Məhkəmə qərarları › İş №1(008)-447/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-447/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-447/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,934 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu rayon polis idarəsinin 13-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 11 aprel 2025-ci il tarixdə saat 13:00-da ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstünün yoxlanması zamanı əynində olap qara rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə xeyli miqdarda təmiz çəkisi 0,934 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Əvəllər Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkumluğu olmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bülbülə kəndindən üzdən tanıdığı lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manat ödəniş qarşılığında el arasında “Şüşə” adlanan psixotrop maddə metamfetamini əldə etmişdir. Həmin gün yaşadığı evin ətrafında olan zaman Sülh küçəsi, 12 ünvanının qarşısında 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş edib polis əməkdaşları olmalarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona hüquqlarını izah etmiş və vieoçəkilişlə üzərilərini yoxlayacaqlarını bildirmişlər. Bundan sonra ona üzərində ola biləcək qanunla qadağan edilmiş əşyanı təqdim etməsini təklif etmişlər. Bu zaman o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən həmin gün səhər saatlarında əldə etmiş olduğu bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş və büküm barədə həqiqətləri danışmışdır. Bundan sonra təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və prosesin sənədləşdirilməsi məqsədi ilə o, 13-cü Polis şöbəsinə dəvət edilmişdir. 13-cü Polis şöbəsində olan zaman o, ərizə ilə müraciət edərək maddi vəziyyətinin pis olması səbəbilə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan bir müddət sonra 13cü Polis şöbəsinə müdafiəçi Təyyar müəllim gəlmiş və sonuncu ona təqdim olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə daha öncə təqdim etdiyi bükümə baxış keçirilməyə başlanmışdır. Bu zaman təhqiqatçı Rafiq Babayev təqdim olunan zərfi açaraq həmin zərfin içərisindən onun üzərindən aşkar olunaraq götürülmüş zərfə baxış keçirmiş və məlum olmuşdur ki, həmin bükümün içərisində ağ rəngli kristal şəkilli maddə vardır. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümün ona məxsus olub olmaması barədə sual edilmiş və o, buna cavab olaraq bildirmişdir ki, həmin büküm ona məxsusdur. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm yenidən zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və 13-cü Polis şöbəsində olan zaman hər hansı təzyiqə məruz qalmamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 11 aprel 2025-ci il tarixdə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna Sabunçu RPİ-nin digər əməliyyat müvəkilləri Sənan Cavadov və Nurlan Vəliyev daxil edilmişdir. Daxil olmuş məlumatda “Anar” adlı şəxsin Sabunçu rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olması göstərilmişdir. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, həmin şəxs ünvan 3 ünvanda yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Beləliklə daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanının qarşısına yaxınlaşaraq orada özlərinə mövqe seçmişlər. Həmin gün saat 13:00-da bir nəfər şəxsin məlumatda təsviri verilən Təqsirləndirilən şəxsla eyni əməllərinin olmasını görərək sonuncuya yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Bu zaman həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını izah edərək üstünün yoxlanılacağını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs saxlanıldığı yerdə avtomobillərin intensiv hərəkət etməsini həmçinin piyadaların sıx hərəkət etməsini nəzərə alaraq saxlanıldığı yerdən təxminən 10 metr kənara çəkilərək videoçəkilişlə sonuncunun üstünü yoxlamağa başlamışlar. Bundan sonra ilk olaraq Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, sonuncu üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Lakin iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı digər əşya aşkar edilməmişdir. Təqdim olunan büküm barəsində verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində el arasında “Şüşə” adlanan maddə vardır və o həmin maddəni saxlanıldığı gün səhər saatlarında Bülbülə kəndindən üzdən tanıdığı lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat ödəniş qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imza edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən bir daha Təqsirləndirilən şəxs hüquqları izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi vəziyətinin pis olması səbəbilə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəməsini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmiş və Təqsirləndirilən şəxs həmin siyahıdan istənilən vəkilin dəvət edilməsini istəməsini bildirmişdir. Bir müddət sonra 13-cü Polis şöbəsinə 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi gəlmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümə baxış keçirilməyə başlanmış və məlum olmuşdur ki, həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psxitrop maddə metamfetaminə bənzər maddə vardır. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm yenidən zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-yə təhvil verilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə baxış keçirilmişdir, Həmin CD diskə baxış keçirən zaman məlum olmuşdur ki, CD diskdə 02 ədəd fayl vardır: 1-ci faylda olan xx.xx.2025-ci il tarixli görüntüdən görünür ki, Sabunçu RPİ-nin 13cü Polis şöbəsinin əməliyyat müvvəkiləri Şahid, Nurlan Vəliyev və Sənan Cavadov barəsində əməliyyat-axtarış tədbiri keçirilən Təqsirləndirilən şəxs Sabunçu rayonu, Sülh küçəsi 12 ünvanında saxlayaraq sorğu-sual edirlər. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunur. Bundan sonra sonuncuya təklif olunur ki, o üzərində qanunvericiliklə qadağan edilmiş əşyaları könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzun qol gödəkçənin (vetrovka) sağ yan cibindən 01 ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim edir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümün içərisində el arasında “Şüşə” kimi tanınan psxitrop maddə vardır və o, həmin maddəni saxlanıldığı gün səhər saatlarında Bülbülə kəndindən üzdən tanıdığı lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat ödəniş qarşılığında əldə etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılır. CD diskə olan 2-ci faylda isə 13-cü Polis şöbəsinin təhqiqatçısı, Rafiq Babayev 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə polis əməkdaşlarından saxlanılan şəxsin harada və hansı səbəbə saxlanılması və nə üçün Polis şöbəsinə gətirilməsi barədə sual verir. Buna cavab olaraq əməliyyat müvəkkili əməliyyat müvəkkili, Şahid ətraflı olaraq məlumat verir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar olunan bükümə baxış keçirlməyə başlanılır və məlum olur ki, həmin bükümün içərisində ağ rəngli kristal şəkilli maddə vardır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs aşkar olunan maddənin ona məxsus olubolmamasını sual edir. Buna cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus olmasını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar olunan maddə yenidən zərfə qoyularaq qablaşdırılır və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imza edilir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1346 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № 160" möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən” və s. yazılar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,934 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır; qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cm-nin 69.3-cü maddəsinə əsasən 01 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 03 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022ci il tarixdə cəzasını çəkib qeydiyyatdan çıxarılmışdır; məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2332 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən BNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd “DVD” diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,934 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,834 qram hissəsi Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.934 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs sonuncu məhkəmə hökmünə əsasən az ağır cinayət əməlinə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hazırda ittiham olunduğu cinayət əməlini törətdiyi xx.xx.2025-ci il tarixədək 02 il 06 ay 16 gün müddət keçmişdir, yəni az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş 02 il müddəti artıq keçmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (1 sutkadan çox) şübhəli şəxs qismində tutulduğu müddət 02 (iki) gün kimi qiymətləndirilərək ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı, iş üzrə maddi sübut- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,934 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,834 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, 110 (yüz on ) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də maddi sübutların saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,834 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 16 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 176 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar