Məhkəmə qərarları › İş №1(008)-46/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-46/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-46/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin (müki iddiaçı) vəkili Nümayəndə, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 dekabr 2021-ci il tarixdə, saat 19 radələrində AF 227947 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Toyota Prius” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi ilə hərəkətdə olarkən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42ci maddəsinin 9-cu hissəsinin tələblərinə əsasən, yəni nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə geriyə dönməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməməklə yol hərəkəti qaydalarını pozub, qarşı hərəkət zolağından Rasulovı Khaıalın (Zərərçəkmiş şəxs) idarə etdiyi “Minsk4” markalı mopedlə toqquşmuş ve onun bu ehtiyatsız davranışı Rasulovı Khaıalın (Zərərçəkmiş şəxs) dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid çənə və sol said sümüklərinin yerini deyişən qapalı sınıqları, alt çənədə sağ İ, İİ, İİİ, İV dişlərin tac hissələrinin travmatik sınıqları, üst çənədə sağ İİİ və İV dişlərin travmatik itirilməsi, alt dodağın əzilmiş yaraları kimi xəsarətlər alaraq sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında “Toyota Prius” markalı, **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmişdir. 03 dekabr 2021-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətindən “Start” idman kompleksi istiqamətində hərəkətdə olmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında olarkən yanacaq doldurma məntəqəsinə daxil olmaq istəmişdir. Bu məqsədlə, yolun qırıqqırıq xətti üzərində dayanaraq qarşıdan avtomobilin gəlib-gəlmədiyinə baxmış, qarşı istiqamətdən gələn avtomobillər dayanaraq ona yol vermişdir. O da, avtomobilin yan güzgüsündən baxmış, lakin mopedin gəldiyini görməmiş, hərəkətə başlayaraq əvvəlcə geriyə, daha sonra isə yavaş-yavaş “Lukoil” yanacaq doldurma məntəqəsinə doğru hərəkət etmişdir. “Lukoil” YDM-in giriş hissəsinə daxil olduqda ani olaraq sağ tərəfdən gələn moped onun idarə etdiyi avtomobilin sağ qapısı ilə toqquşmuşdur. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza rəyləri ilə razı olmadığını bildirmişdir. Onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslə barışıq etməyə cəhd göstərsə də, bu mümkün olmamışdır. Bununla əlaqədar barəsində bəraət hökmünün çixarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Rasulovı Khaıalın (Zərərçəkmiş şəxs) bildirmişdir ki, o, “Wolt partnyor” şirkətində kuryer işləmiş və moped vasitəsilə müxtəlif ünvanlara sifarişlər çatdırmışdır. 03 dekabr 2021-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi “Minsk D4” markalı mopedlə “Start” idman kompleksi istiqamətindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsi istiqamətində ikinci zolaqla 50 km/saat sürətlə hərəkətdə olmuş, yanacaq doldurma məntəqəsinin qarşısında olan zaman “Toyota Prius” markalı avtomobil geriyə doğru hərəkətə başlayaraq onun hərəkəti istiqamətində qarşısına çıxmışdır. O, hadisənin qarşısını almaq üçün idarə etdiyi mopedi sağa doğru istiqamətləndirmiş, lakin, hadisənin qarşısını ala bilməyərək “Toyota Prius” markalı avtomobilin qabaq sağ qapı hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində o, mopeddən yerə yıxılaraq xəsarət almışdır. Baş vermiş hadisədən sonra onun müalicələrinə və tibbi ləvazimatlara 7892 (yeddi min səkkiz yüz doxsan iki) manat məbləğində pul xərclənmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqa zidd hərəkətləri nəticəsində ona mənəvi ziyan da vurulmuşdur. Odur ki, maddi ziyanın əvəzi kimi 7892 (yeddi min səkkiz yüz doxsan iki) manat, mənəvi ziyanın əvəzi kimi 10000 (on min) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Cinayət işinin 19-21-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X3 Sabunçu Rayon Şöbəsinin 15 yanvar 2022-ci il tarixli, 2011 saylı ekspert rəyindən görünür ki, Rasulovı Khaıalda (Zərərçəkmiş şəxs) çənə və sol said sümüklərinin yerini dəyişən qapalı sınıqları, alt çənədə sağ İ, İİ, İİİ, İV dişlərin tac hissələrinin travmatik sınıqları, üst çənədə sağ İİİ və İV dişlərin travmatik itirilməsi, alt dodağın əzilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi mopedin avtomaşınla toqquşması nəticəsində törənə bilər, müddəti qərarda gösterilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 44-cü vərəqəsində olan DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin 15 mart 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AF 227947 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 48-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 49-50-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 28 mart 2022-ci il tarixli, 8/630 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Toyota Prius» markalı, **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Minsk4” markalı mopedin sürücüsü Rasulovı Khaıalın (Zərərçəkmiş şəxs) hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Cinayət işinin 92-93-cü vərəqəsində olan 30 mart 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 mart 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 202-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 203-204-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 11 noyabr 2022-ci il tarixli, 8/2887 saylı rəyindən görünür ki, «Toyota Prius» markalı, **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Minsk4” markalı mopedin sürücüsü Rasulovı Khaıalın (Zərərçəkmiş şəxs) hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi zərərçəkmiş şəxsin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs “…Onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır.......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10- cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində azyaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən kimi nəzərə alır, təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, islah işləri növündə cəza təyin cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə cinayət prosessual qanunvericiliyin mülki iddiaya aid yuxarıda sadalanan normalarını rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını, sığorta ödənişlərini və cinayət işinin mülki iddiaya aid materialını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iddiaçı Rasulovı Khaıalın (Zərərçəkmiş şəxs) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs qarşı mülki iddiası təqdim olunmuş sübutlar həcminfə qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Rasulovı Khaıalın (Zərərçəkmiş şəxs) oğluna Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə məhkəməyə təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş 053565 saylı mədaxil qəbzinə əsasən 930 manat, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli satış çekinə əsasən 63,97 manat, mənəvi zərərə görə 500 manat, cəmi 1493,97 manat məbləğində vurulmuş zərər və əlavə144,08 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 285 (iki yüz səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 285 (iki yüz səksən beş)manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 993,37 manat, mənəvi ziyana görə 500 manat, cəmi 1493,97 manat məbləğində vurulmuş zərər və əlavə 144,08 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Rasulovı Khaıalın (Zərərçəkmiş şəxs) oğluna ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar