Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-471/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi – “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1997-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, o, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu X2 ev 65a mənzil 155 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 Ağcabədi şəhəri İ.Qayıbov küçəsində yerləşən torpaq sahəsində ev tikəcəyini yalandan vəd verib aldatmaqla, ilk dəfə 29 dekabr 2024-cü il tarixdə Ağcabədi şəhəri "ASAN” xidmət mərkəzinin qarşısında 19000 manat pulu və sonuncu dəfə 17 yanvar 2025-ci il tarixdə Ağcabədi şəhəri H.Hacıyev küçəsində yerləşən “Bazarstore” mağazasından M pay ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş 5243********8909 nömrəli bank kart hesabına göndərilən 500 manat pulu ələ keçirməklə vədinə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs1 19500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən Bakı şəhəri Binəqədi rayonu X2 ev 65a mənzil 155 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Digah qəsəbəsində fərdi yaşayış evi tikəcəyini yalandan vəd verib aldatmaqla, 09 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ayxan” ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən “İstanbul KFC” kafesində 10000 manat pulu alıb ələ keçirməklə, vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən Bakı şəhəri Binəqədi rayonu X2 ev 65a mənzil 155 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Digah qəsəbəsində fərdi yaşayış evi tikəcəyini yalandan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 26 yanvar 2025-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən "Ayxan” ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən "İstanbul KFC” kafesində 7000 manat sonuncu dəfə 26 yanvar 2025-ci il tarixdə, saat 22:32-də ünvan 2 ünvanda yerləşən "Araz” marketdə quraşdırıbmış Mpay ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs təqdim etdiyi "xxxx" ASC-yə məxsus 5243********8909 nömrəli bank kart hesabına göndərilən 3000 manat pulu alıb ələ keçirməklə vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 26 dekabr 2024-cü il tarixdə X1 Qeydiyyatı İdarəsində öz adına Bakı şəhəri, Bineqədi rayonu, X2 prospekti, ev 65a, mənzil 155 ünvanına "ALFA TİKİNTİ TƏMİR” Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçirmişdir. MMC-nin nizamnamə kapitalı 10 manat olmuş, bir paydan ibarət olmaqla ona məxsus olmuşdur. O, həmin MMC ilə boş torpaq sahəsində evləri layihə əsasında tam tikib təhvil verəcək, həmçinin evlərin təmir işlərini görəcəkdi. O, “Tik-tok” sosial şəbəkəsində “Alpha_tikinti_temir 01” səhifəsini açaraq orada evlərin layihələrini yerləşdirmişdir. Bundan sonra İsmayıllı rayonu Səbiyan kənd sakini Taleh İsmayılov adlı şəxs ona müraciət edərək onun orada olan torpaq sahəsində ev tikmək istədiyini demişdir. Bundan sonra o, istədiyi layihəni göndərmiş və onlar həmin layihəni hesablayıb 34000 manata razılaşmışlar. Lakin Taleh işi gördükcə pulu verəcəyini bildirmişdir. O, yeni ildən sonra gəlib onun sahəsində işi görəcəyini bildirmişdir. 2024-cü ilin sonlarında həmin səhifənin mesaj qutusuna bir xanım yazaraq əlaqə saxlamaq üçün telefon nömrəsi verməyini istəmişdir. O, ona istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri verərək həmin nömrələrlə əlaqə saxlaya biləcəyini demişdir. Bunda sonra Aytac adlı xanım ona zəng etmişdir. Aytac ona torpaq sahəsində layihə əsasında ev tikmək istədiyini demişdir. O, özünü təqdim edərək tikinti işi ilə məşğul olduğunu, ilk öncə ödənişin bir qismini verəcəyini, daha sonra ev tikintisi tam başa çatıb açarı təhvil verdikdən sonra isə qalan pulu verəcəyini bildirmişdir. Həmçinin o, qalan pulu verə bilməyəcəyi halda həmin məbləği kreditlə də rəsmiləşdirə biləcəyini demişdir. Aytac bəyəndiyi ev lahiyəsinin şəkilini ona göndərərək həmin evin tikintisinin nə qədər məbləğə başa çatacağını soruşmuşdur. O, da həmin evin tikintisinin 30000 manata başa gələcəyini demişdir. O, Aytaca ilkin olaraq 10000 manat verəcəyini, 3 ay müddətinə evi tikib təhvil verəcəyini bildirmişdir. Aytac onunla razılaşmışdır. O, bir gün sonra, yəni 29 dekabr 2024-cü il tarixdə “Renta car“dan götürdüyü "Land Cruiser” markalı **-KT-*** dövlət nömrə nişanlı avtomobillə Ağcabədi şəhərinə gəlmişdir. Aytac yer bildirimi göndərmiş və o, onların yaşadıqları evə getmişdir. Orada Aytac, anası Rəna, qızı Fidan olmuşlar. O, onlarla söhbət etmiş və ilkin olaraq 10000 manat pul verəcəklərini, onun bütün tikinti işlərini görəcəyini, tikinti materiallannı özünün alıb gətirəcəyini və öz ustalarının gəlib evi tikəcəyini bildirmişdir. O, "Novruz bayramına kimi evi tam tikərək təhvil verəcəyini, qalan pulu isə həmin vaxtı verəcəyini bildirmişdir. O, həmçinin qalan pulu ödəyə bilməyəcəyi halda kreditlə aylıq ödəyə biləcəyini də Aytaca demişdir. Bundan sonra o, onlara borc müqaviləsi bağlamağı təklif etmişdir. Aytac ona tikinti ilə bağlı müqavilə bağlamağı soruşduqda o, həmin müqaviləyə rüsumun çox çıxacağını, ən yaxşısının borc müqaviləsi olacağını demişdir. Bundan sonra Aytac anası və qızı ilə birlikdə onun gəldiyi avtomobillə Ağcabədi rayon "ASAN” xidmət mərkəzinə getmişlər. Orada Aytac notariat qaydada ona 10000 manat pul vermiş və xx.xx.2024-cü il tarixdə saat 11:50-də onlar müqavilə bağlamışlar. O, evi tikməyə razılaşdığı üç ay müddətini borc müqaviləsinə də salmış və xx.xx.2025-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Aytac ona ev tikintisi üçün 20000 manat kredit götürdüyünü və notariat qaydada 10000 manat pulu ona verən zaman bütün pulun üstündə olduğunu görmüşdür. O, həmin pulu da bir yol ilə Aytacdan almağı fikirləşmişdir. Bundan sonra onlar "ASAN” xidmət mərkəzindən çıxmışlar və onun gəldiyi avtomobilə minmişlər. Avtomobildə o, qalan 10000 manat pulu da almaq üçün onlara yalandan əlavə olaraq 10000 manat da ödəniş etsələr ev tikintisinin ucuz başa gələcəyini, ümumilikdə 30000 manata yox 26000 manata başa gələcəyini demişdir. Aytac fikirləşərək onunla razılaşmış və ona ümumi 10000 manat pulunun olduğunu, lakin bayram olduğu üçün ona 9000 manat pul ödəyə biləcəyini demişdir. O, da pulu ələ keçirmək üçün problem olmadığını, sonra 7000 manat pul ödəyə biləcəyini demişdir. Həmçinin o, əlavə notariat qaydada müqavilə bağlayaraq rüsum ödəməyə ehtiyac olmadığını, pulu belə verməyini demişdir. Aytac anası və qızının yanında ona əlavə 9000 manat pul vermişdir. Bununla birlikdə Aytac ona ümumilikdə 19000 manat pul vermişdir. Bundan sonra o, Bakı şəhərinə qayıtmışdır. O, gedən zaman 03 yanvar 2025-ci il tarixdə tikinti materialları və ustalarla birlikdə gələcəyini bildirmişdir. O, Aytacdan aldığı pulu şəxsi ehtiyacları üçün xərcləməyə başlamışdır. Həmçinin o, Aytacdan aldığı pul ilə İsmayıllı rayon sakini Talehin evinin tikintisinə də başlamışdır. xx.xx.2025-ci il tarixdə Aytac onunla əlaqə saxladıqda, o, ona yalandan bayram olduğunu, 05 yanvar 2025-ci il tarixdə gəlib işə başlayacağını bildirmişdir. 05 yanvar 2025-ci il tarixdə Aytac onunla əlaqə saxladıqda o, ona yalandan Türkiyə Respublikasından tikinti materiallarını sifariş verdiyini, 09 yanvar 2025-ci il tarixdə gələcəyini, həmin vaxtı gəlib işə başlayacağını bildirmişdir. O, Türkiyə Respublikasından tikinti materialları sifariş verməmişdir və Aytacı aldadaraq vaxt qazanmaq üçün belə demişdir. Daha sonra yenə Aytac onunla əlaqə saxladıqda o, hər dəfə ona müxtəlif bəhanələr gətirərək müxtəlif vaxtlar verərək yalandan işə başlayacağını demişdir. 17 yanvar 2025-ci il tarixdə o, Aytacla əlaqə saxlayaraq ilkin 20000 manata razılaşdıqlarını, lakin onun 19000 manat verdiyini, indi tikinti materiallan almaq üçün 500 manat da ödəmək lazım olduğunu demişdir. O, həmçinin Aytaca yalandan tikinti materiallarını yüklədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Aytac ona məxsus "xxxx" ASC-ə aid 5243********8909 nömrəli kart hesabına 500 manat göndərmişdir. Onunla əlaqə saxladıqda o, pulu götürdüyünü bildirmişdir. O, Aytaca 18 yanvar 2025-ci il tarixdə tikinti materialları və ustalarla birlikdə gələcəyini demişdir. O, Aytaca yalandan belə demişdir. O, nə usta tapmamışdır, nə də ki, tikinti materialları almamışdır. Aytac onunla əlaqə saxladıqda o, yenə müxtəlif vaxtlar deyərək gələcəyini bildirmişdir. O, Aytacdan aldığı pulları xərclədiyi üçün ona yalan bəhanələr verərək vaxt qazanmağa çalışmışdır. Aytac ondan pulunu geri tələb etməyə başlamışdır. O, Aytaca yalandan onun evi üçün 11200 manatlıq tikinti materialları aldığını, həmin tikinti materiallarını göndərəcəyini, onun verdiyi 19500 manat puldan həmin pulu çıxacağını və ona 8300 manat pul qaytaracağını bildirmişdir. 24 yanvar 2025-ci il tarixdə o, Aytacla əlaqə saxlayaraq tikinti materiallarını göndərdiyini bildirmişdir. Həmin Aytacı inandırmaq üçün 6 metr uzunluğunda 10 ədəd armatur, bir top məftil və 100 ədəd də xamut göndərmişdir. Həmçinin o, taksi şoferi ilə qaimə kimi bir şey göndərərək orada qiymətləri qeyd etmişdir. Həmin qaimədə ümumilikdə 60 metr uzunluğunda armaturların 120 manat, 100 ədəd xamutların 40 manat, telin 10 manat, yol pulunun 60 manat və 10 manat fəhlə pulu hesablayaraq 240 manat elədiyini qeyd etmişdir. Onun bunları göndərməkdə məqsədi Aytacı işi görəcəyinə inandırmaq olmuşdur. Aytac bundan sonra onunla əlaqə saxlayaraq 19500 manatın qarşılığında cəmi 110 manatlıq tikinti materialı göndərildiyini demişdir. O, Aytaca yalandan 25 yanvar 2025-ci il tarixdə isə qalan tikinti materiallarını göndərəcəyini bildirmişdir. Daha sonra Aytac onunla əlaqə saxladıqda o, ona yalandan pulu qaytaracağını, ya da əgər istəyərsə gəlib işi görəcəyini bildirmişdir. O, Aytaca ev tikmək adı ilə aldadaraq 19500 manat pulunu alaraq şəxsi ehtiyacları üçün xərcləmişdir. Etdiyi əməldən peşmandır və ən qısa zamanda dəymiş ziyanı ödəyəcəyinə söz vermişdir. Bundan başqa 2025-ci ilin yanvar ayının əvvəllərində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə sonradan adının Təbəssüm olduğunu bildiyi xanım zəng etmişdir. Təbəssüm ona torpaq sahəsində layihə əsasında ev tikmək istədiyini demişdir. O, da hazırda İsmayıllı rayonunda olduğunu və Bakı şəhərinə gələndə görüşüb ətraflı söhbət etməyi demişdir. Sonra o, Bakı şəhərinə gəlmiş və onlar 08 yanvar 2025-ci il tarixdə telefonla danışıb Digah qəsəbəsində görüşmüşlər. Həmin vaxt Təbəssümün qardaşı Zeynal da oraya gəlmişdir. Onlar ona Digah qəsəbəsində 06 sot torpaq sahəsi göstərmişlər, hər biri üçün ayrı-ayrılıqda ev tikdirmək istədiklərini demişlər. O,da onlara hər birinə iki mərtəbəli ev tikəcəyini deyib hər bir ev üçün 32000 manat pul istəmişdir. Zeynal və Təbəssüm o qədər pulu olmadığını bildirmişlər, o, da evin tikintisi üçün ilkin olaraq hər biri 10000 manat pul verməli olduqlarını, qalan pulu da ev tikilənə qədər hissə-hissə verməyi bildirmişdir, onlar razılaşmışlar. Onlar qiymət barədə danışanda o, yalandan tikinti materiallarını Türkiyə Respublikasından özünə məxsus Tır yük avtomobili ilə gəldiyini, oradan da tikinti materialları ucuz qiymətə gəldiyi üçün evi ucuz qiymətə tikdiyini demişdir. Bundan sonra 09 yanvar 2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yolun kənarında yerləşən Ayxan ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən İstanbul KFC kafesində görüşmüşlər və Təbəssüm evinin tikilməsi üçün ona 10000 manat pul vermişdir. Həmin vaxt orada Təbəssüm, əri Murad, qardaşı Zeynal, həmçinin onun yanında da dostu Teymurxan olmuşdur. O, Təbəssümdən pulu alandan sonra uzağı bir həftə ərzində tikinti materiallarının gələcəyini və evin tikintisinə başlayacağını bildirmişdir. O, Təbəssümdən aldığı pulları şəxsi ehtiyaclarına, o cümlədən əyləncəyə xərcləmişdir. Aradan bir həftə keçmiş, Təbəssüm onunla əlaqə saxlayıb tikintiyə başlamağı soruşmuşdur, o, da yalandan sərhəddə gecikmə olduğunu, ona görə də hələ tikinti materiallarının yolda qaldığını demişdir. O, Türkiyə Respublikasından tikinti materialları sifariş verməmişdir və Təbəssümü aldatmaq üçün belə bir yalan ortaya atmışdır. O, həmin vaxtlarda Zeynalın da pulu ələ keçirmək niyyətində olmuşdur, ona görə də Zeynala da pulu tezliklə düzəldib verməsini demişdir. 26 yanvar 2025-ci il tarixdə saat 11 radələrində əvvəlki yerdə, İstanbul KFC kafesində Zeynal ilə görüşmüşlər. Zeynal oraya Murad ilə gəlmişdir, o, isə tək olaraq gəlmişdir. Zeynal orada ona 7000 manat pul vermiş, o, qalan 3000 manatı da gün ərzində çatdırmağı demişdir. Həmin gün saat 23 radələrində Zeynal ona məxsus Unibank kartına 3000 manat pul göndərmişdir. O, Zeynaldan aldığı pulları da şəxsi ehtiyaclarına, o cümlədən əyləncəyə xərcləmişdir. Beləliklə o, Zeynal və Təbəssümün hər birindən 10000 manat pul almışdır. O, Türkiyə Respublikasına getmək istəyəndə hava limanında tutulmuşdur. O, həmin vaxta bilmişdir ki, Aytac ondan şikayət edib, ona görə də həmin müraciət əsasında həbs edilmişdir. Dəymiş ziyanın bir qismini ödəmişdir, qalan məbləği ödəyəcəyinə söz verir, əməlindən peşmandır. Zərərçəkmiş şəxs1 məhkəməyə notariat qaydada təsdiq edilmiş və əlyazma formasında ərizələr təqdim edərək göstərmşdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, o Ağcabədi şəhərində yerləşən “Bazarstore”də işləyir. Ağcabədi şəhəri, İsmət Qayıbov küçəsində 3 sot torpaq sahəsi almışdır. Lakin həmin torpaq sahəsini rəsmi olaraq öz adına sənədləşdirməmişdir. Həmin torpaq sahəsində ev tikmək istəmiş, Ağcabədi şəhərində olan ustalarla maraqlandıqda onların dedikləri qiymətlər büdcəsinə uyğun olmamışdır. 2024-cü ilin sonlarında o, “Tik-tok" sosial şəbəkəsində "Alpha_tikinti_temir səhifəsini görmüşdür. O, həmin səhifəyə baxanda orada torpaq sahələrində lahiyələr əsasında evlərin tikildiyini görmüşdür. Bundan sonra o, həmin səhifənin mesaj qutusuna yazaraq əlaqə saxlamaq üçün telefon nömrəsi verməsini istəmişdir. Həmin şəxs ona istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri verərək həmin nömrələrlə əlaqə saxlaya biləcəyini demişdir. Bundan sonra o, zəng edərək özünü Pərviz kimi təqdim edən şəxs tikinti işi ilə məşğul olduğunu, ilk öncə ödənişin bir qismini verəcəklərini, daha sonra ev tikintisi tam başa çatıb açarı təhvil verdikdən sonra isə qalan pulu verəcəklərini bildirmişdir. Həmçinin o, qalan pulu verə bilməyəcəkləri halda həmin məbləği kreditlə də rəsmiləşdirə biləcəyini demişdir. O, bəyəndiyi ev lahiyəsinin şəkilini həmin şəxsə göndərərək ona həmin evin tikintisinin nə qədər məbləğə başa çatacağını soruşmuşdur. Pərviz adlı şəxs də həmin evin tikintisinin 30000 manata başa gələcəyini demişdir. Pərviz ilkin olaraq 10000 manat verməli olacağını, 3 ay müddətinə evi tikib təhvil verəcəyini bildirmişdir. O, Pərivzlə razılaşmışdır. Pərviz səhəri günü, yəni 29 dekabr 2024-cü il tarixdə Ağcabədi şəhərinə onların yaşadıqları evə gəlmişdir. Pərviz ağ rəngli "Range Rover” markalı **-KT-*** dövlət nömrə nişanlı avtomobillə yaşadıqları evə gəlmişdir. Orada anası Rəna, qızı Fidanın yanında Pərviz söhbət etmiş və ilkin olaraq 10000 manat pul verməli olduğunu demişdir, onun bütün tikinti işlərini görəcəyini, tikinti materiallarını özünün alıb gətirəcəyini və öz ustalarının gəlib evi tikəcəyini bildirmişdir. Pərviz "Novruz bayramı”na kimi evi tam tikərək təhvil verəcəyini, qalan pulu isə həmin vaxtı verəcəyini bildirmişdir. Pərviz həmçinin qalan pulu ödəyə bilməyəcəyi halda kreditlə aylıq ödəyə biləcəyini də demişdir. Bundan sonra Pərviz onlara borc müqaviləsi bağlamağı təklif etmişdir. O, Pərvizə tikinti ilə bağlı müqavilə bağlamağı soruşduqda o, həmin müqaviləyə rüsumun çox çıxacağını, ən yaxşısının borc müqaviləsi olacağını demişdir. O, Pərvizə inanmış və onun gəldiyi avtomobillə anası və qızı ilə birlikdə Ağcabədi rayon “ASAN” xidmət mərkəzinə getmişlər. Orada o, notariat qaydada Pərvizə 10000 manat pul vermişdir və xx.xx.2024-cü il tarixdə saat 11:50- də o, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm qəsəbə sakini Təqsirləndirilən şəxs ilə müqavilə bağlamışdır. Pərviz evi tikməyə razılaşdıqları üç ay müddətini borc müqaviləsinə də salmış və xx.xx.2025-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. O, ev tikintisi üçün 20000 manat kredit götürmüşdür və notariat qaydada 10000 manat pulu Pərvizə verən zaman bütün pul üstündə olmuş və Pərviz qalan pulu da görmüşdür. Bundan sonra onlar “ASAN” xidmət mərkəzindən çıxmışlar və Pərvizə məxsus avtomobilə minmişlər. Avtomobildə Pərviz onlara əgər indi əlavə olaraq 10000 manat da ödəniş etsələr ev tikintisinin ucuz başa gələcəyini, ümumilikdə 30000 manat yox 26000 manata başa gələcəyini demişdir. O, do 4000 manat endirim olacağını fikirləşərək onunla razılaşmışdır. O, Pərvizə ümumi 10000 manat pulunun olduğunu, lakin bayram olduğu üçün o, ona 9000 manat pul ödəyə biləcəyini demişdir. Pərviz də problem olmadığını, sonra 7000 manat pul ödəyəcəyini demişdir. Həmçinin Pərviz əlavə notariat qaydada müqavilə bağlayaraq rüsum ödəməyə ehtiyac olmadığını, pulu belə verməyini demişdir. O, anası və qızının yanında Pərvizə əlavə 9000 manat pul ödəmişdir. Bununla birlikdə o, Pərvizə ümumilikdə 19000 manat pul vermişdir. Bundan sonra onlar evə gəlmişlər və Pərviz də getmişdir. Pərviz gedən zaman 03 yanvar 2025-ci il tarixdə tikinti materialları və ustalarla birlikdə gələcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə o, Pərvizlə əlaqə saxladıqda, o, bayram olduğunu, 05 yanvar 2025-ci il tarixdə gəlib işə başlayacağını bildirmişdir. 05 yanvar 2025-ci il tarixdə o, Pərvizlə əlaqə saxladıqda o, ona 09 yanvar 2025-ci il tarixdə gələcəyini, Türkiyə Respublikasından tikinti materialları gətirdiyini, həmin vaxtı gəlib işə başlayacağını bildirmişdir. Qeyd olunan zaman Pərvizlə əlaqə saxladıqda o, yenə müxtəlif bəhanələr gətirərək müxtəlif vaxtlar verərək onu aldadırmış. 17 yanvar 2025-ci il tarixdə Pərviz onunla əlaqə saxlayaraq ilkin 2000 manata razılaşdıqlan, lakin onun 19000 manat verdiyini, indi 500 manat da ödəmək lazım olduğunu demişdir. Pərviz həmçinin tikinti materiallarını yüklədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:35-də Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Bazarstore”dəki “Mpay” ödəniş terminalı vasitəsi ilə Pərvizin ona göndərdiyi "Unibank” ASC-ə məxsus 5243********8909 nömrəli kart hesabına 500 manat göndərmişdir. Pərvizlə əlaqə saxladıqda o, pulu götürdüyünü bildirmişdir. Pərviz 18 yanvar 2025-ci il tarixdə tikinti materialları və ustalarla birlikdə gələcəyini demişdir. Pərviz yenə verdiyi vədə əməl etməmiş və o onunla əlaqə saxladıqda Pərviz, yenə müxtəlif vaxtlar deyərək gələcəyini bildirmişdir. Lakin verdiyi vədə əməl etməmişdir. O, aldadıldığını başa düşüb Pərvizdən pulunu geri tələb etməyə başlamışdır. Pərviz onun üçün 11200 manatlıq tikinti materialları aldığını, həmin tikinti materiallarını göndərəcəyini, onun verdiyi 19500 manat puldan həmin pulu çıxacağını və ona 8300 manat pul qaytaracağını bildirmişdir. 24 yanvar 2025-ci il tarixdə Pərviz onunla əlaqə saxlayaraq tikinti materiallarını göndərdiyini bildirmişdir. Həmin günü Pərviz onun evinə 6 metr uzunluğunda 10 ədəd armatur, bir top məftil və 100 ədəd də xamut göndərmişdir. Həmçinin Pərviz həmin taksi şoferi ilə qaimə kimi bir şey göndərərək orada qiymətləri qeyd etmişdir. Həmin qaimədə ümumilikdə 60 metr uzunluğunda armaturların 120 manat, 100 ədəd xamutların 40 manat, telin 10 manat, yol pulunun 60 manat və 10 manat fəhlə pulu hesablayaraq 240 manat elədiyini qeyd etmişdir. O, bundan sonra Pərviz ilə əlaqə saxlayaraq 19500 manatın qarşılığında cəmi 110 manatlıq tikinti materialı göndərdiyini demişdir. Pərviz 25 yanvar 2025-ci il tarixdə isə qalan tikinti materiallarını göndərəcəyini bildirmişdir. Qeyd olunan vaxtda həmin tikinti materiallannın gəlmədiyini görüb Pərvizə zəng etsə də onun telefonlarına zəng çatmamışdır. O, bundan sonra aldadıldığını başa düşmüş və Ağcabədi rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona ev tikəcəyini vəd edərək onun 19500 manat pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, kirayə yaşadığı üçün özünə ev tikdirmək istəyirmiş, həmçinin qardaşı Zeynal da özünə ev tikdirmək istəmişdir. Onların Abşeron rayonu, Digah qəsəbəsində 06 sot torpaq sahələri olmuş, onlar həmin torpaq sahəsini iki yerə bölüb ayrıca ev tikdirmək istəmişlər. Təxminən 2025-ci ilin yanvar ayının əvvəllərində təsadüfən tiktok sosial şəbəkəsində ev tikintisi ilə məşğul olan “Alfa” şirkətini görmüşdür. O, səhifədə şirkətin tikdiyi evləri və ucuz qiymətə başa gəldiyini görmüşdür, bu da onlar üçün sərfəli olduğuna görə səhifədə qeyd olunan nömrə ilə, yəni Pərviz ilə əlaqə saxlamışlar. Pərviz ilə ilk olaraq o, telefon əlaqəsi saxlamış və Pərviz ilə ev tikdirməklə bağlı danışmışlar, torpağın yerini və ölçüsünü bildirmişlər. Pərviz də evi tikəcəyini bildirmiş, hazırda isə İsmayıllı rayonunda olduğunu və yaxında Bakı şəhərinə gələcəyini və görüşüb ətraflı danışacağını bildirmişdir. Bundan sonra 08 yanvar 2025-ci il tarixdə telefonla danışıb Digah qəsəbəsində torpaq sahəsi olan yerdə Pərvizlə görüşmüşlər. Pərviz gəlib torpaq sahəsinə baxmış, hər birinə iki mərtəbəli ev tikəcəyini bildirmiş və hər bir ev üçün 32000 manat pul istəmişdir. Pərvizin deməsinə görə onun tikinti materialları Türkiyə Respublikasından özünə məxsus Tır yük avtomobili ilə gəlir, oradan da tikinti materialları ucuz qiymətə gəldiyi üçün Pərviz də evi ucuz qiymətə tikir. O da, buna inanmış və evin tikintisi ilə bağlı razılaşmışlar. O qədər pulunun olmadığını Pərvizə bildirmiş və Pərviz də evin tikintisi üçün ilkin olaraq hər biri 10000 manat pul verib, qalan pulu da ev tikilənə qədər hissə- hissə verməyi bildirmişdir. Bundan sonra 09 yanvar 2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yolun kənarında yerləşən Ayxan ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən İstanbul KFC kafesində görüşmüşlər və o, Pərvizə 10000 manat pul vermişdir. Həmin vaxt orada əri Murad, qardaşı Zeynal, həmçinin Pərvizin yanında da dostu Teymurxan olmuşdur. Pərviz pulu alandan sonra uzağı bir həftə ərzində tikinti materiallarının gələcəyini və evin tikintisinə başlayacağını bildirmişdir. Aradan bir həftə keçmiş, Pərviz ilə əlaqə saxlamışlar, Pərviz sərhəddə gecikmə olduğunu, ona görə də hələ tikinti materiallannın yolda qaldığını demişdir. Bundan sonra Zeynal da 26 yanvar 2025-ci il tarixdə saat 11 radələrində əvvəlki yerdə, İstanbul KFC kafesində Pərvizlə görüşüb 7000 manat pul vermiş, həmin gün axşam da 3000 manat Pərvizin kartına atmışdır. Beləliklə hər biri ev tikintisi üçün Pərvizə 10000 manat pul vermişlər. Zeynal pulu verdikdən iki gün sonra Pərviz ilə telefon əlaqəsi saxlamaq istəmiş, lakin Pərvizin telefonuna zəng çatmamışdır. Bundan sonra onlar Pərvizi soraqlamağa başlamışlar və Pərvizin tanışlarından öyrənmişdir ki, Pərviz həbs edilib. İlkin olaraq Pərvizin atası ilə əlaqə saxlayıb pullarını geri tələb etmişlər, lakin onlara pul verilməmiş, ona görə də şikayət etmişlər. Hazırda ona məhkəmə iclasında 4000 manat pul ödənilmiş, qalan 6000 manat pulun ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, özünə ev tikdirmək istəmiş, həmçinin bacısı Zərərçəkmiş şəxs2 da özünə ev tikdirmək istəmişdir. Onlann Abşeron rayonu, Digah qəsəbəsində 06 sot torpaq sahələri var, onlar həmin torpaq sahəsini iki yerə bölüb hərəsinə ayrıca ev tikdirmək istəmişlər. Təxminən 2025-ci ilin yanvar ayının əvvəllərində təsadüfən tiktok sosial şəbəkəsində ev tikintisi ilə məşğul olan “Alfa” şirkətini görmüşdür. O, səhifədə şirkətin tikdiyi evləri və ucuz qiymətə başa gəldiyini görmüş, bu da onlar üçün sərfəli olduğuna görə səhifədə qeyd olunan nömrə ilə, yəni Pərviz ilə əlaqə saxlamışlar. Pərviz ilə ilk olaraq Təbəssüm telefon əlaqəsi saxlamış və onlar Pərviz ilə ev tikdirməklə bağlı danışmışlar, torpağın yerini və ölçüsünü bildirmişlər. Pərviz də evi tikəcəyini bildirmiş, hazırda isə İsmayıllı rayonunda olduğunu və yaxında Bakı şəhərinə gələcəyini və görüşüb ətraflı danışacağını bildirmişdir. Bundan sonra onlar 08 yanvar 2025-ci il tarixdə telefonla danışıb Digah qəsəbəsində torpaq sahələri olan yerdə görüşmüşlər. Pərviz gəlib torpaq sahəsinə baxmış, hər birinə iki mərtəbəli ev tikəcəyini bildirmiş və hər bir ev üçün 32000 manat pul istəmişdir. Pərvizin deməsinə görə onun tikinti materialları Türkiyə Respublikasından özünə məxsus Tır yük avtomobili ilə gəlir, oradan da tikinti materialları ucuz qiymətə gəldiyi üçün Pərviz də evi ucuz qiymətə tikir. Onlarda buna inanmışlar və evin tikintisi ilə bağlı razılaşmışlar. O, qədər pulları olmadığını Pərvizə bildirmişlər və Pərviz də evin tikintisi üçün ilkin olaraq hər biri 10000 manat pul verib, qalan pulu da ev tikilənə qədər hissə-hissə verməyi bildirmişdir. Bundan sonra 09 yanvar 2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yolun kənarında yerləşən Ayxan ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən istanbul KFC kafesində görüşmüşlər və Təbəssüm üçün Pərvizə 10000 manat pul vermişlər. Həmin vaxt orada Təbəssüm, əri Murad, həmçinin Pərvizin yanında da dostu Teymurxan olmuşlar. Pərviz Təbəssümdən pulu alandan sonra uzağı bir həftə ərzində tikinti materiallarının gələcəyini və evin tikintisinə başlayacağını bildirmişdir. Aradan bir həftə keçmiş, Pərviz ilə əlaqə saxlamışlar, Pərviz sərhəddə gecikmə olduğunu, ona görə də hələ tikinti materiallarının yolda qaldığını demişdir. Bundan sonra o, da pul toplamağa başlamış və 7000 manat pul düzəltmişdir. Pərvizlə danışıb 26 yanvar 2025-ci il tarixdə saat 11 radələrində əvvəlki yerdə, İstanbul KFC kafesində görüşmüşlər. O, oraya Murad ilə getmiş və Pərviz də tək olaraq gəlmişdir. O, orada Pərvizə 7000 manat pul vermiş, Pərviz isə qalan 3000 manatı da gün ərzində çatdırmağı demişdir. O, da buna görə qohum, tanışlardan borc pullar alıb 3000 manat düzəltmişdir. O, həmin gün saat 22:32-də Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Araz marketdə olan Mpay ödəmə terminalı vasitəsilə Pərvizə məxsus Unibank kartına 3000 manat pul göndərmişdir. Beləliklə hər biri ev tikintisi üçün Pərvizə 10000 manat pul vermişdir. O, pulu verdikdən iki gün sonra Pərviz ilə telefon əlaqəsi saxlamaq istəmiş, lakin Pərvizin telefonuna zəng çatmamışdır. Bundan sonra öyrənmişdir ki, Pərviz həbs edilmişdir. Pərvizin yaxınları onun kartına 2000 manat pul göndərmişdir, lakin qalan pul verilməmişdir, 8000 manat pulunu tələb edir. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində qızı Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun məzmunda ifadə verərək həmin xüsusatları bird aha təsdiq etmişdir(cild 1, i.v.184-187). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Disklərə baxış keçirilməsi haqqında 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs2 pulunu alıb sayıb götürür və bir vərəq kağız parçasında pulu aldığına dair qeydlər apararaq özü ilə gətirdiyi möhürlə möhürləyir, digər videodiskdə olan görüntüdən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs3 pulunu alıb sayıb götürür və bir vərəq kağız parçasında pulu aldığına dair qeydlər apararaq özü ilə gətirdiyi möhürlə möhürləyir(cild 1, i.v.38); "xxxx" MMC-nin nizamnaməsindən və qeydiyyat sənədindən görünür görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmış, cəmiyyətin təsisçisi Təqsirləndirilən şəxs olmuşdur(cild 1, i.v.118-122); Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.136-137); Ağcabədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(017)-10/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.182-183); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(cild 1, i.v.189-190); Ağcabədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(017)-33/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 29 iyun 2025-ci il tarixədək uzadılmışdır(cild 1, i.v.231-233); Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələriinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrarən, öz qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 29 yanvar 2025-ci il tarixdən 08 avqust 2025-ci il tarixədək tutularaq saxlanıldığı 06(altı) ay 10(on) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 prospekti nömrəsiz ev ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 yanvar 2025-ci il tarixdən 08 avqust 2025-ci il tarixədək həbsdə olduğu 06(altı) ay 10(on) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 20(iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 prospekti nömrəsiz ev ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında azad edilsin, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-471/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-471/2025
08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver