Məhkəmə qərarları › İş №1(008)-459/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-459/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-459/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, xx.xx.2022-ci il tarixdə Sabunçu rayon məhkəməsinin hökmü ilə AR CM-nin 234.1, 93.1.2-ci maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Biləsuvar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 465 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 6-cı mədən adlanan əraziyə qədər daşımış 03 mart 2025-ci il tarixdə saat 15:33-də Sabunçu RPİ- nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq videoçəkilişlə üstünün yoxlanılması aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ iç tərəfindən bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 465 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o, Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 200 manat müqabilində narkotik vasitə qurudulmuş marixuana almışdır, həmin marixuananı o, öz şəxsi istifadəsi üçün almışdır. Aldığı narkotik vasitə bir büküm olmuş və ciblərinə yerləşmədiyi üçün əynində olan qara rəngli gödəkçənin altında saxlamışdır. O, mobil telefon istifadə etmirmiş, həmin şəxsin isə mobil telefonunu bir kağız parçasına yazıb özündə saxlamışdır. Yoldan keçən tanımadığı bir şəxsdən mobil telefon alıb həmin adama zəng edib onunla görüşmək istədiyini bildirmiş və həmin şəxs onun narkotik vasitə istədiyini başa düşmüşdür. Görüşdən sonra o, həmin şəxsin mobil telefon nömrəsi yazılan kağız parçasını cırıb tullamışdır. Bir neçə aydan bir bir büküm alıb özündə saxlayıb istifadə edirmiş, bitən kimi yenidən alırmış. O, artıq bunun xəstəsi olmuşdur. xx.xx.2025-cü il tarixdə saat 15:33-də üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb adımı və soyadını soruşmuşlar, o, özünü təqdim etmiş, daha sonra videoçəkilişlə onun üzərində baxış keçirilməsi qərara alınmış və onun üzərində baxış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ iç tərəfində saxlamışdır bir büküm aşkar edilmişdir, o həmin marixuana olduğunu bildirmişdir. Sonra onu 12-ci PŞ-nə gətirmişlər və pols şöbəsində o, hər şeyi olduğu kimi bildirmişdir. Bu barədə protokol tərtib edilmiş ondan aşkar edilən büküm qablaşdırılıb möhürləmiş və imzalanmışdır. Verilmiş suallara cavabında ona qarşı hər-hansı təzyiq, fiziki və psixoloji təsir olmadığını bildirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 mart 2025-ci il tarixdə xidmət etdiyi polis şöbəsinə ünvan 3 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış və o, həmin qrupun üzvü olmuşdur. Daha sonra xx.xx.2025-ci il tarixdə saat 15:33-də keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs müəyyən edilərək Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi, 6cı mədən adlanan ərazidə saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və videoçəkilişlə onun üzərində qanunla daşınması qadağan edilən nəsə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ iç tərəfindən bir ədəd qara rəngli selofan bağlama çıxardıb təqdim etmiş və həmin bağlamada olan narkotik vasitə qurudulmuş marixuana olduğunu, o, şəxsi istifadəsi üçün həmin marixuananı Sabunçu rayonu Balaxanı qəsəbəsindən üzdən tanıdığı şəxsdən 200 manata aldığını bildirmişdir. Həmin maddə qablaşdırılmış və Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkilişlə bir daha Təqsirləndirilən şəxs aşkar edilmiş maddəyə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 və Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi olmadan əldə edib, narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 03 mart 2025-ci il tarixdə, saat 15:33 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi yaxınlığında saxlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı əynində olan qara rəngli gödəkcənin içərisindən 01 (bir) ədəd qara sellofana bükülmüş kəskin iyə malik ot şəkilli kütlə və 110 (yüz on) AZN pul aşkar olunmuşdur. Sonra ot kütləsi qablaşdırılmış, saxlanılan çşəxs tərəqfindən imzalanmış və götürülümüş iş üçün əhəmiyyət kəsb etmədiyindən pul sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən, saxlanılmazdan 2 saat öncə şəxsi istifadə məqsədi ilə 200( iki yüz) AZN əldə etdiyini, üzərində gizlətdiyini bildirmişdir(i.v.10-11). “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd qara rəngli sellofana baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 01 ədəd sellofana bükülmüş içərisində yaşıl rəngli kəskin iyli ot kütləsi aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir(i.v.30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-7/394 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs....” yazı və imzalar olan 1 (bir) ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır(i.v.34-38); “videodisklərə baxış keçirilməsi haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, küçədə iki nəfər şəxs videoçəkilişlə vətəndaşa yaxınlaşıb saxlayır, ona özlərini təqdim edirlər, həmin şəxslər Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşlarıdır, polis əməkdaşları saxlanılan özünü təqdim edən Təqsirləndirilən şəxs hüquqlarını izah edərək üzərində qanunla daşınması qadağan edilmiş nəsə varsa təqdim etməsini təklif edirlər. Bu təklifdən sonra vətəndaş Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ iç tərəfindən bir büküm çıxardıb təqdim edir və marixuana olduğunu bildirir, həmin marixuananı şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra həmin maddə qablaşdırılır. Digər görüntüdə təhqiqatçı polis kapitanı Ramin Kəngərli 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə bir daha Təqsirləndirilən şəxs aşkar edilmiş maddəyə baxış keçirilmiş, daha sonra həmin maddə zərfə qoyularaq qablaşdırılıb, möhürlənib, protokol tərtib edilib imzalanmışdır(i.v.46). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsi tərəfindən xx.xx.2010-cu il tarixdə AR CMnin 234.4.3-cü maddəsi ilə 07 il 06 ay 1 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2016-cı il tarixdə AR MM-nin xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən təyin olunan cəzadan azad edilib, xx.xx.2018-ci il tarixdə Sabunçu rayon məhkəməsi tərəfindən AR CM-nin 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2021-ci il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə 02 ay 19 gün vaxtından əvvəl şərti azada olunub, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci i İ tarixdə Sabunçu rayon məhkəməsi tərəfindən AR CM-nin 234.1, 93.1.2-ci maddəsi 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2024-cü il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə 02 ay 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. xx.xx.2025-ci il tarixdə Biləsuvar RPŞ tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir(i.v.70-72); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 2140 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən BNM-da(F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır(i.v.76-77); Biləsuvar Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 1(022)-50/2025 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 2 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir(i.v.79-86). Sübutların qiymətləndirilməsi haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış və barəsində Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etmə mənbəsini müəyyən edilməsindən ötrü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işindən material ayrılmalı və araşdırmanın davam etdirilməsindən ötrü Sabunçu RPİ-nin 12-ci PŞ-nə göndərilmiş, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 465 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 464,95 qram narkotik vasitə qurudulmuş marixuana Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilmiş, iş üzrə bir ədəd videodisk sübut növü hesab edilmiş və cinayət işində saxlanılmışdır(i.v.88-91); Məhkəmə iclasında DVD disklərə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur. İş materiallarında olan: Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 03 mart 2025-ci il tarixli qərardan görünür ki, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psoxotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat əsasında tədbirlərin həyata keçirilməsi qərara alınmışdır(i.v 5-6). Şübhəli şəxsin tutulması haqqında 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:33 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.22); “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur(i.v.47-48). Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.60-61); Qətimkan tədbiri seçilməsi haqqında 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.62-63); Qətimkan tədbrinin ləğv edilməsi barədə 06 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və barəsində Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmışdır(i.v.87). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(008)-459/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi 12-ci PŞ-nin xx.xx.2025-ci il tarixli 49/1-2- 4681 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması faktı müəyyən edilməmişdir(i.v 75). Məhkəmənin sorğusuna cavab olaraq Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2025ci il tarixli 5-115/2-609/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Biləsuvar Rayon Məhkəməsinin hökmü 06 may 2025-ci il tarixli 1(022)- 50/2025 nömrəli hökmü 27 may 2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2025-ci il tarixdə icraya yönəldilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 5 qramdan 500 qramadək olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün məhkəmə baxışı zamanı heç bir dəlil gətirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci i İ tarixli hökmü ilə AR CM-nin 234.1, 93.1.2-ci maddəsi 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə 02 ay 22 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Hazırki cinayət əməlini isə 03 mart 2025-ci il tarixdə törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (barəsində başqa cinayət işi məhkəmə istintaqının aparıldığı dövrdə yenidən eyni cinayəti törətməsi), cəzasını yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin həyata keçirildiyi dövrdə yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Biləsuvar Rayon Məhkəməsinin 1(022)-50/2025 saylı, 06 may 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Biləsuvar Rayon Məhkəməsinin 1(022)-50/2025 saylı, 06 may 2025-ci il tarixli hökmü ilə 01 may 2025-ci il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı(CM-65.2), təyin edilmiş cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 1(022)-50/2025 saylı, 06 may 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun əvvəlki və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökmlə müəyyən edilmiş tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM- 56.1.3.), barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı(digər hökmlə cəza çəkməsi nəzələ alınmaqla), narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 70 (yetmiş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən ibtidai istintaq zamanı 15 yanvar 2025-ci il tarixdən 16 yanvar 2025-ci il tarixədək(saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, hazırki iş üzrə 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, cəmi 04 gün müddət 01 günə 01 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 04 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 may 2025-ci il tarixdən hesablansın(Biləsuvar Rayon Məhkəməsinin 1(022)-50/2025 saylı, 06 may 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş). Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilsin və Biləsuvar Rayon Məhkəməsinin 1(022)-50/2025 saylı, 06 may 2025-ci il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut-ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 464,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 70 manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 12 saata görə 132 manat(12saat x11manat) məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün(Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar