Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-453/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, sosial evlər yaşayış massivi, bina 3, blok 74, mənzil 384 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixindən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat, həmin uşaq üç yaşına çatanadək hər ay 50,00 manat, ümumilikdə isə 204,00 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Əkbərova (Novruzova) Günel Murad qızına verilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-740/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 2543/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat cərimə, 3(008)- 3105/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə isə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək 4748,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Əkbərova (Novruzova) Günel Murad qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Əkbərova (Novruzova) Günel Murad qızı ilə 15 aprel 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 12 may 2016-cı ildə X5 adlı övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət onunla münasibətləri yaxşı olsada sonradan münasibətləri pozulmuşdur. Evli olduqları müddətdə o, Bakı şəhəri ərazisində fərdi qaydada usta kimi ev təmiri ilə məşğul olurmuş və orta hesabla aylıq gəliri 400-500 manat təşkil etmişdir. Aylıq qazancını uşaqlarının və özünün maddi tələbatı üçün xərcləmişdir. Zərərçəkmiş şəxs ilə 2017-ci ilin iyun ayına qədər birgə yaşamışlar, əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pozulmuşdur. Bundan sonra Günel ayrılaraq uşaqla birlikdə valideynlərinin yanına getmişdir. Ayrıldıqdan sonra Zərərçəkmiş şəxs nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-740/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən nikah qeydi ləğv edilməklə ondan 12 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 dekabr 2017-ci il tarixdən başlayaraq hər ay 154,00 manat sabit pul məbləğində aliment və uşaq 12 may 2016-cı il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 50,00 manat aliment alınaraq Əkbərova (Novruzova) Günel Murad qızına verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar və tələbin dərhal icra edilməsinə dair bildiriş poçt vasitəsi ilə onun ünvanına göndərilmişdir. İcra məmuru tərəfindən yaranmış aliment borcunu tam şəkildə ödəmədiyinə görə izahatı alınaraq xəbərdarlıq edilmişdir. Bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İcra məmurunun təqdimatına əsasən Sabunçu rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhudlaşdırmışdır. Yaranmış aliment borcunu yenə tam şəkildə tələbkarın xeyrinə ödəyə bilmədiyinə görə icra məmuru tərəfindən bir daha barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra ona Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 740/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini icra etməyi üçün yeni müddət təyin edilmiş, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin maddi imkanı olmadığına görə yaranmış aliment borcunu tam şəkildə ödəyə bilməmiş və buna görədə barəsində cinayət məsuliyyətinə cəlb olunması üçün icra məmuru tərəfindən istintaqa təqdimat verilmişdir. Hazırda ödənilməmiş aliment borcu olan 4748 manatdan 2000 manatını ödəmişdir, qalıq borcu da yaxın vaxtlarda ödəyəcəkdir. O, Zərərçəkmiş şəxs sonra Gülnar Hüseynova adlı xanımla nikaha daxil olmuş, həmin nikahdan iki uşağı var, Gülnar Hüseynovadan da rəsmi qaydada boşanmış, məhkəmə qətnaməsinə əsasən həmin nikahdan olan iki uşağa görədə hər ay 400,00 manat aliment ödəməlidir. Göstərilənlərin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 15 aprel 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 12 may 2016-cı ildə X5 adlı övladı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət onunla münasibətləri yaxşı olsada sonradan münasibətləri pozulmuşdur. Natiqlə boşanmanın əsas səbəbi ona xəyanət edərək Gülnar adlı qadınla qeyri-rəsmi münasibətdə olmasıdır. Evli olduğu müddətdə Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində fərdi qaydada fəhlə işləmiş və orta hesabla aylıq gəliri 600-800 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs aylıq qazancını qeyri rəsmi münasibətdə olduğu Gülnar adlı qadına xərcləmişdir. Onlar 2017-ci ilin iyun ayına qədər birgə yaşamışlar, sonradan münasibətləri pozulmuşdur. Bundan sonra ayrılaraq uşağı ilə birlikdə atasına məxsus evdə yaşayır. Ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağın saxlanılması üçün heç bir maddi köməklik etməmişdir. Bu səbəbdən də, məcbur qalıb nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-740/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən nikah qeydi ləğv edilməklə cavabdeh Təqsirləndirilən şəxs 12 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 dekabr 2017-ci il tarixdən başlayaraq hər ay 154,00 manat sabit pul məbləğində aliment və uşaq 12 may 2016-cı il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 50,00 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs aliment borcunu ödəməmiş, borcu yaranmışdır, ümumilikdə 7498,00 manat ödəniş edilsə də, ödənilməmiş aliment borcu 4748,00 manat təşkil etmişdir. Məhkəmə zamanı aliment borcundan 2000 manat ona ödənilmişdir, lakin aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-740/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 dekabr 2017-ci il tarixdən başlayaraq hər ay 154,00 manat sabit pul məbləğində aliment və uşaq 12 may 2016-cı il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 50,00 manat aliment X1 xeyrinə tutulmalıdır. Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin dərhal icra edilməsinə dair bildiriş qəbul edilərək borclunun ünvan 3 ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışı ilə əlaqədar aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər müəyyən olunmamışdır. Borclu icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən və icra sənədində göstərilən yaşayış ünvanında yaşamadığından barəsində axtarış qərarı qəbul edilərək Sabunçu rayon Polis İdarəsinə göndərilmiş və borclu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir. Borclunun izahatı alınmış, o, izahatında xəstə olduğu üçün uzun müddətdir ödəniş etmədiyini bildirmişdir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və icra sənədi üzrə nəzərdə tutulan tələbləri icra etməkdən üzrsüz səbəbdən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 3(008)-2534/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmçinin, müvafiq təqdimata əsasən Sabunçu rayon Məhkəməsi 8(008)-549/2022 saylı xx.xx.2022-cü il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnu müvəqqəti olaraq məhudlaşdırmışdır. Borclu daha sonralar məhkəmə tərəfindən barəsində tətbiq edilmiş inzibati tənbehdən nəticə çıxarmamış, icra sənədində nəzərdə tutulan aliment öhdəliyini yerinə yetirməkdən üzrsüz səbəbdən boyun qaçırmağa davam etmişdir. Belə ki, borclu Təqsirləndirilən şəxs icra məmrunun çağırışlarına gəlmədiyindən və yaşadığı yer müəyyən olunmadığından bir daha barəsində xx.xx.2023-cü il tarixli axtarış qərarı qəbul edilərək Sabunçu Rayon Polis İdarəsinə göndərilmiş və borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şöbəyə təhvil verilmişdir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və icra sənədləri üzrə nəzərdə tutulan tələbləri icra etməkdən üzrsüz səbəbdən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində bir daha Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 3(008)-3105/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-740/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini icra etməsi üçün yeni müddət təyin edilmiş, icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıq edilməsinə baxmayaraq o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Beləliklə, borclu Təqsirləndirilən şəxs icra sənədinə münasibətdə uzun müddət göstərdiyi hərəkətsizlik, fərdi qaydada fəhlə kimi işləməsinə və kifayət qədər qazanc əldə etməsinə, habelə edilən xəbərdarlıqlara baxmayaraq tələb üzrə heç bir ödəniş etməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli olaraq icra etməməsi kimi qiymətləndirilməlidir. Borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-740/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə aliment borcundan icra dövründə ümumilikdə 7498,00 manat ödəsədə qeyd olunan qətnamə üzrə cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən tarixə kimi olan borc 4748,00 manat təşkil edir. Şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilmiş xüsusatları bir daha təsdiq etdi (i.v.101-104); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(007)-740/2018 saylı, 07 may 2018-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 12 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 dekabr 2017-ci il tarixdən başlayaraq hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatanadək hər ay 50 (əlli) manat aliment X2 verilməsi qət edilmişdir (i.v.10-14); İcraata başlamaq haqqında 26 iyun 2018-ci il tarixli qərardan görünür ki, həmin icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Təqsirləndirilən şəxs göndərilmişdir (i.v.15-16); Borclunun axtarışı haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, borclu, xx.xx.1991-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs axtarış elan edilmişdir (i.v.22); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.31-32); Borclunun axtarışı haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, borclu, xx.xx.1991-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs axtarış elan edilmişdir (i.v.41); Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-740/18 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsini qərəzli şəkildə icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 48-49); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati qaydada cərimə edilmişdir (i.v.51-52); Borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu, xx.xx.1991-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs axtarış elan edilmişdir (i.v.54); Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-740/18 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsini qərəzli şəkildə icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 60-61); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir (i.v.62-64); Sabunçu RİHB-nin Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu müddət ərzində onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır (i.v.71); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 06 mart 2024-cü il tarixli, 12/ƏN-65 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məluumat yoxdur (i.v.122); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.124-125); İttiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə yerləşdirilməklə dərhal Ədliyyə Nazirliyi İstintaq idarəsinə məlumat verilməsi qərara alınmışdır (i.v.126); Axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə 54000 nömrəli axtarış işi açılmış Novruzov X4 rayonunda saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təmin edilməsi üçün 12-ci PŞ-yə gətirilmişdir (i.v.132); Qətimkan tədbiri seçilməsi haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.153-154); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iş üzrə aliment borcundan 2000 manat ödəməsini CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 04 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, sosial evlər yaşayış massivi, bina 3, blok 74, mənzil 384 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, sosial evlər yaşayış massivi, bina 3, blok 74, mənzil 384 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-453/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-453/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver