Məhkəmə qərarları › İş №1(008)-454/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-454/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-454/2023 19.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, B.Süleymanov küçəsi ev 63 B-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə, yeni yaşayış maasivində yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(009)5282/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 20 noyabr 2017-ci il tarixdən başlayaraq 02 dekabr 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 137.00 manat ali mentin və uşağın 3 (üç) yaşına çatanadək hər ay 63.00 manat pulun, bundan əlavə həmin rayon məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(009)568/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 15 mart 2021-ci il tarixdən başlayaraq yuxarıda adı qeyd olunmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı artırılaraq sabit pul məbləğində müəyyən olunmaqla hər ay 170.00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair məhkəmə aktlarını üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 3(008)1199/2022 saylı qərarına əsasən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədlərindəki tələbi icra etməməsi üçün ona 11 mart 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 23 avqust 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs hər iki məhkəmə qətnaməsi üzrə ümumilikdə 3.216.00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində yerləşən mebel sexlərində usta köməkçisi kimi işləmiş və bir müddətdir ki, qeyri-rəsmi olaraq Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən mebel sexində usta köməkçisi işləyir və aylıq əmək haqqı orta hesabla 600.00 manat müqabilində təşkil etmişdir. O, 24 dekabr 2015-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 02 dekabr 2016-cı il tarixdə Əbülfəz adlı bir oğlan övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona heç bir söz demədən 2017-ci ilin əvvəllərində bir azyaşlı uşağını götürərək gəlin gəldiyi ünvandan çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək azyaşlı uşağı ilə birlikdə onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə ay keçəndən sonra 2017-ci ilin axırlarında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ondan boşanmağa görə və uşağın saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 02 dekabr 2016-cı il təvəllüdlü oğlu Əbülfəzin yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 137.00 manat məbləğində alimentin və uşağın 3 (üç) yaşına çatanadək hər ay 63.00 manat pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 13 dekabr 2017-ci il tarixli, 2(009)5282/2017 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə, o, Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən "xxxx" MMC-də meyvə şöbəsində nəzarətçi işlədiyi üçün icra məmuru tərəfindən icra vərəqəsi qazancına yönəldilmiş və orada işlədiyi müddət ərzində 2021-ci ilin aprel ayınadək alimentə görə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 1.559.00 manat məbləğində ödəniş olunmuşdur. Yerdən işdən azad olunduğuna görə aliment borcunu ödəyə bilmədiyi üçün icra məmuru tərəfindən cinayət məsuliyyətinə cəlb olunmağından ötrü barəsində toplanmış materiallar Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmiş və cinayət işi üzrə ibtidai istintaq zamanı həmin dövr üçün alimentə görə yaranmış 4.400.00 manat məbləğində borcunu keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödədiyi üçün cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs aliment pulunun artırılmasından ötrü 2021-ci ilin əvvəllərində aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən oğlu Əbülfəzin yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı artıralaraq sabit pul məbləğində müəyyən olunaraq hər ay 170.00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 12 fevral 2021-ci il tarixli, 2(009)568/2021 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərildi və icra dövründə alimentə görə borclu olduğu məbləği keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödəmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 10 (on) gün müddətinə nə inzibati qaydada həbs edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatına əsasən məhkəmənin qərarı ilə ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulmuşdur. Məhkəmə qətnamələrindən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs hər iki məhkəmə qətnaməsi üzrə alimentə görə müəyyən məbləğdə ödəniş etmiş, 23 avqust 2022-ci il tarixədək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(009)5282/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 326.00 manat və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(009)568/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 2.890.00 manat məbləğində, hər məhkəmə qətnaməsi üzrə ümumilikdə cəmi 3.216.00 manat məbləğində qalıq borcu qalmışdır. Bu məbləğdən qismən ödəniş aparmışdır. Onun maddi imkanı yoxdur. Hissə-hissə ödəməyə maddi imkanı çatır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 24 dekabr 2015-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 02 dekabr 2016-cı il tarixdə Əbülfəz adlı bir oğlan övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2017-ci ilin əvvəllərində bir azyaşlı uşağını götürərək gəlin getdiyi ünvandan çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək azyaşlı uşağı ilə birlikdə onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə ay keçəndən sonra uşağın böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs boşanmağa görə və uşağın saxlanılmasından ötrü aliment pulunun alınması üçün 2017-ci ilin axırlarında aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 02 dekabr 2016-cı il təvəllüdlü oğlu Ə.Təqsirləndirilən şəxs yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 137.00 manat məbləğində alimentin və uşağın 3 (üç) yaşına çatanadək hər ay 63.00 manat pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 13 dekabr 2017-ci il tarixli, 2(009)5282/2017 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə ödəniş etmədiyi üçün onun Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən "xxxx" MMC-də işlədiyi üçün icra məmuru tərəfindən icra vərəqəsi qazancına yönəldilmiş və işlədiyi müddət ərzində 2021-ci ilin aprel ayınadək alimentə görə ona 1.559.00 manat məbləğində ödəniş olunmuşdur. Sonradan keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs qeyd edilən yerdən işdən azad olunduğu üçün sonuncu aliment borcunu ödəməkdən yayınmağa başlamış və alimentə görə borclu olduğu məbləği ödəmədiyinə görə icra məmuru keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli olaraq icra edilmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunmasından ötrü sonuncunun barəsində toplanmış materiallar Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı həmin dövr üçün yaranmış 4.400.00 manat məbləğində aliment borcunu Təqsirləndirilən şəxs ödədiyi üçün ərizəsi əsasında cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra heç bir yerdə işləmədiyinə görə uşağın böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq uşağın saxlanılmasından ötrü aliment pulunun artırılmasından ötrü 2021-ci ilin əvvəllərində aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən oğlu Əbülfəzin yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı artıralaraq sabit pul məbləğində müəyyən olunaraq hər ay 170.00 manat məbləğində pulun keçmiş həyat yoldaşı M.T. Əkbərovdan alınaraq ona ödənilməsinə dair 12 fevral 2021-ci il tarixli, 2(009)568/2021 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün sonuncunun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş,Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs hər iki məhkəmə qətnaməsi üzrə alimentə görə müəyyən məbləğdə ödəniş etmiş, 23 avqust 2022-ci il tarixədək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(009)5282/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 326.00 manat və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(009)568/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 2.890.00 manat məbləğində, hər məhkəmə qətnaməsi üzrə ümumilikdə 3.216.00 manat məbləğində qalıq borcu qaldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli saylı icra vərəqəsinə əsasən 20 noyabr 2017-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs 02 dekabr 2016-cı il təvəllüdlü Ə.Təqsirləndirilən şəxs yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 137.00 manat, həmçinin uşağın üç yaşına çatanadək hər ay 63.00 manat olmaqla, ümumilikdə cəmi 200.00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin rayon məhkəməsinin 12 dekabr 2021-ci il tarixli, 2(009)568/2021 saylı digər icra vərəqəsinə əsasən ilkin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170.00 manat sabit pul məbləğində müəyyən edilmişdir. Birinci icra sənədi üzrə İcra Şöbəsində aparılmış icraat zamanı borclu alimenti ödəməmiş, onun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar edilməmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qərəzli icra etmədiyinə görə barəsində müvafiq təqdimat əsasında Ədliyyə Nazirliyinin İstintaq İdarəsində CM-in 306.1-ci maddəsi ilə cinayət işinə başlanılmışdır. İbtidai istin taq zamanı həmin dövr üçün yaranmış 4.400.00 manat aliment borcu tam ödənildiyi üçün cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan sonra borclu barəsində icra tədbirləri davam etdirilmiş və onun "xxxx" MMC-də işlədiyi müəyyən olunaraq icra sənədi üzrə tələb onun qazancına yönəldilmişdir. 07 avqust 2020ci il tarixdə şöbəyə dəvət olunan borclu izahatında aliment üzrə yaranmış borcun tələbkarla birlikdə yaşadığı dövr ərzində yarandığını, tələbkara hər hansı rəsmi ödəniş etmədiyini bildirmişdir. Borclunun qazancından tələbkarın xeyrinə 2021-ci ilin aprel ayınadək cəmi 1.559.00 manat tutulmuş, sonradan borclu iş yerindən azad olunduğu üçün tutma aparılmamışdır. 23 aprel 2021-ci il tarixdə şöbənin icraatına ikinci icra sənədi daxil olmuş və icra məmurunun eyni tarixli qərarı ilə hər iki sənəd ümumi icraatda birləşdirilmişdir. Borclu hər iki icra sənədi üzrə yaranmış aliment borcunu ödəmədiyinə görə barəsində 24 fevral 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 3(008)1199/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs İXM-in 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borcluya 16 mart 2022-ci il tarixdə icra sənədlərinin icrası üçün yeni müddət təyin edilsə də, o aliment borcunu ödəməkdən yayınmış, işlə təmin olunması üçün aidiyyəti üzrə «DOST» iş mərkəzinə müraciət etməmiş, nəticə də tələbkarın qanunla qorunan hüquqlarını pozmaqda davam etmişdir.Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədi üzrə tələb olunan borcun ödənilməsinə heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidia istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin əvvəllərindən etibarən tanıyır və onunla tanışlığına səbəb Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsinin ərazisində yerləşən mebel istehsalı və təmiri sexində usda köməkçisi kimi işləməsi olub. Təqsirləndirilən şəxs qeyd edilən tarixdən etibarən həmin sexdə usda köməkçisi kimi işləyərək fəaliyyət göstərir və aylıq qazancı orta hesabla 600.00 manat müqabilində təşkil edir. O, Təqsirləndirilən şəxs məhkəmənin müvafiq qərarı ilə azyaşlı uşağına görə keçmiş həyat yoldaşına aliment pulu ödəməsi barədə məlumatının olduğunu bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 dekabr 2022-cı il tarixində göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbuhi oğlu barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin icraatına 17 yanvar 2020-ci il tarixdə CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)1199/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarından görünür ki, Əkbərov X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir (səh.,40). Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən-qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X5 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, ibtidai istintaq dövründə qismən aliment borcunun ödənilməsini, himaysində bir azyaşlı uşağın olmasını, onun 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, onun X3, Laçının azad olunmasına görə medalları ilə təltif olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 04 mart 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il traixdə, saat 12:00 tutularaq Yasamal RPİ-in MSY-ə təhvil verilmişdir (səh., 103). Cinayət işinin materiallarında olan 04 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protkoldan görünür ki, Əkbərov X6 RPİ-in MSY-də təqsirləndirilən şəxs qismində dindirilmişdir, dindirmə 04 mart 2023-cü il tarixdə, saat 14:15-də başlanmış, saat 15:15də dindirmə qurtarmışdır (səh., 121). Cinayət işinin materiallarında olan 27 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir (səh., 93). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 04 mart 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 132). Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını, alternativ cəza ilə islah olunmasını, dəymiş ziyanın ödənilməsi üçün tədbirlər görməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eləcə də Bakı şəh., Səbail Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(009)5282/2017 saylı və 12 fevral 2021-ci il tarixli, 2(009)568/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələri ilə müəyyən edilmiş borcun qalan hissəsinin ödənilməsi barədə vəzifələr qoyulmasını məqsədə müvafiq hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixə kimi həbsdə olduğu 01 (bir) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs «04» mart 2023-cü il tarixdə həbsdə olduğu «01» (bir) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «02» (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eləcə də Bakı şəh., Səbail Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(009)5282/2017 saylı və 12 fevral 2021-ci il tarixli, 2(009)568/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələri ilə müəyyən edilmiş borcun qalan hissəsinin ödənilməsi barədə vəzifələr qoyulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar