Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-448/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyət ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Balahııseyn oğluna nüfuzlu və işgüzar şəxslərlə münasibəti olmasını bildirib, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 3 hektar torpaq sahəsi ilə bağlı ləğv edilmiş daimi istifadə hüququnun bərpasına, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan torpaq sahəsindəki 2 mərtəbəli ev, toyuqçuluq üçün nəzərdə tutulan 1 ədəd tikili və 07 ədəd istixananın sökülməsinə görə ödənilməyən kompensasiyanın alınmasına, həmçinin Mail X1 arasında məhkəmədə olan mülki mübahisənin onun xeyrinə həll olunmasına köməklik göstərəcəyini vəd verib aldadaraq 30 mart 2023-ci; üdə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində 5.000 manat nağd şəkildə, 05 fevral 2023-cü il tarixdə saat 19:03-də 120 manat Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin adına olan "xxxx" ASC-yə aid 416973******3840 nömrəli kartına, 12 fevral 2023-cü il tarixdə saat 12:38-də 200 manat Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə cinayətdən xəbəri olmayan X2 adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 13 mart 2023-cü il tarixdə saat 12:56 radələrində 200 manat ünvan 3 ünvanda «Bizim Market»-də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə arvadı X4 adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 02 aprel 2023-cü il tarixdə saat 23:20-də 1.005 manat, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» 3dəmə terminalı vasitəsi ilə X2 adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 15 aprel 2023-cü il tarixdə saat 14:56-da 1.010 və saat 14:57-də 1.000 manat ünvan 4 ünvanda yerləşən «Moskva Univermağı»- da quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsi X2 adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 03 may 2023-cü il tarixdə saat 12:31 -də 2.010 manat ünvan 5 ünvanındakı «Bravo» marketdə quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsi X2 adına olar "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 11 may 2023-cü il tarioJə saat 16:33də 100 manat Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbayca;; Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə X2 adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 31 may 2023-cü il tarixdə saat 20:07-də 330 manat «Bi; bank» tətbiqi vasitəsi ilə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindən arvadı Mən ;rəi ova Arifə Ənvər qızının adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 15 iyun 2023-cü il tarixdə saat 23:11-də 100 manat Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «c Manat» ödəmə terminalı vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid «4169 7588 3171 3452» nömrəli kartına, 25 iyun 2023-cü il tarixdə saat 12:11-də 100 manat Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində «Ayxan» marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi özünə məxsus "xxxx" ASC- yə aid «4169 7388 3171 3452» nömrəli kartına, 15 avqust 2023-cü ildə 1.825 manat Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan kart hesabına göndərilməsinə nail olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13.000 manat pulunu ələ keçirib vədinə əınəl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2023-cü ilin yanvar ayında Səxavət adlı şəxsin vasitəsi ilə tanış olub münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən bütün sənədləri qaydasında olan 3 hektar torpaq sahəsinin içərisində ev və digər tikililər Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş, bununla bağlı ona təzminat ödənilməmiş, nə də ki əvəzində başqa torpaq sahəsi verilməmişdir. O, Mailə torpaq sahəsi almaqda kömək edə biləcəyini bildirmişdir. Həqiqətən Mailə kömək etmək üçün aidiyyyəti şəxslərlə danışmış və Maildən bunun üçün pul istəmişdir. Həmin pulları işin həlli üçün xərcləmiş və Mailə bunun müqabilində torpaq sahəsi verilmişdir. O, Maildən dəqiq hansı məbləğdə pul aldığını xatırlamır. Özünün və həyat yoldaşının kartlarına göndərilmiş məbləğləri Maildən aldığını etiraf edir. Lakin ittihamda göstərilən digər məbləğləri qəbul etmir. Mail ona heç vaxt əlbəəl pul verməmişdir. Buna baxmayaraq Mailə dəymiş ziyanı ödəməyə hazırdır. Lakin hazırda həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Ona vaxt verilərsə ziyadan qismən ödəniş edə bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən bütün sənədləri qaydasında olan 3 hektar torpaq sahəsinin içərisində ev və digər tikililər Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş, bununla bağlı ona təzminat ödənilməmiş, nə də ki əvəzində başqa torpaq sahəsi verilməmişdir. Bununla bağlı Abşeron rayon məhkəməsində Abşeron rayon İcra hakimiyyəti ilə onun arasında mülki mübahisəyə baxılmışdır. Mübariz Əmirəliyev adlı şəxs bu işdə ona köməklik göstərəcəyini söz vermiş, 2008-ci ildə onunla aralarında müqavilə bağlanmışdır. Mübarizə bu işdə köməklik göstərəcəyi üçün etibarnamə və torpağa aid bütün sənədlərin əslim vermişdir. 2008-ci ildə başlayan məhkəmə 2012-ci ilə qədər davam etmiş, lakin müsbət nəticə əldə olunmamışdır Buna görə Mübarizdən sənədlərini geri qaytarmasını təldəb etdikdə, Mübariz 500.000 manat ona borclu olduğunu deyib barəsində Sabunçu rayon məhkəməsinə şikayət etmişdir. Məm əmə onun Mübarizə 500.000 manat borcu olması barədə qiyabi qətnamə çıxartmışdır. Bu qərarla razılaşmayıb Apellyasiya məhkəməsinə, daha sonra Ali Məhkəməyə müraciət etmiş, lakin qərar qüvvəsində saxlanılmışdır. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxslə Səxavət adlı tanışının vasitəsi ilə tanış olmuşdur. Ramizə bunları danışdıqda Ramiz ona bildirmişdir ki, həm daşınmaz əmlakının icra hakimiyyəti tərəfindən sökülməsi ilə bağlı kompensasiya alınmasında, həm də Mübariz Əmirəliyevlə bağlı aralarında məhkəmə baxışında olan mülki mübahisədə xeyrinə qərar çıxartdıracağına kömək edə biləcəyini bildirmişdir. Bunun müqaibilində Ramiz ondan 15.000 manat pul istəmişdir. Maddi imkanım olmadığı üçün tanışları Şahid1 4.000, Şahid3 6.000 və Ramin Hüseynovdan 3.000 manat borca pul alıb Təqsirləndirilən şəxs hissə-hissə olmaqla cəmi 13.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs onun Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 3 hektar torpaq sahəsi ilə bağiı ləğv edilmiş daimi istifadə hüququnun bərpasına, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan torpaq sahəsindəki 2 mərtəbəli ev, toyuqçuluq üçün nəzərdə tutulan 1 ədəd tikili və 07 ədəd istixananın sökülməsinə görə ödənilməyən kompensasiyanın alınmasına, həmçinin X7 ilə arasında məhkəmədə olan mülki mübahisənin onun xeyrinə həll olunmasına köməklik göstərmək adı ilə aldadıb 2023-cü ilin fevral ayından iyul ayınadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 13.000 manat pulunu ələ keçirməklə xeyli miqdarda ona ziyan vurmaqla dələduzluq etmişdir. 5.000 manat pulu 2023-cü ilin mart ayının 30-da qohumu Tərlanın yanında Təqsirləndirilən şəxs yaşadığı Pirşağı qəsəbəsindəki bağ evinin qarşısında nağd qaydada vermiş, 05 fevral 2023-cü il tarixdə saat 19:03-də 120 manat Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi sahibi barədə məlumatı olmadığı "xxxx" ASC-yə aid 416973******3840 nömrəli kartından 12 fevral 2023-cü il tarixdə saat 12:38-də 200 manat Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs arvadı X5r; adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 13 mart 2023-cü il tarixdə saat 12:56-da 200 manat ünvan 6 ünvanda «Bizim Market»-də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə X3 adına olan "xxxx" ASC-yə aid “4098 5844 7108 2600” nömrəli kartına, 02 aprel 2023-cü il tarixdə saat 23:20-də 1.005 manat Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə X3 adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 15 aprel 2023-cü il tarixdə, saat 14:56-da 1.010 və saat 14:57-də 1000 manat ünvan 7 ünvanda yerləşən «Moskva Univermağı»-da quraşdırılmış «mpay» ödəmə termir:.., vasitəsi X3 adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2000» nömrəli kartına, 03 may 2023-cü il tarixdə saat 12:31-də 2.010 manat ünvan 8 ünvanındakı «Bravo» marketdə quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsi X3 adına olan "xxxx" ASC-yə məxsus «4098 5844 7108 2600» nömrəli kartına, 11 may 2023-cü il tarixdə saat 16:33-də 100 manat Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə X3 adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 31 may 2023-cü il tarixdə saat 20:07-də 330 manat «Birbank» tətbiqi vasitəsi ilə Bakı şəhəri Sabunçu rayonu Mərdəkan qəsəbəsi ərazisindən X10 cj.zınırı adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 15 iyun 2023-cü il tarixdə saat 23:11-də 100 manat Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəs. Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid «4169 7388 3171 3452” nömrəli kartına, 25 iyun 2023-cü il tarixdə, saat 12:11 -də 100 manat Bakı şəhəri Xəzər raycnu Binə qəsəbəsində «Ayxan» marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi özünə məxsus "xxxx" ASC-yə aid «4169 7388 3171 3452» nömrəli kartına və 15 avqust 2023-cü ¡idə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi nömrəsini xatırlamadığı bank kartına 1.825 manat pul göndərilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs 1825 manat pulun Təqsirləndirilən şəxs göndərilməsini təsdiq edən sənədin olmadığını, həmin pulun hissə-hissə onun dostları tərəfindən təqsirləndirilən şəxsə göndərildiyini, onun Ramizgilin həyətində iki dəfə qurban kəsdiyini və onlara bir neçə dəfə bazarlıq etdiyini, həmin məbləğləri də Təqsirləndirilən şəxs verilmiş 1825 manat pula hesabladığını, lakin həmin halları təsdiq edən hər hansı sübutunun olmadığını, ziyanın qismən və ya hissə-hissə ödənilməsinə razı olmadığını, tam ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi və qohumudur. Mailin Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində 3 ha torpaq sahəsi və həmin torpaq sahəsinin içərisində 2 mərtəbəli yaşayış evi olmuşdur. Qeyd olunan torpaq sahəsinə Maildən eşitdiyinə görə daimi istifadə hüququ verən sənədləri, eyni zamanda içərisində olan 2 mərtəbəli evin sənədləri qaydasında olmuşdur. 2022-ci ilin avqust ayında Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində bir ədəd 300 kv.m sahəsi olan 2 mərtəbəli ev, 850 kv.m sahəsi olan cücə və toyuqların yetişdirilməsi üçün nəzərdə tutulan tikili və 7 ədəd istixana sökülmüşdür. Mailə sökülən tikililərə və torpaq sahəsinə görə təzminat ödəniləcəyi söz verilsə də. sonradan heç bir təzminat ödənilməmişdir. Bir müddətdən sonra Mail bu məsələnin həll olunması və Mübariz adlı şəxslə aralarında olan 500000 manatlıq məhkəmə çəkişməsinin həll edilməsi üçün Təqsirləndirilən şəxslə tanış olmuş və onun iştirakı ilə Ramizlə bir neçə dəfə qeyd olunan məsələ ilə bağlı söhbət etmişdir. Ramiz deyirdi ki, bu işlərin həlli üçün 50-60 min manat pul tələb olunur, lakin onun yüksək vəzifəli şəxslərlə yaxın münasibəti olduğundan təxminən 15.000 manata bu işləri həll edə biləcəkdir. Ramiz Mailə deyirdi ki, bu işlərlə tanıdığı bir general məşğul olur və torpaq sahəsinin əvəzinə Mailə başqa yerdən 4 hektar torpaq sahəsi təşkil ediləcək və bu işlər həll olunduqdan sonra əlavə pul verərsən. Mail Ramizə demişdir ki, 4 hektar torpaq sahəsi ayrılarsa həmin torpaq sahəsini ona verəcək. Lakin Ramiz demişdir ki, torpaq sahəsinə ehtiyacı yoxdur, satıb həmin torpaq sahəsinin pulunu ona verər Mail də həmin təkliflə razılaşmışdır 2023-cü ilin təxminən fevral ayının ilk günlərində Mail Şahid3 5.000 manat borc pul alaraq onun iştirakı ilə Təqsirləndirilən şəxs Abşeron rayonu Görədil kəndindəki bağ evində şəxsən Ramizə vermişdir. Sonradan eşidib bilmişdir ki, Mail hissəhissə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 13.000 manat pul vermişdir. Mail həmin pulları bır neçə kənd sakinindən borc alaraq vermişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq şahid 5000 manat pulun Zərərçəkmiş şəxs tərəfindən onun yanında Təqsirləndirilən şəxs verildiyini, bunun şəxsən şahidi olduğunu, pulun Təqsirləndirilən şəxs yaşadığı evin həyətində Ramizə verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla yaxşı münasibəti var. Aralarında ədavət və düşmənçiliyi olmamış və yoxdur. Mailin Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində 3 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin içərisində 2 mərtəbəli yaşayış evi olmuşdur. Qeyd olunan torpaq sahəsinə Maildən eşitdiyinə görə daimi istifadə hüququ verən sənədləri, eyni zamanda içərisində olan 2 mərtəbəli evin sənədləri qaydasında olmuşdur. 2022- ci ilin avqust ayında Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində bir ədəd 300 kv.m sahəsi olan 2 mənobəll ev, 350 kv.m sahəsi olan cücə və toyuqların yetişdirilməsi üçün nəzərdə tutulan tikili və 7 ədəd istixana sökülmüşdür. Mailə sökülən tikililərə və torpaq sahəsinə görə təzminat cciəniiəcəyi söz verilsə də, sonradan heç bir təzminat ödənilməmişdir. Mail Təqsirləndirilən şəxs adi; şəxslə tanış olmuş və Ramiz Mailə söz vermişdir ki, həmin işdə yardımçı olacaqdır. Bunu ona Mail demişdir. Şəxsən Təqsirləndirilən şəxs görməmiş, onunla söhbəti olmamışdır. Maildən eşitdiyinə görə Ramiz həmin işdə köməklik edəcəyi üçün ondan 15.000 manat pul istəmişdir. Mail aə pula ehtiyacı olduğundan 2023-cü ilin fevral ayında ondan 6.000 manat borca pul istəmişdir. Mailə həmin tarixdə 6.000 manat borc pul vermişdir. Sonradan Maildən eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs onu aldadıb verdiyi vədi əməl etməyib, ona heç bir işdə köməklik etməmiş əksinə 13.000 manat pulunu aldadıb ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. X15 pul verərkən yanında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yeznəsidir. Onunla yaxşı münasibəti var. Aralarında ədavət və düşmənçilik olmamış və yoxdur. Mailin Bakı şəhər; Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində 3 hektar torpaq sahəsi və həmin torpaq sa.¡əsinin içərisində 2 mərtəbəli yaşayış evi olmuşdur. Qeyd olunan torpaq sahəsinə Maildən eşitdiyinə görə daimi istifadə hüququ verən sənədləri, eyni zamanda içərisində olan 2 mərtəbəli evin sənədləri qaydasında olmuşdur. 2022- ci ilin avqust ayında Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində bir ədəd 300 kv.m sahəsi olan 2 mərtəbəli ev, 850 kv.m sahəsi olan cücə və toyuqların yetişdirilməsi üçün nəzərdə tutulan tikili /ə 7 ədəd istixana sökülmüşdür. Mailə sökülən tikililərə və torpaq sahəsinə görə təzminat ödəniləcəyi söz verilsə də, sonradan heç bir təzminat ödənilməmişdir. Mail Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş və Ramiz Mailə söz vermişdir ki, həmin işdə yardımçı olacaqdır. Bunu ona Mail demişdir. Şəxsən Təqsirləndirilən şəxs görməmiş, onunla söhbəti olmamışdır. Maildən eşitdiyinə göıo Ramiz həmin işdə köməklik edəcəyi üçün ondan 15.000 manat pul istəmişdir. Mail də pula ehtiyacı olduğundan 2023-cü ilin may ayında ondan 3.000 manat borc pul istəmişdir. Mailə 2023 cü ilin may ayında 1.000 manat, iyun ayında isə 2.000 manat nağd qaydada borc pul vermişdir. Sonradan Maildən eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs onu aldadıb verdiyi vəcd əməl etməyib, ona heç bir işdə köməklik etməyib, əksinə 13.000 manat pulunu aldadıb ələ seçirməklə ona qarşı dələduzluq etmişdir. Mail Ramizə pul verərkən yanında olmamışdır. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmyerlisidir. Mailin Bilgəh qəsəbəsində 3 hektar torpaq sahəsi, 2 mərtəbəli evi, istixanası, toyuq ferması olmuşdur. İ İsmirı torpaq və tikililər ona atasından miras qalmışdır. Həmin torpaq sahəsi 2022-ci ilin avqust i / nda İcra hakimiyyəti tərəfindən qanunsuz sökülmüş, ona təzminat ödənilməmiş, əvəzində başqa ünvanda torpaq sahəsi verilməmişdir. 2023-cü ilin aprel ayında Mail ona bildirmişdir ki, Ramiz adlı şəxs pul müqabilində bu işdə ona məhkəmə yolu ilə köməklik edəcəyini söz vermişdir Mail Ramiz adlı şəxsə vermək üçün ondan 1000 manat, borc pul istəmişdir. Həmin məbləğdə pulu olmadığını Mailə demişdir. Mailin xahişi ilə ona bildirdiyi Təqsirləndirilən şəxs dediyi nömrəsini xatırlamadığı kart hesabına 2023-cü ilin aprel ayının təxminən 10 və ya 15-də Bakı şəhəri Nəsimi rayonu ərazisindən «Million» terminalı vasitəsi ilə 1.000 manat pul göndərmişdir. Təxminən 2023cü ilin may ayının 3 və ya 4-də 500 manat pulu nağd qaydada Mailə Sabunçu rayonu Bilgəh qəsəbəsində xatırlamadığı ünvanda vermişdir. 2023-cü ilin may ayının 4 və ya 5-də Mailin ona bildirdiyi kart hesabına Nəsimi rayonu ərazisindən «Million» terminalından 500 manat ödəmişdir. Cəmi Mailə 2.000 manat borc qismində vermişdir. Sonradan Maildən eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs onu aldadıb vermiş olduğu vədi əməl etməyib, ona torpaq və digər mülkiyyətinin qaytarılmasında heç bir köməklik göstərməmiş, aldığı 13.000 manat pulu isə ələ keçirib ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs görməmiş, onu tanımır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “eManat” və “Mpay” vasitəsilə pulların göndərilməsini təsdiq edən qəbzlərdən görünür ki, 05 fevral 2023-cü il saat 19:03-də Bakı şəhəıi Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində fəaliyyət göstərən «Təzə Bazar Supermarket»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə 120 manat pul «G**** F**** s**** oğlu» qeyd olunmuş şəxsin adına olan «4169 73** **** 3840» nömrəli bank kartına; 12 fevral 2023-cü ildə saat 12:38-də Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində fəaliyyət göstərən «Təzə Bazar Supermarket»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə 200 manat pu! X3 adına olan "xxxx" ASC-də açılmış son 8 rəqəmi 71082600 olan bank kartına; 13 mart 2023-cü i! saat 12:56-da ünvan 10 ünvanda yerləşən «Bizim Maıket»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə 200 manat pul X3 adına olan "xxxx" ASC-də açılmış son 3 rəqəmi 71082600 olan bank kartına”; 02 aprel 2023-cü il saat 23:20-də Bakı şəhər: Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində fəaliyyət göstərən «Təzə Bazar Supermarket»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə 1.005 manat pu! X3 adına olan "xxxx" ASC-də açılmış son 8 rəqəmi 71082600 olan bank kartına; 15 aprel 2023-cü ildə saat 14:56-da Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 5 ünvanında fəaliyyət göstərən Moskva Univermağında quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsi ilə 1.010 manat pul X3 adına olan "xxxx" ASC-də açılmış son 8 rəqəmi 71082600 olan bank kartına; 15 aprel 2023-cü ildə saat 14:57-də Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 5 ünvanında fəaliyyət göstərən Moskva Univermağında quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsi ilə 1.000 manat pul X3 adına olan "xxxx" ASC-də açılmış son 8 rəqəmi 71082600 olan bank kartına; 03 may 2023-cü ildə saat 12:31-də ünvan 11 ünvanında fəaliyyət göstərən «Bravo Market»-də quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsi ilə 2.010 manat pul X3 adına olan "xxxx" ASC-də açılmış son 8 rəqəmi 71082600 olan bank kartına; 11 may 2023-cü i! saat 16:33-də Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində fəaliyyət göstərən «Təzə Bazar Supermarket»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə 100 manat pul X3 adına olan "xxxx" ASC-də açılmış son 8 rəqəmi 71082600 olan bank kartına; 31 may 2023-cü ildə saat 20:07-də 330 manat "xxxx" ASC-nin birbank mobil tətbiqi vasitəsi ilə 4098 58** **** 6401 nömrəli bank kartına; 15 iyun 2023-cü il saat 23:11-də Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində fəaliyyət göstərən «Təzə Bazar Supermarket»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə 100 manat pul «P *** R**** Q**** oğlu» qeyd olunmuş şəxsin adına olan «4169 73** **** 3452» nömrəli bank kartına; 25 iyun 2023-cü ildə saat 12:11 -də Bakı şəhəri Binə qəsəbəsi İsa Əlizadə küçəsində fəaliyyət göstərən «Ayxan Market»-də quraşdırılmış «wwv,.kassam.az» ödəmə sistemi vasitəsi ilə 100 manat pul «P**** r**** q-*** 0ğlu» qeyd olunmuş şəxsin adına olan «4169 73** **** 3452» nömrəli bank kartına ödənilmişdir (i.v.101-110). 23 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı həm zərərçəkmiş şəxs, həm də təqsirləndirilən şəxs ifadələrindəki xüsusatlarl biri-birinin üzünə qarşı demişlər (i.v.210-213). “Sübutların qiymətləndirilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ödəniş qəbzləri maddi sübut kimi tanınmış və qəbzlərin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v.242-249). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, çoxsaylı qəbzlər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən sadəcə onun və həyat yoldaşının kartlarına göndərilmiş pul vəsaitlərinin verildiyini etiraf edərək həmin məbləğin konkret nə qədər olmasını xatırlamadığını, həmin pul vəsaitini Zərərçəkmiş şəxs torpaq alması ilə bağlı məsələsini həll etmək üçün aidiyyəti şəxslərə verdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs və onun həyat yoldaşı X6 məxsus kart hesablarına göndərilmiş 6175 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi onun özü tərəfindən də təsdiq edilməklə işin təkzibedilməz halıdır. Təqsirləndirilən şəxs həmin pulu nağdlaşdırdıqdan sonra Zərərçəkmiş şəxs torpaq verilməsinin təmin edilməsi məqsədi ilə aidiyyəti şəxslərə verildiyini, Zərərçəkmiş şəxs isə bunun müqabilində torpaq sahəsinin verildiyini göstərsə də, həmin dəlilini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, əkinə yaxın zamanda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyini bildirmişdir ki, bu da onun özünün göstərdiyi xüsusatlarla təzad təşkil etməklə ifadələrində səmimi olmamasına dəlalət edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs söylədiklərinin həqiqəti əks etdirmədiyini, ona hər hansı torpaq sahəsinin verilmədiyini, Təqsirləndirilən şəxs ondan pulları torpaq sahəsinin verilməsi üçün deyil, məhkəmədə olan işinin həlli məqsədi ilə aldığını bildirmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsdən nağd qaydada 5000 manat pul almadığını bildirsə də, təqsirləndirilən şəxsin ifadəsindəki həmin xüsusat zərərçəkmiş şəxslə Şahid2 ifadələri ilə yanaşı, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı həmin məbləğlə əlaqədar verdiyi ifadəsi ilə də təkzib edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsində Abşeron rayon İcra hakimiyyəti ilə onun arasında mülki mübahisəyə baxılmış, Mübariz Əmirəliyev adlı şəxs bu işdə ona köməklik göstərəcəyini söz vermiş, 2008-ci ildə onunla aralarında müqavilə bağlanmış, Mübarizə bu işdə ona köməklik göstərəcəyi üçün etibarnamə və torpağına aid bütün sənədlərin əslini vermiş, 2008-ci ildə başlayan məhkəmə 2012-ci ilə qədər davam etmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Həmin dövrdə pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirmək niyyətinə düşmüş və Zərərçəkmiş şəxs etibar və inamını qazanmaq üçün ona yalandan nüfuzlu və işgüzar şəxslərlə münasibəti olduğunu bildirib, həmin şəxslərin vasitəsi ilə bu işdə ona köməklik göstərə biləcəyini, bunun müqabilində Zərərçəkmiş şəxs 8.000 manat pul vermək lazım olacağını demişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və həmin məbləği ondan hissə-hissə olmaqla almışdır. Başqa adla Zərərçəkmiş şəxs pul almamışdır. Belə ki, 30 mart 2023-cü ildə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində 5.000 manat nağd şəkildə Maildən almış, 3.000 manatı isə Zərərçəkmiş şəxs arvadı X6 məxsus "xxxx" və öz adına olan "xxxx" ASC-nin bank kartlarına göndərmişdir. Karta göndərilmiş pulları xatırlamadığı ünvanlardan bankomatlardan nağdılaşdırıb ələ keçirmişdir. Maii Qurbanovun ona verdiyi ümumilikdə 8.000 manat pulu borclu olduğu şəxslərə ödəmişdir. Zərərçəkmiş şəxs isə ondan işi ilə bağlı maraqlandıqda yalandan ona yaxın tanşıları ilə danışıb razılaşdığını və yaxın günlərdə onun xeyrinə işin həll ediləcəyini deyib aldatmışdır. Zərərçəkmiş şəxs işi ilə bağlı hər hansı bir şəxsə müraciət etməmiş, heç kimə Maildən aldığı puldan pul verməmişdir. "xxxx" ASC-yə aid 416973******3840 nömrəli kartın kimə məxsus olmasını xatırlamır. X2 onun Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirməsi barədə məlumatı olmamışdır. Arvadına adını bildirmədiyi şəxsin ona pul borcu olduğunu deyib, həmin şəxs ona pul göndəcəyini deyib müvəqqəti istifadə etmək üçün ondan bank kartını alıb istifadə etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi aldadaraq onun 5000 manat pulunu nağd, 6175 manat pulunu isə kart vasitəsilə, ümumilikdə cəmi 11175 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq cinayətini törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmış, təqsirləndirilən şəxsin həmin məbləğlərlə bağlı özünün müdafiəsi və cinayət məsuliyyətindən yayınması naminə irəli sürdüyü dəlillər isə tamamilə təkzib olunmuşdur. İttihamda göstərilən 15 avqust 2023-cü ildə Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə zərərçəkmiş şəxs tərəfindən istintaqa məlum olmayan kart hesabına 1.825 manat pulun göndərilərək həmin vəsaitin Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsinə dair hissədə isə məhkəmə həmin məbləğin təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsinə, ümumiyyətlə həmin vəsaitin həqiqətən də zərərçəkmiş şəxs tərəfindən hər hansı kart hesabına göndərilməsinə dair heç bir mötəbər sübutun olmadığını, həmin məbləğlə bağlı zərərçəkmiş şəxsin özünün ziddiyyətli ifadələrini nəzərə alaraq sözügedən məbləğin təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsinin öz təsdiqini tapmaması, bununla da ittihamın həcminin 1825 manat azaldılmaqla cinayət nəticəsində vurulmuş zərərin 11.175 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. İş materiallarından görünür ki, ibtidai istintaqın ilk günündən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən ona 1825 manat məbləğin nə kart hesabına, nə də nağd şəkildə verilmədiyini bildirmiş, məhkəmə istintaqı zamanı da təkidlə qeyd olunan məbləğdə pulun ona verilmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində barəsində məhkəmədə olan mülki işin həlli məqsədi ilə 1825 manat pulu 15 avqust 2023-cü ¡idə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi nömrəsini xatırlamadığı bank kartına birdəfəyə göndərdiyini bildirsə də, məhkəmə istintaqı zamanı ilk məhkəmə baxış iclasında həmin məbləğin özü tərəfindən birdəfəyə deyil, onun xahişinə əsasən hər dəfə bir dostu tərəfindən hissə-hissə olmaqla (100, 200, 300 manat olmaqla) Təqsirləndirilən şəxs verdiyi xatırlamadığı kart hesabına göndərildiyini, sonuncu məhkəmə iclasında isə 1825 manat pulun Təqsirləndirilən şəxs göndərilməsini təsdiq edən sənədin olmadığını, onun Ramizgilin həyətində iki dəfə qurban kəsdiyini və onlara bir neçə dəfə bazarlıq etdiyini, həmin məbləğləri də Təqsirləndirilən şəxs verilmiş 1825 manat pula hesabladığını, lakin həmin halları təsdiq edən hər hansı sübutunun olmadığını göstərmişdir. Məhkəmə zərərçəkmiş şəxs tərəfindən 1825 manat məbləğində pulun təqsirləndirilən şəxsə verilməsini və ya kart vasitəsi ilə göndərilməsini təsdiq edən hər hansı sübutun olmadığını, zərərçəkmiş şəxsin özünün həmin məbləğlə əlaqədar göstərdiyi xüsusatları, Təqsirləndirilən şəxs ona hər dəfə özünün və arvadının kart hesab nömrələrini verdiyi halda sonuncu dəfə tamamilə başqa hesab nömrəsi verməsinin və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs göndərilmiş digər məbləğlərə dair qəbzləri, onunla aparılmış bütün səs yazılarını saxladığı halda həmin məbləğə dair hər hansı sübutu saxlamamasının inandırıcı olmaması qənaətinə gələrək onu da qeyd edir ki, zərərçəkmiş şəxsin sonuncu məhkəmə iclasında sözügedən məbləğlə bağlı göstərdiyi xüsusatlar (onun Ramizgilin həyətində iki dəfə qurban kəsməsi və onlara bir neçə dəfə bazarlıq etməsi, həmin məbləğləri də Təqsirləndirilən şəxs verilmiş 1825 manat pula hesablamasına dair) həmin məbləğin ümumiyyətlə dələduzluq cinayətinin predmeti olmamasının, zərərçəkmiş şəxsin təxmini hesablamalar nəticəsində cinayətə aidiyyəti olmayan məsələrlə bağlı çəkdiyi xərclərin məbləğlərini hesablayaraq təqsirləndirilən şəxsdən tələb etməsinin göstəricisidir. Məhkəmə göstərilənləri ümumiləşdirib iş materiallarında olan sübutları tədqiq edərək, zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı və məhkəmə iclaslarında verilmiş ifadələri, ifadələr arasında olan uyğunsuzluqları tam, hərtərəfli və obyektiv təhlil edib, 1825 manat məbləğində pulun təqsirləndirilən şəxsə verilməsini təsdiq edən hər hansı sübutun olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq onun ümumilikdə 11175 manat məbləğində pul vəsaitini ələ keçirməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 01 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Xalq Məhkəməsinin 09 iyul 1998-ci il tarixli hökmünə əsasən AR CM-nin 220-2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 yanvar 1999-cu il tarixdə AR Milli Məclisinin Amnistiya qərarına əsasən cəzadan azad edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyul 2002-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 mart 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.159-160). “Axtarışda olan şəxsin tutulması barədə” 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə, saat 16:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün sabunçu RPİ-nin 14-cü polis şöbəsinə gətirilmişdir (i.v.179). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.223-226). “Qətimkan tədbirinin seçilməsi haqqında” 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.227-228). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşlı və xəstə (parkinson xəstəsi) olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzafrəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut- Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 22 mart 2024-cü il tarixdən 23 mart 2024-cü il tarixədək saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-448/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-448/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver