Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-448/2023 25.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2 iştirakı ilə xx xxxxxx 1999-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)130/2023 saylı, 27 aprel 2023-cü il tarixli hökmü ilə cəza çəkən, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs1 Gürcüstandan avtomobil gətirəcəyinə yalandan vəd verib aldamatqla iki dəfəyə ilk dəfə 29 iyul 2022-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 4 saylı ASAN xidmətin qarşısında 500 manat və sonuncu dəfə 16 avqust 2022-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşn «Aygün City» ticarət mərkəzinin yaxınlığında 1.200 manat pulunu ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 1.700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 Gürcüstandan avtomobil gətirəcəyinə yalandan vəd verib aldamatqla 16 avqust 2022- ci il tarixdə, 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşn «Aygün City» Ticarət Mərkəzinin yaxınlığında 1.000 manat pulunu ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 1.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, internetdən iki ədəd «Toyota Prius» markalı avtomobil şəklini götürmüşdür. 2022-ci ilin avqust ayının əvvəlində tap.az saytına yerləşdirmişdir,əlaqə üçün özünə məxsus olan istifadə etdiyi «***-***-**-**» saylı mobil nömrəni yerləşdirmişdir. 12 avqust 2022-ci il tarixdə bir nəfər adının Taryel olduğunu bildirən şəxs ona zəng edərək həmin avtomobillərdən birini almaq istədiyini bildirmişdir. O elanda bildirmişdir ilkin olaraq 500 manat veriləcək, avtomobil təhvil aldıqdan sonra aylığa bölünüb ödənişlər ediləcək.Taryel ona bildirmişdir ki, görüşüb üzbə-üz söhbət etsinlər. O da 12 avqust 2022-ci il tarixdə axşam saatlarında Bakıxanov qəsəbəsində yerləşən, Asan xidmətin yanına gəlmiş və Taryellə görüşüb söhbət etmişlər.Taryelə ona yenə 500 manat verəcəyini, avtomobili alandan sonra aylıq ödənişlər ediləcəyini bildirmişdir. Onlar razılaşıb getmişlər. Sonra Taryel ona mesaj yazıb bildirmişdir ki, 200 manatı var. O ona 200 manata alınmayacağını bildirmişdir. Sonra T aryel ona zəng edərək bildirmişdir ki, digər avtomobili qardaşı oğlu istəyir və qardaşı oğluna ilkin ödəniş olaraq 1.000 manat demişdir. Görüşəndə qardaşı oğlunun yanında heçnə deməsin, özü 200 manat verəcəkmiş. Hər iki avtomobili gətirmək üçün 16 avqust 2022-ci il tarixdə, axşam saat 21:00 axşam saatlarında Bakıxanov qəsəbəsində yerləşən «Aygün Mail» ticarət mərkəzinin qarşısında görüşmüşlər. Həmin vaxt Taryelin yanında 3 nəfərdə olmuşdur. Taryel həmin şəxslərin yanında ona 1.200 manat pul vermişdir. O ona bildirmişdir ki, 10 gündən sonra avtomaşını təhvil verəcəkdi. Həmin yerdən çıxıb getmişdir. Pulları şəxsi ehtiyaclarına xərcləmişdir. O bildirmişdir ki, Nizamdan 1.000 manat pul almışdır, 200 manatı isə Taryeldən almışdır, ümumilkdə 1.200 manat pul almışdır.Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 mfadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyun ayının sonlarında özünə avtomobil almaq qərarına gəlmişdir. O internet səhifələrinin birində Emin adil şəxsin «Toyota Prius» markalı avtomobil satmaq istədiyini görmüş və onunla əlaqə saxlamışdır. Emin ondan beh olaraq 500 manat pul istəmişdir. 29 iyul 2022-ci il tarixdə, saat 17:00 radələrində o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 4 saylı Asan Xidmətin qarşısınqda Eminlə görüşüb ona 500 manat pul vermişdir. Daha sonra qardaşı oğlu Nizam Eminin ona göstərdiyi avtomobillərdən birini bəyənərək almaq istədiyini bildirmişdir. Bunun üçün Emin beh olaraq 1.200 manat pul istəmişdir. 16 avqust 2022-ci il tarixdə axşam saatlarında o Eminlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Aygün City» ticarət mərkəzinin yanında görüşmüşlər. O Eminə 1.200 manat pul vermişdir. Emin onun etibarından sui istifadə edərək iki dəfəyə 1.700 manat pul almışdır. Birinci dəfə 500 manat, ikinci dəfə isə 1.200 manat pul vermişdir. Emin ona avtomobil satmaq adı ilə aldadıb ümumilikdə 1.700 manat pulumu dələduzluqla ələ keçirmişdir. Bundan başqa Emin qardaşı oğlu Nizamında etibarından sui istifadə edib eyni üsulla avtomobil satmaq adı ilə 1.000 manat pulunu alıb aldatmışdır. Bu günə qədər Təqsirləndirilən şəxs nə onun nədəki qardaşı oğlundan aldığı pulları qaytarmamışdır.Emin pulu aldıqdan sonra avtomobilləri Gürcüstandan gətirəcəyini vəd versədə aldatmışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiq Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o Emin adlı şəxsi tanımamış, sadəcə olaraq bir dəfə görmüşdür və həmin gördüyü anda o ona 1.000 manat pul vermişdir. Belə ki, Emini o əmisi Taryelin hesabına tanımışdır. Emin avtomobil alveri ilə məşğul olmuşdur və o əmisinə iki ədəd «Toyota Prius» markalı avtomobil şəkli atmışdır. O da həmin şəkillərə baxmış və avtomobillərdən birini bəyənmişdir. Daha sonra o həmin avtomobillərdən birini almaq qərarına gəlmişdir və eyni zamanda əmisi Taryeldə avtomobil almaq qərarına gəlmişdir. X4 internet vasitəsi ilə tapmışdır. Bundan sonra onlar Bakıxanov qəsəbəsində Aygün City ticarət mərkəzinin yanında görüşmüşlər və o ilkin beh olaraq avtomobil üçün 1.000 manat Eminə vermişdir, əmisi Taryeldə öz pulunu Eminə vermişdir. Əmisi Taryel ümumilkdə Eminə 1.700 manat pul vermişdir. Emin pulu aldıqdan sonra avtomobilləri Gürcüstandan gətirəcəyinə söz versədə onları aldatmışdır və heç bir iş görməmiş, daha sonra pulları qaytarmamışdır. Halhazırda ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nizam onu üçün avtomobil axtarırdı. 2022-ci ilin avqust ayında Nizam əmisi Taryelin avtomobil tapdığını demişdir. Lakin satan şəxs ondan 1.000 manat beh istəyirdi. 16 avqust 2022-ci il tarixdə axşam saatlarında Nizam avtomobili satan Emin adlı şəxslə görüşmələrini demişdir. Onlar birlikdə Bakıxanov qəsəbəsində yerləşən «Aygın» Ticarət Mərkəzinin yanına gəlmişlər. Həmin vaxt Emin Gürcüstandan avtomobli gətirəcəyini bildirmişdir. Bu zaman Nizami ona 1.000 manat pul vermişdir Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əmimi oğlu Nizam özü üçün avtomobil axtarırdı. 2022-ci ilin avqust ayında Nizam demişdir ki, əmisi Taryel avtomobil tapıb. Lakin satan şəxs 1.000 manat beh istəyir. 16 avqust 2022-ci il tarixdə axşam saatlarında Nizam avtomobili satan Emin adlı şəxslə görüşmələrini demişdir. Onlar birlikdə Bakıxanov qəsəbəsində yerləşən «Aygın» Ticarət Mərkəzinin yanına gəlmişlər. Həmin vaxt Emin Gürcüstandan avtomobli gətirəcəyini bildirmişdir. Bu zaman Nizami 1.000 manat pul vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 25 yanvar 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)130/2023 saylı, 27 aprel 2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixə kimi tutulduğu 01 gün cəza çəkmə müddətinə hesablanaraq, cəza çəkmə müddətinin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, üzərində qəti olaraq 02 il, 11 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədilmə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olmasını, dəymiş ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarından görünür ki, psevdovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 73- 1.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Bundan yeganə istisna həmin Qərarın 36-cı bəndində göstərilən şəxsin dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyrimümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, analoji cinayətə görə məhkum olunmasını, onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)130/2023 saylı, 27 aprel 2023-cü il tarixli hökmü ilə cəza çəkməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində cəza çəkirlər. Cinayət işinin materiallarında olan 03 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 93). Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı «02» sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədibi seçilməli, onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)130/2023 saylı, 27 aprel 2023-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş cəza Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)130/2023 saylı, 27 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «03»(üç) il, «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə saxlandığı 28 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixə kimi 01 (bir) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkmə müddətinə hesablanmış müddət nəzərə alınsın, həmin müddət təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «03»(üç) il, «08» (səkkiz) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəzacəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı «02» sentyabr 2022-ci il tarixdən hesablansın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədibi seçilsin, onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)130/2023 saylı, 27 aprel 2023-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-448/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-448/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver