Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-476/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək olan müddət ərzində, dəqiq tarixləri istintaqa məlum olmayan günlərdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, E.Məhərrəmov küçəsi «Şəhidlər xiyabanının» yaxınlığında yerləşən, Zərərçəkmiş şəxs məxsus nömrəsiz iki mərtəbəli fərdi həyət evinə giriş darvazasının üzərindən aşmaqla evin həyətinə, oradan isə birinci mərtəbədə yerləşən mətbəx otağının plastik pəncərəsini əli ilə itələməklə açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla, birinci mərtəbədə yerləşən qonaq otağından dəyəri 160 manat olan bir ədəd «LG» markalı televizoru, dəyəri 40 manat olan bir ədəd elektrik paylayıcını, dəyəri 15 manat olan bir ədəd «wifi» cihazını, dəyəri 20 manat olan bir ədəd peyk qəbuledicisini, dəhlizdən dəyəri 50 manat olan bir ədəd gips materialdan qız heykəlini, ümumi dəyəri 12 manat olan üç kq mismarı, dəyəri 100 manat olan bir ədəd su qızdırıcısını, dəyəri 100 manat olan «İndesit» markalı soyuducunun mühərrikini, yataq otağından hər birinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 900 manat olan altı ədəd idman tipli çemodanları, ümumi dəyəri 100 manat olan altı ədəd qadın ətirlərini, ümumi dəyəri 300 manat olan qadın alt paltarlarını, qadın corablarını, bir ədəd hamam dəsmalını, bir ədəd kəfəni, iki ədəd hicabı, bir ədəd şampunu və üç ədəd sabunu, bir ədəd yataq dəstini və bir ədəd qadın çantasını, ümumi dəyəri 700 manat olan qadın paltosunu, ümumi dəyəri 80 manat olan dörd ədəd «DVD» playeri, ümumi dəyəri 50 manat olan üç ədəd qadın sadə bijuteriya qolbaqlarını, ümumi dəyəri 60 manat olan altı ədəd gümüş üzükləri, mətbəx otağındakı dolablardan ümumi dəyəri 100 manat olan altı ədəd çuqun və aliminium materialdan olan qazanları, dəyəri 140 manat olan bir ədəd elektrik ətçəkən dəzgahını, dəyəri 10 manat olan bir ədəd elektrik şirə çəkəni, iki ədəd çaynik, iki ədəd qızılı rəngdə qrafin, on dörd ədəd stəkan, qırx ədəd nəlbəki, otuz ədəd boşqab da daxil olmaqla ümumi dəyəri 360 manat olan dörd qutu qabqacaq dəstlərini, ümumi dəyəri 100 manat olan ərzaq məhsullarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə 3.397 miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən də qonşusu Zərərçəkmiş şəxs evindən oğurluq etmişdir. Əvəllər S.N. İbrahimova ilə qonşuluqda yaşamışdır. Həmin qadını 6-7 il olar ki tanıyır. Lakin hazırda daimi yaşayış yeri yoxdur, adətən Sabunçu rayonu, «Sovxoz Ramana» deyilən ərazidə, yarım və ya köhnə tikililərdə gecələyir. Fəhləçilik etməklə gündəlik tələbatını ödəyir. Oğurluq törətməmişdən əvvəl Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, «Şəhidlər xiyabanının» yaxınlığında, Zərərçəkmiş şəxs evinin həndəvərində yarımtikilidə yaşayırdı. Oğurluq törətməmişdən bir neçə gün əvvəl küçədə gəzərkən Sayad adlı qadının yaşadığı evin işıqlarının yanmadığını görmüş, həmin evə girərək oğurluq etməyi planlaşdırmışdır. Cari ilin yanvar ayının 19-dan 28-dək ümumilikdə 4 dəfə S.İ.brahimovaya məxsus evə plastik pəncərəni açaraq daxil olmuş, evdən hissə-hissə oğurluq etmişdir. Evdə yaşayış olmadığını, ev sahibəsinin hələ bir neçə gün gəlməyəcəyini güman edib oğurlamaq istədiyi əşyaları hissə-hissə çıxardırmış. Həyət evinin giriş darvazasının üzərinə dırmanaraq evin ikinci mərtəbəsinə, oradan taxta pilləkənlə dəhlizə düşmüş, birinci mərtəbədə olan mətbəxin plastik pəncərəsini dəmir barmaqlıq quraşdırılmadığı üçün əli ilə itələməklə açmışdır. Oğurluq edərkən havanın qaralmasını gözləmiş, oğurladığı əşyaları yaşadığı yarımtikililərə gətirib saxlayıb, sonra bəzilərini Sabunçu bazarında, bəzilərini qonşuya, bəzilərini isə küçədən keçən tanımadığı insanlara hissə-hissə satıb özünə gündəlik təlabat üçün yemək və siqaret alırdı. Törətdiyi əməldən peşqmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, E.Məhərrəmov küçəsi, nömrəsiz fərdi ev ona məxsusdur, həmin evdə tək yaşayır. 19 yanvar 2023-cü il tarixdə «Həcc» ziyarətinə gedəcəyi üçün 18 yanvar 2023-cü il tarixdə bacısı qızı Aytac onu öz evlərinə aparmışdır. Bu səbəbdən yaşadığı evin açarını bacısı qızı Aytaca o, «Həcc» ziyarətində olduğu müddətdə evinə baxıb nəzarət etmək üçün vermişdir. 19 yanvar 2023-cü il tarixdə o, «Həcc» ziyarətinə getmiş, 28 yanvar 2023-cü il tarixdə, saat 15:00 radələrində ziyarətdən geri qayıtmışdır. Bacısı Südabə onun evi yerləşən küçədə işıq dirəyinin partlaması səbəbindən müvəqqəti elektrik verilməsinin dayandığını bildirmiş, bu səbəbdən o həmin gecəni bacısı Südabənin evində qalmışdır. Həmin gün, onun Zemfira adlı qonşusu onun telefonuna «whatsap» vasitəsilə boşqab, stəkan şəkilləri göndərərək, həmin qabların ona aid olub-olmadığını soruşmuşdur. Şəkillərə baxarkən dərhal şəkillərdəki qabları tanımış, bacısı ilə birlikdə qonşusu Zemfiranın evinə getmiş, qabların ona məxsus olduğunu bildirmiş, lakin onları götürməmiş, O, yaşadığı evə getmiş, evinin dağınıq vəziyyədə olduğunu, ev əşyalarının oğurlanmasını aşkar etmişdir. Halhazırda şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, tanıyır. Telman əvvəlllər onlarla qonşuluqda anası ilə bir yerdə yaşayırdı. Onu sakit təbiətli, işə gedib gələn biri kimi tanıyırdı. Təxminən 3 il bundan qabaq Təqsirləndirilən şəxs ailə həyatı qurmuş, ailə qurduqdan sonra spirtli içki aludəçisi olduğunu eşitmişdir. Ailə qurduqdan iki il sonra o, ailəsindən ayrılmışdır. 2022-ci ilin sonlarında Telman onunla qonşuluqda yerləşən evini satıb həmin məhlədən köçmüşdür. Buna baxmayaraq mütəmadi olaraq əvvəl yaşadıqları məhləyə gəlib-gedirdi. Zərərçəkmiş şəxs altı ilə yaxın müddətdir ki, tanıyır, hazırda onunla qonşuluqda yaşayır. O, Sayadın «Həcc» ziyarətinə getməsindən məlumatsız olmuşdur. 2023-cü ilin yanvar ayında 20-dən 28-dək olan müddətdə Telman yaşadığı evin qapısını döyərək onu çölə çağırmış, ona satılası bəzi əşyaların olduğunu bildirmişdir. Telman əvvəllər özlərinə məxsus bəzi qab-qacaq dəstlərini, ət çəkən maşını ona satmışdır. Bu dəfə də satdığı əşyaların özünə məxsus olduğunu bildirmiş və onu özünə inandırmışdır. Həmin vaxt Telman ona iki ədəd çaynik, iki ədəd qızılı rəngdə qrafin, on dörd ədəd stəkan, bir ədəd hamam dəsmalı, bir ədəd şampun, üç ədəd sabun, bir ədəd şirəçəkən, bir ədəd yataq dəsti, qırx ədəd nəlbəki, otuz ədəd boşqabı və bir ədəd qadın çantasını 70 manata, hissəhissə təxminən üç dəfə olmaqla satmışdır. Bu hadisədən sonra qonşularla söhbət zamanı Sayadın evindən oğurluq hadisəsinin baş verməsini eşitmişdir. Evə gedib Sayada zəng etmiş, onun evindən oğurluq olub-olmaması soruşmuş, «whatsap» vasitəsilə Telmandan aldıqları əşyaların şəkillərini ona göndərmişdir. Zərərçəkmiş şəxs əşyalarını tanımış, onun evinə gələrək həmin əşyaların onun oluğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sayad onun xalasıdır, Xalası Sayad 18 yanvar 2023-cü il tarixdə yaşadıqları evə gəlmişdir. 19 yanvar 2023-cü il tarixdə, saat 05:00 radələrində anası Südabə və bacısı Aytac xalasını hava limanından «Həcc» ziyarətinə yola salmışlar. Xalası evinə nəzarət etmək məqsədilə evinin açarını bacısı Aytaca vermişdir. Lakin səhhətində yaranmış narahtalıqla bağlı bacısı Aytac böyük bacısıgilə getmiş və 27 yanvar 2023-cü ildə geri qayıtmışdır. Xalası bacısı Aytaca SMS göndərərək gəlməmişdən bir gün öncə onun evinə getməyi, hazırlıq görməyi xahiş etmişdir. Bu səbəbdən o və anası, xalası Sayadın qızı Esmira ilə birlikdə onun evinə getmişlər. Evin darvazasını açıb içəri girərkən, 1-ci mərtəbədə olan plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüşlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 Məhərrəm oğlu ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda fərdi yaşayış evində yaşayır. Heç bir yerdə işləmir, fəhləçiliklə məşğul olub ehtiyaclarını ödəyir. 2023-cü ilin yanvar ayının sonlarında Sabunçu bazarı adlanan bazarda gəzərkən, orada tanıdığı Telmanı görmüş, söhbətləşmişdir. Söhbət zamanı onun əlində qara rəngli «LG» model televizor və «DVD» pleyeri görmüş, nə məsələ olduğunu soruşmuşdur. Telman isə əlindəkiləri özünə məxsus olduğunu bildirmişdir. Televizorun qiymətini soruşanda, «sənə 30 manata» verərəm deyə cavab vermişdir. Həmin, «LG» markalı, qara rəngli televizoru Təqsirləndirilən şəxs 30 manata alıb yaşadığı evə aparmışdır. 28 yanvar 2023-cü il tarixdə mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb, Telmanın ona televizor satıb-satmadığını soruşmuş, O, isə televizoru Telman adlı şəxsdən aldığını səmimi etiraf etmiş, şöbəyə yaxınalaşaraq həmin televizoru təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2009-cü ilin sonlarında Gürcüstan Respublikasından Bakıya gəlmiş, o vaxtan Azərbaycanda yaşayır. 2015-ci ildən etibarən restoranlarda videorejissor kimi çalışır. 27 yanvar 2023-cü il tarixdə «DVD» almaq məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Bit» bazarı kimi tanınan Sabunçu bazarının girişinə çatdıqda bir nəfər şəxsin qarşısına müxtəlif ev eşyaları (televizor, DVD, səsgücləndiri və s.) düzərək satdığını görmüşdür. «SHİVAKİ-SDV-800» model gümüşü rəngli DVD-in qiymətini soruşmuş, həmin şəxs DVD-ni 25 manata satdığını demiş, 23 manata razılşaraq həmin DVD-ni alıb yaşadığı evə aparmışdır. DVD-ni yoxlayarkən nasaz olduğunu görmüş, növbəti gün həmin DVD-ni qaytarmaq məqsədilə Sabunçu bazarına getmiş, lakin həmin şəxsi tapa bilməmişdir. Digər satıcılardan DVD-ni satan şəxsi soraqlamış, həmin şəxsin arada-bir bazara gəlib-getdiyini öyrənmişdir. Yaşadığı evə gedərkən, Südçülük sovxozu «Al» marketin yaxınlığında mülki geyimli şəxs ona yaxınlaşaraq özünü 12-ci PŞ-in əməkdaşı kimi təqdim etmiş və əlində olan «DVD»-ni hardan aldığını soruşmuş, müvafiq araşdırma aparılması üçün onu Sabunçu RPİ-in 12-ci PŞ-nə dəvət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sayad xalasıdır və o, 18 yanvar 2023-cü il tarixdə xalasının yaşadığı evə gəlmişdir. 19 yanvar 2023-cü il tarixdə, saat 05:00 radələrində anası Südabə ilə onu hava limanından «Həcc» ziyarətinə yola salmışlar. Sayad evinə nəzarət etmək məqsədilə evinin açarını ona vermişdir. Lakin, səhhətində yaranmış narahtlıqla bağlı O, Əhmədlidə yaşayan böyük bacısıgilə getmiş və 27 yanvar 2023-cü ildə geri qayıtmış, məqsəd isə növbəti gün xalasını qarşılamaq olmuşdur. Çünki, xalası onunla «whatsapp»-da görüntülü danışan zamanı Bakıya gəlməmişdən bir gün öncə onun evinə getməyi, hazırlıq görməyi xahiş etmişdir. Bu səbəbdən 28 yanvar 2023-cü il tarixdə o, qardaşı Ceyhun anas ı Südabə xalası Sayadın evində təmizlik işləri görmək üçün onun yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, «Şəhidlər xiyabanının» yaxınlığında yerləşən ünavana getmişlər. Qardaşını və anası Zərərçəkmiş şəxs evinin qarşısında düşürdüb evə qayıdarkən, qardaşı ona zəng edərək xalalarının evindən oğurluq olduğunu, bu səbəbdən geri qayıtmağını bildirmişdir. O geri qayıtmış, polis əməkdaşlarının mənzildə zəruri sənədləşmə işləri apardıqlarını görmüş, bu səbəbdən içəri daxil olmamışdır. Qardaşı və anası ilə geri qayıdarkən yolda oğurluq hadisəsini xalasına necə izah etməyin yollarını məsləhət etmişlər. Xalası Sayad «Həcc» ziyarətindən qayıtmış, onu hava limanında qarşılamışlar. Xalası Sayadın evinin yerləşdiyi məhlədə guya qaz və işıqla bağlı nasazlıq olduğunu bildirib öz yaşadıqları evə aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə Telman adlı şəxsi müəyyən edib onu Sovxoz Ramanıda saxlamışdır. Bölmədə onunla aparılmış söhbətlər zamanı o etdiyi oğurluq cinayətlərini səmimi olaraq etiraf etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/929 saylı, 03 mart 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası, ərzaqvə sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti istifadədə olmuş «LG» markalı, 32LK330 modelli televizorun bir ədədinin qiyməti 160 manat, istifadədə olmuş «Shivaki» markalı SDV-800 modelli DVD aparatının bir ədədinin qiyməti 20 manat, təqdim edilməyən, qərarda göstərilən 03 kq mismarın ümumi dəyəri 12 manat, «wifi» aparatının bir ədədinin qiyməti 15 manat, peyk qəbuledicinin bir ədədinin qiyməti 20 manat müəyyən edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli 9/929 nömrəli rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut kimi qiymətləndirilmişdir. Hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxslərin, şahidlərin və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Bu eynilə ekspert rəy ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Cinayət işinin materiallarında olan 15 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 05 sentyabr 2009cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 02 feyvral 2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi X3 məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla ziyan vurmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 17.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 30 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 30 yanvar 2023-cü il tarixdən saat 19:00 radələrindən tutulmuş hesab edilmişdir (səh., 49). Cinayət işinin materiallarında olan 01 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 62). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)76/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 yanvar 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 82). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)237/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 15 gün müddətinə uzadılmışdır (səh., 191). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini,əvvələr azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkməsini, onun alternativ cəza ilə islah olunmasının qeyri mümükün olmasını və işdə olan digər halları nəzərə alaraq, ona ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzalarını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd Koreya istehsalı «LG» markalı televizor, bir ədəd «DVD», iki ədəd çaynik, iki ədəd qızılı rəngdə qrafin, 14 ədəd stəkan, bir ədəd hamam dəsmalı, bir ədəd şampun, üç ədəd sabun, bir ədəd stəkan, bir ədəd yataq dəsti, 40 ədəd nəlbəki, 30 ədəd boqab, bir ədəd qadın çantasının zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən «02» (iki) il, «10» (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «30» yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübutlar-bir ədəd Koreya istehsalı «LG» markalı televizor, bir ədəd «DVD», iki ədəd çaynik, iki ədəd qızılı rəngdə qrafin, 14 ədəd stəkan, bir ədəd hamam dəsmalı, bir ədəd şampun, üç ədəd sabun, bir ədəd stəkan, bir ədəd yataq dəsti, 40 ədəd nəlbəki, 30 ədəd boqab, bir ədəd qadın çantasının zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-476/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-476/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver