Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-458/2025 04.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X9 küçəsi, ev 22 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 21 yanvar 2025-ci il tarixdə saat 04 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları adlandırılan bağ sahəsində yerləşən bağ evinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq saxlanc yeri hesab edilən həyətyanı sahədən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd 65 manat dəyərində “Bosch GWS 22-230H” markalı, 01 ədəd 40 manat dəyərində “X5” markalı laqonda və 01 ədəd 30 manat dəyərində üzərində markalanma göstəricisi olmayan dreli gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 135 (yüz otuz beş) manat maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,472 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 22 yanvar 2025ci il tarixdə, saat 17:54-də Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X9 küçəsi ünvanında küçədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, küçədə video çəkilişlə üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,472 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 fevral 2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X9 küçəsində iki fərqli hissədə "xxxx" MMC 4 saylı Rabitə xidmətləri Mərkəzinin EATS-yə məxsus dəyəri 330,00 manat olan 100 metr uzunluğunda TPP 50x2 markalı və dəyəri 287,50 manat olan 115 metr uzunluğunda TPP 30x2 markalı rabitə xətti olan naqili gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə həmin naqillərin alınmasına sərf edilərək 18% əlavə dəyər vergisi olan ödənilmiş 111,15 manat məbləğində pul vəsaiti ilə birlikdə ümumilikdə 728,65 (yeddi yüz iyirmi səkkiz manat altmış beş qəpik) manat məbləğində maddi zərər vurmaqla dövlət və ictimai əhəmiyyətli rabitə xətlərinə münasibətdə təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, lakin həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə axşam saatlarında “patı” adlanan psixotrop maddə metamfetamin almaq üçün Zabrat qəsəbəsinə getmiş, həmin ünvanda üzdən tanıdığı bir nəfər şəxsdən 10 manata metamfetamin alıb əynində olan şalvarının cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə yaşadığı Nardaran qəsəbəsi, Tuti küçəsində piyada hərəkətdə olan zaman saat təxminən 17:30 radələrində 2 nəfər mülki, bir nəfər polis geyimində olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdilər. Həmin vaxt polis formasında olan digər əməkdaş üzərində qanunsuz əşya varsa təqdim etməsini və qeyd olunan bütün hərəkətlərin videoçəkilişlə qeydiyyata alınacağını demişdir. O, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir büküm patını, əynindəki qara rəngli paltonun sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, yaşadığı evə məxsus açarları və həmin paltonun sol yan cibindən bir manatlıq əskinası təqdim etmişdir. Polis əməkdaşı pulu və evin açarlarını ona qaytardıqdan sonra o, bir büküm “patı”nı xx.xx.2025-ci il tarixdə Zabrat qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını demişdir. Onun iştirakı ilə həmin bükülü açılaraq baxış keçirilmiş və həmin maddə polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq möhür ilə möhürlənərək götürülmüş və həmin protokol onun tərəfindən imzalanmışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə 42-ci Polis Bölməsinə getmiş, orada inzibati otaqların birində təhqiqatçı və vəkilin iştirakı ilə üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilmiş, baxış keçiriləndən sonra psixotrop maddə ekspertizaya göndərilməsi üçün yenidən zərfə qoyularaq möhürlənmişdir. Oğurluq əməlini törətməmişdir. Belə ki, o, 06 fevral 2025-ci il tarixdən 23 fevral 2025-ci il tarixədək inzibati həbsdə olmuşdur. Necə ola bilər ki, oğurluq hadisəsi 05 fevral 2025-ci il tarixdə baş versin, ancaq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi yalnız 20 fevral 2025-ci il tarixdə şikayət etsin. Dövlət kabellərinin oğurlanması barədə şikayətin 15 gün sonra verilməsi onda şübhə doğurur. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ sahəsində iki mərtəbəli beş otaqlı ev tikdirmiş, səhhətində yaranmış problemlə əlaqədar 2022-ci il tarixdə qeydiyyatda olduğu Yasamal rayonunda yerləşən evinə köçmüş, sonuncu dəfə evə hadisə baş verməmişdən 2 gün əvvəl getmiş, evdə hər bir şey öz yerində olmuşdur. 22 yanvar 2025-ci il tarixdə qeyd edilən ünvanda yerləşən bağ evinə getmiş, evin həyətinin giriş qapısını açarla açıb həyətə daxil olmuş, evin həyətində qoyduğu özünə məxsus mexanikləşdirilmiş əl alətləri olan iki ədəd drel və bir ədəd laqondanın yerində olmadığını görmüşdür. Bu zaman başa düşmüşdür ki, evin həyətində olan alətlər oğurlanmışdır. Evə daxil olub baxış keçirən zaman evə daxil olunmadığı, naməlum şəxs(lər)in yalnız evin həyətindən ona məxsus mexanikləşdirilmiş əl alətlərini oğurlamışdırlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 135 (yüz otuz beş) manat məbləğində maddi zərər dəymiş, dəymiş zərər ona ödənilmişdir. Sonda Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyaların hüquq mühafizə orqanları tərəfindən ona geri qaytarıldığını, ona vurulmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzində hüquqşünas vəzifəsində çalışır. 20 fevral 2025-ci il tarixdə Sabunçu rayonu, Nardaran qəsəbəsi, X9 küçəsinin iki fərqli istiqamətində 455 saylı EATS-yə məxsus təxminən 100 metr uzunluğunda TPP 50x2 markalı, dəyəri təxminən 330,00 manat olan, təxminən 115 metr uzunluğunda TPP 30x2 markalı, dəyəri təxminən 287,50 manat olan elektrik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı aşkar olunmuş, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat verilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə 18% əlavə dəyər vergisinin 111,15 manat olması nəzərə alınmaqla 728,65 manat məbləğində maddi zərər dəymişdir. Sonda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid6 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hazırda Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində xidmət edir. Bundan başqa o, göstərmişdir ki, Sabunçu RPİ-nin 42-ci Polis Bölməsində çalışdığı zaman, bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. 22 yanvar 2025-ci il tarixdə 42-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 tərəfindən bu barədə 42-ci Polis Bölməsinin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilməklə Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. 22 yanvar 2025-ci il tarixdə saat 17:54 radələrində o, həmkarları ilə birlikdə Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs X9 küçəsində piyada gəzərkən görüb ona yaxınlaşmış, tərəfindən video çəkiliş aparılmaqla özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah edilmişdir. Küçədə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə tərəfindən baxış keçirilmiş, çəkiliş zamanı onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçiriləcəyi izah edildikdən sonra polis əməkdaşları özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşya və ya predmet varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ilk öncə əynində olan qara rəngli paltonun sol yan cibindən “Nokia” markalı sadə, smart tipli olmayan mobil telefonu, eyni zamanda əynində olan qara rəngli şalvarın sağ yan cibindən ev açarı və bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini, həmçinin həmin paltonun sağ yan cibindən 1 (bir) manat pul əskinasını çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi pul və ev açarı özünə qaytarılsa da mobil telefon və psixotrop maddə metamfetamin istintaq əhəmiyyəti kəsb etdiyindən götürülmüş və bir büküm metamfetamin zərfləşdirilərək möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin davam etdirilməsi üçün 42-ci Polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gətirdikdən sonra bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları izah edildikdən sonra ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə vəkilin iştirakı ilə videokamera vasitəsilə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, onu Zabrat qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmiş və Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan metamfetamin müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən açıldıqda həmin bükülüdə xırda kristal şəkilli psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmiş və əlavə axtarış nəticəsində onun üzərindən başqa qanunsuz əşya, predmet və maddə aşkar edilməmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4, Şahid5 və Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid4, Şahid5 və Şahid1 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 9-11-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:27-də vətəndaş Şahid6 müraciətinə əsasən hadisə yeri olan Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsinə baxış keçirilmişdir. EATS 455-də mühəndis kimi işləyən Şahid6 bildirdi ki, Ş.Ə.Tuti küçəsindən EATS 455-ə aid TAP 50x2 100 metr və TPP 30x2 115 metr rabitə kabelləri kəsilərək oğurlanmışdır. Rabitə Kabelləri 2 hissədən bir-birindən 30-40 metr aralı kəsilərək oğurlanmışdır. Hadisə yeri tam yaşayış olan küçədir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 27-29-cu vərəqələrində olan xx.xx.2026-cı il tarixli “İfadənin yerində yoxlanılması” protokolundan görünür ki, Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşən Sabunçu RPİ-nin inzibati binasının qarşısında ifadəsi yoxlanılan Təqsirləndirilən şəxs ilə xidməti avtomobilə əyləşib ona 25 fevral 2025-ci il tarixli ifadəsində göstərdiyi oğurluq etdiyi yeri müəyyən etmək üçün göstərməsi təklif edilmişdir. Avtomobil Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi, 42-ci Polis bölməsinin qarşısında hərəkət edərkən o, avtomobilin dairədən sola yəni M.F.Axundzadə küçəsi istiqamətində hərəkət edilməli olduğunu dedi. X8 Tuti küçəsində fərdi yaşayış evlərinin qarşısında hərəkətdə olan zaman o, avtomobili fərdi yaşayış evinin qarşısında saxlamağı xahiş etdi. O, yolun kənarında iki fərqli istiqamətdə fərdi yaşayış evinin divarına yaxın, yerdən 5 metr hündürlükdə olan dəmir dirəklərin üzərindən keçən naqilləri kəsərək təxminən 150 metr uzunluğunda naqili oğurlayaraq yaşadığı evə aparmış və evinin həyətində naqilləri yandırıb misləri qoruyucu rezin təbəqədən ayıraraq satmışdır. Bundna sonra o, hadisə yerindən 500 metr aralıda yerləşən özünün yaşadığı fərdi yaşayış evinə gedərək evin həyətində oğurladığı naqilləri yandırdığı yeri göstərmişdir. Vətəndaş Təqsirləndirilən şəxs oğurladığı naqilləri satdığı yeri göstərməsi üçün avtomobil Maştağa-Nardaran yolunda hərəkətdə olan zaman o, naqilləri satdığı yeri unutduğunu deyərək həmin ünvanı göstərməkdə çətinlik çəkmiş və bu səbəbdən Təqsirləndirilən şəxs naqilləri əridərək satdığı metal qəbulu məntəqəsində ifadənin yerində yoxlanılması hərəkətlərini həyata keçirmək mümkün olmamışdır. İfadənin yerində yoxlanılması zamanı “Samsung Galaksi S21” mobil telefondan istifadə olunmaqla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 37-40-cı vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X7 12/72 saylı bağ evi təxmini ölçüləri 24 sot olan dörd bir tərəfi darvazadan ibarət içərisində 5 daş kürsülü, iki mərtəbə, altı otaqdan ibarət bağ evidir. Hadisə evin giriş hissəsində olan daş pilləkənin üstündə baş vermişdir. Cinayət işinin 47-49-cu vərəqələrində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü saxladıqları yerdə yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddəyə bənzər kütləni təqdim etdi. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli paltonun sağ yan cibindən 02 ədəd 1 manatlıq pul əskinazı, həmin paltonun sol yan cibindən isə 01 ədəd “Nokia” markalı sadə mobil telefonu və ev açarı təqdim etdi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvardan aşkar olunan kütləyə baxış keçirildikdə, spesifik iyə məxsus ağ rəngli kristal şəkilli maddə müəyyən edildi. Bu səbəbdən həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs, iştirakçılar tərəfindən imzalandı və götürüldü. İş üçün əhəmiyyət kəsb etmədiyindən pul və açar sonuncuya geri qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş maddənin patı olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Zabrat qəsəbəsindən 10 manat müqabilində əldə etdiyini və təxminən 1 aydır ki, patıdan istifadə etdiyini bildirmişdir. Cinayət işinin 60-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə saat 17:54 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-ci vərəqində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1 (bir) ədəd şəffaf sellofon bükümdə spesifik iyə məxsus ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər kütlə aşkar olundu. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunaraq qablaşdırıldığı öz əksini tapmışdır. Cinayət işinin 73-76-cı vərəqələrində olan “Təqdim etmə, götürmə və baxış keçirmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd direl, 01 ədəd böyük laqonda və 01 ədəd kiçik laqonda götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi alətləri Nardaran qəsəbəsi, bağlar massivi adlanan yerdə olan həyət evinə hasardan daxil olub, evin həyətindən oğurladığını bildirmişdir. Təqdim olunan alətlərə baxış zamanı həmin alətlərin saz olması və 01 ədəd markası olmayan direl, 01 ədəd “Angle Grınder” markalı kiçik laqonda və 01 ədəd “Bosch” markalı böyük laqonda olması müəyyən edilmişdir. Cinayət işinin 80-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2025-ci il tarixli, 6/330 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 241 dairəvi möhür əksi, “Təqdim edilən şəxs: Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdək 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,472 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 123-124-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİnin İstintaq Şöbəsinin müstəntiqi Rahib Cəfərovun 24 noyabr 2025-ci il tarixli vəsatətinin təmin edilmədən rədd edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. Cinayət işinin 125-126-cı vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 132-ci vərəqində olan “Videogörüntünün əks olunduğu diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı DVD diskdə “Maarif Memmedov 1” və “Maarif Memmedov 2” adlı iki ədəd fayl olması müəyyən edildi. Həmin DVD diskdə əks edilmiş “Maarif Memmedov 1” faylında qeydə alınmış görüntülər, 22 yanvar 2025-ci il tarixdə saat 17:57-də qeydə alınmışdır. Açıq hava şəraitində küçədə polis əməkdaşı tərəfindən çəkilmiş videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs küçədə hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edirlər. 42-ci Polis bölməsinin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilkin olaraq xidməti vəsiqəsini şübhəli şəxsə göstərərək özünü təqdim etdikdən sonra özünə məxsus mobil telefonun ekranını göstərir və telefonun ekranında saatın 17:54 olması görünür. Daha sonra o, şübhəli şəxsə “Əməliyyat axtarış tədbirləri haqqında” qanunun tələblərini izah etdikdən sonra onun üzərinə kamera çəkilişi ilə baxış keçiriləcəyini deyib orada olan polis əməkdaşlarına özlərini təqdim etmələrini xahiş edir. 42-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və çəkilişi həyata keçirən 42-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 özlərini təqdim etdikdən sonra Şahid1 şübhəli şəxsdən üzərinə olan qanunsuz əşya və ya predmetləri təqdim etməsini xahiş edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ilk öncə əynində olan qara rəngli paltonun sol yan cibindən özünə məxsus smart tipli olmayan “Nokia” markalı mobil telefonu, eyni zamanda əynində olan qara rəngli şalvarın sağ yan cibindən ev açarı və “patı” adlanan psixotrop maddəni, daha sonra hamin paltonun sağ yan cibindən 1 manat əskinası Şahid1 təqdim edir. Şahid1 təqdim edilən əşyalardan pul və ev açarını şübhəli şəxsə geri qaytarsa da digər əşyaların istintaq əhəmiyyəti kəsb etdiyindən zərfləşdiriləcəyini bildirir. Şahid1 tərəfindən şübhəli şəxsə psixotrop maddə barəsində suallar verilir və o, həmin maddəni Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və maddəni ona satan şəxsi tanımadığını bildirir. Daha sonra Şahid1 tərəfindən psixotrop maddə metamfetaminə baxış keçirilir və maddə onun tərəfindən zərfləşdirilib, 42-ci PB-nin 241 nömrəli möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən möhürlənir və çəkiliş sonlandırılır. Həmin DVD diskdə olan xx.xx.2025-ci il tarixli saat 20:20-də baxış keçirilmiş “Maarif Memmedov 2” faylında qeydə alınmış görüntülərə nəzər saldıqda isə əvvəlcə Sabunçu RPİ-nin 42-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Firuz Qasımov otaqda olan iştirakçılardan özlərini təqdim etməsini xahiş edir və sonda özünü təqdim edərək şübhəli şəxsə üzərindən aşkar edilən psixotrop maddə barədə məlumat verməsini xahiş edir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm psixotrop maddə metamfetaminə müdafiəçinin iştirakı ilə baxış keçirilir və psixotrop maddə ekspertizaya təqdim edilməsi üçün zərfləşdirilib iştirkaçılar tərəfindən imzalanır. Video görüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmamışdır. Cinayət işinin 133-134-cü vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,472 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,422 qram çəkidə metamfetaminin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 147-149-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 10 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin 151-158-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-541/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 15 mart 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 171-172-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 dair xx.xx.2025-ci il tarixli, 388 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin 205-ci vərəqində olan "xxxx" MMC-nin 4 saylı RXM-nin müdiri Sübhan Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli Smetadan görünür ki, 4 saylı RXM, EATS-455 (Bilgəh-Nardaran) ünvan 4 ünvanında 1 ədəd TPP 50x2 və 1 ədəd TPP 30x2 kabelinə dəymiş ziyanın smetası 18% əlavə dəyər vergisinin 111,15 manat olması nəzərə alınmaqla 728,65 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 220-222-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2025-ci il tarixli, 9/702 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 105,00 manat müəyyən edilir. Cədvəlin 3-cü bəndində göstərilən istifadədə olmuş drelin üzərində markalanma göstəricisi olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin 246-247-ci vərəqələrində olan “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 25005020 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək barəsində daha ciddi “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işinin 252-267-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd “Bosch GWS 22-230H” markalı, 01 ədəd “X5” markalı laqonda və 01 ədəd “Bosch” markalı drelin iş üzrə maddi sübut kimi tanınması və məhkəməyədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-679/2025 nömrəli, 28 yanvar 2026-cı tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəlinin 12 dekabr 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarın 18-ci bəndində göstərilir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi 0,472 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun hökmlə təyin olunmuş və çəkilməmiş qalan cəzasının 1 (bir) ay 10 (on) gün hissəsini Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərarına əsasən çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 21– 22 yanvar 2025-ci il və 05 fevral 2025-ci il tarixlərdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(008)-637/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(008)-637/2025 saylı hökmü ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdən 31 may 2025-ci il tarixədək ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün və bu cinayət işi üzrə ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkməsinin əvvəli Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(008)-637/2025 saylı hökmü ilə müəyyən edilmiş 12 dekabr 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(008)-637/2025 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan – 01 ədəd “Bosch GWS 22-230H” markalı, 01 ədəd “X5” markalı laqonda və 01 ədəd “Bosch” markalı drelin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, həmçinin 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 385 (üç yüz səksən beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(008)-637/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(008)-637/2025 saylı hökmü ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdən 31 may 2025-ci il tarixədək ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün və bu cinayət işi üzrə ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(008)-637/2025 saylı hökmü ilə müəyyən edilmiş 12 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(008)-637/2025 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – 01 ədəd “Bosch GWS 22-230H” markalı, 01 ədəd “X5” markalı laqonda və 01 ədəd “Bosch” markalı drelin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan –01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,422 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 385 (üç yüz səksən beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-458/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-458/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver