Məhkəmə qərarları › İş №1(008)-478/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-478/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-478/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1992-ci il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Həsənabad qəsəbəsi, H.Z.Tağıyev küçəsi fərdi evində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Savalan YYM-də fərdi evdə kirayədə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Səlimli X2 rayon məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qərarı ilə nəqliyyat vasitəsini idarə etmə hüququ 25 mart 2023-cü il tarixədək məhdudlaşdırılmasına baxmayaraq 29 oktyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hisssəsinin tələbələrin pozmaqla, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə X1 mülkiyyətində olan «Daewoo» BS090» avtobus markalı, «az ** LF ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakə şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektindən sağa dönüb Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətində saatda 50 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hisssəsinin tələblərinə riayət etməklə, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbir görməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlar etməyib avtomobilin dayanması üçün vaxtında heç bir tədbir görməmiş və ehtiyatsızlıqdan yolun sağ hissəsindən sola doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vuraraq qapalı onurğa travması, L1 fəqərə cisminin kompression qəlpəli fəsadlaşmayan sınığı, bel nahiyəsinin yumşaq toxmasının əzilməsi ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına ehtiyyatsızlıqdan az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmənin iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, cinayət işi Bakı şəhəri Sabunçu RPl-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə 28 dekabr 2022-ci il tarixdə başlanmış, 18 mart 2023-cü il tarixdə iş üzrə əməl CM-in 263.1-ci maddəsindən CM-in 263-1.1-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə ittiham elan edilmiş və «barəsində başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. 30 mart 2023-cü il tarixdə iş üzrə ittiham aktı Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranski tərəfindən təsdiq edilərək, iş baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilmişdir. 04 may 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclası təyin edilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Elan edilmiş ittihamdan görünür ki, Neftçala rayon məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qərarı ilə nəqliyyat vasitəsini idarə etmə hüququ 25 mart 2023-cü il tarixədək məhdudlaşdırılmasına baxmayaraq 29 oktyabr 2022ci il tarixdə, saat 12:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hisssəsinin tələbələrini pozmaqla, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə X1 mülkiyyətində olan «Daewoo B S090» markalı, «az ** LF ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektindən sağa dönüb Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində saatda 50 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hisssəsinin tələblərinə riayət etməklə, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbir görməklə yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlar etməyib avtomobilin dayanması üçün vaxtında heç bir tədbir görməmiş və ehtiyatsızlıqdan yolun sağ hissəsindən sola doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vuraraq qapalı onurğa travması. L1 fəaərə cisminin kompression qəlpəli fəsadlaşmayan sınığı, bel nahiyəsinin pozulmasına səbəb olan sağlamlığına ehtiyyatsızlıqdan az ağır zərər vurulmasına səbəb olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahid A.E.Qəmbəriov dindirilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxsdan şikayətçidir, ona dəymiş ziyan ödənilməmişdir. CM-in 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1- ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda-dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. 20 oktyabr 2015-ci il tarixli 1406-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə CM-nə dəyişiklik edilərək CM-in 263-1.2-ci maddəsində «ağır zərər vurulmasına» sözlərindən sonra, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına» sözləri əlavə edilmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 44-cü bəndinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsi dedikdə, sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsi (avtobus, trolleybus, tramvay) başa düşülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmamasına baxmayaraq, 29 oktyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində idarə etdiyi «Daewoo» markalı, «az ** LF *** dövlət qeydiyyat nişanlı avtobusla sərnişin daşıyarkən yol hərəkəti qaydasını pozaraq piyada Zərərçəkmiş şəxs vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs əməlində CM-in 263-1.1-ci maddəsinin deyil, CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır. Məhkəmədən məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni CM-in 263-1.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməli və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə müəyyən edilən hallardan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ 25 mart 2023-cü il tarixədək məhdudlaşdırılmasına baxmayaraq 29 oktyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hisssəsinin tələbələrin pozmaqla, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə X1 mülkiyyətində olan «Daewoo» BS090» avtobus markalı, «az ** LF ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakə şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektindən sağa dönüb Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətində saatda 50 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hisssəsinin tələblərinə riayət etməklə, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbir görməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlar etməyib avtomobilin dayanması üçün vaxtında heç bir tədbir görməmiş və ehtiyatsızlıqdan yolun sağ hissəsindən sola doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vuraraq qapalı onurğa travması, L1 fəqərə cisminin kompression qəlpəli fəsadlaşmayan sınığı, bel nahiyəsinin yumşaq toxmasının əzilməsi ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına ehtiyyatsızlıqdan az ağır zərər vurulmasına səbəb olmuş xəsarətlər yetirmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs əməlində CM-in 263- 1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, yəni Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəsatətlə razı olduğunu biildirərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Müdafiəçi vəsatətlə razılaşmadığını işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatətlə razılaşmadığını işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Həmin Məcəllənin 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Həmin Məcəllənin 318.2-2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada ibtidai araşdırma aparıla bilər. Bu halda ibtidai araşdırma müddəti həmin iş prokurorluğa daxil olduğu vaxtdan əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Həmin Məcəllənin 318.2-3-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi və işin aidiyyəti məhkəməyə göndərilməsi üçün kifayət hesab edildikdə bu Məcəllənin 284-297-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməlidir. Bu halda cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə daxil olduqda məhkəmə icraatı bu Məcəllənin 298-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin ilkin hərəkətləri ilə başlayır. Həmin Məcəllənin 318-2.4-cü maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülmədiyi hallarda həmin iş müvafiq məhkəməyə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə göndərilir. Bu halda məhkəmə bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərarı ləğv etməklə məhkəmə baxışını təzələyir və baxışın davam etdirilməsi bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, həmin Məcəllənin 263-1.2-ci maddəsinə əsasən Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda-dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 aprel 2012-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını reallaşdırarkən həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə müəyyən edilir. Məhkəmə baxışının hədlərini müəyyən edən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərt kimi çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik məhkəmə baxışının hədlərini dəqiq müəyyən edərək: məhkəmə baxışının hədlərini şəxslərin dairəsinə və ittihamın məzmununa görə məhdudlaşdırır; məhkəmə baxışı nəticəsində məhkəmə tərəfindən ittihamın dəyişdirilməsinin hədlərini dəqiq müəyyənləşdirir. Göründüyü kimi Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Cinayət Prosessuüal Məcəlləsinin 318-ci maddəsinin rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin, ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar