Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-472/2024 10.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi ev 40-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 sentyabr 2023-cü il tarixdə, saat 03:00 radələrində X3 məxsus olan ünvan 2 ünvanda yerləşən bağ evinin hasarından aşma yolu ilə həyətə qanunsuz daxil olaraq həyətdə quraşdırılmış ümumi dəyəri 15 manat olan 01 ədəd «ZENİTH» markalı hidroforu, 01 ədəd ona birləşdirilmiş ümumi dəyəri 30 manat olan «MARSU» markalı su motoru, evin içərisindən isə ümumi dəyəri 100 manat olan 01 ədəd elektrik qazanı və ümumi dəyəri 300 manat olan 01 ədəd somavarı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 445 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 oktyabr 2023-cü il tarixdə, saat 03:15 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, M.F.Axundzadə küçəsində yerləşən fərdi nömrəsiz bağ evinə hasardan aşma yolu ilə həyətinə qanunsuz daxil olaraq iki mərtəbəli bağ evinin birinci mərtəbəsində saxlanc yeri kimi istifadə olunan qarajın açıq qapısından içəri daxil olmaqla ümumi dəyəri 150 manat olan 01 ədəd 26 ölçülü «VELOCRUZ» markalı velosipedi gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 150 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.272 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 17 oktyabr 2023-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında hərəkətdə olan zaman özünü şübhəli apardığı üçün saxlanılaraq Polis Bölməsinin inzibati binasına gətirilərək, inzibati otaqların birində üzərində keçirilən şəxsi axtarış və götürmə zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0.272 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.648 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 05 dekabr 2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 4 ünvanın qarşısında hərəkətdə olan zaman özünü şübhəli apardığı üçün saxlanılaraq Polis Bölməsinin inzibati binasına gətirilərək, inzibati otaqların birində üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0.648 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş ilkin variantda keçmiş SSRİ dövlətində «Zlataust» silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəşə yararlı lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsildiyindən ilkin təyinatını itirmiş lüləsinin uzunluğu 296 mm, ümumi uzunluğu 505 mm olan 16 kalibrli ZK modelli, çaxmaqlı, tək lüləli odlu yivsiz ov tüfəngini və 10 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş texniki cəhətdən saz və atəşə yararlı 16x70 kalibrli ov patronları əldə edib gəzdirmiş və 28 yanvar 2024-cü il tarixdə keçirilmiş Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri zamanı sonuncu, həmin gün saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yeri müəyyən edilərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi ev 6 ünvanda yerləşən yaşadığı fərdi evinə baxış keçirilən zaman həmin evin yataq otağındakı çarpayının döşəyinin altından 01 ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində «Zlataust» silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəşə yararlı lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş lüləsinin uzunluğu 296 mm, ümumi uzunluğu 505 mm 16 kalibrli ZK modelli tək lüləli odlu ov tüfəngi və 10 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş texniki cəhətdən saz və atəşə yararlı 16x70 kalibrli ov patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təximnən 1 il bundan əvvəl gündüz saatlarında o, Sabunçu rayonu, Nardaran qəsəbəsində dəmir və plastik qablar yığarkən boş torpaq sahəsindən bir ədəd bənövşəyi sellofan paket və içərisində bir ədəd «abrez» silahı, 10 ədəd patron tapmışdır. O həmin silah sursatları yaşadığı ünvanda Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 5ə olan yatağın üzərindəki döşəyin altında gizlətmişdir. Buna səbəb həmin silah sursatlara uşaqlıqdan marağı olduğu üçün və polisə təhvil verməkdən qorxduğu üçün orada saxlamışdır. 28 yanvar 2024-cü il tarixdə, saat 19:30 radələrində Nardaran qəsəbəsi, Abşeron küçəsində piyada hərəkət etdiyi zaman 02 nəfər şəxs ona yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdə Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin, odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıması, gəzdirməsi və gizlətməsində şübhəli bilindiyini demişlər. O artıq hər şeyin bəlli olduğunu başa düşmüş, bundan sonra onlar onu 42-ci Polis Bölməsinə dəvət etmişlər. Onlarla birlikdə avtomobilə əyləşərək 42-ci Polis Bölməsinə getmişlər. Onun üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. O verilən suallara cavab olaraq polis əməkdaşlarına gizlətdiyi silahın və onun patronlarının yerini onlara bildirmişdir. Bununla bağlı olaraq qeyd etdiyi kimi həmin silah və güllələri 01 il bundan qabaq Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları ünvanda olarkən torpaq sahəsindən tapdığını onlara bildirmişdir. Özündə saxlamaqda məqsəd isə uşaqlıqdan silaha marağının olduğunu, polis bölməsinə təhvil vermək istəmədiyini bildirmişdir. Sonra isə polis əməkdaşları ilə birgə yaşadığı Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi ev 6 ünvana getmişlər. Orada olan zaman ona yaşadığı fərdi evdə hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması bir daha soruşulmuş və evə baxış keçirilməsi üçün ondan könüllü evə baxış keçirilməsi barədə razılıq alınmışdır. O razılıq verdikdən sonra evə baxış keçirilərkən otağında olan yatağın üzərindəki döşəyi qaldırmış və orada gizlətdiyi 01 ədəd lüləyi kəsilmiş «abrez» adlı silah və 10 ədəd gülləni onlara təqdim etmişdir. Narkotik vasitə və psixtrop maddələrə olan tələbatını ödəmək üçün müxtəlif vaxtlarda oğurlular etmişdir. Belə ki, 07 sentyabr 2023-cü il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bakıxanov küçəsi ilə gedən zaman bir bağ evinin işıqlarının sönülü olduğunu görüb həmin evdən oğurluq etmək qəararına gəlmişdir. Sağ-sola baxdıqdan sonra heç kimin olmadığından əmin olmuş, sonra isə sonradan bildiyi ünvan 7 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan bağ sahəsinə hasardan aşma yolu ilə həyətə daxil olmuşdur. Həyətdə quraşdırılmış 01 ədəd hidroforu və 01 ədəd ona birləşdirilmiş su matorunu həyətdən götürmüş, hasara yaxın qoymuşdur. Daha sonra evin pəncərəsinin açıq olduğunu görmüş və dəmir barmaqlıqların arasından evin içərisinə daxil olaraq 01 ədəd elektrik qazanını və 01 ədəd samovarı oğurlamışdır. Həmin oğurladığım əşyaları yaşadığı evə aparmışdır. Həmin samovarı və elektrik qazanını təxminən 10 gün sonra Sabunçu rayonunda yerləşən «rus bazarı» deyilən ünavna aparaq tanımadığı şəxsə 30 manata satmış və həmin qazandığı 30 manata isə narkotik alıb istifadə etmişdir. Bir ədəd «ZENİTH» markalı hidroforu və 01 ədəd ona birləşdirilmiş «MARSU» markalı su matorunu isə polislər onu tutanda könüllü olaraq onlara təhvil vermişdir. 17 oktyabr 2023-cü il tarixdə, saat 03:15 radələrində qonşuluqda yaşayan tanıdığı Zərərçəkmiş şəxs2 məxsus olan ünvan 8 ünvanına gedərək hasardan aşma yolu ilə həyətə daxil olmuşdur. Həyətdə heç kimin olmadığından əmin olduqdan sonra isə iki mərtəbəli bağ evinin birinci mərtəbəsində olan qaraj kimi istifadə olunan qapının açıq olduğunu görmüş və orada olan «VELOCRUZ» markalı velosipedi oğurlayaraq sürməyə başlamış və həmin velosipedi satmaq istəsə də sata bilmədiyi üçün satana qədər özü istifadə etmiş və tutulan zaman polislərə təhvil vermişdir. Bundan başqa 17 oktyabr 2023-cü il tarixdə Zabrat qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata istifadəsi üçün bir ədəd bükümdə «kokos» kimi tanıdığı narkotik vasitə heroini almış və həmin bükümü əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq günorta vaxtı istifadə etmək üçün saxlamışdır. 17 oktyabr 2023-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi ilə oğurladığı velosipedlə hərəkətdə olan zaman nömrəsiz fərdi evin qarşısında polis geyim formasında olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİin 42-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və onu sorğu sual etdikdən sonra şübhələndikləri üçün Sabunçu RPİ-in 42-ci Polis Bölməsinə aparmışlar. O da orada həmin idarə etdiyi velosipedi oğurladığını və qanunsuz olaraq narkotik vasitə əldə etdiyini etiraf etmişdir. 05 dekabr 2023-cü il tarixdə isə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 28 manata istifadəsi üçün bir ədəd bükümdə «patı» kimi tanıdığı psixotrop maddə metamfetamini almış və həmin bükümü də əynində olan göy rəngli cins şalvarımın sağ yan cibinə qoyaraq gün ərzində istifadə etmək üçün saxlamışdır. 05 dekabr 2023-cü il tarixdə, saat 15:00 radələrində yaşadığı Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi ev 40 yaxınlığında piyada hərəkətdə olan zaman polis geyim formasında olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində psixotrop maddə metamfetamin olduğundan o tez bir zamanda oradan yayınmaq istəmişdir. Lakin polis əməkdaşları buna imkan verməmişlər. Başa düşmüşdür ki, polis əməkdaşları onun üzərində psixotrop maddə metamfetaminin olmasından məlumatları var. Buna baxmayaraq o özümü çox şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etməyə başlamışlar. Polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra narkotik vasitələr və psixotrop maddələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİ-in 42-ci Polis Bölməsinə getməyini təklif etmişlər. O da, səs küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 42-ci Polis Bölməsinə getmişdir. Yolda gedərkən üzərindəki içərisində psixotrop maddə metamfetamin olan bükümü tullamaq istəmişdir. Lakin polis əməkdaşları buna imkan verməmişlər və onu Polis Şöbəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığımı və Polis Bölməsinə gətirildiyini bildirmişdir. Onun üzərinə video çəkliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Polis əməkdaşı üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmişdir. O artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamini olan bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı psixotrop maddə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin «şüşə» olduğunu deyərək, 05 dekabr 2023-cü il tarixdə Balaxanı qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 28 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində ünvan 9 ünvanda yerləşən bağ evinə müvəqqəti istirahət etmək üçün getmişdir. Həyətə daxil olan zaman həyətdə quraşdırılmış dəyəri 75 manat olan 01 ədəd «ZENİTH» markalı hidroforu, dəyəri 100 manat olan 01 ədəd «Marsu» markalı su matorunun, evin pəncərəsinin dəmir barmaqlıqlarının arasından dən içəri daxil olmaqla evdə olan dəyəri 100 manat olan 01 ədəd elektrik qazanı, dəyəri 300 manat olan 01 ədəd somavarın naməlum şəxs və şəxslər tərəfindən oğurlandığını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə gecə saatlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, M.F.Axundzadə küçəsi fərdi nömrəsiz ünvanda olan zaman yatmış və səhəri günü yuxudan oyanan zaman həyətdə bəzi əşyaların dağınıq olduğunu görmüşdür. 2 mərtəbəli bağ evinin 1-ci mərtəbəsində yerləşən saxlanc yeri kimi istifadə etdiyi qarajın içərisində olan təxminən bir il əvvəl aldığı dəyəri 700 manat olan 26 ölçülü «VELOCRUZ» markalı velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin manqa komandiri vəzifəsində polis baş serjantı xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 17 oktyabr 2023-cü il tarixdə, saat 13:30 radələrində 42-ci Polis Bölməsinin polis nəfəri polis serjantı Şahid4 ilə birlikdə xidmətdə olan zaman Sabunçu rayonu, Nardaran qəsəbəsi, Əsgərov küçəsi ilə hərəkət edən zaman həmin küçə ilə bir nəfər şəxsin velosipedlə hərəkətdə olmasını və onları gördükdə təşvişə düşüb uzaqlaşmaq istəməsini görüb həmin şəxsdən şübhələnib saxlamışlar. Həmin şəxsə özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini bildirdikdə həmin şəxsin yayınmaq istəməsini, özünü şübhəli aparmasını görüb onun üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya sair əşya olmasından şübhələnib onu müşayiət altında Sabunçu RPİ-in 42-ci Polis Bölməsinə gətirib raportla təhvil vermişlər. Polis Bölməsində həmin saxlanılan şəxsin şəxsiyyəti yoxlanıldıqda onun əvvəllər oğurluq və narkotik vasitələri qanunsuz əldə edib daşıma cinayəti törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən etmişlər. Polis Bölmsində şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü, 45 manat pulu çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində narkotik vasitə «kakos» adlanan heroin olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manat qarşılığında şəxsi istifadə məqsədi ilə a ldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. 05 dekabr 2023-cü il tarixdə, saat 15:00 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində iş yoldaşı kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aprdığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığındən və sorğu-sual zamanı yayındırıcı cavablar verib onlardan uzaqlaşaraq yayınmaq istəməsi səbəbindən onun üzərində qanunla qadağan edilmiş narkotik maddə və sair əşya ola biləcəyindən şübhələnib onu saxlayaraq Sabunçu RPİ-in 42-ci Polis Bölməsinə gətirib raportla təhvil vermişlər. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir.Şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin «şüşə» adlanan psixotrop maddə olmasını həmin gün səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 28 manata şəxsi istifadə məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxsu əvvəllər tanımamış və onunla heç bir münasibəti yoxdur. 05 dekabr 2023-cü il tarixdə, saat 15:00 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində iş yoldaşı kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aprdığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığındən və sorğu-sual zamanı yayındırıcı cavablar verib onlardan uzaqlaşaraq yayınmaq istəməsi səbəbindən onun üzərində qanunla qadağan edilmiş narkotik maddə və sair əşya ola biləcəyindən şübhələnib onu saxlayaraq Sabunçu RPİ-in 42-ci Polis Bölməsinə gətirib raportla təhvil vermişlər. Polis Bölməsində həmin şəxsin xx xxx 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin «şüşə» adlanan psixotrop maddə olmasını həmin gün səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 28 manata şəxsi istifadə məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 24/232 saylı, 29 yanvar 2024-cü il tarixli ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd №si silinmiş silah ilkin variantda keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfəngidir. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 296 mm, ümumi uzunluğu 505 mm olan silah öz ilkin təyinatını itirmiş ZK modelli, çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.Tədqiqata təqdim edilmiş 10 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 6/6280 №li, 06 dekabr 2023-cü il tarixli məhkəmə narkotik vasitələrin, psixtorop maddələrin və onların prekusorlarvınının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitəlrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər Üçün №241» dairəvi möhür əksi, «..Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut; şübhəli şəxs: «imza»...» və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki «01» (bir) ədəd bükümdə təmiz çəkisi 0.648 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi-0.648 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq-0.598 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 6/5465 №li, 17 oktyabr 2023-cü il tarixli məhkəmə narkotik vasitələrin, psixtorop maddələrin və onların prekusorlarvınının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitəlrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər üçün №241» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.272 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi-0.272 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.222 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/8197 №li, 30 noyabr 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların istifadədə olması və yuxarıda qeyd olunan xüsusatlar(rəng qopuqları və cızıqlar) nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 195.00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, istifadədə olmuş «MARSU» markalı 1 ədəd su matoru 30 manat, istifadədə olmuş «ZENİTH» markalı 1 ədəd hidrofor 15 manat, istifadədə olmuş 26 ölçülü, «Velocruz» markalı 01 ədəd velosiped 150 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X9 Ambulator X1 8079 №li, 09 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 (009) 138/2024 №li, 11 iyul 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək «02» (iki) il, «11» (on bir )ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)138/2024 №li, 11 iyul 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, «01» (bir) il, «10» (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)748/2022 №li, 21 dekabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş «02» ( iki) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş «02» (iki) il, «11» (on bir) ay, «26» (iyirmi altı) günü, yəni azadlıqdan məhrum etmənini bir gününə azadlığın məhdudlaşdırılmasının «02» (iki) günü bərabər tutulmaqla «01» (bir) il, «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu «02» (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının «02» (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının «02» (iki) gününə bərabər tutulmaqla, onun cəzasından «02» (iki) gün çıxılaraq üzərində qəti olaraq «02» (iki) il, «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 05 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin «şüşə» adlanan psixotrop maddə olmasını həmin gün səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 28 manata şəxsi istifadə məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bir ədəd video diskə baxış keçirilərkən müəyyən oldu ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış, götürmə istintaq hərəkəti keçirilir və iştirakçılar özlərini təqdim edirlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs təhqiatçı tərəfindən paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin «şüşə» adlanan psixotrop maddə olmasını həmin gün səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 28 manata şəxsi istifadə məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirir. Şəxsi axtarış və götürmə aparılması haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü, 45 manat pulu çıxarıb təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə «kakos» adlanan heroin olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manat qarşılığında şəxsi istifadə məqsədi ilə aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bir ədəd video diskə baxış keçirilərkən müəyyən oldu ki, həmin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış,baxış və götürmə istintaq hərəkəti keçirilir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü, 45 manat pulu çıxarıb təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə «kakos» adlanan heroin olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manat qarşılığında şəxsi istifadə məqsədi ilə aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirir. M.N. Quliyev saxlanılarkən üzərində olan velosipedi isə bir neçə gün əvvəl Nardaran qəsəbəsində yerləşən evin həyətindən oğurladığını etiraf etmişdir. Evə baxış və götürmə aparılması haqqında 28 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü razılığı ilə evin həyətinə daxil olduqdan sonra təhqiqatçının evində hər hansı qanunsuz predmet, əşya olduğu təqdirdə göstərməsini təklif etməsindən donra şübhəli şəxs Təqsirləndirilən şəxs evində silah gizlətdiyini deyərək evin həyətinə daxil olmuş və taxta qapını açıb tək otaqdan ibarət təmirsiz evə daxil olub yerdə olan yatağın döşəyini qaldırıb sellofana bükülmüş «obrez» adlandırdığı silahı və patronları təqdim etmişdir. Həmin silaha təhqiqatçı tərəfindən evin həyətyanı sahəsində süni işıqlandırma altında baxış keçirilərkən bir ədəd lüləyi kəsilmiş silah və on ədəd patronlar olması müşahidə edilir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin silahı, patronları ilə birlikdə bir il əvvəl Ləhic bağlar massivində dəmir yığan zaman təsadüfən tapmasını, silaha marağı olduğu üçün polisə təqdim etməyib evində yatağın altına qoyub saxladığını, heç vaxt istifadə etmədiyini bildirmişdir. Bir ədəd video diskə baxış keçirilərkən müəyyən oldu ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd yaşıl ağ rəngli alışqan və 1 ədəd «Prima» markalı siqaret qutusunu təqdim edir və üzərində hüç bir qanunsuz predmet və ya əşyanın olmadığını, lakin, yaşadığı Sabunçu rayonu, Abşeron küçəsi ev 6 ünvanında yerləşən evində yatağındakı döşəyin altında 01 il əvvəl Ləhic bağlar massivindən dəmir, plastik yığan zaman tapdığı 1 ədəd lüləyi kəsilmiş silah və 10 ədəd patronlarını gizlətdiyini etiraf edir. Həmin diskdəki ikinci video fayl açıldıqda Təqsirləndirilən şəxs evində axtarış və götürmə aparılacağı elan edilir. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs evində hər hansı qanunsuz predmet, əşya olduğu təqdirdi göstərməsini təklif edir. Bundan sonra Təqsirləndirilən şəxs evində silah gizlətdiyini deyərək evin həyətinə daxil olur və taxta qapını açıb tək otaqdan ibarət təmirsiz evə daxil olur və yerdə olan yatağın baş hissəsində döşəyi qaldırıb sarı sellofana bükülmüş «obrez» adlandırdığı silahı və patronları təqdim edir. Həmin silaha təhqiqatçı tərəfindən evin həyətyanı sahəsində süni işıqlandırma altında baxış keçirilərkən 01 ədəd lüləyi kəsilmiş silah və 10 ədəd patronlar olması müşahidə edilir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin silahı, patronları ilə birlikdə bir il əvvəl Ləhic bağlar massivində dəmir yığan zaman təsadüfən tapmasını, silaha marağı olduğu üçün polisə təqdim etməyib evində yatağın altına qoyub saxladığını etiraf edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntülər və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında 12 sentyabr 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 4 №li, 25 iyun 2003-cü il tarixli qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli bilinən şəxsə tətbiq olunur, həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş mərhumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №li qərərından görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların «Narkotik vasitələrin, psixotrop 3 maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 02 saylı silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlak və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və sair hərəkətlər başa düşülür. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən silah dedikdə canlı qüvvəni və digər obyektləri, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvələrin və digər obyektlərin məhv edilməsində istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Cinayət işinin materiallarında olan 17 oktyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 13:30 radələrində tutulmuş hesab edilir (cild 01, səh.,68). Cinayət işinin materiallarında olan 19 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs dindirilməsi 17 oktyabr 2023-cü il tarixdə, saat 10:15-də başlanmış, həmin tarixdə saat 11:00-da bitmişdir (cild 01, səh.,114). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən 19 oktyabr 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (cild 01, səh., 131). Cinayət işinin materiallarında olan 19 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 135). Cinayət işinin materiallarında olan 05 dekabr 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 15:50 radələrində tutulmuş hesab edilir (cild 01, səh.,15). Cinayət işinin materiallarında olan 07 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs dindirilməsi 07 dekabr 2023-cü il tarixdə, saat 10:10-da başlanmış, həmin tarixdə saat 10:45-də bitmişdir (cild 01, səh., 219). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən 07 dekabr 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (cild 01, səh., 244). Cinayət işinin materiallarında olan 07 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 248). Cinayət işinin materiallarında olan 28 yanvar 2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 19:30 radələrində tutulmuş hesab edilir (2-ci cild, səh.,53). Cinayət işinin materiallarında olan 30 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmiş, dindirilmişdir. Təqsirləndirilən şəxs dindirilməsi 30 yanvar 2024-cü il tarixdə, saat 17:05-də başlanmış, həmin tarixdə saat 17:30-da bitmişdir (cild 02, səh., 110). Cinayət işinin materiallarında olan 4(008)61/2024 №li, 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 yanvar 2024-cü il tarixdən hesablanmaqla «03» (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, səh.,127). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayətlər törətməsini, onun analoji cinayətlərə görə məhkum olunmasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «28» yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)138/2024 №li, 11 iyul 2024-cü il tarixli hökmü ilə nəzərə alınmış tutulduğu «02» (iki)gün, hazırki iş üzrə 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixə, «05» dekabr 2023-cü il tarixdən «07» dekabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X9 Ambulator X1 8079 №li, 09 dekabr 2023-cü il tarixli rəyindən ilə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-0.222 qram heroin və 0.598 qram metamfetamin məhv edilməli, bir ədəd 16 kalibrli, ZK modelli, Zlataust» silah zavodunda istehsal olunmuş təklülə odlu yivsiz ov tüfənginin kəsiyi, 10 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirlyinin silah surat anbarına təhvil verilməli, üç ədəd disk cinayət işinin materialları arasında saxlanılmalı, «Marsu» markalı bir ədəd su motorunun, «Zenith» markalı bir ədəd hidroforun, «Velocruz» markalı velosipedin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 204 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən «01» (bir) il, «09» (doqquz) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 (008)138/2024 №li, 11 iyul 2024-cü il tarixli hökmü ilə təyin edilmiş «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «05»(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)138/2024 №li, 11 iyul 2024-cü il tarixli hökmü ilə nəzərə alınmış tutulduğu «02» (iki) gün, hazırki iş üzrə Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixə, «05» dekabr 2023-cü il tarixdən «07» dekabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət cəmi «04» (dörd) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «04» (dörd) il, «11» (beş) ay, «24» (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «28» yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-0.222 qram heroin və 0.598 qram metamfetamin məhv edilsin, bir ədəd 16 kalibrli, ZK modelli, Zlataust» silah zavodunda istehsal olunmuş təklülə odlu yivsiz ov tüfənginin kəsiyi, 10 ədəd patron, Azərbaycan Respublikasının Daxili İşlər Nazirlyinin silah surat anbarına təhvil verilsin, üç ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın, «Marsu» markalı bir ədəd su motorunun, «Zenith» markalı bir ədəd hidroforun, «Velocruz» markalı velosipedin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. 204 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-472/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-472/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver