Məhkəmə qərarları › İş №1(008)-458/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-458/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-458/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçilər 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 iştirakı ilə xx xxxx 2000-ci il tarixdə Ağdam rayonu, Zəngişalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Zəngişalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxx 1996-cı il tarixdə Füzuli rayonu, Ağaşıveysəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Füzuli rayonu, Ağaşıveysəlli kəndində ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 06 fevral 2024-cü il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «401 PUB Restoran»-a müştəri qismində olarkən, həmin kafedə təmir işləri aparan Zərərçəkmiş şəxs ilə mübahisə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edib, özünü kənar şəxslərin fövqündə qoyaraq Zərərçəkmiş şəxs yumruq və təpiklə vurub, ona sağ baldırın sıyrığı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən və sol göz yuvası ətrafı nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 06 fevral 2024-cü il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «401 PUB Restoran»-a müştəri qismində olarkən, həmin kafedə təmir işləri aparan Zərərçəkmiş şəxs ilə mübahisə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edib, özünü kənar şəxslərin fövqündə qoyaraq Zərərçəkmiş şəxs yumruq və təpiklə vurub, ona sağ baldırın sıyrığı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən və sol göz yuvası ətrafı nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rəsulu təxminən 3-4 il olar ki, tanıyır. Emin Rəsulu tanıyır, onların hər üçünün arasında dostluq münasibətləri var, aralarında ədavət və düşmənçilik olmamış və yoxdur. 05 fevral 2024-cü il tarixdə, saat 23:00 radələrində o, Emin və Rəsul görüşüb birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən «401 PUB Restoran»-a getmişlər. Orada ümumi zalda əyləşib üç nəfərə təxminən 2 litr çaxır, hər biri ayrı-ayrılıqda 7-8 bakal pivə içmişlər. Hər üçü spirtli içkinin təsiri altında olmuşdur. 06 fevral 2024-cü il tarixdə, saat 01-02 radələrində masa arxasında əyləşib yemək yeyən zaman yanlarında əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı, təmir işləri görən Elgün adlı şəxs sütunları boya ilə rəngləyirdi. Boyanın iysi onlara təsir etdiyi üçün Rəsul Elgündən onlar gedəndən sonra işini davam etdirməsin xahiş etmişdir. Elgün Rəsulun iradını qəbul etməmiş və Rəsula kobud cavab verib, təklif etmişdir ki, aşağı mərtəbəyə düşüb təklikdə söhbət etsinlər. Elgün və Rəsul onlardan aralanıb aşağı mərtəbəyə pilləkənlərlə düşmüşlər. Az sonra aşağıdan səs-küy eşidib, Rəsulgilin dalaşdığını güman edib Eminlə aşağı düşmüşdür. Orada görmüşdür ki, Rəsul ilə Elgün əlləri ilə bir-birinin sinəsindən itələyib, nəlayiq ifadələr işlədirlər. Elgünə yaxınlaşıb ondan xahiş etmişdir ki, sərxoş olduqlarını nəzərə alsın və bir qədər sakitləşsin. Lakin Elgün onun sözlərinə əhəmiyyət verməmiş və onun da ünvanına nəlayiq ifadələr işlətmişdir. Buna görə də əsəbləşib Elgünün sinəsindən yumruqla vurmuşdur. Elgün ondan aralanıb masaların birindən bakal çəlləyini götürüb Rəsulun üzərinə hücum etmiş və Rəsulun çiynindən bakal ilə vurmuşdur. Sonra o, Rəsul ilə Eglünü aralayıb, Rəsul ilə birlikdə yuxarı mərtəbəyə qalxmışdır. Emin dava-dalaşa müdaxilə etməmiş, yalnız Elgünü sakitləşdirib aralamağa çalışmışdır. Aradan təxminən 30 dəqiqə keçdikdən sonra o, yenidən Elgünə yaxınlaşmış və ondan baş verənlərə görə üzr istəyib mübahisəni uzatmamağı xahiş etmişdir. Baş vermiş mübahisə və dava-dalaş təxminən 10 dəqiqə ərzində «401 PUB Restoran»-ın daxilində davam etmişdir. Orada işləyən işçilər və bir neçə nəfər müştəri hadisənin şahidi olmuşlur. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sadiqi təxminən 3-4 il olar ki, tanıyır. Emin Sadiqin sinif yoldaşı olub, onunla uzun müddətdir ki, tanışdır. Hər üçünün arasında mehriban səmimi münasibətlər var. 05 fevral 2024-cü il tarixdə, saat 23:00 radələrində o, Emin və Sadiq görüşüb birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən «401 PUB Restoran»-a getmişlər. Orada ümumi zalda masa arxasında əyləşib üçünə təxminən 2 litr çaxır, hər biri ayrı-arylıqda 7-8 bakal pivə içmişlər. Hər üçü spirtli içkinin təsiri altında olmuşdur. 06 fevral 2024-cü il tarixdə, saat 01-02 radələrində masa arxasında əyləşib yemək yeyən zaman yanlarında əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı orada təmir işləri görən Elgün adlı şəxs sütunları boya ilə rəngləyirdi. Boyanın iysi onlara təsir etdiyi üçün Elgündən onlar çıxıb gedəndən sonra işini davam etdirməsini xahiş etmişdir. Elgün onun iradını qəbul etməmiş və ona kobud cavab vermişdir. Buna görə də Elgünə aşağı mərtəbəyə düşüb təklikdə söhbət etməyi təklif etmişdir. Bundan sonra o, Elgünlə Emin və Sadiqdən aralanıb aşağı mərtəbəyə pilləkənlərlə düşmüşdürlər. Az sonra Sadiq və Emin onların yanına gəlmişdir. Həmin vaxtı o, Elgünlə bir-birini əl ilə sinələrindən itələyib, bir-birinin ünvanına nəlayiq ifadələr işlədirdilər. Sadiq Elgünə yaxınlaşıb ondan xahiş etmişdir ki, onların sərxoş olduğunu nəzərə alsın və bir qədər sakitləşsin. X4 də sözlərinə əhəmiyyət verməmiş və onun da ünvanına nəlayiq ifadələr işlətmişdir. Buna görə də Sadiq əsəbləşib Elgünün sinəsindən yumruqla vurmuşdur. Elgün aralanıb masaların birindən bakal çəlləyini götürüb onun üzərinə gəlib və çiynindən bakal ilə vurmuşdur. Sonra Sadiq onları aralayıb onunla birlikdə yuxarı mərtəbəyə qalxmışdır. Emin dava-dalaşa müdaxilə etməmiş, o yalnız Elgünü sakitləşdirib aralamağa çalışırdı. Aradan təxminən 30 dəqiqə keçdikdən sonra Sadiq yenidən Elgünə yaxınlaşmış və ondan baş verənlərə görə üzr istəyib mübahisənin uzatmamağı xahiş etmişdir. Dava-dalaş təxminən 10 dəqiqə ərzində, «401 PUB Restoran»-n daxilində davam etmişdir. Orada işləyən işçilər və bir neçə nəfər müştəri hadisənin şahidi olmuşlur.Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 fevral 2024-cü il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «401 PUB Restoran»-da ümumi zalda təmir işləri aparan zaman müştəri qismində olmuş əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı araşdırma zamanı adlarını bildiyi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və E.S.Zeynallı spirtli içki qəbul etmişlər. O, işləyən zaman Təqsirləndirilən şəxs2 ona kinayə ilə düzgün işləmədiyini deyib, əsassız iradlar bildirməyə başlamışdır. Rəsuldan xahiş etmişdir ki, işi ilə məşğul olsun və onun işinə müdaxilə etməsin. Bu zaman Rəsul onun üzərinə gəlib nəlayiq sözlərlə onu söyüb təhqir edib, onunla mübahisə etməyə başlamışdır. Şəxsən dava etmək istəməyib sərxoş olmasını nəzərə alıb Rəsuldan xahiş etmişdir ki, sakitləşsin və adamlar az olan yerdə söhbət etsinlər. Bundan sonra o, Rəsul ilə birlikdə 1-ci mərtəbəyə düşmüş və onu sakitləşdirmək istəmişdir. Lakin Rəsul sərxoş vəziyyətdə olduğundan onun sözlərinə əhəmiyyət vermədiyi üçün aralarında mübahisə yaranmış və onlar bir-birinin sinəsindən əlləri ilə itələmişlər. Bu zaman onların yanına Sadiq və Emin gəlib Rəsulu ondan aralamışdır. Az bir müddət keçmiş kafedə dəhlizdə olarkən Sadiq onun yanına gəlib Rəsul ilə mübahisə etdiyinə görə iradını bildirib, təkrar onunla mübahisə edib qəflətən yumruqla sifətindən zərbə endirmişdir. Özünü müdafiə etmək üçün masa üzərində olmuş pivə çəlləyini (bakal) götürüb Rəsula tərəf atmışdır. Çəllək Rəsulun çiyninə dəymişdir. Rəsul isə onu yumruqla sinəsindən və sifətindən vurmağa başlamışdır. Ondan aralanandan sonra Sadiq ona yaxınlaşıb sifətindən yumruqla vurub onu yerə yıxmış, yerdə uzanıqlı vəziyyətdə olarkən Rəsul Sadiqlə birlikdə ayağından təpiklə vurmuşlar. Orada olmuş kafe işçiləri və adlarını bilmədiyi bir neçə müştəri Sadiqgili ondan aralayıb kənarlaşdırmışdırlar. X1 dava edərkən onun sinəsindən əli ilə itələmişdir. Güclü zərbələr yetirən Sadiq və Rəsul olmuşdur. Sadiqi və Emini şəxsən vurmamışdır. Hadisə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «401 PUB Restoran»-ın daxilində baş vermişdir. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Sadiq onun sinif yoldaşı olub, onun uzun müddətidir ki, tanıyır. Rəsulu isə təxminən 3-4 il olar ki, tanıyır. Sadiq də Rəsulu tanıyır və hər üçünün arasında dostluq münasibətləri mövcuddur. Aralarında ədavət və düşmənçilik olmamış və yoxdur. 05 fevral 2024-cü il tarixdə, saat 23:00 radələrində o, Sadiq və Rəsul ilə görüşüb birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən «401 PUB Restoran»-a getmişlər. Orada ümumi zalda əyləşib, üçünə təxminən 2 litr çaxır, hər biri ayrı-ayrılıqda 7-8 bakal pivə içmişlər. Hər üçü spirtli içkinin təsiri altında olmuşdur. 06 fevral 2024-cü il tarixdə, saat 01-02 radələrində masa arxasında əyləşib yemək yeyən zaman yanlarında əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı orada təmir işləri görən Elgün adlı şəxs sütunları boya ilə rəngləyirdi. Boyanın iysi onlara təsir etdiyi üçün Rəsul Elgündən xahiş etmişdir ki, onlar çıxıb gedəndən sonra işini davam etdirsin. Elgün onun iradını qəbul etməmiş və Rəsula kobud cavab verib, təklif etmişdir ki, aşağı mərtəbəyə düşüb təklikdə söhbət etsinlər. Elgün və Rəsul onlardan aralınb aşağı mərtəbəyə pilləkənlərlə düşmüşlər. Az sonra aşağıdan səs-küy eşidib, Rəsulgilin dalaşdığını güman edib Sadiqlə aşağı mərtəbəyə düşmüşdür. Orada görmüşdür ki, Rəsul ilə Elgün əlləri ilə bir-birinin sinəsindən itələyib, bir- birinin ünvanına nəlayiq ifadələr işlədirlər. Sadiq Elgünə yaxınlaşmış və ondan xahiş etmişdir ki, onların sərxoş olduğunu nəzərə alsın və bir qədər sakitləşsin. Lakin Elgün onun sözlərinə əhəmiyyət verməmiş, Sadiqin də ünvanına nəlayiq ifadələr işlətmişdir. Buna görə də Sadiq əsəbləşib Elgünün sinəsindən yumruqla vurmuşdur. Elgün Sadiqdən aralanıb masaların birindən bakal çəlləyini götürüb Rəsulun çiynindən bakal ilə vurmuşdur. Sonra Sadiq onları aralamış və Rəsul ilə yuxarı qalxmışdır. Dava-dalaşa, mübahisəyə müdaxilə etməmiş, yalnız Elgünü sakitləşdirib aralamağa çalışmışdır. Aradan təxminən 30 dəqiqə keçdikdən sonra Sadiq yenidən Elgünə yaxınlaşmış və ondan baş verənlərə görə üzr istəyib mübahisənin uzatmamağı xahiş etmişdir. Mübahisə və davadalaş «401 PUB Restoran»-ın daxilində baş vermiş və təxminən 10 dəqiqə ərzində davam etmişdir. Həmin şəxslərin ad və anket məlumatlarını bilmir. Elgün Sadiqi vurmamış, Rəsulu isə pivə çəlləyi ilə vursa da, zərbə güclü olmadığı üçün Rəsul xəsarət almamışdır. Elgünün hansı şəraitdə xəsarətlər alması barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş 275 saylı, 08 fevral 2024-cü il tarixli rəydən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs sol göz yuvası ətraf nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma, sağ baldır nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti 06 fevral 2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol göz yuvası ətraf nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ baldırın sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 02 mart 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 09 mart 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 29 dekabr 2016-cı ildə Cinayət Prosessual Məcəlləsinin 40.4.4-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən- xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan videodisk və digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən- xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan videodisk və digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Təqsirləndirilən şəxs2 cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədilmə görə- iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə məsuliyyətə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, ona qarşı şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə), müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə məsuliyyətə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, ona qarşı şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 19 fevral 2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,39). Cinayət işinin materiallarında olan 21 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 91). Təqsirləndirilən şəxs1 dindirilməsi 21 fevral 2024-cü il tarixdə, saat 11:35 radələrində başlamış, həmin tarixdə saat 12:40 radələrində bitmişdir. Cinayət işinin materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi barədə vəatətin müdafiə olunmasından imtina olunması barədə 21 fevral 2024-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətiimkan tədbirinin seçidməsi barədə vəsatət təmin edilməmişdir (səh., 120) Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 135) Cinayət işinin materiallarında olan 19 fevral 2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,61). Cinayət işinin materiallarında olan 21 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,103). Təqsirləndirilən şəxs2 dindirilməsi 21 fevral 2024-cü il tarixdə, saat 13:30 radələrində başlamış, həmin tarixdə saat 14:30 radələrində bitmişdir. Cinayət işinin materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi barədə vəatətin müdafiə olunmasından imtina olunması barədə 21 fevral 2024-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətiimkan tədbirinin seçidməsi barədə vəsatət təmin edilməmişdir (səh., 124). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 139) Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəli olması onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olunmasına xidmət edir. «Xuliqanlıq işləri yzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. 3. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə,mənzildə,qohumlar arasında,şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqacinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimaiqaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndiriləbilər. Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, az ağır cinayət törətməsini, onun onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin şikayət və tələbin olmamasın və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, az ağır cinayət törətməsini, onun onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin şikayət və tələbin olmamasın və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixə kimi həbsdə olduğu «02» gün müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həbsdə saxlandığı 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixə kimi həbsdə olduğu «02» gün müddət nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün müddət nəzərə alınmalı, «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun şübhəli şəxs kimi həbsdə saxlandığı 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün müddət nəzərə alınmalı, «02» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «04» (dörd) gününə bərabər tutulmaqla «04» (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonu və Füzuli rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirak etdikləri 40 saata görə 240 (hər birinə ayrı-ayralıqda) manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 19 fevral 2024-cü il tarixdən, 21 fevral 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «01» (bir) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 19 fevral 2024-cü il tarixdən,21 fevral 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «02» (iki) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq «01» (bir) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Füzuli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli və Beyləqan rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirak etdikləri 40 saata görə 240 (hər birinə ayrı-ayralıqda) manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar