Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-46/2024 23.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkili bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx xxxx 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, «Premier Hoteldə» aşbaz işləyən, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ev 11-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası nömrəsiz fərdi evdə yaşayan, barəsində «nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, 09 iyun 2022-ci il tarixdə, saat 20:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, inzibati ərazisinə aid olan Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı şosesində, Məmmədli dairəsinin dairəsinin sağ tərəfindən yerləşən Zavod küçəsi adlanan ərazidəki boş torpaq sahəsində tanışları Şahid2 ilə ona borcunu ödəməkdən yayınmış X2 baş verənləri aydınlaşdırmaq məqsədlə görüşüb söhbət edən zaman bu məzmunda aralarında baş vermiş sözlü mübahisə zamanı S.R.Cəfərovun pulunun olmaması səbəbindən borcunu ödəyə bilmədiyini bir daha bildirməsindən əsassız olaraq hiddətlənib bunu cüzi səbəb kimi bəhanə etmiş Şahid2 ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini onun şəxsiyyəti fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan ümumi təyinatlı qatlanan tipli ov bıçağını çıxardıb qəsdən öldürmək məqsədi ilə S.R.Cəfərovun bədən səthinə bir dəfə zərbə vurub ona qarının ön divarının qarın boşluğuna nüfuz edərək mədənin yaralanmasına səbəb olan baş vermiş çoxlu qan itirmə nəticəsində ölümü ilə birbaşa səbəbli əlaqəli canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik bir ədəd deşilmiş-kəsilmiş xəsarət yetirərək onu qəsdən öldürməklə Şahid2 tərəfindən xüsusilə ağır cinayət olan xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətinin törətməsini həmin vaxtı hadisə yerində otduğundan görüb bilərək sonradan qaçıb gizlənməklə həmin cinayət barəsində müvafiq hakimiyyət orqanına xəbər verməmişdir. Məhkəmə iclasında Qanuni nümayəndə iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, orta təhsilini 8-ci sinifə qədər Zığ qəsəbəsində yerləşən 221 saylı tam orta məktəbdə aldıqdan sonra, 1 il H.Aslanov qəsəbəsində yerləşən 245 saylı tam orta məktəbdə almış, 9-cu sinifdən məktəbdən çıxmışdır. Bu illər ərzində heç kimlə ədavəti, düşmənçiliyi olmamışdır. Raman qəsəbəsində yaşayan tanışları onu «Ceka», «Copu» ləqəbi ilə tanıyırlar. S.R.Cəfərovu təxminən 5-6 ay otar ki, «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə tanımış, onunla münasibəti həmişə yaxşı olmuş, aralarında heç vaxt ədavət, düşmənçilik olmamışdır. Şahid2 «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə tanımış, onunla elə də yaxın münasibəti olmamışdır. Onun özü ilə də arasında heç bir ədavət olmamışdır. Şahid1 bir il olar ki, Ramana qəsəbəsi sakini kimi tanımış, aralarında normal münasibət yaranmışdır. Bildiyinə görə Adil ilə Sübhan arasında heç vaxt ədavət olmamışdır. Sübhanla İlhamın münasibətindən isə xəbərsiz olmuşdur. 09 iyun 2022-ci il tarixdə günorta radələrində Adil ilə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayıb hal-əhval tutmuş, Adil onu görüşüb gəzişmək üçün Ramanaya dəvət etmişdir. Təxminən saat 19-20 radələrində onlarla görüşmək üçün Ramana qəsəbəsinə gəlmişdir. Ramana qəsəbəsində yerləşən bulağın yanına tərəf gedəndə zaman təxminən saat 20:03 radələrində Adil və İlhamla rastlaşmışdır. Onlar bir qədər söhbət etdikdən, piyada gəzişdikdən sonra «Qardaşlar» kafesinin qarşısına çatanda İlham bildirmişdir ki, Sübhanla söhbəti var, görüşüb danışacaq. Lakin dəqiq olaraq nə söhbət edəcəklərini deməmişdir. İlham Adilə təklif etmişdir ki, birlikdə gedib Sübhan ilə görüşsünlər, ona isə onlarla gəlməməyini söyləmişdir. Lakin Adil ona təkidlə birlikdə gedib, tez görüşüb qayıdacaqlarını demişdir. Bundan sonra İlham öz telefonundan Sübhana zəng vurub «qardaşım hardasan» deyə soruşmuşdur. Sübhan isə cavabında Məmmədlidə olduğunu bildirdikdən sonra İlham onunla görüşmək üçün ora gələcəyini demişdir. Bundan sonra İlham «Bolt» proqramı vasitəsi ilə taksi sifariş vermiş və bir qədər keçmiş «Toyota Prius» markalı yaşıl rəngli taksi gəlib onları yolun kənarından götürmüşdür. İlham avtomobildə qabaq oturaqcaqda, Adil ilə isə arxa oturacaqda əyləşmişdir. Onlar yolda gedən zaman İlham musiqiyə yüksək səs vermişdir. İlhamdan hansı məqsədlə Sübhanla görüşə getdiyini soruşanda «Sübhan mənən qarşı səhv edib, məni söyüb, pulu fırladıb, onu peysər çıxardacam» deyə bildirmişdir. İlham yol boyu bir neçə dəfə Sübhanı yığıb harada olması ilə maraqlanmış, onlar telefonda mehriban danışmışlar. Sübhan ona bildirmişdir ki, Məmmədli dairəsində köşkün yanındadır. Təxminən saat 20:40 radələrində onlar birlikdə Məmmədli dairəsinə çatmış və sürücü İlhamın tələbi ilə avtomobil yolun sağ tərəfində avtoyuma məntəqəsinin qarşısında saxlamışdır. Onlar avtomobildən düşən kimi o, yolun əks tərəfində olan Sübhanı görüb elini havaya qaldırmış, Sübhanda ona əl etdiyi üçün yolu keçib yanlarına gəlmişdir. Hətta İlham öz şəxsiyyət vəsiqəsini və telefonunu da sürücüdə girov qoymuşdur ki, söhbət edib qayıdır. Bundan sonra Sübhan İlhama boş torpaq sahəsinə keçib orada heç kimin olmadığı şəraitdə söhbet etmələrini təklif etmişdir. İlhamda onun təklifi ilə avtoyuma məntəqəsinin arxa tərəfində yerləşən boş torpaq sahəsinə tərəf getmişdir. O və Adil onların arxasınca getmişlər. Bir qədər irəlilədikdən sonra İlhamla Sübhan dayanıb üz-bəüz söhbət etməyə başlamışlar. İlham Sübhana bildirmişdir ki, «sən hansı səbəb görə meni belə pis vəziyyətə qoymusan, pulu ödəmirsən». Sübhan isə cavabında pulunun olmadığını demişdir. İlham İsə cavabında «yaxşı pulun yoxdu, niye gəlib bizimlə otururdun, məni belə pis vəziyyətdə qoyurdun» deyə bildirmişdir. Onlar birbirləri ilə sakit şəkildə söhbet edir, bir-birlərini ünvanına söyüş işlətməmişlər. Hətta İlham ondan xahiş etmişdir ki, taksi sürücüsündən onun telefonunu alıb gətirsin. O, telefonu sürücüdən götürüb İlhama vermişdir. Həmin vaxtı İlhama atası zəng vurmuş, o isə zənglərə cavab verməmişdir. Söhbət zaman Sübhan İlhama demişdir ki, «pulum yoxdur, vur məni öldür». O və Adil dərhal araya girib Sübhanı bir qədər kənara çəkmiş və ona demişlər ki, söhbəti bağla, pulu tapıb sonra ödəyərsən. Buna baxmayaraq Sübhan İlhama təklif etmişdir ki, məsələni kənarda ikisi həll etsinlər. Bundan sonra onlardan iki-üç metr aralandıqdan sonra o, hasarın yanında üzü avtoyuma məntəqəsində tərəf getmək istəyirmiş ki, arxadan qışqırıq səsi gəlmişdir. Bunu eşidən kimi dərhal geriyə çevrilmiş, Sübhanın dizlərinin büküldüyünü, arxası üstə yerə yıxıldığını görmüşdür. O və Adil Sübhanın yerə yıxıldığını görüb tez ona tərəf qaçmışdır. Hətta Adil əynində olan alt maykasını çıxardıb Sübhanın qarın nahiyəsinə tutmuş və Sübhanı bir qədər dikəldib, «narahat olma səni xəstəxanaya aparacam» deyə bildirmişdir. Həmin vaxtı Sübhanın huşu özündən getmiş, onlara cavab verməmişdir. Bundan sonra İlham qışqırmışdır ki, «tez olun qaçın». Onlarda qorxularından Sübhanı yerə uzadıb tez qaçıb taksiyə əyləşmişlər. Hətta taksiyə minəndə Adil avtoyuma məntəqəsində işləyən şəxsə səslənmiş, həmin şəxs onlara tərəf boylananda İlham və Adil ona demişlər ki, arxa tərəfdə yaralı şəxs var, ona kömək elə. Bu hadisədən bərk həyəcanlanmış, nə etdiyini bilməmişdir. Bundan sonra taksi sürücüsü İlhamın əlində bıçaq görüb qorxusundan onun tələbi ilə avtomobili şəhər istiqamətində sürməyə başlamışdır. İlham taksidə qabaq oturacaqda əyləşmiş, hadisədə istifadə etdiyi bıçaq əlində olduğu üçün taksi sürücüsü qorxusundan onun sözündən çıxmamışdır. Hətta İlhamın tələbi ilə bıçağı silmək üçün ona salfetkada vermişdir. Adil özü də həyəcanlandığından ona üşütmə gəlmiş, titrəmişdir. Onlar Zabrat dairəsinə çatanda taksini saxladıb avtomobildən düşüb evə getmişdir. Buna görə də İlhamla Adilin sonradan hara getmələrindən, kiminlə görüşmələrindən xəbəri olmamışdır. O, Zabrat dairəsindən piyada evlərinə getmiş, yola heç kimlə görüşməmişdir. Evə daxil olandan sonra da qorxusundan baş vermiş hadisə barədə heç kimə məlumat verməmişdir. Bu günlər ərzində baş vermiş hadisə ilə bağlı heç kimlə danışığı olmamış, polis tərəfindən axtarıldığımı bilməmiş, heç yerə gizlənməmişdir, öz işində gücündə olmuş, hadisə barədə başqa heç bir məlumatı yoxdur. İlhamın belə bir fikirdə olduğunu bilməmiş, üzərində bıçaq gəzirməsindən xəbəri olmamışdır. İlham bıçağı necə çıxartdığını, Sübhanı necə vurduğunu da bilmir. Yalnız Sübhan yerə yıxıldan sonra görmüşdür ki, İlhamın əlində bıçaq var. Onun baş vermiş hadisə barədə polis məlumat verməməyinə səbəb hadisədən bərk qorxmağı, olmuş, hətta bir neçə gün yemək yeyə bilməmişdir. Bu səbəbdən də törədilmiş cinayət barədə polisə xəbər verməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, S.R.Cəfərovu təxminən bir-iki ay olar ki, yolda təsadüfən tanımış, ortaq tanışları olduğu üçün aralarında səmimi münasibət yaranmış və özünə məxsus sosial şəbəkədə olan səhifəsini ona vermişdir. 2022-ci ilin may ayının sonlarında dostları ilə birlikdə Ramana qəsəbəsində yerləşən «Triends» adlı kafeyə gedib pivə içmiş, onun həmin kafeyə 100 manat borcu qalmışdır. Bundan 2-3 gün sonra səhv etmirsə iyun ayının 2-də o, Sübhanla bir yerdə olan zaman qərara gəlmişlər ki, dostlarını kafeyə dəvət etsinlər, birlikdə əyləşib pivə içsinlər. Sübhanda ona bildirmişdir ki, hesab nə gəlsə ikisi yarıya bölərlər. Bundan sonra həmin gün günorta saatlarında onlar «Triends» adlı kafeyə yığıb axşam saat 21-22 radələrinə qədər birlikdə əyləşib pivə içmişlər. Bu dəfə hesab 100 manata yaxın olmuşdur. O, hesabı verə bilməyəcəklərini görüb Sübhanla birlikdə «Neftçilər» metro stansiyasına gedib özünə məxsus «Redmi» markalı telefonunu Sübhanın şəxsiyyət vəsiqəsi ilə girov qoyub 100 manat pul götürmüşdür. Həmin pulun 60 manatını özünə lazım olduğu üçün saxlamış, 40 manatını isə gətirib kafeni işlədən Sarvan adlı şəxsə vermiş, kafeyə 153 manat borcu qalmış, həmin pulu da tez bir zamamda qaytaracağını demişdir. Sübhan isə ona 153 manat borcu qaytarmaqda, səhəri gün pul tapıb telefonu lombartdan çıxartmaqda köməklik edəcəyinə söz vermişdir. Lakin səhəri gün ona zəng vursa da, pulu düzəldə bilmədiyini demişdir. Sonrakı günlərdə kafeni işlədən Sarvan adlı şəxsin pulunu istədiyini görüb Sübhana bildirmişdir ki, pulu ödəməkdə köməklik etsin. Sübhan ona 60-70 manat pul verməli idi. Lakin müxtəlif bəhanələr gətirib pulu ödəməkdən yayınmışdır. 09 iyun 2022-ci il tarixdə bütün günü evdə olmuş, günorta saatlarında telefonuna baxanda görmüşdür ki, «İnstagram» sosial şəbəkəsində Sübhan ona «sən düzgünlükdən danışırsan, amma elədiyin hərəkətlər səhvdir» məzmununda smsler yazmışdır. O, Sübhana heç bir cavab yazmamış, lakin bu smsdən bərk əsəbləşmişdir. Həmin gün saat 17:00 radələrində tanışı Şahid1 ilə «Koroğlu» metrostansiyasının yaxınlığında görüşüb ayaqqabı almaq üçün «28 may» metrostansiyasına getmişdir. Sonra isə birlikdə Adilgilin həyətində qayıtmışlar. O, Adil ayaqqabısını evə qoyandan sonra Adildən xahiş etmişdir ki, bir qədər piyada gəzişsinlər onu evlərinə tərəf yoİ salsın. Adil yolda onun telefonundan «Ceka» ləqəbli tanışına zəng vurub, harada olması ilə maraqlanmışdır. Adilin dediyinə görə həmin şəxslə hələ günorta danışmışdır ki, axşam onlar tərəfə gəlsin, birlikdə gəzişsinlər. Onlar bulağın yanında «Ceka» ləqəbli şəxslə rastlaşmış, bir az söhbət etmişlər. Həmin vaxtı «Friends» adlı kafeni işlədən Sarvan adlı şəxs ona zəng vurub aqressiv şəkildə danışaraq ona olan borcunu ödəməyini tələb etmişdir. O da Sübhana zəng vurmuşdur ki, onunla görüşüb pulunu alsın. Sübhan bir neçə gün idi ki, pulu vermədiyindən o, pis vəziyyətdə qalmışdır. Pulu qaytaraq əvəzinə ona söyüşlü smslər göndərmişdir. O, Adilə təklif etmişdir ki, Sübhan ilə görüşə onunla birlikdə getsin, «Ceka» ləqəbli şəxsə isə gəlməməsini xahiş etmişdir. O dostlar arasında olan söhbətdən «Ceka» ləqəbli şəxsin xəbər tutmasının istəməmişdir. Lakin Adil təklif etmişdir ki, «Ceka» ləqəbli şəxs də onlarla getsin tez görüşüb qayıdarlar. Buna görə də etiraz etməmişdir. «Ceka» ləqəbli şəxsi Sabunçuda yaşayan şəxs kimi tanımışdır. Onunla eiə də yaxın münasibəti olmamışdır. Onun telefon nömrəsini, anket məlumatlarım bilmir. Düzdü Adil onun telefonundan həmin şəxsə zəng vursa da, lakin nömrəni özü yığdığı üçün hansı nömrə olduğunu xatırlamır. Təxminən saat 19:00 radələrində öz istifadəsində olan «***-***-**-**» nömrəsindən Sübhanın istifadəsində olan hazırda unutduğu nömrəyə zəng vurub ondan harada olmasını soruşmuşdur. Sübhan isə cavabında Məmmədli kəndində olduğunu demişdir. O, şübhələnməsin deyə onunla mehriban danışmış, məqsədi Sübhanla görüşmək, işlətdiyi söyüşlərə görə onu bıçaqla vurub cəzalandırmaq olmuşdur. Adil özü də Sübhanı tanımış, bildiyinə görə münasibətləri yaxşı olmuşdur. Adil ondan nə baş verdiyini, nə üçün Sübhanı axtardığını soruşduqda, onunla işi olduğunu demişdir. Hadisədə istifadə etdiyi bıçaq isə qabaqcadan üzərində olmuşdur. Həmin bıçaq açılıb-bağlanan olmaqla dəstəyi şabalıdı rəngli taxtadan, tiyəsi isə metaldan olmuşdur. Bıçağın uzunluğu təxminən 15-20 sm olmuşdur. Həmin bıçağı o, təxminən İki ay olar ki, hazırda xatırlamadığı internet səhifəsindən xoşu gəldiyi üçün sifarişlə 40 manat almışdır. Onun üstündə bıçaq olmasından Adilin və «Ceka» ləqəbli şəxsin xəbəri olmamışdır. Onlar birlikdə «Bolt» taksi xidməti vasitəsi ilə taksi çağırmış, bir müddət keçmiş «Toyota Prius» markalı avtomobil qeyd etdikləri ünvana çatmışdır. O, maşında qabaq sağ tərəf sərnişin oturacağında əyləşmiş, Adil və «Ceka» ləqəbii şəxs isə arxa oturacaqda əyləşmişlər. Yolda Məmmədli dairəsi istiqamətində gedən zaman bir daha öz telefonundan Sübhana zəng vurub harada olduğunu soruşmuş, Sübhan isə Məmmədli dairəsində yolun kənarında dayandığını demişdir. O, telefonda onunla mehriban danışmış, dəstəyi yerə qoyandan sonra isə Adilgilə bildirmişdir ki, «baxarsız onu peysər çıxardacam». Onlar ondan nə baş verdiyini soruşanda «baxıb özünüz görərsiz» deyə bildirmiş, başqa heç bir söz deməmişdir. Təxminən saat 20:35 radələrində onlar Məmmədli dairəsini çatmış, həmin vaxtı Sübhanın yolun əks tərəfində yəni solunda dayandığını görmüşdür. Adil ona tərəf gedib əl etmiş, Sübhanda bunu görüb yolu keçib onların yanına gəlmişdir. O, avtomobildən düşəndə öz telefonunu sürücüyə girov kimi qoymuş və bildirmişdir ki, onları gözləsin, tez söhbət edib gəlirlər. Sürücü də heç bir söz deməmişdir. O, mehriban şəkildə Sübhan ilə hal-əhval tutub dairənin sağ tərəfində avtoyuma məntəqəsinin arxasında yerləşən boş torpaq sahəyə tərəf getmişdir. Adil və «Ceka» ləqəbli şəxslər də onların arxasınca gəlmişlər. Təxminən 30 metr irəlilədikdən sonra dayanmış və Sübhandan hansı səbəb görə ona sms yazdığını soruşmuşdur. Sübhan isə cavabında «çay evinin pulunu ödəməyib məndən pul istəyirsən» deyə bildirmişdir. O isə «nə üçün pul ödəməliyəm, yeyib içən sən, pulu ödəyən mən» deyə Sübhana cavab vermişdir. Sübhan söyüş söymədiyini dediyi üçün o, Cekadan xahiş etmişdir ki, taksi sürücüsündən telefonunu alıb gətirsin. Həmin şəxs telefonu alıb ona verəndən sonra ona çıx getməsini demiş, bundan sonra telefonda olan smslari Sübhana göstərmiş, Sübhan da ona yazdığı smsləri oxuduqdan sonra yenidən ünvanına söyüş işlədib onu itələmişdir. Onun bu danışıqlarından əsəbləşib telefonu cibinə qoyub sağ əlini onun sol çiyninə qoymuş, özü də onu söyüb təhqir etmişdir. Arxa sol tərəfdən şalvarının belində saxladığı açılıb-bağlanan bıçağı çıxardıb sol əlin ilə Sübhanın qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi vurmuşdur. Onun bu zərbəsindən sonra Sübhan dizləri bükülüb arxası üstə yerə yıxılmışdır. Sübhanı onu bıçaqla vuracağını gözləməmişdir. Sübhanı bıçaqla vuran zaman Adil və «Ceka» (leqəbli şəxs onlardan bir-iki metr aralıda olmuş, onların heç biri Sübhanı vurmamışdır. O, Sübhanın yıxıldığını görüb yanında olan şəxslərə «siz qarışmayın» deyib birlikdə taksiyə tərəf qaçmışlar. Yenidən qabaq sərnişin oturacağında əyləşmiş, «Ceka» ləqəbli şəxs və Adil isə arxa oturacaqda əyləşmişlər. Onlar avtomobiləminən kimi Adil ona «niyə belə hərəkət etdin, vururdunsa yumruqla vurardın» deyə irad bildirmiş, o isə artıq ona çox güzşət etdiyini, Sübhanın hərəkətlərindən bezdiyini demişdir. Onlar bir qədər hərəkət etdikdən sonra «Ceka» ləqəbli şəxsi Zabrat qəsəbəsində, «Panda» marketin yanında düşürmüş, o və Adil isə yolun sonunda Sabunçu qəsəbəsində yerləşən körpünün yanında maşından düşmüşlər. O, sürücüyə yol pulunu bir nəfərin sabah ona çatdıracağını demiş, sürücü də qorxusunda heç bir söz deməmişdir. Onlar maşından düşəndən sonra qəsəbədə yerləşən adını bilmədiyi kafenin tualetinə girib əl-üzümüzü yumuş, o, üstündə olan bıçağı da yuyub qanı təmizləmişdir. Sonra isə bıçağı yenidən qatlayıb cibində gizlətmişdir. Bundan sonra onlar birlikdə Sabunçu qəsəbəsində vağzalın yaxınlığında Adilin dostu tanımadığı şəxslə görüşüb, ondan qalmağa yer tapmaqda kömək etməsini xahiş etmişlər. Həmin şəxs onlardan salamatçılıq olubolmadığını soruşmuş, onlar əvvəlcə ona heç bir söz deməmiş, birlikdə piyada Balaxanı qəsəbəsində yerləşən neft buruqlarınm yanına çatanda o, həmin şəxsə Sübhan adlı şəxsi bıçaqla vurduğunu, sağ qalıb-qalmamasından xəbərsiz olduğunu demişdir. Həmin şəxs onun bu sözündən çox təəcüblənmişdir. Bundan sonra qərara gəlmişdir ki, dostu Məhəmməd adlı şəxsə zəng vurub, onu Gəncəyə aparsın. O, Məhəmmədlə danışıb olduğu yeri ona dedikdən bir qədər sonra Sabunçu RPİ-in əməkdaşları həmin ünvana gəlib, onu və Adilin tanışını tutub saxlamış, Adil isə polisin gətdiyini görüb imkan tapıb qaçıb getmişdir. Bundan sonra o, heç bir tabesizlik göstərmədən avtomobilə əyləşib Sabunçu RPİ-in 15-ci PB-nə gəlmiş və hadisədə istifadə etdiyi bıçağı könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayından etibarən Bakı şəhəri üzrə taksi fəaliyyəti ilə məşğul olub, «Bolt» taksi xidmətinə məxsus «Toyota Prius» markalı, «az **-TX-***» dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 09 iyun 2022-ci il tarixdə, saat 20:28 radələrində Ramana qəsəbəsində olan zaman ona «Bolt» proqramı vasitəsi ilə 2 ünvana yəni Ramanı qəsəbəsi, «Qardaşlar» marketdən, Məmmədli dairəsi və Şəhər Yolu Döngə 52 ünvanına sifariş daxil olmuşdur. O, həmin sifariş əsasında avtomobili Ramanı qəsəbəsi, «Qardaşlar» market istiqamətində hərəkət etdirmişdir ki, müştərini götürsün. Bundan sonra proqramda görünən müştəriyə məxsus «***-***-**-**» nömrəli mobil telefona zəng vurub harada olması ilə maraqlanmış, həmin şəxs isə ondan xahiş etmişdir ki, avtomobili bir qədər irəli sürsün. O, avtomobili 15-20 metr irəli hərəkət etdirmişdir ki, 3 nəfər təxminən 18-20 yaşlarında oğlanların yolun kənarında dayandıqlarını görüb, avtomobili onların yanında saxlamışdır. Həmin şəxslərdən biri qabaq oturacaqda, digər ikisi isə arxa oturacaqda əyləşmişlər. Bundan sonra avtomobili Məmmədli dairəsi istiqamətinə hərəkət etdirməyə başlamışdır. Yolda gedən zaman qabaq sərnişin oturacağında əyləşmiş şəxs telefonla kiməsə zəng vurub harada olması ilə maraqlanmış və dəstəyi yerə qoyandan sonra arxada əyləşmiş tanışlarına «baxaraız onu peysər çıxardacam» bildirmişdir. O, həmin şəxslə telefonda sakit şəkildə danışmış, heç bir mübahisə olmamışdır. Həmin vaxtı o, avtomobildə musiqiyə qulaq asdığı üçün onların hərəkətlərinə fikir verməmişdir. Yol boyu onlar öz aralarında nə söhbət etdiklərini də xatırlamır. O, qabaq sərnişin oturacağında əyləşmiş şəxsin tələbi ilə avtomobili Məmmədli dairəsində yolun sağ kənarında yerləşən avtoyuma məntəqəsinin yanında saxlamışdır. Həmin vaxtı təxminən saat 20:35 radələri olmuşdur. Hər üç şəxs avtomobildən düşmüş və arxada əyləşmiş şəxslərdən biri yolun əks tərəfinə keçmiş, digər iki şəxsdən biri qabaqda əyləşmiş müştəri isə ondan xahiş etmişdir ki, onları gözləsin. Hətta özünə məxsus «Redmi» markalı mobil telefonu da girov kimi saxlamaqdan ötrü ona vermişdir. O, avtomobili əvvəlcə yolun kənarında, sonra isə avtoyuma məntəqəsinin yanında saxlamış, onları gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra arxada əyləşmiş şəxslərdən biri ona yaxınlaşıb maşında saxladıqları telefonunu istəyib, «qorxma qaçan deyilik, bir-iki dəqiqəyə gəlirik» deyə bildirmişdir. O, heç bir söz deməyib telefonu həmin şəxsə vermişdir. Onların avtoyuma məntəqəsinin sağ tərəfində yerləşən boş torpaq sahəyə tərəf getdiklərini görüb avtomobili həmin istiqamətdə hərəkət etdirmişdir ki, qaçıb getsələr görə bilsin. Çünki onun pulunu verməmişlər. Həmin vaxtı avtoyuma məntəqəsi işlək olmuş, içəridə bir nəfər şəxs maşın təmizləmişdir. O, görmüşdür ki, avtomobili saxladığı yerdən təxminən 25-30 metr aralıda həmin üç nəfər şəxs əynində qara əngli köynək olan başqa bir nəfər şəxslə söhbət edirlər, aralarında dava olmamışdır. Həmin şəxsin onlara necə yaxınlaşdığını, haradan gəldiyini görməməm işdir. Onlardan xeyli aralıda olduğundan öz aralarında nə danışdıqlarını eşidə bilməmişdir. Həm də gecə vaxtı olduğu üçün hava qaralmış, işıqlandırma olmadığından görünüş çox zəif olmuşdur. Lakin fikri onlarda o lmuşdur ki, qaçmasınlar. Bu zaman görmüşdür ki, bir qədər ewəl onun avtomobildən qabaq oturacaqda sərnişin qismində əyləşmiş şəxs əlini həmin qara rəngli köynək geyinən şəxsin çiyninə qoymuşdur. Elə bu sözdən sonra qara köynəkli oğlan yerə çöküb arxası üstə yerə yıxılmışdır. Onun necə və hansı səbəbdən yıxıldığını bilməmişdir. O, yerə yıxılan zaman diger iki şəxs isə onlardan bir metr aralıda olmuşlar. Həmin şəxs yerə yıxılan kimi hər üç şəxs qaçıb onun idarə etdiyi avtomobilə əyləşmişlər. Qabaq oturacaqda əyləşmiş şəxsin əlində üzəri qanlı tünd rəngdə bıçaq olduğunu görmüş, onlar avtomobilə oturan kimi arxada əyləşmiş şəxslər qabaqda əyləşmiş şəxsə «sən nə etdin» deyə soruşmuşlar. O İsə cavabında «yaxşı elədim, artıq ona nə qədər keçim» deyə cavab vermişdir. Dərhal başa düşmüşdür ki, qabaq oturacaqda əyləşmiş şəxs bir qədər əvvəl söhbət etdiyi şəxsi bıçaqla vurmuşdur. O, onların tələbi ilə avtomobili geriyə vermiş və həmin vaxtı arxada əyləşmiş şəxslərdən biri şüşəni aşağı salıb avtoyuma məntəqəsində işləyən şəxsə «ona baxarsız, adam bıçaqlayıblar ölür» sözünü demişdir. Bu sözdən sonra avtoyuma məntəqəsində işləyən şəxs donub yerində qalmışdır. Həmin vaxtı o özü də bərk həyəcanlı olmuş, qabaq oturacaqda əyləşmiş sərnişin əlində bıçaq olmasını, həmin bıçaqla onu da də vura biləcəyini nəzərə alıb onların dediyini etməyə başlamışdır. Qabaqda əyləşən əlində bıçaq olan şəxs ondan tələb etmişdir ki, maşını şəhər istiqamətində hərəkət etdirsin. O da onun tələbi ilə üzü Sabunçu istiqamətində hərəkət etmişdir. Yolda gedən zaman elində bıçaq olan şəxs hansı səbəb görə cinayət törətməsini deməmişdir. Arxada əyləşmiş şəxslərdən biri ona demişdir ki, «bıçaqla niyə vurdun, onansa onu döyərdin». Əlində bıçaq olan şəxs isə cavabında bildirmişdir ki, «bıçağı ona yüngül batırdım, sol əlim ilə vurdum». Bıçağın uzunluğu təxminən 10-15 sm olmuş, bıçağın tiyəsi tam qanlı vəziyyətdə olmuşdur. Bu hadisədən bərk qorxmuş, onu da vura biləcəyini nəzərə alıb ona heç bir söz deməmişdir. Əvvəlcə arxada əyləşmiş şəxslərdən birini, sonra isə qabaqda və arxada əyləşmiş digər şəxsi yolda onların tələbi İlə düşürmüşdür. Lakin həmin eraziləri yaxşı tanımadığından onların dəqiq olaraq hansı ünvanda düşürdüyünü bilmir. Onlar avtomobildən düşəndə kimsə ona yol pulunu verməmişdir. Qorxusundan onlara heç bir söz deməmiş, saat 21:11də gedişi sonlandırmışdır. O, həmin şəxsləri avtomobildən düşürdəndən sonra avtomobilin sahibi Kənan adlı şəxsə zəng vurub baş verənlər barədə danışmış, Kənan isə cavabında dərhal polisə zəng vurub məlumat vermək lazım olduğunu demişdir. Bundan sonra Kənan öz telefonundan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 təxminən 2022-ci ilin mart-aprel aylarından Sübhana görə tanımışdır. Sübhan İlhamı ona dostu kimi təqdim etmişdir. 09 iyun 2022-ci il tarixdə tanışı «Ceka» ləqəbli şəxslə sosial şəbəkədə danışmış, çoxdandır görüşmədikləri üçün onu axşam tərəfi gəzişmək üçün Ramanaya dəvət etmişdir. Bundan sonra saat 16-17 radələrində İlham ona zəng vurub birlikdə paltar almağa getməyi təklif etmişdir. Onunla təxminən saat 17:00 radələrində «Koroğlu» metro stansiyasının yaxınlığında görüşmüşdür. Onlar birlikdə olduğu müddətdə İlham ona demişdir ki, «Sübhan yenə məni fırlatdı, mənim pulumu vermir». O, İlhamdan nə baş verdiyini soruşduqda İlham ona bildirmişdir ki, 02 iyun 2022-ci il tarixdə Sübhanla birlikdə Sabunçu qəsəbəsindən olan dostlarını Ramanada yerləşən «Friends» kafesinə qonaq çağırmışlar, hesabı da öz aralarında birlikdə ödəməyə razılaşmışlar. Lakin sonradan Sübhan özünə düşən payı İlhama vermədiyi üçün İlhamın kafeyə borcu qalmışdır. Kafeni işlədən şexs də tez-tez ona zəng vurub borcunu qaytarmasını ondan tələb etmişdir. Onlar təxminən 2 saat ərzində ayaqqabı aldıqdan sonra öz həyətlərinə gəlmişlər. O, ayaqqabısını evə qoymuş, İlham ona bildirmişdir ki, onu bir qədər piyada hərəkət edib evlərinə tərəf yol salsın. Həmin vaxtı saat 20:00 radələri olardı. O, İlhamın istifadəsində olan nömrədən «Ceka» ləqəbli tanışının hazırda unutduğu telefon nömrəsinə zəng vurub harada olduğunu soruşmuşdur. Həmin şəxs isə Ramana qəsəbəsində yerləşən bulağa tərəf yaxınlaşdığını demişdir. Bir qədər irəli getmişlər ki, «Ceka» ləqəbli şəxslə rastlaşmışlar. O, piyada hərəkət edən zaman görmüşdür ki, kafedən İlhama zəng vurub pulunu istəyirlər, o isə bir az səbrli olmalarını xahiş etmişdir. Hiss etmişdir ki, həmin şəxs İlhamla kobud danışır. Onlar «Ceka» ilə rastlaşandan sonra o, həmin şəxslə söhbət etməyə başlamışlar. İlham isə onlardan bir qədər aralıda telefonla danışmışdır. Sonra isə onlara yaxınlaşıb bildirmişdir ki, gedir Sübhanla görüşməyə. İlham ona da birlikdə getməyi təklif etmişdir. «Ceka» ləqəbli tanışına isə demişdir ki, gəlməsin. Lakin o, «Ceka»-ya təklif etmişdir ki, birlikdə gedib, tez qayıdıb gəzişərlər. O, İlhamdan nə baş verdiyini soruşmuş, İlham isə pul məsələsi ilə bağlı Sübhanla görüşəcəyini demişdir. Hətta Sübhana zəng vurub «qardaşım hardasan» deyə soruşmuşdur. Sübhan isə Məmmədli dairəsində olduğunu bildirmişdir. Səhv etmirsə Sübhan özü də sosial şəbəkə vasitəsi ilə onu yığıb harada olmağı ilə maraqlanmış, hətta İlhamın onunla görüşək istədiyini bildirib, onun özünün də İlhamla birlikdə gəlməsini xahiş etmişdir. Bundan sonra İlham «Bolt»proqramlı vasitəsi ilə taksi sifariş vermiş və bir qədər keçmiş «Toyota Prius» markalı yaşıl rəngli taksi gəlib onları yolun kənarından götürmüşdür. Onlar yolda gedən zaman İlham bildirmişdir ki, «Sübhan mənə qarşı səhv edib, məni söyüb, pulu fırladıb, söhbət edəndə onu peysər çıxardacam». İlham yol boyu bir neçə dəfə Sübhanı yığıb harada olması ilə maraqlanmış, onlar telefonda mehriban danışırmışlar. Sübhan ona bilmişdir ki, Məmmədli dairəsində köşkün yanındadır. Təxminən saat 20.40 radələrində onlar birlikdə Məmmədli dairəsinə çatmış və sürücü İlhamın tələbi ilə maşım yolun sağ tərəfində avtoyuma məntəqəsinin qarşısında saxlamışdır. Onlar avtomobildən düşən kimi «Ceka» ləqəbli şəxs yolun əks tərəfində olan Sübhana əl etdiyi üçün o, yolu keçib onların yanma gəlmişdir. Hətta İlham öz şəxsiyyət vəsiqəsini və telefonunu da sürücüdə girov qoymuşdur ki, söhbət edib qayıtsınlar. Bundan sonra Sübhan gəl keçək boş torpaq sahəsinə orada heç kimin olmadığı şəraitdə söhbət edək deyə bildirmişdir. İlhamda onun təklifi ilə avtoyuma məntəqəsinin arxa tərəfində yerləşən boş torpaq sahəsinə tərəf getmişdir, O və «Ceka» ləqəbli şəxsdə onların arxasınca getmişlər. Bir qədər irəlilədikdən sonra dayanıb üzəbəüz söhbət etməyə başlamışlar. İlham Sübhana bildirmişdir ki, «sən hansı səbəb görə məni belə pis vəziyyətə qoymusan, pulu ödəmirsən, kafedən yığıb məni söyürlər». Sübhan isə cavabında pulunun olmadığını demişdir. İlham isə cavabında «yaxşı pulun yoxdu, niyə gəlib bizimlə otururdun, mənim ünvanıma niyə ana söyüş söymüsən» deyə bildirmişdir. Sübhan isə aqressiv şəkildə ona ana söyüşü söymədiyini demişdir. O və «Ceka» ləqəbli şəxs dərhal araya girib Sübhanı bir qədər kənara çəkmiş və ona demişlər ki, söhbəti bağla, pulu sonra tapıb ödəyərsən. O, onların dalaşmasını istəməmişdir. Buna baxmayaraq Sübhan İlhama «gəl keçək bu məsələni kənarda ikimiz həll edək» deyə təklif etmişdir. Onlar iki-üç metr aralandıqdan sonra İlham sağ elini Sübhanın çiyninə qoyub sözlər deyərək, sol əli ilə belində gizlətdiyi bıçağı çıxardıb bir dəfə onun qarın nahiyəsindən zərbə vurmuşdur. Bu zərbədən sonra Sübhanın dizləri bükülmüş və o, arxası üstə yerə yıxılmışdır. Həmin vaxtı o və «Ceka» ləqəbli şəxs onlardan bir-iki metr aralıda hasara söykənib dayanmışdır. O, Sübhanın yerə yıxıldığını görüb tez ona tərəf qaçıb eynində olan köynəyi çıxardıb altdan geyindiyi maykasını çıxardıb Sübhanın qarın nahiyəsinə tutmuş və onu bir qədər dikəldib, «narahat olma səni xəstəxanaya aparacam» deyə bildirmişdir. Həmin vaxtı Sübhanın huşu özündən getmüş, bəbəkləri ağarmış, nəbzi vurmamış, ona cavab verməmişdir. Bundan sonra İlham onun üstünə «tez ol dur gəl» deyə qışqırmış, o da qorxusundan Sübhanı yerə uzadıb tez qaçıb taksiyə əyləşmişdir. Hətta taksiyə minəndə avtoyuma məntəqəsində işləyən şəxsə səslənmiş, həmin şəxs onlara tərəf boylananda İlham və o özü ona arxa tərəfdə yaralı şəxs var, ona kömək elə deyə bildirmişlər. Bundan sonra taksi sürücüsü İlhamın tələbi iləavtomobili şəhər istiqamətində sürməyə başlamışdır. İlham taksidə qabaq oturacaqda əyləşmiş, hadisədə istifadə etdiyi bıçaq əlində olduğu üçün taksi sürücüsü qorxusundan onun sözündən çıxmamışdır. Hətta İlhamın tələbi ilə bıçağı silmək üçün ona salfetkada vermişdir. Hadisədən bərk qorxduğundan üşümüş, avtomobildə İlham öz qara rəngli köynəyini ona vermiş, o isə ağ rəngli qısa qol köynəyini ona vermişdir. Saat 20:05 radələrində onlar Zabrat dairəsinə çatanda əvvəlcə «Ceka» ləqəbli şəxs, irəlidə isə o və İlham avtomobildən düşmüş, Sübhanın yarasına doladığı alt maykamı da yolda harasa tullamışdır. Hazırda hara atdığını xatırlamır. İlham ona Sabunçu qəsəbəsinə tərəf gedəcəyini demişdir. O, eve gəlib ailə üzvlərinə heç bir söz demədən əynində olan köynəyi deyişmiş, sonra isə Sabunçu qəsəbəsində yaşayan dostu Elcanın «instagram» sosial şəbəkəsində olan «E.Serderov» profilinə sms yazıb həyətlərinə gələcəyini bildirmişdir. O, evdən çıxıb həmin istiqamətdə getmiş, İlhamın ona verdiyi qara köynək evdə qalmışdır. O, Elcangilin həyətinə çatanda yolda İlhamla rastlaşmışdır. Onlar məhlədə oturan zaman İlham Elcana bildirmişdir ki, Sübhan adlı şəxsi bıçaqla vurub. Elcan əvvəlcə bu sözü ciddi qəbul etməmişdir. İlhamın qaçıb gizlənmək istəmiş, buna görə də bu işdə onlara kömək etmək üçün tez-tez dostu Məhəmmədə zəng vurmuşdur. Onlar birlikdə Məhəmmədi gözləməyə başlamış və elə 5-10 dəqiqə ərzində Məhəmmədin avtomobili məhləyə daxil olmuşdur. Avtomobili saxlayan kimi içərisindən bir neçə polis əməkdaşı düşüb onlara tərəf qaçmışlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 29 sentyabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC mobil operatoruna məxsus «***-***- **-**» nömrəli və "xxxx" MMC-i mobil operatoruna məxsus «***-***-**-**» nömrəli mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərə dair məlumatlara baxış protokolundan görünür ki, hadisə baş verən ərəfədə və ondan sonra heç kimlə danışıq qeydə alınmamış, əsasən GPRS xidmətindən istifadə edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində telefonun antenindən görünür ki. səhər saatlarında telefon yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası 17 D ünvanının, 20:19-dan etibarən Abşeron rayonu, Məmmədli kəndinin. 21:03-dən etibarən Sabunçu rayonu, Zabrat qəsəbəsi 2 ünvanın, sonra ki saatlarda isə yenidən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası 17 D ünvanın anten dairəsində olmuşdur. Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməyə görə-min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 307.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, təqsirləndirilən şəxs X3 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun yetkinlik yaşına çatmadığını, müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Cinayət işinin materiallarında olan 24 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,220). Cinayət işinin materiallarında olan 24 iyul 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «nəzarət altına vermə» qətimkan tədbirinin seçilmişdir (cild 01, səh.,243). Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: 85.1.1. cərimə; 85.1.2. ictimai işlər; 85.1.3. islah işləri; 85.1.3-1. azadlığın məhdudlaşdırılması; 85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə uyğun olaraq, uşaqların hüquq və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Konstitusiyaya uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəli olması onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olunmasına xidmət edir. Cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatma və anlaqlılıq zəruri şərt hesab olunur. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, oğurluğa, soyğunçuluğa, quldurluğa və s. əməllərə görə cinayət məsuliyyətinə cəlb edilir. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu Məcəllədə nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər barəsində görülən tədbirlər və həmin tədbirlərin tətbiqi qaydası müvafiq qanunla müəyyən edilir. Göründüyü kimi, Cinayət Məcəlləsində, bir qayda olaraq, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün cinayət törədərkən on altı yaşına çatması tələb olunur. Bir sıra hallarda isə qanunverici törədilən cinayətin xarakterini, qəsdən törədilməsini, belə əməllərin kriminal xarakterini dərk etmək qabiliyyətinə malik olmanı və digər halları nəzərə alaraq ayrı-ayrı cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmək üçün zəruri yaş həddini on dörd yaş hesab edir. Qanunverici 14 yaşından 18 yaşına qədər olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən onların kifayət qədər əqli yetişkənliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Bu səbəbdən də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə məsuliyyətin həlli və cəza təyini zamanı onların həyat və tərbiyə şəraitinin, psixi inkişaf səviyyəsinin, onun şəxsiyyətinin digər xüsusiyyətlərinin və kənar şəxslərin ona təsirinin nəzərə alınmasını məcburi sayır. Qanunverici cinayətin subyekti qismində çıxış edən yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət mühakimə icraatının aparılmasının xüsusi qaydalarını, habelə bu kateqoriya şəxslərə münasibətdə tətbiq oluna biləcək məhdud sayda cəza növləri nəzərdə tutmaqla onların bu sahədə hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqətlə yanaşmışdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, uşaqların müdafiəsi siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsidir. Uşaqların hüquq və azadlıqlarının qorunması, uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Bu baxımdan Cinayət və Cinayət-Prosessual Məcəllələrində, eləcə də «Uşaq hüquqları haqqında» Qanunda cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin ayrıca xüsusiyyətləri nəzərdə tutulmuşdur. Adıçəkilən Qanunun 42-ci maddəsinə görə, uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə təyin edilməlidir. Qeyd olunmalıdır ki, yetkinlik yaşına çatmayanlara təyin edilə biləcək cəza növləri müəyyən edilərkən onların əqli və iradəvi xüsusiyyətlərinin, cinayətin törədilməsi hallarının, eləcə də cəmiyyətdə olan faydalı roluna uyğun olaraq yenidən inteqrasiyasına yardım etmiş olmasının nəzərə alınması tələbi beynəlxalq hüquq normalarından da irəli gəlir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 40-cı maddəsinə müvafiq olaraq, iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan hər bir uşağın onunla elə bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar uşaqda ləyaqət və mənlik hislərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zaman uşağın yaşını və onun reinteqrasiyasına və cəmiyyətdə faydalı rol oynamasına kömək göstərilməsinin arzu edildiyini nəzərə alır. Beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşmış yeni yanaşmaya görə yetkinlik yaşına çatmayan şəxs cinayəti işləmiş kimi deyil, cinayəti törədəcək şəraitə düşürülmüş şəxs kimi qiymətləndirilir. Bu yanaşma uşağı bir cinayətkar olaraq görmür və cinayətə yönəldildiyini qəbul etməklə, onu da cinayətin müəyyən mənada qurbanı kimi qəbul edir. Lakin bu vəziyyət cinayət törətmiş uşağın cəzasız qalacağı mənasına gəlməməli, tətbiq ediləcək sanksiya uşağın vəziyyətinə və törətdiyi əmələ uyğun və mütənasib olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəmiyyətdə olan faydalı roluna uyğun olaraq yenidən inteqrasiyasına yardım etmiş olmasını, yetkinlik yaşına çatmadığını, onun ailəsini, həyat şəraitini, yetkinlik yaşına çatmadğını və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə əsasən 600 manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-46/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-46/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver