Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-469/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Neftçala rayonuunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yavlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(039)-72/2024 saylı qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbirinə əsasən hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili Nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə 2023-cü ili naprel ayının ortalarında işlədiyi Dövlət-Tibbi Sosial Ekspertiza və Resabilitasiya Agentliyinin mühafizəçisindən Agentliyə əlillik dərəcəsinin bərpası məsələsinin həlli üçün gəlmiş əvvəllər tanımadığı Zərərçəkmiş şəxs Agentliyinin giriş qapsında dayanıb məsələsinin həll edilməməsindən narazı qaldığını bildikdə yaranmış vəziyyətdən tamah niyyəti ilə istifadə etməklə bundan yararlanmaq qərarına gəlib Zərərçəkmiş şəxs mühafizəçinin vasitəsilə daxili telefonla Zərərçəkmiş şəxsla əlaqə yaradaraq hər hansı bir şəxsin əlillik dərəcəsinin təyin edilməsi və ya dərəcəni bərpası edilməsi işlərə heç bir aidiyyəti və səlahiyyəti olmadığı halda Agentliyinin əməkdaşı kimi qəbula gəlmiş vətəndaşla daxili rabitə vasitəsi ilə danışa bilməsi kimi xüsusatı öz xeyrinə istifadə edib etibarını qazanaraq qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs əlillik dərəcəsinin bərpası işinin həll edə biləcəyi barədə yalnış məlumatlar verib, onu inandıraraq buna nail olduqda isə özgənin əmlakını ələ keçirilməsinə yönəldilmiş cinayət hərəkətlərini inadla davam etdirib Agentliyin kənarında görüşməkdən ötrü əlaqə yaratmaq məqsədilə sonuncudan mobil telefon nömrəsini alıb, 2023-cü ili naprel ayının ortalarında əlaqə saxlayıb şəhərin mərkəzində yerləşən çayxanaların birində görüşərək Zərərçəkmiş şəxs 10.600 manat məbləğində pulun müqabilində onun əlillik dərəcəsinin bərpası edəcəyi barədə yalan vədlər verməklə inandırmış, 22 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi şəhər şossesi 18D ünvanda yerləşən «MPAY» ödəmə terminalından ona məxsus olan 4169 7388 9975 2962 saylı bank kartının hesabına 5000 manat məbləğində pulu, 06 may 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən «MPAY» ödəmə terminalından ona məxsus olan 4169 7388 9975 2962 saylı bank kartının hesabına 1000 manat məbləğində pulu, 29 may 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Şəhər şossesi 18 D ünvanda yerləşən «MPAY» ödəmə terminalından ona məxsus olan 4169 7388 9975 2962 saylı bank kartının hesabına 1000 manat məbləğində pulu, 01 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Şəhər şossesi 18 D ünvanında yerləşən «MPAY» ödəmə terminalından ona məxsus olan 4169 7388 9975 2962 saylı bank kartının hesabına 1000 manat məbləğində pulu, 13 iyun 2023-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «MPAY» ödəmə terminalından ona məxsus olan 4169 7388 9975 2962 saylı bank kartının hesabına 500 manat məbləğində pulu, 04 iyul 2023cü il tarixdə ünvan 7 ünvanda yerləşən «Kapital bank»ın Sabunçu filialından hesaba köçürmə yolu ilə ona məxsus olan 4169 7388 9975 2962 saylı bank kartının hesabına 1000 manat məbləğində pulu, 23 avqust 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Elşən Mehdiyev küçəsində yerləşən Bolmart marketdə quraşdırılmış «MPAY» ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169 7388 9975 2962 saylı bank kartının hesabına 160 manat məbləğində pulu, 2023-cü ilin sentyabr ayının müxtəlif tarixlərində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 18 D ünvanda yerləşən «MPAY» ödəmə terminalından ona məxsus olan 4169 7388 9975 2962 saylı bank kartının hesabına hissəhissə 940 manat məbləğində pulu, ümumi olaraq 10600 manat məbləğində pulu hissəhissə göndərmiş nəticədə o həmin pulu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs 10600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,. 07 dekabr 2020-ci il tarixdən 16 may 2023-cü il tarixə qədər olan müddətdə o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Tabeliyində olan Dövlət Tibbi Sosial ekspertiza və X1 daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmişdir. İş yükü və maaşı onu qane etmədiyinə görə o, öz razılığı əsasında işdən çıxarılmışdır. Zərərçəkmiş şəxs o, 2023-cü ilin aprel ayında tanımışdır, 2023-cü ilin aprel ayının ortalarında o, iş yerində olduğu zaman, qapıdan xidməti otağına mühafizəçi zəng vurub bir nəfər vətəndaşın narazı halda gəlib şikayət etmək istədiyini bildirdi. O, telefon vasitəsi ilə həmin şəxslə əlaqə saxladı və həmin şəxs özünü ona Zərərçəkmiş şəxs kimi təqdim bildirmişdir ki, 1-ci Qarabağ müharibəsinin veteranıdır və əlillik dərəcəsi ləğv olunduğuna görə o Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun əlillik dərəcəsi ilə bərpa olunması barədə yazdığı müraciətinə imtina verilib, həkim komissiyasından kəsilmişdir, nəticədən narazı olduğunu bildirmişdir. O Bahadıra həmin məsələni araşdırıb əlaqə saxlayacağını bildirmişdir. Bahadırın mobil telefon nömrəsini götürmüşdür. Bir neçə gün keçəndən sonra Bahadıra zəng vuraraq onun əlillik dərəcəsini bərpa etmək üçün yenidən həkim komissiyasından keçməli olduğunu bildirmişdir. Bahadıra xəsltəliyinə aid olan sənədləri ona təqdim etməsini və bunun üçün müəyyən ödənişlər etməsini bildirmişdir. Bahadır razılaşmış və o, 2023-cü ilin aprel ayının ortalarında Bahadırla şəhərin mərkəzində çayxanaların birində ilk dəfə görüşmüşdür. Bahadıra bildirmişdir ki, onun əlillik dərəcəsini bərpa edə bilər, buna görə ondan 10600 manat məbləğində pul tələb etmişdir. Bahadırı aldadıb bildirmişdir ki, həmin pulu guya müəyyən rüsumlara ödəyəcək. Bahadır ona inandığına görə təklifinə razılaşmış və Bahadırın epiqrizini götürmüşdür. Əlillik dərəcəsinin bərpa olunması onun vəzifə səlahiyədlərinə aid deyil. Bahadırın müraciətidə rəsmi olaraq onun icraatında olmamışdır. Bahadırla razılaşandan sonra ona demişdir ki, 10600 manatı ona hissə-hissə ödəyəcək. Tez tez görüşə gələ bilməyəcək, buna görə də pulu bank kartına göndərəcək. Bahadlr razılaşmış və Bahadıra özünə məxsus olan 4169 7388 9975 2962 saylı bank kartını vermişdir ki, pulu kartına göndərsin. İlk dəfə Bahadır ona 22 aprel 2023-cü il tarixdə 4169 7388 9975 2962 saylı bank kartına 5000 manatı göndərmişdir. Pulu ona göndərəndən sonra onunla telefon vasitəsi ilə əlaqə saxlamış pulun aldığını təsdiqləmişdir. Bundan sonra Bahadır müxtəlif tarixlərdə bir neçə ay ərzində 2023-cü ilin sentyabr ayına qədər olan müddətdə onun bank kart hesabına hissə-hissə 5600 manat məbləğində pulu göndərmişdir. Ümumi olaraq Bahadır ona 22 aprel 2023-cü il tarixdən 2023-cü ilin sentyabr ayına gədər olan müddətdə hissə-hissə 10600 manat məbləğində pul göndərmişdir. Həmin pulu o, öz ehtiyaclarına xərcləmişdir. Daha sonra Bahadır ondan işi barədə maraqlanmağa başlamışdır, o isə Bahadıra işi ilə məşğul olduğunu, yaxın müddətdə əlillik dərəcəsini bərpa edəcəyini bildirmişdir. Daha sonra Bahadır ona demişdir ki, pulunu qaytarmasa ondan polis orqanlarına şikayət edəcək, o da Bahadırı sakitləşdirmək üçün ona yazılı sürətdə 10600 manat məbləğində pulun aldığı barədə etiraf izahatını öz xətti ilə yazmışdır. Bahadır pulu qaytarmadığına görə polisə şikayət etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur. Əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələbinin olmadığını bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Birinci Qarabağ müharibəsinin veteranıdır, 2-ci qrup əlillidir. 2022-ci ildə onun əlillik dərəcəsi Əmək və X4 Nazirliyi tərəfindən ləğv edilmişdir. Əlillik dərəcəsini bərpa etmək üçün o 2023-cü ilin əvvəllərində Sosial Müdafiə nazirliyinə müraciət etmişdi. 2023-cü ilin aprel ayında onunla bir nəfər şəxs əlaqə saxlayıb özünü Sosial Müdafiə Nazirliyinin əməkdaşı Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, əlillik dərəcəsini bərpa etmək üçün o yenidən həkim komissiyasından keçməlidir və bunun üçün müəyyən ödənişlər olunmalıdır. Bu məsələni dəqiqliklə həll etmək üçün Vüsal onu şəhərin mərkəzinə xatırlamadığı çayxanaların birinə dəvət etdi. O Vüsalla 2023-cü ilin aprel ayınında ilk dəfə görüşdü. Vüsalla o ikisi görüşmüşdülər, digər şəxs görüşdə olmayıb. Vüsal özünü ona Sosial Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edib bildirdi ki, onun əlillik dərəcəsini bərpa edəcək və buna görə ona 10600 manat məbləğində pulu verməlidir ki, o bu işin həlli üçün ödənişləri etsin. O Vüsala dedi ki, birinci Qarabağ müharibəsinin veteranıdır və o məbləğdə pulu ona birdəfəyə verə bilməz. Vüsalda ona təklif etdi ki, həmin pulu ona hissə hissə versin. O Vüsala dedi ki, səhəti ilə bağlı olaraq onunla tez tez görüşə bilməyəcək və pulu ona kart vasitəsi ilə göndərə biləcək. Vüsal ona özünə məxsus olan 416973******2962 saylı kartını verib bildirdi ki, pulu həmin karta göndərsin. İlk dəfə o 22 aprel 2023-cü il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsi Şəhər şossesi 18 D ünvanda yerləşən Bolmart marketdə yerləşdirilmiş «MPAY» ödəmə terminalı vasitəsi ilə 5000 manatı Vüsalın 416973******2962 saylı kart hesabına göndərdi. Vüsala pulu göndərəndən sonra onunla ***-***-**-** saylı telefon nömrəsi ilə əlaqə saxladı və Vüsal pulun aldığını təsdiqlədi, digər qalan 5600 manat məbləğində puluda ondan tezliklə ona göndərməyini xahiş etdi. O da yenədə pul toplamağa başladı və 06 may 2023-cü il tarixdə ünvan 10 ünvanda yerləşən M.Marketdə quraşdırılmış «MPAY» ödəmə terminalı vasitəsi ilə 1000 manatı Təqsirləndirilən şəxs 416973******2962 saylı kart hesabına göndərdi. Pulu göndərəndə yenədə Vüsalla əlaqə saxladı və o ona pulun hesabına oturduğunu təsdiq etdi. 29 may 2023- cü il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsi Şəhər şossesi 18 D ünvanda yerləşən Bolmart marketdə yerləşdirilmiş «MPAY» ödəmə terminalı vasitəsi ilə 1000 manatı Təqsirləndirilən şəxs 416973******2962 saylı kart hesabına göndərdi. Pulu göndərəndə Vüsalla telefon əlaqəsini yaratdı və pulun götürdüyünü Vüsal təsdiqlədi. 01 iyun 2023-cü il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsi Şəhər şossesi 18 D ünvanda yerləşən Bolmart marketdə yerləşdirilmiş «MPAY» ödəmə terminalı vasitəsi ilə 1000 manatı Vüsalın 416973******2962 saylı kart hesabına göndərdi. Pulu göndərdə yenədə Vüsalla telefon əlaqəsini yaratdı və Vüsal pulu aldığını təsdiqlədi. 13 iyun 2023-cü il tarixdə ünvan 10 ünvanda yerləşən M.Marketdə quraşdırılmış «MPAY» ödəmə terminalı vasitəsilə 500 manatı Təqsirləndirilən şəxs 416973******2962 saylı kart hesabına göndərmiş, pulu göndərəndən sonra Vüsalla telefonla əlaqə saxlamış və Vüsal ona pulu aldığını təsdiqləmiş və qısa müddət ərzində işini həll edəcəyini, yəni ki əlillik dərəcəsini bərpa elətdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Nazirliyinin əməkdaşı olduğuna görə o, ona inanırdı və 04 iyul 2023-cü il tarixdə «Kapital Bankın» Sabunçu filialından o, 1000 manatı Təqsirləndirilən şəxs 416973******2962 saylı kart hesabına göndərmiş, Vüsala pulu göndərəndən sonra onunla əlaqə saxlamış və Vüsal pulu aldığını təsdiq etmişdir. 23 avqust 2023-cü il tarixdə Sabunçu rayonu Elşən Mehdiyev küçəsində yerləşən “Bolmart” marketdə quraşdırılmış «MPAY» ödəmə terminalı vasitəsi ilə o, Təqsirləndirilən şəxs 416973******2962 saylı kart hesabına 160 manatı göndərmişdir, Vüsalla telefonla danışanda Vüsal pulun alındığını təsdiqləmişdir. 2023-cü ilin sentyabr ayında o, Sabunçu rayonu Zabrat qəsəbəsi, Şəhər şossesi 18 D ünvanında yerləşən “Bolmart” marketdə yerləşdirilmiş «MPAY» ödəmə terminalı vasitəsi Təqsirləndirilən şəxs 416973******2962 saylı kart hesabına hissə-hissə 940 manatı göndərmişdir. Həmin 940 manatın göndərilməsi barədə qəbzləri itirmişdir və hazırda onları istintaqa təqdim edə bilməz. Təqsirləndirilən şəxs ümumi olaraq 10600 manat məbləğində pulu vermişdir. Vüsal həmin pulu ondan əlillik dərəcəsini bərpa etmək adı ilə almışdır. Vüsala o, sonuncu dəfə Sabunçu rayonun ərazisindən pulları göndərmişdir və Vüsal ondan ümumi olaraq 10600 manatı alandan sonra onu inandıraraq ona yalan vədlər verməyə başlamış və sonra isə telefon zənglərinə cavab verməmişdir. O, da məcbur olub Vüsalın barəsində 2023-cü ilin noyabr ayında şikayət ərizəsi ilə 12-ci polis şöbəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi barədə 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən “Bolmart” supermarketinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; axtarışda olan şəxsin tutulması haqqında 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da tutulmuşdur; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmaqla ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Orxan Səmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Lerik rayonu, Bülüdül kənd sakini Zərərçəkmiş şəxs hazırki dövrədək Agentliyə heç bir müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2023cü il tarixinədək X2 nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 16 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində “Kapital Bank” tərəfindən verilmiş “4169 7388 9975 2962 MR.Vusal Asgarov” nömrəli kredit kartı mövcuddur. Həmin kredit kartın fotoşəkli çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan götürmə haqqında protokoldan və ona əlavə olunmuş 7 ədəd qəbzlərin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddətdə hissə-hissə 9660 manat pul vəsaiti Təqsirləndirilən şəxs məxsus 416973*****2962 nömrəli kart hesabına köçürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış və onun tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlillik məsələsinin həll edilməsi məqsədilə ayrı-ayrı vaxtlarda cəmi 10600 manat pul vəsaitini aldığını təsdiq edərək, işi gecikdiyinə görə Bahadırın ondan verdiyi pulu tələb etdiyini, həmin pulu qaytarmaq üçün ona oktyabr ayının 20-dən 27-nə kimi vaxt verilməsini istəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur; Yevlax Rayon Məhkəməsinin 4(007)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun törətdiyi cinayətin xaraketerini, ictimai təhlükəlilik dərəsəcini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 4(039)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılması nəzərə alınmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(039)- 72/2024 saylı qərarı ilə həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-469/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-469/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver