Məhkəmə qərarları › İş №1(008)-455/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-455/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-455/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızınıın sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilir. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, ibtidai araşdırma zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 298.5-ci maddəsinin tələblərinə əsasən cinayət işi materialları tərəfimdən öyrənilərkən aşağıdakı pozuntular müəyyən edilmişdir: Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 16 oktyabr 2021-ci il tarixlu qərarda Təqsirləndirilən şəxs barəsində 16 oktyabr 2021-ci il tarixdə axtarış elan etmə barədə qərar çıxarıldığı və həmin tarixdə də iş üzrə icraatın dayandırıldığı göstərilmiş, xx.xx.2021-ci il tarixdə Sabunçu RPİ-nin CAŞ-dən daxil olmuş məktubu ilə Təqsirləndirilən şəxs yerinin müəyyən edildiyi və sonuncunun istintaqa təhvil verildiyi göstərilmişdir(cild 1, i.v.48). Halbuki, iş üzrə icraat 02 sentyabr 2021-ci il tarixdə CPM-nin 53.1.1.-ci maddəsinə əsasən dayandırılmış, Təqsirləndirilən şəxs barədə axtarış elan edilməmişdir(cild 1, i.v.45). Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, yeri müəyyən edildikdə tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır(cild 1, i.v.63).Cinayət işi üzrə icraatın dayandırılması haqqında 18 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(cild 1, i.v.65); Azərbaycan Respublikası CPM-nin 53.3.3-cü maddəsinə əsasən bu Məcəllənin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda cinayət təqibi üzrə icraat dayandırıla bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində 16 oktyabr 2021-ci il tarixdə axtarış elan edilmiş, qanunvericiliyin tələbi pozularaq 2 gün sonra 18 oktyabr 2021-ci il tarixdə cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (İttiham aktında da bu qərara istinad edilmişdir). 11 noyabr 2021-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərarda Təqsirləndirilən şəxs barəsində 16 oktyabr 2021-ci il tarixdə axtarış elan etmə barədə qərar çıxarıldığı və həmin tarixdə də iş üzrə icraatın dayandırıldığı göstərilmiş, xx.xx.2021-ci il tarixdə Sabunçu RPİ-nin CAŞ-dən daxil olmuş məktubu ilə Təqsirləndirilən şəxs yerinin müəyyən edildiyi və sonuncunun istintaqa təhvil verildiyi göstərilərək iş üzrə icraat təzələnmişdir(cild 1, i.v.70); (İttiham aktında da bu qərara istinad edilmişdir). Halbuki, 06 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutulması əsası ilə 25 gün əvvəl, yəni 11 noyabr 2021-ci il tarixdə iş üzrə icraat təzələnə bilməzdi. Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il ərizəsindən görünür ki, o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir(cild 1, i.v.82). Şahid6 dindirilməsi protokolundan görünür ki, o, şahid qismində xx.xx.2021-ci il tarixdə dindirilmişdir(cild 1, i.v.83-84). CPM-nin 52.2-ci maddəsinə əsasən hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Göründüyü kimi, iş materiallarının xronoloji qaydada cinayət işinə tikilməsi təmin edilməmişdir. Şahid6 dindirilməsi protokolundan görünür ki, şahidi dindirmiş müstəntiq protokolu imzalamamış, həmçinin şahidə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi barədə qeyd göstərilməmişdir(cild 1, i.v.83-84); CPM-nin 230.1.6-cı maddəsinə əsasən şahidin dindirilməsi haqqında protokolda şahidə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi barədə qeyd göstərilməlidir. CPM-nin 230.6-cı maddəsinə əsasən dindirmə protokolu müstəntiq və şahid tərəfindən onun axırında, habelə şahid tərəfindən əlavə olaraq onun hər səhifəsində imzalanır. Dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında 07 dekabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində şübhəli şəxsin adı X1 göstərilmişdir(cild 1, i.v.95); Şübhəli şəxsin dindirilməsi haqqında 06 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan dindirilmiş, şübhəli şəxsin hüquq və vəzifələri isə ona 07 dekabr 2021-ci il tarixdə izah olunmuş, 07 dekabr 2021-ci il tarixdə onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Həmçinin xronoloji ardıcıllığa riayət edilməyərək 06 dekabr 2021-ci il tarixli dindirmə protokolu 07 dekabr 2021-ci il tarixli protokollardan sonra tikilmişdir(cild 1, i.v.109- 114). CPM-nin 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxsin tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüququ var. Göründüyü kimi, şübhəli şəxsin tutulduğu andan müdafiəçidən hüququ yardım almaq hüququ təmin olunmamış, müdafiəçinin iştirakı olmadan dindirilməsi həyata keçirilmiş, bununlada onun müdafiə hüququ pozulmuşdur. xx.xx.2021-ci il tarixli məktub müstəntiq tərəfindən imzalanmamışdır(cild 1, i.v.118). Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da yaxalanaraq Sabunçu Pİ-nə gətirilərək İŞ-nə təhvil verilmişdir.(cild 1, i.v.78). Qətimkan tədbirinin seçilməsi barədə 09 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir(cild 1, i.v.136). CPM-nin 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən tutulmuş şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən aşağıdakı hallarda azad edilməlidir: 153.3.1. şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi barədə şübhələr təsdiq edilmədikdə; 153.3.2. şəxsi gələcəkdə həbsdə saxlamaq üçün zərurət olmadıqda; Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bu Məcəllənin 153.3.1 və 153.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda tutulmuş şəxs müvafiq olaraq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən, bu Məcəllənin 153.3.4-cü maddəsində nəzərdə tutulmuş halda isə həmçinin müvəqqəti saxlama yerinin rəisi tərəfindən azad edilir. Göründüyü kimi CPM-nin tələblərinə əməl edilməyərək Təqsirləndirilən şəxs 48 saatdan artıq müddətə tutularaq saxlanılmışdır. Təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi barədə qərarla tanış olması haqqında protokoldan görünür ki, protokol xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur(cild 1, i.v.170); Halbuki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. CPM-nin 268.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin protokol tərtib edilməklə ekspertizanın aparılmasından əvvəl onun təyin edilməsi haqqında müstəntiqin qərarı ilə tanış olmaq və ona məxsus olan hüquqların izahını almaq hüququ vardır. xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi barədə qərarla tanış olması haqqında protokol tərtib edilməsi anlaşılan deyil. Həmçinin sözügedən protokol xronoloji ardıcıllığa uyğun olaraq cinayət işinə əlavə edilməmişdir. Ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokol xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, həmçinin protokolun məzmununda məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/8147 saylı, 09 dekabr 2022-ci il tarixli rəyinin təqsirləndirilən şəxsə elan edildiyi göstərilmişdir(cild 1, i.v.171). Halbuki, məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/8147 saylı rəyi 09 dekabr 2021-ci il tarixli olmuşdur. Təqsirləndirilən şəxsin 01 il sonra həmin rəylə tanış edilməsi prosesual qanunvericiliyin tələbinin pozulmasıdır. Belə ki, CPM-nin 268.1.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ekspertin rəyi müstəntiqə daxil olduğu vaxtdan ən geci 10 (on) gün müddətində onunla tanış olmaq hüququ var. Zərərçəkmiş şəxsin dindirilməsi protokolundan görünür ki, X3 05 fevral 2021-ci il tarixdə dindirilmişdir(cild 2, i.v.173-177); Lakin, həmin tarixdə nə cinayət işi başlanılmış, nə də X3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan başqa həmin protokolda dindirmənin başlandığı və başa çatdığı saat göstərilməmişdir. 07 fevral 2022-ci il tarixli üzləşdirmə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə müdafiəçinin iştirakı olmadan Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir(cild 2, i.v.184-188); Həmçinin, xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə müdafiəçinin iştirakı olmadan Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir(cild 2, i.v.197- 200) CPM-nin 235.2-ci maddəsinə əsasən üzləşdirmə şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müstəntiq həmin istintaq hərəkətinin aparılmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir. Göründüyü kimi ibtidai istintaq orqanı qanunvericiliyin bu tələbini pozaraq istintaq hərəkətlərinin aparılmasında müdafiəçinin iştirakını təmin etməmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, dindirilən şəxslər protokolun hər səhifəsini imzalamamışdır(cild 2, i.v.194-196); CPM-nin 235.9-cu maddəsinə əsasən üzləşdirmə protokolu müstəntiq, habelə dindirilən şəxs və üzləşdirmədə iştirak edən şəxslər tərəfindən imzalanır. Dindirilən hər bir şəxs öz ifadələrini və protokolun hər səhifəsini imzalayır. 05 fevral 2022-ci il tarixli təqsirləndirilə şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, qərar müstəntiq tərəfindən imzalanmamış, həmçinin qərarın təqsirləndirilən şəxsə elan edilmə tarixi göstərilməmişdir(cild 2, i.v.227-229). Yuxarıda göstərilən hallardan göründüyü kimi cinayət işinin materiallarındakı sənədlər bir birinə uyğunsuz olmaqla təqsirləndirilən şəxsə verilən ittiham qeyri dəqiqdir. Qeyd olunan hallar həm təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həm də ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Belə ki, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarəmbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Cinayət qanunun müvafıq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasma səbəb olur. Belə ki, “İnsan hüquqlarının və X2 haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-nin 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar