Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-463/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, evli, Laçın rayonu, Arduşlu Ərazi Dairəsi, Arduşlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yerləşən “Bakı Tikiş Evi”nin yataqxanasında yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasında məhkum edilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq “Winston” markalı siqaretin qutusunda qablaşdırdığı 3 bükümdə, xeyli miqdarda, yəni təmiz çəkiləri 0,756 qram, 0,151 qram və 0,135 qram, ümumi təmiz çəkisi 1,042 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşıyıb özünə məxsus olan şalvarının sağ yan cibinə yerləşdirərək yaşadığı ünvan 1 ünvanda yerləşən “Bakı Tikiş Evi”nin yataqxanasındakı mənzilində saxlayaraq gizlətmiş və barəsində Yasamal RPİ İŞ-də istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək haqqında Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanıldığı zaman evində olan həmin şalvarı əyninə geyinib xx.xx.2024-cü il tarixdə, saat 16:17-də yanına görüşə gəlmiş cinayətdən xəbəri olmayan qardaşı Şahid6 üzərinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 ünvanda yerləşən Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında baxış keçirilərkən həbs olunmazdan əvvəl gizlətdiyi Şahid6 əynində olan şalvarının sağ yan cibindən “Winston” markalı siqaretin qutusunda qablaşdırdığı 3 bükümdə, xeyli miqdarda, yəni təmiz çəkiləri 0,756 qram, 0,151 qram və 0,135 qram, ümumi təmiz çəkisi 1,042 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs olunmazdan əvvəl avtomobil təmiri ustası kimi fəaliyyət göstərmişdir. Faktiki olaraq evlidir, himayəsində bir azyaşlı uşağı var. Laçın rayonu, Arduşlu ərazi dairəsi, Arduşlu kəndində qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda cəzasını Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində çəkir. Şahid6 onun qardaşı, Şahid5 isə anasıdır. Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməkdaşları – nəzarətçilər Şahid2, Teymur Rzayev və Şahid1, həmçinin həmin təcridxanada həbsdə saxlanılan hal şahidləri Şahid3 və Şahid4 əvvəllər tanımamışdır. 2023-cü ildən etibarən dostlarının təsiri altına düşərək narkotik vasitə olan heroindən istifadə etməyə başlamış və qısa müddət ərzində bu maddənin alüdəçisinə çevrilmişdir. Bu barədə ailə üzvləri məlumatlı olmuş, onun sözügedən vərdişdən uzaqlaşması üçün müxtəlif vasitələrlə təsir göstərmiş, lakin bütün səylərə baxmayaraq, o, heroindən imtina edə bilməmişdir. 2024-cü ilin əvvəllərindən etibarən heroin istifadəsinin intensivləşməsi səbəbindən onun üzərində ailə nəzarəti gücləndirilmişdir. Qardaşı Şahid6, atası Natiq və anası Şahid5 tərəfindən gündəlik nəzarət altında saxlanılmış, hər gün evə gələrkən üzərinə baxış keçirilmiş, cibləri yoxlanılmışdır. Hətta 2024-cü ilin mart ayında, yəni həbs olunmazdan əvvəl atası Natiq və qardaşı Şahid6 tərəfindən aparılmış yoxlama zamanı ayaqqabısının içərisində, bir müddət sonra isə mobil telefonunun örtüyünün (qoruyucu kobrasının) altında heroin aşkar olunmuş və dərhal tullanmaları təmin edilmişdir. Bu səbəbdən, heroin maddəsini evin müxtəlif yerlərində, paltarlarının astarında, siqaret qutusunun içərisində, həyətdə və ya küçədə gizlətməyə başlamışdır. 2024-cü ilin aprel ayının ortalarında, adı və digər anket məlumatlarını bilmədiyi şəxs ilə “İnstagram” proqramı vasitəsilə tanış olmuşdur. Sözügedən şəxs, hazırda yaddaşında qalmayan İran İslam Respublikasına aid nömrə ilə “WhatsApp” proqramı üzərindən ünsiyyət saxlayaraq özünü “Baba” kimi təqdim etmişdir. Həmin şəxsdən heroin istəmiş, “Baba” adlı şəxs razılıq verdikdən sonra, 1,5 qram heroin qarşılığında onun hazırda xatırlamadığı kart hesabına 50 manat məbləğində pul köçürmüşdür. Daha sonra “Baba” tərəfindən “WhatsApp” proqramı vasitəsilə göndərilmiş ünvana – Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Kənar Dairəvi yola gedərək, orada yerləşən sürət nişanının altından 4 ədəd, ağ kağıza bükülmüş, xırda həcmli siqaret paketi formasında heroin bükümlərini götürmüşdür. Bükümlərdən bir ədədini istifadə etmiş, qalan 3 bükümü isə “Winston” markalı siqaret qutusunun dibinə, yəni siqaret dənələrinin altına yerləşdirmişdir. Siqaret qutusunu əynindəki boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, evə daxil olanda atası və ya qardaşı görməsin. Yaddaşsızlıq səbəbindən həmin heroin bükümləri onun yadından çıxaraq “Winston” markalı siqaret qutusunda qalmış, qutu isə həmin boz rəngli cins şalvarının sağ yan cibində yerləşmişdir. Həmin gün havanın qəfildən soyuması ilə əlaqədar yay mövsümü üçün nəzərdə tutulmuş boz rəngli cins şalvarını dəyişərək dolaba yerləşdirmiş, lakin içində 3 ədəd büküm olan “Winston” markalı siqaret qutusunu şalvarın cibində unutmuşdur. Bundan sonra bir neçə dəfə heroin alıb istifadə etsə də, unutqanlıq səbəbindən həmin 3 ədəd büküm heroin dolabında saxlanılan boz rəngli cins şalvarının sağ yan cibindəki “Winston” markalı siqaret qutusunun içində qalmışdır. 26 aprel 2024-cü il tarixdə öz istifadəsi üçün İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxsin kart hesabına 60 manat köçürərək 2 qram heroin sifariş vermişdir. Həmin heroini götürmək üçün gedərkən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 27 aprel 2024-cü il tarixdə barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Heroin istifadəsinə görə həbs olunmasından sonra qardaşı və atası ondan uzaqlaşmış, lakin anası və bəzən atası həftədə bir dəfə, həftənin üçüncü günlərində ona sovqat gətirmişlər. Qardaşı Şahid6 isə ümumilikdə üç dəfə – 15 may 2024-cü il, 12 iyun 2024-cü il və 31 iyul 2024-cü il tarixlərində onunla görüşə gəlmişdir. Bakı İstintaq Təcridxanasında (BİT) təklikdə və ya üz-üzə görüşlərə icazə verilməmiş, görüş yalnız ayrı-ayrı otaqlarda, şüşə arxasından həyata keçirilmiş və hətta əl verməklə görüşmək üçün şərait yaradılmamışdır. Sözügedən hadisədən sonra anası Şahid5 və qardaşı Şahid6 ona bildirmişlər ki, 31 iyul 2024-cü il tarixdə maddi vəziyyətlərinin məhdud olması səbəbindən sovqatı vaxtında hazırlaya bilməmişlər. Evlərindən yalnız saat 15:00 radələrində çıxmışlar, halbuki sovqat qəbulu saat 17:00 radələrində başa çatır. Evdən çıxarkən Şahid6 ona içmək üçün aldığı 2 litrlik “Fanta” şüşəsinin qapağını açarkən içkinin isti olması səbəbindən təzyiqlə şüşədən ətrafa sıçrayıb, Şahid6in köynəyini və şalvarını sarı rəngə boyamışdır. Şahid6 qaçaraq köynəyini dəyişmiş, lakin təmiz şalvar tapmamışdır. Anası Şahid5 evə qayıdaraq paltar dolabından sağ yan cibində “Winston” markalı siqaret qutusu olan, içində isə siqaret dənələrindən başqa 3 ədəd heroin bükümü olan boz rəngli cins şalvarını götürərək Şahid6ə vermişdir. Şahid6 şalvarını geyinərək küçədə gözləyən taksiyə minmişdir. Şalvarın cibində “Winston” markalı siqaret qutusunun olduğunu görsə də, anasının yanında siqaret çəkmədiklərindən ona toxunmamışdır ki, fürsət düşəndə siqareti anasından kənarda çəksin. Həmin tarixdə, yəni 31 iyul 2024-cü il saat 16:00 radələrində Bakı İstintaq Təcridxanasına çatmış, anası Şahid5 Cabbarova təcridxanaya sovqat keçirməsi barədə ərizə yazaraq müvafiq razılıq almışdır. Bundan sonra anası Şahid5 təcridxanaya keçirilməsi nəzərdə tutulan sovqatın siyahısını tərtib etmiş, nəzarətçilər həmin siyahını yoxlayaraq sovqatı uzlaşdırmış və bu barədə müvafiq sənədləşmə aparmışlar. Şahid6 isə onunla görüşmək üçün ərizə blankını doldurmuş, razılıq verildikdən sonra Bakı İstintaq Təcridxanasında xüsusi otağa dəvət edilmişdir. Otaqda, hal şahidlərinin iştirakı ilə BİT-in nəzarətçiləri tərəfindən Şahid6 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid6in üzərində olan, ona məxsus boz rəngli cins şalvarının sağ yan cibindən “Winston” markalı siqaret qutusu götürülərək içi açılmış və siqaret dənələrindən başqa, qutunun dibindən siqaretin ağ kağızına bükülmüş 3 ədəd xırda həcmli büküm aşkar edilmişdir. Həmin bükümlər onun 2024-cü ilin aprel ayının ortalarında aldığı heroin bükümləri ilə eynilik təşkil etmişdir. Qardaşı onu satmaq istəməmiş, demişdir ki, guya siqaret qutusu və içərisindəki heroin bükümləri ona məxsus deyil, Bakı İstintaq Təcridxanasına gələrkən yoldan tapılmış və şəxsi istifadəsi üçün cibində saxlamışdır. Təcridxanaya daxil olarkən isə unudaraq cibində qalmışdır. Həmin bükümlər zərf şəklində qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu Şahid6 da imzası ilə təsdiqləmişdir. O, bu barədə eşitdikdən sonra Şahid6 demişdir ki, onun əməlini boynuna götürməsinə razı ola bilməz, könüllü olaraq heroinin ona məxsus olduğunu etiraf etsin. Əks təqdirdə, məhkəmə hökmü çıxdıqda həmin heroinin ona məxsus olduğunu sübut edib hökmü ləğv etdirəcəkdir. Bildirmişdir ki, evdəki digər üzvləri öz hərəkətləri ilə incitmiş olsa da, Şahid6 cəza çəkməsinə imkan verməyəcəkdir. Bundan başqa, Şahid6 etiraf etməsə belə, onun Bakı İstintaq Təcridxanasına qəsdən heroin keçirməsi məntiqə sığmır, çünki Şahid6 əvvəllər iki dəfə görüşə gəlmiş, oradakı qaydaları və şəraiti bilir, şahid olmuşdur ki, görüşə gələn hər bir şəxs və əşyaları diqqətlə yoxlanılır. Üstəlik, Şahid6 heroini içəri keçirə bilsəydi, onu yalnız şüşə arxasından ciddi nəzarət altında görəcək və həmin heroini istifadə etmək və ya ona ötürmək mümkün olmazdı. Həmçinin, Şahid6 o qədər ağılsız deyil ki, cibində heroinlə dövlət idarəsinə girsin. Nəticə olaraq, heroin ona məxsusdur və Şahid6 bu barədə məlumatı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı, Şahid5 isə anasıdır. Bakı İstintaq Təcridxanasının nəzarətçiləri Şahid1 və X8, həmin X3 Təşkili şöbəsinin böyük inspektoru Şahid2, həmçinin hal şahidləri Şahid3 və Şahid4 hadisə baş verən günədək tanımamış, həmin şəxslərlə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ildən narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, bu barədə ailə üzvlərinin hər biri məlumatlı olmuş, heroini tərgitməsi üçün səy göstərilsə də, Təqsirləndirilən şəxs heroin istifadəsindən əl çəkməmişdir. Bu səbəbdən onunla dəfələrlə münaqişələr yaranmış, aylarla küsülü qalmışlar. Anası Şahid5 və atası Natiq Cabbarov qardaşlarının uçuruma doğru getdiyini görərək günlərlə Təqsirləndirilən şəxs evdən çıxmağa qoymamışlar, lakin o, vərdişindən vaz keçməmişdir. Buna baxmayaraq, Natiq Cabbarov və anası Təqsirləndirilən şəxs ciddi nəzarət etmiş, hər gün Təqsirləndirilən şəxs evə gəldikdə onun üstünü axtarmış, cibini yoxlamışlar. Təqsirləndirilən şəxs bunu bildiyindən evə girərkən üzərində olan heroini küçədə və ya bədənində gizlətmişdir. Həbs olunmazdan əvvəl atası ilə birlikdə heroini onun ayaqqabısının içindən, sonuncu dəfə isə mobil telefonunun örtüyünün altından taparaq məhv etmişlər. Nəhayət, xx.xx.2024-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşına 60 manata 2 qram heroin sifariş vermiş və həmin heroini götürməyə gedərkən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı ilə qardaşı Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs həbsdə saxlanılması üçün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Həmin vaxtdan, yəni Təqsirləndirilən şəxs heroindən istifadə etməsi səbəbindən həbs olunduğu gündən etibarən qardaşı onu qardaşlıqdan silmiş, lakin ictimai rəyin pis olmaması üçün yalnız 3 dəfə — xx.xx.2024-cü il, xx.xx.2024-cü il və sonuncu dəfə xx.xx.2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs ilə görüşə getmişdir. Bu görüşlər zamanı qardaşı yalnız şüşə arxasından keçirilən görüşlərə qatılmış, sovqat aparmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Xəzərin yanında olmuş, buna görə də, xx.xx.2024cü il tarixdə anası Şahid5 qardaşı Xəzərə sovqat apararkən o da anası ilə birgə getmək qərarına gəlmişdir ki, gələcəkdə Xəzər ona “yanıma gəlmədin” deyib qınamasın. xx.xx.2024-cü il tarixdə anası sovqatı gec hazır etdiyindən evdən saat 15 radələrində çıxmışlar və gecikdiklərinə görə hər şeyi tələsik etmişlər. Evdən çıxarkən o, su içmək istəmiş, sovqat üçün aldıqları 4 ədəd 2 litrlik fantanın birinin qapağını açarkən isti olduğundan fanta təzyiqlə qabdan ətrafa püskürmüş və nəticədə köynəyini və şalvarını sarı rəngə boyamışdır. O, qaçaraq köynəyini dəyişmiş, lakin təmiz şalvar tapmamışdır. Anası Nüşabə evə girərək Xəzərin dolabından boz rəngli cins şalvarını götürərək ona vermişdir. O, həmin şalvarı geyinib sifariş verdikləri taksiyə minmişdir. Şalvarın cibində “Winston” markalı siqaret qutusu olmuşdur. Siqaret çəkən olmadığından və siqaret qurtardığından qutuya toxunmamış, fürsət düşəndə kənarda siqaret çəkəcəyini düşünmüşdür, çünki anasının və atasının yanında siqaret çəkmirlər. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Bakı İstintaq Təcridxanasına çatmış, anası Şahid5 təcridxanaya sovqat keçirməsi ilə bağlı ərizə yazaraq razılıq almışdır. Daha sonra o, təcridxanaya təqdim olunacaq sovqatın siyahısını tərtib etmiş, nəzarətçilər həmin siyahını sovqatla uzlaşdıraraq müvafiq sənədləşməni aparmışlar. O isə qardaşı Xəzərlə görüşmək üçün ərizə blankını doldurmuş və razılıq verildikdən sonra Bakı İstintaq Təcridxanasında xüsusi otağa dəvət olunmuşdur. Həmin otaqda, sonradan adlarını öyrəndiyi hal şahidləri Şahid3 və Şahid4 iştirakı ilə nəzarətçilər Şahid1, Rzayev Teymur və Şahid2 tərəfindən onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan və qardaşı Xəzərə məxsus olduğu sonradan məlum olmuş boz rəngli cins şalvarın cibindən “Winston” markalı siqaret qutusu götürülərək açılmış, siqaretlərin altında, siqaret kağızına bükülmüş formada 3 ədəd xırda həcmli büküm aşkar edilmişdir. Ondan bükümlərin nə olduğu soruşulduqda “bilmirəm” cavabını vermişdir. Həqiqətən, siqaret qutusunda siqaretdən başqa nəyinsə olduğunu bilməmiş, lakin qardaşı Xəzərin heroin istifadəçisi olduğunu bildiyindən, şalvarın cibindən və ya siqaret qutusundan tapılan bükümlərin heroin ola biləcəyini ehtimal etmişdir. Onun, hal şahidlərinin və nəzarətçilərin iştirakı ilə həmin bükümlər açılmış və içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. İştirakçılar tərəfindən bildirilmişdir ki, həmin maddə narkotik vasitə olan heroinə oxşayır. Qardaşı Xəzər yalnız heroin istifadə etdiyindən, o, da maddənin heroin olduğunu başa düşmüşdür. Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən bükümlərdə nəyin olduğu, haradan, kimdən və hansı məbləğə əldə edildiyi soruşulduqda, o, düşünmüşdür ki, əsl həqiqəti – yəni, şalvarın və siqaret qutusunun ona deyil, qardaşı Xəzərə məxsus olduğunu desə, bu hal Xəzərin cəzasının artırılmasına səbəb ola bilər. Həmçinin, Xəzərin evdə gizlətdiyi heroini o, təcridxanaya gətirib “Xəzərə məxsusdur” deyərək dövlət orqanına təhvil verməsi də mənfi qarşılanacaqdı. Bu səbəbdən, ilkin izahatında guya siqaret qutusu və içərisindəki bükümlərin ona məxsus olduğunu bildirmişdir. Daha sonra ondan həmin maddəni haradan və hansı qiymətə əldə etdiyi soruşulduqda, heroinin real qiymətini və satıldığı yerləri bilmədiyindən, guya içərisində bükümlər olan siqaret qutusunu təcridxanaya gələrkən yolda tapdığını, şəxsi istifadəsi üçün cibində saxladığını və təcridxanaya daxil olarkən unutduğunu bildirmişdir. Aşkar edilmiş bükümlər zərfə qablaşdırılmış, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan baş verənlər barəsində protokol tərtib edilmiş, protokol səsli şəkildə oxunmuş və doğruluğu iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, guya onun gətirdiyi sovqata və üzərinə baxış keçirilərkən, üzərindən siqaret qutusundan 3 ədəd büküm aşkar edilmişdir. Halbuki sovqatı təcridxanaya anası Şahid5 gətirmiş, bu barədə ərizə və sovqat siyahısı da onun adına tərtib edilmişdir. O isə yalnız Xəzərlə şüşə arxasından görüş üçün gəlmişdir. Onun Bakı İstintaq Təcridxanasına bilərəkdən heroin gətirməsi məntiqə uyğun deyil. Belə ki, o, həmişə qardaşı Xəzərin narkotik vasitələrdən istifadəsinə qarşı olmuş, bu istiqamətdə mübarizə aparmışdır. Bundan əlavə, daha əvvəl iki dəfə təcridxanaya Xəzərlə görüşə gəlmiş, oradakı qaydaları və şəraiti bilmişdir. Görüşə gələn hər bir şəxsin və gətirilən əşyaların ciddi şəkildə yoxlanıldığının şahidi olmuşdur. Əgər heroini içəri keçirə bilsəydi belə, Xəzəri yalnız ciddi nəzarət altında, şüşə arxasından görə biləcəyindən həmin heroini nə istifadə edə bilərdi, nə də ona ötürə bilərdi. Həmçinin o, o qədər düşüncəsiz biri deyil ki, cibində heroinlə dövlət müəssisəsinə daxil olsun. Əgər heroin həqiqətən ona məxsus olsaydı, təcridxanaya yollanmadan əvvəl onu evdə qoyardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid6 onun övladlarıdır. Onların arasında heç vaxt ədavət və ya düşmənçilik olmayıb. Övladlarından biri — oğlu Təqsirləndirilən şəxs 2023cü ildən narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, bu barədə ailə üzvlərinin hər biri məlumatlı olmuş, heroini tərgitməsi üçün nə qədər səy göstərilsə də, Xəzər həmin vərdişdən vaz keçməmişdir. Bu səbəbdən onlar arasında dəfələrlə münaqişələr yaranmış, aylarla küsülü qalmışlar, hətta həftələrlə Xəzəri evdən çölə çıxmağa qoymamışlar, lakin buna baxmayaraq, Xəzər vərdişindən ayrıla bilməmişdir. Buna baxmayaraq, atası Natiq Cabbarov və kiçik oğlu Cövhər Təqsirləndirilən şəxs ciddi nəzarət göstərmiş, hər gün Xəzər evə gəldikdə onun üstünü axtarmış və əgər üzərində heroin olarsa, onu əlindən alıb məhv etmək məqsədi güdmüşlər. Xəzər bunu bildiyindən evə girərkən üzərindəki heroini küçədə və ya bədənində gizlətməyə çalışmışdır. Həbs olunmazdan əvvəl, oğlu Cövhər və əri Natiq birgə onun ayaqqabısının içindən heroin tapıb məhv etmişlər, daha sonra isə mobil telefonunun örtüyünün altından heroin aşkar edib məhv etmişlər. Onlar nə qədər çalışsalar da, Xəzərin həbsdən qorunmasına nail ola bilməmişlər, çünki xx.xx.2024-cü il tarixdə Xəzər şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşına 60 manata 2 qram heroin sifariş etmiş və həmin heroini götürməyə gedərkən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə isə Yasamal Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçmiş və Xəzər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Həmin tarixdən başlayaraq, yəni Xəzərin heroin istifadəsindən dolayı həbs olunduğu gündən etibarən Cövhər və atası Natiq Xəzərdən imtina etmiş olsalar da, ər Natiqi inandıra bilmişlər ki, ağır vəziyyətdə olan uşağı tək qoymaq düzgün olmayacaq. Buna görə hər həftənin 3-cü günləri ər və arvad birlikdə Bakı İstintaq Təcridxanasına Xəzərlə görüşə getmiş və ona sovqat aparmışlar. Cövhər isə inadından vaz keçməmiş, heç vaxt sovqat aparmamış, son 6 ay ərzində cəmi 3 dəfə, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024 tarixlərində onunla yalnız görüşə getmişdir. Sovqat qəbuluna yalnız həftənin 3cü günləri, saat 10:00-dan 17:00-dək icazə verilmişdir. Növbəti görüş üçün, yəni xx.xx.2024-cü il tarixdə Cövhəri zorla razı salaraq onunla birlikdə Bakı İstintaq Təcridxanasına getməyə qərar vermişlər. Sovqata xərclənəcək 50 manatı vaxtında hazırlaya bilmədiklərindən sovqat gec hazır olmuş, evdən saat 15:00 radələrində çıxmışlar və gecikdiklərindən hərəkətlərini tələsik etmişlər. Onlar evdən çıxarkən, taksidə olarkən hava isti olduğundan Cövhər su içmək istəmiş, evə geri qayıtmaq istəmədikləri üçün, həmçinin Cövhərin evə girəcəyi təqdirdə təcridxanaya getməkdən imtina edə biləcəyini düşündüklərindən, ona Xəzər üçün aldıqları 4 ədəd 2 litrlik fantalardan birini içməyi bildirmişlər. Cövhər fantanın qapağını açarkən isti olduğundan təzyiqli maye ətrafa püskürmüş, nəticədə köynəyini və şalvarını sarıya boyamışdır. Cövhər qaçaraq köynəyini dəyişmiş, amma təmiz şalvar tapmadığından evə qayıtmışdır. Evə girərkən anası Nüşabə, Xəzərin dolabından boz rəngli cins şalvarını götürərək Cövhərə vermişdir. Bu zaman o, şalvarın cibində “Winston” markalı siqaret qutusunun olduğunu görmüş, lakin tələsik və övladları yanında siqaret çəkmədiklərindən qutunun varlığına diqqət verməmiş və hər hansı reaksiya verməmişdir. Cövhər həmin şalvarı geyinmiş, küçədə onları gözləyən taksiyə minmiş və Bakı İstintaq Təcridxanasına yola düşmüşlər. xx.xx.2024-cü il tarixində, saat 16 radələrində təcridxanaya çatmış, o, sovqat keçirməsi üçün ərizə yazmış, razılıq almışdır. Sonra sovqatın siyahısı tərtib edilmiş, nəzarətçilər siyahını sovqatla uzlaşdıraraq sənədləşmə aparmışlar. Cövhər Xəzərlə görüşmək üçün ərizə doldurmuş və razılıq alınandan sonra onu xüsusi otağa dəvət etmişlər. Daha sonra o, hal şahidlərinin iştirakı ilə, nəzarətçilər tərəfindən Cövhərin üzərinə baxış keçirilmiş, baxış zamanı şalvarın cibindən “Winston” markalı siqaret qutusu götürülərək açılmış, qutunun dibindən siqaret dənələrindən başqa 3 ədəd xırda büküm aşkar olunmuşdur. Şalvarın Xəzərə məxsus olması səbəbi ilə Cövhər dərhal bükümlərin heroin ola biləcəyinə şübhə etmişdir. Hal şahidlərinin və nəzarətçilərin iştirakı ilə bükümlər açılmış və içərisindən heroin aşkar edilmişdir. Nəzarətçilər Cövhərdən bükümləri haradan, kimdən və necə əldə etdiyini soruşmuş, Cövhər düşünmüşdür ki, əsl həqiqəti, yəni şalvarın və siqaret qutusunun ona yox, Xəzərə məxsus olduğunu desə, bu, Xəzərin cəzasını artırar və sovqat kimi qorunan maddənin dövlətə təhvil verilməsi pis qarşılanar. Bu səbəbdən o, guya siqaret qutusu və içindəki bükümlər özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra soruşulduqda ki, bükümləri necə əldə edib və qiyməti nədir, Cövhər heroinin bazar qiymətini və satış yerini bilmədiyini bildirmiş, siqaret qutusunda olan bükümləri yolda tapdığını, öz istifadəsi üçün cibində saxladığını, təcridxanaya girərkən unudaraq cibində qaldığını qeyd etmişdir. Halbuki həmin şalvar Xəzərə məxsus olmuş və onu Cövhərə o vermişdir. Nəzarətçilər bükümləri zərfə qablaşdırmış, protokol tərtib etmiş və protokolun doğruluğunu Cövhər imzalamışdır. Cövhər narkotik istifadəçisi deyil və onun cibində heroinlə təcridxanaya gəlməyi məntiqə sığmır. Çünki Cövhər əvvəllər Xəzərin heroin istifadəsinə qarşı çıxmış, görüşlərə iki dəfə gəlmiş, qaydaları bilir və insanların və əşyaların ciddi yoxlanılmasını görmüşdür. İstəsəydi, heroini içəri keçirsə belə, yalnız şüşə arxasından nəzarət altında olardı və onu istifadə etmək və ya Xəzərə ötürmək mümkün olmazdı. Həmçinin Cövhər elə ağılsız deyil ki, cibində heroinlə dövlət təşkilatına girsin. Əgər heroin ona məxsus olsaydı, o, gedişdən əvvəl onu evdə qoyardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hər gün dəfələrlə belə hallarla qarşılaşır, hadisənin üzərindən isə xeyli müddət keçdiyindən həmin gün nə baş verdiyini hazırda xatırlamır. İstintaq zamanı hadisə yeni baş verdiyindən istintaqa verdiyi ifadənin həqiqətə uyğun olduğunu bildirməklə indi xatırlamasa da, istintaqda verdiyi ifadəni heç bir təzyiq olmadan verdiyini və həmin ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı İstintaq Təcridxanasının TİTŞ-nin böyük inspektoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs hadisə baş verən günədək tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasının nəzarətçisi X8 və BİT-in X11 şöbəsinin böyük inspektoru Şahid1 ilə birgə Bakı İstintaq Təcridxanasının axtarış otağında xidmətə təhkim olunmuşlar. O, hər gün dəfələrlə belə hallarla qarşılaşır, hadisənin üzərindən isə xeyli müddət keçdiyindən həmin gün nə baş verdiyini hazırda tam xatırlamır. İstintaq zamanı hadisə yeni baş verdiyindən istintaqa verdiyi ifadənin həqiqətə uyğun olduğunu bildirməklə indi xatırlamasa da, istintaqda verdiyi ifadəni heç bir təzyiq olmadan verdiyini və həmin ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 istintaqda verdiyi ifadəində bildirmişdir ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrum edilmis, hazırda Penitensiar Xidmətinin Bakı İstintaq Tacridxanasının təsərrüfat briqadasında saxlanılır. Şahid6 şəxsi axtarışı aparılanadək sonuncunu görməmiş, tanımamış, heç bir münasibətləri, düşmənçilikləri və ya ədavətləri voxdur. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində sonradan adını bildiyi Şahid6 gardası Təqsirləndirilən şəxs ilə görüşə gəlmişdir. Bakı İstintaq Təcridxanasının nəzarətçiləri Şahid2, Teymur Rzayev və Şahid1 tarafindən axtarış otağında Şahid6 şəxsi axtarışı aparılmalı olmusdur. Onu da hal sahidi qismində axtarış otağına dəvət etmislər. Hec bir etiraz etmədən Bakı İstintaq Tacridxanasının nəzarətçiləri ilə razılaşmışdır. Ondan sonra axtarış otağına sonradan adını bildiyi Şahid4 da hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Onun və digər hal şahidinin iştirakı ilə Şahid6 hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarışı aparılmışdır. Axtarış zamanı Şahid6 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən "Winston" markalı siqaret qutusu aşkar olunmuşdur. Siqaret qutusu açılarkən içərisində siqaret dənələri olmuş. siqaret dənələrinin altından siqaretin ağ rəngli kağızına bükülmüş 3 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Həmin bükümlər açılarkən içərisində qəhvəyi rəngli heroinə bənzər maddə olmuşdur. Sorğu zamanı Şahid6 demişdir ki, əynindəki şalvarının sağ yan cibindən aşkar edilmiş "Winston" markalı siqaret qutusundakı 3 ədəd bükümü Bakı İstintaq Təcridxanasına gələrkən yoldan tapmış, narkotik istifadəçisi olduğundan sonradan istifadə etməsi üçün cibində saxlamışdır. Şahid6 aşkar edilmiş 3 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, zərfi o, digər hal şahidi Şahid4, Bakı İstintaq Təcridxanasının nəzarətçiləri Şahid2, Teymur Rzayev və Şahid1 imzalamışlar. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar protokolun doğru tərtib olunmasını imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə hadisə baş verən günədək tanışlıq münasibətləri mövcud olmamış, aralarında hər hansı ədavət və ya düşmənçilik faktı qeydə alınmamışdır. 31 iyul 2024-cü il tarixində Bakı İstintaq Təcridxanasının nəzarətçisi X8 və X3 Təşkili şöbəsinin böyük inspektoru Şahid2 ilə birlikdə, Bakı İstintaq Təcridxanasının axtarış otağında xidmətdə olmuşlar. Həmin gün saat təxminən 16:00 radələrində Şahid6 Bakı İstintaq Təcridxanasının 06 saylı rejim korpusunun 70 saylı kamerasında saxlanılan qardaşı Təqsirləndirilən şəxs ilə görüşmək üçün təcridxanaya gəlmişdir. 31 iyul 2024-cü il tarixində, saat 16 radələrində Bakı İstintaq Təcridxanasında xüsusi ayrılmış otaqda, hal şahidləri Şahid3 və X1 iştirakı ilə Şahid6 şəxsi axtarışı həyata keçirilmişdir. Axtarış zamanı Şahid6 əynində olan şalvarın sağ ön yan cibində yerləşən, üzərində “Winston” sözləri yazılmış siqaret qutusuna baxış keçirilmişdir. Baxış zamanı qutunun içərisindən, siqaret dənələrinin altında gizlədilmiş vəziyyətdə olan 3 ədəd ağ rəngli kağıza bükülmüş maddə aşkar edilərək götürülmüşdür. Bükümlər açıldıqda içərisində qəhvəyi rəngli maddələrin olduğu müəyyən edilmişdir. Aparılmış sorğu zamanı Şahid6 bildirmişdir ki, əynindəki şalvarın sağ yan cibindən aşkar edilmiş “Winston” markalı siqaret qutusundakı 3 ədəd bükümü Bakı İstintaq Təcridxanasına gələn zaman yoldan tapmış və narkotik maddə istifadəçisi olduğundan sonradan istifadə etmək məqsədilə həmin bükümləri cibində saxlamışdır. Şahid6 aşkar edilmiş, siqaretin ağ rəngli kağızına bükülmüş 3 ədəd büküm zərfə qoyularaq qablaşdırılaraq zərf möhürlənmişdir. Zərfi hal şahidləri Şahid4 və Şahid3, eləcə də Bakı İstintaq Təcridxanasının nəzarətçisi Teymur Rzayev və X3 Təşkili şöbəsinin böyük inspektoru Şahid2 imzalamışlar. Bundan sonra şəxsi axtarışla bağlı olaraq Bakı İstintaq Təcridxanasının Əməliyyat şöbəsinin inspektoru Şamil Tarverdiyev tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və iştirakçılar protokolun düzgün tərtib olunmasını imzaları ilə təsdiqləmişlər. Bütün proses zamanı hər hansı şikayət və təkliflər daxil olmamışdır. Təyin edilmiş məhkəmə-kimyəvi ekspertizanının rəyinə əsasən müəyyən edilmişdir ki, Şahid6 götürülmüş, siqaretin ağ rəngli kağızına bükülmüş 3 ədəd qəhvəyi rəngli maddə narkotik vasitə – heroin olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2, X8, Şahid1, Şahid3 və Şahid4 iştirakı ilə Şahid6 üzərinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 ünvanda yerləşən Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında baxış keçirilərkən həbs olunmazdan əvvəl gizlətdiyi Şahid6 əynində olan şalvarının sağ yan cibindən “Winston” markalı siqaretin qutusunda qablaşdırdığı 3 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür.(i.v. 2). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. (i.v.11). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/3919 nömrəli, 01 avqust 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası Zərflər üçün” dairəvi möhür əksi, “..həbs edilmiş şəxs Təqsirləndirilən şəxs yanına görüşə gəlmiş qardaşı Şahid6 gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman vətəndaş (imza) Şahid6” yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,756 qram, 0,151 qram, 0,135 qram, ümumi təmiz çəkisi 1,042 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0.922 qramdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v.12-13). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-384/2024 nömrəli, 27 aprel 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26 aprel 2024-cü il tarixdən hesablanılmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.15). "Maddi sübut kimi tanıma haqqında” 04 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şahid6 aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.922 qram olan heroin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v.22). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 2818 nömrəli, 14 may 2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSlS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v.82-83). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2069/ 2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 26 aprel 2024-cü il tarixdən hesablanılmışdır. (i.v.90-101). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 03 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 40.2 maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1.-1-ci maddəsi ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilmişdir. (i.v.85-86). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı (xx.xx.2018-ci il təvəllüdlü X5) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (AR CM-nin 59.2-ci maddəsi), himayəsində bir azyaşlı uşağının olmasını (AR CM-nin 59.1.4-cü maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinin həyata keçirildiyi və məhkəmə iclasında cinayət işinə baxıldığı dövrdə yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2069/2024 nömrəli, 11 dekabr 2024cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 26 aprel 2024cü il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2069/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hazırki cinayət işi üzrə tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2069/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müqavilə bağladığı vəkil şəxsin hüquqlarını müdafiə edənədək məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2069/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2069/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 0.922 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 07 saylı Vəkil Bürosunahesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 07 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-463/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-463/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver