Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-464/2024 15.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X15 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1998-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2rdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində qonşusu Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanda yerləşən yaşayış sahəsinə hasarın üzərindən aşmaqla qanunsuz daxil olaraq həyətdəki saxlanc yerindən 80 manat dəyərində 1 ədəd qapı və pəncərələrə kilid açan dəzgahı, 60 manat dəyərində 40 metr uzunluğunda elektrik kabeli, 20 manat dəyərində 05 ədəd işlənmiş krantları, 70 manat dəyərində 01 ədəd perforatoru və cəmi 80 manat dəyərində 02 ədəd dəmir stulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 310 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,223 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarında 1 büküm təmiz çəkisi 0,009 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 5 ünvanın yaxınlığınadək daşımış, xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən qeyd olunan ünvanda saxlanılaraq ünvan 7çu RPİ 12-ci PŞ-yə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkcənin sağ yan cibindəki eynək qabının içərisindən 2 büküm, hər bükümdə təmiz çəkiləri 0,039 qram və 0,184 qram, ümumi təmiz cəkiləri 0,223 qram narkotik vasitə heroin və 1 büküm, təmiz çəkisi 0,009 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,301 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 5 ünvanın yaxınlığınadək daşımış, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən qeyd olunan ünvanda saxlanılaraq ünvan 7çu RPİ 12-ci PŞ-yə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarının sağ yan cibindən “Wincestr” markalı siqaret qutusunun içərisində saxladığı, bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,301 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehtiyev küçəsində nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan evinin pəncərəsini fiziki güc tətbiq etməklə açaraq üzərində parçadan olan qoruyucusunu çırmaqla qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabının rəfindəki əl çantasından həmin dövrə olan məzənnə ilə 170 manat təşkil edən 100 ABŞ dollarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 cəmi 170 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehtiyev küçəsində nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi olan evinə nəfəslik üçün nəzərdə tutulmuş açıq olan dəlikdən qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabının içərisindən 150 manat nağd pulunu və həmin dolabdakı pul kisəsindən 500 manat dəyərində 1 ədəd, 583 əyyarlı qızıldan olan qadın üzüyünü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 cəmi 650 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,836 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehtiyev küçəsi, nömrəsiz fərdi yaşayış evinin qarşısınadək daşımış, xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən qeyd olunan ünvanda saxlanılaraq ünvan 7çu RPİ 12-ci PŞ-yə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,836 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə şiddətli ağrıları olmuş, pulu olmadığından narkotik ala bilməmiş, qərara gəlmişdir ki, qonşusu, həmçinin qohumu Zərərçəkmiş şəxs1 Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi döngə 3 ünvanda yerləşən evindən oğurluq etsin. Düşünmüşdür ki, həyətdə əlinə keçə biləcək 20-30 manatlıq metal oğurlayaraq 2-3 günlük heroinin pulunu düzəltsin. Həmin tarixdə saat 18 radələrində qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı evinin hasarından aşaraq onun həyətinə keçmiş, hava qaranlıq olduğundan onu heç kim görməmişdir. Ramilin həyətində, evinin sağ tərəfində yerləşən əl damının qapısı açıq olmuş, o, açıq olan qapıdan əl damına girərək oradan əlinə keçən metal əşyaları, yəni 1 ədəd qapı və pəncərələrə kilid açan “Frez” adlanan dəzgahı, təxminən 40 metr uzunluğunda elektrik kabelini, 05 ədəd işlənmiş vəziyyətdə olan üzərindəki duşu ilə birgə hamam krantlarını, 01 ədəd prefaratoru və 02 ədəd aliminiumdan olan açılıb-bağlanan dəmir stulları əl damından götürərək evin həyətinə daşımışdır. Daha sonra götürdüyü əşyaları hasardan küçəyə atmış, özü də hasardan aşıb çölə çıxmış, oğurladığı əşyaları yaşadığı evinin həyətində gizlətmişdir. Yeni il gecəsi, yəni xx.xx.2022-ci il tarixdə “Frez” adlanan dəzgahı qonşuluğunda yaşayan, heç bir anket məlumatını bilmədiyi, yalnız üzdən tanıdığı Fariz adlı şəxsə 10 manata satmışdır. Farizə dəzgahın özünə məxsus olduğunu demişdir. Farizdən aldığı 10 manata heroin alaraq istifadə etmişdir. 2022-ci ilin ilk günlərində, yəni xx.xx.2022-ci il tarixdə təxminən 40 metr uzunluğunda olan elektrik kabelini və 05 ədəd işlənmiş vəziyyətdə olan üzərindəki duşu ilə birgə hamam krantlarını metal qəbulu yerinə satması üçün özü ilə götürmüşdür. 2 ədəd stul həcminə görə böyük olduğundan stulları metal qəbulu yerinə aparmamış, düşünmüşdür ki, əlində qonşusu Ramil görə bilər, odur ki, stulları Ramilin evində olmadığı günlərdə və ya gecə saatlarında metal qəbulu yerinə satar. Preferatoru isə metal kimi deyil, nisbətən baha qiymətə satacağını düşünərək preferatora toxunmamışdır. Təxminən 40 metr uzunluğunda olan elektrik kabelini və 05 ədəd işlənmiş vəziyyətdə olan üzərindəki duşu ilə birgə hamam krantlarını Balaxanı qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə 8 manata satmış və 8 manata heroin alaraq istifadə etmişdir. Ramil evindəki oğurluğun onun tərəfindən törədilməsində ondan şübhələndiyindən təxminən xx.xx.2022-ci il tarixdə onun evdə olmadığı vaxtda Ramil həyətinə gəlmişdir. Ramil anasının və arvadının yanında Ramilin həyətindən oğurladığı 2 ədəd stullarını və preferatorunu görərək tanıyıb götürmüşdür. Ramil anasına və arvadına bildirmişdir ki, stullardan və preferatordan başqa əl damından elektrik kabellərini, 5 ədəd duş qarışıq krantlarını və kilid açan “Frez” dəzgahını da oğurlamış, 2 günə həmin əşyalarını qaytarmasa ondan şikayət edəcək. Anası və arvadı qohumları olan Ramilə söz vermişlər ki, həmin əşyaları ondan alıb Ramilə qaytaracaqlar. Lakin o, həmin əşyaları satdığından qaytara bilməmişdir. Həmin günlərdə Ramil onun anasından geri qaytara bilmədiyi əşyaların 160 manat pulunu tələb etmiş, pulları olmadığından anası və arvadı Ramilin zənglərinə cavab verməmişlər, o, isə utandığından Ramilin gözünə görünməmiş, odur ki, Ramil ondan şikayət etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında istifadə etməsi üçün narkotik tərkibli maddələri olmadığından alması üçün Balaxanı qəsəbəsinə getmişdir. Həmin tarixdə saat 20 radələrində üzdən narkotik satan kimi tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat dəyərində kakos, yəni heroin, 20 manat dəyərində isə şüşə, yəni metamfetamin istəmişlər. Həmin şəxs 35 manatı alaraq ondan uzaqlaşıb gözdən itmiş, 10 dəqiyqə sonra ona 4 ədəd büküm gətirmişdir. 4 ədəd bükümlərdən 2 ədədi politelenə, yəni şəffaf sellofana, 2 ədədi isə siqaretin gümüşü, yəni falqa kağızına bükülmüşdür. O, 4 ədəd bükümə baxarkən görmüşdür ki, siqaretin gümüşü, yəni falqa kağızına bükülmüş 2 ədəd bükümlərin birində heroin, digərində isə metamfetamindir. Politelendə, yəni şəffaf sellofanda da olan 2 ədəd bükümlərin birində heroin, digərində isə metamfetamindir. Təhlükəsiz olsun deyə o, həmin 4 ədəd bükümləri eynək qabına qoyaraq yaşadığı evinə gəlmişdir. Evinə qayıdarkən aptekdən limon duzu və vitamin “C” həbi də almışdır ki, ineksiya yolu ilə narkotikdən istifadə edərkən narkotikin tərkibinə qatsın. Belə ki, limon duzunu və vitamin “C” həbini heroinlə həll edib damara vurarkən limon duzu ağrıları götürür, vitamin “C” isə imuniteti möhkəmləndirir. Aldığı bükümlərdən içərisində metamfetamin olan siqaretin gümüşü, yəni falqa kağızındakı 1 ədəd bükümü açaraq istifadə etmiş, lakin falqa metamfetamin bükməsi üçün lazım olacağından tullamayaraq eynəyinin qabına qoymuşdur. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə saat 10 radələrində siqaretin gümüşü, yəni falqa kağızında olan 2-ci bükümdəki heroinin az hissəsini yaşadığı küçədə istifadə etmiş, istifadə edərkən qonşunun onu ineksiya yolu ilə narkotik istifadə etməsini görə biləcəyindən şprisi və heroin hazırladığı 2 ədəd şüşə ampulanı eynək qabına qoyaraq məhəllədən uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 16:20 radələrində yaşadığı məhəllədə, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində piyada gedərkən döngə 3 ünvanın yaxınlığında iki nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları kimi təqdim edərək ondan şəxsiyyət vəsiqəsini istəmişlər. Eynək qabında 1 ədədinin içi boş olmaqla cəmi 4 büküm heroin və metamfetamin, limon duzu, 2 ədəd vitamin “C” tabletkası, həmçinin heroinə bulaşmış şpris və 2 ədəd şüşə ampula olduğundan həyacanlanmış, yoluna davam edərək polis əməkdaşlarından yayınmaq istəmişdir. Lakin polis əməkdaşları onu yenidən dayandıraraq anket məlumatları ilə maraqlanmışlar, o, polis əməkdaşlarına əhəmiyyət vermədiyindən ondan şübhələnərək onu Sabunçu RPİ 12-ci Polis şöbəsinə dəvət etmişlər. O, razılaşmış, fikirləşmişdir ki, yolda üzərində olan heroin və metamfetamini tullayar. Lakin polis əməkdaşları ona heç bir şərait yaratmayaraq 12-ci PŞ-yə gətirmişlər. 12-ci PŞ-də ona X9 tərəfindən özünün siyahıdan seçdiyi vəkil Sani Nəsibov təqdim olunmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Bildirilmişdir ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, demişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir və bu barədə ərizə yazmışdır. Vəkildən ona görə imtina etmişdir ki, əgər vəkil canlı olaraq üzərindən narkotik tərkibli maddələrin aşkar olunmasını görsəydi vəkil məhkəmədə onu əminliklə müdafiyə etməyəcəydi. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarışı zamanı ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən qara rəngli eynək qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. X5tunu açmış, içərisindən siqaretin gümüşü, yəni falqa kağızındakı 2 ədəd bükümü, politelendəki, yəni şəffaf sellofandakı 2 ədəd bükümü, limon duzunu, 2 ədəd vitamin “C” tabletkasını, həmçinin heroinə bulaşmış şpris və 2 ədəd şüşə ampulanı eynək qutusundan çıxardaraq masanın üzərinə düzmüşdür. Bükümlər açılarkən müəyyən edilmişdir ki, 2 ədəd siqaretin gümüşü, yəni falqa kağızlarında olan bükümlərdən birinin içərisi metamfetaminə bulaşmaqla boşdur, digərinin içərisində isə qəhvəyi rəngli maddə var. 2 ədəd politelen, yəni şəffaf sellofanda olan bükümlərdən birinin içərisində metamfetamin, digərinin içərisində isə heroin var. Sorğu zamanı bildirmişdir ki, həmin bükümlərdəki kakos, yəni heroin və şüşədir, yəni metamfetamindir, özünün istifadəsi üçün 1 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən 20 manata almışdır. Daha sonra üzərinə ətraflı baxış keçirilsə də, üzərindən başqa heçnə aşkar edilməmişdir. Onun masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi əşyalar yenidən eynək qabına yığılaraq X9 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, o, və şəxsi axtarışında iştirak edən şəxslər zərfi imzalamışlar. Baş verənlərlə əlaqədar protokol tərtib edilmiş, o, və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Toplanmış material İstintaq şöbəsinə göndərilmiş, oradan sərbəst buraxılmış, narkotik istifadəsini yenə də davam etdirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə kakos kimi tanıdığı narkotik vasitə heroin alaraq üzərində olan “Wincestr” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Narkotik vasitəni aldıqdan bir qədər sonra saat 10 radələrində, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, döngə 3 ünvanın yaxınlığında polis geyimində olan iki polis əməkdaşı ona yaxınlaşaraq Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları olduqlarını bildirmişlər. Polis nəfərləri soyadını soruşaraq şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənədi olmadığından, eyni zamanda cibində kakos olduğundan polis əməkdaşlarından tez bir zamanda yayınmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər. O, başa düşmüşdür ki, üzərində kakos, yəni narkotik vasitə heroinin olmasından məlumatları var, buna baxmayaraq özünü təmkinli aparmışdır ki, bəlkə onu sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual edərkən suallara düzgün cavab vermədiyinə görə ondan nə səbəbdən özünü şübhəli aparmasını soruşmuşlar, o, heç bir söz deməmişdir. Polis əməkdaşları təklif etmişlər ki, onlarla birlikdə 12-ci Polis şöbəsinə getsin. O, etiraz etməmiş, düşünmüşdür ki, ilk fürsətdən üzərindəki heroini tullayar. Lakin polis əməkdaşları bu kimi şərait yaratmamışlar. Polis şöbəsində şəxsiyyətini müəyyən etdikdən sonra otaqların birində sonradan adını bildiyi X10 ona qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlərin saxlanılmasında və gəzdirilməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Polis şöbəsinə gətirildiyini izah etmişdir. X10 hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. O, demişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir və bu barədə ərizə yazmışdır. Vəkildən ona görə imtina etmişdir ki, əgər vəkil canlı olaraq üzərindən narkotik tərkibli maddələrin aşkar olunmasını görsəydi vəkil məhkəmədə onu əminliklə müdafiyə etməyəcəydi. Bundan sonra X10 üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Wincestr” markalı siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Təqdim etdiyi siqaret qutusuna X10 tərəfindən baxış keçirilmiş, baxış zamanı siqaret qutusunda saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızındakı büküm və həmin bükümün içərisindən istifadəsi üçün aldığı kakos kimi tanıdığı narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı bükümün içərisindən aşkar edilən maddənin kakos olduğunu, xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş büküm qablaşdırılaraq möhürlənmiş, o, da digər iştirakçılar kimi protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Toplanmış material İstintaq şöbəsinə göndərilmiş, oradan sərbəst buraxılmış, narkotik istifadəsini yenə də davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə dözülməz ağrıları olduğundan oğurluq etməsi üçün təhlükəsiz yer axtarırmış. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 üzdən tanıyır, eyni məhəllədə, yəni Sabunçu qəsəbəsi, Elşən Mehtiyev küçəsində yaşayırlar, rastlaşanda salamlaşırlar, ədavətləri və ya düşmənçilikləri yoxdur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı evinin qarşısından keçən zaman Vüqarla rastlaşmış, görmüşdür ki, Vüqar evinin qapısını bağlayaraq evdən çıxır. O, kənardan müşahidə apararaq və Vüqarı təqib edərək Vüqarın evindən uzaqlaşmasına tam əmin olduqdan sonra yenidən Vüqarın evinin qarşısına qayıtmışdır. O, evdə və ətrafda heç kimin olmadığını görüb saat 16 radələrində həyəti olmayan evin küçəyə baxan tünd qəhvəyi rəngli pəncərəsinə fiziki təsir edərək pəncərəni açmışdır. Daha sonra pəncərənin üzərinə çəkilmiş parçadan olan qoruyucunu çıraraq pəncərədən evə daxil olmuşdur. Evə girdikdən sonra işıq yandırmadan evi axtarmağa başlamış, ev 2 otaqdan və 1 mətbəxdən ibarət olmaqla otaqlar iç-içə yerləşmiş, evin cəmi 1 pənçərəsi və 1 nəfəsliyi olmuşdur. Evi axtararkən yataq otağındakı paltar dolabını açaraq dolabda olan əl çantasını götürmüşdür. Əl çantasından 100 ABŞ dolları pul tapmış, 100 ABŞ dolları narkotikə yetəcəyindən dərhal evə daxil olduğu pəncərədən küçəyə çıxmışdır. O, həmin pulu 170 manata dəyişərək 100 manatlıq heroin almış, qalan 70 manatı isə digər tələbatlarına xərcləmişdir. 100 manat dəyərində heroini ineksiya yolu ilə 08 və 09 noyabr 2023-cü il tarixlərdə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə qonşuluqdakı evlərin birinə oğurluğa girmək istəyərkən Vüqarla Vüqarın evinin qarşısında rastlaşmış, evinin qarşısında nə etdiyini soruşarkən bildirmişdir ki, guya Zərərçəkmiş şəxs3la işi var. Vüqar bildirmişdir ki, Zərərçəkmiş şəxs3 ailəsi ilə birlikdə rayona getmişdir. O, Əmrahın evində heç kimin olmadığını bilib Əmrahın evindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, heroini və pulu qurtarmış, ağrıları başlasa da, heroin almağa pulu olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı məhəlləyə gəlib heç kimin olmadığına tam əmin olduqdan sonra hasara yaxın yerdən ağaca çıxaraq Əmrahın həyətinə keçmişdir. Evin həyətə baxan 3 pəncərəsi olsa da, pəncərələr bağlı olmuş, lakin evin nisbətən balaca olan pəncərəsində, yəni nəfəsliyində pəncərəsi olmamış və nəfəsliyin üzərinə heç bir qoruyucu çəkilməmişdir. O, həmin nəfəslikdən evin mətbəxinə daxil olmuş, mətbəxdən evin yataq otağına keçib paltar dolabını açmış və oradakı şüşə qabda cəmi 80 manat olan 50 qəpiklikləri cibinə yığmışdır. Daha sonra həmin paltar dolabında olan əl çantasını açdıqda içərisində qızıl üzük olduğunu görmüş və həmin bir ədəd qızıldan olan qaşlı qadın üzüyünü götürüb daxil olduğu nəfəslikdən həyətə keçmiş, hasardan küçəyə çıxaraq oradan uzaqlaşmışdır. Oğurladığı qəpikləri hesablayan zaman təxminən 80 manat pulun olduğunu müəyyən etmişdir. Həmin pulu bir neçə gün ərzində heroinə və digər şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə pulu qurtardığı üçün qızıl üzüyü götürüb Sabunçu qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən lombarda getmiş, şəxsiyyət vəsiqəsini lombarda təqdim edərək qızıl üzüyün ailə üzvlərinə məxsus olması barədə yalan məlumat vermişdir. Qızıl üzüyü qəbul edən şəxs, yəni sonradan adını bildiyi Şahid7 ona inanaraq üzüyü girov kimi qəbul etmiş, onunla girov müqaviləsi bağlamış, lombartdan girov biletini və girovun müqabilində tələb etdiyi 60 manat pulu almışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində heroin alması üçün Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində gəzişərək bu barədə tanışlarına soraq etmiş, lakin heroin tapa bilməmişdir. Anaşkin küçəsində heç bir anket məlumatını bilmədiyi, narkotik alüdəçisi təəssüratı yaradan tanımadığı şəxsə yaxınlaşaraq heroin lazım olduğunu bildirmiş, xahiş etmişdir ki, 20 manatlıq heroin tapsın. Həmin şəxs bildirmişdir ki, təşkil edə bilər. Həmin şəxs 20 manatı alaraq uzaqlaşıb gözdən itmiş, təxminən 10 dəqiyqə sonra ona yaxınlaşaraq bir ədəd şeffaf sellofana bükülmüş büküm vermiş, bildirmişdir ki, bükümdəki heroindir. O, həmin bükümü alaraq cibinə qoyub üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehtiyev küçəsində nömrəsiz fərdi yaşayış evinin qarşısında gəzişərkən həmin 1 büküm heroin cibində olmuşdur. Həmin vaxt ona sonradan adlarını bildiyi 12-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edəcək sənəd istəmişlər. Onun cibində heroin olduğundan həyacanlanmış, fikirləşmişdir ki, hansı yolla olur olsun polis əməkdaşlarından uzaqlaşsın. Polis əməkdaşlarına üzərində heç bir sənədinin olmadığını deyib yoluna davam edərkən onu yenidən saxlayaraq şəxsiyyəti barədə məlumat verməsini istəmişlər. O, polis əməkdaşlarına əhəmiyyət verməmiş, onlardan yayınaraq qaçmaq istəyərkən onu saxlayıb polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş, düşünmüşdür ki, yolda üzərində olan heroini tullayar, lakin polis əməkdaşları ona heç bir şərait yaratmayaraq onu 12-ci PŞ-yə gətirmişlər. 12-ci PŞ-də ona X11 tərəfindən özünün siyahıdan seçdiyi vəkil Müdafiəçi təqdim olunmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Bildirilmişdir ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, demişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir və bu barədə ərizə yazmışdır. Vəkildən ona görə imtina etmişdir ki, əgər vəkil canlı olaraq üzərindən heroin aşkar olunmasını görsəydi vəkil məhkəmədə onu əminliklə müdafiyə etməyəcəydi. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarışı zamanı ona üzərində olan əşyaları təqdim etməsi bildirilmişdir. O, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. X11 tərəfindən büküm açılarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı etiraf etmişdir ki, 4 ildir narkotik vasitədən istifadə edir, üzərindən aşkar edilmiş maddə “kakos”dur, Sabunçu qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Daha sonra üzərinə ətraflı baxış keçirilsə də, üzərindən başqa heçnə aşkar edilməmişdir. Onun masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm X11 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, o, və şəxsi axtarışında iştirak edən şəxslər zərfi imzalamışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi üzdən tanıyır, ədavətləri və ya düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs3 bibisinin oğludur, həmçinin qonşudurlar, mehriban qohumluq münasibətləri var. O, xx.xx.2001-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, fərdi əməklə məşğul olur, evlidir, məhkum olunmamışdır, ünvan 12 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehtiyev küçəsində nömrəsiz ünvanda yerləşən fərdi evdə yaşayır. Oğurluq hadisəsinin baş verdiyi Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehtiyev küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evi yertənidir, evin həyəti yoxdur, evin qapısı bir başa küçəyə açılır, ev 2 otaqdan və 1 mətbəxdən ibarətdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində nömrəsiz ünvanda yerləşən evinin qapılarını bağlayaraq işə getmiş və həmin vaxt evdə heç kim olmamışdır. Həmin tarixdə saat 20 radələrində yaşadığı evə qayıdan zaman evin taxta pəncərəsinin açıldığını, pəncərənin parça qoruyucusunun cırıldığını və evin yataq otağında olan paltar dolabının rəfindəki əl çantasından 100 ABŞ dolları, milli pul vahidi ilə 170 manatının oğurlandığını aşkar etmişdir. Həmin ərəfədə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs küçədə görmüş və Sənandan orada nə etdiyini soruşduqda, Sənan bibisi oğlu Zərərçəkmiş şəxs3 axtardığını demiş, lakin Əmrahdan öyrənmişdir ki, Əmrahın Sənanla heç bir əlaqəsi yoxdur. Həmin vaxt şikayət etməmişdir. Lakin bundan bir neçə gün sonra qapı qonşusu olan bibisi oğlu Əmrahın evindən də oğurluq olduqda oğurluğun Təqsirləndirilən şəxs törətməsinə əmin olub bu barədə DİN-nin “102” Xidməti-zəng mərkəzinə, həmçinin Sabunçu RPİ-nin 12-ci PŞyə ərizə ilə müraciət edərək hadisə barəsində məlumat vermişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, hadisənin Təqsirləndirilən şəxs törətməsindən şübhələnir. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində hər iki oğurluğun Sənan tərəfindən törədilməsi təsdiqlənmişdir. Hazırda ona dəymiş zərər tam ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məhəllədə yaşayan kimi üzdən tanıyır, evləri arasında təxminən 1 kilometr məsafə var, Sənanla ədavəti və ya düşmənçiliyi olmayıb. Zərərçəkmiş şəxs2 dayısının oğludur, həmçinin qapı qonşusudur, mehriban qohumluq münasibətləri var. O, xx.xx.2000-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, fərdi əməklə məşğul olur, evlidir, məhkum olunmamışdır, ünvan 15 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehtiyev küçəsində nömrəsiz ünvanda yerləşən fərdi evdə yaşayır. Oğurluq hadisəsinin baş verdiyi Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehtiyev küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evi yertənidir, 0,5 sot torpaq sahəsində tikilmişdir, 1 otaqdan və 1 mətbəxdən ibarətdir. Həyət daş hasarla əhatə edilmişdir, həyətə giriş balaca dəmir darvazadandır, həyət balaca olduğundan avtomobil yerləşmir və avtomobil üçün qapı nəzərdə tutulmamışdır. Həyətdəki evə giriş qapısı dəmir seyf qapı olmaqla evin cəmi 3 pənçərəsi var, həmin pəncərələr plastikdəndir, həmçinin mətbəxdə 1 ədəd balaca həcimli pəncərə, yəni nəfəslik var, pəncərə yeri boşdur, yəni həmin yerə pəncərə qoyulmamışdır, həmin pəncərədən insan rahatlıqla keçə bilir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində nömrəsiz ünvanda yerləşən evinin qapılarını bağlayaraq şəxsi işləri ilə əlaqədar Ağsu şəhərinə getmiş və yaşadığı evdə heç kim olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evə qayıdan zaman naməlum şəxsin evin mətbəx otağının açıq pəncərəsindən daxil olaraq yataq otağında yerləşən paltar dolabının içərisindən hamısı 50 qəpiklik olmaqla 150 manat pulunu və digər dolabdakı pul kisəsindən 500 manat dəyərində, bir ədəd 5 qram çəkidə, 583 əyyarlı, qadın üçün nəzərdə tutulmuş üzüyünü oğurlamasını aşkar etmişdir. Həmin ərəfədə dayısı oğlu Zərərçəkmiş şəxs2 qonşuluqda yaşayan Təqsirləndirilən şəxs məhəllədə görmüş və ondan orada nə etdiyini soruşduqda Sənan onu axtardığını bildirmişdir. Halbu ki, Sənanla heç bir münasibəti olmamış, Sənanın onu nəyə görə axtarmasını da sonradan Sənan izah edə bilməmişdir. Bundan sonra şübhələnmişlər ki, oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. Onun qadın qohumları Sənanın anasına və arvadına zəng vuraraq üzüyü və pulunu qaytarmasını xahiş etmişlər. Sənanın anası və arvadı üzüyü və pulu Sənanın oğurlamasını etiraf etsələr də geri qaytarmamışlar. Odur ki, DİN-nin “102” Xidməti-zəng mərkəzi vasitəsi ilə, həmçinin Sabunçu RPİnin 12-ci PŞ-yə ərizə ilə müraciət edərək hadisə barəsində məlumat vermişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, hadisənin Təqsirləndirilən şəxs törətməsindən şübhələnir. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində oğurluğun Sənan tərəfindən törədilməsi təsdiqlənmişdir. Hazırda ona dəymiş zərər tam ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 telefon vasitəsi ilə əlaqə saxlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2023-cü il tarixdə işlədiyi, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən lombarda gələrkən görüb tanımış, Sənanla heç bir münasibəti, ədavəti və ya düşmənçilikləri olmamışdır. 2017-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədov küçəsində nömrəsiz ünvanda yerləşən lombartda baş kassir vəzifəsində işləyir. Həmin lombard ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir. Onun vəzifəsi təqdim edilən qızılları girov götürüb qiymətləndirmək, vətəndaşla məbləğdə razılaşdıqdan sonra bu barədə kitabda qeydiyyat aparmaq, rəsmi qaydada girov bileti tərtib etməklə bir nüsxəsini vətəndaşa vermək, digər nüsxəsini isə özündə saxlamaqdan ibarətdir. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında sonradan adını bildiyi Təqsirləndirilən şəxs işlədiyi lombarda gələrək 1 ədəd qızıl üzük təqdim etmiş, bildirmişdir ki, ailəsinə məxsusdur, 60 manata ehtiyacı olduğundan üzüyü girov qoymaqla pul götürmək istəyir. O, həmin qızıl üzüyə baxarkən müəyyən etmişdir ki, üzük 583 əyyarlı, 5.6 qram çəkidə olmaqla sadə qaşları var, qadın üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini götürüb kserosurətini çıxardaraq Sənanla girov müqaviləsi bağlamış, 329649 saylı girov bileti tərtib edib həmin biletin bir nüsxəsini özündə saxlamış, digər nüsxəsini, həmçinin 60 manat pulu isə Sənana vermişdir. xx.xx.2023-cü il tarixdə iş yerində olan zaman polis əməkdaşları gələrək Təqsirləndirilən şəxs girov qoyduğu qızıl üzüklə maraqlanmış, o, üzüyü polis əməkdaşlarına göstərərkən polis əməkdaşları üzüyün oğurluq olduğunu bildirmişlər. O, qeyd etdiyi 329649 saylı girov biletinin və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətlərini, həmçinin Təqsirləndirilən şəxs girov qoyduğu qızıl üzüyü könüllü şəkildə polis əməkdaşlarına təqdim etmiş, o, üzüyün oğurluq olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:20 radələrində Sabunçu RPİ 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid6 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısı ilə bir nəfər şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini istəmişlər. Həmin şəxs üzərində heç bir sənədinin olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya narkotik vasitə olması şübhə yaratdığından həmin şəxsi Sabunçu RPİ 12-ci PŞ-yə dəvət etmişlər. PŞ-də həmin şəxsin xx.xx.1998-ci ildə ünvan 18 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, E.Mehdiyev küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi ilə bağlı raportla məruzə etmiş, raport üzrə araşdırmanın aparılması 12-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Tapdıq Quliyevə həvalə edilmişdir. Sənan Quliyevin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından X9 tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi Sani Nəsibovla təmin edilmiş, barəsində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını, lakin şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsini istəmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli qabı çıxardaraq masanın üzərinə qoymuşdur. X9 tərəfindən qab açıldıqda içərisindən qəhvəyi və ağ rəngli kristalşəkilli maddələr, falqa, limon duzu və şpris aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindən aşkar olunmuş maddələrin narkotik vasitə “kokos” kimi tanıdığı heroin və psixotrop maddə “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, 1 ildir ki, narkotik tərkibli maddələrdən istifadə etdiyini, saxlanılmadan öncə Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata heroini, 15 manata isə metamfetamini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddələr olan bükümlər X9 tərəfindən qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə protokolu imzalamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ 12-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı Şahid2la birgə Polis şöbəsinin inzibati ərazisində, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsində xidmət aparmışlar. Həmin tarixdə saat 18:30 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehtiyev küçəsində sonradan şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin təsiri altında olması görünüşü yaratması diqqətlərini cəlb etmişdir. O, Şahid2la birgə Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini təqdim edərək üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində sənədinin olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. O, Şahid2la birgə Təqsirləndirilən şəxs dayandıraraq adının və soyadının nə olduğunu soruşduqda sonuncu təkrarən yayınmağa başlamışdır. Təqsirləndirilən şəxs hərəkətləri şübhə oyatmış və narkotik tərkibli maddələri daşımaqda Təqsirləndirilən şəxs şübhələnmişlər. O, Şahid2la birgə Təqsirləndirilən şəxs Sabunçu RPİ 12-ci PŞ-yə dəvət etmişlər. O, həmçinin polis sahə inspektoru Şahid2, saxlanılan Təqsirləndirilən şəxs PŞ-yə gətirilməsi barədə PŞ rəhbərliyinə raportla məruzə etmişlər, bu barədə araşdırmanın aparılması X11yə həvalə edilmişdir. Təqsirləndirilən şəxs PŞ-yə gətirilən andan şəxsi axtarışı aparılanadək tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan X11 tərəfindən hüquqları izah olunmuş, özünün siyahıdan seçdiyi Müdafiəçilə təmin edilmiş, Təqsirləndirilən şəxs öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərində axtarış aparılmışdır. Axtarış və götürmə aparılarkən X11 saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirib bununla əlaqədar etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını demişdir. X11 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofandakı bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. X11 tərəfindən büküm açılarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə “kakos”dur, bu gün, yəni xx.xx.2023-cü il tarixdə Sabunçu qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə ətraflı baxış keçirilsə də, üzərindən başqa heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm X11 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, o, Şahid2 və Təqsirləndirilən şəxs zərfi imzalamışlar. Bunlar barəsində protokol tərtib olunmuş, o, və digər iştirakçılar protokolla tanış olaraq protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə-kimyəvi ekspertizasının rəyindən sonra məlum olmuşdur ki, həmin bükümdəki maddə heroin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindiirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, Sabunçu rayonu, E.Mehtiyev küçəsində qaynanası ilə birgə yaşayırlar. xx.xx.2021-ci il tarixdə Sənan evə 2 ədəd stul və 1 ədəd perforator gətirərək həyətə qoymuş, onun üçün maraqlı olmadığından həmin əşyalara əhəmiyyət verməmişdir. 2022-ci ilin yanvar ayının ortalarında qohumları Zərərçəkmiş şəxs1 evlərinə gələrək ona və qaynanasına bildirmişdir ki, evdə olmadığı müddətdə Sənan həyətdəki əl damından qapı və pəncərələrə kilid açan dəzgahını, elektrik kabelini, işlənmiş vəziyyətdə olan hamam krantlarını, perforatorunu və 2 ədəd stullarını oğurlamışdır. Həmin vaxt Sənan evdə olmamış, Ramilə bildirmişlər ki, əgər oğurluğu Sənanın etməsinə əmindirsə Sənandan bu barədə soruşarlar. Həmin vaxt Ramil həyətdə olan, Sənanın gətirdiyi 2 ədəd stulu və perforatoru göstərib demişdir ki, həmin əşyalar ona məxsusdur. Ramil özünə məxsus, Sənanın evə gətirdiyi 2 ədəd stulu və perforatoru götürüb getmiş, bildirmişdir ki, oğurlanan digər əşyalarını və ya əşyaların pulunu verməsələr Sənandan şikayət edəcək. O, Ramildən 2-3 gün möhlət istəmişdir. Bu barədə Sənana demiş, Sənan söz vermişdir ki, qısa müddətdə Ramilin həyətindən oğurladığı əşyaların pulunu ödəyəcək. Növbəti günlərdə Ramil zəng vursa da, Ağdaş rayonuna getdiklərindən Ramillə görüşə bilməmişlər, sonradan eşitmişdir ki, Ramil Sənandan şikayət etmişdir. Bundan sonra Ramilin ziyanını ödəmişlər, hazırda Ramil şikayətçi deyil. Bundan başqa, 2023-cü ilin noyabr ayının ortalarında qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 ona və qaynanasına zəng vuraraq bildirmişdir ki, Sənan onun evindən qadın üzüyünü və 150 manat pulunu, qohumu Zərərçəkmiş şəxs2 evindən isə 100 ABŞ dollarını oğurlamışdır. Bu barədə Sənandan soruşarkən bildirmişdir ki, pula ehtiyacı olduğundan oğurluq etmiş, oğurladığı üzüyün yerini bilir, qısa müddətdə qaytaracaq, pulu isə hissə-hissə ödəyəcək. Ona və qaynanasına zəng vuraraq pullarını tələb edən Əmraha və Vüqara demişlər ki, səbirli olsunlar, 1-2 günə Sənanın vurduğu ziyanı ödəyəcəklər. Həmin ərəfədə yaşadıqları Ağdaş rayonuna getməli olduqlarından Əmrah və Vüqar onları gözləmədən şikayət etmişlər. Şahidlər Şahid6, Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şeffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş, təhqiqatçı tərəfindən büküm açılarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş maddə “kakos”dur, bu gün, yəni xx.xx.2023-cü il tarixdə Sabunçu qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır (cild 01; i.v. 25-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6057 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,836 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01;i.v. 32-36). “Hadisə yerinə baxış keçirilməsi barədə” 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə hadisə yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən nömrəsiz evin yataq otağıdır. Zərərçəkmiş şəxs dolabın içərisində olan əl çantasını göstərərək çantadan 100 ABŞ dolları məbləğində puun oğurlandığını bildirmişdir (cild 01; i.v.49-51). “Hadisə yerinə baxış keçirilməsi barədə” 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə bağlı epizod üzrə hadisə yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evinin yataq otağıdır (cild 01; i.v.56-59). “Könüllü təqdim edilən əşyaların götürülməsi və baxış keçirilməsi haqqında” 17 noyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 evindən oğurlayaraq girov qoyduğu 1 ədəd qızıl üzük lombarddan götürülmüşdür (cild 01; i.v.66). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 18 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 üzərində 11 ədəd qaşı olan üzüyü üç ədəd üzüyün arasında tanımışdır (cild 01; i.v.94). “Maddi sübut kimi tanıma haqqında” 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,836 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq-0,786 qram heroin məhkəmənin hökmü qanuni qüvvəyə minənədək saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01; i.v.131-132). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji ekspertizanın 22 dekabr 2023-cü il tarixli, 8397 saylı rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 01; i.v. 134-135). Məhkəmə-əmtəəşünaslıq eskpertizasının 26 dekabr 2023-cü il tarixli, 9/9389 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ümumilikdə 11 ədəd rəngsiz şəffaf qaşı, həmçinin “585” damğası olan qırmızımtıl-sarı rəngli 1 ədəd üzük 583 əyyarlı qızıldır, 5,62 qramdır, ümumi dəyəri 477 manatdır. Fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim edilmiş 1 ədəd üzüyün xx.xx.2023-cü ilə olan orta bazar qiyməti təxminən 477,00 manat müəyyən edilir (cild 01; i.v.137-140). “Maddi sübut kimi tanıma haqqında” 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 evindən oğurladığı 01 ədəd qızıl üzük maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs3 verimişdir (cild 01; i.v.143). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli açılıb bağlanan qabı çıxardaraq masanın üzərinə qoymu, təhqiqatçı tərəfindən həmin qab açıldıqda içərisindən maddələr aşkar olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi qabın içərisindən aşkar olunmuş maddələrin psixotrop maddə metamafetamin və narkotik vasitə heroin olduğunu deyərək metamfetamini saxlanılmadan öncə Balaxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata, heroini isə 15 manata şəxsi istifadəsi üçün aldığını, 1 il müddətdir ki narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir (cild 01; i.v.177-178). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2022ci il tarixli, 6/630 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN “Zərflər üçün №159 möhür əksi,“ ... Təqsirləndirilən şəxs götürülmüş ... və s. sözlər, imzalar olan kağız paketin içərisində bir ədəd qara rəngli eynək qabında iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,039 qram, 0,184 qram ümumi təmiz çəkisi 0,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış -narkotik vasitə heroindir. Digər 01 ədəd bükümdə bükümdə təmiz çəkisi 0,009 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 14,785 qram olan ağ rəngli maddə- limon turşusudur. Limon turşusu Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbyacan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və itehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarına və güclü təsir edən maddələr və onların külli miqdarının habelə zəhərli maddələrin siyahılarına daxil deyildir. Təqdim edilmiş 02 ədəd ağ rənli dərman həbinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilmədi. Təqdim edilmiş şprisdə, 02 ədəd şüşə ampulada narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş boş falqa kağızında psixotrop maddə olan metamfetaminə məxsus izlər aşkar edildi. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı (cild 01;i.v. 184-189). “Maddi sübut kimi tanıma haqqında” 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,223 qram heroin, təmiz çəkisi 0,009 qram metamfetamin, 14,785 qram limon duzu, 2 ədəd dərman həbbi, üzərində heroin izləri olan 1 ədəd şpris və 2 ədəd şüşə ampulalar, üzərində metamfetamin izləri olan 1 ədəd boş falqa, həmçinin həmin əşyaların yerləşdiyi eynək qabı maddi sübut kimi tanınmış, 0,223 qram heroindən tədqiqata 0,02 qram sərf edilməsi nəzərə alınmaqla 0,203 qram qalığı, 0,009 qram metamfetamindən tədqiqata 0,005 qram sərf edilməsi nəzərə alınmaqla 0,004 qram qalığı, 14,785 qram limon duzundan tədqiqata 0,1 qram sərf edilməsi nəzərə alınmaqla 14,685 qram qalığı, 2 ədəd dərman həbindən tədqiqata 1 ədədi sərf edilməsi nəzərə alınmaqla 1 ədəd qalığı, üzərində heroin izləri olan 1 ədəd şpris və 2 ədəd şüşə ampulalar, üzərində metamfetamin izləri olan 1 ədəd boş falqa, həmçinin həmin əşyaların yerləşdiyi eynək qabı saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılma yerinə təhvil verilmişdir (cild 01; i.v.219-220). “Hadisə yerinə baxış keçirilməsi barədə” 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X7 ilə bağlı epizod üzrə hadisə yeri olan ünvan 20 ünvanında yerləşən evin həyətində olan əl damıdır (cild 01; i.v.235-238). “Konüllü təqdim edilən əşyanın götürülməsi haqqında” 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurlayaraq saxladığı 01 ədəd preferator və 02 ədəd aliminium olan açılıb-bağlanan dəmir stullar Ramil Dərgahiv tərəfindən qəbul edilmişdir (cild 01; i.v.241). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 may 2022-ci il tarixli, 9/2671 saylı ekspert rəyindən görünür ki, tədqiqat təqdim edilmiş 01 ədəd perforatorun orta bazar qiyməti 70 manat, 02 ədəd aliminium oturacağın orta bazar qiyməti isə hər biri 40 manat olmaqla, 80 manat müəyyən edilir (cəmi 150 manat) (cild 02; i.v.32-34). “Maddi sübut kimi tanıma haqqında” 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 evindən oğurladığı 01 ədəd perforator və 02 ədəd stul maddi sübut kimi tanınmış və saxlanılması üçün X6 verimişdir (cild 02; i.v.38). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Wincestr” markalı siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra təhqiqaçı Təqsirləndirilən şəxs təqdim etdiyi, yəni masanın üzərinə qoyduğu siqaret qutusunundan bir ədəd gümüşü rəngli kağız büküm çıxarmış və həmin büküm onun tərəfindən açıldıqda içərisindən maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümün içərisindən aşkar olunmuş maddənin kakos olduğunu deyərək, tanımadığı şəxsdən 10 manata aldığını, 1 ilə yaxındır ki, istifadə etdiyini bildirmişdir (cild 02; i.v.65- 66). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2022-ci il tarixli, 6/4373 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159” dairəvi möhür əksi və “Şübhəli şəxsin üzərindən götürülmüş kütlə...şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdi -iki imza: Tərtib etdi: Təhqiqatçı-H.Nağıyev -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 0,301 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 02; i.v.72-76). “Maddi sübut kimi tanıma haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,301 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq-0,251 qram heroin məhkəmənin hökmü qanuni qüvvəyə minənədək saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 02; i.v.129). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji ekspertizanın 21 noyabr 2023-cü il tarixli, 7045 saylı rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 02; i.v. 136-137). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə münasibətdə təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, məhkəmə-əmtəəəşünaslıq ekspertizalarının rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroinlə yanaşı psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımasına görə də ittiham etmişdir. AR CPM-in 223.3-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri; cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; 223.3.5. məsuliyyəti ağırlaşdıran hallar. Həmin Məcəllənin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; 289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar; 289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar; 289.3.6. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi 0,009 qram təşkil etmişdir ki, həmin miqdar 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixitrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə 1-ci siyahısında göstərilən miqdardan, yəni 0,15 qramdan az olduğundan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi - 0,009 qram metamfetaminin aşkar edilib götürülməsinə dair bənd ittihamdan xaric edilməli, həmin hissədə Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Nəzərə alınsa ki, məhkum edilmiş şəxsin əməli həmin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və həmin maddənin tərkibinin yaranması üçün narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması əsasdır, belə olan halda məhkəmə hesab edir ki, istintaq orqanı təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etsə də, göstərilən halı nəzərə almamış, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələblərini pozaraq şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 0,009 qram metamfetaminə münasibətdə də Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması qənaətinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamdan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi - 0,009 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülməsinə dair bənd xaric edilməli, həmin hissədə Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, müvafiq olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 17 noyabr 2023-cü il tarixdə, saat 18:30-dan tutulmuş hesab edilmişdir (cil 01; i.v. 19). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (cild 01; i.v.116-118). “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.119). “Şübhəli şəxsin tutulması haqqında” 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 31 yanvar 2022-ci il tarixdə, saat 16:20-dən tutulmuş hesab edilmişdir (cil 01; i.v. 173). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (cild 01; i.v.211-214). “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.215-216). Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş yazılı ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (cild 02; i.v.23). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 06 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 02; i.v. 27-28). “Şübhəli şəxsin tutulması haqqında” 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 17 avqust 2022-ci il tarixdə, saat 10:00-dan tutulmuş hesab edilmişdir (cil 02; i.v. 61). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (cild 02; i.v.104-106). “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 02; i.v.107-109). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 1(008)-464/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 02 noyabr 2024-cü il tarixli, 3-16-17/40/2-7357/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 31 oktyabr 2024-cü il tarixdə BİT-ə təhvil verilmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2015-ci il təvəllüdlü (X8) və 10 aprel 2019-cu il təvəllüdlü (X12) uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM-nin 59.2-ci maddəsi), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4), oğurluq cinayəti üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını (CM-59.1.12), oğurluq cinayəti nəticəsində dəymiş zərərin tam ödənilməsini (CM- 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsi onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, özünün şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, AR CM-nin 177-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin daha təhlükəli üsulla-yaşayış evinə daxil olmaqla törədildiyini, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədiyi halda cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmalı, istintaq zamanı şübhəli şəxs qismində saxlandığı müddətlər ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), cəzaçəkmə müddətinin əvvəli məhkəmə istintaqı zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- 01 ədəd qızıl üzük qanuni sahibi Zərərçəkmiş şəxs3, 01 ədəd perforator və 02 ədəd stul isə qanuni sahibi X1, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin, limon duzu, dərman həbi, üzərində heroin izləri olan 1 ədəd şpris, 02 ədəd şüşə ampulalar, üzərində metamfetamin izləri olan 01 ədəd boş falqa, həmin əşyaların yerləşdiyi eynək qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut-03 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi 0,009 qram psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsinə dair bənd ittihamdan xaric edilməli, həmin hissədə Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdən 02 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, 17 avqust 2022-ci il tarixdən 19 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 03 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla), 17 noyabr 2023-cü il tarixdən 19 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, cəmi 07 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,786 qram, 0,203 qram və 0,251 qram narkotik vasitə olan heroin, 14,685 qram limon duzu, 01 ədəd dərman həbi, üzərində heroin izləri olan 1 ədəd şpris, 02 ədəd şüşə ampulalar, üzərində metamfetamin izləri olan 01 ədəd boş falqa, həmin əşyaların yerləşdiyi eynək qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 114, 128, 65, 50 və 92 manat olmaqla, cəmi 449 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut- 01 ədəd qızıl üzük qanuni sahibi Zərərçəkmiş şəxs3, 01 ədəd perforator və 02 ədəd stul isə qanuni sahibi X2. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi 0,009 qram psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsinə dair bənd ittihamdan xaric edilsin və həmin hissədə Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-464/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-464/2024
15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver