Məhkəmə qərarları › İş №1(008)-465/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-465/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-465/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs, mülki cavabdeh-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-283/2021 saylı, 30 iyun 2021-ci il tarixli hökmü ilə 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllə ərazisində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Mənzil İnşaatı Dövlət Agentliyindən ev almağını təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 02 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 2 ünvanında bacısı Zərərçəkmiş şəxs5 istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-0734-5644 saylı bank kartından "xxxx" mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-3437-5648 saylı bank kartına 3000 manat pulu köçürməsinə nail olaraq verdiyi vədə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs4 3000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs4 əri X4 əlilliyə görə təqaüd düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 19 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 bacısı Zərərçəkmiş şəxs5 ünvan 3 ünvanda yerləşən “OBA” marketdəki “PashaPay” milli elektron ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-3437-5648 saylı bank kartına 1550 manat, 11 iyul 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Azad” marketdəki “PashaPay” milli elektron ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan həmin bank kartına 1750 manat pulu köçürməsinə nail olub vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs4 3300 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Mənzil İnşaatı Dövlət Agentliyindən ev almağını təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 17 may 2023-cü il tarixdə sonuncunun ünvan 3 ünvanda yerləşən “OBA” marketdəki «PashaPay» milli elektron ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169- 7388-3437-5648 saylı bank kartına 1200 manat, 23 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-0734-5644 saylı bank kartından "xxxx" mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388- 3437-5648 saylı bank kartına 1600 manat, 02 iyun 2023-cü il tarixdə sonuncunun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-0734-5644 saylı bank kartından "xxxx" mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-3437-5648 saylı bank kartına 200 manat pulu köçürməsinə nail olub vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs5 3000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs5 əlilliyə görə təqaüd və sosial yardım düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 04 iyul 2023-cü il tarixdə sonuncunun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388- 0734-5644 saylı bank kartından "xxxx" mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-3437-5648 saylı bank kartına 170 manat, 06 iyul 2023-cü il tarixdə sonuncunun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-0734-5644 saylı bank kartından "xxxx" mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-3437-5648 saylı bank kartına 700 manat, 24 iyul 2023-cü il tarixdə sonuncunun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-0734-5644 saylı bank kartından "xxxx" mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169- 7388-3437-5648 saylı bank kartına 180 manat, 21 avqust 2023-cü il tarixdə sonuncunun ünvan 3 ünvanda yerləşən «OBA» marketdəki «PashaPay» milli elektron ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-3437-5648 saylı bank kartına 30 manat, həmin tarixdə sonuncunun istifadəsində olan "xxxx" ASC-nə aid 4169- 7388-0734-5644 saylı bank kartından "xxxx" mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-3437-5648 saylı bank kartına 140 manat pulu köçürməsinə nail olub vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs5 1220 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs5 qızı X1 ödənişli təhsilini ödənişsiz etdirəcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 2023cü ilin iyul-avqust aylarında 2200 manat pulu hissə-hissə, 21 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 ünvan 3 ünvanda yerləşən «OBA» marketdəki «PashaPay» milli elektron ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169- 7388-3437-5648 saylı bank kartına 800 manat, 31 avqust 2023-cü il tarixdə sonuncunun ünvan 5 ünvanında yerləşən «Elit» marketdəki «PashaPay» milli elektron ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-7486-2851 saylı bank kartına 400 manat pulu köçürməsinə nail olub vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs5 3400 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Mənzil İnşaatı Dövlət Agentliyindən ev almağını təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 2023-cü ilin oktyabr ayında sonuncudan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «Maştağa Mall»un qarşısında 3100 manat pulu əlbəəl almaqla ələ keçirib verdiyi vədə əməl etməyərək, ümumilikdə Zərərçəkmiş şəxs6 3100 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Suraxanı rayonunda yaxud Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksində ev almağını təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 05 oktyabr 2023-cü il tarixdə ünvan 6 ünvanında fəaliyyət göstərən Bakı şəhəri 16 saylı Notariat ofisində sonuncunun arvadı Şahid2 Süleyman qızı ilə notariat qaydada kredit müqaviləsi bağlayaraq evin ilkin ödənişi kimi 4000 manat pulunu almış, cinayətkar hərəkətlərini davam etdirərək 2023-cü ilin oktyabr ayının ortalarında Şahid2 Süleyman qızının onun istifadəsində olan bank kartına 500 manat pulu köçürməsinə nail olub vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 4500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Mənzil İnşaatı Dövlət Agentliyindən ev almağını təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 05 mart 2024-cü il tarixdə sonuncunun Samux rayonu, N.Nərimanov küçəsində yerləşən marketdəki “PashaPay” milli elektron ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4169-7388- 3437-5648 saylı bank kartına 500 manat, 06 mart 2024-cü il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Alov” Ticarət Mərkəzinin qarşısında sonuncunun istifadəsində olan «Kapital Bank ASC»-nə aid 4169-7388-8109-5768 saylı bank kartından "xxxx" mobil tətbiqi vasitəsi ilə ilə onun istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388- 3437- 5648 saylı bank kartına 500 manat pulu köçürməsinə nail olub, ümumulikdə 1000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 1000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 DOST xidmətində olan tanışları vasitəsi ilə onu qeydiyyata aldırıb güya sosial müavinət almağını təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 10 mart 2024-cü il tarixdə ünvan 8 ünvanında yerləşən Bakıxanov Ticarət Mərkəzinin yaxınlığında sonuncudan 600 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 600 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş epizodlardan Zərərçəkmiş şəxs6la bağlı hissədə özünü təqsirli bilmir, qalan epizodlar üzrə isə özünü təqsirli hesab edir. Zərərçəkmiş şəxs5 tanıyır, əvvəllər heç bir şəxsi tanışlığı olmamışdır. 2023-cü ilin mart və yaxud aprel ayında Zərərçəkmiş şəxs5 ilə İnstaqram sosial şəbəkəsində tanış olmuş, sonuncu MİDA evləri ilə maraqlandığı üçün Güneyə mesaj yazaraq ona ev almaqda kömək edə biləcəyini bildirmiş, sonradan ona öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Zərərçəkmiş şəxs5 ona Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksində ev almaq istədiyini demiş və ona ev almaqda köməklik etməyini xahiş etmişdir. Güneyə hazırda MİDA yaşayış kompleksində satışda ev olmadığını bildirmiş, təxminən 1 ay keçdikdən sonra Güneyə MİDA yaşayış kompleksində satışda ev olduğunu, 3000 manat müqabilində ona Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksində ev ala biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 həmin ərəfələrdə ona əlillik üçün pensiya düzəltmək istədiyini və qızı X1 ali məktəbə daxil olmaq üçün imtahan verəcəyini bildirmiş və ondan xahiş etmişdir ki, həm onun üçün əlillik pensiyası düzəltməkdə, həm də qızının ödənişsiz ali təhsil ala bilməsi üçün əvvəlcədən ona köməklik etsin. O da Güneyə bunun müqabilində 4500 manat pul verməli olduğunu bildirmişdir. Güney onunla razılaşmış, ona MİDA yaşayış kompleksində ev almaqda köməklik edəcəyini vəd verdiyi üçün 3000 manat, əlillik müavinəti düzəltməkdə, həm də qızının ödənişsiz ali təhsil ala bilməsi üçün köməklik edəcəyini vəd verdiyi üçün 4620 manat pulu hissə hissə olmaqla onun bank kartına göndərmişdir. Güney 2023-cü ilin mayavqust aylarında onun istifadəsində olmuş Kapital Banka aid 4169-7388-3437-5648 saylı plastik bank kartına hissə hissə olmaqla ümumilikdə 7620 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs5 2023-cü ilin sentyabr ayında onun ev məsələsinin düzələcəyini bildirmişdir. Lakin, ondan aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs5 2023-cü ilin yay aylarında ona ödənişlər etdiyi ərəfədə onunla mobil telefonla əlaqə saxlayaraq bacısı Zərərçəkmiş şəxs4 da Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksində ev almaqda və onun ərinə əlillik üçün pensiya düzəltməkdə köməklik göstərməyini xahiş etmişdir. O da Güneyə köməklik edəcəyini bildirmiş və sonuncuya 3000 manat müqabilində bacısı Zərərçəkmiş şəxs4 üçün MİDA yaşayış kompleksində ev almaqda, 3500 manat müqabilində isə onun ərinə əlillik pensiyası düzəltmıkdə köməklik edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 onunla razılaşmışdır. Zərərçəkmiş şəxs5 razılaşdıqları kimi 2023-cü ilin səhv etmirsə iyun ayında onun istifadəsində olmuş 4169- 7388-3437-5648 saylı bank kartına hissə hissə olmaqla ümumilikdə 6300 manat pul göndərmişdir. Əldə etdiyi həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Ülviyə MİDA yaşayış kompleksində ev almaqda köməklik vəd etməmişdir. Ülvidən bu adla heç bir məbləğdə pul istəməmiş və almamışdır. Ülvi yalan danışır, lakin, onun niyə belə yalan danışmağının səbəbini bilmir. Bundan başqa, Zərərçəkmiş şəxs3 tanıyır, 2024-cü ilin mart ayının əvvəllərində Gəncə şəhərində yerləşən MİDA yaşayış kompeksində yerləşən tanışına məxsus mənzilə ev əşyaları daşımaq üçün tanışlarından birinin ona verdiyi yük avtomobilinin sürücüsü olan sonradan tanıdığı Zərərçəkmiş şəxs3 istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng etmiş və onunla ev əşyalarını daşımaqla bağlı danışmışdır. Sonuncu ona əşyaları daşımağın hələ mümkün olmadığını bildirib ona dəqiq vaxt deməmişdir. Zərərçəkmiş şəxs3 bir neçə gün sonra onun mobil nömrəsinə zəng edərək ona bildirmişdir ki, Samux şəhərində yaşayır, Gəncə şəhərində yerləşən MİDA yaşayış kompeksində ev almaq istəsə də bu cəhdi baş tutmamışdır, o, həmin ünvana ev əşyaları daşıdığı üçün onunla bu barədə maraqlanmaq istədiyini bildirmişdir. O, Vüsala bildirmişdir ki, Gəncə şəhərindəki həmin yaşayış kompleksində yaşamır, amma Gəncə şəhərində yerləşən MİDA yaşayış kompeksində ev almağın yolları barədə məlumatı vardır və ona köməklik edə biləcəyini bildirmişdir. Bunun müqabilində Vüsaldan 1000 manat pul verməli olduğunu bildirmişdir. Vüsal onun təklifi ilə razılaşmışdır. 05 mart 2024-cü il tarixdə Vüsal ona məxsus 4169-7388-3437-5648 saylı bank kartına 500 manat, 06 mart 2024-cü il tarixdə yenə də 4169-7388-3437-5648 saylı bank kartına 500 manat pul göndərmişdir. Vüsala 2024-cü ilin may ayının sonlarında ev ala biləcəyini demişdir. Sonradan, həbsdə olan vaxt anası tərəfindən Zərərçəkmiş şəxs3 dəymiş 1000 manat ziyan ödənilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs2 xalasının yaşadığı evdə təmizlik işləri aparan zaman tanımışdır. Belə ki, 2024-cü ilin mart ayının əvvəlində xalası öz evində bayram qabağı təmizlik işləri görmək üçün ona xadimə tapmağını xahiş etmişdir. O da Tap.az internet platformasında elanlara baxarkən bir nəfər xadimə işi axtaran şəxsin elanda qeyd edilən mobil nömrəsini götürüb ona zəng etmişdir. Həmin qadına evində təmizlik işləri gördürmək istədiyini bildirmiş və onunla razılaşdıqdan sonra sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 xalasının yaşadığı Nərimanov rayonu, F.Xoyski küçəsində yerləşən evinə gəlib təmizlik işləri aparmışdır. O da həmin vaxt xalasıgildə olmuşdur. Söhbət əsnasında Yelena dolanışığının çətin olduğunu, himayəsində azyaşlı övladı olduğunu, ona görə də sosial müavinət almaq istədiyini bildirmişdir. Ona DOST xidmətində tanışları olduğunu, lazım gələrsə onun adını qeydiyyata saldıra biləcəyini və nəticədə sosial müavinət ala biləcəyini bildirmişdir. Bunun müqabilində Yelenadan 800 manat pul verməli olduğunu bildirmişdir. Yelena ona 800 manat pul verə bilməyəcəyini, 600 manat düzəldə biləcəyini bildirmiş, o da etiraz etməmişdir. 10 mart 2024-cü il tarixdə Yelena ona zəng edərək ona 600 manat pul vermək istədiyini demişdir. O da sonuncuya Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov Ticarət Mərkəzinin yaxınlığında olduğunu demişdir. Bundan sonra Yelena ilə qeyd etdiyi yerdə görüşüb ondan 600 manat pulu almışdır. Yelenaya söz verdiyi kimi onun üçün sosial müavinət düzəltməmişdir. Lakin, Yelenaya dəymiş maddi ziyan tərəfindən ödənilmişdir. Bundan başqa, bildirmişdir ki, Şahid3 adlı şəxsi tanımır, onun müraciətində göstərdiyi Şahid2 Süleyman qızını isə tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Şahid2 Süleyman qızı ilə tanışı Zərərçəkmiş şəxs6 vasitəsilə tanış olmuşdur. Belə ki, 2024-cü ilin oktyabr ayında Ülvi onun mobil nömrəsinə zəng edərək bildirmişdir ki, Azad adlı tanışı vardır, onunla ev barəsində danışmaq istəyir. O da etiraz etməmiş və Ülviyə onun mobil nömrəsini həmin şəxsə verməyini bildirmişdir. Bundan sonra Azad adlı şəxs onun mobil nömrəsinə zəng edərək ona MİDA yaşayış kompleksində ev almaq istədiyini, lakin özü dənizdə işlədiyi üçün həyat yoldaşı Qumrunun onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra Şahid2 onun mobil nömrəsinə zəng edərək onunla görüşmək istədiyini və onun Ülviyə dediyi məbləğin hazır olduğunu bildirmişdir. Ülvi ilə bu barədə danışdıqda Ülvi ona Azad adlı şəxsin evin ilkin ödənişini vermək istədiyini bildirmiş, o da sonuncuya Azad adlı şəxsin əvvəlcədən evin ilkin ödənişi olaraq 4000 manat pul verməli olduğunu bildirmişdir. 2024-cü ilin oktyabr ayının 5-də Şahid2 ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Notariat kontorunda görüşmüşlər. Notariat kontorunda Qumru ilə aralarında kredit müqaviləsi bağlamışlar və o, 4000 manat pulu Qumrudan almışdır. Həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pulunu tam olaraq qaytarmış, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 isə qismən ödənişlər etmişdir. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddialarda qeyd edilmiş məbləğləri qəbul edərək təmin edilməsinə etiraz etməmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, 2020-ci illərdə "xxxx" MMC-dən ev ala bilirmiş, lakin sonradan alınmamışdır. 2023-cü ildə "xxxx" MMC-dən ev ala bilməyəcəkdir, sadəcə olaraq zərərçəkmiş Güney və Gülxəndədə etibar yaratmışdır. Onlardan aldığı pul qeyd edilən kimidir, həmin pulları xərcləmişdir. Əvvəllər MİDA MMC-dən mənzil alanda o da xakerlər arasında olmuş və buna görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Əvvəllər xaker qrupu ilə mənzil ala bildiyindən, sosial şəbəkə vasitəsi ilə zərərçəkmiş şəxslər onun nömrəsini taparaq müraciət etmişlər. Çünki o, MİDA MMC-dən əvvəllər evin alınmasında xaker kimi iştirak etmiş və bununla bağlı müxtəlif sosial şəbəkələrdə onun adı və nömrəsi olmuşdur. Bu işlərin müxtəlif yolları olduğunu deyərək zərərçəkmiş şəxslərdə inam yaratmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hazırda SOCAR şirkətinin “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin “Cilov adası” Neft və Qazçıxarma Mədəninin operatoru vəzifəsində çalışır. İşi ilə bağlı ayın 15 günü dənizdə, 15 günü isə quruda olur. Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Şahid3 müraciəti ilə əlaqədar bidirmişdir ki, Şahid3 onun bacısı oğludur. 2023-cü ilin oktyabr ayının sonlarında xəstə yatdığı üçün bacısı oğlu Elşənə Təqsirləndirilən şəxs 4000 manat pulunu ələ keçirməsi haqqında polisə müraciət etməsini bildirmişdir. Bu səbəbdən bacısı oğlu Elşən Təqsirləndirilən şəxs qanunsuz əməli barəsində Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs6 vasitəsilə tanımışdır. Belə ki, 2023-cü ilin oktyabr ayında tanışı Ülvi ilə söhbət əsnasında ona Suraxanı rayonu ərazisində yerləşən MİDA yaşayış kompleksində ev almaq istədiyini bildirmişdir. Ülvi də ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həmin şəxsin MİDA yaşayış komleksində ev almaqda ona köməklik edə biləcəyini bildirmiş və ona Nezrinin mobil nömrəsini vermişdir. Bundan sonra Nezrinlə əlaqə saxlamış və sonuncu ona ya Hövsan qəsəbəsində, ya da ki Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksində 4 faiz kreditlə ev almaqda köməklik edə biləcəyini, bunun üçün evin ilkin ödənişi kimi 4000 manat pul verməli olduğunu bildirmişdir. Həmin vaxt işi ilə bağlı dənizdə olduğu üçün Nezrinlə görüşə bilməyəcəyini, həyat yoldaşı Şahid2 Süleyman qızının onunla əlaqə saxlayacağını bildirmişdir. Nezrin onunla razılaşmışdır. Bundan sonra həyat yoldaşı ilə əlaqə saxlayaraq ona bu barədə bildirmiş və Nezrinlə görüşüb müqavilə bağlamasını, ona məxsus evdə saxladığı 4000 manat pul vəsaitini Nezrinə verməsini tapşırmış, eyni zamanda Nezrinin istifadəsində olan mobil nömrəsini həyat yoldaşına vermişdir. 2023-cü ilin oktyabr ayının 5-də həyat yoldaşı Qumru Nezrinlə əlaqə saxlamış, onlar Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Park küçəsi 10 ünvanında fəaliyyət göstərən Notariat kontorunda görüşərək 4000 manat pulun verilməsinə dair müqavilə bağlamışlar. Nezrin ya Hövsan qəsəbəsində ya da ki Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksində ev almaq üçün ilkin ödəniş adı ilə 4000 manat pulu Qumrudan almışdır. Bu hadisədən təxminən 10 gün sonra Nezrin 4000 manatdan əlavə 500 manat pul göndərməli olduğu barədə Qumruya bildirmiş, sonuncu ona bu barədə dedikdə o, həyat yoldaşının bank kartına göndərdiyi 500 manat pulu Nezrinin kartına göndərmişdir. Bir neçə gün sonra Nezrinlə əlaqə saxladıqda sonuncu ona müxtəlif bəhanələr gətirməyə başlamış, sonra isə Nezrinin istifadəsində olan mobil nömrəyə zəng çatmamışdır. Bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun 4500 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı tərəfindən verilmiş 4000 manat və Nezrinin bank kartına göndərilmiş 500 manat pul vəsaiti ona məxsusdur. Ona ümumilikdə 4500 manat maddi ziyan dəymişdir. Şahid3 göstərdikləri doğrudur. 500 manat pul vəsaiti ona məxsusdur. Həmin 500 manat pulu Nezrinin bank kartına göndərməsi üçün həyat yoldaşı Qumrunun istifadəsində olan bank kartına göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2023-cü ilin əvvəllərində Bakı şəhərində ev almaq üçün "İnstagram” sosial şəbəkəsində ev alqı-satqısı ilə bağlı profillərə yazmışdır. Təxminən 2023-cü ilin may ayında "İnstagram" sosial şəbəkəsində "pandosh 085a" adlı profil ona yazmış və MİDAdan ev almaqda ona kömək edə biləcəyini demişdir. Həmin vaxt səhifədən ona yazan şəxs özünü “Nurlana” adı ilə təqdim etmişdir. Ona əvvəlcədən inanmasa da, sonradan evin dəqiq yerlərini və qiymətlərini ona düzgün göndərdiyindən ona inanmışdır. Daha sonra həmin şəxs ***-***-**-** saylı mobil nömrəsini ona vermiş və o, "Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə həmin nömrə ilə danışmağa başlamışdır. Həmin vaxt özünü ona “Aysel” kimi təqdim edən şəxsə ev almaqda ona kömək etməsini xahiş etmişdir. Sonuncu da ona demişdir ki, bu barədə Nurlana ona desin, sonra ona köməklik edəcəkdir. O, "İnstagram" sosial şəbəkəsində "pandosh 085a" adlı profilə yazmış, Nurlana adlı şəxs ona demişdir ki, onun barəsində Nezrin adlı şəxsə tapşırmışdır. Bundan sonra Nezrin ona "Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə yazmış və demişdir ki, ev barəsində həmin nömrəyə yazsın, Aysel adlı qadın bu barədə ona ətraflı məlumat verəcəkdir. Yenidən ***- ***-**-** saylı mobil nömrəyə yazmış və həmin nömrədən ona evlərin şəkilləri və qiymətləri barədə məlumatlar gəlmişdir. Sonra Nezrinlə danışmış və ona demişdir ki, göndərilən evlərdən birini almaq istəyir. Nezrin ona bildirmişdir ki, ev almaq üçün ilkin ödəniş etmək lazımdır. O, sonuncuya bildirmişdir ki, ilkin ödəniş olaraq 3000 manat verə bilər. Nezrin özündə hesablama aparıb ona bildirmişdir ki, evin aylıq ödənişi 245 manat olacaqdır. O da ASAN xidmətdən evlərin qiymətləri barədə maraqlanmış və Nezrinin dedikləri ilə razılaşmışdır. Bundan sonra Nezrin istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388- 3437-5648 saylı bank kartının fotoşəklini "Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə ona göndərmişdir. İlkin olaraq 17 may 2023-cü il tarixdə Şirvan şəhəri, Z.Hacıyev küçəsi 1/26 ünvanında yerləşən «OBA» marketdəki ödəmə terminalı vasitəsi ilə Nezrinin istifadəsində olan 4169-7388-3437-5648 saylı bank kartına 1200 manat pul göndərmişdir. Bundan sonra 23 may 2023-cü il tarixdə 1600 manat pulu və 02 iyun 2023-cü il tarixdə isə 200 manat pulu özünə məxsus "xxxx" ASC-nə aid bank kartının "xxxx" mobil tətbiqi vasitəsi ilə Nezrinin ona göndərdiyi Kapital Bank ASC-nin 4169-7388-3437-5648 saylı bank kartına yaşadığı Şirvan şəhərindən göndərmişdir. Bir müddət sonra bacısının əlillik işi ilə bağlı Nezrindən maraqlanan zaman sonuncu ona əlillik və sosial yardımla bağlı işlərə də baxdığını və bu barədə ona da kömək edə biləcəyini bildirmişdir. O da ağır xəstə olduğu üçün özü üçün əlillik və sosial yardım düzəltmək barədə Nezrindən kömək istəmişdir. Nezrin də demişdir ki, əlillik üçün 650 manat, sosial yardım düzəltmək üçün isə 750 manat pul verməlidir. Nezrinə inandığı üçün 04 iyul 2023-cü il tarixdə 170 manat pulu, 06 iyul 2023-cü il tarixdə 700 manat pulu, 24 iyul 2023-cü il tarixdə 180 manat pulu, 21 avqust 2023-cü il tarixdə 140 manat özünə məxsus "xxxx" mobil tətbiqi vasitəsi ilə Nezrinin ona göndərdiyi Kapital Bank ASC-yə məxsus 4169-7388-3437-5648 saylı bank kartına yaşadığı Şirvan şəhərindən göndərmişdir. Eyni zamanda bu məqsədlə 21 avqust 2023-cü il tarixdə Şirvan şəhəri, Z.Hacıyev küçəsi 1/26 ünvanında yerləşən «OBA» marketdəki ödəmə terminalı vasitəsi ilə Nezrinin istifadəsində olan həmin 4169-7388-3437-5648 saylı bank kartına 30 manat pul da köçürmüşdür. Bu ərəfələrdə Nezrinə qızının ödənişli təhsil aldığını, lakin ödənişə gücü çatmadığını, ona necə köməklik edə biləcəyini bildirmişdir. Nezrin ona demişdir ki, qızı X1 ödənişli təhsilini ödənişsiz etdirə bilər, bunun qarşılığında ona 4500 manat pul verməli olduğunu bildirmişdir. O, Nezrinə inandığı üçün yenə onunla razılaşmış, lakin, pulu tam verə bilməyəcəyini bildirmiş və Nezrinlə 3500 manat pula razılaşmışdır. O, 2023-cü ilin iyul-avqust aylarında 2200 manat pulu hissə-hissə olmaqla Nezrinin istifadəsində olan bank kartına göndərmiş, 21 avqust 2023-cü il tarixdə Şirvan şəhəri, Z.Hacıyev küçəsi 1/26 ünvanında yerləşən «OBA» marketdəki ödəmə terminalı vasitəsi ilə Nezrinin istifadəsində olan 4169-7388-3437-5648 saylı bank kartına 800 manat, 31 avqust 2023-cü il tarixdə isə ünvan 5, «Elit» marketdəki ödəmə terminalı vasitəsi ilə Nezrinin sonradan ona göndərdiyi Kapital Bank ASC-yə məxsus digər bir bank kartına, yəni 4169-7388-7486-2851 saylı bank kartına 400 manat pul göndərmişdir. Bacısı Zərərçəkmiş şəxs4 məxsus 6300 manat pulu da Nezrin dələduzluq edərək ələ keçirmişdir. Belə ki, həmin pullardan 3000 manat hissəsini bacısı Gülxəndəyə MİDA-dan ev təşkil edəcəyinə görə 02 iyun 2023-cü il tarixdə "xxxx" mobil tətbiqi vasitəsi ilə Nezrinin istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-3437-5648 saylı bank kartına o göndərmişdir. Bacısının əri X4 əlilliyə görə təqaüd düzəltməklə bağlı isə 19 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən «OBA» marketdə ödəmə terminalı vasitəsi ilə Nezrinə məxsus "xxxx" ASC-nə aid 4169-7388-3437-5648 saylı bank kartına 1550 manat, növbəti dəfə 11 iyul 2023-cü il tarixdə həmin ünvanda yerləşən «OBA» marketdə ödəmə terminalı vasitəsi ilə Nezrinə məxsus eyni bank kartına 1750 manat pul göndərmişdir. Həmin pullar bacısı Gülxəndəyə məxsusdur. Nezrinə ev almaq üçün 3000 manat, əlilliyə görə təqaüd və sosial yardım düzəltməsi üçün 1220 manat, qızının ödənişli təhsilini ödənişsiz etdirməsi üçün isə 3400 manat, ümumilikdə 7620 manat pulu bank kartına köçürmə yolu ilə vermişdir. Belə ki, hadisə nəticəsində ona ümumilikdə 7620 manat maddi ziyan dəymişdir. Həmin puldan Nezrin tərəfindən ona ödəniş edilmiş, hazırda 3770 manat ödənilməmiş zərər qalmışdır. Mülki iddianı müdafiə edərək Təqsirləndirilən şəxs ümumilikdə 3770 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2023-cü ilin əvvəllərində o və bacısı Zərərçəkmiş şəxs5 Bakı şəhərində ev almaq istəmişlər. 2023-cü ilin may ayında bacısı Güney "İnstagram" sosial şəbəkəsində Nezrin adlı qadınla tanış olduğunu və sonuncunun vasitəsilə ev məsələsini ipoteka ilə həll edəcəyini bildirmişdir. Həmin vaxt bacısından Nezrinin telefon nömrəsini almış və sonuncu ilə ***-***-**-** saylı mobil nömrəsindən "Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə danışmağa başlamışlar. Həmin vaxt Nezrin ona demişdir ki, onun üçün MİDA şirkətinin balansında olan evlərdən almaqda kömək edə bilər, lakin bunun üçün 3000 manat pul verməlidir. O, Nezrinə inandığı üçün onunla razılaşmış və Nezrinə demişdir ki, 3000 manat pulu bacısı Güneyə verəcək, bacısı da pulu onun kart hesabına göndərəcəkdir. O, 02 iyun 2023-cü il tarixdə 3000 manat pulu bacısı Güneyə vermiş və elə həmin gün, yəni 02 iyun 2023-cü il tarixdə yaşadığı ünvanda bacısı Güney onun yanında həmin 3000 manat pulu bütövlükdə "xxxx" mobil tətbiqi vasitəsi ilə Nezrinin istifadəsində olan "xxxx" ASC-nə aid 4169-7388-3437-5648 saylı bank kartına göndərmişdir. Sonra bacısı Güneydən xahiş etmişdir ki, əri X4 əlilliyə görə təqaüd düzəltməklə bağlı hər hansı köməklik edib-edə bilməyəcəyini Nezrindən maraqlansın. Bacısı Güney əlillik barədə Nezrindən soruşmuş, sonuncu da ona bu barədə kömək edə biləcəyini, bunun üçün 3500 manat pul lazım olduğunu bildirmişdir. Bacısı Güney bu barədə ona dedikdə həmin pulu hissə hissə verə biləcəyini demişdir. Belə ki, o, 19 iyun 2023-cü il tarixdə bacısı Güneyə Nezrinə verməsi üçün əlbəəl 1550 manat pul vermiş, bacısı da elə həmin tarixdə, yəni 19 iyun 2023-cü il tarixdə ona verdiyi 1550 manat pulu ünvan 3 ünvanda yerləşən «OBA» marketdə ödəmə terminalı vasitəsi ilə Nezrinə məxsus "xxxx" ASC-nə aid 4169-7388-3437-5648 saylı bank kartına göndərmişdir. Əlillik məsələsi ilə bağlı növbəti dəfə 11 iyul 2023-cü il tarixdə Nezrinə göndərməsi üçün bacısı Güneyə 1750 manat pulu vermiş və həmin gün bacısı Güneylə birlikdə ünvan 3 ünvanda yerləşən «OBA» marketə gedib orada ödəmə terminalı vasitəsi ilə bacısı Güney 1750 manat pulu Nezrinə məxsus "xxxx" ASC-nə aid 4169-7388-3437-5648 saylı bank kartına göndərmişdir. Əlilliyə görə təqaüd düzəltməsi üçün o, ümumilikdə Nezrinə bacısı Güney vasitəsilə 3300 manat pul göndərmişdir. Nezrinlə əyani olaraq görüşməmiş, onunla telefon vasitəsi ilə bacısı ilə birlikdə danışmışlar, Nezrinin "Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə ona göndərdiyi şəkildə onu görmüşdür. Nezrinin dələduzluq əməlləri nəticəsində ona ümumilikdə 6300 manat maddi ziyan dəymişdir. Həmin pul vəsaiti özünə məxsusdur. Sadəcə kartdan karta, həmçinin başqa üsullarla pul köçürməni bacarmadığı üçün həmin pulları bacısı Güney Nezrinin bank kartına göndərmişdir. Həmin məbləğdən Nezrin tərəfindən ödənişlər edilmiş və hazırda 3150 manat ona ödənilməmişdir. Mülki iddianı müdafiə edərək Təqsirləndirilən şəxs ümumilikdə 3150 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, 2023-ci ilin iyul ayında “İnstagram” sosial şəbəkəsində MİDA evlərin satışı ilə maraqlanmış və sərfəli qiymətə ev almaq istəmiş, bu zaman sosial şəbəkədə 1 nəfər şəxs ona “Nurlana” adı ilə yazaraq, ev tapıb tapmadığını soruşmuşdur. O da tapmadığını demiş, bu zaman sonuncu ona kömək edə biləcəyini bildirmiş, bundan sonra ona demişdir ki,.onun Nezrin adlı tanışı var, sonuncu ona kömək edə bilər. O da inanmışdır. Həmin vaxt “Nurlana” ona Nezrinin telefon nömrəsini, yəni ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Nezrinlə həmin vaxt adi qaydada telefonda danışmış, həmin vaxt ona Nurlananın nömrəsini verdiyini bildirmiş, sonra ona MİDA evlərdən güzəştli şərtlərlə ev almaq barədə soruşmuş, sonuncu da ona demişdir ki, bu barədə ona kömək edə bilər, MİDA evlərinin siyahısından onun üçün ev tapa bilər, bunun üçün ona ilkin ödəniş olaraq 3100 manat pul verməlidir, o da razılıq vermiş, həmçinin, Nezrin ona demişdir ki, başqa şəxslər də tapsın, onlar üçündə ev tapsın, əyər onun dediyi qaydada başqa şəxsləri ev almaq üçün ona yönləndirsə, ona ev almaqda əlavə güzəştlər də edəcəkdir. O da Nezrinə inanmış, sonra sonuncuya demişdir ki, onun dediyi 3100 manat pul yoxdur, həmin pulu tapsın. Sonra dost tanışına MİDA-dan ev almaq barədə məlumat vermiş, bu zaman təxminən 18 nəfərə yaxın şəxs ev almaq barədə onun dedikləri ilə bağlı Nezrinlə danışmışdır. Belə ki, o, həmin şəxslərə Nezrinin özünün razılığı əsasında şəxsiyyət vəsiqəsinin surətini və bank kartının 16 rəqəmli 4169-7388-8348-4473 saylı bank kartının seriyasını vermişdir. Həmin 18 nəfər şəxsin biri qohumudur, həmin şəxs ona 500 manat pul göndərmiş və o, həmin 500 manat pulu Nezrinin kart hesabına göndərmişdir. Qalan pullar isə Nezrinlə həmin 17 nəfər şəxs arasında olmuşdur. Sonra tanışı Nahidə MİDA-dan ev alacağı barədə bildirmiş və ondan borc olaraq 3100 manat pul istəmiş, Nahid də ona demişdir ki, ona borc olaraq 2500 manat pul verə bilər. O da 2500 manat pulu Nahiddən Bakı şəhərində almış və əlavə olaraq 600 manat pulu evdən götürmüş, 3100 manat pulu tam topladıqdan sonra Nezrinə zəng edərək, ona dediyi 3100 manat pulu hazırladığını bildirmiş, Nezrin də ona demişdir ki, onunla Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən “Maştağa Moll”-un yanında görüşsünlər. 2023-cü ilin oktyabr ayında X6-un qarşısında görüşmüş, həmin vaxt Nezrin görüşə Mercedes markalı avtomobillə gəlmişdir. Həmin avtomobilin nömrəsi 99-CH- 100 d.q.n-li olmuşdur. Həmin avtomobildə Nezrinlə görüşmüşlər, 3100 manat pulu əlbəəl Nezrinə vermişdir. Nezrin də ona demişdir ki, onun MİDA yaşayış kompleksində ev işini tezliklə həll edəcəkdir. Sonrasında dəfələrlə Nezrinə ev barədə desə də, heç bir xəbər çıxmamışdır. Bu müddət ərzində Nezrin evlə bağlı danışdığı digər şəxslər də işlərinin gecikməsi ilə bağlı ona şikayətlər etməyə başlamışlar. O da bu barədə Nezrinə dedikdə, sonuncu ona ayrı-ayrı vaxtlarda 500, 1000 və digər xırda məbləğlərdə pulları kart hesabına atmış, o da həmin pulları Nezrinin pul aldığı şəxslərin bank kartlarına göndərmişdir. Bir müddət sonra Nezrinə qalan pulları da göndərməsi barədə dedikdə sonuncu telefon nömrəsini söndürmüş və onunla əlaqəsi itmişdir. O da Nezrini tapa bilməmiş, məcbur qalıb onun barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında dələduzluq yolu ilə əldə olunan pulun bölünməsinə dair heç bir danışıq olmamışdır. 3100 manat pulu 2023-cü ilin oktyabr ayında Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən “Maştağa Moll”-un qarşısında əlbəəl vermişdir. Zərərçəkmiş şəxs2 teleqramla məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır, əri Rusiya Federasiyasında yaşayır, 12 yaşlı və 22 yaşlı övladlarına özü baxır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2024-cü ilin əvvəllərində işsiz olduğu üçün və himayəsində azyaşlı övladı olduğu üçün sosial müavinət almaq istəmişdir. Həmin ərəfədə fərdi qaydada evlərdə xadimə işləmiş və 2024-cü ilin mart ayının əvvəlində Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsində ev təmizləmək üçün sifariş üzrə Nezrin adlı cavan qızın evinə gedib evini təmizləmiş və söhbət əsnasında Nezrinə dolanışığının çətin olmasını və sosial müavinət almaq istədiyini danışmışdır. Bu zaman Nezrin ona DOST xidmətində tanışlarının olmasını və istəsə 800 manat müqabilində onu qeydiyyata aldırıb sosial müavinət almağına köməklik edə biləciyini bildirmişdir. O da həmin məbləğdə pul düzəldə bilməyəcəyini və alınsa borc tapıb 600 manat pul düzəldə biləcəyini bildirmiş, Nezrin də razılaşmış və özünün ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. 10 mart 2024-cü il tarixdə 550 manat pul düzəltdikdən sonra Nezrinlə zəngləşmiş və sonuncu ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Bakıxanov Ticarət Mərkəzində iş yerində olduğunu bildirmişdir. O da həmin yerə gedərək Nezrinlə görüşüb ondan sosial müavinət almağını həll etmək üçün istədiyi 600 manat pulu sonuncuya vermişdir. Lakin, Nezrin ona verdiyi vədə əməl etməmiş, bir sözlə nə onu qeydiyyata aldırıb sosial müavinət almağına köməklik etmiş, nə də ki ona verdiyi 600 manat pulu ona qaytarmışdır. Sonradan Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-də cinayət işi aparıldığını öyrənmişdir. Bu səbəbdən onun barəsində Sabunçu RPİ-nə şikayət etmişdir. Nezrinə pul verməyinə şahid olan olmamışdır. Ona 600 manat pulu ikisi təklikdə olanda əlbəəl vermişdir. Zərərçəkmiş şəxs3 teleqramla məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Samux rayonu Nəbiağalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ona Bakı şəhəri Yasamal rayonunda yerləşən Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus Sosial binalardan ev almaqda köməklik edəcəyi adı ilə aldadaraq 1000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, özünə məxsus olan «Mercedes Atego» markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sədərək Ticarət Mərkəzində yük daşıma ilə məşğul olur. 2024-cü ilin may ayının əvvəllərində istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng gələrək Sədərək Ticarət Mərkəzindən Gəncə şəhərində yerləşən Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus Sosial binalara yük aparılmalı olduğunu, onun idarə etdiyi avtomobillə həmin yükü apara bilib-bilməyəcəyini soruşmuş, o da apara biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə söhbət zamanı o, Mənzil İnşaatı Dövlət Agentliyinin sədrinin köməkçisi işlədiyini, Bakı şəhərində yerləşən Sosial binalardan ev almaq istədiyim halda ona köməklik edə biləcəyini demişdir. O da Təqsirləndirilən şəxs inanaraq ona Bakı şəhəri Yasamal rayonunda yerləşən Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus Sosial binalardan ev almasında köməklik etməsini istəmişdir. Nezrin 2024-cü ilin may ayının sonlarında onun həmin evi alacağını, lakin buna görə sonuncuya 1000 manat məbləğində pul verməli olduğunu demiş, o da Nezrinlə razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs 1000 manat pulu ona məxsus olan 4169-7388- 3437-5648 saylı bank kartına köçürtməyini istəmiş, o da etiraz etməmişdir. 05 mart 2024-cü il tarixdə Nezrin onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq 1000 manat pulu ona məxsus 4169-7388-3437-5648 saylı bank kartına köçürtməyini bildirmiş, o, hal-hazırda üzərində 500 manat olduğundan bu gün 500, yerdə qalan 500 manatı isə sabah göndərəcəyini bildirmişdir. Bundan sonra Samux şəhəri H.Əliyev prospektində yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 500 manat pulu Nezrinin ona dediyi 4169-7388-3437-5648 saylı bank kartına köçürtmüşdür. 06 mart 2024-cü il tarixdə Nezrin onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq yerdə qalan 500 manat pulu da göndərməyini bildirmiş, o da göndərəcəyini demişdir. Təxminən saat 15 radələrində idarə etdiyi «Mercedes Benz E240» markalı, 90-KT- 056 dövlət qeydiyyat nişanlı avtomobildə Gəncə şəhərində yerləşən «Alov Ticarət Mərkəzinin qarşısında olarkən mobil telefon tətbiqi vasitəsi ilə özünə məxsus olan 4169-7388-8109- 5768 saylı bank hesabından Nezrinə məxsus 4169-7388-3437-5648 saylı bank kartına 500 manat pul göndərmiş, daha sonra Nezrin ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Nezrin pulun onun bank kartına köçürüldüyünü, 2024-cü ilin may ayının sonlarında onun evin pulunu verməklə ala biləcəyini demişdir. Lakin, daha sonra Nezrin ilə əlaqə saxlaya bilməmişdir. Bununla əlaqədar maraqlandıqda ona məlum olmuşdur ki, Nezrin ondan başqa bir neçə şəxsi də Mənzil İnşaat Agentliyindən ev almasında köməklik edəcəyi adı ilə aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclası zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 tanıyır, sonuncu ilə dostluq münasibətləri vardır. 2023-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs6 istifadəsində olan telefondan ona zəng edərək, görüşmək istədiyini bildirmiş, həmin vaxt Ülvi ilə Bakı şəhərində görüşmüş, aralarında olan danışıq zamanı Ülvi bildirmişdir ki, o, MİDA yaşayış kompleksindən ev almaq istəyir, bununla bağlı Nezrin adlı qadınla aralarında danışıq olmuşdur. Evi almaq üçün Nezrin ondan 3100 manat ilkin ödəniş pulu istəyir, bu səbəbdən həmin 3100 manat pulu ondan borc olaraq istəmişdir. O da Ülvini tanıdığından və sonuncuya inandığından ona 2500 manat pul verə biləcəyini bildirmişdir. Sonra Ülvi ilə sağollaşıb evinə getmişdir. Evindən 2500 manat pul götürmüş və Ülviyə zəng edərək, bu barədə məlumat vermişdir. Növbəti gün Ülvi ilə Bakı şəhərində görüşmüşlər və ona 2500 manat pulu borc olaraq vermişdir. Bir müddət sonra Ülvidən öyrənmişdir ki, həmin Nezrin adlı qadın onu aldatmış və 3100 manat pulunu ələ keçirmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, Ülvi ona Hövsandan ev alacağını demişdir. Həmin zaman Nezrin adında xanım köməklik edəcəyini qeyd etmişdir. Nezrin adında qohumu olduğu üçün Nezrinin adı yadında qalmışdır. Pulun Nezrinə verilməsinin şahidi olmamışdır. Məhkəmə iclası zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdə ilk dəfə görmüşdür. Qeyd etdiyi tarixdə dayısı Zərərçəkmiş şəxs1 həyat yoldaşı Əmirova X2 Bakıxanov qəsəbəsində Notariat ofisində müqavilə bağlamışlar və müqavilə əsasında Nezrin MİDA-da ev almaq adı ilə 4000 manat pulu evin ilkin ödənişi kimi Qumrudan almışdır. Dayısı Zərərçəkmiş şəxs1 da dənizdə işlədiyi üçün 15 gün işdə, 15 gün evdə olur. Ona görə o, Nezrinlə mobil telefonla danışaraq MİDA-da ev almaq barədə 4000 manata razılığa gəlmiş, lakin işi ilə bağlı dənizdə olduğundan Nezrinlə görüşə bilməməsi səbəbindən həyat yoldaşı Qumru Nezrinlə görüşüb 4000 manat pulu sonuncuya vermişdir. O da həmin vaxt Qumru ilə getmiş, lakin Notariat ofisinə girməmiş, çöldə Qumrunu gözləmişdir. Nezrin təxminən 10 gün sonra Qumrudan əlavə olaraq evə görə 500 manat pul almışdır. Sonradan Nezrin zənglərə cavab verməmiş, nə pulu qaytarmış, nə də ki MİDA-da ev almaqla bağlı dayısı Azada verdiyi vədə əməl etməmişdir. Bu səbəbdən dayısı Azad Nezrin barəsində şikayət etmək qərarına gəlmişdir. Lakin, onun səhhəti pis olduğundan, yataqda olduğundan ondan Nezrinin əməlləri barəsində şikayət etməyi xahiş etmişdir. O da Suraxanı RPİ-nin 30-cu PŞ-nə gedərək şikayət ərizəsi yazmışdır. Qeyd etdiyi 500 manat pulun Təqsirləndirilən şəxs bank kartına göndərilməsinə dair hər hansı dəlil təqdim edə bilməz, lakin, Şahid2 həmin pulu onların evində olan zaman onun yanında göndərmişdir. Şahid2 Süleyman qızı ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Şahid3 müraciəti ilə əlaqədar bildirmişdir ki, Şahid3 onun baldızı oğludur. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 2023-cü ilin oktyabr ayının sonlarında xəstə yatması səbəbindən baldızı oğlu Elşənə Təqsirləndirilən şəxs 4000 manat pullarını ələ keçirməsi haqqında polisə müraciət etməsini bildirmişdir. Elşən də Təqsirləndirilən şəxs qanunsuz əməli barəsində Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 SOCAR şirkətinin “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin “Cilov adası” Neft və Qazçıxarma Mədəninin operatoru vəzifəsində çalışır. İşi ilə əlaqədar ayın 15 günü dənizdə, 15 günü isə quruda olur. 2023-cü ilin oktyabr ayında Azad ona zəng edərək bildirmişdir ki, tanışı Ülvinin vasitəsilə Nezrin adlı qadınla əlaqə saxlamış, sonuncu ilə ya Hövsan qəsəbəsində ya da ki Yasamal rayonunda MİDA yaşayış kompleksində ev almaq barədə danışmış, Nezrin ona ev almaqda köməklik edə biləcəyini, bunun üçün ilkin ödəniş olaraq 4000 manat pul verməli olduqlarını bildirmişdir. Azad işi ilə bağlı dənizdə olduğu üçün Nezrinlə görüşə bilməyəcəyini, ona Nezrinlə görüşüb müqavilə bağlamağını, ona məxsus evdə saxladığı 4000 manat pul vəsaitini Nezrinə verməyini bildirmiş, eyni zamanda Nezrinin istifadəsində olan mobil nömrəsini ona vermişdir. Nezrinlə əlaqə saxlayıb onunla danışmış və 2023-cü ilin oktyabr ayının 5-də Nezrinlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Park küçəsi 10 ünvanında fəaliyyət göstərən Notariat kontorunda görüşmüşlər. Notariat kontorunda 4000 manat pulun verilməsinə dair Nezrinlə müqavilə bağlamışdır. Nezrin ya Hövsan qəsəbəsində ya da ki Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksində ev almaq üçün ilkin ödəniş adı ilə 4000 manat pulu ondan almışdır. Bundan başqa, 2023-cü ilin oktyabr ayında xatırlamadığı tarixdə Nezrin ona zəng edərk 4000 manatdan əlavə 500 manat pul göndərməli olduğunu bildirdikdə o da bu barədə həyat yoldaşı Azada zəng edib bildirmişdir. Azadın onun bank kartına göndərdiyi 500 manat pulu Nezrinin ona təqdim etdiyi bank kartına göndərmişdir. Bir neçə gün sonra həyat yoldaşı Azad Nezrinlə əlaqə saxlasa da sonuncu müxtəlif bəhanələr gətirməyə başlamış, sonra isə Nezrinin istifadəsində olan mobil nömrəyə zəng çatmamışdır. Bundan sonra başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onları aldadaraq həyat yoldaşına məxsus 4500 manat pulu ələ keçirmişdir. Təqsirləndirilən şəxs verdiyi 4000 manat və Nezrinin bank kartına göndərdiyi 500 manat pul vəsaiti həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsusdur. Üzərindən uzun müddət keçdiyinə görə Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına 500 manat pulun göndərilməsinə dair hər hansı qəbz təqdim edə bilməz. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs üzləşdirmə zamanı ifadələrini bir daha təsdiq etmişlər(İ cild, i.v.51- 52). 21 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 Süleyman qızı ilə Təqsirləndirilən şəxs üzləşdirmə zamanı ifadələrini bir daha təsdiq etmişlər(İ cild, i.v.53-54). “baxış keçirilməsi haqqında” 02 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Sabunçu rayonu Sakit Qocayev küçəsində Bakıxanov Ticarət Mərkəzi ilə “Kontakt Home” mağazasının arasında yerləşən yolun səki hissəsidir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(İ cild, i.v.86-87). “vurulmuş maddi ziyanı ödənilməsi üçün pul vəsaitinin qəbul edilməsi haqqında” 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası Solman Əjdər qızının Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın ödənilməsi üçün istintaqa təqdim etdiyi 1000 manat pulu Solman Əjdər qızından təhvil alınmışdır(İ cild, i.v.154). Zərərçəkmiş şəxs3 11 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onu aldadaraq 1000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onun tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur(İ cild, i.v.155). “baxış keçirilməsi və götürmə haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Maştağa Mall qarşısında vətəndaş Təqsirləndirilən şəxs idarə etdiyi **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək 3100 manat pul vermişdir, hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə edilmişdir(İ cild, i.v.182-184). 01 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs üzləşdirmə zamanı ifadələrini bir daha təsdiq etmişlər(İİ cild, i.v.57-59). “telefon məlumatlarına baxış keçirilməsi barədə” 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 26 avqust 2024-cü il tarixdə "xxxx" MMC-nin 28 fevral 2024-cü il tarixli 4573 nömrəli məktubu vasitəsilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Baxış keçirildikdə görünür ki, diskin yaddaşında «2740» adlı 01 ədəd “ZİP” faylı vardır. Həmin fayl açıldıqda içərisində «507439719 SMS» və «**********19» adlı 02 ədəd “txt” faylı, «abuneciler2740», «antena2740» adlı 02 ədəd “xlsx” faylı olması müəyyən edilmişdir. Həmin fayllar tərəfimdən ardıcıllıqla açılaraq baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində aparılmış danışıqlara dair aşağıdakı sms mətnləri aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə **********81 saylı mobil nömrədən **********19 saylı mobil nömrəyə “Nezrin xanim men sizle seher harda goruşe bilerem behi vermek ucun”, xx.xx.2023-cü il tarixdə **********19 saylı mobil nömrədən **********36 saylı mobil nömrəyə “Ele bilirsiz bloka atmagnan qutardi her sey? Bes deyirdiz söhbet o pulda deyil ele söhbet o puldaymis ki haram tikeni yeye bileceksiz rahat o 200 manat haram xoşunuz olsun!! 50 manat cixmag sertiynen evvelden dediyim kimi yerde qalan 150 manati ancaq dava dermana veresiz inşallah xeyir tapmiyasizü Ayib olsun ayib onun aciymissiz ki siz”, xx.xx.2023-cü il tarixdə **********17 saylı mobil nömrədən **********19 saylı mobil nömrəyə “Nömrənizi təqdim edirəm polisə etdiyiniz hərəkətə görə cavab verəcəksiz”, xx.xx.2023-cü il tarixdə **********33 saylı mobil nömrədən **********19 saylı mobil nömrəyə “salam sadiqdi sizi narahat eden. bakiya gelmisdim sizle gorusmeye gore. zeng catmir size. dunen isde bezi seylere gore telefonla mumkun olmadi zeng elemek uzurlu sayin. uz uze danisanda izah edecem. ele meselediki telefnda aydin demek olmur”, “salam sadiqdi sizi narahat eden bakidayam goruse bilerik? size zeng eledim zeng catmadi size. dunen zeng elemisiz aca bilmemisem isimle baqli. uz uze da isanda etrafli izah edecem size”, xx.xx.2023-cü il tarixdə **********19 saylı mobil nömrədən **********91 saylı mobil nömrəyə “Nese geldi?”, xx.xx.2023-cü il tarixdə **********91 saylı mobil nömrədən **********19 saylı mobil nömrəyə “Salam ne qeder atmisiniz?”, xx.xx.2023-cü il tarixdə **********19 saylı mobil nömrədən **********91 saylı mobil nömrəyə “1300”, “Qalib 2000 onu da atacam”, xx.xx.2023-cü il tarixdə **********91 saylı mobil nömrədən **********19 saylı mobil nömrəyə ”He gelib. O ne vaxt atilacaq?”, xx.xx.2023-cü il tarixdə **********19 saylı mobil nömrədən **********91 saylı mobil nömrəyə “Hell edecem onu da bu hefte erzinde mutleq”, xx.xx.2023-cü il tarixdə **********91 saylı mobil nömrədən **********19 saylı mobil nömrəyə “İnse Allah gozdeyecem. Cunki borc aldigimiza bu hefde soz vermişik.”, xx.xx.2023-cü il tarixdə **********91 saylı mobil nömrədən **********19 saylı mobil nömrəyə “Salam 2000 manat qalib. Onlar ne vaxt odenecek? Sabaha kimi odenilecekmi? Bu hefde demişdiniz. Borca aldigimiz isteyir cunki.”, xx.xx.2023-cü il tarixdə **********91 saylı mobil nömrədən **********19 saylı mobil nömrəyə “Salam. Demişdiniz bu hefde hamisi odenecek. Bizde camahata soz vermişik axi. Sabah odenisin vermeliyik.”, xx.xx.2023-cü il tarixdə **********19 saylı mobil nömrədən **********91 saylı mobil nömrəyə “Salam odenilecek”, xx.xx.2023-cü il tarixdə **********91 saylı mobil nömrədən **********19 saylı mobil nömrəyə “Salam He bu gun olsunki soz sohbetde qurtarsin”, xx.xx.2023-cü il tarixdə **********19 saylı mobil nömrədən **********91 saylı mobil nömrəyə “Rayonda aparatlar islemedi telefonda da mende o program yoxdu bu gun atacam isleyen aparat tapib”, “Yadimdasiz”, xx.xx.2023-cü il tarixdə **********79 saylı mobil nömrədən **********19 saylı mobil nömrəyə “Salam.Heftenin 3 cu gunudu aysen dedi bu hefte icinde odenis tam olunacaq 500azn pul atmisiz hefte sonuna kimi qalan 1500 azn geri gonderin o biri hefteye kecmesin.telefonuda iwledirsiz zeng edilir size cagirirsa eger niyr acmirsiz?biyr geri zeng edmirsiz?” məzmunlu sms-lər göndərilməsi müəyyən edilmişdir. Diskdə olan məlumatlara baxış zamanı sübut əhəmiyyətli digər hər hansı məlumat aşkar edilməmişdir(İİ cild, i.v.167-168). “diskdə olan səs qeydlərinə baxış keçirilməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə apardığı danışıqların köçürüldüyü 01 ədəd CD formatlı diskə baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Baxış zamanı həmin diskdə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə aparılmış danışıqlara dair 19 ədəd «opus» formatlı səs qeydləri, pul köçürmələrinə dair 15 ədəd fotoşəkil olması müəyyən edilmişdir. Qeyd olunan səs qeydlərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs6 məxsus mobil nömrəyə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə göndərilmiş səs qeydlərinin olması müəyyən edilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən Whatsapp mesajlaşma proqramı vasitəsilə “Salam sabahın xeyir ay Ülvi mən bu votsapı açdım ki, bundan sora burda cavabları müvəqqəti özüm verim, qız indi analıq məzuniyyətindədir, müəyyən bir müddətdir, məcburam yəni, mən sən verdiyin nömrələrlə əlaqə yaratdım, deməli, Azad adlı şəxslə, Elgünlə, Fəridlə..., Ramilə də səs yollamışam, yəqin ki qulaq asıb deyəcək, bircə dənə qalıb, Marif deyilən bəy, onnan da, indi əlaqə yaradacam”, “imtinalar da kimdədisə Ülvi mənə yaz, məsələn bir nəfər filankəs, iki nəfər filankəs, məbləğləri də qabağında”, “Ülvi salam sabahın xeyir olsun, mən o yoldaşı müəllimə olanla danışdım beşinci gün, dedim birinci gün üçün yəni məndə adamlar var da, sizi də ora salım vaxt təyin edək gedək, dedi yox, birinci gün mənim dərsim var, mən səhər saatlarında heç cür gedə bilmirəm, ancaq birinci gün günortadan sora alınmır, nəinki məndə, ümumiyyətlə orda iş saatı beşdə altının yarısı yekunlaşır, bu belə getdi, Naxçıvanda olan Fərid bəylı danışdım, o da dedi ki, mən istədiyim vaxtda çıxa bilmirəm, gərək bir iki gün qabaqdan bilim ki məzuniyyət götürüm gəlim, o da belə getdi, Elgün bəylı də danışdım, Elgün də dedi ki, mən bu həftənin sonu Bakıya gəlməliyəm, dəqiq bilmirəm baxacam sizə xəbər edəcəm, indi də baxıram yazıb ki, mən hələ Bakıya gəlməmişəm, gəlib xəbər edəcəm, dördüncü də Ramil adlı bəy indi baxıram cavab yazıb ki, mən olmasam mənim yerimə kim gələ bilər və sair və il axır, onu da cavablandırdım, birdənə qalıb Maarif adlı bəy”, “Ay Ülvi sən indi nə təklif edirsən, bax nə istəyirsən mənə denən mən başa düşüm də sənin fikrini, mən camaatla danışıram, camaat deyir ki biz istiyirik, gözdüyürük, üç gündü beş gündü, siz vaxt təyin eliyin biz gələk camaat mənə belə deyir, sən başqa söz deyirsən, sən nə təklif edirsən, olmur belə olmasın, axı sən bir söz denən biz bilək də, sən görək nə istəyirsən, mən camaatla danışıram camaat deyir narahat olmuyun, qoy biz gələk, biri deyir mən gəlim vaxtı təyin edək, biri deyir mən olmayacam yoldaşım olacaq, o biri deyir, bu cür deyil bu cürdü, deyirəm eybi yoxdu sizə də mənə münasib olsun, mən camaatla normal şəkildə özüm danışıram onlar deyir ki, bizə də uyğun vaxt olsun bir iki gün o yan bu yan olsun ama biz gözdüyürük, sən indi mənə nə təklif edirsən, deyirsən iki gün sonra dörd aya keçir, beş aya keçir, məqsəd nədir, məqsədi mən sənə başa saldım ki, Ülvi məsələ budur, hər dəfə mən sənə izah edirəm ki, Ülvi bax elədir, yubadılır, gecikilir, eybi yoxdur, camaatla elə elə ki mən danışım normal, deyim ki, məsələn bugün vaxtınız var bügün gəlin, görürəm ki, yox heç kəsdə o münasib vaxt yoxdur, mən də deyirəm sizə də mənə münasib vaxt olsun, vəssəlam da, sən adamı tələsdirməklə iş həll olası deyile başa düşürsən”, “Salam sabahın xeyir olsun Ülvi mən o Azad bəyin yoldaşı ilə görüşdüm, məsələni müəyyən qədər yoluna qoyduq, bankdan öyrəniblər ki, doxsan min manat onlara razılıq verilir, ona görə də hələki müvvəqəti bir müqaviləylə yoluna qoymuşuq, danışdıq ki, yəni gələn həftə müəllim özü gərək Bakıya gəlsin, ondan sonra qalan prosesləri həyata keçirəcəyik, behlərdən də behin diyəsən..., behlərdən deyəndə ki elə bidənə idi də, onu yolladım, yoxsa iki dənə idi, indi baxaram görüm ki, burda sən kimisə də yazmışdın, yollamışam sənə lazım olsa qəbz durur da onu da göndərərəm sənə, baxaram görüm burda yenə kimisə göndərmisənsə onu da göndərərəm sənə, bu biri adamlarla da hamısı ilə danışdım, Aysellə də, Xədicə ilə də..., Marif müəllimə də səs yolladım, dediyin adamlara da hamısına səs göndərmişəm, hamısına demişəm ki, gələn həftə üçün vaxt təyin edəcəyik", “qaldı ki beh yollamağa o mənim tam huşumdan çıxır, nəyə görə, çünki, yəni mən dediyim on sözümdən doqquzu beh qaytarmaqdı, çünki o mamentdə o lazım idi bizə ki, görək kimi yerbəyer edə bilmiriksə mənzil boş götürək də, bəli lazım idi, ona görə də hər on sözümdən doqquzu deyirdim ki, beh qaytarmaq, lazım da olanda qaytarılırdı, ama indi məsələ odur ki, camaatı tez yerbəyer eliyək necə lazımdır, hər hansı bir şəkildə olur olsun, kim necə istiyir, borc müqaviləsi istiyən o cür, alqı satqı istiyən o cür, kimə necə rahtdırsa o cür onları yerbəyer eliyək ki, görək necə nəfərdən, tutalım səndə iyirmi nəfərdi, ya on iki nəfərdi ya beş nəfərdi, neçəsini yerbəyer eliyə bilirik, və yaxud da Əlidə Vəlidə neçə adamdısa neçəsini yerbəyer eliyə bilirik, yəni beh məsələləri elə bilmiyin ki, yaddan çıxdı qaldı qırağa, yox, prosta vaxt yoxdu deyə oturub mən heç baxmamışam ki, demişəm sənə ki hə adlarını yaz, ama heç bir vaxt eliyib baxa bilməmişəm ki, görüm səndə imtina beş nəfərdi on nəfərdi, ona görə, bidənə o Marif adında bəydi, onnan da indi danışcam, əgər bu beş nəfərdən hər hansında bir dəyişiklik olsa... məsələn biri desə istəmirəm, ya biri desə imtina, yenə də mən sənə xəbər edərəm, o bir iki nəfərin yerinə başqasın mənə yönləndirərsən”, “sabahın xeyir Ülvi, oxudum gördüm orda Hafiz adında kişi adı yazmısan... behi, yaxşı mən onu şey eliyərəm yolluyaram...mən iki gündü bir balaca qızdırma sistem dava dərman, heç cür yani, ancaq danışa bilmişəm də belə nə bilim Ayselnən, Xədicə ilə Fəridnən belə danışıqlar olub, Fərid hal hazırda Bakıda yoxdur, Xədicə iki üç gün əvvəlcədən xəbər istiyir, Ayseldi bir gün qabaqdan deyir mənə deyin, onu bu həftəyə salacam inşallah, bir də Marif bəy deyir ki, məni altıncı günə sala bilsəz yaxşı olardı da, yəni o tərəfə keçməsin, onlarnan əlaqə yaratdım indi, onların məsələsin həll edəcəm, iki üç gündür ki, üstünə sağlıq qızdırma, yəni ona görə heç cür əlaqə saxlaya bilməmişəm, nə telefona baxa bilməmişəm, yəni nəzərə alsaq ki, biz də adamıq da xəstələnə bilirik, otura bilirik, dura bilirik, yəni bu şeylər normaldır, səndə bidənə o Hafizdi, Hafiz bəyin də məbləğin sənə yolladaram, bir də gör münasib adamlar varsa mən bu həftə buları qaydasına salacam, bu iki üç nəfər boşalacağ ha yer, onları sən mənə indidən əgər varsa, lazımdırsa, o adamların da əlaqə nömrəsini qoy ki, onlarla danışım, əlaqə yaradım görüm nədir nə deyil”, “yazmısan ki gah telefonu söndürürürsüz gah interneti, mən milyard dəfə demişəm ki, mən ümumiyyətlə telefon söndürmürəm, telefona zəng gəlir gəlir zaryatkası qutarır və sönür, qoyuram görəndə, yığır açılır, yəni ki, bunu sən hər dəfə mənə deyirsən ki, gah telefon söndürürsüz, gah interneti bağlayırsız, mən telefon söndürmürəm, ümumiyyətlə, qaldı ki, interneti bağlamağa, interneti də bağlamıram, olur ki, məsələn harasa çıxmışamsa internet yoxdusa bağlıdır, normal şəkildə, yəni mən belə hesabat vermək məcburiyyətində deyiləm aa bu cür, ama yəni hər bir halda deyirəm də sən qıraq adam deyilsən deyə başa salıram ki, mən nə internet nə də telefon söndürmürəm, mən mament tapan kimi özüm lazımi adamlarnan əlaqə yaradıram, yəni milyard dəfə də yığsan, beş min dəfə yığsan mən özüm görən kimi onsuz da qayıdıram, geri dönüş eliyirəm”, “Ülvi salam sabahın xeyir olsun, Ülvi sən mənə demədin axı kimsə gəlib səndən pul götürəcək ya nəsə, mən sonradan mesajdara baxdım ki, burda Könüldən başqa bir nəfərin də adı yazılıb, onu da göndərərim problem yoxdu, dünya dağılmıyıb ki, sən əgər deməmisənsə gəl götür, bu adam necə deyə bilər saat 5-də gəlib səndən nəyisə götürürəm, mən də insanam da robot deyiləm ki mən min nəfərin hamısına cavab verə bilim, hamıvızı eyni vaxtda qane eliyə bilim, mən insanam, bunu nəzərə almaq lazımdır, mən o sən dediyin qızlarla da danışmışam, Ayselnən də Xədicəynən də bu həftə ərzində onlarla da bir vaxt təyin eliyib görüşəcəm”, “bir dəki danışanda sözlərinə diqqət elə, ay dolamaq, ay qaçmaq, ay aldatmaq, nəbilim ay haram pulu necə yeyəcəysən nəbilim nə, bu kimi şeylərə, yəni danışanda sözlərivə diqqət elə ki, nə sənin xətrinə mən dəymiyim, nə də sən mənim xətrimə dəymiyəsən, adamını bil tanı sora danış ki, ay qaçırsan, ay nömrəni belə söndürmüsən, ay aldatmısan, ay nəbilim neynəmisən, mən insanam robot deyiləm, mən də xəstə ola bilərəm, mənim də canım ağrıya bilər, mən də əməliyyata düşə bilərəm, bunları başa düşmək çətin deyil, qaldı ki, mənə hər hansı hədə qorxu gəlmək lazım deyil”, ”sən görürsən ki bu adam cavab vermir, yəni günlərnən də, yəni bir gün iki gün yox, doqquz gün ərzində cavab vermirsə demək ki, bunun başında nəsə bir problem, səhhəti ilə bağlı, ya evi ilə bağlı nəsə var ki bu belədir, yəni duran yerdə heçnə belə olmur, bu bir, ikinci növbədə isə mən sənə dedim, dedim ki onların bütün məbləğləri sənə göndəriləcək, düzdür sözündə haqq var ki, camaat səni əsəbləşdirir, zəng vurur dayanmadan bezdirir, mən səni başa düşürəm, ama qaldı ki behlərin göndərilməsinə, bəli mən normal vaxtı həmişə deyirdim ki, yəni kimlər imtinadırsa beh lazımdırsa geri istiyirlərsə göndərək, ama sən özün də gördün ki, iş elə yerə gətirdi ki, o qədər yubanmalar oldu, o qədər adamlar problem yaratmaq istədilər ki, tezləşdirin nə bilim nə, bu kimi şeylərə başımız çox qarışdı, eyni vaxtda imtinalar çox oldu deyə bu camaatın pulu hissə hissə göndərilir, çünki imtina çox oldu həddindən artıq, gecikməyə, yubadıldığına görə imtinalar çox oldu...mən indi sənin səsinə diqqətlə qulaq asacam, axırda orda deyirsən kimə nə qədər... siyahılaşdıraq, siyahı şəklində narahat olma hər biri göndəriləcək...”, “qaldı ki lazımi orqanlara xəbər verməyə... əgər elədirsə onda mən camaatla niyə özümü yoruram danışıram ki, yaxud behlərdən sənə qaytarıramsa ki, lazımi orqan demirsən, lap yaxşı mənim də vəkilim gələr, o da məni necə lazmdır müdafiə”, “ikincisi də emirsən ki verir məhkəməyə, qoy versin, mənnən hədə qorxuyla danışmaq lazım deyil, normal adam kimi mən başa saldım ki, onun hələ bir ayı olmuyub, bir aya qədər onun işini qaydasına qoyacıyıq, ki vaxtı da onsuz bir ay müddətində yazılıb”, "qaldı ki behi göndərilən adamlara, hansılar ki deyirsəne geri istəyir, onlara onsuz da beş beş göndəriləcək, onlar hamı birdən durub imtina edirlər, hamısı bəyəm birdən verib ki, birdən durub ki imtina eliyir, mən də sənə yazdım ki, ümumi məbləği yaz, gör ki nədir nə deyil, hansılar ki vacibdir tələsir, onları salaq qabağa partiya partiya, kim də imtina eləmir Allah canını sağ eləsin, beş beş onları qaydasına salaq, bu həftədən başlasaq, məsələn beşi bu həftə, beşi gələn həftə, beşi o biri həftə, büş büş hamısı yollanar, yoxsa birdən birə müraciət eləmiyiblər ki, birdən birə də imtina eliyirlər, özləri yazanlar da var mənə, gün ərzində çalışıram, onlarla da nəsə bir səs atım, nəsə bir danışım, çerez sən danışdıqlarını da var.”, “o dediyin adamlara kimlərinki qaytarılmalıdır, və yaxud da sən qaytarmısan, onların hamısın mən diqqətlə qulaq asıb siyahılaşdırıb, yəni ki onlar göndəriləcək, onlara görə narahat olma, qaldı ki, qlobal problemıə, qlobal problemi sən yaratmaq istəyirtdin ki, nə bilim filan şey belə, mən də o adamlara qoşulacam, belə eliyəcəm filan eliyəcəm, lazimi orqan belə....”, “əgər ki xoşlugnan imtinadırsa beş beş şəkildə onsuz da bildirilib ki, camaat imtina edir yubadılma var, beş beş şəkildə camaatın imtinaları geri qaytarılsın, o Rövşən deyilən oğlan varaa, o da mənimlə əlaqə saxladı dedi ki, camaat imtina edir və məbləğləri geri istiyir, yox əgər burda başqa söz söhbətlər varsa, olsun o cür, yenə də mənim deməyə də sözüm var, yeri gələndə heç behlər geri qaytarılmalı deyil, mən bilirəm ki, mənim müdafəçi vəkilim gəlib nə danışacaq vəssəlam, yox əgər hər iki kəlməndən bir mənə hədə qorxu olacaqsa ondan bəri başdan mən sənlə əlaqə yaratmıyım, nə sənlə danışıb bir məlumat almıyım, məlumat vermiyim, nə olacaqsa olsun, heç özüm də qarışmıyım, göndərim müdafiəçimi gəlsin mənim yerimə çıxış eləsin, nolar ki, bir gün telefona cavab vermirəm, onda adamnan bu cür danışırlar?”, “sənin o behlərini dediyin adamlara, birincisi yazmısan ki, belə də davam eliyin, mən özüm bilərəm ki, necə davam eliyərəm, mən normal adam kimi sənə dedim ki, mən özüm sənlə əlaqə saxlayacam, mament də düşən kimi özün də görürsən ki, yazıram da, səs də atıram, əlaqə yaradıram, başa düşdün?” məzmunlu səs qeydləri aparılması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin səs qeydlərinin onun tərəfindən Zərərçəkmiş şəxs6 göndərildiyini, həmin səs qeydlərində Ülvinin vasitəsilə sonuncunun tanışlarına MİDA yaşayış kompleksində ev almaqda köməklik edəcəyi barədə vəd verdiyini, bu adla həmin şəxslərdən müəyyən məbləğlərdə pulları beh kimi aldığını, bəzi şəxslərin verdiyi pulları qaytarsa da müəyyən məbləğlərdə pulları ələ keçirdiyini və hazıradək qaytarmadığını, Ülvi ilə arasında həmin pulların ələ keçirilməsində qabaqcadan heç bir razılıq olmadığını, ümumiyyətlə Ülvinin onun dələduzluq niyyətindən xəbəri olmadığını bildirmişdir(İİ cild, i.v.181-184). Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 09 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, ********* nömrəli cinayət işi üzrə ona maddi ziyan dəydiyindən iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq(İİ cild, i.v.221). “sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 310-cu maddələri ilə cinayət təqibi rədd edilmiş, hazırki cinayət işinin materiallarından Təqsirləndirilən şəxs 12000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə material ayrılmış və əməliyyat tədbirlərinin davam etdirilməsindən ötrü Sabunçu RPİ-nin 14-PŞ-nə göndərilmiş, Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi və onun hazırki cinayət əməlində ağırlaşdırıcı hal kimi cinayətlərin residivinin olması nəzərə alınmış, Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə apardığı danışıqların köçürüldüyü 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət is in materiallarına əlavə edilmiş, “Azercell Telekom" MMC-nin 28 fevral 2024-cü il tarixli 4573 nömrəli məktubu vasitəsilə daxil olmuş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs6 arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış, üzləşdirmədə dindirmə, ifadənin yerində yoxlanılması, telefon məlumatlarına baxış, səs qeydlərinə baxış keçirilməsi istintaq hərəkəti protokolları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilmişdir(İİ cild, i.v.258-286). İş materiallarında olan: 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(İ cild, i.v.1). 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(İ cild, i.v.17). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur(İ cild, i.v.18-19). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir(İ cild, i.v.57). 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmiş, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2ci maddəsinə tövsif edilmişdir(İ cild, i.v.75-77). 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir(İ cild, i.v.79). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir(İ cild, i.v.115). 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* saylı nömrə altında davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmi Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir(İ cild, i.v.129-132). 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir(İ cild, i.v.134). 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif olunmuş və ibtidai istintaq ********* nömrəsi ilə aparılmışdır(İ cild, i.v.173-175). 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir(İ cild, i.v.177). 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir(İ cild, i.v.196). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir(İ cild, i.v.197-198). 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif olunmuş və ibtidai istintaq ********* statistik nömrəsi ilə aparılmışdır(İ cild, i.v.202-203). 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa təqdim olunana qədər CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(İ cild, i.v.249). “axtarışda olan şəxsin tutulması haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhərində tutularaq Şirvan şəhər MSY-yə təhvil verilmişdir(İ cild, i.v.258). 13 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(İ cild, i.v.259). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir(İİ cild, i.v.1-2). Şirvan Şəhər Məhkəməsinin 4(032)-69/2024 saylı, 15 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 mart 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir(İİ cild, i.v.15-22). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əjdərova X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsinə əsasən 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə AR MM-nin xx.xx.2021 -ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 02 il 03 ay saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir(İİ cild, i.v.26-27); 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir(İİ cild, i.v.61- 62). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-356/2024 saylı, 08 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 16 iyul 2024-cü il tarixinədək uzadılmışdır(İİ cild, i.v.103-110). 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir(İİ cild, i.v.115-116). 31 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsi yerində yoxlanılmışdır(İİ cild, i.v.120). 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir(İİ cild, i.v.121- 123). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(011)-283/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir(İİ cild, i.v.158-166). 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir(İİ cild, i.v.188-190). 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir(İİ cild, i.v.223-226). Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə verilmiş teleqramdan görünür ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə daxil olmuş teleqramdan görünür ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Zərərçəkmiş şəxs6 epizodundan başqa digər epizod üzrə təqsirli bilmiş, bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd edilən həmin hissəyə qiymət verilməlidir. Belə ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 MİDA yaşayış kompleksindən ev almaqda köməklik etmədiyini bildirsə də, işdə olan Zərərçəkmiş şəxs6 ifadəsi(İİ cild, səh 35-37), üzləşdirmə aparılması haqqında protokol(İİ Cild səh 57-59), Şahid1 ifadəsi(İİ cild 72-73), səs yazılarının olduğu 01 ədəd CD formatlı disk, diskdə olan səs qeydlərinə baxış keçirilməsi haqqında protokol, məhkəmə iclası zamanı ifadələrlə və işdə olan biri-digərini tamamlayan digər sübutlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə 3100 manatını ələ keçirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə və şahidə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra zərərçəkmiş şəxs və şahid dindirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs6 epizodu üzrə təqsirli bilməməsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Təqsirləndirilən şəxs əməlində Zərərçəkmiş şəxs4 3000 manat, Zərərçəkmiş şəxs4 3300 manat, Zərərçəkmiş şəxs5 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi əməlləri ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Təqsirləndirilən şəxs əməlində Zərərçəkmiş şəxs4 3000 manat, Zərərçəkmiş şəxs4 3300 manat, Zərərçəkmiş şəxs5 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və həmin hissələrdə cinayət təqibinə xitam verilməlidir. Cinayət işi materiallarından görünür ki, müddətinin axımı dayandıran hal kimi 27 yanvar 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa təqdim olunana qədər CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması(İ cild, i.v.249) və 13 mart 2024-cü il tarixli qərarla cinayət işi üzrə dayandırılmış icraat təzələnməsi(İ cild, i.v.259) olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı qismən ödəməsini(59.1.14)(iki epizod üzrə tamamilə ödənilməsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır(CM-61.1.1). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 18 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut-02 ədəd CD, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs4 mülki iddia ilə müraciət edərək Təqsirləndirilən şəxs ümumilikdə 3150 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 mülki iddia ilə müraciət edərək Təqsirləndirilən şəxs ümumilikdə 3770 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs verilmiş mülki iddialar ilə razılaşaraq məbləğlərin olduğu kimi qeyd edildiyini bildirərək təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmə hökmü haqqında 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndinə əsasən yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. 74-cü bəndinə əsasən Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Göründüyü kimi, təqsirləndirilən şəxsin təqsirli bilindiyi Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ilə bağlı epizodlar ayrı-ayrı müstəqil epizodlar olmuş, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm, mülki iddiaçının həm də mülki cavabdehin mənafeyinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Zərərçəkmiş şəxs4 3000 manat, Zərərçəkmiş şəxs4 3300 manat, Zərərçəkmiş şəxs5 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, həmin hissələrdə cinayət təqibinə xitam verildiyindən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 180.3-cü maddəsinə görə Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməlində Zərərçəkmiş şəxs4 3000 manat, Zərərçəkmiş şəxs4 3300 manat, Zərərçəkmiş şəxs5 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və həmin hissələrdə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 ay 3 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 04 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. İş üzrə maddi sübut–03 ədəd CD və DVD disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 38 iş saatına görə 418 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə hökm 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar