Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-449/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, B.ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə ƏNnin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 04 ədəd bükümdə ümumi çəkisi 2,85 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 02 ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 1,267 qram olan ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 16 mart 2025-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində olan zaman özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkləri 0,91 qram, 0,90 qram, 0,83 qram, 0,21 qram, ümumi çəkisi 2,85 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,098 qram, 0,169 qram ümumi təmiz çəkiləri 1,267 qram olan xeyli miqdarda ağ rəngli kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetaminin, həmçinin həmin gödəkcənin sol yan cibindən üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 10 ilə yaxındır narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. O, 15 mart 2025-ci il tarixdə saat 23:30 radələrində şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almaq üçün Abşeron rayonu, Xırdalan şəhərinə getmiş, orada adını və anket məlumatlarını bilmədiyi şəxsdən 80 manat qarşılığında dörd ədəd bükümdə marixuana və iki ədəd bükümdə patını alaraq üzərində saxlamaqla daşımışdır. 16 mart 2025-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində piyada hərəkətdə olan zaman iki nəfər polis formasında olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslər Sabunçu Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları olmuşlar. O, üzərində şəxsiyyətini təsdiq edən sənədin olmaması, həmçinin üzərində narkotik vasitə və psixotrop maddə olması səbəbindən polis əməkdaşlarının suallarından yayındığı üçün özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmişdir. Polis şöbəsində barəsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə tutma prokolu tərtib edilmiş, daha sonra vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır.Həmin vaxt polis əməkdaşının xidməti otağında ondan üzərində qanunla daşınması və saxlanılması qadağan olunmuş əşyanın olub olmamasını soruşmuşlar, o isə üzərində qanunla daşınması qadağan olan əşya olmasını deyərək əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 04 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetamini və həmin gödəkcənin sol yan cibindən 01 ədəd elektron tərəzini masanın üzərinə qoyaraq təqdim etmişdir. O, təqdim etdiyi narkotik vasitə və psixotrop maddələri masanın üstünə qoymuş və bildirmişdir ki, həmin maddələri 15 mart 2025-ci il tarixdə saat 23:30 radələrində şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhərinə gedərək orada adını və anket məlumatlarını bilmədiyi şəxsdən 80 manat qarşılığında alaraq üzərində saxlamışdır. Ondan aşkar edilən 06 ədəd bükümə və elektron tərəziyə baxış keçirilmiş, zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O həm zərfi həm protokolu oxuyub tanış olduqdan sonra imzalamışdır.O narkotik vasitələrin satışı ilə məşğul olmur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, əvvəlcədən tanıdığı şəxsdən telefon əlaqəsi yaradaraq narkotik vasitə və psixotrop maddə metamfetamini almışdır. Danışıqlarına görə 4 qram marixuana, 1, 5 qram metamfetamin almış, əvəzində 80 manat pul ödəmişdir. Elə həmin bükümlərdə almışdır. Tərəzini qramını çəkmək üçün götürmüşdür. Aldığı şəxs ayrı ayrı bükümlərdə vermişdir, niyə elə verdiyini bilmir. Xırdalanda Orxan adlı şəxsdən almışdır, həmin məlumatları polisə vermişdir. Həmişə istədiyi qramı bir büküm olaraq almışdır, bu dəfə belə vermişdir.Adətən satan adamda tərəzi olur. Üzərindən aşkar olunan tərəzi ona məxsus olmuşdur. Arada olub ki, narkotik istifadəçisi olan dostlarına həmin narkotik vasitədən verib, bir yerdə istifadə etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Neymət oğlu ifadəsində göstərmişdir ki, hazırda Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsindədir. 16 mart 2025-ci il tarixdə saat 07 radələrində Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində xidmətdə olan zaman küçədə bir nəfər kişi cinsindən olan şəxsin özünü şübhəli apadığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edib, onunla bir qədər söhbət etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşduqda həmin şəxs özünü şübhəli aparmağa davam edərək üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirmiş, onlardan da yayınmağa çalışmışdır. Ona görə də, həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət etmişlər. Qeyd olunan şəxs onlarla birlikdə polis şöbəsinə getməyə etiraz etməmişdir. Onlar təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin onlar tərəfindən şöbəyə gətirilməsini bildirmişlər. Bundan sonra, həmin şəxslə birlikdə 12-ci Polis şöbəsinə getmişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan dəvət edilmiş vəkil gəlmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş və sonuncu bu barədə qəbul edilmiş qərarla tanış edilmişdir. Təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 04 ədəd bükülüdə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzini masanın üzərinə qoyaraq təqdim etmişdir. O, təqdim etdiyi 04 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd bükümdə ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamini, 15 mart 2025-ci il tarixdə saat 23:30 radələrində şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhərinə getmiş, orada adını və anket məlumatlarını bilmədiyi şəxsdən 80 manat qarşılığında alaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 ədəd bükümlər və 01 ədəd elektron tərəzi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da qablaşdırmanın üzərini və tərtib olunmuş protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 Neymət oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2025-ci il tarixdə, saat 07:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.9); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 16 mart 2025-ci il tarixdə saat 08:50 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində Sabunçu Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayıb 12-ci Polis şöbəsinə gətirərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman o əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 04 ədəd bükümdə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan narkotik vasitə qurudulmuş marixuananı, 02 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetamini və həmin gödəkcənin sol yan cibindən 01 ədəd elektron tərəzini 12-ci PŞ-nin xidməti otağında masanın üzərinə qoymaqla təqdim etmişdir(i.v.24-25); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 mart 2025-ci il tarixli 7/458 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs oğllunun üzərindən..” yazıları və imzalar olan kağız paketdəki 04 ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,91 qram, 0,90 qram, 0,83 qram, 0,21 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi -2, 85 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir(i.v.33-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 mart 2025-ci il tarixli 6/1131 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs oğllunun üzərindən aşkar edilərək götürülmüş maddə...» yazıları olan bir ədəd zərfin içərisində ümumilikdə 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,098 qram, 0,169 qram ümumi təmiz çəkiləri 1,267 qram olan ağ rəngli kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkibinə görə eyni olub psixotrop maddə-metamfetamindir. 01 (bir) ədəd tərəzinin üzərində psixotrop maddə-metamfetaminə məxsus izlər müəyyən edildi. Metamfetamin iz şəklində olduğu üçün təmiz çəkisini müəyyən etmək mümkün olmadı(i.v.37-41); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-129/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.79-84); Videodiskə «baxış keçirilməsi haqqında» 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, həmin görüntü 16 mart 2025-ci il tarixdə saat 08:50-də qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində xidməti iş otağıdır. Video görüntüdən müəyyən edilir ki, 12-ci PŞ-nin təhqiqatçısı, polis polkovnikleytenantı X3 şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 04 ədəd bükümdə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetamini və həmin gödəkcənin sol yan cibindən 01 ədəd elektron tərəzini masanın üzərinə qoyaraq təqdim etdi. O, təqdim etdiyi 04 ədəd bükümdə bitki mənşəli kütlə qurudulmuş marixuana və 02 ədəd bükümdə ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olundu. Təqsirləndirilən şəxs bildirdi ki, bükülülərin içərisindəki maddə “marixuana” və “metamfetamin”-i, 15 mart 2025-ci il tarixdə saat 23:30 radələrində şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhərinə gedərək, orada adını və anket məlumatlarını bilmədiyi şəxsdən 80 manat qarşılığında alaraq üzərində saxlamışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 04 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi zərfə qoyulur, möhürlənir və imzalarla təsdiq olunur(i.v.88); Maddi sübut kimi tanıma haqqında 18 mart 2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,91 qram, 0,90 qram, 0,83 qram, 0,21 qram, ümumi çəkisi 2, 85 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,098 qram, 0,169 qram ümumi təmiz çəkiləri 1,267 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmalı, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 2,65 qram narkotik vasitə marixuana, 1,067 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məsul saxlanı üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır(i.v.89-90); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Beyçayev X1 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 69.4-cü maddələrinə əsasən 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Lənkəran rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 221.3, 67.1, 69.3, 68.2-ci maddələrinə əsasən 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2021-ci ildə Lənkəran rayon məhkəməsinin qərarı ilə cəzası 320 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.9-cu bəndinə əsasən təyin olunmuç ictimai işlər cəzasından azad edilmişdir. Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 01 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitmişdir (i.v.101-103); Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin istifadəçisi, həmçinin satışı ilə məşğul olması barəsində əməliyyat məlumatı əldə edilmiş, lakin təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələri satmış olduğu şəxs və ya şəxslərin əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır(i.v.104); DVD diskə baxış keçirilməsi haqqında 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, 050 *** ** ** saylı mobil nömrə ilə bağlı daxil olmuş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır(i.v.119); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X4 X5 Komissiyasının xx.xx.2025-ci il tarixli 2093 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında F11.2 diaqnozu ilə dispenser qeydiyyatdadır(i.v.120-121); DVD diskə baxış keçirilməsi haqqında 21 may 2025-ci il tarixli protokoldan görünür ki, 070 *** ** ** saylı mobil nömrə ilə bağlı daxil olmuş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır(i.v.124); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bir ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, həmin video görüntü şəxsi axtarış və götürmə aparılması haqqında 30 oktyabr 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə istintaqı zamanı maddi sübut olan bir ədəd Redmi markalı mobil telefona baxış keçirilmiş, aşkar edilmiş yazışmaların mobil telefona baxış keçirilməsi haqqında 16 mart 2025-ci il tarixli protokola uyğun olduğu müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 01 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri 15 mart 2025-ci il tarixdə bükümlərlə almasına baxmayaraq nə üçün səhəri gün hamısını üzərində gəzdirdiyini izah edə bilməmişdir. Halbuki, əvvəllər dəfələrlə məhkum olunmuş şəxsin ümumilikdə 6 ədəd bükümdə olan narkotik vasitə və psixotrop maddəni, eləcə də elektron tərəzini üzərində gələcəkdə istifadə etməsi məqsədilə daşımasını məhkəmə inandırıcı hesab etmir. Eyni zamanda, Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar edilmiş elektron tərəzi ilə bağlı narkotik vasitə və psixotrop maddəni alarkən çəkmək üçün istifadə etdiyini göstərmişdir. Halbuki, verilmiş suallara cavab olaraq göstərmşdir ki, danışıqlarına görə 4 qram marixuana, 1, 5 qram metamfetamin almış, əvəzində 80 manat pul ödəmişdir. Elə həmin bükümlərdə almışdır. Aldığı şəxs ayrı ayrı bükümlərdə vermişdir, niyə elə verdiyini bilmir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs elektron tərəzini narkotik vasitə və psixotrop maddəni alarkən çəkmək üçün götürmüş olsa idi, ümumilkdə 6 ədəd bükümə sərf olunmuş kağızın narkotik vasitə və psixotrop maddənin qramına təsir etməsini nəzərə aldıqda, aldığı narkotik vasitə və psixotrop maddəni müxtəlif bükümlərdə deyil bir büküm şəklində almış olardı. Eyni zamanda Təqsirləndirilən şəxs aldığı narkotik vasitə və psixotrop maddəni elə bükümlərdə tərəziyə qoyduğunu göstərməsinə baxmayaraq, ekspertiza rəyinə əsasən ondan aşkar edilmiş elektron tərəzidə psixotrop maddə metamfetamin izləri aşkar edilmişdir ki, bu da onun ifadəsinin özünü müdafiə xarakterli ifadə olmasına dəlalət edir. Bundan başqa, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin istifadəçisi, həmçinin satışı ilə məşğul olması barəsində əməliyyat məlumatı əldə edilmiş, lakin təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələri satmış olduğu şəxs və ya şəxslərin əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, arada olub ki, narkotik istifadəçisi olan dostlarına həmin narkotik vasitədən verib, bir yerdə istifadə etmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs bu ifadəsi də narkotik vasitə və psixotrop maddələrin satılmasını təsdiq edən hal kimi qiymətləndirilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşka edilmiş narkotik vasitə və psixotrop maddələrin satış məqsədilə əldə edərək üzərində daşımasına dəlalət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,267 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cu qrafasına əsasən təmiz çəkisi 2,85 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarında hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir; Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngüləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Lənkəran rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, Lənkəran rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmləri üzrə olan məhkumluqları Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CMnin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərilən hökmlər üzrə məhkumluqları ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 16 mart 2025-ci il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübutlar - ilkin təmiz çəkisi 2,85 qram olan tədqiqatdan sonra qalıq qalan 2,65 qram narkotik vasitə qurudulmuş marixuana və ilkin təmiz çəkisi 1,267 qram olan tədqiqatdan sonra qalıq qalan 1,067 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli(CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 158 (yüz əlli səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq ilkin təmiz çəkisi 2,85 qram olan tədqiqatdan sonra qalıq qalan 2,65 qram narkotik vasitə qurudulmuş marixuana və ilkin təmiz çəkisi 1,267 qram olan tədqiqatdan sonra qalıq qalan 1,067 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 158 (yüz əlli səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-449/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-449/2025
20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver