Məhkəmə qərarları › İş №1(008)-475/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-475/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-475/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1988-ci ildə Salyan rayonu Kürsəngi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Hacıqabul rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.2, 66.5, 69.3-cü maddələri tətbiq edilməklə 02 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə çəkilməmiş cəzasının 06 ay hissəsi azaldılmış, Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş 01 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Salyan rayonu Kürsəngi Ə/D, Kürsəngi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx.xx.1984-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Hacıqabul rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli aministiya qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmış, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Göyçay rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, 1ci mədən 43-cü korpus, nömrəsiz fərdi evdə yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 dekabr 2023-cü il tarixdə gecə saatlarında vətəndaş Zərərçəkmiş şəxs2 məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, “Ticarət cərgəsi” adlanan ərazidə yerləşən qəssab dükanının qarşısındakı dirəyə bağlanmış, 3000 manat dəyərində olan bir baş iribuynuzlu heyvanı gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 3000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 dekabr 2023-cü il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarəyə işlətdiyi ünvan 1 ünvanında yerləşən “ƏT Dükanı” mağazasının qarşısına bağlanmış olan 01 baş iri buynuzlu heyvanı gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 3500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin dekabr ayının 23-dən 24-nə keçən gecə saatlarında vətəndaş Zərərçəkmiş şəxs2 məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, “Ticarət cərgəsi” adlanan ərazidə yerləşən qəssab dükanının qarşısındakı dirəyə bağlanmış, 3000 manat dəyərində olan bir baş iribuynuzlu heyvanı gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 3000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin dekabr ayının 27-dən 28-nə keçən gecə saatlarında tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarəyə işlətdiyi ünvan 1 ünvanında yerləşən “ƏT Dükanı” mağazasının qarşısına bağlanmış olan 01 baş iri buynuzlu heyvanı gizli yolla talayıb, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 3500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmuş, 2023-cü ilin avqust ayının 5-də cəzasının sonu ilə azad olunmuşdur. Azadlıqa çıxdıqdan sonra alver edib maddi tələbatlarını qarşılamışdır. Təqsirləndirilən şəxs2 təxminən 5-6 il müddətdir ki tanıyır. Sonuncu ilə ƏN-nin PX-nin 1 saylı Cəzaçəkmə Müəssisəsində tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə gecə saatlarında dostu Talehlə birlikdə özünə məxsus “Tofaş” markalı avtomobildə Salyan rayonundan qayıtmışlar. Gecə saat təqribən 03 radələrində Bakı-Ələt-Astara magistral yolu ilə üzü Bakı şəhəri istiqamətində hərəkətdə olduğları zaman Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində avtomobili qəsəbənin içərilərinə sürmüş və Talehə orada heyvan taparlarsa oğurlamağı təklif etmiş, Taleh də razılaşmışdır. Bundan sonra onlar bir qədər irəliləmişlər. Dəqiq ünvanını xatırlamadığı binaların arasında yerləşən qəssab mağazasının qarşısında dirəyə bağlı vəziyyətdə olan iribuynuzlu heyvanı görmüşlər. Bu zaman o, təklif etmişdir ki, həmin dananı oğurlasınlar. Taleh onun təklifi ilə razılaşmışdır. Onlar maşını bir qədər irəlidə saxlamışlar. Taleh maşının yanında gözləmişdir. O, isə dananın bağlandığı qəssab mağazasının qarşısına gedib dananın ipini dirəkdən açmış və oradan uzaqlaşaraq Talehə tərəf gəlmişdir. Bundan sonra onlar onun avtomobilini orada qoyub birlikdə dananı yola tərəf çıxartmışlar ki, oradan yük maşını tapıb dananı aparsınlar. Bir qədər sonra o, 166 yükdaşıma xidmətinə zəng etmiş, yük maşını sifariş etmişdir, təqribən 1 saat sonra 166 yükdaşıma şirkətinin əməkdaşı sarı rəngli Ford Transit markalı yük maşını ilə onların olduqları yerə gəlmişdir. Onlar orada dananı yük avtomobilinə yükləmiş və Binəqədi rayonuna Talehin yaşadığı ünvanın yaxınlığına gəlib dananı orada düşürtmüşlər. Yük avtomobilinin sürücüsünə isə bunun müqabilində 70 manat pul vermiş və sürücü çıxıb getmişdir. Bundan sonra onlar oğurladığları iribuynuzlu heyvanı yaxınlıqdakı boş həyətə salıb orada ağaca bağlayıb evlərinə çıxıb getmişlər. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində o, Talehin yaşadığı ünvana gəlmiş və onlar görüşüb birlikdə Binəqədi rayonunda mərkəz adlanan əraziyə gedib orada qəssab işləyən sonradan adının Etimad olduğunu öyrəndikləri şəxsə yaxınlaşıb dana satdıqlarını bildirmişlər. Etimad isə dananı almağa razılaşmış və heyvana baxmaq üçün onlarla birlikdə sözügedən boş həyətə gəlmişlər. Orada sonuncu ilə heyvanın qiymətini razılaşdırmış və 1200 manata dananı ona satmışlar. Pulu həmin şəxsdən o, almışdır. Bir qədər sonra həmin əraziyə yük maşını gəlmiş və Etimad iribuynuzlu heyvanı maşına yükləyib aparmışdır. Pulu öz aralarında bölmüşlər. Bundan başqa 27 dekabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində tanışı Təqsirləndirilən şəxs2la Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarının yaxınlığında görüşmüşlər. Orada yaxınlıqda yerləşən kafelərin birində əyləşib yemək yeyib bir qədər spirtli içki qəbul etmişlər. Həmin gün o, evə getmiş və təxminən iki saat sonra Taleh onunla əlaqə saxlayaraq bildirmişdir ki, gəlib onu götürsün və onlar birlikdə gəzsinlər. Bir qədər sonra o, Talehin yaşadığı ünvana gəlmiş və onu götürmüş, onlar birlikdə avtomobil ilə bir qədər gəzmişlər. Həmin vaxt onlar Bilgəh qəsəbəsinə gəlmişlər. Orada yol kənarında avtomobili dayandırmış və piyada olaraq gəzməyə başlamışlar. Həmin vaxt yol kənarında ət satışı olan dükanın qarşısında 01 baş iri buynuzlu inək olduğunu görmüşlər. O, Taleh ona bildirmişdir ki, həmin iri buynuzlu inəyi oğurlayaq aparıb satıb maddi qazanc əldə etsinlər. Bundan sonra ətrafa bir qədər baxmış, ətrafda müşahidə kamerasının və gözətçinin olmadığını görmüşlər. Əlverişli şərait olduğundan əmin olduqdan sonra o, həmin iri buynuzlu heyvanı oğurlayaraq qazanc əldə etməyə razılıq vermişdir. O, oradan uzaqlaşaraq avtomobilin yanına gəlmiş və avtomobilə əyləşərək təxminən 15 dəqiqə gözləmişdir. Taleh isə həmin dükan istiqamətində getmiş, həmin heyvana yaxınlaşaraq kəndirini açaraq arxasınca dartıb onun olduğu yerə gətirmişdir. O, Talehə yaxınlaşaraq köməklik edərək oğurladığları heyvanı qaranlıq yerdə bağlamışlar. Heyvanı oğurladıqdan sonra aparmaq üçün onun əvvəllər tanıdığı Faiq adlı şəxsə zəng edərək çağırmışlar. Faiqin onların dediyi ünvana gəlmək üçün onun telefonuna konum atmışdır. Təxminən 20 dəqiqədən sonra 166 yük taksisi qeyd olunan ünvana gəlmişdir. Yük taksisi ünvana gəldikdən sonra köməkli onunla oğurladığları heyvanı maşına yüklədikdən sonra Taleh sürücüyə Binəqədi rayonu (Sentralnı) deyilən yerə aparmağını demişdir. Bundan sonra o, da sonuncu ilə birlikdə yük maşının arxasıca getmişdir. İlk öncə həmin heyvanı Talehin yaşadığı ünvana aparmışlar. Oradan heyvanı avtomobildən düşürdükdən sonra o, Etimad adlı ət alveri ilə məşğul olan şəxsə zəng vurmuş və sonuncuya heyvan satdığını bildirmişdir. Etimad həmin heyvanın kimə məxsus olmasını və neçəyə satdığını soruşmuş. O, bildirmişdir ki, heyvan özünə məxsusdur və 1700 manata satır. Bir qədər sonra Etimad onun yaşadığı ünvana gəlmiş və heyvana baxraq onlarla razılaşmışdır. Lakin bildirmişdir ki, nağd pulu yoxdur heyvanı götürüb bir gün sonra pulunu verəcəkdir. Onlar razılaşmamışlar. Etimad oranı tərk edib getmişdir. Təxminən 15 dəqiqə sonra Etimad ona zəng edərək bildirmişdir ki, 500 manat versin, qalan pulu isə bir gün sonra verəcəkdir. Onlar razılaşmışlar. Bundan sonra Faiq ilə əlaqə saxlayara heyvanı Etimadın dükanının qarşısına aparmış və orada dəmirə bağlamışlar. Bundan sonra o, yük taksisinin sürücüsünə 70 manat pul verdikdən sonra Taleh Etimada zəng edərək heyvanı ət dükanının qarşına bağladıqlarını demişdir. Həmən vaxt Etimad 500 manatı onun kart hesabına göndərdikdən sonra onlar taksinin pulunu ayıraraq qalan məbləği ikisi arasında bölmüşlər. Həmən günü axşam o, Talehlə əlaqə saxlayaraq bildirmişdir ki, Etimad heyvanın qalan pulunuda vermək üçün onları çağırır. O, Taleh ilə görüşərək Etimadın ət dükanının qarşısına getmişdir. Həmən vaxtı Etimad onlara 1200 manat pul vermişdir. Pulu aldıqdan sonra onlar ikisi arasında bölərək yaşadığları ünvana getmişlər. 166 yük taksisinin sürücüsünə aparacağı heyvanın oğurluq olduğunu deməmişlər. Oğurluq əməlləri ilə razıdır, amma oğurlanmış heyvanların dəyəri ilə razı deyil. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmuş, 2023-cü ilin əvvəllərində cəzasının sonu ilə azad olunmuşdur. Azadlıqa çıxdıqdan sonra alver edib maddi tələbatlarını qarşılamışdır. Təqsirləndirilən şəxs1 təxminən 5-6 il müddətdir ki tanıyır. Onunla 1 saylı Cəzaçəkmə Müəssisəsində tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncuya məxsus “Tofaş” markalı avtomobildə Salyan rayonundan qayıtmışlar. Gecə saat təqribən 03 radələrində Bakı-Ələt-Astara magistral yolu ilə üzü Bakı şəhəri istiqamətində hərəkətdə olduğları zaman Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində Amil avtomobili qəsəbənin içərilərinə sürmüş və ona bildirmişdir ki, əvvəllər orada meyvə satmışdır. O, sonuncudan nə üçün oraya döndüklərini soruşduqda Amil həmin yerə baxıb qayıdaq demişdir. Bundan sonra onlar bir qədər irəliləmişlər. Dəqiq ünvanını xatırlamadığı binaların arasında yerləşən qəssab mağazasının qarşısında dirəyə bağlı vəziyyətdə olan iribuynuzlu heyvanı görmüşlər. Bu zaman Amil təklif etmişdir ki, həmin dananı oğurlasınlar. O, sonuncunun təklifi ilə razılaşmışdır. Onlar maşını bir qədər irəlidə saxlamışlar. O, maşının yanında gözləmişdir. Amil isə dananın bağlandığı qəssab mağazasının qarşısına gedib dananın ipini dirəkdən açmış və oradan uzaqlaşaraq ona tərəf gəlmişdir. Bundan sonra onlar Amilin avtomobilini orada qoyub birlikdə dananı yola tərəf çıxartmışlar ki, oradan yük maşını tapıb dananı aparsınlar. Bir qədər sonra Amil 166 yükdaşıma xidmətinə zəng etmiş və yük maşını sifariş etmiş, təqribən 1 saat sonra 166 yükdaşıma şirkətinin əməkdaşı sarı rəngli Ford Transit markalı yük maşını ilə onların olduğları yerə gəlmişdir. Onlar orada dananı yük avtomobilinə yükləmiş və Binəqədi rayonuna onun yaşadığı ünvanın yaxınlığına gəlib dananı orada düşürtmüşlər. Yük avtomobilinin sürücüsünə isə bunun müqabilində 70 manat pul vermiş və sürücü çıxıb getmişdir. Bundan sonra onlar oğurladıqları iribuynuzlu heyvanı yaxınlıqdakı boş həyətə salıb orada ağaca bağlayıb evlərinə çıxıb getmişlər. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində Amil onun yaşadığı ünvana gəlmiş və onlar görüşüb birlikdə Binəqədi rayonunda mərkəz adlanan əraziyə gedib orada qəssab işləyən sonradan adının Etimad olduğunu öyrəndikləri şəxsə yaxınlaşıb dana satdıqlarını bildirmişlər. Etimad isə dananı almağa razılaşmış və heyvana baxmaq üçün onlarla birlikdə sözügedən boş həyətə gəlmişlər. Orada onunla heyvanın qiymətini razılaşdırmış və 1200 manata dananı ona satmışlar. Pulu həmin şəxsdən dostu Amil almışdır. O, həmin vaxt kənarda dayanmışdır. Bir qədər sonra həmin əraziyə yük maşını gəlmiş və Etimad iribuynuzlu heyvanı maşına yükləyib aparmışdır. Bundan başqa, 27 dekabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarının yaxınlığında görüşmüşlər. Orada yaxınlıqda yerləşən kafelərin birində əyləşib yemək yeyib bir qədər spirtli içki qəbul etmişlər. Həmin gün o, qardaşı Sabirə məxsus Tofaş markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Yeyib içdikdən sonra Sabir onu avtomobil ilə yaşadığı Binəqədi rayonu 1-ci mədən 9-cu korpus ünvanında yerləşən mənzilə aparmış və o, orada avtomobildən düşmüşdür. Amil isə yaşadığı mənzilə getmişdir. Təxminən iki saat sonra Amil ilə əlaqə saxlayaraq bildirmişdir ki, gəlib onu götürsün və onlar birlikdə gəzsinlər. Bir qədər sonra Amil onun yaşadığı ünvana gəlmiş və onu götürmüş, onlar birlikdə həmin avtomobil ilə bir qədər gəzmişlər. Həmin vaxt onlar Bilgəh qəsəbəsinə gəlmişlər. Orada yol kənarında avtomobili dayandırmış və piyada olaraq gəzməyə başlamışlar. Həmin vaxt yol kənarında ət satışı olan dükanın qarşısında 01 baş iri buynuzlu inək olduğunu görmüşlər. O, Amilə bildirmişdir ki, həmin iri buynuzlu inəyi oğurlayaq aparıb satıb maddi qazanc əldə etsinlər. Bundan sonra ətrafa bir qədər baxmış, ətrafda müşahidə kamerasının və gözətçinin olmadığını görmüşlər. Əlverişli şərait olduğundan əmin olduqdan sonra Amil həmin iri buynuzlu heyvanı oğurlayaraq qazanc əldə etməyə razılıq vermişdir. Amil oradan uzaqlaşaraq avtomobilin yanına gəlmiş və avtomobilə əyləşərək təxminən 15 dəqiqə gözləmişdir. O, isə həmin dükan istiqamətində getmişdir. O, həmin heyvana yaxınlaşaraq kəndirini açaraq arxasınca dartıb Amilin olduğu yerə gətirmişdir. Amil ona yaxınlaşaraq köməklik edərək oğurladıqları heyvanı qaranlıq yerdə bağlamışlar. Heyvanı oğurladıqdan sonra aparmaq üçün Amilin əvvəllər tanıdığı Faiq adlı şəxsə zəng edərək sonuncunu çağırmışlar. Faiqin qeyd olunan ünvana gəlməsi üçün onun telefonuna konum atmışdır. Təxminən 20 dəqiqədən sonra 166 yük taksisi qeyd olunan ünvana gəlmişdir. Yük taksisi ünvana gəldikdən sonra köməkli Amil ilə oğurladıqları heyvanı maşına yüklədikdən sonra o, sürücüyə Binəqədi rayonu (Sentralnı) deyilən yerə aparmağını demişdir. Bundan sonra Amil də onunla birlikdə yük maşının arxasınca getmişdir. İlk öncə həmin heyvanı onun yaşadığı ünvana aparmışlar. Oradan heyvanı avtomobildən düşürdükdən sonra Amil Etimad adlı ət alveri ilə məşğul olan şəxsə zəng vurmuş və ona heyvan satdığını bildirmişdir. Etimad həmin heyvanın kimə məxsus olmasını və neçəyə satdığını soruşmuşdur. Amil bildirmişdir ki, heyvan özünə məxsusdur və 1700 manata satır. Bir qədər sonra Etimad onun yaşadığı ünvana gəlmiş və heyvana baxaraq onlarla razılaşmışdır. Lakin bildirmişdir ki, nağd pulu yoxdur heyvanı götürüb bir gün sonra pulunu verəcəkdir. Onlar razılaşmamışlar. Etimad oranı tərk edib getmişdir. Təxminən 15 dəqiqə sonra Etimad Amilə zəng edərək bildirmişdir ki, 500 manat versin, qalan pulu isə bir gün sonra verəcəkdir. Onlar razılaşmışlar. Bundan sonra Faiq ilə əlaqə saxlayara heyvanı Etimadın dükanının qarşısına aparmış və orada dəmirə bağlamışlar. Bundan sonra Amil yük taksisinin sürücüsünə 70 manat pul verdikdən sonra o, Etimada zəng edərək heyvanı ət dükanının qarşısına bağladıqlarını demişdir. Həmən vaxt Etimad onun kart hesabına 500 manat pul göndərmişdir. Etimad 500 manatı Amilin kart hesabına göndərdikdən sonra onlar taksinin pulunu ayıraraq qalan məbləği ikisi arasında bölmüşlər. Həmən günü axşam Amil onunla əlaqə saxlayaraq bildirmişdir ki, Etimad heyvanın qalan pulunuda vermək üçün onları çağırır. O, Amil ilə görüşərək Etimadın ət dükanının qarşısına getmişdir. Həmən vaxtı Etimad onlara 1200 manat pul vermişdir. Pulu aldıqdan sonra onlar ikisi arasında bölərək yaşadığları ünvana getmişlər. Oğurlanmış heyvanların dəyəri ittihamda göstərilmiş kimi deyil, tərəfindən Zərərçəkmiş şəxs1 500 manat ziyandan ödənilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 6 ay müddətdir ki, ünvan 6 ünvanında yerləşən təxminən 30 kv/metr ərazisi olan dükanı aylıq 400 manata icarəyə götürərək orada iri və xırda buynuzlu heyvanlarının kəsimi ilə məşğul olaraq ət satışı ilə məşğul olur. Dükanın adı “Ət Dükanı” qeyd olunmuşdur. 27 dekabr 2023-cü il tarixdə səhər saatlarında Vüsal adlı şəxsdən 01 baş iri buynuzlu heyvanı 2800 manata almışdır. Həmin dükanın qarşısında olan dəmirə bağlatdırmışdır ki, 28 dekabr 2023-cü il tarixdə kəsdirsin və ətini satsın. Dükanın iş fəaliyyəti həmin gün axşam saat 19:30-da qurtardıqdan sonra o, və qəssab dükanı bağlamışlar. 28 dekabr 2023-cü il tarixdə saat 07:30-da işlədiyi dükana gələn zaman iri buynuzlu heyvanın orada olmadığını görmüşdür. Bundan sonra yaxınlıqdakı, dükan və mənzillərdə quraşdırılmış müşahidə kameralarının sahiblərindən xahiş edərək görüntülərə baxmışdır. Həmin görüntülərə baxdıqdan sonra ona məlum olmuşdur ki, ona məxsus bir ədəd iri buynuzlu heyvanı iki nəfər şəxs oğurlamışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Baş vermiş hadisə zamanı ona 3000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyandan ona 500 manat ödənilmişdir. Qalan ziyanın ödənilməsini tələb edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində də o, iri buynuzlu heyvanı 2800 manata aldığını, əlavə çəkilmiş xərclərlə birlikdə ona 3000 manat ziyan dəydiyini göstərmiş, lakin nə üçün 3500 yazıldığını bilmir. İri buynuzlu heyvan cins heyvan olmuş, 2800 manat dəyərində olmuşdur, onu alıb avtomobilə xərc çəkib gətirməsi, yemləməsi ilə bağlı çəkdiyi xərcləridə nəzərə almaqla ümumilkdə ona 3000 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qəssab mağazasını işlədir. 23 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən 2500 manata bir baş iri buynuzlu heyvan alıb işlədiyi mağazanın qarşısına apararaq oradakı dirəyə bağlamışdır. 24 dekabr 2023-cü il tarixdə səhər saat 05 radələrində işlədiyi mağazanın qarşısına gələn zaman heyvanın yerində olmamasını aşkar etmiş, əvvəlcə zənn etmişdir ki, heyvan özü dirəkdən ipini qopardıb qaçıb, lakin sonradan yaxınlıqdakı mağazanın təhlükəsizlik kamerasına baxan zaman heyvanın naməlum şəxslər tərəfindən oğurlanaraq aparılmasını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 166 Yükdaşıma xidmətində sürücü işləmişdir. Təxminən dekabr ayının əvvəllərində 166 xidmətindən edilən sifarişlə Qaradağ rayonu Lökbatan qəsəbəsindən dəqiq xatırlamadığı ünvana getmişdir. Ünvana getdikdən sonra tanımadığı şəxslər yol kənarında 01 baş iri buynuzlu heyvanı onun idarə etdiyi yük maşınına yerləşdirmişlər və Binəqədi rayonuna aparmağını istəmişlər. Yolda gələn zaman tanımadığı şəxs onunla söhbət əsnasında ət kəsimi ilə məşğul olduqlarını, heyvanı Beyləqandan gətirdiyini demişdir. Bundan sonra o, sifariş olunan ünvana Binəqədi rayonu 15 sutka cəza çəkmə məntəqəsinin yaxınlığına gəlmişdir. Həmin şəxslər heyvanı onun idarə etdiyi Ford markalı Transit modelli avtomobildən düşürmüşlər və ona gediş haqqı olaraq 70 manata pul vermişlər və o, çıxıb getmişdir. Maşında söhbət edən zaman həmən şəxslər tez-tez maşın lazım olduğunu deyərək yük maşını lazım olduğundan onun sifarişə gəlməyindən ötrü onunla əlaqə saxlamaq üçün onun mobil nömrəsini istəmişdir. O, da həmin vaxtı onlara bildirmişdir ki şirkətə zəng edən zaman apardığı yükə görə faiz tutulduğundan lazım olan zaman onun nömrəsinə zəng etmələrini demişdir. Həmin şəxslər yeni ilin gəlişi ərəfəsi olduğundan tez tez iri buynuzlu heyvanlar Bakı şəhərinə gətirdiklərini bildirmişlər. xx.xx.2023-cü il tarixdə gecə saatlarında maşında söhbət əsnasında adını Samir bildiyi şəxs ona zəng edərək Sabunçu rayonu Bilgəh qəsəbəsində iri buynuzlu heyvan var, onu yenidən Binəqədi rayonuna aparmaq istədiyini demişdir. O da sifarişi qəbul etdikdən sonra bu barədə 166 yükdaşıma xidmətinə zəng edərək sifariş olduğunu demişdir. Bundan sonra o, adını Samir bildiyi şəxsin ona atdığı konumla Sabunçu rayonu Bilgəh qəsəbəsinə getmişdir. Qeyd olunan ünvan çatdıqdan sonra Samir və yanında tanımadığı bir nəfər şəxs onu qarşılamışlar və maşının qapısını açmasını istəmişlər ki, rayondan aldıqları iri buynuzlu heyvanı maşına yükləsinlər. O, da idarə etdiyi 166 Yük avtomaşınının qapısını açmış və adını Samir bildiyi şəxsdən malın oğurluq olub olmadığını soruşmuşdur. Bundan sonra Samir ona bildirmişdir ki, Beyləqandan alıb gətirmiş, Binəqədiyə aparıb kəsməlidir. Samir və yanındakı bir nəfər şəxs 01 ədəd iri buynuzlu heyvanı maşına yükləmişlər və sonuncular da onun idarə etdiyi yük maşına əyləşərək bir qədər getdikdən sonra maşınlarının yol kənarında olduğunu deyərək maşından düşmüşlər və ona demişlər ki, Binəqədi sentralnı deyilən ünvana getsin. O, da həmin şəxslərin dedikləri ünvan getmiş və orda onları gözləmişdir. Təxminən 20 dəqiqədən sonra adını Samir bildiyi şəxs ona bildirmişdir ki, Binəqədi dairəsinin yaxınlığında olan ət dükanının qarşısına aparsın. O, qeyd olunan ünvana getmiş həmən yerdə Samir maşından heyvanı düşürdərək gediş haqqı 70 manatı ona vermiş və o, oradan ayrılıb işinə getmişdir. Şahid qismində dindirlmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 15 il müddətdir ki, böyük və kiçik baş heyvanların ətinin alışı və satışı ilə məşğul olur. Təxminən 6 il müddətdir ki, Binəqədi rayonu Gülməmməd Ramazanov küçəsində 50 kv/m ərazini icarəyə götürərək orada ət satır. Amil və Taleh adil şəxsləri o, əvvələr tanımamış onlarla heç bir münasibəti olmamışdır. Təxminən 2023-cü ilin dekabr ayının sonlarında bir nəfər şəxs onun işlədiyi ət dükanına gələrək rayondan mal heyvan gətirib satdığını demiş və həyətində 01 ədəd iri buynuzlu heyvan olduğunu demişdir. Bundan sonra o, onunla birlikdə onun yaşadığı ünvan 13 ünvanına getmişdir. O, onun həyətində olan heyvana baxmış və qiymətdə razılaşaraq 1500 manat verərək ondan heyvanı alaraq işlədiyi ət dükanına gətirmişdir. Bir neçə gündən sonra həmin şəxs yenidən onun işlədiyi ət kəsimi yerinə gəlmişdir. Həmin şəxs ət dükanına gələn zaman onun yanında bir nəfər şəxsdə olmuşdur. Dükandan onunla söhbət əsnasında ona bildirmişdir ki, rayondan mal gətirmiş istəyirsən gedək bax qiymətləşək istəyərsən al. O, həmən vaxt ondan şəxsiyyət vəsiqəsini istəmişdir. O, həmin şəxsə şəxsiyyəti təsdiq edən sənəti istədikdə o sənətin üzərində olmadığını adını Amil olduğunu demişdir. Bundan sonra o yenidən onunla bilikdə ünvan 13inə getmişdir. Həyətdə olan zaman onun satdığı heyvana baxmış və adını Amil kimi təqdim etdiyi şəxsə dəqiq xatırlamır pul vermiş və heyvanı əl kəsim yerinə gətirmişdir. Təxminən bir neçə gündən sonra yəni xx.xx.2023-cü il tarixdə yenidən onun işlədiyi ət dükanına gələrək 01 ədəd iri buynuzlu heyvanın olduğunu demişdir. O, iş yerinə yaxın olduğundan yenidən onunla yaşadığı ünvana getmişdir. Həyətdə Amilin satdığı heyvana baxmış və təxminən 150-145 kiloqram olduğunu ona demişdir. O isə bir qədər fikirləşib daha sonra onunla razılaşmışdır. O, Amildən 01 ədəd iri buynuzlu heyvanı alaraq ona 1700 manata pul verərək malı ət dükanına gətirmişdir. Heyvanı satmaq üçün dükanda kəsmiş və aldığı malın təmiz çəkisi 148 kiloqram olduğunu görmüşdür(cild 2, i.v.79-81); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 28 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Bilgəh-Maştağa yolunun sağ tərəfində olan ət dükanın önünə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 1, i.v.6-8); 03 yanvar 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:00 radələrində CM-nin 177.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.41); 03 yanvar 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:50-də CM-nin 177.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.68); 04 yanvar 2024-cü il tarixli götürmə və baxış keçirmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatların həqiqiliyini əsasalandırmaq üçün 01 ədəd CD diski təqdim edərək cinayət işinə əlavə edilməsini xahiş etmişdir. Təqdim edilən CD disk araşdırma əhəmiyyəti kəsb etməklə gələcəkdə ittihamın düzgün həllinə xidmət edəcəyinə mötəbər əsaslar olduğundan götürülüb materiala əlavə edilmişdir (cild 1, i.v. 90); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-5/2024 saylı 04 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır(cild 1, i.v.123-128); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-4/2024 saylı 04 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Rüstəm oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır(cild 1, i.v.129-134); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 17:30-da “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 135-137); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə saat 18:10-da “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 138-139); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-nin 93-3 maddəsinin 3-cü hissəsi, 41 AR əsasən 03 il 06 ay şərti azadlıqdan mərumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Xalq məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-nin 93-3 maddəsinin 2-ci hissəsi, 93-3-cü maddəsinin 3-cü hissəsi 93-5-ci maddəsinin 2-ci hissəsi, 38, 39 maddələrinə əsasən 08 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29, 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Azərbaycan Reaspublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir; Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Hacıqabul rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli aministiya qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmış, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur(cild 1, i.v.154-156, 179-182); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4, 29,180.2.2 və 310-cu maddələri ilə təqsirli bilinərək barəsində CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 01 il 06 ay müddətinə endirilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Salyan rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən əməli Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilməklə təyin edilmiş cəzası 05 ilə endirilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ilə təyin edilmiş cəzanın çəkilməmiş 09 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtardığına görə qeydiyyatdan çıxarılmışdır; Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Hacıqabul rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.2, 66.5, 69.3-cü maddələri tətbiq edilməklə 02 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə çəkilməmiş cəzasının 06 ay hissəsi azaldılmış, Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş 01 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyat çıxarılmışdır(cild 1, i.v.157-160, 183-189); Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(103)-16/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-5/2024 saylı 04 yanvar 2024-cü il tarixli qərarı ləğv edilərək barəsində 02 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbirinin əvvəli tutulduğu andan hesablanması qərara alınmışdır(cild 1, i.v.168-173); Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Səbail RPİ, 8-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış, xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarına təhvil verilmiş, Sabunçu RPİ MSY-nə təhvil verilməsi üçün 14-cü PŞ-nə gətirilmişdir(cild 1, i.v.194); Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən ət kəsimi dükanının önünə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdır(cild 1, i.v.210-211); Şübhəli şəxsin tutulması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 15:00 radələrində tutulmuşdur(cild 1, i.v.248); İfadənin yerində yoxlanması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış, o, ifadəsində göstərilən xüsusatları hadisə yerində göstərərək bir daha təsdiq etmişdir(cild 2, i.v.21-27); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.45); Toplanmış sübutların qiymətləndirilməsi haqqında 15 may 2024-cü il tarixli qərardan görünür ki, 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(cild 2, i.v.90-100); Məhkəmə ilk növbədə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara verilmiş hər iki epizod üzrə təqsirli bilsələr də vurulmuş ziyanın məbləğləri ilə razı olmadıqlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 6 ay müddətdir ki, ünvan 6 ünvanında yerləşən təxminən 30 kv/metr ərazisi olan dükanı aylıq 400 manata icarəyə götürərək orada iri və xırda buynuzlu heyvanlarının kəsimi ilə məşğul olaraq ət satışı ilə məşğul olur. Dükanın adı “Ət Dükanı” qeyd olunmuşdur. 27 dekabr 2023-cü il tarixdə səhər saatlarında Vüsal adlı şəxsdən 01 baş iri buynuzlu heyvanı 2800 manata almışdır. Həmin dükanın qarşısında olan dəmirə bağlatdırmışdır ki, 28 dekabr 2023-cü il tarixdə kəsdirsin və ətini satsın. Dükanın iş fəaliyyəti həmin gün axşam saat 19:30-da qurtardıqdan sonra o, və qəssab dükanı bağlamışlar. 28 dekabr 2023-cü il tarixdə saat 07:30-da işlədiyi dükana gələn zaman iri buynuzlu heyvanın orada olmadığını görmüşdür. Bundan sonra yaxınlıqdakı, dükan və mənzillərdə quraşdırılmış müşahidə kameralarının sahiblərindən xahiş edərək görüntülərə baxmışdır. Həmin görüntülərə baxdıqdan sonra ona məlum olmuşdur ki, ona məxsus bir ədəd iri buynuzlu heyvanı iki nəfər şəxs oğurlamışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Baş vermiş hadisə zamanı ona 3000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyandan ona 500 manat ödənilmişdir. Qalan ziyanın ödənilməsini tələb edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində də o, iri buynuzlu heyvanı 2800 manata aldığını, əlavə çəkilmiş xərclərlə birlikdə ona 3000 manat ziyan dəydiyini göstərmiş, lakin nə üçün 3500 yazıldığını bilmir. İri buynuzlu heyvan cins heyvan olmuş, 2800 manat dəyərində olmuşdur, onu alıb avtomobilə xərc çəkib gətirməsi, yemləməsi ilə bağlı çəkdiyi xərcləridə nəzərə almaqla ümumilkdə ona 3000 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qəssab mağazasını işlədir. 23 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən 2500 manata bir baş iri buynuzlu heyvan alıb işlədiyi mağazanın qarşısına apararaq oradakı dirəyə bağlamışdır. 24 dekabr 2023-cü il tarixdə səhər saat 05 radələrində işlədiyi mağazanın qarşısına gələn zaman heyvanın yerində olmamasını aşkar etmiş, əvvəlcə zənn etmişdir ki, heyvan özü dirəkdən ipini qopardıb qaçıb, lakin sonradan yaxınlıqdakı mağazanın təhlükəsizlik kamerasına baxan zaman heyvanın naməlum şəxslər tərəfindən oğurlanaraq aparılmasını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs1 ifadəsində oğurlanmış əmlakının dəyərinin 2800 manat olmasını, Zərərçəkmiş şəxs2 isə 2500 manat olmasını göstərmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamın həcmi azaldılmalı, onların cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın məbləği 2500 manat, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın məbləği isə 2800 manat olmaqla müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən onların cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 barəsində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2009-cu il tarixli, Salyan rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli Hacıqabul rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini (CM-59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2000-ci il tarixli, Bakı şəhəri Nizami rayon Xalq məhkəməsinin xx.xx.2000-ci il tarixli, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilsə də, Hacıqabul rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-65.2), 03 yanvar 2024-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01(bir) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 24 mart 2024-cü il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-65.2), 03 yanvar 2024-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək tutulduğu 01(bir) gün, 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək tutulduğu 02(iki) gün, ümumilikdə 03(üç) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2024-cü il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur, maddi sübut- 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 03 yanvar 2024-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01(bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 03 yanvar 2024-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək tutulduğu 01(bir) gün, 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək tutulduğu 02(iki) gün, ümumilikdə 03(üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 27(iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar