Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-476/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, fərli qaydada işləyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2, barəsində «polisin nəzərati altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid elektron məlumat daşçıyıcısı olan «4169- 7388-5868-1996» nömrəli plastik bank kartında məlumatları əldə edib onlardan istifadə etməklə bağban kimi işlədiyi ünvan 3 ünvanda 02 may 2023-cü il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs hesabında olan ona məxsus 200 manat, 100 manat, 50 manat, 50 manat, 100 manat, 50 manat, 70 manat, 20 manat, ümumilikdə 640 manat pul vəsaitini özünə məxsus «***-***-**-**» mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi mobil tətbiqinin balansına yükləyərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs 640 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin təxminən may aylarından Şamil adlı şəxsin Sabunçu rayonu, Bilgəh qəsəbəsi, dalan 8, ev 810 ünvanda bağban işləyir. Həmin müddətdən bu yana işlədiyi üçün Şamil müəllim ona hər ay 400 manat pul əlbə-əl vermişdir. 02 may 2023-cü il tarixdə, saat 17:00 radələrində Bilgəh qəsəbəsi, dalan 8, ev 810 ünvanda olarkən Şamil müəllim ona özünün telefonunda olan birbank tətbiqində problem olduğunu və ödəniş edə bilmədiyini demişdir. Telefonu və plastik kartı ona verərək həmin tətbiqdə problemi həll etməyi istəmişdir. Bununla razılaşmış və telefonu, plastik kartı ondan götürmüşdür. Şamil müəllimə məxsus «4169-7388-5868-1996» nömrəli "xxxx" tərəfindən verilmiş kartın «16» rəqəmini özünə məxsus «Samsung A41» markalı telefonunda aktivləşdirdiyi öz adına aid «+**********00» nömrəli mobil tətbiq hesabına yazmışdır. Kartın üzərindəki «16» rəqəmdən əlavə «4169-7388-5868-1996» nömrəli kartın cvv və bitiş tarixini də qeyd etmişdir. Qeyd edəndən sonra «4169-7388-5868-1996» nömrəli kartdan birinci olaraq 500 manat pul çıxarmaq istəmişdir. Lakin əməliyyat uğursuz olmuşdur. Təxminən 3 dəqiqədən sonra birinci olaraq 200 manat, ardıcıl olaraq təxminən «03» dəqiqə aralıqda 100 manat, 50 manat, 50 manat, 100 manat, 50 manat, 70 manat məbləğində pul vəsaitini «+**********00» nömrəli mobil tətbiq hesabına yükləmişdir. Daha sonra həmin pul məbləğlərini özünə məxsus "xxxx" kartlarına və mərc oyunları üçün müəyyən edilmiş bank kartına göndərmişdir. Təxminən 10-15 dəqiqə kartdan pulu çıxarandan sonra birbank tətbiqindəki problemi həll edib telefonu və plastik kartı geri Şamil müəllimə vermişdir. Həmin gün, yəni may ayının 2-də axşam saatlarında yenidən «4169- 7388-5868-1996» nömrəli kartdan öz mobil tətbiq hesabına pul köçürmək istəmişdir. Yalnız 20 manat pul öz mobil tətbiq hesabına köçürə bilmişdir. «4169-7388-5868-1996» nömrəli plastik kart bir dəfə mobil tətbiqdə qeydiyyatdan keçirdikdən sonra tətbiqin yaddaşında qalmışdır. Pula ehtiyacı olmuş Zərərçəkmiş şəxs aid «4169-7388-5868-1996» nömrəli "xxxx" kartından pul çıxarmaqda məqsədi həmin pulları mərc oyunlarında oynayaraq, məbləği artırıb kartına geri göndərmək olmuşdur. Təxminən 2023-cü ilin aprel ayında «+**********00» nömrəni mobil tətbiqindən qeydiyyatdan keçirmişdir. «4169-7388- 4206-9571» və «4169-7413-3569-0424» nömrəli "xxxx" kartları ona məxsus olmuş, daha çox bu kartlara pulu göndərmişdir. «4169-7388-4611-8481» nömrəli bank kartı tanıdığı Əfsanə adlı şəxsə aiddir. Həmin şəxsə 300 manat borcu olduğundan «+**********00» nömrəli mobil tətbiq hesabından «4169-7388-4611-8481» nömrəli plastik kart hesabına 300 manat göndərmişdir. May ayının 8-də yenidən 50 manat və 30 manat pul çıxarmaq istəsə də əməliyyat uğursuz olmuşdur. «+**********00» nömrəli mobil tətbiq hesabı açanda ad soyad yerinə şərti olaraq Kamil Hüseynov qeyd etmişdir. Kamil Hüseynov adlı tanışı yaxud qohumu yoxdur. «4169-7388-5868-1996» nömrəli plastik kartdan pulu özü tək çıxarmış və heç kimə bu barədə deməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. M əhkəm ə Azər baycan Respublikası nı n Cinayət Pr osessual M əcəlləsinin 124. 2- ci m addəsinin t ələbinə uyğun olar aq aşağı dakı lar ı sübut növü kim i qəbul et m işdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 ildən artıqdır ki, təqaüdçüdür. ünvan 3 ünvanda həyət evində tək yaşayır. 02 may 2023-cü il tarixində evdə olarkən, saat 17:00 radələrində özünə məxsus «İphone 11» markalı telefonunda birbank tətbiqinə girərək özünə məxsus "xxxx" tərəfindən verilmiş «4169-7388-5868-1996» nömrəli kart hesabında necə manat pul qaldığını baxmışdır. Bu zaman bir bank tətbiqində görmüşdür ki, hesabından pullar hissə hissə ümumi olaraq 640 manat naməlum şəkildə çıxarılmışdır. Pulun nə səbəbə çıxarılmasını öyrənmək üçün ona yaxın olan Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Kapital» Bankın filialına yaxınlaşmışdır. Burada ona «4169-7388-5868-1996» nömrəli kartından pulun çıxarılması ilə bağlı bank çıxarışı vermişlər. Bank çıxarışında hissə-hissə pullar naməlum «mpay» hesabına köçmüşdür. Bankdan ona hüquq mühafizə orqanına yaxınlaşmasını bildirmişlər. 03 may 2023-cü il tarixdə 14-cü polis şöbəsinə yaxınlaşaraq kartından pulun çıxarılması ilə bağlı ərizə yazmışdır. Evdə tək yaşamışdır. Sadəcə həyət evində bağban Əbəlfəz adlı şəxs və ev işlərini görən Səidə adlı xanım işləmişdir. Onlar səhər təxmini 08:00 radələrində evə gəlib 17-da evdən çıxmışlar. Əbəlfəz və Səidə onun evində yaşamamışlar. Əbəlfəz və Səidə adlı şəxslərə evində işləməməklərini özlərinə bildirmişdir. Səbəb o olmuşdur ki, Əbəlfəz və Səidə o qədər də işlərində məsuliyyətli olmamışlar. Əbəlfəz təxminən yay aylarından, Səidə təxminən 3 (üç) ay olar ki, onun evində işləyir. "xxxx" tərəfindən verilmiş «4169- 7388-5868-1996» nömrəli kart məlumatlarını internetdə heç bir linkə daxil etməmişdir. «4169-7388-5868-1996» nömrəli plastik kartı telefonunda birbank tətbiqində olmuşdur.Keçən ilin may aylarında birbank tətbiqində ödənişlərlə bağlı problem olduğu üçün telefonunu və plastik kartını həyətində işləyən Əbəlfəzə vermişdir.Əbəlfəz problemi düzəltdikdən sonra telefonu və plastik kartı geri qaytarmışdır. «4169-7388-5868-1996» nömrəli kartını çox vaxt özünə aid qəhvəyi rəngdə balaca çantasında saxlamışdır. Ona 640 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qsimində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında on ildən artıqdır ki, dostluq münasibəti vardır. Keçən il, yəni 2023-cü ilin aprel aylarında Əbəlfəzə borc kimi 300 manat pul vermişdir. 02 may 2023-cü il tarixində Əbəlfəz onun verdiyi 300 manat borcunu ona məxsus "xxxx" tərəfindən verilmiş «**********118481» nömrəli plastik kartına göndərmişdir. Təqsirləndirilən şəxs Ş.H.Süelymanova məxsus «4169-7388-5868-1996» nömrəli plastik kartından 640 manat pul çıxarması barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 13 mart 2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)190/2024 №li, 16 fevral 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)190/2024 №li, 16 fevral 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, «02» (iki) il, «06» (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixə kimi «02» (iki) gün gün müddət azadlığın məhdudlaşdırılması növundə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla, «04» (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş «02» (iki) il, «06» (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və üzərində «02» (iki) il, «05» (beş) ay, «26» (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli sorğuya cavabdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)190/2024 №li, 16 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş «02» (iki) il, «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının «02» oktyabr 2024-cü il tarixə «04» (dörd) ay, «03» (üç) gün hissəsi məhkum tərəfindən çəkilmiş, «02» (iki) il, «02» (bir)ay, «23» (iyirmi üç) gün hissəsi çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuşoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında 12 sentyabr 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 4 №li, 25 iyun 2003-cü il tarixli qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli bilinən şəxsə tətbiq olunur, həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş mərhumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar,habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Cinayət işinin materiallarında olan 29 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3- 1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 63). Cinayət işinin materiallarında olan 29 yanvar 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsinlə «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 78). Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə, saat 00:30 radələrində saxlanılışdır (səh., 119). Cinayət işinin materiallarında olan axtarışda olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında 22 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dindirilməsi 22 may 2024-cü il tarixdə, saat 16:10 radələrində başlanmış, 22 may 2024-cü il tarixdə, saat 16:40 radələrində bitmişdir (səh., 123). Cinayət işinin materiallarında olan 22 may 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsinlə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 126). Məhkəmə təqsirləndirilən şəxs X1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(006)190/2024 saylı, 16 fevral 2024-cü il tarixli hökmü ilə Bakı şəhəri Probasiya İdarəsi tərəfindən 29 may 2024-cü il tarixdən qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya İdarəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlandığı «01» (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının «02» (iki) gününə bərabər tutulmaqla «02» (iki) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs hazırki iş üzrə 22 may 2024-cü il tarixdə saxlandığı «01» (bir) gün, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)190/2024 №li, 16 fevral 2024-cü tarixli hökmü ilə nəzərə alınmış, məhkəməyədək icraat dövründə tutulduğu, 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. X3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(006)190/2024 saylı, 16 fevral 2024-cü tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təyin olunmuş «02» (iki) il, «06» (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və qəti olaraq təqsirləndirilən şəxs X2 üzərində «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cinayət Məcəlləsinə 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)190/2024 №li, 16 fevral 2024-cü tarixli hökmü ilə nəzərə alınmış, məhkəməyədək icraat dövründə tutulduğu, «26» sentyabr 2023-cü il tarixdən «28» sentyabr 2023-cü il tarixə kimi «02» gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə «01» (bir) günü, «02» (iki) gün hesabı ilə hesablanmaqla «04» (dörd) gün cəza çəkmə müddətinə hesablanmış müddət, hazırki iş üzrə 22 may 2024-cü il tarixdə saxlandığı müddət «01» (bir) gün, «02» (iki) gün hesablanaraq, cəmi «06» (altı) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «11» (on bir) ay, «24» (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(006)190/2024 saylı, 16 fevral 2024-cü il tarixli hökmü ilə Bakı şəhəri Probasiya İdarəsi tərəfindən 29 may 2024-cü il tarixdən qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-476/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-476/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver