunda qançır yara, sağ dizində, sol ayağında şişmiş yaralar aşkar olundu. Özünün deməsinə görə tutulan zaman qaçanda yıxılıb, heç bir şikayəti yoxdur. Akt Təqsirləndirilən şəxs tərəfindən “mən Təqsirləndirilən şəxs bu xəsarətləri tutulan zaman qaçmaq isdəyəndə yıxılmışam. Heç bir şikayətim yoxdur” yazılmaqla imzalanmışdır. Təqsirləndirilən şəxs Baş Prokurorluğa ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsi və Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhər Prokurorluğunun 2-2-303/2- 069128/2025 nömrəli xx.xx.2025-ci il tarixli Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs əsasız olaraq Sabunçu RPİ-də cinayət məsuliyyətinə cəlb edilməsi barədə Baş Prokurorluğa daxil olmuş müraciəti qanunamüvafiq qaydada baxılmasının təmin edilməsi üçün Sabunçu rayon prokuroruna göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli 2-2-110/3-135000/2025 saylı məhkəməyə ünvanlanmış məktubu və ona əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 sentyabr 2025ci il tarixli qərarından görünür ki, toplanmış materiallarda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması müəyyən edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xidməti araşdırmalar idarəsində toplanmış 397-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuş və bu barədə maraqlı tərəflərə məlumat verilmişdir. Məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil telefon nömrəsinin xx.xx.2021-xx.xx.2021-ci il müddətində mövcud olan istifadəsinin əhatə dairəsinə dair məlumat "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 21624 saylı məktubu və ona əlavə edilmiş CD disk şəklində təqdim edilmişdir. Həmin CD diskin yaddaşına yazılmış məlumatdan anten dairələri aşağıdakı qaydada müəyyən olunmuşdur: 8/20/2021 22:31 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc, 8/20/2021 22:31 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc, 8/20/2021 22:36 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc 8/20/2021 22:37 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc 8/21/2021 12:52 Xetai r-nu, Q.Memmedov kuc., ev 7, m.2. 8/21/2021 13:40 Aile ve Saglamliq.,20 Yanvar 8/21/2021 14:35 Xirdalan 8/21/2021 22:26 Zabrat qes 8/21/2021 22:31 Abseron r-nu, Zabrat dairei, Sahbazov kucesi 29 8/21/2021 22:39 Zabrat qes., 1-ci Zabrat 8/21/2021 22:53 Zabrat qes 8/21/2021 23:41 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc 8/22/2021 9:21 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc 8/23/2021 7:40 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc İş materiallarında olan: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 24 avqust 2021-ci il tarixli(saat 10:00) qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmış və iş icraata qəbul edilmişdir(i.v.1). xx.xx.2021-ci il tarixli Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı, polis polkovnikleytenantı Rafiq Şərifov tərəfinədn tərtib edilmiş Raportdan görünür ki, Zərərçəkmiş şəxs daxil olmuş şikayət ərizəsi Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ramin Quliyevin icraatında olan materiala əlavə olunmasına göstəriş verilməsi üçün Sabunçu RPİ-nin rəisinə ünvanlanmışdır qoşma 04 vərəqdə material(i.v 3). xx.xx.2021-ci il tarixli Raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19:11-də Sabunçu RPİ-nin 13-cü PB-nə DİN-nin 102 xidmətindən ********* saylı məlumat daxil olmuşdur(i.v 4). Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli izahatından görünür ki, Sabunçu RPİ-nin 13-cü PB-nin rəisinə izahat vermiş və izahatı təhqiqatçı Rafiq Şərifov almışdır(i.v 6). 09 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.28-29). “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarix saat 16:00 radələrində saxlanılmışdır. Protokol Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Hüseynqulu Allahverdiyev, həmin şöbənin əməliyyat müvəkkili polis leytenantı Cəlal Əsədlinin iştirakı ilə tərtib edilmişdir(i.v 31). 03 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v.32). xx.xx.2025-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10-dan 21:40-dək dindirilmişdir(i.v 46-48). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir(i.v.51-52). Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında 05 mart 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxsə ittiham olunarkən Təqsirləndirilən şəxs təqdim edilmiş cəlb etmə qərarına ittihamda qeyd olunmuş zərəçəkmiş şəxsin qeyd etdiyi məbləğdə qızıl-zinyət əşyalarını talamadığını əsas gətirib imza etməkdən imtina etmişdir(i.v 67-68). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-79/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs seçilməklə axtarış elan edilmişdir(i.v.72-74). Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cinayət işi üzrə məhkəmə daktiloskopik ekspertizasının təyin edilməsinə dair qərar icra olunması üçün göndərilmişdir. Qoşma: hadisə yerindən götürülərək daktiloployonkaya köçürülmüş 10 ədəd izlər, Təqsirləndirilən şəxs məxsus 01 ədəd daktilokarta və Azərbaycan Respublikası DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında alınmış müqayisəli tədqiqat 01 vərəqədə(i.v 75). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin köhnə red. 93-3 maddəsinin 2-ci hissəsi, 93-3 maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmasına, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2010-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmasına, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2011 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmasına, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə; Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 7 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmasına, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1 -ci maddəsi ilə təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmasına və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdur(i.v. 78-80). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 1(010)-15/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2025-ci il tarixdən hesablanmışdır(i.v. 81-93). Ekspertiza rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında 13 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir(heç bir səbəb göstərmədən)(i.v 116). Təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında 13 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir(heç bir səbəb göstərmədən)(i.v 116). Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında 13 may 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 13 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Ekspertiza rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında və Təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokollara imza etməkdən heç bir səbəb gətirmədən imza etməkdən imtina etmiş və bu vəsatət olaraq qiymətləndirilməklə əsassız olduğuna görə təmin edilmədən rədd edilmişdir(i.v 119-120). Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında 15 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs protokola imza etməkdən imtina etmişdir(heç bir səbəb göstərmədən)(i.v 123-124). Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında 15 may 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 15 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında protokola imza etməkdən heç bir səbəb gətirmədən imza etməkdən imtina etmiş və bu vəsatət olaraq qiymətləndirilməklə əsassız olduğuna görə təmin edilmədən rədd edilmişdir(i.v 126-127). Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-15/2025 saylı məktubundan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 1(010)- 15/2025 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış və qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 07 avqust 2025-ci il tarixli 236 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş 05 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti bitdiyi üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 12 saylı CÇM-dən azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 05 ay 01 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti bitdiyi üçün xx.xx.2022-ci il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi və onun Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Pentensiar Xidmətin Umbakı Pentensiar Müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Məhkəmə sorğusuna əsasən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli GQ- 2-597-564-2025 saylı məktubdan görünür ki, ********** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Məhkəmə sorğusuna əsasən "xxxx" MMC tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli GQ-2-649-516-2025 saylı məktubdan görünür ki, 552896890, ********* və ********* saylı nömrələr sorğulanan müddət ərzində Bakcell şəbəkəsində istifadə olunmamışdır. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, ifadəsində göstərmişdir ki, Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi döngə 3 ev 3 mənzil 1 ünvanında yerləşən yaşayış evindən oğruluq etməmişdir. Həmin vaxt ümumiyyətlə o hadisə yerində olmamışdır. Onu 03 mart 2025-ci il tarixdə 13-cü PŞ-nin əməkdaşları tutaraq Sabunçu PŞ-nə gətirmişlər. Əvvəlcə elə başa düşmüşdür ki, onu Surxanı rayon məhkəməsində olan işə görə tutmuşlar, lakin bölmədə onu polis əməkdaşları döyərək işgəncələr verərək Sabunçu rayon ərazisində olan oğurluq işini boynuna almasını bildirmişlər. Xəsarət ona əsasən ayağından və bel sümüyündən yetirilmişdir. Təxminən beş aya yaxın ayağı şişmiş, ayaqqabı geyinə bilməmişdir. Şübhəli şəxs qismində saxlanılarkən ona xəsarət yetirildiyindən sənədlərə imza etməsini bildirmişlər, o da məcbur olub ona təqdim edilmiş ilkin sənədlərə oxumadan imza etmişdir. Lakin polis əməkdaşları onu təhvil verdikdən sonra sənədlərə imza etməkdən imtina etmişdir. Müstəntiqə sənədləri imza etməkdən imtina edərkən həmin evə daxil olmadığını, onu aparıb hadisə yerini göstərməsini xahiş etsə də, müstəntiq onu hadisə yerinə aparmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, bənənində olan xəsarətlər Şüvəlanda olarkən yaraları qeydiyyata alınmışdır. Ona xəsarət yetirilməsi ilə bağlı 2025-ci ilin mart ayında Baş Prokurorluğa müraciət etmiş, Baş prokurorluqdan cavab gəlmişdir ki, şikayətinin nəticəsi ilə bağlı məlumat veriləcəkdir. İmza etməli olduğu sənədlər kompyuter ilə yazılmış halda ona təqdim edilmiş, əvvəlcə ilkin izahatına imza etmiş, lakin sonradan müstəntiqə həmin evə daxil olmadığını deyərək imzalamaqdan imtina etmişdir. İlkin izahatını isə ona qarşı işgəncə verilməsi səbəbindən imzalamışdır. İmza etdiyi sənədlər vəkilin təyin olunması barədə olmuş, qalan sənədləri isə oxumamışdır. Əl barmaq izlərinin həmin evdən çıxmasına dair heç bir söz deyə bilmir, lakin həmin evdə olmamışdır. Bu cinayəti etməmişdir. Həmin illərdə istifadəsində ********** saylı daha sonra istifadəsində 055 *** ** ** saylı və 077 *** ** ** saylı mobil nömrələr olmuşdur. Hadisə baş verən vaxtı o Zabrat qəsəbəsində kirayədə yaşadığı evdə olmuşdur. Həmin vaxt ya Xırdalanda, ya da Nərimanov ərazisində ola bilərdi, çünki həmin ərazidə qardaşı və qohumları yaşamışdır. 03 mart 2025-ci il tarixdə Polis Şöbəsindən MSY-nə təhvil verilərkən üzərində xəsarətlər olmuş, tərtib edilmiş Aktda “mən Təqsirləndirilən şəxs bu xəsarətləri tutulan zaman qaçmaq istəyəndə yıxılmışam, heç bir şikayətim yoxdur” cümləsini ona yazdırmışlar, o səbəbdən yazaraq imza etmişdir ki, əks halda onu müvəqqəti saxlama yerinə qəbul etmirdilər, məcbur olub ona işgəncə yetirən polis əməkdaşlarından canını qurtarmaq üçün yazmışdır. 3 saylı İstintaq Təcridxanasına daxil olan kimi Baş prokurorluğa şikayət etmişdir. Prokurorluq əməkdaşı sonradan onu dindirməyə gələrkən polis əməkdaşları tərəfindən saxlanılarkən orada işgəncələrə məruz qalaraq qanunsuz olaraq oğurluq cinayət əməlini törətməsini etiraf etməsinin tələb etməsi barədə və xəsarətlərlə bağlı ekspertizadan keçməsini tələb etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai araşdrıma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində ona qarşı fiziki zor tətbiq edilməsi və döyülməsi ilə bağlı xüsusatına münasibətdə qeyd edir ki, bununla bağlı məhkəmə tərəfindən müvafiq sorğular verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 30 avqust 2025-ci il tarixli 3-16-20-10/2-541 saylı məhkəmə sorğusuna cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı sağ diz nahiyyəsində qərtməkli yara, sol topuq nahiyyəsində şişkinlik aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə həbs edilmiş Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasından Umbakı Pentensiar müəssisəsinə etap olunmuşdur. Hal-hazırda həbs edilmiş şəxs Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 27 avqust 2025-ci il tarixli 3-16-17/40/2-762/2025 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə UmBakı Pentensiar müəssisəsindən Bakı İstintaq Təcridxanasına daxil olmuş tibb-sanitar hissəsində tibbi müayinədən keçirilmişdir. 3 saylı İstintaq təcridxanasında daxil olan zaman sorğu zamanı müvəqqəti saxlama yerində olanda xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirilən zaman sağ diz nahiyyəsində qərtməkli yara, sol topuq nahiyyəsində şişkinlik, boyun, sağ və sol said, qarın, qasıq nahiyyəsində köhnə çapıq toxumaları aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə UmBakı Pentensiar müəssisəsində olan zaman məhkəmə işinin gedişatına etiraz əlaməti olaraq özü-özünə xəsarət yetirmişdir. Müayinə zamanı həzm traktın metal yad cismi(1 ədəd mədə, 2 ədəd başırsaqda) aşkar edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli 49/2-32845/25 saylı məktubu və məktuba əlavə edilmiş akt, tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı kitabında qeydlərin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli Akta əsasən xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Ramil Əliyevin CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutduğu Təqsirləndirilən şəxs MSY-də üzərinə baxış zamanı sağ qolunda qançır yara, sağ dizində, sol ayağında şişmiş yaralar aşkar olundu. Özünün deməsinə görə tutulan zaman qaçanda yıxılıb, heç bir şikayəti yoxdur. Akt Təqsirləndirilən şəxs tərəfindən “mən Təqsirləndirilən şəxs bu xəsarətləri tutulan zaman qaçmaq isdəyəndə yıxılmışam. Heç bir şikayətim yoxdur” yazılmaqla imzalanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını bildirməsi barədə 3 saylı İstintaq Təcridxanasından daxil olmuş müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılan 397-C-25 nömrəli material üzrə araşdırmanın nəticəsinə dair 18 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, 03 mart 2025-ci il tarixdə Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarəyə aparılmış, orada polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalaraq qanunsuz olaraq oğurluq cinayət əməlini törətməsini etiraf etməsi tələb edilmiş, məcbur olub etirafedici məzmunda izahat vermiş və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Xidməti araşdırmalar idarəsində aparılan 397-C-25 nömrəli material üzrə dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməliyyat müvəkkili X1 və 13-cü polis şöbəsinin əməliyyat müvəkkili X6 izahatlarında Təqsirləndirilən şəxs tutularkən qaçması və ya yıxılaraq xəsarət alması barədə məlumat verməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən, polis idarəsinin inzibati binasına gətirilərkən və orada olarkən polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmamasını qeyd etmişlər. Belə ki, həmin material üzrə X1 izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq oğurluq cinayət əməlini törətməsi barədə daxil olmuş məlumat əsasında 3 mart 2025-ci il tarixdə əməliyyat tədbiri keçirilmiş və sonuncu saxlanılaraq polis idarəsinə gətirilmiş, bununla da Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, polis idarəsinin inzibati binasına gətirilərkən və orada olarkən polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmamışdır. Həmin material üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməliyyat müvəkkili X6 polis əməkdaşı X1 ilə eyni məzmunlu izahat vermişdir. Cinayət işi materiallarında olan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2025-ci il tarixli protokolun Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Hüseynqulu Allahverdiyev, həmin şöbənin əməliyyat müvəkkili polis leytenantı Cəlal Əsədlinin iştirakı ilə tərtib edilməsi müəyyən olunur(i.v 31). Göründüyü kimi Xidməti araşdırılmalar idarəsində aparılan araşdırma zamanı izahatı alınmış Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməliyyat müvəkkili X2 iştirakı cinayət işində olan protokolla müəyyən edilməmiş, əksinə protokolda iştirak etmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Cəlal Əsədlinin izahatının alınmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını bildirməsi barədə 3 saylı İstintaq Təcridxanasından daxil olmuş müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılan 397-C-25 nömrəli material üzrə araşdırmanın nəticəsinə dair 18 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, 03 mart 2025-ci il tarixdə Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarəyə aparılmış, orada polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalaraq qanunsuz olaraq oğurluq cinayət əməlini törətməsini etiraf etməsi tələb edilmiş, məcbur olub etirafedici məzmunda izahat vermiş və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın olması cinayət işinə mahiyyəti üzrə baxılarkən CPM-nin 33,125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək(o cümlədən hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirmək) vəzifəsindən məhkəməni azad etmir. Belə ki, nə cinayət işi materiallarında, nə də Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs xəsarət alması və həmin xəsarətləri qaçarkən alması barədə hər hansı məlumat mövcud deyildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sağ qolunda qançır yara, sağ dizində, sol ayağında şişmiş yaralar aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999- V)). Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarındakı mövqeyə əsasən pis rəftar 3cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X3rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir(bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Hüquq mühafizə orqanı əməkdaşlarının vis-à-vis şəxsin ləyaqətini alçaldan hər hansı hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bouyid Belçikaya qarşı” 28 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qurbanın öz gözündə ləyaqətinin alçaldılması, Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərlidir. Polis idarəsində saxlanılan şəxslər və ya ərizəçilərin də işində olduğu kimi, sadəcə şəxsiyyətin müəyyən edilməsi və ya dindirmə üçün polis idarəsinə aparılan şəxslər və ya daha geniş yanaşsaq, polis və ya oxşar hüquq mühafizə orqanlarının nəzarəti altında olan şəxslər həssas vəziyyətdədirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241- A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87-ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması xəsarətləri təsdiq edən sübutlarla öz təsdiqini tapmışdır. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri, həmçinin, ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi döngə 3 ev 3 mənzil 1 ünvanında yerləşən yaşayış evindən oğruluq etmədiyini, həmin vaxt ümumiyyətlə hadisə yerində olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə anten dairələrinin müəyyən edilməsi məqsədi ilə müvafiq sorğular verilmişdir. Məhkəmənin sorğusuna "xxxx" MMC-dən daxil olmuş cavab elan edilməmişdən qabaq Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək harada olması barədə sual ünvanlanmış, o həmin tarixlərdə Zabrat qəsəbəsində kirayədə yaşadığından orada olmasını və ya ola bilsin ki, qardaşı və qohumlarının Xırdalan və ya Nərimanov ərazisində yaşadığından həmin ünvanda olmasını bildirmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş məktub və ona əlavə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil telefon nömrə 8/20/2021 22:31 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc, 8/20/2021 22:31 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc, 8/20/2021 22:36 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc, 8/20/2021 22:37 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc, 8/21/2021 12:52 Xetai r-nu, Q.Memmedov kuc., ev 7, m.2, 8/21/2021 13:40 Aile ve Saglamliq.,20 Yanvar, 8/21/2021 14:35 Xirdalan, 8/21/2021 22:26 Zabrat qes, 8/21/2021 22:31 Abseron r-nu, Zabrat dairesi, Sahbazov kucesi 29, 8/21/2021 22:39 Zabrat qes., 1-ci Zabrat, 8/21/2021 22:53 Zabrat qes, 8/21/2021 23:41 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc, 8/22/2021 9:21 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc, 8/23/2021 7:40 Baki seh, Sabuncu r-nu, Zabrat qes., Neftciler kuc” ünvanlarında olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə baş verən günü, yəni 21 avqust 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında olmamış, onun ümumiyyətlə oğurluq baş verən Bakıxanov qəsəbəsində olması müəyyən edilməmiş, ifadəsində dediyi kimi Bakı şəhər, Zabrat qəsəbəsi və Xırdalan şəhəri ərazilərində olmuşdur. Həmçinin anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs hərəkətdə olmuş, xx.xx.2021-ci il tarixdə gün ərzində Xətai rayonu, Q.Məmmədov küçəsi, ev 7, mənzil 2, 20 Yanvar (Aile və Saglamliq), Xırdalan və Zabrat qəsəbəsi ərazilərində olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi hadisə yerində olmaması ilə bağlı xüsusatda öz təsdiqini tapmış olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2025-ci il tarixli şübhəli şəxs qismində(i.v 46-48) və xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində(i.v.60-64) ifadələr vermiş, həmin ifadələr kompyuter vasitəsi ilə yığılmış, birə-bir ifadələr eynilik təşkil etmiş(sözlər, cümlələr), təqsirləndirilən şəxs yalnız imza edərək soyadını qeyd etmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin “qismən etirafedici” ifadəsindən görünür ki, həmin ifadələrin hər biri sanki eyni qaydada komputer vasitəsi ilə yazılmış, təqsirləndirilən şəxsə həmin ifadələrin sonunda belə öz əlyazması ilə hər hansı qeyd yazılmasına şərait yaradılmamış, onun adından komputer vasitəsi ilə “İfadəmi oxudum, mənim sözlərimlə doğru yazılıb, başqa əlavə yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” cümləsi yazılmaqla həmin ifadələr sadəcə təqsirləndirilən şəxs tərəfindən imzalanmış, həmin etiraf edici ifadəsini polisin nəzarəti altında olduğu müddətdə vermişdir. Lakin istintaqın sonrakı gedişində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara, ekspertiza rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında 13 may 2025-ci il tarixli protokola(i.v 116), təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında 13 may 2025-ci il tarixli protokola(i.v 116), təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında 15 may 2025-ci il tarixli protokollara imza etməkdən imtina etmişdir(i.v 123-124). Həmçinin təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi digər bir xüsusat ondan ibarət olmuşdur ki, onu aparıb hadisə yerini göstərməsini xahiş etmiş, lakin müstəntiq onu hadisə yerinə aparmamış, bununla bağlı hər hansı istintaq hərəkəti aparmamışdır. Cinayət işi materiallarında təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması ilə bağlı istintaq hərəkətinin aparılmaması müəyyən edilmiş, məhkəmə iclasında müstəntiq qeyd edilən istintaq hərəkətinə ehtiyacın olmaması ilə əsaslandırmışdır. Məhkəmə göstərilənləri ümumiləşdirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verilmiş ifadələrini səmimi və inandırıcı, ibtidai istintaq zamanı AR CPM-nin tələbləri gözlənilmədən tərtib edilərək imzalanmış ifadələrini isə döyülmə və təzyiq nəticəsində imzalanmış ifadələr kimi qiymətləndirir. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi olmuşdur. Zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, o ifadələrində əmlaklarının oğurlanması faktını göstərərək təsdiq etmiş, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini, kimin törədə biləcəyinə dair hər hansı ehtimalı göstərməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi, vəkili Müdafiəçi1 verilmiş suallara cavab olaraq göstərmişdir ki, zərərçəkmiş şəxs hadisənin kim tərəfindən törədilməsini bilməmiş, lakin sonradan istintaq orqanından demişlər ki, hadisəni Təqsirləndirilən şəxs törətmişdir. Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxsin cinayəti törətmiş şəxsi görməməsi və həmin cinayətin kim tərəfindən törədilməsini bilməməsi tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlaklarından məhrum edilmiş zərərçəkmiş şəxsin mənafeləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxsin hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verməsinin məqsədi kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onun əmlaklarını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Göründüyü kimi, zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələr sadəcə ona məxsus əmlakların oğurlanması faktını təsdiq etməklə ifadələrdə göstərilmiş bir xüsusat belə oğurluğun məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlməyə imkan verməmişdir. İstintaq orqanın istinad etdiyi digər sübut növü iş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış” protokolu və ona əlavə edilmiş maddi sübut əl-barmaq izlərini özündə əks etdirən daktilolentlərdir. Belə ki, “Hadisə yerinə baxış keçirilməsi barədə” 22 avqust 2021-ci il tarixli əlyazma ilə yazılmış protokoldan görünür ki, protokol Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X19 tərəfindən tərtib edilməklə, Sabunçu RPİ-nin ekspert kriminalisti Lətif Məsimlinin, Zərərçəkmiş şəxs, hal şahidləri X7 və X10 iştirakları ilə tərtib edilmiş, Zərərçəkmiş şəxs müraciəti əsasında ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində hadisə yerinə baxış keçirilərkən fərdi yaşayış evinin zirzəmsindən həyətə baxan pəncərəsi üzərində olan dəmir barmaqlığı qırılmaqla yaşayış evinə daxil olunmaqla yaşayış evinin 2ci mərtəbəsində yerləşən yataq otağından nağd pulun və qızıl-zinyət əşyalarının yerindən götürülməsi və evin dağınıq vəziyyətdə olması müəyyən edilmişdir, hadisə yerinə baxış zamanı zirzəminin pəncərə yerinə baxış zamanı zirzəminin pəncərəsi və güzgülü komotun üzərində olan əşya qabının üzərindən əl barmaq izləri aşkar edilib götürüldü. Hadisə yerinə baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən digər maddi sübut müəyyən olunub götürülmədi. Protokol ucadan oxundu, hadisə yerinə baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edildi. Protokolun düzgünlüyü imzalarla təsdiq olundu(i.v. 8-15). Göründüyü kimi 22 avqust 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerindən yalnız zirzəminin pəncərəsi və güzgülü komotun üzərində olan əşya qabının üzərindən əl barmaq izləri aşkar edilib götürülmüş, hadisə yerinə baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən digər maddi sübut müəyyən olunub götürülməmişdir. Məhkəmə hesab edir ki, hadisə yerindən götürülmüş maddi sübut məhkəmə-trasoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli 3/297 nömrəli rəyi ilə birlikdə tədqiq edilərək qiymət verilməlidir. Məhkəmə-trasoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli 3/297 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki papilyar naxış izi, 5 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdılar. Təqdim edilmiş 2,6-10 saylı daktilolentlərin səthlərindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi isə onun sağ əlinin böyük (baş) barmağından sürtünmə nəticəsində qalmışdır. Təqdim edilmiş 3 saylı daktilolentlərin səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki papilyar naxış izi, 5 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs daktiloxəritiyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərindən deyil başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Ekspert tərəfindən təqdim edilmiş 10 ədəd daktilolent şərti olaraq sıralanmış və sıra nömrələri aşağıdakı kimi qeyd edilmişdir: 1.”corab qutusu üzəri”, 2.”qapının tutacağı”, 3.“zirzəmi nəfəsliyi şüşəsi”, 4.“qapının açarı”, 5.“zirzəminin nəfəsliyi şüşəsi”, 6. “zirzəminin nəfəsliyi”, 7. “televizor”, 8.“televizor üzərindən”, 9. “televizor üzərindən” 10.“şkaf rəfi”(i.v.95-103). Ekspert rəyində təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izinin Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından, 2 saylı daktilolentin səthindəki “a” əlbarmaq izinin isə onun sağ əlinin böyük(baş) barmağından sürtünmə nəticəsində qalması müəyyən edilmişdir. Ekspert tərəfindən təqdim edilmiş 10 ədəd daktilolent şərti olaraq sıralanmış 1 saylı daktilolent “corab qutusu üzəri”, 2 saylı daktilolent isə ”qapının tutacağı” kimi müəyyən edilmişdir. 22 avqust 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan hadisə yerindən yalnız zirzəminin pəncərəsi və güzgülü komotun üzərində olan əşya qabının üzərindən əl barmaq izləri aşkar edilib götürülmüş, hadisə yerinə baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən digər maddi sübut müəyyən olunub götürülməmişdir. Göründüyü kimi ekspert tərəfindən Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından və sağ əlinin böyük(baş) barmağından sürtünmə nəticəsində qalması müəyyən edilmiş “corab qutusu üzəri” və “qapının tutacağı”ndan hadisə yerinə baxış zamanı əl barmaq izlərinin götürülməsi müəyyən olunmur. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan zirzəminin pəncərəsi və güzgülü komotun üzərində olan əşya qabının üzərindən əl barmaq izləri aşkar edilib götürülməsi, hadisə yerinə baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən digər maddi sübut müəyyən olunub götürülməməsi qeyd edilsə də, ekspert rəyində 10 (on) ədəd daktilolentə istinad edilmişdir. Yaranmış ziddiyyətlə bağlı məhkəmə tərəfindən protokolu tərtib etmiş müstəntiq və ekspert kriminalist çağrılaraq məhkəmə iclasında dindirilmişdir. Məhkəmə iclasında Sabunçu RPİ-nin baş müstəntiqi X19 bildirmişdir ki, ekspert rəyində 1 saylı daktilolent(yəni “corab qutusu üzəri”) və 2 saylı daktilolentin(yəni “qapının tutacağı”) və digər daktilolentlər texniki səbəbdən protokolda qeyd edilməmişdir. Məhkəmə iclasında ekspert kriminalist X15 verilmiş suallara cavabında göstərmişdir ki, mümkün ola bilməz ki, götürdüyü əl barmaq izləri protokolda qeyd edilməsin. Hadisə yerindən nə maddi sübut götürmüşdürsə protokola qeyd edilmişdir. X4 və ekspert kriminalist X11 verdiyi cavabların ziddiyyətli olmuş, istintaq hərəkətinin aparılması və hadisə yerindən götürülmüş maddi sübutların sənədləşdirilməsi zamanı Cinayət Prosessaul Məcəlləsinin tələblərinin pozulması, qanunvericiliyin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından və sağ əlinin böyük(baş) barmağından sürtünmə nəticəsində qalması müəyyən edilmiş “corab qutusu üzəri” və “qapının tutacağı” üzrə götürülmüş maddi sübutun yaranma mənbəyinə şübhələr olmuş, həmin əl barmaq izlərinin hansı qaydada qablaşdırılması müəyyən edilməmişdir. Həmçinin hadisə yerinə baxış keçirilməsi barədə 22 avqust 2021-ci il tarixli protokolla zirzəminin pəncərəsi üzərindən götürülmüş əl barmaq izlərinə münasibətdə isə ekspert rəyi ilə müəyyən olunur ki, təqdim edilmiş 3 saylı daktilolentin(3.“zirzəmi nəfəsliyi şüşəsi”) səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki papilyar naxış izi, 5 saylı daktilolentin(5.zirzəminin nəfəsliyi şüşəsi”) səthindəki ovuc izi Təqsirləndirilən şəxs daktiloxəritiyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərindən deyil başqa şəxs(şəxslər) tərəfindən qablaşdırılması, 6 saylı daktilolentin səthindəki əlbarmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsız(6. “zirzəminin nəfəsliyi”) olması müəyyən edilmişdir. Bundan əlavə cinayət işi materiallarından görünür ki, 22 avqust 2021-ci il tarixdən 24 avqust 2021-ci il tarixədək material Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı polis polkovnik-leytenantı Rafiq Şərifovun icraatında olmuş(i.v 3-7), yalnız 24 avqust 2021-ci il tarixdə Raport əsasında Sabunçu RPİ-nin İŞ-nə göndərilmişdir(i.v 7). Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə toplanmış materiallar üzrə cinayət işi başlanaraq müstəntiq Ramil Əliyevin icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır(i.v.1). Belə ki, cinayət işi materiallarından müəyyən olunur ki, cinayət işi xx.xx.2021-ci il tarixdə müstəntiqin icraatına qəbul edildiyi halda, xx.xx.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokolun müstəntiq tərəfindən tərtib edilməsi(halbuki 22 avqust 2021-ci il tarixdən 24 avqust 2021-ci il tarixədək material Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı polis polkovnik-leytenantı Rafiq Şərifovun icraatında olmuşdur(i.v 3-7)) məhkəməyə aydın olmamışdır. Məhkəmə iclasında dindirilmiş müstəntiq bununla bağlı bildirmişdir ki, hadisə baş verdikdə əvvəlcə təhqiqatçı hadisə yerinə gedir, əgər müəyyən olunsa ki, məbləğ 5 000 manatdan yuxarıdır, onda müstəntiq kimi hadisə yerinə o çağrılır. Bu səbəbdən də hadisə yerinə gələrək protokolu tərtib etmişdir. Protokolu o tərtib etsə də, izahatın alınması, ərizə yazılmasına təhqiqatçı baxmışdır. Onun işi yalnız protokolu tərtib etmək olmuşdur. Bundan əlavə baxış zamanı götürülmüş maddi sübutun qablaşdırılmasına dair zərfdən müəyyən olunur ki, zərfin üzərində “Sabunçu RPİ-nin 13 PŞ-si, xx.xx.2021-ci il 20:00, müstəntiq Ramil Əliyev, İnspektor kriminalist Lətif Məsimli” yazıları qeyd edilməklə imzalanmışdır. Məhkəmənin diqqətinə çəkən məqam ondan ibarət olmuşdur ki, əl barmaq izləri götürülən zərf yalnız müstəntiq və inspektor kriminalist tərəfindən imzalanmış, hadisə yerinə baxış zamanı iştirak etmiş Zərərçəkmiş şəxs, hal şahidləri X7 və X16 tərəfindən imzalanmamışdır. Bununla bağlı məhkəmə iclası zamanı dindirilmiş X4 və ekspert kriminalist X15 hər hansı cavab verə bilməmişdir. Bu onu deməyə əsas verir ki, hadisə yerindən götürülmüş sübutların(əl barmaq izlərinin) qablaşdırılması düzgün aparılmamış, hadisə yerində iştirak etmiş hal şahidləri tərəfindən imzalarla təsdiq edilməməsi şübhələrin olmasına, gələcəkdə həmin zərfə müdaxilə edilməsi ehtimalına əsas verə bilər. Digər diqqət çəkən məqam ondan ibarət olmuşdur ki, hadisə yerinə baxış protokolu əl yazma ilə qara rəngli diyircəkli qələmlə tərtib edildiyi halda, zərfin üzəri isə mavi rəngli diyircəkli qələmlə tərtib edilmişdir. Göründüyü kimi hadisə yerinə baxış və maddi sübutların qablaşdırılaraq götürülməsi zamanı hadisə yerinə baxış protokollarında göstərilməsi zəruri olan məlumatlar göstərilmədən, Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması ilə aparılmış və həmin sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut hesab edilə bilməz. Məhkəmə-trasoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli 3/297 nömrəli rəyinə münasibətdə qeyd edir ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əlbarmaq izi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki papilyar naxış izi, 5 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdılar. Təqdim edilmiş 2,6-10 saylı daktilolentlərin səthlərindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi isə onun sağ əlinin böyük (baş) barmağından sürtünmə nəticəsində qalmışdır. Təqdim edilmiş 3 saylı daktilolentlərin səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki papilyar naxış izi, 5 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs daktiloxəritiyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərindən deyil başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Ekspert tərəfindən təqdim edilmiş 10 ədəd daktilolent şərti olaraq sıralanmış və sıra nömrələri aşağıdakı kimi qeyd edilmişdir: 1.”corab qutusu üzəri”, 2.”qapının tutacağı”, 3.“zirzəmi nəfəsliyi şüşəsi”, 4.“qapının açarı”, 5.“zirzəminin nəfəsliyi şüşəsi”, 6. “zirzəminin nəfəsliyi”, 7. “televizor”, 8.“televizor üzərindən”, 9. “televizor üzərindən” 10.“şkaf rəfi”(i.v.95-103). Ekspert rəyinin tədqiqatın nəticə hissəsində 2-ci və 3-cü bəndlərin arasında yaranmış ziddiyyətlə bağlı rəyi vermiş ekspert X12 məhkəmə iclasında bildirmişdir ki, rəyin nəticə hissəsinin ikinci bəndində “təqdim edilmiş 2,6-10 saylı daktilolentlərin səthlərindəki əlbarmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətinin eyniləşdirilməsi üçün yararsızdılar” qeyd edilsə də, 2 saylı daktilolentdə papilyar naxış izlərinin yararsız olmasını nəzərdə tutmuş, bu səbəbdən də rəyin nəticə hissəsinin 3-cü bəndində “Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi isə onun sağ əlinin böyük(baş) barmağından sürtünmə nəticəsində qalmışdır.” düzgün olaraq qeyd etmişdir. 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi yararlı olmuşdur. Ona verilmiş “siz rəyin nəticə hissəsində 2 saylı daktilolentin yararsız olmasına həm əl-barmaq, həm də papilyar naxış izlərini aid etmisiniz, lakin buna baxmayaraq rəyin nəticə hissəsinin 3-cü bəndində 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izini yararlı hesab etmisiniz” sualına cavabında qeyd etmişdir ki, elə qeyd edilsə də, rəyin 2-ci bəndində 2 saylı daktilolentdə papilyar naxış izlərinin yararsız olmasını nəzərdə tutmuş, 2 saylı daktilolentin səthindəki “a” əlbarmaq izi yararlı olmuşdur. Rəy verilərkən əlavədə 10 ədəd daktilolent təqdim edilmiş, həmin daktilolentlər sıralanmışdır. 1 saylı “corab qutusu üzəri”, 2 saylı “qapının tutacağı” 3 saylı “zirzəmi nəfəsliyi şüşəsi”, 4 saylı “qapının açarı” 5 saylı “zirzəmi nəfəsliyi şüşəsi”, 6 saylı “zirzəmi nəfəsliyi”, 7 saylı “televizor”, 8 saylı “üzərində yazı olmayan”(arxasında “televizor üzəri” üzəri yazılmış), 9 saylı “üzərində yazı olmayan”(arxasında “televizor üzəri” üzəri yazılmış)”, 10 saylı “şkaf rəfi” ilə nömrələnmişdir. Rəyinin tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumatlarında daktilolentlərin 8 ədədinin adının yazılması 2 ədəd daktilolentin üzərində adın qeyd edilməməsi ilə bağlıdır. Təqdim edilmiş daktilolentlərdən 2 ədədi 1 saylı “corab qutusu üzəri”, 2 saylı “qapının tutacağı”ında olan əl barmaq izləri Təqsirləndirilən şəxs əl barmaq izi ilə uyğun olmuşdur. Təqdim edilmiş 3 saylı daktilolentlərin səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki papilyar naxış izi, 5 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs daktiloxəritiyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərindən deyil başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Yalnız ona təqdim edilmiş daktilolentlər əsasında rəy vermişdir. Maddi sübutların tədqiqi zamanı 8 saylı və 9 saylı daktilolentlərin “üzərində yazı qeyd edilmədiyi” arxalarında “televizor üzəri” üzəri yazıldığı aşkar edilmişdir. Məhkəmə həmin ekspert rəyinə münasibətdə qeyd edir ki, ekspert ona təqdim edilmiş daktilolentlər əsasında rəy verdiyindən, təqdim edilmiş edilmiş maddi sübutlardan 1 saylı “corab qutusu üzəri”, 2 saylı “qapının tutacağı” əl barmaq izlərinin həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut növü hesab edilə bilməz. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş maddi sübut sübuti əhəmiyyətini itirdiyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 31 avqust 2021-ci il tarixli 011-8080-1221 saylı məlumatda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı olaraq hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri xx.xx.2021-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədinin xx.xx.1982-ci ildə Lənkəran şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük və adsız barmaqları ilə eynilik təşkil etmişdir. Qoşma:eyniləşdirməyə dair çıxarış 01 vərəq və içərisində əl izləri olan möhürlənmiş zərf 01 ədəd. Məhkəmə buna dair qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş maddi sübut sübuti əhəmiyyətini itirdiyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 31 avqust 2021-ci il tarixli 011-8080-1221 saylı məlumat ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan və məhkəmənin tədqiq etdiyi 21 avqust 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 12 ünvanında yerləşən yaşayış evindən edilmiş oğurluq üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş üzrə toplanmış və istintaq orqanı tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, iş materiallarında olan sübutlar şəxsin təqsirli olması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verməməklə yanaşı, həmin sübutların hər biri məhkəmə istintaqı zamanı tamamilə təkzib edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq(qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Əsas qanunun 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X14 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, iş üzrə ekspertizası xərci olan 61,29(altmış bir manat iyirmi doqquz qəpik) manat dövlət büdcəsinə aid edilməli, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən ********* saylı cinayət işinin materialları cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-15/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə ekspertizası xərci olan 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat dövlət büdcəsinə aid edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən ********* saylı cinayət işinin materialları cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin(şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar