Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-453/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1966-cı ildə Cəbrayıl rayonu, Qurbantəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində ünvan 3 ünvanda yerləşən Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin inzibati binasının xidməti otağında yaşadığı qəsəbədən tanıdığı və qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, yaranmış münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib, nalayiq sözlər işlətməklə Zərərçəkmiş şəxs yumruqla bir dəfə sifət nahiyəsindən vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı nahiyəsinin hematoması və sıyrığı, çənə nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə, nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs qonşu kimi tanımışdır. O, 15 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadığı evin yaxınlığında yerləşən mağazaya gedərək özünə 200 qramlıq spirtli içki araq almış, daha sonra, həmin ərazidə köşkdə benzin satışı ilə məşğul olan Zərərçəkmiş şəxs yanına getmişdir. O, Seyidağanın işlədiyi köşkdə çay içdiyi zaman oraya digər qonşuları Şahid1 gəlmişdir. O, Seydiağa və Mübarizlə mübahisə etmiş, lakin, gecə spirtli içki qəbul etdiyi üçün özündə olmamış, mübahisənin baş vermə səbəbini xatırlamamışdır. O, Seydiağa və Bəxtiyarın hərəkətlərindən şikayət etmək məqsədi ilə Sabunçu RPİ-nin 12-ci PŞ-yə gedərək şifahi qaydada müraciət etmiş, onun müraciət əsasında Seydiağa və Bəxtiyar Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət edilmişdir. Seydiağa və Bəxtiyar Sabunçu RPİ-nin 12-ci PŞ-yə gəldikdən sonra saat 22:00 radələrində şöbənin xidməti otaqlarından birində olduqları zaman Seyidağa əsassız olaraq ona irad bildirdiyi üçün o, əsəbləşərək Seyidağanın boğaz nahiyəsindən tutaraq yumruqla onun sol göz nahiyəsinə zərbə endirmişdir. Daha sonra orada olan şəxslər onları ayırmış, aralarındakı mübahisə bitmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. 15 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında qonşusu Şahid1 ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadıqları evin yaxınlığında dayandıqları zaman Təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında olduğu üçün müvazinətini itirərək yerə yıxıldığını görərək ona yaxınlaşmışlar. Bəxtiyar onlara baş barmağının əzildiyini deyərək onu evə yola salmalarını bildirmişdir. Bəxtiyar həddindən artıq sərxoş olduğu üçün və işləri olduğuna görə onu evə yola sala bilməyəcəklərini bildirdikdən sonra Bəxtiyar oradan uzaqlaşmışdır. Həmin gün, yəni, 15 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında onlar Təqsirləndirilən şəxs şikayəti əsasında Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət edilmiş, o, etiraz etməyərək Mübarizlə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə getmişdir. Həmin vaxt, qızının həyat yoldaşı Etibar onlarla birlikdə olduğu üçün, o da, polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olduqları zaman təxminən saat 22:00 radələrində araşdırma aparan polis əməkdaşı onlara Bəxtiyarın onu döymələri ilə bağlı polisə müraciət etdiyini bildirmiş, o, Bəxtiyarı döymədiklərini, əksinə, Bəxtiyar sərxoş vəziyyətdə olduğu üçün onun yolla hərəkət edən avtomobillərin vurmamasına görə kənara çəkdiklərini bildirmişdir. Daha sonra Bəxtiyar onlardan şikayəti olmadığı bildirmiş, lakin, anidən onu nalayiq ifadələrlə təhqir edərək yumruqla sol göz nahiyəsinə vurmuşdur. O, Bəxtiyarın hərəkətlərinə qarşılıq verməyərək polis şöbəsindən çıxaraq Mübarizlə birlikdə X4 getmiş, orada ona tibbi yardım göstərilikdən sonra yaşadığı evə qayıtmışdır. O, Zərərçəkmiş şəxs həbs edilməsini istəməsə də, ona dəymiş ziyanın ödənilməsini təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. 15 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında qayınatası Zərərçəkmiş şəxs ona Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə dəvət edildiyini bildirmişdir. Belə ki, həmin gün günorta saatlarında qayınatası Seyidağa qonşusu Mübarizlə Ramana qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında olarkən digər qonşusu Bəxtiyarın sərxoş vəziyyətdə olduğunu görmüş və Bəxtiyar yerə yıxıldığı üçün sonuncunun avtomobillər tərəfindən vurulmağından narahat olub onu kənara çəkmişlər. Bəxtiyar isə səbəbsiz olaraq onlardan şikayət etmişdir. O, özü də, qayınatası Seyidağa və qonşusu Mübarizlə birlikdə 12-ci polis şöbəsinə yollanmışdır. Polis şöbəsində bir xidməti otaqda olarkən Bəxtiyar şifahi olaraq döyüldüyünü bildirmiş, Seyidağa isə onu döymədiyini demişdir. Daha sonra Bəxtiyar heç bir şikayəti olmadığını bildirsə də, üstündən 1-2 dəqiqə keçdikdən sonra qəflətən Seyidağanı nalayiq sözlərlə təhqir edərək bir dəfə yumruqla onun sifətindən vurmuşdur. Nəticədə Seyidağa xəsarət almışdır. Seyidağa isə Bəxtiyara heç bir cavab verməmiş və onlar polis şöbəsindən çıxıb getmişlər. Bundan sonra Seyidağa çıxaraq X4 getmiş və orada ona ilk tibbi yardım göstərildikdən sonra yaşadıqları evə yollanmışlar. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən və zərərçəkmiş şəxs hər ikisi onun qonşularıdır. 15 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında qonşusu Zərərçəkmiş şəxs ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadıqları evin yaxınlığında dayandıqları zaman Təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında olduğu üçün müvazinətini itirərək yerə yıxıldığını görərək ona yaxınlaşmışlar. Bəxtiyar onlara baş barmağının əzildiyini deyərək onu evə yola salmalarını bildirmişdir. Bəxtiyar həddindən artıq sərxoş olduğu üçün və işləri olduğuna görə onu evə yola sala bilməyəcəklərini bildirdikdən sonra Bəxtiyar oradan uzaqlaşmışdır. Həmin gün, yəni, 15 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında onlar Təqsirləndirilən şəxs şikayəti əsasında Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət edilmiş, o, etiraz etməyərək Seyidağa ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə getmişdir. Həmin vaxt, Seydiağanın qızının həyat yoldaşı Etibar onlarla birlikdə olduğu üçün, o da, polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olduqları zaman araşdırma aparan polis əməkdaşı onlara Bəxtiyarın onu döymələri ilə bağlı polisə müraciət etdiyini bildirmiş, o, Bəxtiyarı döymədiklərini, əksinə, Bəxtiyar sərxoş vəziyyətdə olduğu üçün onun yolla hərəkət edən avtomobilərin vurmamasına görə kənara çəkdiklərini bildirmişdir. Daha sonra Bəxtiyar onlardan şikayəti olmadığı bildirmiş, lakin, anidən Seydiağanı nalayiq ifadələrlə təhqir edərək yumruqla onun sol göz nahiyəsinə vurmuşdur. Seyidağa xəsarət almasına baxmayaraq Bəxtiyarın hərəkətlərinə qarşılıq verməyərək polis şöbəsindən çıxaraq onunla birlikdə X4 getmiş, orada ona tibbi yardım göstərilikdən sonra yaşadığı evə qayıtmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında xidməti iş yerində olduğu zaman 12-ci polis şöbəsinin inzibati ərazisi hesab edilən Sabunçu rayonu, Ramana qəsəbəsinin sakini Təqsirləndirilən şəxs polis şöbəsinə gələrək qonşuları Zərərçəkmiş şəxs və Şahid1 ilə arasında mübahisə baş verdiyini, lakin rəsmi qaydada şikayət etmək istəmədiyini ona bildirmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs və Şahid1 onun tərəfindən polis şöbəsinə dəvət olunmuşlar. O, həmin şəxslərin arasında olan mübahisənin araşdırılması üçün təhqiqat qrupuna təqdim etmək məqsədi ilə onları dəvət etmişdir. Saat təqribən 22:00 radələrində Zərərçəkmiş şəxs, Şahid1, Təqsirləndirilən şəxs və onlarla birlikdə şöbəyə gələn digər qohumları onun iş yerində xidməti otağında olarkən məsələyə aydınlıq gətirilmiş və Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığım bildirmişdir. Buna baxmayaraq həmin şəxsləri aidiyyəti üzrə təhqiqat qrupuna təhvil verilməsi üçün onları dəvət etmiş və bu anda Təqsirləndirilən şəxs onun xidməti otağında qəflətən Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sonuncuya xəsarət yetirmişdir. Bu səbəbdən o, baş vermiş hadisə ilə əlaqədar şöbənin rəisinə raportla müraciət etmişdir. Xidməti otağında olarkən Təqsirləndirilən şəxs davranışından spirtli içkidən qəbul etdiyi ona məlum olmuşdur. Hadisə zamanı şöbənin iş rejiminin pozulduğunu, Təqsirləndirilən şəxs saldığı səs küy və davaya şöbənin növbətçisi iş otağını tərk edərək onun otağına gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspert rəyini də sübut növü kimi qəbul edir. Cinayət işinin 24-25-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Sabunçu rayon şöbəsinin 20 sentyabr 2022-ci il tarixli, 2190 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözün ağlı qişasına qansızması ilə müşayiət olunan sol gözyuvasıətrafı nahiyəsinin hematoması və sıyrığı, çənə nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğün gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 86-87-ci vərəqələrində olan 22 fevral 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-42-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 17 yanvar 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-453/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-453/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver