Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-446/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1996-cı il tarixdə Abşeron rayonu, Məmmədli kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, «Paşa Pay» şirkətində nəzarətçi işləyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Məmmədli qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Bayramov küçəsi ev 24-də yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 dekabr 2022-ci il tarixdə, saat 06:30 radələrində texniki cəhətdən saz olan baş etibarnamə əsasında idarə etdiyi «Chevrolet Lacetti» markalı «az ** LO ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək prospekti ilə üzü şəhərin mərkəzi istiqamətinə saatda 50 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi, tələblərinə riayət etməklə yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək həmin qaydarı pozaraq idarə etdiyi avtomobili ilə yolu sağdan sola keçən piyada X3 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə zərərçəkmiş şəxs M.H.Hümbətova baş beyin maddəsinin əzilib-dağılması və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına, onurğa beyninin boyun şöbəsinə qansızma, kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli, l-ll boyun fərəqələrinin, burun və sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, başın, sifətin, yuxarı və aşağı ətrafların əzilmiş yarası və sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətləri yetirərək ehtiyyatsızlıqdan yetirilmiş, zərərçəkmiş şəxs M.İ.Hümbətovun aldığı kəllə tağı və əsası sümüklərinin açıq, l-ll boyun fərəqələrinin qapalı sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilib- dağılması və onurğa beyninin boyun şöbəsinin əzilməsi ilə bağlı xəsarətlərdən ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 dekabr 2022-ci il tarixdə, səhər saat 06:00 radələrində o evdən çıxıb idarə etdiyi «Chevrolet Lacetti» Universal (furqon) markalı, «az ** LO ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə Bayıl qəsəbəsinə iş yerinə gedirdi. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ilə Zabrat qəsəbəsi istiqamətindən üzü şəhərin mərkəzi istiqamətində avtomobilini saatda təxminən 50 km sürətlə idarə edirdi. Avtomobildə tək olmuşdu, avtomobildə yük olmamışdır, avtomobili saz vəziyyət idi. Babək küçəsi ilə hərəkətdə olan Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 göstərmişdir ki, atası ilə birlikdə ünvan 1 ünvanda yaşayırdılar. Atası adı xatırlamadığı avtobus şirkətində sürücü işləyirdi. Atası gecə növbəsində işləyirdi. Axşam saat 19:00 radələrində işə gedir, saat 06:30 radələrində evə qayıdırdı. 23 dekabr 2022-cü il tarixdə axşam saat 19:00 radələrində atası işə getmişdir. 24 dekabr 2022-ci il tarixdə, saat 07:00 radələrində atası evə gəlmədiyinə görə o narahat olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Zabrat qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində atası M.İ.Hümbətov rəhmətə getmişdir. Araşdırma zamanı ona məlum olmuşdur ki, 24 dekabr 2022-ci il tarixdə, saat 06:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Lacetti» markalı, «az ** LO ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ilə Zabrat qəsəbəsi istiqamətindən üzü şəhərin mərkəzi istiqamətinə hərəkətdə olan zamanı ünvan 2 ünvanın qarşısında idarə etdiyi avtomobili ilə yolu sağdan sola keçən atası M.İ.Hümbətovu avtomobilin qabağ hissəsi ilə vurmuşdur. Atası aldığı bədən xəsarətlərin nəticəsində hadisə yerində ölmüşdür.Hal-hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 24 dekabr 2022-ci il tarixdə, səhər saat 06:30 radələrində o idarə etdiyi «BMW» markalı, «az ** YP ***» dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olduğu zamanı Zabrat qəsəbəsi, Babək küçəsi ilə üzü şəhərin mərkəzi istiqamətinə hərəkətdə olan zamanı yolda tıxac yaranmışdır. Tıxacın yaranmasının məsələsinin araşdırmaq məqsədi ilə o xidməti avtomobilini kənarda saxlayıb yol nəqliyyat hadisəsi baş verdiyini və yerdə bir kişinin uzandığını görmüşdür. Həmin kişinin başından qan gəlirdi, kişi tərpənmirdi, ətrafda toplaşan vətəndaşlar bildirdilər ki, 103 xidmətinə zəng vurublar və həkimlər gəlməlidir. O həmin kişiyə yaxınlaşanda kişi nəfəs almadığını, öldüyünü görmüşdü. Lakin bu barədə ətrafda olan şəxslərə panika yaranmasın deyə bildirmədi. Yolun işlək hissəsində «Chevrolet Lacetti» markalı, «az ** LO ***» dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdü. Həmin avtomobilin ön şüşəsinin sol hissəsi dəyən zərbədən deşilmişdir. Həmin vaxtı orada olan bir nəfər cavan oğlan ona yaxınlaşıb özünü həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs kimi təqdim edib bildirdi ki idarə etdiyi «Chevrolet Lacetti» markalı, «az ** LO ***» dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat qəsəbəsi, Babək küçəsi ilə üzü şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zamanı yolu sağdan sola keçən piyada kişini, sonradan adı məlum olduğu kimi M.İ.Hümbətovu vurmuşdur. İş üzrə keçirilmiş, məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 309 saylı, 24 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, mərhum M.İ.Hümbətovun meyitində aşağıdakı xəsarətlər müəyyən ediimişdir: baş beyin maddəsinin əzilib-dağılması və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına, onurğa beyninin boyun şöbəsinə qansızma, kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli, l-ll boyun fərəqələrinin, burun və sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, başın, sifətin , yuxarı və aşağı ətrafların əzilmiş yarası və sıyrıqları. Xəsarətlər həyatı olub, bərk küt əşya ( əşyalar) təsirindən mərhumun ölümündən az əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən 24 dekabr 2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumimlikdə canlı şəxslərə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum M.İ.Hümbətovun ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin açıq, l-ll boyun fərəqələrinin qapalı sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilib-dağılması və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası, yol nəqliyyat hadisələrinin hallarının tədqiqi ekspertizasının 8/315 saylı, 14 fevral 2023-cü il tarixli rəyindən görünür ki, «Chevrolet Lacetti» markalı, «az ** LO ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol Hərəkəti haqqında» Azərbaycan Respubloikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 11 yanvar 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs BB 431174 seriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı heç bir məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələb yoxdur. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə-avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsi, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadə və göstərdikləri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun özününü etirafedici ifadəsi ilə yanaşı Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi tətbiq edilir. Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, törədilmiş əməlin ehtiyatsızlıqdan törəməsini, əvvəllər məhkum olunmamasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 24 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,31). Cinayət işinin materiallarında olan 26 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,41). Cinayət işinin materiallarında olan 26 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina olunması barədə Bakı şəhəri Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh.,55). Cinayət işinin materiallarında olan 26 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,57). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-məntəqə tipli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 24 dekabr 2022-ci il tarixdən, 26 dekabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub AZ.MEM VÖİN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 25 saata görə 150 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, «03» (üç) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzadan Təqsirləndirilən şəxs 24 dekabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət «02» (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «06» (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, «03» (üç) il, «07» (yeddi) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 25 saata görə 150 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-446/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-446/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver