Məhkəmə qərarları › İş №1(008)-445/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-445/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-445/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimlan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxx 2004-cü il tarixdə Göyçay rayonu, Bığır kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşamış, barəsində həbs qətimlan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə 14 noyabr 2022-ci il tarixdə, saat 04 radələrində tanışı Şahid1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa gələrək, əvvəlcədən razlaşdıqları kimi Zərərçəkmiş şəxs2 həmin qəbiristanıqlda dəfn olunmuş yaxın qohumlarının məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış 1350 manat dəyərində dəmir barmaqlıqları gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 01 yanvar 2023-cü il tarixdə, saat 03 radələrində tanışı Şahid1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa gələrək, əvvəlcədən razlaşdıqları kimi Zərərçəkmiş şəxs1 həmin qəbiristanıqlda dəfn olunmuş yaxın qohumlarının məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış 700 manat dəyərində dəmir barmaqlıqları gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 05 yanvar 2023-cü il tarixdə, saat 04 radələrində tanışı Şahid1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa gələrək, əvvəlcədən razlaşdıqları kimi Zərərçəkmiş şəxs3 həmin qəbiristanıqlda dəfn olunmuş yaxın qohumlarının məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış 1500 manat dəyərində dəmir barmaqlıqları gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə 14 noyabr 2022-ci il tarixdə, saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs1 və Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa gələrək, əvvəlcədən razlaşdıqları kimi Zərərçəkmiş şəxs2 həmin qəbiristanıqlda dəfn olunmuş yaxın qohumlarının məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış 1350 manat dəyərində dəmir barmaqlıqları gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 01 yanvar 2023-cü il tarixdə, saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 və Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa gələrək, əvvəlcədən razlaşdıqları kimi Zərərçəkmiş şəxs1 həmin qəbiristanıqlda dəfn olunmuş yaxın qohumlarının məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış 700 manat dəyərində dəmir barmaqlıqları gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 05 yanvar 2023-cü il tarixdə, saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs1 və Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa gələrək, əvvəlcədən razlaşdıqları kimi Zərərçəkmiş şəxs3 həmin qəbiristanıqlda dəfn olunmuş yaxın qohumlarının məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış 1500 manat dəyərində dəmir barmaqlıqları gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, taksi şoferi kimi fəaliyyət göstərir. Orxanla Atanın oğurluq etmələrindən xəbəri olmamışdır. Bir gün Orxanla Ata onu çağıararaq demişlər ki, “bizdə dəmirlər var, gəl onları aparaq sataq”. O da gəlmiş, dəmirləri maşına yükləyib metal qəbuli məntəqəsinə aparmışlar. O, maşında gözləmişdir. Ona demişlər ki, vəsiqəmiz yoxdu. Onun vəsiqəsini götürərək metalları satmışlar.Dəmirləri satdıqdan sonra onları götürüb geri qayıtmış, taksi pulunu alıb getmişdir. Oğurluqdan polis bölməsində xəbər tutmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 Orxala Atanı iki dəfə Suraxanı rayonunda yerləşən metal qəbulu məntəqəsinə apardığını, Atanı 5-6 il olar ki, tanıdığını, həyətdən dəmirləri avtomobilə birlikdə yüklədiklərini, ilk dəfə dəmirləri satmağa gedərkən Orxanın da onlarla getdiyini, ikinci dəfə gedərkən Orxanın getmədiyini, ibtidai istintaq zamanı təzyiq altında olduğundan etirafedici ifadələr verdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Orxanla birlikdə Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbirstanlıqdan dəmir barmaqlıqları oğurlayıb onun evinə yığmışlar. Daha sonra Ağanı taksi ikimi çağıraraq aparıb dəmirləri satmışlar. Ağanın oğurluqdan xəbəri olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 qəbirstanlıqdan üç dəfə oğurluq etdiyini, onlardan birini Orxanla, digərlərini tək törətdiyini, hər üçündə də əmlakları satmağa Ağa ilə birlikdə getdiklərini, Ağanı taksi şoferi kimi çağıraraq hər dəfəsində ona 20 manat pul verdiyini, Ağanın oğurluqdan məlumatsız olduğunu, dəmirləri Ağanın şəxsiyyət vəsiqəsini təqdim edərək satdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən qəbiristanlıqda 1994-cü ildə atası X2, 2006-cı ildə qardaşı X3, 2016-cı ildə isə anası X1 dəfn olunmuşlar. Həmin qəbiristanıqlda dəfn olunmuş yaxın qohumlarının məzar daşlarının ətrafında hasar kimi öz şəxsi hesabına dəmir barmaqlıqlar quraşdırmışdır. Mütamadi olaraq atasının, anasının və qardaşının məzarını ziyarət edirmiş. Sonuncu dəfə 07 yanvar 2023-cü il tarixdə atasının, anasının və qardaşının məzarını ziyarət etmək üçün sözü gedən qəbiristanlığa gələrkən, məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış 1500 manat dəyərində dəmir barmaqlıqların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Naməlum şəxs və ya şəxslər dəmir barmaqlıqları oğurlayan zaman məzar daşlarının ətrafında olan 500 manat dəyərində üzlük mişar daşlarımda dağıdaraq yararsız hala salmışlar, çünki dəmir barmaqlıqlar həmin üzlük mişar daşlarının üzərində quraşdırılmışdır. Bundan sonra o, Sabunçu RPİ-nin 13-cü polis bölməsinə getmiş və oğurluq hadisəsi barədə yazılı ərizə və izahat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumlikdə ona 1500 manat məbləğində maddi ziyan dəymiş, üzlük mişar daşlarının sındırılaraq yararsız hala salınmasına görə isə 500 manat ziyan dəymişdir. Ona dəymiş ziyan Orxan tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxs2 telefon vasitəsi ilə əlaqə saxlayaraq ölkə hüdudlarından kənarda olduğunu, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edərək təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edərək təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının əvvəllərindən ünvan 6 ünvanında metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Məntəqədə ondan başqa iki nəfər fəhlə də işləyir. Məntəqədə əsasən dəmir tullantılar qəbul edir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən qəbiristanlıqdan məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları oğurlayan Şahid1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. Onların onun işlətdiyi məntəqəyə 2023-cü ilin yanvar ayında dəmir barmaqlıqlar satıb-satmamasını dəqiq bilmir, ola bilsin ki, satıblar, çünki məntəqəyə hər gün tanımadığı şəxslər dəmir tullantılar gətirib satırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 dair epizodla bağlı hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində yerləşən qəbirstanlıq ərazisidir (cild 01; i.v.12-14). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 dair epizodla bağlı hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində yerləşən qəbirstanlıq ərazisidir (cild 01; i.v.83-85). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 dair epizodla bağlı hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində yerləşən qəbirstanlıq ərazisidir (cild 01; i.v113-115). “İfadənin yerində yoxlanılması haqqında 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə yerində cinayəti digər iştirakçılarla birlikdə törətməsinin mexanizm və şəraitini əyani şəkildə göstərmişdir (cild 02; i.v.205-208). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların hər birinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü törədilmiş cinayətdə təqsirli bilməyərək oğurluqda iştirak etmədiyini, oğurluqdan sonra Ata ilə Orxanın onu taksi şoferi kimi cağıraraq Suraxanı rayonu metal qəbulu məntəqəsinə getdiklərini, həmin zaman onun avtomobili ilə aparılan dəmirlərin oğurluq olmasından məlumatsız olduğunu bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verilmiş ifadəsini özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən yayınmaq naminə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini onun ibtidai istintaq zamanı verdiyi ilkin izahatı və sonrakı ifadələri, digər təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verilmiş ifadələri, istintaq hərəkətlərinin protokollar və iş materiallarında olan sübutlarla əlaqəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və ona aid hissədə digər Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verilmiş ifadələrini işin həqiqi halları ilə uzlaşmayan ifadələr kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda tam təqsirli bilərək gəstərmişdir ki, İlk dəfə oğurluq cinayətini 2022-ci ilin noyabr ayında tanışı Şahid1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişdir. Belə ki, 13 noyabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində tanışı Şahid1 və Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət etmişlər, söhbət əsnasında hər hansısa bir yerdən oğurluq cinayəti törədib pul qazanmaları barədə danışmışlar. Bundan sonra qərara gəlmişlər ki, Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlıqda dəfn olunmuş şəxslərin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları oğurlayıb metal qəbulu məntəqəsinə pul müqabilində satsınlar. Beləlikə də, əvvəlcədən razlaşdıqları kimi, 13 noyabr 2022-ci il tarixdən, 14 noyabr 2022-ci il tarixə keçən gecə təxminən saat 04 radələrində tanışı Şahid1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa getmişlər, qəbiristanlıqda dəfn olunmuş tanımadıqları şəxslərin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları söküb qəbiristanlığın yaxınlığına yığmışlar. Gecə olduğundan maşın tapa bilmədikləri üçün dəmir barmaqlıqları metal qəbulu məntəqəsinə apara bilməmişlər və yaşadıqları evə getmişlər. Səhər təxminən saat 12 radələrində Orxan və Ata ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov stansiyası yaxınlığında görüşmüşlər, oradan tanımadıqları Qazel markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan yük maşını tapmışlar, həmin yük maşınının sürücüsünə özlərinə məxsus dəmir barmaqlıqlar olduğunu deyib, həmin dəmir barmaqlıqları Sabunçu qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. Qazel markalı maşının sürücüsü də, onlarla razlaşmış və L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedərək gecə oğurladıqları dəmir barmaqlıqları Qazel markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar və dəmir barmaqlıqları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumilikdə 68 manata satmışlar, yük maşınının sürücüsünə 30 manat verib yola salmışlar, yerdə qalan pulu isə üç yerə bölmüşlər, ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenə 01 yanvar 2023-cü il tarixdə təxminən saat 03 radələrində əvvəlcədən razlaşdıqları kimi Orxan və Ata ilə birlikdə oğurluq etmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa getmişlər, qəbiristanlıqda dəfn olunmuş tanımadıqları şəxslərin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları söküb qəbiristanlığın yaxınlığına yığmışlar. Gecə olduğundan maşın tapa bilmədikləri üçün dəmir barmaqlıqları metal qəbulu məntəqəsinə apara bilməmişlər və yaşadıqları evə getmişlər. Səhər təxminən saat 12 radələrində Orxan və Ata ilə Sabunçu rayonu, Bakıxanov stansiyası yaxınlığında görüşmüşlər, oradan tanımadıqları Qazel markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan yük maşını tapmışlar, həmin yük maşınının sürücüsünə özlərinə məxsus dəmir barmaqlıqlar olduğunu deyib, həmin dəmir barmaqlıqları Nərimanov rayonu, Ulduz metrostansiyasının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. Qazel markalı maşının sürücüsü də, onlarla razlaşmış və L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedərək gecə oğurladıqları dəmir barmaqlıqları Qazel markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar və dəmir barmaqlıqları Ulduz metrostansiyasının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumilikdə 82 manata satmışlar, yük maşınının sürücüsünə 30 manat verib yola salmışlar, yerdə qalan pulu isə üç yerə bölmüşlər, ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenə 05 yanvar 2023-cü il tarixdə təxminən saat 04 radələrində əvvəlcədən razlaşdıqları kimi oğurluq etmək məqsədilə Orxan və Ata ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa getmişlər, qəbiristanlıqda dəfn olunmuş tanımadıqları üç nəfər şəxsin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları söküb qəbiristanlığın yaxınlığına yığmışlar. Gecə olduğundan maşın tapa bilmədikləri üçün dəmir barmaqlıqları metal qəbulu məntəqəsinə apara bilməmişlər və yaşadıqları evə getmişlər. Səhər təxminən saat 14 radələrində Orxan və Ata ilə Sabunçu rayonu, Bakıxanov stansiyası yaxınlığında görüşmüşlər, oradan yenə tanımadıqları Qazel markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan yük maşını tapmışlar, həmin yük maşınının sürücüsünə özlərinə məxsus dəmir barmaqlıqlar olduğunu deyib, həmin dəmir barmaqlıqları Suraxanı rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. Qazel markalı maşının sürücüsü də, onlarla razlaşmış və L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedərək gecə oğurladıqları dəmir barmaqlıqları Qazel markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar və dəmir barmaqlıqları Suraxanı rayonu, Suraxanı bazarının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumilikdə 57 manata satmışlar, yük maşınının sürücüsünə 30 manat verib yol salmışlar, yerdə qalan pulu isə üç yerə bölmüşlər, ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. İbtdai istintaq zamanı digər Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, İlk dəfə oğurluq cinayətini 2022-ci ilin noyabr ayında tanışı Təqsirləndirilən şəxs1 və Şahid1 ilə birlikdə törətmişdir. Belə ki, 13 noyabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində tanışı Təqsirləndirilən şəxs1 və Şahid1 ilə görüşüb söhbət etmişlər, söhbət əsnasında hər hansısa bir yerdən oğurluq cinayəti törədib pul qazanmaları barədə danışmışlar. Bundan sonra qərara gəlmişlər ki, Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlıqda dəfn olunmuş şəxslərin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları oğurlayıb metal qəbulu məntəqəsinə pul müqabilində satsınlar. Beləlikə də, əvvəlcədən razlaşdıqları kimi, 13 noyabr 2022-ci il tarixdən, 14 noyabr 2022-ci il tarixə keçən gecə təxminən saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs1 və Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa getmişlər, qəbiristanlıqda dəfn olunmuş tanımadıqları şəxslərin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları söküb qəbiristanlığın yaxınlığına yığmışlar. Gecə olduğundan maşın tapa bilmədikləri üçün dəmir barmaqlıqları metal qəbulu məntəqəsinə apara bilməmişlər və yaşadıqları evə getmişlər. Səhər təxminən saat 12 radələrində Ağa və Orxan ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov stansiyası yaxınlığında görüşmüşlər, oradan tanımadıqları Qazel markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan yük maşını tapmışlar, həmin yük maşınının sürücüsünə özlərinə məxsus dəmir barmaqlıqlar olduğunu deyib, həmin dəmir barmaqlıqları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. Qazel markalı maşının sürücüsü də, onlarla razlaşmış və L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedərək gecə oğurladıqları dəmir barmaqlıqları Qazel markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar və dəmir barmaqlıqları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumilikdə 68 manata satmışlar, yük maşınının sürücüsünə 30 manat verib yola salmışlar, yerdə qalan pulu isə üç yerə bölmüşlər, ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenə 01 yanvar 2023-cü il tarixdə təxminən saat 03 radələrində əvvəlcədən razlaşdıqları kimi Ağa və Orxan ilə birlikdə oğurluq etmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa getmişlər, qəbiristanlıqda dəfn olunmuş tanımadıqları şəxslərin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları söküb qəbiristanlığın yaxınlığına yığmışlar. Gecə olduğundan maşın tapa bilmədikləri üçün dəmir barmaqlıqları metal qəbulu məntəqəsinə apara bilməmişlər və yaşadıqları evə getmişlər. Səhər təxminən saat 12 radələrində Ağa və Orxan ilə Sabunçu rayonu, Bakıxanov stansiyası yaxınlığında görüşmüşlər, oradan tanımadıqları Qazel markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan yük maşını tapmışlar, həmin yük maşınının sürücüsünə özlərinə məxsus dəmir barmaqlıqlar olduğunu deyib, həmin dəmir barmaqlıqları Nərimanov rayonu, Ulduz metrostansiyasmın yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. Qazel markalı maşının sürücüsü də, onlarla razlaşmış və L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedərək gecə oğurladıqları dəmir barmaqlıqları Qazel markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar və dəmir barmaqlıqları Ulduz metrostansiyasmın yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumilikdə 82 manata satmışlar, yük maşınının sürücüsünə 30 manat verib yola salmışlar, yerdə qalan pulu isə üç yerə bölmüşlər, ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenə 05 yanvar 2023-cü il tarixdə təxminən saat 04 radələrində əvvəlcədən razlaşdıqları kimi oğurluq etmək məqsədilə Ağa və Orxan ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa getmişlər, qəbiristanlıqda dəfn olunmuş tanımadıqları üç nəfər şəxsin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları söküb qəbiristanlığın yaxınlığına yığmışlar. Gecə olduğundan maşın tapa bilmədikləri üçün dəmir barmaqlıqları metal qəbulu məntəqəsinə apara bilməmişlər və yaşadıqları evə getmişlər. Səhər təxminən saat 14 radələrində Ağa və Orxan ilə Sabunçu rayonu, Bakıxanov stansiyası yaxınlığında görüşmüşlər, oradan yenə tanımadıqları Qazel markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan yük maşını tapmışlar, həmin yük maşınının sürücüsünə özlərinə məxsus dəmir barmaqlıqlar olduğunu deyib, həmin dəmir barmaqlıqları Suraxanı rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. Qazel markalı maşının sürücüsü də, onlarla razlaşmış və L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedərək gecə oğurladıqları dəmir barmaqlıqları Qazel markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar və dəmir barmaqlıqları Suraxanı rayonu, Suraxanı bazarının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumilikdə 57 manata satmışlar, yük maşınının sürücüsünə 30 manat verib yol salmışlar, yerdə qalan pulu isə üç yerə bölmüşlər, ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. İbtidai istintaq zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, son zamanlar iş tapa bilmədiyi üçün ailəsini dolandıra bilmirmiş, ona görə də hər hansısa bir yerdən oğurluq etmək qərarına gəlmişdir. İlk dəfə oğurluq cinayətini 2022-ci ilin noyabr ayında tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişdir. Belə ki, 13 noyabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət etmişlər, söhbət əsnasında hər hansısa bir yerdən oğurluq cinayəti törədib pul qazanmaları barədə danışmışlar. Bundan sonra qərara gəlmişlər ki, Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlıqda dəfn olunmuş şəxslərin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları oğurlayıb metal qəbulu məntəqəsinə pul müqabilində satsınlar. Beləlikə də, əvvəlcədən razlaşdıqları kimi, 13 noyabr 2022-ci il tarixdən, 14 noyabr 2022- ci il tarixə keçən gecə təxminən saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa getmişlər, qəbiristanlıqda dəfn olunmuş tanımadıqları şəxslərin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları söküb qəbiristanlığın yaxınlığına yığmışlar. Gecə olduğundan maşın tapa bilmədikləri üçün dəmir barmaqlıqları metal qəbulu məntəqəsinə apara bilməmişlər və yaşadıqları evə getmişlər. Səhər təxminən saat 12 radələrində Ağa və Ata ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov stansiyası yaxınlığında görüşmüşlər, oradan tanımadıqları Qazel markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan yük maşını tapmışlar, həmin yük maşınının sürücüsünə özlərinə məxsus dəmir barmaqlıqlar olduğunu deyib, həmin dəmir barmaqlıqları Sabunçu qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. Qazel markalı maşının sürücüsü də, onlarla razlaşmış və L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedərək gecə oğurladıqları dəmir barmaqlıqları Qazel markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar və dəmir barmaqlıqları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumilikdə 68 manata satmışlar, yük maşınının sürücüsünə 30 manat verib yola salmışlar, yerdə qalan pulu isə üç yerə bölmüşlər, ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenə 01 yanvar 2023-cü il tarixdə təxminən saat 03 radələrində əvvəlcədən razlaşdığımız kimi Ağa və Ata ilə birlikdə oğurluq etmək məqsədilə Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa getmişlər, qəbiristanlıqda dəfn olunmuş tanımadıqları şəxslərin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları söküb qəbiristanlığın yaxınlığına yığmışlar. Gecə olduğundan maşın tapa bilmədikləri üçün dəmir barmaqlıqları metal qəbulu məntəqəsinə apara bilməmişlər və yaşadıqları evə getmişlər. Səhər təxminən saat 12 radələrində Ağa və Ata ilə Sabunçu rayonu, Bakıxanov stansiyası yaxınlığında görüşmüşlər, oradan tanımadıqları Qazel markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan yük maşını tapmışlar, həmin yük maşınının sürücüsünə özlərinə məxsus dəmir barmaqlıqlar olduğunu deyib, həmin dəmir barmaqlıqları Nərimanov rayonu, Ulduz metrostansiyasmın yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. Qazel markalı maşının sürücüsü də, onlarla razlaşmış və L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedərək gecə oğurladıqları dəmir barmaqlıqları Qazel markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar və dəmir barmaqlıqları Ulduz metrostansiyasmın yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumilikdə 82 manata satmışlar, yük maşınının sürücüsünə 30 manat verib yola salmışlar, yerdə qalan pulu isə üç yerə bölmüşlər, ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenə 05 yanvar 2023-cü il tarixdə təxminən saat 04 radələrində əvvəlcədən razlaşdıqları kimi oğurluq etmək məqsədilə Ağa və Ata ilə birlikdə Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa getmişlər, qəbiristanlıqda dəfn olunmuş tanımadıqları üç nəfər şəxsin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları söküb qəbiristanlığın yaxınlığına yığmışlar. Gecə olduğundan maşın tapa bilmədikləri üçün dəmir barmaqlıqları metal qəbulu məntəqəsinə apara bilməmişlər və yaşadıqları evə getmişlər. Səhər təxminən saat 14 radələrində Ağa və Ata ilə Sabunçu rayonu, Bakıxanov stansiyası yaxınlığında görüşmüşlər, oradan yenə tanımadıqları Qazel markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan yük maşını tapmışlar, həmin yük maşınının sürücüsünə özlərinə məxsus dəmir barmaqlıqlar olduğunu deyib, həmin dəmir barmaqlıqları Suraxanı rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. Qazel markalı maşının sürücüsü də, onlarla razlaşmış və L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedərək gecə oğurladıqları dəmir barmaqlıqları Qazel markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar və dəmir barmaqlıqları Suraxanı rayonu, Suraxanı bazarının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumilikdə 57 manata satmışlar, yük maşınının sürücüsünə 30 manat verib yol salmışlar, yerdə qalan pulu isə üç yerə bölmüşlər, ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bununla yanaşı,Şahid1 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı da o, ibtidai istintaq zamanı verdiyi ifadənin məzmununa uyğun ifadə verərək cinayəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyini bildirmişdir (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(008)-248/2024 saylı hökmündəki ifadə). Göründüyü kimi, təqsirləndirilən şəxslər hər biri ibtidai istintaq zamanı bir digəri ilə uzlaşan və bir-birini tamamlayan ifadələr verərək cinayəti qabaqcadan razılaşmaqla bir qrup şəxs halıda törətdiklərini etiraf etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 uzun illərdir tanışı olmaqla aralarında səmimi münasibətin olmasını, hər üç epizod üzrə oğurlanmış əmlakların satılması üçün Təqsirləndirilən şəxs1 da digər təqsirləndirilən şəxslərlə birlikdə metal qəbulu məntəqəsinə getməsini, oğurlanmış əmlakların məhz Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsi təqdim olunmaqla satılmasını, hər dəfə satılan əmlakdan əldə edilmiş puldan Təqsirləndirilən şəxs1 da müəyyən məbləğdə pul verildiyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 cinayətdən məlumatsız olmasının mümkünsüz olması, onun cinayətin törədilməsində iştirakının olmamasına dair irəli sürülmüş dəlillərinin real və inandırıcı olmaması qənaətindədir. Bununla yanaşı,Təqsirləndirilən şəxs1 məhkəmə iclasında satılmış əmlakın pulundan hər dəfə ona 20 manatın məhz taksi pulu verilməsinə istinad etsə də, məhkəmə yaxın məsafədə yerləşən əraziyə (Sabunçu rayonundan Suraxanı rayonuna) gedilməsi üçün gediş haqqının 20 manat olmasının və hər dəfə onun dostu olan şəxslərdən həmin məbləğdə pul almasının real olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin həmin arqumentini də inandırıcı hesab etmir və ona verilmiş pulun məhz oğurluq əmlakın satışından əldə edilmiş vəsaitin bölüşdürülməsi nəticəsində onun payına düşən məbləğ olmasını daha inandırıcı hesab edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təzyiq altında olduğundan verilmiş sənədləri imzaladığını bildirsə də, ümumi sözlərlə ona təzyiq göstərildiyini bildirərək həmin təzyiqin nədə və hansı hərəkətlərdə ifadə olunmasını izah edə bilməmiş, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, ibtdai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Şahid1 hər hansı təsir-təzyiq göstərilmədən (Belə ki, həmin təqsirləndirilən şəxslər onlara hər hansı təzyiq göstərilməsi ilə bağlı xüsusatı qeyd etmədən özlərini məhkəmə istintaqı zamanı da cinayətdə təqsirli bilmişlər) onların cinayəti məhz Təqsirləndirilən şəxs1la birlikdə törətdiklərini göstərdikləri halda, Təqsirləndirilən şəxs1 təzyiq göstərilərək onun müvafiq sənədləri imzalamağa məcbur etdirilməsi hər hansı məntiqə sığmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ifadələr və istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1, eyni zamanda ona münasibətdə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların Təqsirləndirilən şəxs1 dair hissədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri işin obyektv və həqiqi halları ilə uzlaşmayan ifadələr kimi qiymətləndirir. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli olması yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapmaqla onun məhkəmə istintaqı zamanı irəli sürdüyü dəlillər qeyd olunan sübutlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib edilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 yanvar 2023-cü il tarixdə, saat 18:25-də tutulmuşdur (cild 01; i.v.127). “Şübhəli şəxsin tutulması haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 yanvar 2023-cü il tarixdə, saat 21:15-də tutulmuşdur (cild 01; i.v.180). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (cild 01; i.v.256-259). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (cild 01; i.v.264-267). “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.268-270). “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 02; i.v.7-9). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 15 fevral 2018-ci il tarixdə AR CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir (cild 02; i.v.37-38). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 02; i.v.39). “Axtarışda olan şəxsin tutulması haqqında” 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 yanvar 2024-cü il tarixdə, saat 16:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün 13-cü polis bölməsinə verilmişdir (cild 02; i.v.129). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (cild 02; i.v.154-158). “Axtarışda olan şəxsin tutulması haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 fevral 2024-cü il tarixdə, saat 10:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün 13-cü polis bölməsinə verilmişdir (cild 02; i.v.160). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (cild 02; i.v.181-185). “Axtarışda olan şəxsin tutulması haqqında” 05 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 may 2024-cü il tarixdə, saat 23:00 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün 13-cü polis bölməsinə verilmişdir (cild 02; i.v.200). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 4(008)- 264/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmaqla o, məhkəmə iclasında dərhal azad edilmişdir (cild 02; i.v.218-229). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 1(008)-445/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməklə barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 1(008)-445/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 iyul 2024-cü il tarixdə, saat 18:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün 13-cü polis bölməsinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli, 3-16-17/40/2-5823/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 25 avqust 2024-cü il tarixdə Sabunçu RPİnin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq 27 avqust 2024-cü il tarixdə BİT-ə təhvil verilmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 25 iyul 2016-cı il təvəllüdlü (X4) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq və məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı müddətlər azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanunu qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq və məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı müddətlər azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanunu qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 12 yanvar 2023-cü il tarixdən 14 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, 29 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024cü il tarixədək tutularaq saxlandığı 02 gün müddət, 27 iyul 2024-cü il tarixdən 06 dekabr 2024-cü il tarixədək məhkəmə istintaqı zamanı tutularaq həbsdə saxlanıldığı 04 ay 09 gün, cəmi 04 ay 13 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 ay 26 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 03 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 yanvar 2023-cü il tarixdən 14 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, 15 fevral 2024-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək tutularaq saxlandığı 02 gün müddət (saatlarla hesablama nəzərə alınmaqla), 05 may 2024-cü il tarixdən 07 may 2024-cü il tarixədək tutularaq saxlandığı 02 gün müddət, 25 avqust 2024-cü il tarixdən 06 dekabr 2024-cü il tarixədək məhkəmə istintaqı zamanı tutularaq həbsdə saxlanıldığı 03 ay 11 gün gün, cəmi 03 ay 17 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 ay 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 04 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar