Məhkəmə qərarları › İş №1(008)-477/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-477/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-477/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, hazırda işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamışdır. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmaqla (VÖEN **********) qeyri-ərzaq məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-də 15 may 2019-cu il tarixdən 01 avqust 2022ci il tarixədək olan müddətdə Mingəçevir şöbəsində ekspeditor (satış nümayəndəsi) vəzifəsində işləyərkən həmin Cəmiyyətlə arasında bağlanmış 15 may 2019-cu il tarixli əmək və tam maddi-məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlakı qəbul etmək, satmaq və vaxtında müştəriyə çatdırmaq, satışdan əldə olunmuş məbləği toplayıb xəzinəyə təhvil vermək, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunu aparmaqla hesabat vermək və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə davamlı olaraq mənimsəməklə talamaq məqsədilə xx.xx.2022-ci il tarixədək öhdəsində qalan 33.326.13 manat (otuz üç min üç yüz iyirmi altı manat on üç qəpik) dəyərində mal qalığı da nəzərə alınmaqla 01 yanvar 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək Cəmiyyətin Sabunçu rayonunun inzibati ərazi dairəsinə aid olan Abşeron rayonu Məmmədli kəndində yerləşən anbarından rəsmi sənədlər, xx.xx.2022-ci il tarixli Mİ-62497 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-62656 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-62795 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-62811 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-62812 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-62813 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-63365 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-63685 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-63686 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-63751 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-63753 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-63818 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-63819 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-63827 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-63900 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-63902 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-63937 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-63938 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-64280 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-64504 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-64509 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-64864 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-64865 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-64957 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65040 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65077 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65078 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65079 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65089 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65259 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65265 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65269 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65621 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65622 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65624 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65899 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-65908 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66010 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66100 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66101 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66404 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66405 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66439 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66440 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66531 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66532 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66562 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66563 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66678 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66679 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66931 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-66932 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-67067 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-67121 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-67189 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-67258 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-67262 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-67526 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-67527 nömrəli, xx.xx.2022-ci il tarixlii Mİ-67619 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-67620 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68020 nömrəli, xx.xx.2022-ci il tarixlii Mİ-68021 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68179 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68193 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68194 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68389 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68393 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68406 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68431 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68432 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68821 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68822 nömrəli. xx.xx.2022-ci il tarixli Mİ-68877 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68878 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-68892 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-69245 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-69300 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-69301 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 69305 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ-69306 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 69459 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 69904 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70003 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70094 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70327 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70328 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70368 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70458 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70606 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70607 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70762 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70763 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70888 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70889 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 70890 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71034 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71035 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71147 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71149 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71151 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71177 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71631 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71632 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71634 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71753 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71772 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71918 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71919 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71980 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 71981 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 72097 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 72147 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 72274 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 72310 nömrəli, xx.xx.2022-ci il tarixli Mİ- 72437 nömrəli cəmi 117 ədəd qaimə-faktura əsasında maddi məsuliyyətinə götürdüyü cəmi 32.060,72 manat (otuz iki min altmış manat yetmiş iki qəpik) dəyərində qida məhsullarını Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonları ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış məqsədilə təhvil verərək, ümumilikdə 65.386.85 manat (altmış beş min üç yüz səksən altı manat səksən beş qəpik) dəyərindən həmin ərzaq məhsullarının 398,88 manat (üç yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) dəyərində olan hissəsini tələbata cavab verməyən məhsul kimi Cəmiyyətin anbarına qaytarmaqla, 14.284,60 manat (on dörd min iki yüz səksən dörd manat altmış qəpik) dəyərində mal təhvil-təslim aktları ilə Cəmiyyətin digər satış nümayəndəsinə təhvil verilməklə, ərzaq məhsullarının satışından əldə etdiyi cəmi 50.703.37 manat (əlli min yeddi yüz üç manat otuz yeddi qəpik) məbləğdə pul vəsaitinin həmin müddət ərzində 29.345.57 manatını (iyirmi doqquz min üç yüz qırx beş manat əlli yeddi qəpik) nağd şəkildə Cəmiyyətin kassasına ödəməsinə baxmayaraq, satışdan əldə etdiyi cəmi 21.357,80 manat (iyirmi bir min üç yüz əlli yeddi manat səksən qəpik) pul vəsaitini ticarət obyektlərindən təhvil aldıqdan sonra Cəmiyyətin Abşeron rayonu, Məmmədli kəndində yerləşən xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləyib, ona etibar olunmuş özgəyə, yəni "xxxx" MMC-yə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurub mənimsəməklə qəsdən talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cü ilin may ayından 2022-ci ilin may ayına qədər hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 2Karvan 2002” MMC-də satış nümayəndəsi vəzifəsində işləmişdir. İşə ərizəsi əsasında qəbul olunmuş, "xxxx" MMC-nin direktoru X3r. Şirkətin anbarı və mərkəzi kassası Sabunçu rayonun inzibati ərazi dairəsinə aid olan Abşeron rayonu, Məmmədli qəsəbəsi, yeni massiv nömrəsiz ünvanda yerləşir. Cəmiyyət Azərbaycan Respublikası ərazisində Rusiya Federasiyası, Ukrayna və Türkiyə Respublikalarından idxal etdiyi təsərrüfat malları, yuyucu vasitələr, saça qulluq vasitələri və.s məhsullarının satışını həyata keçirir. O, işə qəbul olunan zaman "xxxx" MMC ilə arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. Bundan əlavə "Vəzifə borcları” haqqında vəzifə təlimatı ilə tanış edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi siyahıya uyğun olaraq, “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə” bağlanmış, qarşılıqlı maddi məsuliyyətləri müəyyən edilmişdir. Həmin müqavilələr onun özü tərəfindən imzalanmışdır. Onun satış nümayəndəsi kimi vəzifəsi Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonları ərazisində yerləşən ticarət obyektlərindən sifarişlərin qəbulu olmuşdur. Belə ki, o, satış nümayəndəsi kimi marketlərdən sifariş qəbul edib, bu barədə terminal vasitəsi ilə MMC-nin Bakı şəhərində yerləşən baş ofisə məlumat verir, onlarda öz növbəsində sifariş verdiyi malları anbarda toplayıb daşıyıcılar vasitəsi ilə marketlərə çatdırırmışlar. Malların marketlərə çatdırılması prosessində o, iştirak etməmişdir. Malın təhvil verilməsinə dair qaiməni ticarət obyektinin nümayəndəsi və daşıyıcılar imzalamışlar. Satılan mallara görə ödənilməli olan pullar da ay ərzində bir neçə dəfə onun tərəfindən hissə-hissə ticarət obyektlərindən toplanaraq rayonda yaşadığı üçün gedib-gəlməkdə çətinlik olmasın deyə Mingəçevir şəhərində yerləşən ofislərində bölgə müdirinə qəbz əsasında təhvil vermiş, o da həmin pulu kassaya ödəmişdir. O, pulu ticarət obyektinin nümayəndələrindən toplayan zaman aralarında hər hansı bir qəbz tərtib olunmamış, pulları nağd formada yığmışdır. Bundan başqa satış nümayəndəsi kimi daha bir vəzifəsi mağazalardan satışdan geri qaytarılan malları akt əsasında toplayıb anbara təhvil vermək olmuşdur. Belə ki, o, satışdan geri qaytarmalar barədə elektron qaydada istifadəsində olan planşetdə qeydiyyat aparmış, şirkətin daşıyıcıları rayona gələndə həmin malları mağazadan təhvil alıb şirkətin anbarına təhvil verirmişlər. Mallar əsasən yararlılıq müddəti bitdikdə və ya satışında ləngimələr olduqda satışdan geri qaytarılmışdır. Satışdan geri qaytarmalarla bağlı da iki nüsxədən ibarət akt tərtib olunaraq həm daşıyıcı, həm də ticarət obyektinin nümayəndələri tərəfindən imzalanmışdır. Satışdan geri qaytarmaları hesabından silinməsini öz elektron planşeti vasitəsi ilə izləmişdir. Əvvəllər işlədiyi müddətdə fəaliyyətində heç vaxt problem olmamış, hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Təxminən 2022-ci ilin aprel may aylarında onu işdən ixtisara salmışlar, anbardan adına mal çıxışına qadağa qoyulmuşdur. Həmin vaxtı o, öz rəhbərliyinə hesabında 9000 manat çatışmazlıq olması barədə məlumat vermiş və xahiş etmişdir ki, ona işləyib pulu geri qaytarmaq üçün vaxt versinlər. Bundan sonra o, işlədiyi ərazidə yerləşən ticarət obyektlərini Elçin adlı başqa bir satış nümayəndəsinə təhvil vermişdir. Lakin aralarında hər hansı bir təhvil-təslim aktı tərtib edilməmişdir. Bundan bir müddət sonra onu şirkətə dəvət etmişlər və orada olan zaman bildirmişlər ki, onun hesabında 21.357.80 manat çatışmazlıq var. O, əvvəlcə bu məbləğə etiraz etmiş, direktorun qəbulunda olmuş və ondan xahiş etmişdir ki, pulu geri qaytarmaqda ona vaxt versin. İşlədiyi dövrdə firmadan onun adına dəqiq olaraq nə qədər mal çıxdığını, bu mala görə nə qədər pul ödəniş etdiyini, nə qədər anbara geri qaytardığını xatırlamır. Bütün sənədlər firmada saxlanılır. xx.xx.2022-ci il tarixdə müştərilərlə təhviltəslimin keçirilməsindən xəbəri olmamışdır. Ona bu barədə heç kim məlumat verməmişdir, özü Elçin adlı şəxslə təxminən 2022-ci ilin may ayında ərazinin təhvil-təslimini aparmışdır. Şirkətə məxsus pulu götürüb şəxsi ehtiyacları üçün xərcləmişdir. İşlədiyi müddətdə onun ticarət obyektlərinin nümayəndələri ilə arasında heç bir problem olmamışdır. Həqiqətən də onlar pulları şəxsən ona təhvil vermişlər. Hazırda şirkətə dəymiş ziyan onun tərəfindən tam olaraq ödənilmişdir, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərdi ki, "xxxx" MMC-yə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən şirkətə tam olaraq ödənilmiş, ona qarşı şirkətin heç bir şikayəti və tələbi yoxdur, bu barədə məhkəməyə ərizə təqdim edərək nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2016cı ildən "xxxx" MMC-də bölgə müdiri vəzifəsində çalışır. Onun bölgə müdiri kimi vəzifəsi tabeliyində olan satış nümayəndələrinin fəaliyyətinə nəzarət etmək, satış nümayəndələri tərəfindən toplanmış pulları onlardan təhvil alıb kassaya mədaxil etməkdən ibarətdir. O, Mingəçevir bölgəsi üzrə bölgə müdiri vəzifəsində çalışır. Şirkətin anbarı və mərkəzi kassası Sabunçu rayonun inzibati ərazi dairəsinə aid olan Abşeron rayonu, Məmmədli qəsəbəsi, yeni massiv nömrəsiz ünvanda yerləşir. Şirkətin idxal etdiyi məhsullar satış nöqtələrinə satış nümayəndələrinin verdikləri sifariş əsasında çatdırılır. Belə ki, sifarişi qəbul etmiş satış nümayəndəsi bu barədə terminal vasitəsi ilə MMC-nin baş ofisə məlumat verir, operatorlarda öz növbələrində həmin sifarişi anbara yönləndirir, sifariş verilən mallar anbarda toplanıb daşıyıcılar vasitəsi ilə satış nöqtələrinə çatdırırlar. Satılan mallara görə ödənilməli olan pullarda ay ərzində bir neçə dəfə satış nümayəndələri tərəfindən hissəhissə ticarət obyektlərindən toplanaraq MMC-nin kassasına ödənilir. Rayonlarda çalışan satış nümayəndələri isə ticarət obyektlərindən topladıqları pulları öz istifadələrində olan terminalda qeyd etdikdən sonra onlara yəni bölgə müdirlərinə təhvil verirlər ki, onlar da ay ərzində toplanmış pulları gətirib şirkətin mərkəzi kassasına ödəyirlər. O, bölgə müdiri kimi satış nümayəndələrindən pulları təhvil alan zaman aralarında qaimə tərtib olunmuş, qaimənin bir nüsxəsi onda, bir nüsxəsi isə satış nümayəndəsində qalmışdır. Sonradan pulu kasaya təhvil verən zaman həmin qaiməni də təhvil verirmişlər. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən şirkətin Mingəçevir bölgəsi üzrə satış nümayəndəsi vəzifəsinə təyin olunandan sonra tanımışdır. Onunla münasibəti yaxşı olmuş, işlədiyi müddətdə fəaliyyətində çatışmazlıqla olmamışdır. Onun xidməti ərazisi Bərdə, Ağdam, Tərtər və Ağcabədi rayonları olmuşdur. Təxminən 2022-ci ilin aprel may aylarında o, Nurlanın ödənişlərində gecikmələr olduğunu görüb bu barədə rəhbərliyə məlumat vermişdir. Bundan sonra Nurlanın hesabına anbardan mal çıxışına qadağa qoyulmuşdur. Lakin Nurlan tərəfindən sonrakı işlədiyi müddətdə heç bir ödəniş edilmədiyi, bir müddət sonra isə ümumiyyətlə üzrlü səbəblər olmadan işə gəlmədiyi üçün məcbur qalıb 2022-ci ilin iyun ayının 20-də o və Nurlanın yerinə təyin olunmuş yeni satış nümayəndəsi X1 iştirakı ilə Təqsirləndirilən şəxs işlədiyi Bərdə, Ağcabədi, Tərtər və Ağdam rayonları ərazisində yerləşən ticarət obyektlərində olub təhvil-təslim aparmışlar. Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq təhvil-təslimdə iştirak etməkdən imtina etmişdir. Təhvil-təslim zamanı onun işlədiyi 50 ticarət obyektindən 27-də çatışmazlıq aşkar edilmişdir. Belə ki, o, Tərtər rayonu ərazisində fəaliyyət göstərən “Nurlu Həyat” adlı ticarət obyektinə verdiyi 156 manat dəyərində malın satışından ona ödənilmiş 156 manat pulu, “Ağdərə” adlı ticarət obyektinə verdiyi 299.76 manat dəyərində malın satışından ona ödənilmiş 299.76 manat pulu, “Vifa” adlı ticarət obyektinə verdiyi 350 manat dəyərində malın satışından ona ödənilmiş 350 manat pulu, Bərdə rayonu ərazisində fəaliyyət göstərən “Anar Parfumeriya” adlı ticarət obyektinə verdiyi 494.64 manat dəyərində malın satışından ona ödənilmiş 395.74 manat pulu, “Seymur Parfumeria” adlı ticarət obyektinə verdiyi 1904.70 manat dəyərində malın satışından ona ödənilmiş 1300.79 manat pulu, “Elməddin Parfumeria” adlı ticarət obyektinə verdiyi 1683.60 manat dəyərində malın satışından ona ödənilmiş 878.90 manat pulu, “Xarıbülbül Parfumeria” adlı ticarət obyektinə verdiyi 252.69 manat eləyərində malın satışından ona ödənilmiş 152.69 manat pulu, “İdeal Parfumeria” adlı ticarət obyektinə verdiyi 1972.20 manat dəyərində malın satışından ona ödənilmiş 1972.20 manat pulu, “Azər Parfumeria” adlı ticarət obyektinə verdiyi 445.28 manat dəyərində malın satışından ona ödənilmiş 445.28 manat pulu, “Rəşid market” adlı ticarət obyektinə verdiyi 580.38 manat dəyərində malın satışından ona ödənilmiş 580.38 manat pulu, “Kamal market” adlı ticarət obyektinə verdiyi 13.83 manat dəyərində malın satışından ona ödənilmiş 13.83 manat pulu, “Bəxtiyar xırdavat” adlı ticarət obyektinə verdiyi 500.91 manat dəyərində malın satışından ona ödənilmiş 500.91 manat pulu, “Fərid Aptek” adlı ticarət obyektinə verdiyi 675.74 manat dəyərində malın satışından ona ödənilmiş 675.74 manat pulu, “Ruzi market” adlı ticarət obyektinə verdiyi 937.58 manat dəyərində malın satışından ona ödənilmiş 937.58 manat pulu, “Uğur Elxan market” adlı ticarət obyektinə verdiyi 298 manat dəyərində malın satışından ona ödənilmiş 298 manat pulu, “Uğur market” adlı ticarət obyektinə verdiyi 1050.38 manat dəyərində malın satışından ona ödənilmiş 1050.38 manat pulu, “Bərdə Qarabağ mail” adlı ticarət obyektinə verdiyi 203.25 manat eləyərində malın satışından ona ödənilmiş 203.25 manat pulu, “Aran market” adlı ticarət obyektinə verdiyi 1129.72 manat dəyərində malın satışından ona ödənilmiş 100 manat pulu, “Rüfət Parfumeria” adlı ticarət obyektinə verdiyi 1958.55 manat dəyərində malın satışından ona ödənilmiş 584 manat pulu, “Aqil market” adlı ticarət obyektinə verdiyi 2200 manat dəyərində malın satışından ona ödənilmiş 1200 manat pulu, “Elçin Parfumeria” adlı ticarət obyektinə verdiyi 3289.90 manat dəyərində malın satışından ona ödənilmiş 924.87 manat pulu, “Xəzər Aptek” adlı ticarət obyektinə verdiyi 732.89 manat dəyərində malın satışından ona ödənilmiş 340.17 manat pulu, “Rauf Parfumeria" adlı ticarət obyektinə verdiyi 651.26 manat dəyərində malın satışından ona ödənilmiş 651.26 manat pulu, “Orxan xırdavat” adlı ticarət obyektinə verdiyi 999.97 manat dəyərində malın satışından ona ödənilmiş 433.97 manat pulu, Ağdam rayonu ərazisində yerləşən “Şəhriyar market” adlı ticarət obyektinə verdiyi 1607 manat dəyərində malın satışından ona ödənilmiş 753 manat pulu, “Əhməd market” adlı ticarət obyektinə verdiyi 1364.40 manat dəyərində malın satışından ona ödənilmiş 360.90 manat pulu, “Uğur market” adlı ticarət obyektinə verdiyi 200 manat dəyərində malın satışından ona ödənilmiş 200 manat pulu, “Ağdam market” adlı ticarət obyektinə verdiyi 1506 manat dəyərində malın satışından ona ödənilmiş 506 manat pulu, “Vüqar Parfumeria” adlı ticarət obyektinə verdiyi 1426.09 manat dəyərində malın satışından ona ödənilmiş 357.37 manat pulu, Ağcabədi rayonu ərazisində yerləşən “ Okey market” adlı ticarət obyektinə verdiyi 1496 manat dəyərində malın satışından ona ödənilmiş 573 manat pulu, “Həci uşaq aləmi” adlı ticarət obyektinə verdiyi 771.33 manat dəyərində malın satışından ona ödənilmiş 771.33 manat pulu, “Emin Parfumeria” adlı ticarət obyektinə verdiyi 162 manat dəyərində malın satışından ona ödənilmiş 162 manat pulu, “Rəşid oğlu market” adlı ticarət obyektinə verdiyi 223.32 manat dəyərində malın satışından ona ödənilmiş 223.32 manat pulu, “Novruz market” adlı ticarət obyektinə verdiyi 1605 manat dəyərində malın satışından ona ödənilmiş 1605 manat pulu, “X5” adlı ticarət obyektinə verdiyi 1742 manat dəyərində malın satışından ona ödənilmiş 630 manat pulu, “Aydın market” adlı ticarət obyektinə verdiyi 688 manat dəyərində malın satışından ona ödənilmiş 688 manat pulu, “Bəxtiyar Parfumeria” adlı ticarət obyektinə verdiyi 77.44 manat dəyərində malın satışından ona ödənilmiş 77.44 manat pulu, öz adına götürdüyü 142 manat dəyərində olan malın pulunu kassaya ödəməmiş, həmin obyektlərin hesabından silməmişdir. Təhvil-təslim zamanı ticarət obyektlərinin nümayəndələri həmin pulları Təqsirləndirilən şəxs ödədiklərini bildirib, onlar ödəmiş olduqları pulu və onlarda qalan mal qalığını təsdiq edən təhvil-təslim aktına, eləcə də hər bir müştəri barəsində tərtib edilmiş tərəflər arasında borcun təsdiq edilməsi barədə akta imza atmışlar. Təhvil-təslimin nəticələrinə dair tərtib edilmiş akt, yoxlamada iştirak edən bütün şəxslər, eləcə də o və Şahid2 tərəfindən imzalanmışdır. Təhvil-təslim zamanı yalnız Bərdə rayonu ərazisində yerləşən “Ruzi market" və “Rəşid oğlu market” adlı ticarət obyetklərinin nümayəndələrini tapmaq mümkün olmadığından yalnız onlar akta imza atmamışlar. Bundan sonra təhvil-təslimin nəticələrinə dair Təqsirləndirilən şəxs məlumat verilmişdir. O, yaranmış çatışmazlıqla bağlı heç bir etirazının olmadığını, həqiqətəndə aktda adları qeyd olunan ticarət obyektlərindən pulları yığıb kassaya təhvil verməsi üçün ona təhvil verməyərək şəxsi məqsədləri üçün istifadə etdiyini könüllü olaraq etiraf edib, şirkət rəhbərinin adına izahat verərək həmin pulları mənimsədiyini təsdiq etmişdir. Yoxlama zamanı ticarət obyektlərində ümumilikdə 14.284.60 manat dəyərində mal qalıq qalmış, həmin mallar Nurlanın yerinə təyin olunmuş Elçin Mirzəliyevə təhvil verilmişdir. Onlar Nurlanın xidməti ərazisində təhvil-təslim apardıqdan sonra tərtib olunmuş aktları rəhbərliyə təqdim etmişlər. Sonradan rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs sifarişi əsasında anbardan çıxmış mallar, həmin mallara görə kassaya ödənişlər, anbara geri qaytarmalara dair hesabatlar çıxarılaraq müstəqil audit yoxlaması keçirilmişdir. Məlum olmuşdur ki, onun hesabında 21.357.82 manat pul çatışmazlığı var. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2019cu ildən "xxxx" MMC-də Mingəçevir bölgəsi üzrə satış nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən şirkətin Mingəçevir bölgəsi üzrə satış nümayəndəsi vəzifəsinə təyin olunandan sonra tanımışdır. Onunla münasibəti yaxşı olmuşdur. Nurlanın xidməti ərazisi Bərdə, Ağdam, Tərtər və Ağcabədi rayonları olmuşdur. Eşitdiyinə görə təxminən 2022-ci ilin aprel may aylarında onun ödənişlərində gecikmələr olduğunu üçün şirkət tərəfindən onun hesabına anbardan mal çıxışına qadağa qoyulmuşdur. Lakin Nurlan tərəfindən heç bir ödəniş edilmədiyi üçün 2022-ci ilin may ayında o, Nurlanın yerinə təyin edilmiş, iyun ayının 20-də o və bölgə müdiri Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs işlədiyi Bərdə, Ağcabədi, Tərtər və Ağdam rayonları ərazisində yerləşən ticarət obyektlərində olub təhvil-təslim aparmışlar. Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq təhvil-təslimdə iştirak etməkdən imtina etmişdir. Buna görə də məcbur qalıb onun iştirakı olmadan təhvil-təslimi keçirmişlər. Təhvil-təslim zamanı onun işlədiyi 50 ticarət obyektindən 27-də çatışmazlıq aşkar edilmişdir. Belə ki, o, Tərtər rayonu ərazisində fəaliyyət göstərən “Nurlu Həyat” adlı ticarət obyektinə verdiyi 156 manat dəyərində malın satışından ona ödənilmiş 156 manat pulu, “Ağdərə” adlı ticarət obyektinə verdiyi 299.76 manat dəyərində malın satışından ona ödənilmiş 299.76 manat pulu, “Vifa” adlı ticarət obyektinə verdiyi 350 manat dəyərində malın satışından ona ödənilmiş 350 manat pulu, Bərdə rayonu ərazisində fəaliyyət göstərən “Anar Parfumeriya” adlı ticarət obyektinə verdiyi 494.64 manat dəyərində malın satışından ona ödənilmiş 395.74 manat pulu, “Seymur Parfumeria” adlı ticarət obyektinə verdiyi 1904.70 manat dəyərində malın satışından ona ödənilmiş 1300.79 manat pulu, “Elməddin Parfumeria” adlı ticarət obyektinə verdiyi 1683.60 manat dəyərində malın satışından ona ödənilmiş 878.90 manat pulu, “Xarıbülbül Parfumeria” adlı ticarət obyektinə verdiyi 252.69 manat dəyərində malın satışından ona ödənilmiş 152.69 manat pulu, “İdeal Parfumeria” adlı ticarət obyektinə verdiyi 1972.20 manat dəyərində malın satışından ona ödənilmiş 1972.20 manat pulu, “Azər Parfumeria” adlı ticarət obyektinə verdiyi 445.28 manat dəyərində malın satışından ona ödənilmiş 445.28 manat pulu, “Rəşid market” adlı ticarət obyektinə verdiyi 580.38 manat dəyərində malın satışından ona ödənilmiş 580.38 manat pulu, "Kamal market” adlı ticarət obyektinə verdiyi 13.83 manat dəyərində malın satışından ona ödənilmiş 13.83 manat pulu, “Bəxtiyar xırdavat” adlı ticarət obyektinə verdiyi 500.91 manat dəyərində malın satışından ona ödənilmiş 500.91 manat pulu, “Fərid Aptek” adlı ticarət obyektinə verdiyi 675.74 manat dəyərində malın satışından ona ödənilmiş 675.74 manat pulu, “Ruzi market” adlı ticarət obyektinə verdiyi 937.58 manat dəyərində malın satışından ona ödənilmiş 937.58 manat pulu, “Uğur Elxan market” adlı ticarət obyektinə verdiyi 298 manat dəyərində malın satışından ona ödənilmiş 298 manat pulu, “Uğur market” adlı ticarət obyektinə verdiyi 1050.38 manat dəyərində malın satışından ona ödənilmiş 1050.38 manat pulu, “Bərdə Qarabağ mail” adlı ticarət obyektinə verdiyi 203.25 manat dəyərində malın satışından ona ödənilmiş 203.25 manat pulu, “Aran market” adlı ticarət obyektinə verdiyi 1129.72 manat dəyərində malın satışından ona ödənilmiş 100 manat pulu, “Rüfət Parfumeria” adlı ticarət obyektinə verdiyi 1958.55 manat dəyərində malın satışından ona ödənilmiş 584 manat pulu, “Aqil market” adlı ticarət obyektinə verdiyi 2200 manat dəyərində malın satışından ona ödənilmiş 1200 manat pulu, “Elçin Parfumeria” adlı ticarət obyektinə verdiyi 3289.90 manat dəyərində malın satışından ona ödənilmiş 924.87 manat pulu, “Xəzər Aptek” adlı ticarət obyektinə verdiyi 732.89 manat dəyərində malın satışından ona ödənilmiş 340.17 manat pulu, “Rauf Parfumeria” adlı ticarət obyektinə verdiyi 651.26 manat dəyərində malın satışından ona ödənilmiş 651.26 manat pulu, “Orxan xırdavat” adlı ticarət obyektinə verdiyi 999.97 manat dəyərində malın satışından ona ödənilmiş 433.97 manat pulu, Ağdam rayonu ərazisində yerləşən “Şəhriyar market” adlı ticarət obyektinə verdiyi 1607 manat dəyərində malın satışından ona ödənilmiş 753 manat pulu, “Əhməd market” adlı ticarət obyektinə verdiyi 1364.40 manat dəyərində malın satışından ona ödənilmiş 360.90 manat pulu, “Uğur market” adlı ticarət obyektinə verdiyi 200 manat dəyərində malın satışından ona ödənilmiş 200 manat pulu, “Ağdam market” adlı ticarət obyektinə verdiyi 1506 manat dəyərində malın satışından ona ödənilmiş 506 manat pulu, “Vüqar Parfumeria” adlı ticarət obyektinə verdiyi 1426.09 manat dəyərində malın satışından ona ödənilmiş 357.37 manat pulu, Ağcabədi rayonu ərazisində yerləşən “ Okey market” adlı ticarət obyektinə verdiyi 1496 manat dəyərində malın satışından ona ödənilmiş 573 manat pulu, “Həci uşaq aləmi” adlı ticarət obyektinə verdiyi 771.33 manat dəyərində malın satışından ona ödənilmiş 771.33 manat pulu, “Emin Parfumeria” adlı ticarət obyektinə verdiyi 162 manat dəyərində malın satışından ona ödənilmiş 162 manat pulu, “Rəşid oğlu market” adlı ticarət obyektinə verdiyi 223.32 manat dəyərində malın satışından ona ödənilmiş 223.32 manat pulu, “Novruz market” adlı ticarət obyektinə verdiyi 1605 manat dəyərində malın satışından ona ödənilmiş 1605 manat pulu, “X5” adlı ticarət obyektinə verdiyi 1742 manat dəyərində malın satışından ona ödənilmiş 630 manat pulu, “Aydın market” adlı ticarət obyektinə verdiyi 688 manat dəyərində malın satışından ona ödənilmiş 688 manat pulu, “Bəxtiyar Parfumeria” adlı ticarət obyektinə verdiyi 77.44 manat dəyərində malın satışından ona ödənilmiş 77.44 manat pulu, öz adına götürdüyü 142 manat dəyərində olan malın pulunu kassaya ödəməmiş, həmin obyektlərin hesabından silməmişdir. Təhvil-təslim zamanı ticarət obyektlərinin nümayəndələri həmin pulları Təqsirləndirilən şəxs ödədiklərini bildirib, onlar ödəmiş olduqları pulu və onlarda qalan mal qalığını təsdiq edən təhvil-təslim aktına, eləcə də hər bir müştəri barəsində tərtib edilmiş tərəflər arasında borcun təsdiq edilməsi barədə akta imza atmışlar. Təhvil-təslimin nəticələrinə dair tərtib edilmiş akt, yoxlamada iştirak edən bütün şəxslər, eləcə də o və Şahid1 tərəfindən imzalanmışdır. Təhvil-təslim zamanı yalnız Bərdə rayonu ərazisində yerləşən “Ruzi Market” və “Rəşid oğlu market” adlı ticarət obyektlərinin nümayəndələrini tapmaq mümkün olmadığından yalnız onlar akta imza atmamışlar. Bundan sonra təhviltəslimin nəticələrinə dair Təqsirləndirilən şəxs məlumat verilmişdir. Bildiyinə görə yaranmış çatışmazlıqla bağlı Nurlan özü də heç bir etirazının olmadığını, həqiqətəndə aktda adları qeyd olunan ticarət obyektlərindən pulları yığıb kassaya təhvil verməyərək şəxsi məqsədləri üçün istifadə etdiyini könüllü olaraq etiraf etmişdir. Yoxlama zamanı ticarət obyektlərində ümumilikdə 14.284.60 manat dəyərində mal qalıq qalmış, həmin mallar ona təhvil verilmişdir. Onlar Nurlanın xidməti ərazisində təhvil-təslim apardıqdan sonra tərtib olunmuş aktları rəhbərliyə təqdim etmiş, sonradan rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs sifarişi əsasında anbardan çıxmış mallar, həmin mallara görə kassaya ödənişlər, anbara geri qaytarmalara dair hesabatlar çıxarılaraq müstəqil audit yoxlaması keçirilmiş, məlum olmuşdur ki, onun hesabında 21.357.82 manat pul çatışmazlığı var. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2016-cı ildən "xxxx" MMC-nin satış müdiri vəzifəsində çalışır, vəzifəsi bölgələrdə satışa nəzarət etməkdən ibarətdir. Şirkətin anbarı və mərkəzi kassası Sabunçu rayonun inzibati ərazi dairəsinə aid olan Abşeron rayonu, Məmmədli qəsəbəsi, yeni massiv nömrəsiz ünvanda yerləşir. Şirkətin idxal etdiyi məhsullar satış nöqtələrinə satış nümayəndələrinin verdikləri sifariş əsasında çatdırılır. Belə ki, sifarişi qəbul etmiş satış nümayəndəsi bu barədə terminal vasitəsi ilə MMC-nin baş ofisə məlumat verir, operatorlarda öz növbələrində həmin sifarişi anbara yönləndirir, sifariş verilən mallar anbarda toplanıb daşıyıcılar vasitəsi ilə satış nöqtələrinə çatdırırlar. Satılan mallara görə ödənilməli olan pullarda ay ərzində bir neçə dəfə satış nümayəndələri tərəfindən hissə-hissə ticarət obyektlərindən toplanaraq MMC-nin yuxarıda qeyd etdiyi ünvanda yerləşən kassasına ödənilir. Rayonlarda çalışan satış nümayəndələri isə ticarət obyektlərindən topladıqları pulları öz istifadələrində olan terminalda qeyd etdikdən sonra öz bölgə müdirlərinə təhvil verirlər ki, həmin şəxslər də ay ərzində toplanmış pulları gətirib şirkətin mərkəzi kassasına ödəyirlər. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən şirkətin Mingəçevir bölgəsi üzrə satış nümayəndəsi vəzifəsinə təyin olunandan sonra tanımış, onunla münasibəti yaxşı olmuş, işlədiyi müddətdə ilk dövrlərdə fəaliyyətində ciddi pozuntular olmamışdır. Onun xidməti ərazisi Bərdə, Ağdam, Tərtər və Ağcabədi rayonları olmuşdur. Təxminən 2022-ci ilin iyun ayının sonlarında Mirgəçevir bölgəsinin müdiri Şahid1 şirkətə müraciət edərək satış nümayəndəsi Təqsirləndirilən şəxs hesabında çatışmazlıq aşkar etmələri barədə məlumat vermiş və bu barədə ticarət obyektləri ilə keçirilmiş təhvil-təslim aktlarını təqdim etmişdir. Bundan sonra onun, baş mühasib Şahid3 və operator X2 iştirakları ilə Təqsirləndirilən şəxs sifarişi əsasında anbardan çıxmış mallar, həmin mallara görə kassaya ödənişlər, anbara geri qaytarmalara dair xx.xx.2022-ci il tarixli “satış nümayəndəsi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi mal-pul dövriyyəsinə dair üzləşdirmə aktları və satılmış malların pulunun kassaya ödənilməsinə dair cədvəl tərtib edilmişdir. Həmin aktlar və cədvəllər şirkətin kompyuter bazasında saxlanılan məlumatlar əsasında tərtib edilərək hər üçü tərəfindən imzalanmışdır. Həmin məlumatlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Təqsirləndirilən şəxs sifarişi əsasında MMC-nin anbarında 32.060.72 manat dəyərində mal çıxmış, həmin maldan 398.88 manat dəyərində olan hissəsi geri qaytarılmış, 29.345.57 manat dəyərində pul kassaya ödənilmişdir. Bundan başqa şirkətin baza məlumatları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə kimi problem aşkarlanmış dükanlarda olan qalıq borcu 33.326.13 manat olmuşdur. Beləliklə də, yoxlama zamanı müəyyən edilmişdir ki, qalıq borcu da üstünə əlavə olunmaqla Təqsirləndirilən şəxs sifarişi əsasında ticarət obyektlərinə ümumilikdə 65.386.85 manat məbləğdə mal getmiş, həmin maldan 398.88 manat dəyərində olan hissəsi anbara geri qaytarılmış, 29.345.57 manat dəyərində pul kassaya ödənilmişdir. Həmin məbləğlər ümumi hesabdan çıxdıqdan sonra ticarət obyektlərində ümumilikdə 35.642.34 manat mal qalmalı olduğu halda təhvil-təslim zamanı məlum olmuşdur ki, ticarət obyektlərində 14.284.60 manat dəyərində mal qalmış, ticarət obyektləri tərəfindən Təqsirləndirilən şəxs ödənilmiş 21.357.82 manat pul onun tərəfindən şirkətin kassasına ödənilməyərək öz şəxsi məqsədləri üçün mənimsənilmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs özü də həmin pulları mənimsədiyini şəxsi ehtiyaclarına xərclədiyini etiraf edərək bu barədə şirkət rəhbərliyinin adına izahat yazmış, pulları tez bir müddətdə geri qaytaracağına söz vermişdir. O özü şirkətin əməkdaşları tərəfindən keçirilmiş təhvil-təslimdə iştirak etməmiş, Təqsirləndirilən şəxs işlədiyi ticarət obyektləri ilə təhvil-təslimdə hansı səbəbdən iştirak etmədiyini bilmir. Bundan sonra şirkət rəhbərinin təşəbbüsü ilə müstəqil audit yoxlaması keçirilmiş və həmin çatışmazlıq yoxlama zamanı da öz təsdiqini tapmışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayından "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyir. Təqsirləndirilən şəxs işə qəbul olunandan sonra tanımış, bildiyinə görə o, xx.xx.2019-cu il tarixdən şirkətin Mingəçevir bölgəsi üzrə satış nümayəndəsi işləmiş, xidməti ərazisi Bərdə, Ağdam, Tərtər və Ağcabədi rayonları olmuşdur. Təxminən 2022-ci ilin iyun ayının sonlarında Mirgəçevir bölgəsinin müdiri Şahid1 ona rəsmi qaydada müraciət edərək satış nümayəndəsi Təqsirləndirilən şəxs hesabında çatışmazlıq aşkar etmələri barədə məlumat vermiş və bu barədə ticarət obyektləri ilə keçirilmiş təhvil-təslim aktlarını təqdim etmişdir. Bundan sonra onun, satış müdiri X4 və operator X2 iştiraklar ilə Təqsirləndirilən şəxs sifarişi əsasında anbardan çıxmış mallar, həmin mallara görə kassaya ödənişlər, anbara geri qaytarmalara dair xx.xx.2022-ci il tarixli satış nümayəndəsi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi mal-pul dövriyyəsinə dair üzləşdirmə aktları və satılmış malların pulunun kassaya ödənilməsinə dair cədvəl tərtib edilmişdir. Həmin aktlar və cədvəllər şirkətin kompyuter bazasında saxlanılan məlumatlar əsasında tərtib edilərək tərəflərindən imzalanmışdır. Həmin məlumatlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Təqsirləndirilən şəxs sifarişi əsasında MMC- nin anbarında 32.060.72 manat dəyərində mal çıxmış, həmin maldan 398.88 manat dəyərində olan hissəsi geri qaytarılmış, 29.345.57 manat dəyərində pul kassaya ödənilmişdir. Bundan başqa şirkətin baza məlumatları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə kimi problem aşkarlanmış dükanlarda olan qalıq borcu 33.326.13 manat olmuşdur. Beləliklə də,yoxlama zamanı müəyyən edilmişdir ki, qalıq borcu da üstünə əlavə olunmaqla Təqsirləndirilən şəxs sifarişi əsasında ticarət obyektlərinə ümumilikdə 65.386.85 manat məbləğdə mal getmiş, həmin maldan 398.88 manat dəyərində olan hissəsi anbara geri qaytarılmış, 29.345.57 manat dəyərində pul kassaya ödənilmişdir. Həmin məbləğlər ümumi hesabdan çıxdıqdan sonra ticarət obyektlərində ümumilikdə 35.642.34 manat mal qalmalı olduğu halda təhvil-təslim zamanı məlum olmuşdur ki, ticarət obyektlərində 14.284.60 manat dəyərində mal qalmış, ticarət obyektləri tərəfindən Təqsirləndirilən şəxs ödənilmiş 21.357.82 manat pul onun tərəfindən şirkətin kassasına ödənilməyərək öz şəxsi məqsədləri üçün mənimsənilmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs özü də həmin pulları mənimsədiyini şəxsi ehtiyaclarına xərclədiyini etiraf edərək bu barədə şirkət rəhbərliyinin adına izahat yazmış, pulları tez bir müddətdə geri qaytaracağına söz vermişdir(cild 2, i.v.90-94); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 01-02); cinayət işinin icraata qəbul edilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi istintaqının aparılması üçün icraatına qəbul edilmişdir (cild 1, i.v. 03-04); Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş lisenziyalara əsasən Azərbaycan Respublikası ərazisində audit xidmətinin göstərən sərbəst auditor X6 tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli müstəqil auditor rəyindən görünür ki, "xxxx" MMC-də satış nümayəndəsi işləmiş Təqsirləndirilən şəxs maddi məsuliyyətində xx.xx.2022-ci il tarixə 21.357.80 manat məbləğində çatışmazlığın olduğu müəyyən edilmişdir(cild 1, i.v.10-11); əmək müqaviləsi haqqında bildiriş və əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru Arzu Ələsgərovun xx.xx.2019-cu il tarixli K56/33-19 əmri ilə Mingəçevir Şöbəsinə ekspeditor (satış nümayəndəsi) vəzifəsinə işə qəbul olunmuş, onunla Cəmiyyət arasında həmin tarixdə əmək və tam fərdi maddi məsuliyyət haqqında müqavilələr imzalanmış, müqavilələrə əsasən, o, maddi məsul şəxs kimi öhdəsində olan əmlak üzərində müəyyən, yəni onları qəbul etmək, satmaq və sair səlahiyyətlərə malik rəsmi olaraq Abşeron rayonu Məmmədli kəndində yerləşən anbarından satış nümayəndəsi kimi vəzifəsi malların sifarişlərini müştərilərdən elektron qaydada qəbul etmək, həmin sifarişlər əsasında satılan malların pullarının müştərilərdən alınaraq kassaya təhvil verilməsindən ibarət olmuşdur. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 6.1-ci maddəsinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına qanunla qorunan mənafelərinə ziyan vurarsa digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Həmçinin, həmin müqavilənin şərtlərinə görə ticarət nümayəndəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək digərinə maddi ziyan vurarsa imzaladığı sənədlərə görə şəxsən maddi məsuliyyət daşıyır. Əmək müqaviləsi ilə yanaşı Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, “İşçi” maddi məsul şəxsdir və əmək müqaviləsinə əsasən görüləcək işi layiqincə yerinə yetirməyi, həmçinin tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində olan “işəgötürən” tərəfindən etibar edilmiş əmlakın, məhsulların və digər sərvətlərin, eləcə də maliyyə-pul vəsaitlərinin, qiymətlilərin və onların ekvivalentlərinin yığılması, saxlanması, daşınması, kassaya mədaxil edilməsi, və bununla bağlı digər başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. Müqavilənin 3-cü bəndində isə göstərilmişdir ki, “işçi” bu Müqavilədən irəli gələn vəzifələri yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində “işəgötürən”ə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə görə tam maddi məsuliyyət daşıyır( cild 1, i.v.27- 42); "xxxx" MMC-nin direktoru Arzu Ələsgərovun xx.xx.2022-ci il tarixli 299k/358a nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə və 72-ci maddəsinə əsasən xitam verilmişdir(cild

1. i.v.79-80); məhkəmə-mühasibatlıq ekspertizasının 05 dekabr 2022-ci il tarixli 9/7654 nömrəli rəyindən görünür ki, iş materiallarında olan satış sənədləri, təhvil- təslim aktları, üzləşdirmə aktları, müqavilələr və xx.xx.2022-ci il tarixli auditor rəyini təsdiq edərək qeyd oluan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 21.357.80 manat məbləğində müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı maddi məsuliyyət məsələsi hüquqi xarakter olduğundan xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir(cild 2, i.v.84-89); zərərçəkmiş şəxs qismində tanıma barədə 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 2, i.v.151); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanıma barədə 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır(cild 2, i.v.156-157); məhkəmə-xətşünaslıq ekspertizasının 13 fevral 2023-cü il tarixli 4/126 nömrəli rəyində göstərilmişdir ki, cinayət işinin 17-25-ci vərəqələrində olan 17 may 2022-ci il tarixli əmək müqaviləsinin sonuncu səhifəsində “İmza” qrafasında “Cəfərov” yazıları önündəki imza, xx.xx.2019-cu il tarixli 134 saylı əmək müqaviləsinin kserosurətində “İşçi” qrafasında əks olunmuş imza, tam fərdi maddi məsuliyyət haqqında müqavilənin kserosurətində “İşçi” qrafasından əks olunmuş imza, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli izahatlardakı yazılar və imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur(cild 3, i.v.96-99); Bərədə şəhər İcra nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il təvəllüdlü azyaşlı övladı vardır(cild 2, i.v.102); xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur(cild 2, i.v.103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 il müddətinə şərti sınaq müddəti müəyyən edilmişdir (cild 2, i.v. 106-107); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 163-164); sübutların qiymətləndirilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi, həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilə, adına anbardan malların buraxılmasına dair 117 ədəd satış sənədi, mal-pul dövriyyəsinə dair üzləşmə aktları, satılmış malların pulunun kassaya ödənilməsinə dair cədvəl, təhvil-təslim aktları, kassa mədaxil blankları maddi sübut hesab kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir(cild 3, i.v.110-135); "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə dəymiş ziyan tam ödənilmiş, onunla barışıq əldə olunmuş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir; 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan ACDİÜ AR Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona əsas cəza kimi təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək ona müəyyən müddətə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut hesab edilən-Təqsirləndirilən şəxs ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi, həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilə, adına anbardan malların buraxılmasına dair 117 ədəd satış sənədi, mal-pul dövriyyəsinə dair üzləşmə aktları, satılmış malların pulunun kassaya ödənilməsinə dair cədvəl, təhvil-təslim aktları, kassa mədaxil blankları cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 204 (iki yüz dörd) manat məhkəmə- ekspertizası tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bərdə şəhəri, Gəncə küçəsi ev 71 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Gəncə küçəsi ev 71 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən-Təqsirləndirilən şəxs ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi, həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilə, adına anbardan malların buraxılmasına dair 117 ədəd satış sənədi, mal-pul dövriyyəsinə dair üzləşmə aktları, satılmış malların pulunun kassaya ödənilməsinə dair cədvəl, təhvil-təslim aktları, kassa mədaxil blankları cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 204 (iki yüz dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar