Məhkəmə qərarları › İş №1(008)-471/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-471/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-471/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və “Hümbətov və Patnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 9 ünvanın qarşısında anası X4 qeyri-rəsmi münasibətdə yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs anası Şahid qarşı etdiyi lüzumsuz təhdidlər səbəbindən övlad olaraq anasına qarşı olunan hərəkətləri qəbul etməyərək özündə olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə iki dəfə qəsdən vurmaqla sonuncunun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bel nahiyəsinin döş və qarın boşluqlarına keçməyən, sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarasından ibarət xəsarət yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs anası Şahid ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuş, müxtəlif vaxtlarda onlara gəlib-getmişdir. İlk vaxtlar Zərərçəkmiş şəxs ilə münasibətləri normal olsa da, lakin, sonradan Zərərçəkmiş şəxs onun anasını dəfələrlə təhqir etdiyi və döydüyü üçün aralarındakı münasibətləri pozulmuşdur. 19 noyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində anası ona zəng edərək yaşadıqları binanın blokunda onu qaşılamasını bildirdiyi üçün o, bloka düşərək anasını qarşılamış, həmin vaxt Zərərçəkmiş şəxs binanın tinində dayanaraq anası Şahid səsləmiş, lakin, dayanmayaraq onunla birlikdə yaşadıqları evə qalxmışdır. Daha sonra Zərərçəkmiş şəxs telefon vasitəsi ilə anası ilə əlaqə saxlayaraq aşağı düşməsini tələb etmiş, Şahid təkrar zənglərdən sonra Şahidin hərəkətlərindən bezərək onunla danışmaq üçün həyətə düşmüşdür. O, anasını qorumaq üçün evdən bıçaq götürərək həyətə düşmüş, binanın yaxınlığında anası ilə Şahidin mübahisə etdiyini görərək onlara yaxınlaşmışdır. Zərərçəkmiş şəxs anasını nalayiq ifadələrlə təhqir etməsindən əsəbləşərək onunla mübahisə etmiş, əsəblərinə hakim ola bilməyərək onu yumruqla vurmuşdur. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun yaxınlarının, eləcə də, şəhid dayısı oğlunun ünvanına nalayiq ifadələr işlətmiş, o, Zərərçəkmiş şəxsə şəhid dayısı oğlunu təhqir etməməsini bildirməsinə baxmayaraq, Zərərçəkmiş şəxs onun sözlərinə əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirdiyinə görə ona üzərində olan bıçaqla zərbə endirmişdir. Mübahisə zamanı anası Zərərçəkmiş şəxs bıçaqla hər hansı bir xəsarət yetirməmişdir. Daha sonra Zərərçəkmiş şəxs yumruqla onun göz nahiyəsinə vuraraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsin anası Şahid ilə təxminən 14 ildir ki, qeyri-rəsmi ər-arvad münasiətindədir. İlk əvvəllər Şahid ilə münasibətləri normal olsa da, lakin, sonradan müxtəlif vaxtlarda qısqanclıq zəminində aralarında mübahisələri olmuşdur. O, Şahid işlədiyi “Laçın” ticarət mərkəzində olarkən Aidənin iş yoldaşı ona yaxınlaşaraq kim olduğunu soruşmuş, o, həmin şəxsə Aidənin həyat yoldaşı olduğunu bildirdikdən sonra Aidənin başqa şəxslə münasibəti olduğunu bildirmişdir. O, məsələni aydınlaşdırmaq məqsədi ilə Şahid Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 9 ünvanı yaxınlığında gözləməyə başlamış, həmin vaxt, Şahid başqa bir şəxslə gəldiyini gəldiyini görərək onlara yaxınlaşmışdır. Şahid onlarla dayanmayaraq yaşadığı evə getmiş, o, həmin şəxsdən kim olduğunu soruşduqda, özünü ona Nurlan adı ilə təqdim edən şəxs 3 ildən artıq müddətdir ki, Şahid ilə münasibətləri olduğunu ona bildirmişdir. O, məsləyə aydınlıq gətirmək məqsədi ilə Şahid həyətə çağırmış, həmin vaxt, Təqsirləndirilən şəxs onunla birlikdə olmuşdur. Bir müddət sonra Şahid aşağı düşərək əlində bıçaqla onun üzərinə gələrək onu biabır etməsinin səbəbini soruşmuş, o, Şahid onu biabır etmək məqsədinin olmadığını, lakin, aralarında olan münasibətlərə aydınlıq gətirmək istədiyini bildirmişdir. Şahid əlində olan bıçaqla onun üzərinə gəlməyə davam etmiş, o, Aidənin əlində olan bıçağı almaq istəyərkən bıçaq onun qolunu kəsmiş, həmin vaxt, Təqsirləndirilən şəxs əlində olan bıçaqla iki dəfə onun böyrək hissəsinə zərbə endirmişdir. O, qanaxması olduğu üçün oradan uzaqlaşaraq “Badukubə” restoranı yaxınlığına getmiş, yoldan keçən polisdən ona köməklik göstərilməsini bildirmişdir. Polis əməkdaşı onu ilk öncə Sabunçu RPİ-nin 13-cü PB-yə aparılmış, daha sonra tibbi yardım göstərilməsi üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmış, orada əməliyyat olunmuşdur. Baş vermiş hadisə zamanı ətrafa xeyli sayda insanlar toplaşmış, hadisə yerində iki bıçaq olmuşdur. Lakin, ibtidai istintaq zamanı cinayət işinin araşdırmasını aparan müstəntiq tərəfindən ifadəsi təhrif olunmuş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmişdir. Cinayətinin ibtidai istintaqı yekunlaşdıqdan sonra cinayət işi materialları ilə tanış edilərkən müstəntiq təcili getməli olduğunu bildirərək təqdim olunmuş sənədləri imza etməsini xahiş etmiş, o, müstəntiqə inandığı üçün təqdim olunmuş sənədləri imza etmişdir. Lakin, sonradan məhkəmə tərəfindən ona ittiham aktı təqdim edildiyi zaman məlumatların və ifadələrin təhrif edildiyini görmüş, bununla bağlı, Baş Prokurorluğa müraciət etmişdir. O, təqsirləndirilən şəxs və onun ailəsi ilə barışığa cəhd etməsinə baxmayaraq, qarşı tərəf onunla barışmamış, ona hədə-qorxu gələrək onu tutduracaqlarını bildirmişlər. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır və aralarında qeyri-rəsmi ər-arvad münasibəti olmuşdur. Zərərçəkmiş şəxs ilə ilk vaxtlar münasibətləri normal olsa da, lakin, sonradan Zərərçəkmiş şəxs dəfələrlə onu döyərək təhqir etmiş, iş yerinə gələrək insanlar içərisində onu alçaltmışdır. O, Şahidin hərəkətləri ilə bir neçə dəfə polisə müraciət etmişdir. 19 noyabr 2022-ci il tarixdə işdən çıxdığı zaman yaşadığı evə zəng etmiş, qaynanası Şahidin dəfərlə evə zəng etdiyini, yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 9 ünvanın qarşısında onu gözlədiyini bildirmişdir. O, işdən gələrək birbaşa evə qalxmış, evdə olduğu zaman Şahid dəfələrlə ona zəng edərək həyətə düşməsini tələb etmişdir. O, Şahidin hərəkətləri barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, lakin, Şahid hərəkətlərini davam etdirdiyi üçün o, məcbur qalaraq həyətə düşüb Şahidlə mübahisə etmişdir. Murad onunla Şahidin mübahisə etdiyini görərək onu qorumaq məqsədi ilə əlində bıçaqla onlara yaxınlaşmış, lakin, Şahidi vurmaq niyyəti olmamışdır. Murad aralarında olan mübahisə müdaxilə etdiyi üçün Şahid onun göz nahiyəsindən yumruqla vurmuş, bundan sonra, Murad əlində olan bıçaqla Şahidə xəsarət yetirmişdir. Hadisə zamanı onun əlində bıçaq olmamış, Şahidə hər hansı bir xəsarət yetirməmişdir. Hadisə zamanı ətrafda heç kəs olmadığı üçün yoldan keçən avtomobillərdəki şəxslərdən onlara köməklik etmələrini xahiş etmiş, lakin, heç kim köməklik üçün dayanmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqidir və polis polkovnik-leytenantı rütbəsi daşıyır. Cinayət işinin başlanmasına əsas və səbəb, 19 noyabr 2022-ci il tarixdə X5 Zərərçəkmiş şəxs bıçaq yarası ilə xəstəxanaya müraciət etməsinə dair daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 13-cü PB-də toplanmış ilkin təhqiqat materialları olmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. 13 yanvar 2023-cü il tarixdə ********* nömrəli cinayət işi tərəfindən icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş, ifadəsində 19 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində ünvan 2 ünvanın qarşısında X7 ilə aralarında baş vermiş mübahisə zamanı Şahid oğlu Təqsirləndirilən şəxs özündə olan mətbəx bıçağı ilə ona müxtəlif bədən xəsarətləri yetirmişdir. İbtidai istintaq zamanı dəfələrlə Zərərçəkmiş şəxs ona kimin xəsarət yetirdiyi soruşulmuş, o, hər dəfəsində Şahid əlində bıçaq olmasına baxmayaraq ona xəsarət yetirmədiyini, onu yalnız Təqsirləndirilən şəxs vurduğunu bildirmişdir. Həmçinin, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı bir neçə dəfə Təqsirləndirilən şəxs ilə barışmaq istədiyni bildirmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs ibtidai istintaq yekunlaşdıqdan sonra cinayət işi materialları ilə tanış edilmiş, əlavə və düzəlişinin olmadığını bildirmişdir. Cinayət işinin 13-14-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 ambulator kitabçadan çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs 21 may 2020ci il tarixdən 12 iyun 2020-ci il tarixədək, 30 iyul 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixdək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 müalicədə olmuşdur. Cinayət işinin 26-28-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 Sabunçu rayon şöbəsinin 29 noyabr 2022-ci il tarixli, 2703 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bel nahiyəsinin döş və qarın boşluqlarına keçməyən bir ədəd; sol bazu nahiyəsinin bir ədəd (cəmi: 2 (iki) ədəd) deşilmişkəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Cinayət işinin 39-cu vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 40-41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2022-ci il tarixli, 3/1688 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərüffat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində dəyişiklik edilməmişdir. Cinayət işinin 61-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 31 oktyabr 2020-ci il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcə əlildir. Cinayət işinin 64-66-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 521 saylı, 25 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Debillik” dərəcəsində oliqofreniya, davranış pozuntusu ilə formasında kəmağıllıq müəyyən edilir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən edilən kəmağılılıq o dərəcə də ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın, yəni törətdiyi əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən Debillik dərəcəsində oliqofreniya, davranış pozuntusu ilə diaqnozlu kəmağıllıqla əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Cinayət işinin 66-71-ci vərəqəsində olan 03 mart 2023-cü il tarixli sübutların qiymətlədnilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi 01 ədəd mətbəx bıçağı cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 98-ci vərəqələrində olan 04 mart 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 52-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 10 fevral 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, zərəçəkmiş şəxsin irəli sürüdüyü dəlillərdən və cinayət işində mövcud olan sübutlardan xuliqanlıq cinayətinə xas əlamətlər aşkar edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində göstərilmişdir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Belə ki, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürüdüyü ittihamın əsas dəlilləri cinayət təqibində iştirak edən şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid) ifadələri və məhkəmə tibbi ekspertizasının rəyləridir. Məhkəmə qeyd edilən dəlilləri araşdıraraq müəyyən edir ki, ittihamın əsasını təşkil edən, əməlin xuliqanlıq kimi tövsif edilməsinə istiqamətlənən ittihamın ən tutarlı dəlilləri hesab edilən iş üzrə zərərçəkmiş şəxs, şahid və təqsirləndirilən şəxsin ifadələri təqsirləndirilən şəxs əməlinin məhz xuliqanlıq kimi tövsif edilməsi üçün yetərli deyil. Çünki, əməlin xuliqanlıq olmasının təsdiq olunması üçün həmin əməlin spesifik, xarakterik əlamətləri mövcud olmalıdır. Belə ki, xuliqanlıq cinayəti obyektiv cəhətdən bir neçə hərəkətlərdə ifadə olunsa da, əməlin xuliqanlıq kimi tövsif olunması üçün həmin əməl üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin ətraflı şərhi verilmiş və göstərilmişdir ki, xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Təqsirləndirilən şəxsin özünün, eləcədə, zərərçəkmiş şəxsin məhkəmə iclasında etdiyi çıxışlardan ilk növbədə o hal müəyyən olunur ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında yaranan mübahisə və münaqişə təqsirləndirilən şəxs qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə baş verməmişdir. Bu hal təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin məhkəmədə vermiş olduqları ifadələri ilə bir daha təsdiq olunmuşdur. Həmiçinin həmin ifadələrə əsasən müəyyən olunur ki, hadisə zamanı təqsirləndirilən şəxs bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirdikdən sonra, hərəkətlərini davam etdirməmişdir. 19 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 9 ünvanın qarşısında baş verən hadisənin davam etmə müddəti qısa çəkmiş və hadisə baş verən müddət ərzində ictimai qayda pozulmamışdır. İttihamın əsas tutarlı dəlilləri olan cinayət təqibində iştirak edən şəxslərin ifadələri məhkəmə təqsirləndirilən şəxs əməlinin xuliqanlıq kimi tövsif edilməsinə əsas vermir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, hadisənin baş verdiyi yerdə insanlar olmamış, mübahisə zamanı hər hansı bir iş rejimi pozulmamış, hadisəyə kiminsə müdaxiləsi olmamış, heç kimin müdaxiləsi olmadan hadisə başa çatdırmışdır. Hətta kənar şəxslərin dairəsinin müəyyən olunması məqsədilə əməliyyat tapşırığı verilsə də, hadisənin şahidi olan digər şəxslər müəyyən edilməmişdir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, 3-cü qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi 01 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, , Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi 01 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar