Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-449/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işləməyən, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixində, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti 323 ünvanında yerləşən “Bakı Olimpiya Stadionunun” yaxınlığında əvvəllər qeyri-rəsmi nikah münasibətində olduğu qohumu Zərərçəkmiş şəxs ilə aralarında sonuncunu qısqanması səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əli ilə qəsdən sifətin və bədənin müxtəlif nahiyyələrinə vuraraq, sol göz almasının ağlı qişasında qansızma ilə müşayiət olunan sol gözün üst qapağının, döş qəfəsinin və sol bazunun qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur, 08 ilə yaxındır ki, fasilələrlə onunla sevgili münasibətində olub. 2015-ci ildə Zərərçəkmiş şəxs onun qardaşı Elnur Nağıyevə zəng edərək başqa mənzilə ködüklərini bildirmiş, əşyaların daşınmasında onlara köməklik etmələrini xahiş etmişdir. O, qardaşı ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisinə gedərək Zərərçəkmiş şəxs məxsus əşyaları Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə Ülviyyənin köçdüyü yeni mənzilə daşımış, həmin vaxtdan etibarən aralarında sevgi münasibəti yaranmışdır. Lakin, sonradan aralarında mübahisə yarandığı üçün Ülviyyə onun atasına zəng edərək onun hərəkətləri barədə şikayət etmiş, atası Ədalət Nağıyev Bakı şəhərinə gələrək onun Tovuz rayonuna aparmışdır. O, Tovuz rayonunda olduğu müddət ərzində müxtəlif mobil nömrələrdən Ülviyyəyə zəng etməsinə baxmayaraq, Ülviyyə hər dəfə onun nömrəsini qara siyahıya salaraq onunla danışmaqdan imtina etmişdir. Daha sonra Ülviyyə ilə telefon vasitəsi ilə əlaqə saxlamış, lakin, görüşməmişdir. O, 2021-ci sentyabr ayında işləmək üçün Bakı şəhərinə gəlmiş, həmin ilin dekabr ayından etibarən yenidən Ülviyyə ilə görüşməyə başlamış, aralarında olan münasibət 2022-ci ilin noyabr ayınadək davam etmişdir. O, bir neçə günlük Tovuz rayonuna getmiş, 08 noyabr 2022-ci il tarixdə Bakı şəhərinə qayıdarkən Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq 09 noyabr 2022-ci il tarixdə, saat 15:00-da görüşməyi təklif etmiş, Ülviyyə etiraz etməyərək onunla razılaşmışdır. 09 noyabr 2022-ci il tarixdə, görüş saatınadək dəfələrlə Zərərçəkmiş şəxs zəng etmiş, lakin sonuncu telefon zənglərinə cavab verməmişdir. Nəticədə, O, Zərərçəkmiş şəxs Nizami rayonu, Q.Qarayev prospekti, “Grandmarketin” yaxınlığında kirayədə yaşadığı mənzilə getmiş, qapını döysə də, açan olmamışdır. 15 dəqiqə sonra Zərərçəkmiş şəxs qızı Şahid onun mobil telefonuna sms yazaraq anasının evdə dolmadığını, binanı tərk etməsini bildirmişdir. O, oradan uzaqlaşdıqdan təxminən 5 dəqiqə sonra Ülviyyə ona zəng edərək metro vasitəsilə Q.Qarayevə gəldiyini bildirmiş, o, 7-8 dəqiqə sonra Ülviyyə ilə metronun Q.Qarayev stansiyası yaxınlığında görüşmüşdür. Zərərçəkmiş şəxs onun etibarnamə ilə idarə etdiyi “Toyota-Prius” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobilə əyləşdikdən sonra, o, avtomobili Bakı-Olimpiya stadionu istiqamətində idarə etmiş, qeyd olunan stadionun yaxınlığına olarkən O, Ülviyyədən telefon zənglərinə cavab verməməsinin səbəbini soruşmuş, bu zaman sonuncunun mobil telefonuna zəng gəlmiş, Ülviyyə mobil telefonunu ondan gizlətməyə çalışmışdır. Ülviyyənin hərəkətlərindən əsəbləşdiyi üçün onunla mübahisə etmiş, avtomobil hərəkətdə olduğu zaman Ülviyyə qapını açaraq avtomobildən düşmək istəmiş, o, dərhal avtomobili saxlayaraq Ülviyyəyə yaxınlaşmış, qolundan bərk tutaraq avtomobilə mindirmişdir. Ülviyyənin halının pisləşdiyi görərək avtomobili hərəkət etdirmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən apteklərdən birindən sakitləşdirici alaraq Ülviyyəyə vermişdir. O, sakitləşməsi üçün Ülviyyəni bir müddət avtomobildə gəzdirdikdən sonra onu kirayə yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti, “Grandmarketin” yaxınlığında yerləşən mənzilə aparmış, daha sonra oradan uzaqlaşmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməmiş, ekspert rəyində göstərilən xəsarətləri Zərərçəkmiş şəxsnın hansı şəkildə alması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. 2015-ci ildə kirayə yaşadığı mənzildən köçərkən əşyaların daşınması üçün təqsirləndirilən şəxsin qardaşı Elnur Nağıyevdən köməklik istəmiş, həmin vaxt, əşyaları daşımaq üçün Təqsirləndirilən şəxs də onun olduğu mənzilə gəlmişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxslə olan münasibətləri dərinləşmiş, aralarında sevgi yaranmışdır. Təqsirləndirilən şəxs aralarında olan münasibət təxminən bir il davam etmiş, həmin müddət ərzində Elvin ondan dəfələrlə borc pul alaraq geri qaytarmamış, müxtəlif səbəblərə görə onunla mübahisə etmişdir. Elvinin hərəkətlərindən bezdiyi üçün onun atasına zəng edərək bu barədə məlumat vermiş, atası Ədalət Nağıyev Bakı şəhərinə gələrək Elvini yaşadıqları Tovuz rayonuna aparmışdır. Tovuz rayonunda olduğu müddət ərzində Elvin ona müxtəlif nömrələrdən zəng edərək barışmaq istədiyi bildirmiş, lakin, hər dəfəsində o, Elvinin zəng etdiyi nömrəli qara siyahıya salaraq onu narahat etməməsini bildirmişdir. 2022-ci ilin yanvar ayının 29-da Təqsirləndirilən şəxs Tovuz rayonundan Bakı şəhərinə gələrək onunla əlaqə saxlamış, artıq düzəldiyini, ona problemlər yaratmayacağını bildirərək onunla barışmaq istədiyini bildirmişdir. O, Elvinə inandığı üçün onunla barışmış, 2022-ci ilin noyabr ayınadək aralarında olan münasibət davam etmişdir. Həmin müddət ərzində Elvin onu qısqandığına görə dəfələrlə onunla mübahisə etmişdir. 09 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək sonuncu dəfə görüşməyi təklif edərək onu narahat etməyəcəyinə dair söz vermişdir. O, Elvinlə Q.Qarayev prospektində görüşmüş, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bakı-Olimpiya” stadionu istiqamətinə hərəkət etmişlər. Yolda olarkən Təqsirləndirilən şəxs ondan telefon zənglərinə cavab verməməsinin səbəbini soruşmuş və onun mobil telefonunu əlindən zorla almış, bu zaman onunla Elvin arasında mübahisə yaranmış, nəticədə, onun halı pisləşdiyi üçün avtomobil hərəkətdə olarkən avtomobilin qapısını açaraq özünü yerə atmağa cəhd göstərmiş, lakin, Elvin avtomobili dərhal dayandırmışdır. O, avtomobildən düşərək qaçmaq istəsə də, Təqsirləndirilən şəxs onun sinəsindən və sol qolundan tutaraq yumruq ilə sifət nahiyyəsinə iki dəfə zərbə vuraraq zorla onu avtomobilə əyləşdirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətində idarə edərək, aptekdən sakitləşdirici dərman almış, təxmini olaraq 10 dəqiqə sonra onun halının daha da pisləşdiyini görüb kirayə yaşadığı ünvana aparmışdır. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onların qohumudur. Təqsirləndirilən şəxs 2015-ci ildən etibarən onların yaşadığı mənzilə gəlib-getmişdir. 2022-ci ilin yanvar ayının 29-da Təqsirləndirilən şəxs Tovuz rayonundan Bakıya şəhərinə gələrək, həmin ilin noyabr ayınadək mütəmadi olaraq anası Zərərçəkmiş şəxs ilə görüşürmüşdür. Elvinin Nağıyev telefon zənglərinə anası cavab vermədiyi zaman Elvin onların yaşadığı ünvana gələrək, bəzi hallarda isə ona zəng edərək anasının harada olduğunu soruşmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda onların yaşadığı ünvana gələrək anası ilə mübahisə etmiş, anası evdə olmadığı vaxtlarda qapını döyərək uca səslə danışmış, bu hal qonşular tərəfində yaxşı qarşılanmamışdır. 09 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək anasının harada olduğunu soruşmuş, o, Elvinə bu barədə məlumatının olmadığını bildirmişdir. Bir müddət sonra binanın blokundan səs gəldiyini eşidərək evin giriş qapısını açaraq bloka çıxmış, anası ilə Elvinin binanın ikinci mərtəbəsində dayandıqlarını görmüşdür. Elvin ona səslənərək anası Ülviyyənin halını pisləşdiyini bildirmiş, dərman gətirməsini xahiş etmişdir. Anası mənzilə daxil olduqdan sonra ondan nə baş verdiyini soruşmuş, anası Elvinin onu döydüyünü bildirmişdir. O, Elvinə zəng edərək nə baş verdiyini soruşaraq geri qayıtmasını xahiş etmiş, lakin, Elvin geri qayıtmaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixdə anası evə gələrkən onun üzü, gözü və sol qolu qırmızımtıl rəngdə olmuş, ağlayaraq Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Cinayət işinin 21-22-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 12 noyabr 2022-ci il tarixli, 2626 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasında qansızma ilə müşayiət olunan sol gözün üst qapağının, döş qəfəsinin və sol bazunun qaçırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir. Cinayət işinin 74-75-ci vərəqələrində olan 14 fevral 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 28 yanvar 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs “…Mübahisə zamanı Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmədiyini, ekspert rəyində göstərilən xəsarətləri Zərərçəkmiş şəxsnın hansı şəkildə alması barədə məlumatı olmadığını...” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia, maddi sübutla və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Tovuz rayonunun hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-449/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-449/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver