Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-47/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2arəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin 7(004)111/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında «həbsdə» saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən «İstintaq təcridxanalarının X7» ilə qadağan olunmuş daxilində «Nar» danışıq kartı olan-bir ədəd «Xiaomi Redmi 6A» markalı, «M1804C3CG» modelli mobil telefon aparatını həbsdə olduğu müddətdə istifadə etmək məqsədi ilə əldə edib özündə saxlamış, gəzdirərək daşımış və Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində CM-in 234.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə həbsdə saxlanması üçün 18 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 ünvanda yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra təcridxana əməkdaşları tərəfindən həmin gün saat 17:10 radələrində üzərinə keçirilən axtarış-baxış zamanı sağ ayağında olan idman ayaqqabısının içərisindən məlum telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, törətdiyi cinayətə görə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmiş, barəsində seçilmiş qətimkan tədbirinin şərtin pozduğu üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarı ilə haqqında həbs qətimkan tədbiri seçildikdən sonra axtarış elan olunmuş, 16 oktyabr 2021-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq saxlanması üçün Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X8 verildikdən sonra üzərindəki mobil telefon aparatı oranın əməkdaşları tərəfindən təhvil alınmışdır. 18 oktyabr 2021-ci il tarixdə isə oradan Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına etap olunan zaman telefonu qaytarılmış, o isə həmin vaxt telefonu təcridxanaya keçirmək və həbsdə olduğu müddətdə istifadə etmək məqsədilə sağ ayağındakı qara rəngli idman ayaqqabısının içərisində gizlətmişdir. Təcridxanaya daxil olan zaman əməkdaşlar tərəfindən ona mobil telefon aparatının saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsinin təqsirləndirilən şəxslərə qadağan olunduğu və cinayət məsuliyyəti yaratdığına dair məlumatlandırılmasına baxmayaraq telefonu təhvil verməmişdir. Bundan sonra o təcridxanaya yerləşdirilmiş və üzərində saat 17:10 radələrində əməkdaşlar tərəfindən hal şahidlərinin iştirakı ilə axtarışbaxış keçirilmiş, axtarış zamanı sağ ayağındakı qara rəngli idman ayaqqabısının içərisində gizlətdiyi bir ədəd «Xiaomi Redmi 6A» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüş, mobil telefonun özünə məxsus olduğunu təcridxananın əməkdaşlarına etiraf etmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2021-ci il tarixdə, saat 17:10 radələrində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin əməkdaşları tərəfindan gətirilərək Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra ona təcridxanada həbsdə saxlanan təqsirləndirilən şəxslərə qadağan olunmuş əşyaların siyahısı elan olunmuş, siyahı ilə tanış olduqdan sonra iltizamı imzalamışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə onun üzərinə axtarış-baxış keçirilən zamanı sağ ayağındakı ayaqqabısında gizlətdiyi daxilində «Nar» danışıq kartı olan bir ədəd «Xiaomi Redmi 6A» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Əşyanın kimə məxsus olması barədə ondan soruşulanda o, telefonun ona məxsus olduğunu və təcridxanada olduğu müddətdə ailəsi ilə əlaqə saxlamaq məqsədilə ayaqqabısında gizlətdiyini bildirmiş, qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar tədbir iştirakçılarının iştirakı ilə protokol tərtib edilərək mobil telefon aparatı qablaşdırılmış, protokola əlavə olunduqdan sonra bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 İltfiat oğlu və X1 Samir Şahvələd oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəisndə göstərmişdir ki, 18 oktyabr 2021-ci il tarixdə, saat 17:10 radələrində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin əməkdaşları tərəfindan gətirilərək Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına təhvil verildikdən sonra ona təcridxanada həbsdə saxlanan təqsirləndirilən şəxslərə qadağan olunmuş əşyaların siyahısı elan olunmuş, siyahı ilə tanış olduqdan sonra iltizamı imzalamışdır. Bundan sonra onun üzərinə axtarış-baxış keçirilən zamanı sağ ayağında olan ayaqqabısında gizlətdiyi daxilində «Nar» danışıq kartı olan bir ədəd «Xiaomi Redmi 6A» markalı mobil telefon aparatı aşkar edilərək götürüldüyünü görmüşdür. Təcridxana əməkdaşları onun və digər hal şahidinin iştirakı ilə protokol tərtib edərək aşkar edilmiş mobil telefon aparatını qablaşdırılaraq protokola əlavə etmiş, protokolla bütün iştirakçılar tanış olduqdan sonra imzaları ilə təsdiq etdiklərini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 Firudin oğlu Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/1248 saylı, 24 noyabr 2021-ci il tarixli məhkəmə kompyuter texniki ekspertizası, kompyuter texniki obyektlərinin tədqiqi ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «Android» əməliyat sistemi ilə təchiz olunmuş «Xiaomi Redmi 6A» markalı arxa markalanma göstəricisinə görə «M1804C3CG» modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim olunmuş «Xiaomi Redmi 6A» markalı axxa markalanma «M1804C3CG modelli mobil smartfon istifaləçi tərəfindən xüsusi parol tətbiq edildiyi üçün «Menyu» hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki markalanma göstəricisinə və «Sim» danışıq kartının yerləşdiyi yuvada İmei kodunun göstərilməməsi səbəbindən mobil smartfonun «İmei» kodunu müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 dekabr 2021-ci il tarixdə doldurulmuş tələbnamədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarımış 1(004)231/2021 saylı, 05 noyabr 2021-ci il tarixli hökmdən və Bakı Apellyasiya Məhkməsinin 7(103)193/2022 saylı, 24 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərində qəti olaraq 02 (iki) il, 10 (on) ay, 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkməsinin 7(103)193/2022 saylı, 24 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)231/2021 saylı, 05 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il, 10 (on) ay, 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il, 05 (beş) ay, 13 (on üç) günü Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənini bir gününə bərabər tutulmaqla 01 (bir) il, 02 (iki) ay, 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi ilə bağlı cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, məhkəmə iclasında dindirilmiş, elan edilmiş şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İnsan Hüquqlarının və X5 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan 10 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 66). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvəllər məhkum olunmasını, onun azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «24» may 2022-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, Bakı Apellyasiya Məhkəməsinin 7(103)193/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı ilə cəza çəkməsi nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslə-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Maddi sübut bir ədəd «Xiaomi Redmi 6A» markalı, «M1804C3CG» modelli mobil smartfon hökm qanuni qüvvəsini aldıqdan sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 60 manat xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci madəsinə əsasən «04» (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin edilmiş cəza ilə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkməsinin 7(103)193/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı ilə təyin olunmuş «01» (bir) il, «02» (iki) ay, «21» (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «04» (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «24» may 2022-ci il tarixindən hesablansın. Maddi sübut bir ədəd «Xiaomi Redmi 6A» markalı, «M1804C3CG» modelli mobil smartfon hökm qanuni qüvvəsini aldıqdan sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. 60 manat xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, Bakı Apellyasiya Məhkəməsinin 7(103)193/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı ilə cəza çəkməsi nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-47/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-47/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver