Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-477/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində kirayə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 27 sentyabr 2023-cü il tarixdə, saat 05 radələrində gündəlik kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gələn zaman birgə yaşadığı qeyri-rəsmi münasibətdə olduğu Şahid dəvəti ilə qonaq gəlmiş sonuncunun tanışı Zərərçəkmiş şəxs evdə gördükdən sonra aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qarşısında dayanaraq üzərində nə varsa çıxarıb ona təqdim etməsini tələb etdikdə Zərərçəkmiş şəxs şalvarının sağ cibindən 4 ədəd «20» manat və 1 ədəd «1» manat pulu ona təqdim etməsindən sonra həmin pulu götürərək Zərərçəkmiş şəxs ümumilikdə 81 manat dəyərində maddi ziyan vuraraq özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində kirayə yaşayır. Qeyri-rəsmi ərarvad münasibətində olduğu Şahid ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən nömrəsiz yaşayış evində gündəlik 2 manata kirayə qalmış, özlərinə daimi yaşayış üçün ev axtarmağa başlamışlar. 27 sentyabr 2023-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində adını bilmədiyi kafedə yemək yeyib spirtli içki qəbul etmiş, saat 05 radələrində kirayə yaşadığı evə gəlmişdir. O, evə çatdıqdan sonra qapını döymüş, Şahid qapını açdıqdan sonra evə daxil olmuş, həmin vaxt, evdə tanımadığı şəxsin olduğunu görmüşdür. Həmin şəxsdən kim olduğunu soruşduqda, adının Elnur olduğunu bildirən şəxs Şahid tanışı olduğunu, Bakı şəhərinə qonaq gəldiyini, Şahid dəvəti ilə gecələmək üçün onların qaldığı mənzilə gəldiyini bildirmişdir. O, Şahid ondan xəbərsiz evə qonaq dəvət etdiyi üçün, həmçinin, sərxoş olduğuna görə Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etməyə başlamış, Zərərçəkmiş şəxs üzərində olan qiymətli əşya və pulu ona verməsini tələb etmişdir. Şahid həyəcanlı şəkildə onu sakitləşdirməyə çalışmış, lakin, o, Şahid sözlərinə əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs üzərində olan qiymətli əşya və pulu tələb etməyə davam etmişdir. Zərərçəkmiş şəxs şalvarının sağ cibindən 04 ədəd “20” manatlıq və 01 ədəd “1” manalıq olmaqla, ümumilikdə 81 manat pulu çıxararaq ona vermişdir. O, Zərərçəkmiş şəxs üzərində olan pulu aldıqdan sonra ondan evdən çıxmasını tələb etmiş, sonuncu evi tərk etmişdir. O, törətdiyi əməldən peşman olduğu üçün Zərərçəkmiş şəxs aldığı pulu Şahid verərək Zərərçəkmiş şəxs geri qaytarmasını xahiş etmiş, Şahid pulu qaytarmaq üçün getdiyi zaman o da, evdən çıxmışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, dəymiş ziyan ödənildiyi üçün ona qarşı şikayət və tələb yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Şahid «İlahə» adı ilə tanımış, aralarında dostluq münasibətləri yaranmışdır. 27 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhərinə gəzməyə gəlmiş, həmin gün, Bakı şəhərində qalaraq növbəti gün yaşadığı ünvana qayıtmağı planlamışdır. 27 sentyabr 2023-cü il tarixdə, saat 03 radələrində «Teleqram» sosial şəbəkəsi vasitəsi ilə Şahid mesaj yazaraq Bakı şəhərində olduğunu, gecələməyə yer axtardığını bildirmişdir. Şahid yaşadığı ünvanda gecələyə biləcəyini bildirərək onu Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə dəvət etmişdir. O, 27 sentyabr 2023-cü il tarixdə, saat 04 radələrində Şahid yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmiş, həmin vaxt, evdə Şahid başqa heç kim olmamışdır. Həmin gün, saat 05 radələrində Təqsirləndirilən şəxs olduqları ünvana gəlmiş, ondan kim olduğunu soruşmuşdur. O, Şahid tanışı olduğunu, gecələmək üçün onların yaşadığı ünvana gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilk öncə ondan xəbərsiz evə qonaq çağırdığı üçün Şahid ilə mübahisə etməyə başlamış, daha sonra mübahisəni onunla davam etdirmişdir. Təqsirləndirilən şəxs onun qarşısında dayanaraq üzərində olan qiymətli əşya və pulu ona verməsini tələb etmişdir. Şahid həyəcanlı şəkildə Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, lakin, Təqsirləndirilən şəxs hərəkətlərini sonlandırmayaraq təkidlə ondan üzərində olan qiymətli əşya və pulu verməsini tələb etmişdir. Təqsirləndirilən şəxs fiziki cəhətdən ondan güclü olduğu üçün məcbur qalaraq şalvarının sağ cibindən 04 ədəd 20 manatlıq və 1 manatlıq olmaqla ümumilikdə 81 manat pulu çıxararaq Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra evdən çıxmasını tələb etmiş, o, çıxaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs hərəkətlərindən əsəbləşdiyi üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Şahid onun arxasınca gələrək Təqsirləndirilən şəxs etdiyi hərəkətə görə ondan üzr istəmiş, 81 manat pulu ona təqdim etmişdir. O, Şahid təqdim etdiyi pulu almayaraq Təqsirləndirilən şəxs həmin pulu qanunla nəzərdə tutulmuş şəkildə alacağını bildirmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs ona fiziki güc tətbiq etməmiş, həmçinin bıçaqla hədələməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun adı Pəri olsa da, hamı onu İlahə kimi tanıyır. Təxminən 3-4 ay olar ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Aylı Gecə" kafesində aşbaz işləmişdir. Təqsirləndirilən şəxs təxminən 5-6 ay olar ki, tanımış və Nəriman ilə qeyri-rəsmi olaraq birlikdə yaşamışlar. 25 sentyabr 2023-cü il tarixdə o, Nəriman ilə Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən nömrəsiz evdə gündəlik 2 manata kirayədə qalmağa başlamışlar. Zərərçəkmiş şəxs isə təxminən 7-8 ay olar ki, tanımış, Elnurla aralarında dostluq münasibətləri olmuşdur. 27 sentyabr 2023-cü il tarixdə saat təxminən 03 radələrində Elnur teleqram sosial şəbəkəsi vasitəsi ilə ona yazaraq Bakı şəhərində olduğunu və qalmağa yeri olmadığını demişdir. O, da Elnura onun yaşadığı evdə bir gecəlik gəlib qala biləcəyini demişdir. Bundan sonra o, Elnura yaşadığı evin yolunu başa salmışdır. Təxminən saat 04 radələrində Elnur yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən nömrəsiz ünvana gəlmişdir. Həmin vaxt o, evdə tək olmuş və Nəriman evdə olmamışdır. O, fikirləşmişdir ki, Nəriman gələn zaman Elnurun ona dostu olduğunu deyəcək, Elnurda sakit şəkildə qəbul edəcəkdir. Elnur evə gəldikdən bir qədər sonra, təxminən saat 05 radələrində Nəriman evə gəlmişdir. Nəriman evə daxil olan kimi Elnurdan kim olduğunu soruşmuş, Elnurda cavabında Nərimana onun dostu olduğunu və onun dəvəti ilə bir gecəlik qalmaq üçün gəldiyini demişdir. Bu vaxt Nəriman ilk əvvəl ondan xəbərsiz evə qonaq çağırmağına görə onunla mübahisə etməyə başlamış və daha sonra əsəbi halda Elnurla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Nəriman Elnurun qarşısında dayanaraq üzərində qiymətli əşya və pul varsa çıxarıb ona verməyini demişdir. O, həmin vaxt qorxu üçün nə baş verdiyini bilməmiş, Nərimanı sakitləşdirməyə çalışmışdır. Lakin Nəriman onun sözlərinə fikir verməyərək Elnura təkidlə üzərində nə varsa çıxarmağını ona demişdir. Elnur əlini cibinə salaraq 4 ədəd 20 manatlıq və 1 ədəd 1 manatlıq olmaqla ümumilikdə 81 manat pulu çıxarıb Nərimana vermişdir. O, da Nərimanın əsəbi olduğunu və içkili vəziyyətdə olduğundan bir qədər sakitləşməsini gözləmişdir. Elnur 81 manat pulu Nərimana verdikdən sonra Nəriman Elnura dərhal evdən çıxıb getməyini demişdir. Evdən çıxdıqdan sonra Nərimanın hirsi soyumuş və ona Elnurdan aldığı 4 ədəd 20 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinzalarını verərək Elnura geri qaytarmağı üçün arxası ilə getməyini demişdir. O, da çölə çıxaraq Elnurun küçə ilə getdiyini görüb qaçaraq Elnuru səsləmişdir. O, Elnura yaxınlaşaraq qeyri-rəsmi yaşadığı Nərimanın etdiyi hərəkətlərinə görə ondan üzr istəmiş və Nərimanın ondan tələb edərək aldığı 81 manat pulunu təqdim etmişdir. Lakin Elnur pulu ondan almayaraq Nərimanın özündən həmin pulu qanuni şəkildə alacağını, onun heç bir günahının olmadığını, ona görə narahat olmamağını deyərək çıxıb getmişdir. O, da bundan sonra evə qayıtmışdır. Lakin evə qayıdan zaman Nərimanın evdə olmadığını görmüşdür. Bir qədər sonra evə polis əməkdaşları gəlmişlər və o, polis əməkdaşlarına Nərimanın bir qədər əvvəl evdə olduğunu, hazırda harada olması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Daha sonra 4 ədəd 20 manatlıq və 1 ədəd 1 manalıq olmaqla ümumilikdə 81 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirmədiyini, həmin vaxtı Nərimanı sakitləşdirməyə çalışdıını və nə baş verdiyini bilmədiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fiziki güc tətbiq etmədiyini, hadisə vaxtı əlində, üzərində bıçaq olmadığını, həmçinin bıçaqla Elnuru hədələmədiyini və ya pul tələb etmədiyini bildirmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan 27 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “20” manatlıq “A38413591” seriya nömrəli, 1 ədəd “20” manatlıq “A35505517” seriya nömrəli, 01 ədəd “20” manatlıq “A48601088” seriya nömrəli, 1 ədəd “20” manatlıq “B20128271” seriya nömrəli və 01 ədəd “1” manatlıq “A47504501” seriya nömrəli əskinazlardan ibarət Azərbaycan Respublikasına məxsus pul vahidləri Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan 18 noyabr 2023-cü il il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-ci vərəqəsində olan 20 noyabr 2023-cü il tarixli ərizənin surətindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanın ödənildiydən ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 73-cü vərəqəsində olan 20 noyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 92-94-cü vərəqələrində olan 20 noyabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Tağıyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 114-115-ci vərəqələrində olan 20 may 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 122-129-cu vərəqəsində olan 20 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd “20” manatlıq “A38413591” seriya nömrəli, 1 ədəd “20” manatlıq “A35505517” seriya nömrəli, 01 ədəd “20” manatlıq “A48601088” seriya nömrəli, 1 ədəd “20” manatlıq “B20128271” seriya nömrəli və 01 ədəd “1” manatlıq “A47504501” seriya nömrəli əskinazlar cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 109-110-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 aprel 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, digər iş materialları ilə onun özgənin əmlakını açıq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 18 noyabr 2023-cü il tarixdən 20 noyabr 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd “20” manatlıq “A38413591” seriya nömrəli, 01 ədəd “20” manatlıq “A35505517” seriya nömrəli, 01 ədəd “20” manatlıq “A48601088” seriya nömrəli, 1 ədəd “20” manatlıq “B20128271” seriya nömrəli və 01 ədəd “1” manatlıq “A47504501” seriya nömrəli əskinazlar cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, 01 ədəd “20” manatlıq “A38413591” seriya nömrəli, 01 ədəd “20” manatlıq “A35505517” seriya nömrəli, 01 ədəd “20” manatlıq “A48601088” seriya nömrəli, 1 ədəd “20” manatlıq “B20128271” seriya nömrəli və 01 ədəd “1” manatlıq “A47504501” seriya nömrəli əskinazların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-477/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-477/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver