Məhkəmə qərarları › İş №1(008)-47/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-47/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-47/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Ağdam rayonu, Seyidli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(009)-941/2022 nömrəli, 16 dekabr 2022ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, ünvan 2ış kompleksi, bina 8, blok 1, mənzil 1 saylı ünvanda yaşayan, barəsində “polsin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1973-cü ildə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-171/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə idarələrində rəhbər və maddi məsul vəzifə tutma, sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ış kompleksi, bina 4, mənzil 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, 07 oktyabr 1991-ci ildə Cəbrayıl rayonu, Minbaşılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qərarına əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, Cəbrayıl rayonu, Minbaşılı ərazi dairəsi, Minbaşılı kəndində qeydiyyatda olmaqla, ünvan 2ış kompleksi, bina 8, mənzil 32 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqdəsi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 11 mart 2023-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçib qanunsuz daxil olaraq həyətyanı sahədən ümumi dəyəri 120 manat təşkil edən 03 ədəd çuğun materialdan olan istilik aparatlarını oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 120 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqdəsi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 18 mart 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz ünvanda yerləşən yaşayış evinin həyətyanı sahəsinə hasardan keçib qanunsuz daxil olaraq həyətyanı sahədən 04 ədəd plastik qapıları görüb, onları talamaq məqsədilə əvvəlcə ümumi dəyəri 100 manat olan 02 ədəd plastik qapıları götürüb, Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota Corolla” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən metal qəbulu məntəqəsinə aparıb satdıqdan sonra, bir yerdə götürə bilmədikləri yerdə qalan 02 ədəd plastik qapıları talamaq məqsədilə həmin tarixdə, saat 17 radələrində yenidən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz ünvanda yerləşən yaşayış evinin həyətyanı sahəsinə qayıdaraq oradan ümumi dəyəri 100 manat olan 02 ədəd plastik qapılarıda götürüb Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota Corolla’’ markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirərək vahid niyyətlə əhatə olunan qəsdlə talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, ünvan 2ış kompleksi, bina 8, blok 1, mənzil 1 saylı ünvanda yaşayır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun qonşularıdır. 11 mart 2023-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs2 ünvan 2ış kompleksində görərək pula ehtiyyacı yarandığına görə ona Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən boş bağ evlərindən oğurluq etməyi təklif etmiş, Təqsirləndirilən şəxs2 etiraz etməyərək onun təklifi ilə razılaşmışdır. Bu məqsədlə, o, həmin gün, saat 14 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən boş bağ evlərinin olduğu əraziyə gəlmiş, bir qədər gəzdikdən sonra cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs məxsus olduğunu öyrəndiyi fərdi yaşayış evinin həyətyanı sahəsinə Təqsirləndirilən şəxs2 ilə birlikdə hasardan aşaraq daxil olmuş, həyətyanı sahədə yarımtikili olmasına baxmayaraq onlar yarımtikiliyə daxil olmamış, həyətdə olan əşyaları oğurlamağı qərarlaşdırmışlar. Onlar ilkin olaraq həyətdə 02 ədəd çuqun materialdan olan istilik aparatlarını hasardan küçəyə atmış, həmin həyətə təkrar daxil olmamaq üçün orada olan 04 ədəd plastik qapını götürərək yaxınlıqda yerləşən kanal qırağında olan qamışlıq ərazidə gizlətmişlər. Onlar ilk öncə yoldan taksi saxladaraq 02 ədəd çuqun materialdan olan istilik aparatlarını Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən metal qəbuulu məntəqəsinə apararaq ümumilikdə 40 manata satmış, əldə etdikləri pulu aralarında bölmüşlər. 18 mart 2023-cü il tarixdə saat 14 radələrində gizlətdikləri plastik qapıları satmağı qərara almış, bu məqsədlə, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində özlərinə məxsus plastik qapıları satmaq üçün sexə aparmağa avtomobil lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs3 etiraz etməyərək onlara taksi xidməti göstərə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota Corolla” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən qamışlıq ərazidən 02 dəfəyə olmaqla Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin yük yerinə qoyaraq plastik Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaxınlığında yerləşən qapıpəncərə sexinə aparıb ümumilikdə 100 manata satmış, əldə etdikləri puldan 29 manatı Təqsirləndirilən şəxs3 xidmət haqqı olaraq ödəmişlər. İlkin olaraq plastik qapı-pəncərə sexinə getdikləri zaman Təqsirləndirilən şəxs3 qapıların oğurluq olmasından məlumatı olmamış, Təqsirləndirilən şəxs3 satış zamanı qeydiyyat aparılması üçün öz sürücülük vəsiqəsini təqdim etmiş, lakin, ikinci dəfə qapıları qapı-pəncərə sexinə apardıqalrı zaman qapıların oğurluq olmasından Təqsirləndirilən şəxs3 məlumat vermişlər. Törətdiyi əməldən səmimi peşam olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-171/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə idarələrində rəhbər və maddi məsul vəzifə tutma, sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası məhkum edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ış kompleksi, bina 4, mənzil 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun qonşularıdır. 11 mart 2023-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs1 ünvan 2ış kompleksində görmüş, Təqsirləndirilən şəxs1 pula ehtiyyacı yarandığına görə ona Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən boş bağ evlərindən oğurluq etməyi təklif etmiş, o, etiraz etməyərək onun təklifi ilə razılaşmışdır. Bu məqsədlə, o, həmin gün, saat 14 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən boş bağ evlərinin olduğu əraziyə gəlmiş, bir qədər gəzdikdən sonra cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs məxsus olduğunu öyrəndiyi fərdi yaşayış evinin həyətyanı sahəsinə Təqsirləndirilən şəxs1 ilə birlikdə hasardan aşaraq daxil olmuş, həyətyanı sahədə yarımtikili olmasına baxmayaraq onlar yarımtikiliyə daxil olmamış, həyətdə olan əşyaları oğurlamağı qərarlaşdırmışlar. Onlar ilkin olaraq həyətdə 02 ədəd çuqun materialdan olan istilik aparatlarını hasardan küçəyə atmış, həmin həyətə təkrar daxil olmamaq üçün orada olan 04 ədəd plastik qapını götürərək yaxınlıqda yerləşən kanal qırağında olan qamışlıq ərazidə gizlətmişlər. Onlar ilk öncə yoldan taksi saxladaraq 02 ədəd çuqun materialdan olan istilik aparatlarını Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən metal qəbuulu məntəqəsinə apararaq ümumilikdə 40 manata satmış, əldə etdikləri pulu aralarında bölmüşlər. 18 mart 2023-cü il tarixdə saat 14 radələrində gizlətdikləri plastik qapıları satmağı qərara almış, bu məqsədlə, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində özlərinə məxsus plastik qapıları satmaq üçün sexə aparmağa avtomobil lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs3 etiraz etməyərək onlara taksi xidməti göstərə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota Corolla” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən qamışlıq ərazidən 01 dəfəyə olmaqla Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin yük yerinə qoyaraq plastik Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaxınlığında yerləşən qapı-pəncərə sexinə aparıb ümumilikdə 100 manata satmış, əldə etdikləri puldan 29 manatı Təqsirləndirilən şəxs3 xidmət haqqı olaraq ödəmişlər. İlkin olaraq plastik qapı-pəncərə sexinə getdikləri zaman Təqsirləndirilən şəxs3 qapıların oğurluq olmasından məlumatı olmamış, Təqsirləndirilən şəxs3 satış zamanı qeydiyyat aparılması üçün öz sürücülük vəsiqəsini təqdim etmişdir. Törətdiyi əməldən səmimi peşam olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Cəbrayıl rayonu, Minbaşılı ərazi dairəsi, Minbaşılı kəndində qeydiyyatda olmaqla, ünvan 2ış kompleksi, bina 8, mənzil 32 ünvanında yaşayır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun qonşularıdır. 18 mart 2023-cü il tarixdə, saat 15 radələrində ünvan 2ış kompleksində olduğu zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq özlərinə məxsus 04 ədəd platik qapını satmaq üçün plastik qapı-pəncərə sexinə aparmağa taksi lazım olduğunu bildirmiş, o, etiraz etməyərək onların təklifi ilə razılaşmışdır. Onlar birlikdə onun idarə etdiyi “Toyota Corolla” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən kanalın yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk öncə 02 ədəd plastik qapını onun avtomobilinin yük yerinə yerləşdirmiş, daha sonra onlar birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaxınlığında yerləşən qapı-pəncərə sexinə gəlmiş, qapıların oğurluq yolu ilə əldə edilməsindən məlumatı olmadığı üçün satışla əlaqədar qeydiyyat aparılmasına görə öz sürücülük vəsiqəsini təqdim etmişdir. Onlar digər iki qapını götürmək üçün yenidən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən kanalın yaxınlığına gəlmiş, digər iki qapını avtomobilin yük yerinə qoyduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaxınlığında yerləşən qapı-pəncərə sexinə geri qayıtmış, avtomobildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında olan danışıqdan qapıların oğurluq yolu ilə əldə edilməsindən məlumatı olmuş, lakin, ilkin olara apardıqları 02 ədəd qapını satarkən qeydiyyat üçün onun sürücülük vəsiqəsi təqdim edildiyinə görə özünündən tutulacağından qorxmuş, bu səbəbdən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri ilə bağlı polisə məlumat verməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində ona məxsus bağ sahəsi var. Ona məxsus bağ sahəsində daimi yaşayış olmamasına baxmayaraq o, mütəmadi olaraq bağ sahəsinə gedərək nəzarət edir. O, sonuncu dəfə, 2023-cü ilin mart ayının ortalarında bağ sahəsində olmuş, lakin, hər hansı oğurluq faktı müəyyən etməmişdir. 20 mart 2023-cü il tarixdə yenidən bağ sahəsinə getdiyi zaman hasara nərdivan qoyulduğunu, bağ sahəsində olan bir neçə əşyanın oğurlandığını müəyyən etmişdir. O, dərhal DİN-nin 102 zəng xidmətinə hadisə barədə məlumat vermişdir. O, ilk əvvəl həyətyanı sahəyə baxış keçirərək 2000 manat dəyərində əşyaların oğurlanması barədə Sabunçu RPİ-nin 15-ci PB-nə izahat yazmış, həyətyanı sahəsindən bir metrinin qiyməti 6 manat təşkil edən ümumilikdə 780 manat dəyərində 130 metr işlənmiş vəziyyətdə aliminium profillər, işlənməmiş vəziyyətdə 400 manat dəyərində dəmir profillər, işlənməmiş vəziyyətdə 200 manat dəyərində plastik borular, işlənməmiş vəziyyətdə bir metrinin qiyməti 1 manat 50 qəpik təşkil edən 100 metr mis elektrik naqilləri, işlənmiş vəziyyətdə bir ədədinin qiyməti 50 manat dəyərində 07 ədəd ümumilikdə 350 manat dəyərində çuğun materialdan ibarət istilik aparatları, işlənmiş vəziyyətdə bir ədədinin dəyəri 140 manat təşkil edən 02 ədəd ümumilikdə 280 manat dəyərində 3 fazalı mator, İşlənmiş vəziyyətdə bir ədədinin dəyəri 10 manat təşkil edən 04 ədəd ümumilikdə 40 manat dəyərində dəmir boçkalar, işlənmiş vəziyyətdə bir ədədinin dəyəri 50 manat təşkil edən 06 ədəd ümumilikdə 300 manat dəyərində plastik qapılar oğurlandığını qeyd etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2500 manat dəyərində maddi ziyan dəymişdir. O, zərərçəkmiş şəxs qismində istintaqa ifadə verdikdən bir müddət sonra o, həyətyanı sahəsində olan yarımçıq tikilidən ibarət otağa baxış keçirən zaman ifadəsində qeyd etdiyi əşyaların çox bir hissəsinin orada olduğunu və oğurlanmadığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evdə kirayədə yaşayır. Himayəsində 2 azyaşlı övladları vardır. O, təxminən 1 il olar ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, Kürdəxanı-Pirşağı yolunda metal qəbulu məntəqəni işlədir. O, metal qəbulu məntəqsində müxtəlif materialdan olan metalları kilo ilə alaraq daha sonra həmin aldığı metalı üzərinə 5 qəpik qoyaraq zavoddara və ya səyyar alıcılara satır. Belə ki, 11 mart 2023-cü İl tarixdə təxminən 15 radələrində işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Pirşağı yolunda yerləşən metal qəbulu məntəqəsinə 2 nəfər tanımadığı şəxslər gəlmişlər. Onlar ona özlərinə məxsus 03 ədəd çuğun materialdan olan batareyaları satdıqlarını bildirmişlər. O, da həmin şəxslərdən bir daha çuğun batareyaların kimə məxsus olduğunu soruşmuş və şəxsiyyətlərini təsdiq edən sənədi istəmişdir. Lakin həmin şəxslər üzərilərində heç bir sənədin olmadığını və çuğun batareyaların özlərinə məxsus olduqlarını, ona narahat olmamağını bildirmişlər. O, da həmin şəxslərə İnanmış və 03 çuğun materialdan olan batareyaları tərəzidə çəkmişdir. Lakin çəkisinin nə qədər olmağı yadında qalmamış, belə ki, o, həmin şəxslərə 35 manat pul verərək həmin 03 ədəd çuğun materialdan olan batareyaları almışdır. Həmin şəxslər isə ondan pulu aldıqdan sonra çıxıb getmişlər. O, daha sonra 03 ədəd çuğun materialdan olan batareyaları tanımadığı şəxsə ümumilikdə 38 manata satmışdır. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin şəxsləri tanımamış və onları birinci dəfə idi ki, görmüş, ona əvəllər hər hansı metal satmamışlar. O, 03 ədəd çuğun materialdan olan batareyaların oğurluq yolu ilə əldə edildiyindən məlumatı olmamışdır. O, qeyd etmişdir ki, həmin şəxslər 03 ədəd çuğun materialdan olan batareyaların özlərinə məxsus olduqlarını bildirmişlər. O, həmin şəxslərdən şəxsiyyəti təsdiq edən sənəd İstəsə də, üzərilərində sənədin olmadıqları, əşyaların özlərinə məxsus olduqlarını, ona heç narahat olmamağını, pula ehtiyacları olduqları üçün satdıqlarını bildirmişlər. O, da onlara inanmış, 35 manat pu! ödəyərək 03 ədəd çuğun materialdan olan batareyaları almışdır. Həmin şəxslər ona heç bir sənəd təqdim edə bilmədikləri üçün o, da təqdim edə bilməyəcəyini bildirmişdir. O, 03 ədəd çuğun materialdan olan batareyaları tanımadığı şəxsə 38 manata satmış və onları təqdim edə bilməyəciyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, birinci Qarabağ döyüşlərində iştirak etmiş və birinci Qarabağ döyüşlərinin qazisidir. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin yaxınlığında metal qəbulu məntəqəsini işlədir. O, metal qəbulu məntəqsində müxtəlif materialdan olan metalları alaraq satır. O, metalları aldığı şəxslərdən hər zaman onların şəxsiyyət vəsiqələrini almış və satdıqları metalın yanında öz mobil telefonunda şəkilini çəkmişdir. 18 mart 2023-cü il tarixdə saat təxminən 16 radələrində İş də olduğu zaman ‘Toyota Corolla" markalı **-XJ-*** dölət nömrə nişanlı avtomobildən bir nəfər tanımadığı şəxs avtomobildən düşərək ona yaxınlaşmış, qapıların özünə məxsus olduğunu bildirmiş və təcili pul lazım olduğundan satdığını söyləmişdir. O, da həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi istəmişdir. Lakin həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını və sürücülük vəsiqəsinin olduğunu bildirmişdir. O, həmin şəxsdən sürücülük vəsiqəsini alıb baxarkən həmin şəxsin Təqsirləndirilən şəxs3 olduğunu görmüşdür. O, Elşaddan sürücülük vəsiqəsini almış, avtomobilinin yanında mobil telefonu vasitəsi ilə şəkilini çəkmiş, özündə saxlamışdır. Həmin şəxsin yanında digər 2 nəfər şəxsində avtomobilində oturduğunu görmüşdür. Həmin plastik qapılar işlənmiş vəziyyətdə olmuş və üzəri palçıq olmuş, həmçinin çərçivələri sınmış vəziyyətdə olmuşdur. O, bu səbəbdən həmin qapının bir ədədi üçün 25 manat pul verərək ala biləcəyini demişdir. Həmin şəxs yəni Elşad yanında olan şəxslərlə məsləhətləşmiş və razılığa gəldikdən sonra o, 2 plastik qapıya görə 50 manat pul ödəyərək almış və daha sonra həmin şəxslər avtomobilə əyləşərək çıxıb getmişlər. Təxminən 1-2 saat sonra yenidən həmin şəxs yəni Elşad onun işlədiyi metal qəbulu məntəqəsinə yaxınlaşaraq yenidən 2 ədəd plastik qapıları satdığnı bildirmişdir. O, Elşaddan hansı səbəbdən birinci dəfə plastik qapıları gətirib ona satmadığım soruşduqda, Elşad ona həmin qapıların avtomobilinə yerləşməməsi səbəbindən gedib gətirəcəyini bildirmişdir. O, da yenə sonradan Elşadın sonradan gətirdiyi 02 ədəd plastik qapıya görə ona 50 manat pul verərək qapıları Elşaddan almışdır. Elşad daha sonra yanında olan tanımadığı 2 nəfər şəxslə avtomobilinə əyləşərək çıxıb getmişdir. O, da aldığı qapıları təmir etmiş və bir ədədini tanımadığı şəxslərə 40 manata satmışdır. O, ümumilidə 04 ədəd plastik materialdan olan qapıları satan Elşadı və Elşadın yanında olan iki nəfər şəxsləri tanımamış, onları birinci dəfə idi ki, gördüyünü, həmin şəxslərin ona əvəllər hər hansı metal satmadıqlarını bildirmişdir. O, əldə etdiyi 04 ədəd plastik materialdan olan qapıların oğurluq yolu ilə əldə edildindən məlumatının olmadığını bildirmişdir. Qeyd etmişdir ki, bu səbəbdən hər metal aldığı şəxsin sənədini tələb edir və onun şəkilini mobil telefonunda çəkir. Həmçinin həmin şəxsdə ona qapıların özünə məxsus olduğunu bildirmişdir. Cinayət işi materiallarında olan 07 aprel 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-1, vərəq 45-46). Cinayət işi materiallarında olan 07 aprel 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-1, vərəq 66-67). Cinayət işi materiallarında olan 07 aprel 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-1, vərəq 87-88). Cinayət işi materiallarında olan 08 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsindən edilmiş oğurluq faktı ilə bağlı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. (c.i, cild-1, vərəq 101-104). Cinayət işi materiallarında olan 08 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsindən edilmiş oğurluq faktı ilə bağlı Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. (c.i, cild-1, vərəq 107-110). Cinayət işi materiallarında olan 08 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsindən edilmiş oğurluq faktı ilə bağlı Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. (c.i, cild-1, vərəq 113-116). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 283/2023 nömrəli, 09 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (c.i, cild-1, vərəq 180-184). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 282/2023 nömrəli, 09 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (c.i, cild-1, vərəq 185-189). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 282/2023 nömrəli, 09 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Tağıyevin vəsatəti təmin edilməmiş, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (c.i, cild-1, vərəq 190-193). Cinayət işi materiallarında olan 09 aprel 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-1, vərəq 194-195). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 325/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (c.i, cild-1, vərəq 231-235). Cinayət işi materiallarında olan 07 iyul 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti bitdiyindən onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-2, vərəq 63-65). Cinayət işi materiallarında olan 07 iyul 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti bitdiyindən onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-2, vərəq 67-69). Cinayət işi materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 171/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(075)-8/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il müddətinə dövlət, özəl və yerli özünüidarə idarələrində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası tamamilə toplanılaraq Təqsirləndirilən şəxs2 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan etmə cəzası təyin edilmişdir. Şəki Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(075)- 8/2021 nömrəli hökmünə əsasən çəkilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, 02 (iki) ay 07 (yeddi) gün dövlət, özəl və yerli özünüidarə idarələrində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrumetmə cəzası cinayətlərin məcmusu üzrə təyin edilmiş 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə idarələrində rəhbər və maddi məsul vəzifə tutma, sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanılaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün müddətinə dövlət, özəl və yerli özünüidarə idarələrində rəhbər və maddi məsul vəzifə tutma, sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. (c.i, cild-2, vərəq 72-79). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(009)- 941/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 04 (dörd) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla, onun cəzasından 08 (səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (c.i, cild-2, vərəq 80-86). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (c.i, cild-2, vərəq 88). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4253 nömrəli, 21 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 03 adda malların 2023cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 512 manat müəyyən olunur. Digər qərarda qeyd edilən 05 adda mallar (istehsal yeri, markası, modeli, ölçüsü, digər texniki göstəriciləri və.s) barədə ətraflə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. (c.i, cild-2, vərəq 89-90). Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs 17 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmi, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbi yoxdur. (c.i, cild-2, vərəq 95). Cinayət işi materiallarında olan 20 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota Corolla’’ markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış vəziyyətdə, avtomobilin yük yerində plastik materialdan olan qapıların görüntülərini özündə əks etdirən 02 ədəd foto iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (c.i, cild- 2, vərəq 96-111). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 may 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-171/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün müddətinə dövlət, özəl və yerli özünüidarə idarələrində rəhbər və maddi məsul vəzifə tutma, sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmündəki yalnışlıq aradan qaldırılaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə idarələrində rəhbər və maddi məsul vəzifə tutma, sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası məhkum edilmişdir. 13 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (c.i, cild-1, vərəq 236-239). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 may 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qərarına əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 23 avqust 2017-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. (c.i, cild-1, vərəq 240-241). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (c.i, cild- 1, vərəq 242-243). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 14 saylı Cəzaçəkmə Müəssisəsinin 180 saylı, 13 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş dövlət, özəl və yerli özünüidarə idarələrində rəhbər və maddi məsul vəzifə tutma, sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistya qərarın 4-cü bəndinə əsasən 06 (altı) ay azadılmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 21/1-3-1311/19 nömrəli, 17 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(009)-941/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 01 fevral 2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, Təqsirləndirilən şəxs1 17 yanvar 2024-cü il tarixə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 06 (altı) gününü çəkmiş, 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işi materiallarında olan AZ İV seriyalı, 765518 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladı var. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, zərəçəkmiş şəxs, şahid ifadələri ilə, digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs3 “…qapıların oğurluq yolu ilə əldə edilməsindən sonradan məlumatının olduğunu.....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs3 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs3 azadlığının 07 aprel 2023-cü il tarixdən 09 aprel 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hal kimi Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-171/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yaranmışdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Səbail Rayon Məhkəməsinin 1(009)-171/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutma, sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzasının çəkilməmiş 05 (beş) ay 24 (iyirmi dörd) günü, hazırkı hökmlə təyin olunmuş cəza ilə tam birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 07 aprel 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasının 03 (üç) ayına bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladı olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(009)-941/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 03 (üç) ay 14 (on dörd) günü, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 07 aprel 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs1 həbsdə olduğu 03 (üç) ay müddət azadlıqdan məhrum etmə cəzasının 03 (üç) ayına bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilməsi nəzərdə tutulan cəzalar cəzanın həmin məqsədlərini təmin edir. Ekspertiza xərci və maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota Corolla’’ markalı **- XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış vəziyyətdə, avtomobilin yük yerində plastik materialdan olan qapıların görüntülərini özündə əks etdirən 02 ədəd foto cinayət işinin materiallarında saxlanılmalı, cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-941/2022 saylı, 26 dekabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 03 (üç) ay 14 (on dörd) günü, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə olduğu 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasının 03 (üç) ayına bərabər tutulmaqla, onun cəzasından 03 (üç) ay çıxılaraq üzərində qəti olaraq 02 (ik) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Səbail Rayon Məhkəməsinin 1(009)-171/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutma, sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzasının çəkilməmiş 05 (beş) ay 24 (iyirmi dörd) günü, hazırkı hökmlə təyin olunmuş cəza ilə tam birləşdirilməklə onun üzərində qəti olaraq 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutma, sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 03 (üç) ay müddət azadlıqdan məhrumetmə cəzasının 03 (üç) ayına bərabər tutulmaqla, onun cəzasından 03 (üç) ay çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutma, sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota Corolla’’ markalı **- XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış vəziyyətdə, avtomobilin yük yerində plastik materialdan olan qapıların görüntülərini özündə əks etdirən 02 ədəd foto cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar