Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-45/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X16 Rafiq oğlunun sədrliyi, X13 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1962-ci ildə İmişli rayonu, Oruclu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq küçəsi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1983-cü il ildə Gürcüstan Respublikası, Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında, özünü geniş imkanlara malik şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncunun qardaşının həyat yoldaşı X4 xəstəliklə bağlı pensiya düzəldəcəyinə dair yalan vəd verib, Təqsirləndirilən şəxs2 vasitəsi ilə 13 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən metronun “28 May” stansiyasının yaxınlığında 2500 manat miqdarda pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında, özünü geniş imkanlara malik şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncunun övladı üçün xəstəliklə bağlı pensiya düzəldəcəyinə dair yalan vəd verib, 2020-ci ilin iyun ayında Bakı şəhəri, Xətai rayonunda yerləşən metronun “Əhmədli” stanasiyasının yaxınlığıdakı “Yaşıl Ada” restoranında 2000 manat məbləğində pulu, 2020-ci ilin iyul ayında tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə ünvan 2 ünvanında 500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında, özünü geniş imkanlara malik şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edərək sonuncuya xəstəliklə bağlı pensiya düzəldəcəyinə dair yalan vəd verib, 14 mart 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun “Koroğlu” stanasiyasının yaxınlığında 2000 manat, 24 fevral 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə ünvan 3 ünvanda yerləşən “Dəniz” marketdə quraşdırılmış “E-Manat” elektron ödəmə sistemi ilə Zərərçəkmiş şəxs3 göndərməsi əsasında 2000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında, özünü geniş imkanlara malik şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edərək sonuncunun anası Gumandar adlı qadına xəstəliklə bağlı pensiya düzəldəcəyinə dair yalan vəd verib, 2020 ci ilin iyun ayının sonlarında tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Bravo” marketin yaxınlığında 2500 manat, 2021-ci ilin mart ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Bravo” marketin yaxınlığında 2000 manat və 2021-ci ilin sentyabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “AL” marketdə quraşdırılmış “Milli ÖN” elektron ödəmə sistemi ilə Zərərçəkmiş şəxs4 göndərməsi əsasında 4.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 8500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə özünü geniş imkanlara malik şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, sonuncunun həyat yoldaşının xəstəliyi ilə bağlı ona təqaüd düzəldəcəyinə dair yalan vəd verib, 2021-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyası, nömrəsiz evin yaxınlığında yerləşən kafedə Zərərçəkmiş şəxs5 1800 manat pul alaraq, zərərçəkmiş şəxsə 1800 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında, tanışı Təqsirləndirilən şəxs1 geniş imkanlara malik şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək sonuncunun qardaşının həyat yoldaşı X4 xəstəliklə bağlı təqaüd düzəldəcəyinə dair vəd verib, 13 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən metronun “28 May” stansiyasının yaxınlığında 2500 manat miqdarda pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında, tanışı Təqsirləndirilən şəxs1 geniş imkanlara malik şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun övladı üçün xəstəliklə bağlı təqaüd düzəldəcəyinə dair vəd verib, 2020-ci ilin iyun ayında Bakı şəhəri, Xətai rayonunda yerləşən metronun “Əhmədli” stanasiyasının yaxınlığıdakı “Yaşıl Ada” restoranında 2000 manat məbləğində pulu, 2020-ci ilin iyul ayında ünvan 4 ünvanında 500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bır qrup şəxs halında, tanışı Təqsirləndirilən şəxs1 geniş imkanlara malik şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək sonuncuya xəstəliklə bağlı təqaüd düzəldəcəyinə dair vəd verib, 14 mart 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun “Koroğlu” stanasiyasının yaxınlığında 2000 manat, 24 fevral 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Dəniz” marketdə quraşdırılmış “E- Manat” elektron ödəmə sistemi ilə Zərərçəkmiş şəxs3 göndərməsi əsasında 2000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında, tanışı Təqsirləndirilən şəxs1 geniş imkanlara malik şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək sonuncunun anası Qumandar adlı qadına xəstəliklə bağlı təqaüd düzəldəcəyinə dair vəd verib 2020-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Xətai rayonunda yerləşən “Bravo” marketin yaxınlığında 2500 manat, 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonunda yerləşən “Bravo” marketin yaxınlığında 2000 manat və 2021-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “AL” marketdə quraşdırılmış “Milli ÖN” elektron ödəmə sistemi ilə Zərərçəkmiş şəxs4 göndərməsi əsasında 4.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 8500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2020-ci ilin axırlarından tanıyır. Onu Rabil adlı dostu tanış edib. Sevinclə görüşərkən o, bəzi tanışlarının təqaüd almalarında köməklik göstərməsini ondan xahiş etmişdir. Çünki, Sevinci tanımamışdan öncə, bəzi qohumlarına təqaüd düzəldilməsində köməklik göstərmişdir. Bu səbəbdən Sevincə imkan daxilində köməklik göstərəcəyini bildirmişdir. Bu minvalla Sevinc ona, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 anasına, Zərərçəkmiş şəxs1 övladına xəstəliklə bağlı təqaüdlərin alınmasında köməklik etməsini bildirmiş, o da razılıq vermişdir. Nəticədə həmin şəxsləri Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən xəstəxanalarda müayinələrdən keçirmişdir. Zərərçəkmiş şəxs3 onunla Sevinc tanış etmişdir ki, həmin şəxsin xəstəliyi ilə bağlı təqaüd almasında kömək etsin. Bu səbəbdən Tubunu Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən Psixi sağlamlıq mərkəzinə və Buzovnada yerləşən poliklinikaya, eləcə də Mərdəkanda yerləşən poliklinikaya apararaq müayinələrdən keçirtmişdir. Həmçinin, Buzovnada görüşərək Tubu ilə bu mövzuda söhbətlər də aparmış, lakin Sevincdən Tubuya köməklik etmək məqsədilə cəmi 400 manat pul almışdır. Həmin pulu ünvan baxımdan harada aldığını xatırlamır. Həmin pulu Tubunu xəstəxanalara aparmaq müqabilində almışdır. Sevincin aldığı 4000 manat puldan məlumatsızdır. Zərərçəkmiş şəxs1 Zakir qızı ilə Sevincin vasitəsilə tanış olmuş, Xəyaləyə köməklik edəcəyinə dair söz vermiş, bu səbəbdən Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında “Yaşıl Ada” adlı restoranda görüşərək bu barədə söhbətləşmişlər. Söhbət əsanasında Xəyaləyə övladı üçün təqaüd düzəldilməsində köməklik edəcəyini bildirmiş, həmin vaxt Xəyalə ona 2000 manat məbləğində pul vermişdir. Lakin geri qalan 500 manat məbləğində pulu Xəyalədən, yaxud Sevincdən götürməmişdir. Həmin 2000 manatı aldıqdan sonra Xəyalənin övladı üçün təqaüd alınmasını həll edə bilmədiyini görüb Xətai RPİ-nin İŞ-də aparılan araşdırma zamanı geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 tanımır, onu ilk dəfə Xəzər RPİ-nin İŞ-də görmüşdür. Sevincin Arifdən hansı məbləğdə pul almasından xəbərsizdir, Sevinc ona Arif üçün və yaxud qardaşının həyat yoldaşına təqaüd düzəldilməsi adı ilə hər hansı məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs4 ilə onu Sevinc tanış edib, Sevinc ondan Arzunun anası Qumandara təqaüd almasında köməklik etməsini istəmiş, o da köməklik edəcəyini bildirmiş, nəticədə Qumandarı 3 saylı Sabunçu Xəstəxanasında müayinədən keçirtmiş, həmin xəstəxanada Arzu ona cəmi 200 manat pul vermişdir. Lakin ondan 8500 manat pul almamışdır. Bundan başqa Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib, sonuncunun həyat yoldaşının xəstəliyi ilə bağlı ona təqaüd düzəldəcəyinə dair yalan vəd vermiş və 2021-ci ilin avqust ayında Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyası, nömrəsiz evin yaxınlığında yerləşən kafedə Zərərçəkmiş şəxs5 1800 manat pul almışdır. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayında qonşuluğunda yaşayan Pərvanə adlı şəxslə söhbətləşən zaman o, qardaşının və tanışlarının təqaüd düzəldə biləcəyi barədə məlumat vermişdir. 10 ilə yaxın müddətdir ki, Pərvanəni tanıyır. Bunun ardınca isə Pərvanədən ona kömək etməsini bildirmişdir. Bir neçə gün sonra Pərvanə onu öz evlərinə çağırmış, evə gələrkən onun qardaşı Orxanla oturduğunu görmüşdür. Orxanla tanış olmuş. Orxan dostları olan Rabil və Əlizadə adlı şəxslərlə birlikdə təqaüd düzəldə biləcəyini demişdir. Bu minvalla, Orxan ona Rabilin nömrəsini vermişdir. Həmin vaxt dərhal Rabilə zəng etmiş, ona nömrəsinin Orxanın verdiyini demiş, növbəti gün saat 10 radələrində hazırda adını xatırlamadığı tanışı ilə həmin xəstəxanaya gəlmişdir. Orada Rabil və Əlizadə ilə görüşmüş, onlara 800 manat pulu vermişdir. İşi alınmadığı üçün sonradan həmin pulu Rabil və Əlizadədən geri almışdır. 2019-cu ilin sonlarında bacısı ilə rəfiqəlik etdiyi Ariflə söhbətləşən zaman o, qardaşının həyat yoldaşı Hədiyyənin onkoloji xəstə olduğunu bildirmişdir. 13 yanvar 2020-ci il tarixdə “28 may” metrostansiyasının yaxınlığında, Dəmiryol vağzalının yanında Ariflə görüş zamanı Arif tələsdiyi üçün 2500 manat pul vermiş, növbəti gün Əlizadə ilə əlaqə saxlamış, onunla Xətai rayonunda yerləşən “Yaşıl ada” adlı kafedə görüşmüş, həmin pulun hamısını Əlizadəyə vermişdir. Zərərçəkmiş şəxs3 ortaq tanışları vasitəsi ilə tanımışdır. Tubu ona zəng vuraraq təqaüd düzəldən tanışlarının olub-olmamasını soruşduqda, Orxan, Əlizadə və Rabil barədə ona məlumat vermişdir. Bu zaman Tubu da öz xəstəliyi ilə təqaüd almaq istədiyini bildirmişdir O, öz növbəsində Əlizadə ilə əlaqə saxlamış, ondan Tubuya təqaüd düzəldə bilməsi barədə soruşmuş, Əlizadə də bu işi həll edəcəyini bildirmiş, ilkin 2000 manat məbləğində pul lazım olduğunu demişdir. Bu barədə Tubuya məlumat vermiş, o, razılaşaraq 2020-ci ilin 14 mart tarixində metronun “Koroğlu” stansiyasının yaxınlığında onunla görüşərək 2000 manat pulu ona vermişdir. O, həmin pulu metronun “Əhmədli” stanasiyasının yaxınlığındakı “Yaşıl Ada” adlı restoranda görüşərək Əlizadəyə vermişdir. Əlizadə Tubunu bir neçə xəstəxana və poliklinikada müayinələrdən keçmiş, 2021-ci ilin fevral ayında Əlizadə ona Tubunun təqaüd məsələsinin həlli üçün əlavə 2000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. O, bunu Tubuya bildirmiş, sonuncu razılaşmışdır. xx.xx.2021-cı il tarixdə Tubu onun “Acsess bank” kartına 2000 manat məbləğində pulu göndərmişdir ki, Əlizadəyə çatdırsın. O da pulu aparatdan çıxardıb, “Yaşıl Ada” kafesinə gəlib Əlizadəyə vermiş və zəng edib bu barədə Tubuya məlumat vermişdir. Əlizadə Hədiyyə və Tubunu “Montin”də yerləşən psixi sağlamlıq mərkəzində müayinələrdən keçirmişdir. 2020-ci ilin iyun ayında Əlizadə ona zəng edib 3 saylı xəstəxanada aşpaz köməkçisi vəzifəsinə işə və təqaüd düzəldəcəyini, ayda 330 manat dəyərində təqaüd alacağını bildirmişdir. Bunun müqabilində Əlizadəyə 8300 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 uzun müddətdir tanıyır. Belə ki, Xəyalə onunla qonşuluğunda yaşayır. 2020-ci ilin iyun ayında Xəyalə ilə söhbətləşən zaman övladının dizlərində xəstəlik olmasını bildirmişdir. Bu zaman Xəyaləyə Əlizadə adlı şəxsin xəstəliklə bağlı təqaüd düzəldə bilməsini və özünün də xəstəliyi ilə bağlı təqaüd ala bilməsi üçün Əlizadəyə pul verdiyini bildirmişdir. Bu zaman Xəyalə də övladı üçün təqaüd almaq istədiyini ona bildirmişdir. Bu minvalla, 2020-ci ilin iyun ayında o, Xəyalə və Əlizadə Bakı şəhəri, metronun “Əhmədli” stanasiyasının yaxınlığında yerləşən “Yaşıl Ada” adlı restoranda görüşmüş və görüş zamanı Əlizadə bir neçə sənədləri Xəyaləyə təqdim edərək övladı üçün təqaüd düzəldəcəyini bildirmişdir. Bunun üçün Xəyalədən 2500 manat məbləğində pul istəmişlər, Xəyalə razılaşmış, 2000 manat pulu qeyd olunan yerdə və vaxtda Əlizadəyə vermişdir. Geri qalan 500 manat pulu isə sonradan verəcəyini bildirmişdir. Əlizadə də razılaşmışdır. 2020-ci ilin iyul ayında Əlizadə ona zəng vuraraq həkim sənədlərini almaq üçün geri qalan 500 manat pulun lazım olduğunu bildirmişdir. O da öz növbəsində bunu Xəyaləyə bildirmiş və Xəyalənin işi olduğu üçün həmin pulu Əlizadəyə çatdırmasını xahiş etmişdir. Xəyalə 500 manat pulu yaşadığı ünvanda ona, o isə həmin pulu “Zərifə” parkında Əlizadə ilə görüşərək ona vermişdir. Pulu verdikdən sonra Xəyaləyə bu barədə məlumat vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 uzun müddətdir tanıyır. Arzunun anası Qumandar eplepsiya xəstəliyindən əziyyət çəkirmiş. O da Əlizadə adlı tanışının xəstəliklə bağlı təqaüd düzəldə biləcəyini Arzuya bildirmiş, Arzu bununla razılaşmış və 2020-ci ilin iyun ayında “Əhmədli” metrostansiyasının yaxınlığında o, Arzu və Əlizadə görüşmüşlər. Görüş zamanı Əlizadə Qumandara xəstəliklə bağlı təqaüd təşkil edəcəyinə vəd vermiş və görüş zamanı Arzu Əlizadəyə 2000 manat məbləğində pulu vermişdir, 500 manatı isə ona vermişdir ki, Orxana versin. Orxanla görüşüb pulu ona vermişdir. Bundan sonra Əlizadə Arzunun anası Qumandarı xəstəxanada müayinələrdən keçirtmiş, 2021-cı ilin mart ayında “Əhmədli” metrostansiyasının yaxınlığında o, Arzu və Əlizadə görüşmüş və həmin yerdə Arzu Əlizadəyə əlavə 2000 manat məbləğində pulu işin həll olunması üçün vermişdir. Sonda 2021-ci ilin sentyabr ayında Arzu onun kart hesabına 4000 manat pulu göndərmişdir ki, Əlizadəyə çatdırsın. O, həmin pulu “Əhmədli” metrosunun yaxınlığında olan dayancağın yanında Əlizadəyə əlbəəl vermişdir. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək, barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sevinc adlı şəxsi uzun müddətdir ki, tanıyır. Belə ki, onunla Nərimanov rayonu, Keşlə qəsəbəsində yerləşən kafelərin birində tanış olub, söhbət əsnasında o, pul müqabilində təqaüd düzəldə bildiyini bildirmişdir. Həmin vaxt bir-birinin nömrəsini götürmüşlər. Qardaşının həyat yoldaşının onkoloji xəstəliyi olmuş, lakin xəstəliyi ilə bağlı heç bir təqaüd almırmış. Qardaşı yoldaşının müalicəsi üçün bugünədək xeyli miqdarda vəsait xərcləmişdir. Bu minvalla, 2019-cu ilin sentabr ayında Sevinc adlı şəxslə söhbətləşən zaman Sevinc ona Əlizadə adlı tanışı vasitəsi ilə qardaşının həyat yoldaşına təqaüd düzəldə biləcəyi barədə bildirmişdir. Hətta Sevinc özünün də Əlizadəyə eyni məsələ ilə bağlı pul verməsinə onu inandırmışdır. Nəticədə Sevinci tanıdığından ona inanıb qardaşının həyat yoldaşına təqaüd düzəlməsi barədə razılaşmışdır. Bu minvalla, 13 yanvar 2020-ci il tarixdə “28 may” metrosunun yaxınlığında Sevinclə görüşmüş və Sevinc onun yanında adının Əlizadə olduğunu dediyi şəxslə əlaqə saxlamış və təqaüdün alınması üçün telefondakı şəxs 2500 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Sevinc o qədər inandırıcı danışmışdır ki, hətta dilindən kağız verməyi belə təklif etmişdir, lakin aralarında olan münasibətə görə utanmış, həmin sənədi almamışdır. Belə ki, Sevinc ona həmin puldan əmək kitabçasına görə 500 manatının Orxana, 2000 manatın isə Əlizadəyə çatmalı olduğunu bildirmişdir. O, Sevinclə razılaşmış və 2500 manat məbləğində pulu qeyd olunan yerdə və vaxtda Sevincə vermişdir ki, həmin pulu Orxan və Əlizadəyə çatdıraraq təqaüd işini həll etsin. Həmin vaxtdan xeyli müddət keçmiş, işin həll olmadığını görüb Sevinclə əlaqə saxlamış, işin nə üçün alınmadığını soruşmuş, Sevinc boş-boş vədlər verməyə çalışmış, həmin vaxt şikayət etməsinin qarşısını almışdır. Bir müddət sonra Sevinclə əlaqə saxlayaraq işin həll olmayacağını görüb pulunu geri istəmiş, Sevinc pulunu alacağını bildirsə də, sonradan Sevinci axtarsa da, tapa bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Sevinc Əlizadəyə öz işi ilə bağlı hər hansı miqdarda pul verməyib, sadəcə olaraq onu inandırmaq üçün rola girirmiş. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, həyat yoldaşı səhhəti ilə bağlı təqaüd alırmış, lakin növbəti yoxlama vaxtı komissiyadan keçə bilmədiyi təqdirdə təqaüd verilməsi dayandırılacaqmış. Adam axtarırmış ki, məsələsini həll etsin. Pirşağı qəsəbəsində yerləşən 36 nömrəli poliklinikaya gedib-gələrkən sonradan adının Əlizadə olduğunu bildiyi şəxsi tez-tez xəstəxananın həyətində görürmüş. 2021-ci ilin yay aylarında poliklinikanın həyətində oturacaqda oturmuş, bu zaman Əlizadənin telefonla danışdığını eşitmişdir. Yaxın olduğu üçün danışıqlara qulaq asmış, Əlizadə telefonla danışarkən, dəstəyin o biri tərəfində danışdığı şəxsə “Nə vaxt görmüsən ki, mənim hansısa işim alınmaya, hansısa işi yarımçıq qoyum, pensiya düzəltmək mənim əlimdə iki vur ikidir, narahat olmayan” bu tip söhbətlər deyirmiş. Daha sonra Əlizadə gəlib yanında əyləşmiş, ona təqaüdlə bağlı bəzi suallar vermiş, kömək edə biləcəyini soruşmuşdur. Əlizadə isə cavabında bu işlərin onluq olduğunu demişdir. Növbəti dəfə üçün həftənin şənbə gününə poliklinikanın həyətində görüş təyin etmişlər. Əlizadə həyat yoldaşının xəstəliyi ilə bağlı sənədləri gətirməyini tapşırmışdır. Şənbə günü sənədlərlə birlikdə poliklinikanın həyətində Əlizadə ilə görüşmüş sənədlərə baxmış, vəsiqəni və sənədləri götürmüş, bir-birinə nömrə vermişlər. Bir neçə gün sonra Əlizadəyə zəng edib ondan həyat yoldaşının vəsiqəsinin lazım olduğunu demiş, yenidən vaxt təyin etmiş, poliknıkanın həyətində görüşmüş, vəsiqəni ona qaytarmış, Əlizadə təqdim etdiyi sənədlər əsasında təqaüd düzəldə biləcəyini demişdir. İlkin olaraq 4000 manat istəmiş, 3800 manata razılaşmışlar. Həmçinin, həmin məbləğin 2000 manatını qabaqcadan, qalan 1800 manatın isə iş tam düzəldikdən sonra verməli olduğunu demiş, onunla razılaşmışdır. Aradan bir müddət keçmiş, Əlizadə ona zəng etmiş, pulu verməli olduğunu demişdir. O da yaşadığı ünvanın yaxınlığında onunla görüş təyin etmiş, 1800 manat pul götürüb, onunla görüşmüş, çay içmiş, pulu vermək istəyərkən, o həyətdən içəriyə keçmiş, sonradan ona bəlli olmuşdur ki, ətrafdakı şəxslər görməsin deyə Əlizadə pulu çayxananın həyətində deyil, içərisində almışdır. Bir müddət sonra həftənin bazar günü, Əlizadə ona zəng etmiş, yoldaşı ilə birlikdə Nərimanovda yerləşən 5 nömrəli xəstəxanaya gəlməli olduqlarını bildirmiş, bazar günü olduğunu, xəstəxananın işləmədiyini desə də, Əlizadə narahat olmamağını bildirmişdir. Xəstəxanaya çatdıqda bir neçə dəqiqə sonra bir nəfər oğlan ona yaxınlaşıb “Əlizadənin adamı sizsinizmi” deyə soruşmuş, o da təsdiqləmişdir. O, 5 nömrəli xəstəxananın arxa tərəfindən içəri girmiş, otaqların birinə salmışlar. Otaqda bir nəfər ağ xalatlı qadın, həyat yoldaşının başını aparata salmış, ödəniş istəmiş, o isə pulu Əlizadəyə verdiyini demiş, onları həyətdən içəri dəvət edən oğlan pula ehtiyac olmadığını, “ödəniş bizlikdir” deyə cavab vermişdir. Həyətə çıxarkən Əlizadəni həyətdə görmüş, biraz söhbətləşmiş, “başına oyun açmamasını” xahiş etmişdir. Ara bir Əlizadəyə zəng etmiş, Əlizadə narahat olmamağı bildirmişdir. Noyabr ayında komissiyanın vaxtı çatdığından Əlizadəyə dəfələrlə zəng etsə də, ona zəng çatmamışdır. Sonda Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində (videokonfrans vasitəsi ilə) dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır, onunla qonşu olub. 2020-ci ilin yay aylarında (təxmini iyun ayında) Sevincin yaşadığı ünvanda söhbətləşən zaman övladının dizlərində xəstəliyinin olmasını bildirmişdir. Sevinc isə bu zaman tanışı olan Əlizadə adlı şəxslə birlikdə xəstəliklə bağlı təqaüdlərin təşkil edilməsini bacardıqlarını bildirmişdir. Hətta Sevinc ona özünün xəstəliyi ilə bağlı təqaüdün alınması üçün Əlizadəyə pul verdiyini də bildirmişdir. Bu sözdən sonra Sevincə inamı yaranmış, bu zaman Sevincə Əlizadə ilə əlaqə saxlayıb övladı üçün təqaüd təşkil edə bilməsini xahiş etmişdir. Sevinc onun yanında Əlizadəyə zəng vuraraq telefonu mikrafona qoymuş, məsələ barədə ona məlumat vermiş, Əlizadə bu işin həyata keçməsi üçün 2500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, razılaşmış, bu minvalla 2020-ci ilin iyun ayında o, Sevinc və Əlizadə ilə “Əhmədli” metrostansıyasının yaxınlığında olan “Yaşıl Ada” restoranında görüşmüşlər. Görüş zamanı Əlizadə müxtəlif sənədlər, şəkillər göstərərək, bu şəxslərə təqaüd düzəltdiyinə inandırmış, övladının hansı xəstəlikdən əziyyət çəkdiyini soruşmuş, təqaüdün 220 manat məbləğində olmasını bildirmişdir. Qeyd olunan işi həyata keçirmək üçün 1 il müddətin lazım olacağını ona bildirmişdir. Həmçinin, Sevinc də Əlizadə ilə birlikdə olarkən, Əlizadənin işi həll edəcəyinə onu inandırmış, ilkin olaraq 2000 manat məbləğində pulu həmin gün, yəni 2020-ci ilin iyun ayında Sevincin iştirakı ilə Əlizadəyə vermişdir. Əlizadə zəruri olan sənədləri alacağını, xəbər edəcəyi vaxt isə övladının 6 ədəd şəklini, xəstəxanadan arayış və əlavə 500 manat verməli olduğunu bildirmişdir. Bundan sonra o, mütəmadi olaraq Əlizadə ilə əlaqə saxlayaraq işin hansı yerdə olması barədə maraqlanmış, Əlizadə narahat olmamasını bildirmişdir. 2020-ci ilin iyul ayında Sevinc zəng edərək Əlizadənin geri qalan 500 manat pulun hazırda lazımı olduğunu bildirməsini demiş, işdə olduğundan 500 manat pulu və övladının 6 ədəd şəklini və arayışı Sevincin yaşadığı Xətai rayonu, Zığ şossesi, ev 40, mənzil 93 ünvanında Sevincə vermiş, həmin gün Sevinc ona zəng edərək 500 manat pulu Əlizadəyə çatdırmasını bildirmişdir. Əlizadə ilə telefonda danışarkən, 500 manat pulu almasını təsdiq etmişdir. Xətai RPİ-də aparılan araşdırma zamanı Əlizadə dəymiş 2500 manat maddi ziyanın 2000 manatını ödəmiş, qalan 500 manat pulu isə məhkəmə dövründə ödəmişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayında ortaq tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs2 tanımışdır, əldə etdiyi məlumata görə Sevinc tanışları vasitəsi ilə pensiya düzəldə bilirmiş. Bu minvalla, o, Sevincin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayaraq ona xəstəliyi ilə əlaqədar pensiya düzəldə biləcəyi barədə söhbətləşmiş, söhbət əsnasında Sevinc Əlizadə ilə birlikdə pensiya işini təşkil edə bilməsini, özünün də Əlizadəyə pul verdiyini bildirmişdir. Bundan sonra Sevincdən ona pensiya düzəltməsini istəmiş, Sevinc həmin iş üçün ümumilikdə 4000 manat lazım olduğunu, ilkin olaraq 2000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. O, həmin pulu kimə verəcəyini soruşduqda Sevinc pulu Əlizadəyə verəcəyini bildirmiş, özünün Əlizadə ilə görüşməyinə mane olaraq, pulu özünün verəcəyini bildirmişdir. O, Sevinclə razılaşmış və 14 mart 2020ci il tarixdə “Koroğlu” metrostansiyasının yaxınlığında onunla görüşmüşdür. Görüş zamanı Sevinc ona bildirmişdir ki, verəcəyi 2000 manat nağd pulu Sevinc tanışlarına verəcək və adları Rabil, Orxan və Əlizadə olan şəxslər ona pensiya düzəldəcəklər. Həmçinin, Sevinc ona yaxın günlərdə tibbi müayinədən keçiriləcəyi barədə məlumat vermişdir. Qeyd olunan tarixdə və yerdə o, Sevincə 2000 manat məbləğində pulu nağda şəkildə vermiş, həmin gündən təxminən 2 həftə sonra Sevinc onunla əlaqə saxlayaraq pensiya düzəldəcək Əlizadə və Rabil adlı şəxslərlə “Montin”də yerləşən Psixi sağlamlıq mərkəzində görüşməli olacağını bildirmişdir. Bu minvalla, o, Sevinc, Əlizadə və Rabil qeyd olunan yerdə görüşmüşlər. Həmin yerdə o, müayinə olunmuş və müayinə sənədləri ona verilmişdir. Ardınca Əlizadə ona sonradan yenidən tibbi sənədlər lazım olacağını və yaşadığı ünvana gələrək ətraflı məlumat verəcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra Əlizadə ilə Buzovnada yerləşən poliklinikaya gəlmiş və həmin yerdə söhbətləşmiş, Əlizadə ona bir neçə aya pensiya kartını alacağını və bu vaxtlarda bir neçə sənədləri toplamalı olacağını bildirmiş, onunla razılaşmışdır. Əlizadə ilə hər görüşdən sonra Sevincə ya mobil nömrə ilə ya da, ev telefonu ilə danışıb baş verənləri bildirmiş, Sevinc də hər dəfə ona narahat olmamağını bildirmişdir. Bundan sonra Əlizadə ilə bır neçə tibb müəssisəsinə, Mərdəkanda yerləşən 26 saylı poliklinikaya, orada Şimal Dres deyilən yerdə olan poliklinikaya getmiş, orada onu həkim xalatı geyinmiş, adlarını xatırlamadığı həkimlər qəbul edib dinləsələr də, onu müayinə etməmişlər. Daha sonra sağollaşıb evə getmiş, Əlizadə isə “Qaraçuxur” qəsəbəsində yerləşən hazırda adını xatırlamadığı hospitala gedəcəyini demişdir. Həmin gün axşam Əlizadəyə zəng etmiş o, hələ sənədi almadığını, səhər alacağını demişdir. 2021-ci ilin fevral ayında Sevinc onunla əlaqə saxlayaraq qalıq 2000 manat pul lazım olduğunu bildirmiş, pensiya işinin həll olması üçün lazım olduğunu söyləmişdir. Bu zaman o, yenə də razılaşmış və 24 fevral 2021-ci il tarixdə Sevincin ona göndərdiyi kart hesabına 2000 manat məbləğində pulu Buzovna qəsəbəsində yerləşən “Dəniz” adlı marketdəki post terminal aparatı vasitəsi ilə göndərmişdir. Bundan sonra Sevinc ondan əlavə olaraq iş stajı yazmaq üçün əmək kitabçasını istəmişdir. Həmçinin həmin əmək kitabçasında iş stajını əlavə edəcək şəxsin Orxan adlı şəxsin olmasını qeyd etmişdir. Bir neçə gün sonra Sevinclə “Koroğlu” metrosunun yaxınlığında görüşüb əmək kitabçasını ona vermiş, sonra ona bəlli olmuşdur ki, əmək kitabçası Sevincin özündədir, özündən təkidlə tələb etmiş, evində dolabda olduğunu bildirmiş, gətirib qaytarmışdır. Sonradan Sevinc və Əlizadə ilə əlaqə saxlamaq istəsə də, əlaqə saxlaya bilməmiş, işi alınmadığı üçün Sevincə şikayət edəcəyini bildirəndə, o hər dəfə buna mane olmuşdur. Sonda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 5 il olar ki, Təqsirləndirilən şəxs2 tanıyır. X2 təqaüd düzəltmək istəyirmiş. 2020-ci ilin iyun ayının əvvəllərində Sevinc ilə telefonla danışarkən anasının xəstəliyi ilə bağlı ona təqaüd düzəltməyin mümkün olub-olmadığını soruşmuş, o isə Əlizadə adlı şəxsin bunu bacardığını demiş, hətta özünün də Əlizadəyə təqaüd düzəldilməsi üçün pul verdiyini bildirmişdir. Həmçinin Sevinc ona Rabil və Orxan adlı şəxslərin əmək kitabçasına əlavə 500 manat müqabilində artıq staj yazmasını da bildimişdir. Sevincin bu təklifi diqqətini çəkmiş, Sevincdən Əlizadənin nömrəsini alıb danışmışdır. Əlizadə ona telefonda bildirmişdir ki, lazım olacaq məbləği Sevinc ona deyəcək. Sevincdən soruşduqda o, anasını çox gediş-gəlişə salmamaq şərti ilə ümumilikdə 8500 manata anasına təqaüd düzəldə biləcəyini demişlər. Bundan sonra 2020-ci ilin iyun ayının sonlarında o, Əlizadə və Sevinc “Əhmədli”də yerləşən “Bravo” marketin yaxınlığında görüşmüşlər. Orada ilkin olaraq əlbəəl Əlizadənin yanında 2500 manatı Sevincə vermiş, Sevinc həmin pulu sayıb yanında Əlizadəyə vermiş, Əlizadə bir neçə ay gözləmək lazım olduğunu demişdir. Onlardan ayrılan zaman Sevinc həmin vaxt orada qalmış, başqa yerə gedəcəyini bildirmiş, ona sonradan bəlli olmuşdur ki, Əlizadə ilə Sevinc onu yola salıb, verdiyi pulu öz aralarında bölüblər. Daha sonra Əlizadə ilə əlaqə saxlasa da, pandemiya və müharibə başladığı üçün işinin bir qədər yubandığını demiş, ikinci dəfə 2021-ci ilin mart ayının əvvəllərində yenə Əhmədli qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığında Sevinc o və Əlizadə görüşmüşlər. Əlizadə və Sevinc işin alınmamasında onu günahlandırıb pulu tam vermədiyinə görə məsələni həll edə bilmədiklərini demişdir. Həmin vaxt o, yenidən 2.000 manat pulu Sevincə, o da öz növbəsində yanında Əlizadəyə vermişdir. Əlizadə səbrli olmasını və bir neçə aya işi düzəldəcəyini demiş, həmçinin, Sevinc də ona səbrli olmağı, Əlizadənin söz verdiyi bütün şəxslərin işlərini həll etdiyini bildirmiş, onu təkidlə inandırmışdır. Bundan sonra 2021-ci ilin sentyabr ayının əvvəllərində Əlizadə ilə telefonda danışarkən o, bildirmişdir ki, artıq işi yekunlaşdırır və əlavə olaraq 4000 manat da pul istəmişdir. Onunla görüşə bilməyəcəyini, lakin pulu onlayn qaydada ata biləcəyini demişdir. O, pulu Sevincin “Akses bank”dan olan kartına ata biləcəyini məsləhət bilmişdir. O, da Sevincə zəng edərək məsələni ona bildirmiş və kartının şəklini ona göndərməsini xahiş etmişdir. Sevinc də kartının şəklini ona atmış, kartın şəklini əldə etdikdən sonra o, Ramana qəsəbəsində “AL” marketin içərisində olan “Milli ön” ödəmə terminalı vasitəsilə Sevincin kartına 4.000 manat pul göndərmişdir. Təxminən bir aydan sonra Əlizadəni bezdirdiyi üçün onu Qaraçuxur qəsəbəsində yerləşən hazırda adını dəqiq xatırlaya bilmədiyi hospitala aparıb guya anasını həkim müayinəsindən keçirəcəkmiş. Anası ilə hospitalın qarşısına gələrkən Əlizadənin yanında Sevinci də görmüş, əmin olmuşdur ki, Sevinclə Əlizadə əlbirdirlər. Anası ilə hospitalın qabağına çatan zaman Əlizadə ilə Sevinc onları qarşılayıb analizin cavabını götürdüklərini bildirmişlər, əlində guya epikriz olan sənədi göstərmiş, anasına aid olduğunu demiş, lakin sənədi ona verməmişdir. Əlizadə ona təklif etmişdir ki, anasının qeydiyyatda olduğu poliklinikaya yaxınlaşıb nevropatoloqdan epilepsiya xəstəsi olması barədə arayış alsın. Birlikdə Zabrat qəsəbəsində, 81 nömrəli məktəbin yaxınlığında yerləşən poliklinikaya getmiş, anası ilə Əlizadə içəri girmiş, 10-15 dəqiqə sonra bayıra çıxmışlar. Anasından içəridə nə baş verdiyin soruşduqda, o, Əlizadənin nevropotoloqa 20 manat verdiyini, arayış aldığını demiş, lakin Əlizadə ona hər hansı sənəd verməmişdir. Əlizadə arayışı və poliklinikada olan anasının tibbi kartoçkasını götürmüş və bütün sənədlərin toplandığını, yığılaraq “DOST” fonduna veriləcəyini bildirmişdir. Bundan 1 ay sonra ona bir neçə dəfə zəng edən zaman Əlizadə müxtəlif bəhanələr gətirərək hələlik işin alınmadığını, lakin səbrli olmağını bildirmişdir. Daha sonra isə Əlizadə ümumiyyətlə telefonlarına cavab verməmişdir. 2021-ci ilin noyabr ayında Əlizadəyə dəfələrlə zəng etmiş, o zənglərə cavab verərək əlavə 200 manat istəmiş, guya anasının Sabunçu xəstəxanasında yatmalı olduğunu bildirmiş, anası ilə birlikdə 3 saylı Sabunçu xəstəxanasının qarşısına gəlmiş, Əlizadəyə 200 manat yenidən pul vermişdir. O, anasına aid arayışı alıb içəri girmiş, daha sonra bayıra çıxmış, 2 gün sonra xəbər edəcəyini demiş, lakin anası xəstəxanada yatmamışdır. Sonda Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə bacısı qonşudur. Özü hərbidən təxris olunmuş, lakin təqaüd almır. Bacısıgilə gediş-gəliş zamanı Sevinci tanıyıb. Həmin ərəfələrdə təqaüd almağın yollarını axtarırmış. Bacısıgildə söhbət əsnasında Sevinc ona bildirmişdir ki, 3000 manat müqabilində təqaüd düzəldə bilər. Bu səbəbdən o, 2020-ci ilin yanvar ayında "xxxx"dan 3000 manat kredit götürüb Sevincə vermişdir. İki il müddətində Sevinc müxtəlif bəhanlər gətirərək işini həll edə bilmədiyindən, ondan pulunu geri istəmişdir. Sevinc isə bu sahədən anlayışı olan adam axtardığını, həmin şəxsin köməkliyi ilə ona təqaüd düzəldə biləcəyini demişdir. O, Sevincin qanuni prosedurla təqaüd düzəltməsinə inandığından onu hüquqşünas kimi tanıdığı tanışı Rabil Həmzəyevlə tanış etmişdir. Bu tanışlıqdan 1-2 ay sonra Sevinc ondan aldığı 3000 manat pulu geri qaytarmış, onda başa düşmüşdür ki, Sevinc iş görən adam deyil, Rabil ona qanuni yolları izah etdikdən sonra o, məcbur olub pulunu geri qaytarıb. Bu hadisədən bir neçə ay sonra Sevinc qardaşı ilə onun üstünə gələrək, guya Rabil və Əlizadə adlı şəxslərin əlbir olaraq ona və digər bir neçə nəfər şəxsə qarşı dələduzluq etdiklərini, Rabillə onun vasitəsilə tanış olduğunu bəhanə etmişdir. O, məcbur olub Rabilə zəng etmiş, görüşə çağırmışdır. Rabil gələrkən yanında Əlizadə adlı şəxslə birlikdə gəlmiş, o, Rabil, Əlizadə və Sevinc Xətaidə yerləşən kafelərin birində söhbətləşmiş, söhbətdən belə qənaətə gəlmişdir ki, Sevinc və Əlizadə adlı şəxslər əlibirdirlər, Sevinc ondan və digər şəxslərdən aldıqları pulları Əlizadəyə vermiş, hüquqi məsələlərlə bağlı isə Rabildən məsləhətlər almışlar. Həmçinin, danışıqlarından belə başa düşmüşdür ki, Rabil Əlizadə və Sevincin iş birliyindən məlumatsızdır, ondan xəbərsiz Sevinclə Əlizadənin öz aralarında pul alış-veriş məsələsi olub və Rabil Sevincin təkidi ilə söhbətə gəlmişdir. Sevinclə Əlizadə aldıqları pulu düzgün bölə bilmədiklərindən aralarında mübahisə yaranmışdır. Rabil söhbət əsnasında bir də Sevinc və Əlizadə ilə əlaqə qurmayacağını bildirmiş, həmçinin onunla əlaqə saxlamamlarını Sevinc və Əlizadəyə tapşırmışdır. Daha sonra kafedən çıxmış, sonra baş verənlərdən məlumatsızdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 55-ci vərəqində olan Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş Bakış şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi R.İmanov küçəsi 4, “Dəniz” marketdə quraşdırılmış “E-Manat” ödəniş terminalının 9604 nömrəli qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 09:17:33-də **********805447 nömrəli hesab nömrəsinə (Təqsirləndirilən şəxs2 adına) 2000 (iki min) manat pul göndərilmişdir. Cinayət işinin İ cildinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 100-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması haqqında” 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək barəsində Xətai RPİ tərəfindən axtarış elan olunduğu üçün saxlanılmışdır. Cinayət işinin İ cildinin 149-cu vərəqində olan 08 06.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 Xətai RPİ-nın İŞ-nin müstəntiqi X5 ona dəymiş 2500 manat maddi ziyanın 2000 manatını təhvil almışdır. Cinayət işinin İ cildinin 153-154-cü vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi Rəhim Yusubovun 09 iyun 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs1 saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 155-156-cı vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və qərarın ona elan edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 58-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olumamışdır. Cinayət işinin İİ cildinin 127-ci vərəqində olan “Fotoşəkilə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X12, Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə saat 13:25-dən 13:30-dək Sabunçu RPİ-də xidməti otağında “HP” markalı kompüterdə Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş 01 ədəd fotoşəkilə baxış keçirildi. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs5la Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən 5 nömrəli ŞKX-nın həyətində üzbəzüz dayanaraq söhbət edirlər. Cinayət işinin İİ cildinin 137-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X17 xx.xx.2024-cü il tarixli 944 nömrəli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.1969-cu il təvəllüdlü X6 hal hazırda verilmiş baza məlumatlarına əsasən müraciət etməyiblər və dispanser müşahidəsi aparılmayıb. xx.xx.1974-cü il təvəllüdlü X7 “Nevrasteniya F48.0” diaqnozu ilə PSM-də müayinə olunub. Cinayət işinin İİ cildinin 138-ci vərəqində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 Bakı Baş Səhiyyə Mərkəzi” X19 36 saylı Şəhər Poliklinikasının 06 fevral 2024-cü il tarixli 18 nömrəli məktubundan görünür ki, xx.xx.1965ci il təvəllüdlü Zərərçəkmiş şəxs3, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1974-cü il təvəllüdlü X7 36 saylı Şəhər Poliklinikasında tibbi qeydiyyatda deyillər və hər hansı xəstəliyə görə müraciətləri olmamışdır. xx.xx.1969-cu il təvəllüdlü X6 36 saylı Şəhər Poliklinikasında xx.xx.2020-ci il tarixdə həkim nevropatoloq Mustafayeva Natəvanın (hal-hazırda işləmir) qəbulunda olmuş, “Miqren” diaqnozu qoyularaq ambulator müalicə təyin olunmuşdur. Hal hazıradək hər hansı bir müraciət olmamışdır. Cinayət işinin İİ cildinin 139-cu vərəqində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 Bakı Baş Səhiyyə Mərkəzi” X19 45 saylı Şəhər Poliklinikasının 08 fevral 2024-cü il tarixli, 37 nömrəli məktubundan görünür ki, xx.xx.1965ci il təvəllüdlü Zərərçəkmiş şəxs3, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1969-cu il təvəllüdlü X6, xx.xx.1974-cü il təvəllüdlü X1 və poliklinikaya (31BŞX halhazırda 45 ŞP) heç bir xəstəliklə bağlı müraciət etməyiblər və müayinə olunmayıblar. Cinayət işinin İİ cildinin 155-156-cı vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X12 Azərbaycan Respublikası CPM-nin 51, 85, 236-cı maddələrinin tələblərinə əsasən həmin protokul ondan ötrü tərtib etmişdir ki, ********* nömrəli cinayət işi üzrə 12 mart 2024-cü il tarixdə 11:00 saatdan 12:00-dək Sabunçu RPİ-də xidməti otağında “HP” markalı kompüterdə "xxxx" MMC-dən 5146 nömrəli xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs2 Məhəmədəli oğlunun istifadəsində olan ***-***- **-** mobil nömrə arasında 2023-03-17 19:12:28 tarixdə 107 saniyə, 2023-03-17 19:17:48 tarixdə 115 saniyə, 2023-03-22 13:01:33 tarixdə 85 saniyə, 2023-03-23 tarixdə 14:14:07 189 saniyə, 2023-03-23 14:23:53 tarixdə 22 saniyə və.s danışıq qeydə alınmışdır. Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2023 01-04 18:54:42 tarixdə 103 saniyə, 2023-02-06 19:40:12 tarixdə 117 saniyə və.s danışıq qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** nömrə arasında 2021-04 19 15:27:04 tarixdə 77 saniyə, 2021-05-04 13:30:39 tarixdə 83 saniyə, 2021-05-04 14:02:03 tarixdə 55 saniyə, 2021-05- 06 13:16:12 tarixdə 106, 2021-05-06 14:35:15 tarixdə 134 saniyə, 2021 05 06 14:54:35 tarixdə 158 saniyə, 2021-05-07 15:05:20 tarixdə 72 saniyə, 2021-05-08 11:56:40 tarixdə 35 saniyə, 2021-05-08 15:46:00 tarixdə 104 saniyə və.s danışıq qeydə alınmışdır. Cinayət işinin İİ cildinin 157-158-ci vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X12 Azərbaycan Respublikası CPM-nin 51, 85, 236-cı maddələrinin tələblərinə əsasən həmin protokul ondan ötrü tərtib etmişdir ki, ********* nömrəli cinayət işi üzrə 13 mart 2024-cü il tarixdə 12:00 saatdan 13:00-dək Sabunçu RPİ-də xidməti otağında “HP” markalı kompüterdə "xxxx" MMC-dən 3775/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx-xx-2021 17:00:23 “Ay qız harda san, ölmüsən, niyə zənglərə cavab vermirsən? Mənim pullarımı qaytar, yoxsa səni polisə verəcəm”, Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx-xx-2022 16:48:12 taixdə “Salam” mətnli sms göndərilmişdir. Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2021 tarixdə saat 13:11:28-də 32 saniyəlik, xx.xx.2023 tarixdə saat 14:30:27-də 35 saniyəlik, Təqsirləndirilən şəxs2 ********* nömrəsi ilə xx.xx.2023-cü il saat 15:17:23 155 saniyəlik, xx.xx.2023-cü il saat 18:42:57-də 238 saniyəlik danışıq qeydə alınmışdır. Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə aralarında xx.xx.2021 tarixdə saat 15:27:04-də 78 saniyəlik, xx.xx.2021 tarixdə saat 13:30:39, xx.xx.2021 14 02:03 tarixdə, xx.xx.2021 tarixdə 13:16:12, xx.xx.2021 tarixdə 14:35:16, xx.xx.2021 tarixdə 15:05:20, xx.xx.2021 tarixdə 11:56:40, xx.xx.2021 tarixdə 15:26:23, xx.xx.2021 tarixdə 19:10:59, xx.xx.2022 tarixdə 16:48:12 zənglər qeydə alınmışdır. Zərərçəkmiş şəxs2 Məhəmədəli oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə arasında xx.xx.2023 17:09:23, xx.xx.2023 15:27:07, xx.xx.2023 21:30:08, xx.xx.2023 14:19:14, xx.xx.2023 15:51:48 və s tarixlərdə danışq qeydə alınmışdır. Cinayət işinin İİ cildinin 159-162-ci vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görümür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X12 Azərbaycan Respublikası CPM-nin 51, 85, 236-cı maddələrinin tələblərinə əsasən həmin protokul ondan ötrü tərtib etmişdir ki, ********* nömrəli cinayət işi üzrə 14 mart 2024-cü il tarixdə 10:00 saatdan 12:00-dək Sabunçu RPİ-də xidməti otağında “HP” markalı kompüterdə "xxxx" MMC-dən 2501/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəyə xx-xx-2021 tarixdə saat 17:00:21 “Ay qız harda san, ölmüsən, niyə zənglərə cavab vermirsən? Mənim pullarımı qaytar, yoxsa səni polisə verəcəm” məzmunlu sms göndərilir. Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**- ** nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəyə xx-xx-2021 tarixdə 18:15:45 “Cox xayiw edirem sevinc telfona cavab veresiz.yadaki mənlə əlaqə saxlayin", xx-xx-2021 23:17:37 tarixdə “Sevinc mesuliyetden yayınmaqla sen hecne elde etmiyesen.bu telfonda meni bloka atmaqla deyil.incıme bunan sonra men qohumlarmi araya salajam.bawqa yol se nene vermirsen”, xx-xx-2021 14:06:40 tarixdə “Sevinc izahat ucun caqirirlar.men o biri 4 m deyim orda yoxsa yox” məzmunlu sms göndərilir. Cinayət işinin İİ cildinin 168-171-ci vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan görümür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X12 Azərbaycan Respublikası CPM-nin 51, 85, 236-cı maddələrinin tələblərinə əsasən həmin protokul ondan ötrü tərtib etmişdir ki, ********* nömrəli cinayət işi üzrə 29 mart 2024-cü il tarixdə 11:00 saatdan 12:00-dək Sabunçu RPİ-də xidməti otağda “HP” markalı kompüterdə "xxxx" MMC-dən 2559/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD diskə baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi aradında qeydə alınmış və cinayət işi üzrə əhəmiyyət kəsb edəcək məlumatlar: - xx-xx-2021 18:15:45 **********38 **********16 Cox xayiw edirem sevinc telfona cavab veresiz.yadaki mənlə əlaqə saxlayin - xx-xx-2021 23:17:37 **********38 **********16 Sevinc mesuliyetden yayinmaqla sen hecne elde etmiyesen.bu telfonda meni bloka atmaqla deyil.incime bunan sonra men qohumlarmi araya salajam.bawqa yol se nene vermirsen - xx-xx-2021 14:06:40 **********38 **********16 Sevinc izahat ucun cagirilar.men oberi 4m deyim orda yoxsa yox. - Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 Həsrə təli qızının istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında qeydə alınmış və cinayət işi üzrə əhəmiyyət kəsb edəcək məlumatlar: - xx-xx-2021 08:21:09 1.1.**********38 1.1.**********92 duzelir duzelsin duzelmir xayiw edirem pulumu ver.evinin adresinde tapmiwam.sevdaynan gelejem.yadaki telfona cavab ver - xx-xx-2021 08:21:09 1.1.**********38 1.1.**********92 Sevinc millet pulun isteyir.kime vermisen neynemisen mene maraqli deyil.pulu alana qeder milion defe zeng vururdun.el çekmirdin.indi noldu.mamaminda iwi duzelir duzelsin duzelmir xayiw edirem pulumu ver.evinin adresinde tapmiwam.sevdaynan gelejem.yadaki telfona cavab ver - 11 10-2021 13:46:39 1.1.**********38 1.1.**********92 Sevinc iwi cetinewdirme.senen artiq derecede xayiw edirem.cavab ver.sene lazimdirki evine gelek? bir birimizin hetrine deyek.haminin problemi olur.sen mennen pulu alana geder bawimin etin yedin.noldu indi - xx-xx-2021 13 58:58 xx-xx-2021 14:13:27 1.1.**********38 1.1.**********92 Ay bawina donum bir kelime yazki bilek bawimiza ne iw gelir.seni telfonda olduren yox kesen yox - xx-xx-2021 19:57:37 xx-xx-2021 19:57:37 1.1.**********38 1.1.**********92 Senin hec insafın varmi.sen neter adamsan.sen insansan.sen camaatin halal pulun neter xirteyinen kecib.sen neter burda bizi ata bilərs - xx-xx-2021 23:49:25 1.1.**********38 1.1.**********92 Sen meni deyesen ele bele bilmisen.Zakir Qaralov mamamin dayisi oğludur.sence men seni yerin dibinen olsada tapmaram?senin boynunu yere sogum ki oğluna haram corey yedirdirsen. boynunun soxum senin yere.senin canin cixajax menim pullarimi qaytarsan.qan kusdurajam sene dayan sennn Seni gorum balanan cekesen.seni gorum ele derde duwesenki dermani tapilmasin.hamisnda balanan cek.gor camaatın evin yixmaq ne demekdir.elbetdeki bi qarqiwımis seni tutajax.kimin ahi yerde qalibki - xx-xx-2021 08:40:31 xx-xx-2021 09:15:33 1.1.**********38 1.1.**********92 Sevinc bu zibil mesajdara cavab ver.ay insanen pis veziyetdeyem.sen axi niya menen o 4 mini aidin.bilirdinki o iw duzelen wey deyil.hec maraqlanmamiwdinda, ozun ucun goturdun oz iwinde istifade eledin.meni bu ....... saldi, Ay sevinc bawina donum - xx-xx-2021 17:43:55 1.1.**********38 1.1.**********92 Ailem dağilib.menim balalarim elomnen alinib.neye gire bu qeder iwi menim bawima getirdin.menim Allah canimi alsinki men sene inandim.hec olmasa demirem birden hamsin ne alinirsa hec olmasa bir qismin ver - xx-xx-2021 16:22:35 1.1.**********38 1.1.**********92 Ay sevinc qadan alim Bawina donum menim evim yixilib.menim uzume deyilen soz tupulmeyen agiz qalmayib.camaat menen pulun isteyir.cehenem anamin pulu.ober i adam yazig gepiy gepiyin ustune qoyub vermiwdi.meni direybler.menim niya bawimi - xx-xx-2021 12:13:31 1.1.**********38 1.1.**********92 Sevinc salam.ay sevinc bawina donu. Bir melumat ver.atam xeber tutubki iw Nəsimi rayon polis idarəsine keçib.ne meseledue - xx-xx-2021 19:05:13 xx-xx-2021 19:42:36 1.1.**********38 1.1.**********9 Sevinc melumat ver.olmaz bele.menim dünyam bawima yixilib sen bawa duwursen hec - xx-xx-2021 13:45:05 xx-xx-2021 13:45:05 1.1.**********38 1.1.**********92 Sevinc sabag gultekinen qardawi sumqayita polise gedejeyler seni polise vermeye.en azinan bir melumat ver.onarda susunlar getmesinler - xx-xx-2021 11:05:17 1.1.**********38 1.1.**********92 Sevinc bu ...... telfonan bir melimat ver iki kelime yazmağa caniniz cixir.bawimiza corab horende yaxwi idimi Sevinc adami cileden cixartmayin.menim bawimi piyleyib pulu ne ucun gotururdun sen.meni durdug yere zibile salirdin.bele olarmi, Bir kelime yazmağa qarnin aqriyir Sen 3hefte dedin.mende 3hefte gozledim buğun gultekingil sumgayit polisine seni veribler.incime bu hefte ici bir xener cixmasa.men dilbazi gencedeki kiwi atam biz seni verejiy polise Sevinc mamamin emisi oğlunun iglu qardawimi bicaqlayib pul ustunde.gan govdeni goturub gedir.Allah seni bildiyi kim elesin.senki meni bawima oyun acid - xx-xx-2021 19:16:45 1.1.**********38 1.1.**********92 Sevinc men bawa duwmedim.sen ne vaxta qeder cavab vermiyesen bu zibil telfona.ne vaxta qeder sonulu olajax.ne vqxta qeder.bu iwin axiri hara gedur goresen - xx-xx-2021 15:48:25 1.1.**********38 1.1.**********92 Sevinc sen adami vecine almirsan - xx-xx-2021 11:47:21 1.1.**********38 1.1.**********92 Sevinc buğun sumqayıt polisine seni verdiler.gultekingil hamida onlara qowuldu yaqinki bir iki gune sene xeberdaluq geler.men elimnen geleni eledimki olm asin bele.ama sen adami vecine almadin - xx-xx-2021 08:20:32 1.1.**********38 1.1.**********92 Senin allah belani versin. Cinayət işinin İİ cildinin 191-ci vərəqində olan “CD diskə baxış keçirilməsi haqqında” 17 aprel 2024-cü il tarixli protokoldan görümür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X12 Azərbaycan Respublikası CPM-nin 51, 85, 236-cı maddələrinin tələblərinə əsasən həmin protokul ondan ötrü tərtib etmişdir ki, ********* nömrəli cinayət işi üzrə 17 aprel 2024-cü il tarixdə 21:10 saatdan 21:30-dək Sabunçu RPİ-də xidməti otağda “HP” markalı kompüterdə Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş səs yazılarına baxış keçirildi. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: AUD-20240403-WA0002 adlı səs yazısında Əlizadənin səsi ilə - “Doxturnan görüşəndə deyərəm sənə, ya epiqriz verəcək, biz vuracayıq poliklinikaya, ya da o vuracaq, hələ bilinmir, yəqin bir həftəyə mən deyəcəm sənə” AUD 20240403-WA0004 adlı səs yazısında Təqsirləndirilən şəxs2 səsi ilə “Salam ay ürəyim, necəsən, nə var nə yox, narahat olma, hər şey də yaxşıdır, yaxşı olacaq, o Ağstafa söhbəti var idiye sənə demişdim, Əli ........ məni çağırmışdılar heç kimin adını vermədim ordaydım deyə aça bilmirdim, heç kimin adını vermədim, ürəyim indi gəlmişəm” AUD-2Q240403-WA0006 adlı səs yazısında Təqsirləndirilən şəxs2 səsi ilə “Əli mənə zəng elədiki, Fikrətin oğlu neçəsindən yatırdı, dedim ayın 4-dən yazdırmısız Maştağaya onu hesablayırdı nəsə atçot edirlər, deyəsən çıxardırlar Fikrətin uşağı ilə Kəmaləni” AUD- 2024Q4Q3-WAQQQ8 adlı səs yazısında Təqsirləndirilən şəxs2 səsi ilə “göndərdilər Sevda sağol, bununkunda uzağı 4 günə həll edirlər” AUD-2024Q4Q3-WAQQ1Q adlı səs yazısında Təqsirləndirilən şəxs2 səsi ilə X15 kağız aparıb verib, İbrahimin kağızlarını verib yenidən maştağaya qayıdır, bilirəm onları” AUD-2024Q403-WAQQ12 adlı səs yazısında Təqsirləndirilən şəxs2 səsi ilə Sevda axşamın xeyir, haralardasan bacı, yoxa çıxmısan, Dilbacı mənə bir iş demişdi, bildin də hansı o Gəncə onnan danışmışdım, iki beşnən razılaşdırdıme ömürlüyü iki beşnən vallah dedim ki yoxlarıdı, belə elə kasıbdı, zatən mən kasıbın anasıyam o heç, xahiş elədim şey elədim imkan olsa sən də Dilbacıya de, prablem deyil, ən birinci sən demişdin də onu mənə düzdümü, iki beşnən güclə razılaşdırdım, xahiş minnətnən elədim, saldırdım, bax belə” AUD-20240403-WA0014 adlı səs yazısında Təqsirləndirilən şəxs2 səsi ilə “Sevda mən sabah aydınlaşdıracam, Dilbazi xala düz məlumat vermir, sabah mən onlarla danışacam, isdəməz Dilbazinin pulunu qaytararıq, qızını da ordan çıxardarıq, özü həl eliyər, çünki Sevda allahhaqqı yoruluram, balamın canı yoruluram, Arzunun özü gördü ki, Ege hospitalda onun anası gələnə qədər biz onu müayinədən çıxartdıq, kağızı onun əlinə verdik, onu apardıq, onun buraxılışı və epiqrizi qalıbdı, onu da gətirib ora verib göndəriş verilir, inanırsan elə bilirlər ki, çox asanddır, vallah heçnə asan deyil, bu gün mən orda gördüyümü gördüm” AUD-2Q240403-WA0016 adlı səs yazısında Təqsirləndirilən şəxs2 səsi ilə “Sevda salam ay ürəyim həkim deyile o, yoxlamanın köməkçisidi də, elə bil tanışıdı, köməkçisidi, mənim elə də vaxtım zadım olmur, ya mən getməliyəm ya da o, onlar özləri həll edəcəklər narahat olma mən deyirdim düzdü inanmırdız allahın köməkliyi ilə həll edəcəklər qurban olum allaha özü də görəcək adnan, familyaynan, tanışdıqnan tez bazar həll edib verəcəklər” AUD-202404Q3-WA0018 adlı səs yazısında Təqsirləndirilən şəxs2 səsi ilə “dedi ki, mənlə əlaqə saxlasın mən deyəcəm özləri orda qarşılaycaq, Əli də olacaq Rabil də, onların iynəsini elə vurublar ki ikisi də olacaq.”. Cinayət işinin İİ cildinin 213-214-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİİ cildinin 168-196-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən 2501/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-dən 2559/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-dən 3775/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-dən 5146 nömrəli xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD disk, Zərərçəkmiş şəxs4 tərəfindən təqim edilmiş səs yazılarının köçürüldüyü 01 ədəd CD diskin maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli ərzəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixli ərzəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 xx.xx.2025-ci il tarixli ərzəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərzələrindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərzəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2025-cü il tarixli, 21213 nömrəli və xx.xx.2025-ci il tarixli, 15583 nömrəli qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittiham üzrə ümumilikdə zərərçəkmiş şəxslərə dəymiş 19300 (on doqquz min üç yüz) manat zərərin 25 faizi olaraq 4825,00 (dörd min səkkiz yüz iyirmi beş) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə həmçinin xüsusilə qeyd edir ki, “2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs5 1800 manat məbləğində maddi ziyanın vurulması” epizodu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin epizod üzrə cinayət əməlini 2021-ci ilin avqust ayında törətmiş və onun törədildiyi vaxtdan 2 (iki) ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən eyni əməllər təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər ilə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onların cinayət məsuliyyətindən azad edilməsi və barələrində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər ilə barışmalarını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmələrini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 “2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs5 1800 manat məbləğində maddi ziyanın vurulması” epizodu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, digər epizodlar üzrə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, onların barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri ləğv edilməlidir. İş üzrə maddi sübut olan - 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 75 (yetmiş beş) iş saatına görə 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 “2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs5 1800 manat məbləğində maddi ziyanın vurulması” epizodu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, digər epizodlar üzrə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan - 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 75 (yetmiş beş) iş saatına görə 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X18
Məhkəmə qərarları › İş №1(008)-45/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-45/2025
02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver