Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-457/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Saatlı rayonu, Şirinbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,721 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Sabunçu rayonu, D.Pişəvəri küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında özünü şübhəli apardığı üçün saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,721 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Polis tərəfindən saxlanmazdan təxminən iki gün əvvəl o, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 70 manat pulun müqabilində bir büküm psixotrop maddə metamfetamin almış, bir dəfə həmin maddədən istifadə etmiş, yerdə qalanını üzərində saxlamışdır ki, istifadə edər. xx.xx.2025-ci il tarixdə saat 20:30-da o, Bakı şəhəri, Sabunçu rayonu, D.Pişəvəri küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığından keçərkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özünün polis olduğunu bildirib vəsiqəsini ona təqdim etdikdən sonra ondan özünü təqdim etməyini bildirmişdir. Onun üzərində psixotrop maddə metamfetamin olduğundan özünü təqdim edib polis əməkdaşından yayınmaq istəmişdir. O, özünü şübhəli apardığına görə polis əməkdaşı onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişdir. 12-ci PŞ-də olarkən narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğu ona bildirilmiş, ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. O, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılacağı haqqında məlumat verilmiş, üzərinə şəxsi axtarış keçirlmişdir. Şəxsi axtarış keçirilən zaman ona üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuş, o, əynində olan şalvarının cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm açılmış və içərisindən ağ rəngli kristallşəkilli kütlə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmışdır. Bundan sonra 01 ədəd bükümün ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, həmin büküm zərfə qoyularaq qablaşdırılmış, hər bir iştirakçı tərəfindən üzəri imzalanmışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nin polis inspektoru X6 ifadəsində göstərdi ki, Sabunçu RPİnin 12-ci PŞ-nin sahə inspektoru vəzifəsində xidmət edir. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:30-da o, Bakı şəhəri, Sabunçu rayonu, D.Pişəvəri küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığından keçərkən hərəkətdə olan bir nəfər kişi cinsli şəxsin özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşıb xidməti vəsiqəsini təqdim edərək Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaş olduğunu bildirib ondan adını və soyadını soruşmuşdur. Həmin şəxs adının Asif olduğunu deyib ondan uzaqlaşmağa çalışmışdır. Həmin şəxs özünü şübhəli apardığına görə onu Sabunçu RPİnin 12-ci PŞ-nə dəvət etmişdir. 12-ci PŞ-nin inzibati binasında müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sabunçu RPİ-nin 12-ci PŞ-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılacağı haqqında məlumat verilmişdir. Müdafiəçinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirlmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm açılmış və içərisindən ağ rəngli kristallşəkilli kütlə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra 01 ədəd bükümün ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, həmin büküm zərfə qoyularaq qablaşdırılmış, hər bir iştirakçı tərəfindən üzəri imzalanmışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da Təqsirləndirilən şəxs, vəklinin və onun tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edərkən ona qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.16); şəxsi axtarış və götürmə aparılması haqqında 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddəni çıxardaraq könüllü təhvil vermiş, bu maddənin “Patı” olduğunu, həmin maddəni təxminən 3 gün bundan əvvəl 20 yanvar metrostansyasının yaxınlığından götürdüyünü, bir qismini istifadə etdiyini, digər qismini isə Tural adlı qohumunun sifarişi ilə həmin yerə qoyduğu üçün ona Mingəçevir rayonuna göndərəcəyini bildirmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v.26-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 08 mart 2025-ci il tarixli 6/1019 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №159» dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,721 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (i.v.36-39); DVD diskə baxış keçirilməsi barədə 08 mart 2025-ci il tarixli protokoldan görünür ki, diskdə olan 01 ədəd video çəkilişə baxış zamanı müəyyən olunmuşdur ki, Sabunçu RPİnin 12-ci PŞ-nin təhqiqatçısı, Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektorunun iştrakı ilə X1-sual edir. X4 üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif edilmişdir. X5 bu təklifdən sonra əynində olan şalvarın cibində içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoyur. həmin bükümə baxış keçirilir, içərisində ağ rəngli kristallşəkilli psixotrop maddə metamfetamin aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin hər hansı bir əşya aıkar edilmir, Bundan sonra 01 ədəd büküm zərfə zərfə qoyularaq qablaşdırılır. Hər bir iştrakçı tərəfindən üzəri imzalanır. (i.v 49); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 09 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır(i.v.65-66); Qətimkan tədbiri seçilməsi haqqında 09 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.67-68); Maddi sübut kimi tanıma haqqında 08 mart 2025-ci il tarixli qərardan görünür ki, 08 mart 2025-ci oğlunun üzərindən aşkar edilərək götürülmüş 1,721 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması və kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,671 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (i.v.70); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü, xx.xx.2012-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır(i.v.73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Ssabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-niin 128-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqından 20% tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqından 20% tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə cinayət məsuliyyətindən azad edildiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqından 15% tutulmaqla 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 221.1, 69.3-cü maddəsinə əsasən əmək haqqından 15% tutulmaqla 29 gün islah işləri cəzasına məhkum edilmişdir(i.v.89-91); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X7 X8 Komissiyasının xx.xx.2025-ci il tarixli 1711 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. VSİS-dən alınan məlumata əsasən X5 01 yanvar 2025-ci tarixdən RNM (F15x2) Psixostimulyatorların asılılıq diaqnozu ilə 5 il ərzində dispanser qeydiyyatındadır (i.v.92-93); Sübutların qiymətləndirilməsi haqqında 24 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır (i.v.104-111); Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 08 mart 2025-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1.721 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (CM-59.2) və ağırlaşdıran halların olmaması, ondan aşkar olunmuş psixotrop maddənin miqdarı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 07 mart 2025-ci il tarixdən 09 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalı, iş üzrə maddi sübutlar Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,721 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,671 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 07 mart 2025-ci il tarixdən 09 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,721 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,671 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-457/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-457/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver