Məhkəmə qərarları › İş №1(008)-47/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-47/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-47/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 fevral 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 127/131 ünvanında yerləşən "Royal" adı oyun salonuna müştəri qismində daxil olaraq salonda olan masanın üzərində olan 01 ədəd 290 manat dəyərində "Samsung A32" markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 290 (iki yüz doxsan) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 fevral 2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 icara əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən "Kişi salonu" adlı bərbərxanaya müştəri qismində daxil olaraq salonda yerləşən divanın üzərində olan 01 ədəd 1850 manat dəyərində "İphone 14" markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 mart 2024-cü il tarixdə saat 19:55 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən "Play Station" adlı oyun salonuna müştəri qismində daxil olaraq salonda yerləşən masanın üzərində olan 01 ədəd 550 manat dəyərində "Playstation 4" markalı oyun aparatını. ümumilikdə 160 manat dəyərində 02 ədəd oyun pultunu. 01 ədəd 320 manat dəyərində "Playstation 3" markalı oyun aparatını, ümumilikdə 90 manat dəyərində manat olmaqla 02 ədəd oyun pultunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1120 (bir min yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 aprel 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Bakı şəhəri Nərimanov rayonu A.Heydərov küçəsində yerləşən "Oyun evi" adlı oyun salonuna müştəri qismində daxil olaraq salonda yerləşən masanın üzərində olan 01 ədəd 500 manat dəyərində "Playstation 4" markalı oyun aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 500 (bes yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 aprel 2024-cü il tarixdə saat 13:30 radələrində Zərərçəkmiş şəxs5 icarə əsasımda işlətdiyi Bakı şəhəri Nərimanov rayonu M.Nərimanov küçəsində yerləşən "Al Market"ə müştəri qismində daxil olaraq marketdə satıcı işləyən Zərərçəkmiş şəxs5 başının qarışıq olmasından istifadə edib mağazada masanım üzərində olan sonuncuya məxsus 01 ədəd 500 manat dəyərində "Xiaomi Redmi 108" markalı oyun mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 jyun 2024-cü il tarixdə saat 12:30 radələrində ünvan 4 ünvanında yerləşən "X3" oyun zalına müştəri qismində daxil olaraq həmin oyun zalında işçi masasının üzərinə qoyulmuş oyun salonunda inzibatçı işləyən Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd 750 manat dəyərində "Samsung $20 FE" markalı mobil telefonu gizli olaraq talayıb zərəçəkmiş şəxsə 750 (yeddi yüz əlli) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyun 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 60 E ünvanında yerləşən adsız bərbər salonuna müştəri qismində daxil olaraq həmin salonda işçi masasının üzərinə qoyulmuş salonda bərbər kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs7 məxsus üzərində 6 manat dəyərində telefon qabı, içərisində 6 manat dəyərində və 20 manat dəyərində GSM nömrələr olan 500 (beş yüz əlli) manat dəyərində "Oneplus 9RT" markalı mobil telefonu gizli olaraq talayıb zərəçəkmiş şəxsə ümumilikdə 532 (beş yüz otuz iki) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaaraq talama məqsədi ilə 23 iyun 2024-cü il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs8 icarə əsasında işlətdiyi Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 202 M ünvanında yerləşən "Arena Playstation" adlı oyun salonuna müştəri qismində daxil olaraq həmin salonda masasının üzərinə qoyulmuş Zərərçəkmiş şəxs8 məxsus hər biri 350 manat olmaqla 02 ədəd "Playstation 3" markalı oyun aparatını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs8 ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 iyun 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi B.Zeynallı küçəsində yerləşən "Playstation club" adlı oyun zalına müştəri qismində daxil olaraq həmin obyektin kabinetindən Zərərçəkmiş şəxs9 məxsus 01 ədəd 350 manat dəyərində "Playstation 3" oyun aparatını, birinin qiyməti 40 manat olmaqla 02 ədəd həmin aparata məxsus playstation konsulunu və oyun zalının ümumi hissəsindən 120 manat dəyərində "Redmi Note 12" markalı mobil telefonu gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 550 (beş yüz əlli) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyindən ona CM-in həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Həmin cinayət işi Nəsimi rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə iş üzrə əməl CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilməklə ona ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə cinayət işi ərazi aidiyyəti üzrə Sabunçu rayon polis idarəsinə göndərilmiş və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. xx.xx.2024-cü il tarixdə ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş, təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 fevral 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 127/131 ünvanında yerləşən "Royal" adlı oyun salonuna müştəri qismində daxil olaraq salonda olan masanın üzərində olan 01 ədəd 290 manat dəyərində "Samsung A32" markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 290 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 fevral 2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 icarə sasında işlətdiyi ünvan 3 ünvanında yerləşən "Kişi salonu" adlı bərbərxanaya müştəri qismində daxil olaraq salonda yerləşən divanın üzərində olan 01 ədəd 1850 manat dəyərində "İphone 14" markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1850 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 mart 2024-cü il tarixdə saat 19:55 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən "Play Station" adlı oyun salonuna müştəri qismində daxil olaraq salonda yerləşən masanın 3 üzərində olan 01 ədəd 550 manat dəyərində "Playstation 4" markalı oyun aparatını, ümumilikdə 160 manat dəyərində 02 ədəd oyun pultunu, 01 ədəd 320 manat dəyərində "Playstation 3" markalı oyun aparatını, ümumilikdə 90 manat dəyərində manat olmaqla 02 ədəd oyun pultunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1120 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 aprel 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Bakı şəhəri Nərimanov rayonu A.Heydərov küçəsində yerləşən "Oyun evi" adlı oyun salonuna müştəri qismində daxil olaraq salonda yerləşən masanın üzərində olan 01 ədəd 500 manat dəyərində "Playstation 4" markalı oyun aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 aprel 2024-cü il tarixdə saat 13:30 radələrində Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi Bakı şəhəri Nərimanov rayonu M.Nərimanov küçəsində yerləşən "Al Market" müştəri qismində daxil olaraq marketdə satıcı işləyən Zərərçəkmiş şəxs5 başının qarışıq olmasından istifadə edib mağazada masanın üzərində olan sonuncuya məxsus 01 ədəd 500 manat dəyərində "Xiaomi Redmi 105" markalı oyun mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 iyun 2024-cü il tarixdə saat 12:30 radələrində ünvan 4 ünvanında yerləşən "X3" oyun zalına müştəri qismində daxil olaraq həmin oyun zalında işçi masasının üzərinə qoyulmuş oyun salonunda inzibatçı işləyən Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd 750 manat dəyərində "Samsung S20 FE" markalı mobil telefonu gizli olaraq talayıb zərəçəkmiş şəxsə 750 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyun 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 60 E ünvanında yerləşən adsız bərbər salonuna müştəri qismində daxil olaraq həmin salonda işçi masasının üzərinə qoyulmuş salonda bərbər kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs7 məxsus üzərində 6 manat dəyərində telefon qabı, içərisində 6 manat dəyərində və 20 manat dəyərində GSM nömrələr olan 500 manat dəyərində "Oneplus 9RT" markalı mobil telefonu gizli olaraq talayıb zərəçəkmiş şəxsə ümumilikdə 532 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaaraq talama məqsədi ilə 23 iyun 2024-cü il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs8 icarə əsasında işlətdiyi Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 202 M ünvanında yerləşən "Arena Playstation" adlı oyun salonuna müştəri qismində daxil olaraq həmin salonda masasının üzərinə qoyulmuş Zərərçəkmiş şəxs8 məxsus har biri 350 manat olmaqla 02 ədəd "Playstation 3" markalı oyun aparatını gizli olaraq talayıb zərəçəkmiş şaxs Zərərçəkmiş şəxs8 ümumilikdə 700 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 iyun 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi B.Zeynallı küçəsində yerləşən "Playstation club" adlı oyun zalına müştəri qismində daxil olaraq həmin obyektin kabinetindən Zərərçəkmiş şəxs9 maxsus 01 ədəd 350 manat dəyərində "Playstation 3" oyun aparatını, birinin qiyməti 40 manat olmaqla 02 ədəd həmin aparata maxsus playstation konsulunu və oyun zalının ümumi hissəsindən 120 manat dəyərində "Redmi Note 12" markalı mobil telefonu gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 550 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etməklə yanaşı, əlavə olaraq bildirmişdir ki, videogörüntüdə olan şəxs özü olmuş, bütün oğurluqları tək törətmiş. Zərərçəkmiş şəxs4 işlətdiyi salondan oyun aparatını özü götürmüş, digər iki nəfəri tanımamış, oğurluq zamanı həmin şəxslər iştirak etməmişdir. Zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən "Oyun evi" adlı oyun salonu işlədir, salonda olan oyun aparatları və əşyalar ona məxsus olmuş, salonu özü işlətməklə nəzarət üçün həmçinin, müşahidə kameraları da quraşdırmışdır. Oyun salonunu hər gün saat 11:00-da açmış və saat 24:00-da bağlamışdır. 02 aprel 2024-cü il tarixdə saat 23 radələrində işlətdiyi oyun salonuna 03 nəfər tanımadığı şəxs daxil olmuş və masalardan birində əyləşərək oyun konsolu ilə oynamağa başlamış, bir qədər oyun oynadıqdan sonra həmin üç nəfər hesabı ödəyərək çıxıb getmişlər. Bundan sonra salona nəzarət edərkən masaların birində 01 ədəd oyun konsolunun yerində olmadığı görüb müşahidə kameralarına baxmış və müştəri olmuş həmin 03 nəfərdən uca boylu olan şəxsin salonda başqa bir masanın üzərində olmuş oyun konsolunun naqillərini çıxardıqdan sonra aparatı çantasına qoyduğunu və həmin üç nəfərin birlikdə çıxıb getdiklərini görmüşdür. Zərərçəkmiş şəxs4 yuxarıda qeyd olunan məzmundakı ifadəsini olduğu kimi təsdiq etməklə yanaşı, məhkəmə istintaqı zamanı əlavə olaraq bildirmişdir ki, müşahidə kameralarından göründüyü kimi, uca boylu şəxs Təqsirləndirilən şəxs olmuş, o, digər iki nəfərlə birlikdə oyun salonuna daxil olmuş. birlikdə oyun oynamış, daha sonra Təqsirləndirilən şəxs başqa masanın üzərində olan oyun aparatının naqillərini çıxardıb digər iki nəfərin yanına gələrək çantasına qoymuş və birlikdə salonu tərk etmişlər. Cinayət işinin materiallarına əlavə olunmasa da, mövcud videogörüntüləri həmçinin istintaq orqanına təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 yazılı vəsatət verərək onun işlətdiyi salondan oğurluq etmiş Təqsirləndirilən şəxsla yanaşı, videogörüntüdə olan digər iki şəxsin də cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi hayata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs Orucali İsayev tərəfindən məhkəməyə təqdim edilmiş səssiz videogörüntünü özündə əks etdirən "CD" diskə baxış zamanı müəyyən olunur ki, 02 aprel 2024-cü il tarixda saat 22:49-da salona üç nəfər öncə orta boylu, əynində papaqlı poliver və qara rəngli qolsuz gödəkçə geyinmiş şəxs, ondan sonra uca boylu, qısa gödəkçə və idman şalvarı, önundə qara rəngli çanta asılmış Təqsirləndirilən şəxs və sonda isə orta boylu, qısa gödəkçə və idman şalvarı geyinmiş şəxs daxil olmuş və salonun sonunda oyun masasının qarşısında olan divana əyləşmişlər. Saut 23:38-də Təqsirləndirilən şəxs qayıdıb divana əyləşdikdən sonra gödəkçəsinin sol tərəfində saxladığı qara rəngli aparatı çıxarıb yerdə olan çantaya yerləşdirərkən ondan sağ tərəfdə divanda əyləşərək oyun oynayan şəxs və tək kresloda əyləşmiş digər şəxslə danışıqlar aparır, tak kresloda oturmuş şəxs əli ilə oyun oynayan şəxsə işarə verdikdən və Təqsirləndirilən şəxs aparatı çantasına qoyduqdan sonra hər üçü eyni vaxtda qalxaraq salonu tərk edirlər. Eləcə də, Zərərçəkmiş şəxs4 Bakı şəhəri Nərimanov RPİ-yə ünvanlandığı 02 aprel 2024-cü il tarixli yazılı ərizəsində 02 aprel 2024-cü il tarixdə saat 23 radələrində ünvan 8 ünvanında yerləşən, icarə əsasında işlətdiyi "Oyun evi" kompüter salonuna üç nəfər tanımadığı şəxsin daxil olub "Playstation" oyun aparatını oğurladıqlarını bildirərək həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsində köməklik olunmasını xahiş etmişdir. Bundan başqa, iş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli "Sübutların qiymətləndirilməsi haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin tərkib əlamətlərinin olubolmamasına hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs4 polis orqanına ünvanlandığı şikayət ərizəsinə, onun məhkəməyədək icraat dövründə, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə, həmçinin məhkəməyə təqdim edilmiş videogörüntülərə əsasən, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini tək halda deyil, onun şəxsiyyəti naməlum olan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə əsaslı şübhələr vardır. Belə ki, istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə saat 23 radələrində tarixdə iki nəfərlə birgə salona gəlməsi və oyun oynadıqdan dərhal sonra birlikdə salonu eyni vaxtda tərk etmələri barədə ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar şəxsiyyəti naməlum olan şəxslərin müəyyən edilməsi istiqamətində ümumiyyətlə araşdırma aparılmamış, həmçinin iş üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi qərarında da bu hala hüquqi qiymət verilməmişdir. Bununla da, yuxarıda sadalanan hallar təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 177.2.2-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmasına əsaslı şübhələr vardır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır ittihamın, yəni Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin irəli sürülməsi, habelə cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin də məsuliyyətə cəlb edilməsi müəyyən edildiyinə görə, cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə, dövlət ittihamçısının vəsatətində göstərdiyi halları cinayət işinin materialları və məhkəmədə araşdırılmış sübutlarla müqayisəli şəkildə təhlil edərək, iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar, işin faktiki halları və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham arasında uyğunsuzluq olmasını müşahidə olunduğunu, Zərərçəkmiş şəxs4 polis orqanına ünvanlandığı şikayət ərizəsinə, onun məhkəməyədək icraat dövründə, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə, həmçinin məhkəməyə təqdim edilmiş videogörüntülərə əsasən, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini tək halda deyil, onun şəxsiyyəti naməlum olan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə əsaslı şübhələrin olmasını, istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə saat 23 radələrində tarixdə iki nəfərlə birgə salona gəlməsi və oyun oynadıqdan dərhal sonra birlikdə salonu eyni vaxtda tərk etmələri barədə ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar şəxsiyyəti naməlum olan şəxslərin müəyyən edilməsi istiqamətində ümumiyyətlə araşdırma aparılmamasını, həmçinin iş üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi qərarında da bu hala hüquqi qiymət verilməməsini nəzərə alır və bu səbəbdən də dövlət ittihamçısının vəsatətinin Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinin tələbələrinə uyğun olduğu qənaətinə gəlib vəsatətin təmin edilməsini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin müddəalarına görə dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılması imperativ xarakter daşıyır. Azərbaycan Respublikası CPM-nin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 barəsində xüsusi qərar çıxarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 318.2-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin, ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması, onun hərəkətlərində ona qarşı irəli sürülmüş ittihamdan daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkibinin olub-olmaması, habelə cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin də məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərarın surəti cinayət prosesinin tərəflərinə göndərilsin. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar