Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-473/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X2, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs – X3 iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X8 18 may 1964-cü il tarixində Bakı şəhərində anadan olmuş, hazırda 61 yaşlı, ahıl yaşda olan bir vətəndaşdır. O, ailə üzvləri: həyat yoldaşı, övladları və nəvələri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Qonşuluqda yaşayan X9 uzun müddətdir ki, TikTok sosial şəbəkəsi vasitəsilə onu davamlı olaraq ictimaiyyət qarşısında təhqir edir, onun şərəf və ləyaqətini alçaldır, ailə üzvlərinin və özü haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayır. X10 dəfələrlə onu ictimaiyyət qarşısında təhqir etmiş, onun şərəf və ləyaqətini aşağılamış, ailə üzvlərinin, o cümlədən övladlarının şəkillərini TikTok sosial şəbəkəsində yayımlamış, bu görüntülər üzərindən həqiqətə uyğun olmayan fikirlər səsləndirmişdir. X9 tərəfindən TikTok sosial şəbəkəsində paylaşılmış videolarda onun barəsində cəmiyyətdə mənfi fikir formalaşdırmaq məqsədi ilə təhqiredici ifadələr işlədilmişdir. Belə ki, videolarda o, “qarpızdan zəhərlənib öləcəm ya əmim arvadının əlindən zəhərlənib öləcəm” kimi ifadələr səsləndirmişdir. Bu cür sözlər həm ona qarşı birbaşa alçaldıcı məna daşıyır, həm də cinayətə təhrik xarakteri kəsb edir. Bununla kifayətlənməyən X9, sosial şəbəkədə çəkdiyi videolardan birində “toyuq lələyi” nümayiş etdirərək, “bu lələklə yazsam, yuxarılar daha tez baxar” deyə, dövlət orqanlarının ünvanına məsxərəyə çevrilən fikirlər səsləndirmişdir. Bu hərəkətlər yalnız onun deyil, bütövlükdə hüquq-mühafizə sisteminə qarşı sayğısızlıq nümunəsidir. X9 bu və digər analoji hərəkətləri davamlı olaraq təkrar edir və özünü cəzasızlıq mühitində hiss edir. O, açıq şəkildə bildirir ki, “polis, məhkəmə kimdir ki, mənə nəsə etsin” kimi ifadələr işlətmişdir. O, bu təhqir və böhtanların qarşısının alınması üçün X9 ilə birbaşa əlaqə saxlamış, lakin, X1 və etikadan kənar cavablar vermiş, etdiyi paylaşımları silməkdən imtina etmişdir. Bu səbəbdən, o, 102 xidmətinə müraciət etmiş, orada ona bildirilib ki, belə halların qarşısının alınması yalnız məhkəmə qaydasında mümkündür. O, el-obada tanınmış, hörmətə malik bir şəxs olmasına baxmayaraq, cavabdehin yalan və böhtan xarakterli paylaşımları səbəbindən ictimai nüfuzuna xələl dəymiş, mənəvi sarsıntı keçirmiş, ailə üzvləri ilə birlikdə ictimai həyatdan təcrid olunmaq məcburiyyətində qalmışdır. X9 TikTok sosial şəbəkəsində “seyidresul.hadiye” istifadəçi adı ilə fəaliyyət göstərir və canlı yayımlar açaraq davamlı şəkildə ərizəçini təhqir edir. X9 canlı yayımlarda, onun şəklini böyüdülmüş formada nümayiş etdirərək barəsində “saxta seyid” nəsli olduğunu deyərək soy-kökünü aşağılayır, “Oğlu qeyrətsizdir” ifadəsini işlədərək ailə heysiyyatına toxunur, ailə fotolarını yayaraq el-oba qarşısında rüsvay edir, Hər dəfə canlı yayımda aşağısı 100 nəfərin iştirakı ilə bu təhqirləri yayımlayır. X6 dəfələrlə müraciət etsə də, sonuncu bu müraciətləri nəzərə almamış, əksinə hər şeyi ələ salaraq davam etdirmişdir. Üstəlik, X9 açıq şəkildə bəyan edir ki, bu hərəkətlərini dayandırmaq niyyətində deyil və heç bir dövlət orqanının onu dayandıra bilməyəcəyini bildirir. Qeyd olunanlar onda və onun ailə üzvlərində ağır psixoloji təsir yaratmış, el-oba içində rüsvayçılığa səbəb olmuş və onu öz heysiyyatını qorumaq məqsədilə məhkəməyə müraciət etməyə məcbur etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X7 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, X9 uzun müddətdir ki, TikTok sosial şəbəkəsi vasitəsilə onu davamlı olaraq ictimaiyyət qarşısında təhqir edir, onun şərəf və ləyaqətini alçaldır, ailə üzvlərinin və özü haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayır. X9 dəfələrlə onu ictimaiyyət qarşısında təhqir etmiş, onun şərəf və ləyaqətini aşağılamış, ailə üzvlərinin, o cümlədən övladlarının şəkillərini TikTok sosial şəbəkəsində yayımlamış, bu görüntülər üzərindən həqiqətə uyğun olmayan fikirlər səsləndirmişdir. X9 tərəfindən TikTok sosial şəbəkəsində paylaşılmış videolarda onun barəsində cəmiyyətdə mənfi fikir formalaşdırmaq məqsədi ilə təhqiredici ifadələr işlədilmişdir. X9 bu və digər analoji hərəkətləri davamlı olaraq təkrar edir və özünü cəzasızlıq mühitində hiss edir. O, açıq şəkildə bildirir ki, “polis, məhkəmə kimdir ki, mənə nəsə etsin” kimi ifadələr işlətmişdir. O, el-obada tanınmış, hörmətə malik bir şəxs olmasına baxmayaraq, cavabdehin yalan və böhtan xarakterli paylaşımları səbəbindən ictimai nüfuzuna xələl dəymiş, mənəvi sarsıntı keçirmiş, ailə üzvləri ilə birlikdə ictimai həyatdan təcrid olunmaq məcburiyyətində qalmışdır. X9 TikTok sosial şəbəkəsində “seyidresul.hadiye” istifadəçi adı ilə fəaliyyət göstərir və canlı yayımlar açaraq davamlı şəkildə ərizəçini təhqir edir. X9 canlı yayımlarda, onun şəklini böyüdülmüş formada nümayiş etdirərək barəsində “saxta seyid” nəsli olduğunu deyərək soy-kökünü aşağılayır, “Oğlu qeyrətsizdir” ifadəsini işlədərək ailə heysiyyatına toxunur, ailə fotolarını yayaraq eloba qarşısında rüsvay edir, Hər dəfə canlı yayımda aşağısı 100 nəfərin iştirakı ilə bu təhqirləri yayımlayır. X6 dəfələrlə müraciət etsə də, sonucu bu müraciətləri nəzərə almamış, əksinə hər şeyi ələ salaraq davam etdirmişdir. X9 törətdiyi bu qanunsuz, alçaldıcı, təhqiramiz və mənəvi zərər verən hərəkətlərə görə qanunvericilik çərçivəsində ən sərt formada məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə böhtan və təhqir qanunvericiliyə görə, yalan olduğu bilinə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş edildiyi halda internet informasiya ehtiyatında yayılmasıdır. Təhqir isə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş edildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılmasıdır. Mübahisə tərəflərinin hər ikisi qohumdur və aralarında mülkiyyətlə bağlı münaqişə mövcuddur. X9 TikTok sosial şəbəkəsində canlı yayım açmaqda əsas məqsədi, ailə üzvlərinə qarşı illərdir davam edən təzyiq, təhdid və təhqirlərə diqqət çəkmək, həmçinin səsini müvafiq dövlət orqanlarına çatdırmaqdır. Qeyd olunmalıdır ki, X7 və ailəsi dəfələrlə X9 barəsində hüquq-mühafizə orqanlarına şikayət ərizələri daxil olmuşdur. Lakin, aparılan araşdırmalar nəticəsində onun əməlinin cinayət tərkibi daşımadığı müəyyən edilərək, izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. Həmçinin, X9 özü barəsində TikTok platformasında yerləşdirdiyi videoda yalnız şəxsi mövqeyini ifadə etmiş, əmisi və arvadı barədə konkret fikir bildirməmiş, heç bir şəxsin adını çəkməmişdir. Məhkəməyə təqdim olunan videolar isə şikayətçi tərəfindən təhrif edilərək, öz mənfəətinə uyğun şəkildə hazırlanmışdır. Beləliklə, Rəsul şəxsiyyətinə qarşı təhqir və təhdidlərə məruz qalan tərəf olaraq, qanun çərçivəsində öz hüquqlarını müdafiə etməkdədir. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X9 bildirmişdir ki, onun TikTok sosial şəbəkəsində canlı yayım açmaqda əsas məqsədi, ailə üzvlərinə qarşı illərdir davam edən təzyiq, təhdid və təhqirlərə diqqət çəkmək, həmçinin səsini müvafiq dövlət orqanlarına çatdırmaq olmuşdur. X7 və ailəsi dəfələrlə onun barəsində hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş, lakin, aparılan araşdırmalar nəticəsində onun əməlinin cinayət tərkibi daşımadığı müəyyən edilmişdir. Özü barəsində TikTok platformasında yerləşdirdiyi videoda yalnız şəxsi mövqeyini ifadə etmiş, əmisi və arvadı barədə konkret fikir bildirməmiş, heç bir şəxsin adını çəkməmişdir. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması, şikayət verən şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsi qənaətinə gəlir. CPM-nin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. X7 şikayətdə digər şəxslərin gözü qarşısında X9 tərəfindən şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməsini qeyd etsə də, şikayətdə cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən təhlil edilən şikayət ərizəsi xüsusi ittiham qaydasında təqdim olunmuş olsa da, onun tərtibində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) müvafiq tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, şikayətçi şəxsin şəxsiyyətini və hüquqi vəziyyətini müəyyən etməyə imkan verəcək məlumatlar, xüsusən onun məşğuliyyət növü (peşəsi, vəzifəsi və ya sosial statusu) tam şəkildə əks etdirilməmiş, iddia edilən cinayət əməlini təşkil edən hərəkətlərin harada (coğrafi və konkret məkan baxımından), nə vaxt (il, ay, gün və mümkün olduqda saat dəqiqliyi ilə) və necə (ətraflı təsvirlə, faktiki hallar və sübutların göstərilməsi ilə) törədildiyi barədə məlumatlara yer verilməmişdir. Şikayətin verilmə tarixi, yəni konkret il, ay və gün qeyd edilməmişdir ki, bu da həmin sənədin prosessual qüvvəyə malik olmasını, həmçinin iddia edilən cinayət faktına münasibətdə müddətlərin müəyyən edilməsini əngəlləyir. Qeyd edilən çatışmazlıqlar CPM-nin 42.2.1, 147.1 və 148.1-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. Həmin maddələrə əsasən, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi məcburi surətdə şikayətçinin kimliyi və yaşayış yeri, şikayət edilən şəxsin kimliyi, cinayətin törədildiyi yer, vaxt və şərait, cinayət əməlini sübuta yetirə biləcək hallar və sübutlar, ərizənin verilmə tarixi, şikayətçinin imzası, kimi məcburi rekvizitləri özündə ehtiva etməlidir. Cinayət-Prosessual Məcəllənin 147.1 və 148.1.4-cü maddələrinə əsasən, xüsusi ittiham qaydasında verilən şikayətdə cinayətin törədildiyi yer və vaxtın göstərilməsi mütləq şərt sayılır. Həmin məlumatlar olmadan iddianın nəinki hüquqi, hətta faktiki baxımdan dəyərləndirilməsi və ilkin araşdırmaya cəlb edilməsi mümkün deyil. Qeyd edilən çatışmazlıqlar nəzərə alınmaqla, təqdim olunmuş şikayət ərizəsinin, prosessual forma baxımından qeyri-qənaətbəxş olduğu, məzmun və əsaslandırma baxımından Cinayət-Prosessual Məcəllənin tələblərinə cavab vermədiyi, həmçinin, icraata qəbul edilməsi üçün hüquqi əsasların yetərli şəkildə göstərilmədiyi açıq-aydın müəyyən edilmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs tərəfindən təqdim olunmuş flashkartda olan video görüntülərə tərəflərin iştirakı baxış keçirilərkən X9 olduğu iddia edilən şəxsin işlətdiyi ifadələrin konkret olaraq kimə ünvanlanması bəlli deyil. Halbuki şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa CM-nin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-473/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-473/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver