Məhkəmə qərarları › İş №1(008)-479/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-479/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-479/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, X9 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X4 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 13 fevral 1982-ci il tarixində Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən 19 iyun 2017-ci il tarixində verilmiş AZE 16507189 saylı şəxsiyyət vəsiqəsinə malik, ünvan 1 ünvanında rəsmi qeydiyyatda olan, orta təhsilli X5 “rahimova.official” adlı səhifəsi vasitəsilə TikTok sosial şəbəkəsində vətəndaş onun şərəf və ləyaqətini alçaldaraq, ona məxsus olan normal xarakterli fotoşəkli paylaşmış, açıq şəkildə söyüş və təhqiramiz ifadələr işlətmiş, böhtan atmışdır. X5 “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq 4000-dən çox izləyici qarşısında onun şərəf və ləyaqətini ictimai şəkildə alçaltmışdır. Fotoşəkildən göründüyü kimi, həmin görüntü ya “karol__karaleva_l” adlı istifadəçiyə məxsus səhifədən paylaşılmış, ya da birbaşa öz səhifəsindən yayımlanmışdır. Belə ki, fotoda hər iki istifadəçinin səhifə adları əks olunmuşdur və onların canlı yayımda birgə çıxış etmələrindən bu hal aydın görünməkdədir. Bundan əlavə, X5 tərəfindən vətəndaş onun TikTok sosial şəbəkəsində istifadə etdiyi “TRUE” və “Nugyabeauty” adlı səhifələri linklənərək, həmin videomaterial paylaşılmışdır. X5 tərəfindən onun nümunəvi ailəsini dağıtmaq məqsədi ilə çəkdirdiyi normal xarakterli şəxsi şəkli və ailəli qızına məxsus foto onun TikTok səhifəsindən götürülərək paylaşılmış və bu yolla onun namuslu bir xanım olaraq şərəf və ləyaqətinə qarşı təhqir və böhtanla biabır edilmişdir. Qeyd edilən bu hallar vətəndaş ona ağır mənəvi zərbə vurmuş və onun psixoloji vəziyyətinə ciddi şəkildə mənfi təsir etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ailə yaxını olan Umud müəllimin oğlu Tural Rəhimov ailəsindən imtina edərək, əvvəllər vətəndaş nikahında yaşadığı və sonradan X2 təkidi ilə, Turalın zəif xarakterli olduğunu bilərək, pul, əmlak və şairəni ələ keçirmək məqsədi ilə onunla gizlicə rəsmi nikaha daxil olmuşdur. Onda olan məlumata əsasən, onların münasibətləri artıq təxminən dörd ildir ki, tamamilə kəsilmiş və birgə yaşayışları mövcud deyil. X5 07 dekabr 2024-cü il tarixində üç səs yazısı göndərmiş, səs yazılarında qeyd edilmişdir ki, guya Tural Rəhimov ona müəyyən məbləğdə borcludur, anasından həmin məbləği almış, lakin geri qaytarmamışdır. X1 rayon Polis İdarəsinin 18-ci X10 Rəhimov barəsində müraciət edərək, anasının borcunun ödənilməsini tələb etmişdir. Lakin aparılmış araşdırmalar nəticəsində təqdim edilən fakt təsdiq edilmədiyindən, şikayət rədd edilmişdir. X2 göndərdiyi səs yazısından aydın olur ki, o, Tural Rəhimovu və atasını hədələyərək, şantaj yolu ilə həmin borcun ödənilməsini tələb etmişdir. Ödənilmədiyi təqdirdə, özündə olan onun şəklini istifadə edərək Turalın atasını şantaj edəcəyini və şəkli “TikTok” platformasında, eləcə də digər istifadəçi səhifələrində yayacağını açıq şəkildə bildirmişdir. Bu yolla X5 borcun ödənilməsini təmin etməyə çalışmışdır. Onun adından istifadə etməklə həyata keçirilən bu şantaj onun şərəf və ləyaqətinə xələl gətirmiş, işgüzar nüfuzuna ağır zərbə vurmuşdur. Bu halların qarşısının alınması zəruridir. “TikTok” sosial şəbəkəsinə daxil olaraq müəyyən etmişdir ki, X5 “TikTok” sosial şəbəkəsinə daxil olaraq, özünə məxsus “Rahimova.official” və “fidan.rahimova” adlı saxta profil hesabları vasitəsilə, “karol_karaleva_1” adlı istifadəçi ilə canlı yayımda yarışan zaman, Fidan Rəhimova, Umud Rəhimov və onun qızının (onun qızının şəklini kəsərək) ziyafətdə çəkilmiş fotoşəkilinin üzərinə musiqi və söyüşlü səs yazısı əlavə etmiş, video hazırlamışdır. Həmin video “TikTok” sosial şəbəkəsində “ailə dağındanlar” adlı saxta profil hesabında paylaşılmaqla onlara qarşı təhqiramiz münasibət bildirilmişdir. Videoda şəkilin altında yazılan sözlərdən “türbesi” sözünün üzərində edilən düzəliş nəticəsində nalayiq ifadənin oxunması müşahidə edilir. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə, onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş cəzanın təyin edilməsinə dair hökm çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X6 xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa uyğun ifadə verərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə, onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş cəzanın təyin edilməsinə dair hökm çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barəsində lazimi qaydada məlumat verilməsinə və dəfələrlə barəsində məcburi gətirilməsi barədə qərar qəbul edilməsinə başmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmiş, eləcə də məhkəmə iclasına məcburi qaydada gətirilməsi təmin edilməmişdir. Buna görə də məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması, şikayət verən şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsi qənaətinə gəlir. CPM-nin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. X6 şikayətdə digər şəxslərin gözü qarşısında şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməsini qeyd etsə də, şikayətdə cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən təhlil edilən şikayət ərizəsi xüsusi ittiham qaydasında təqdim olunmuş olsa da, onun tərtibində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) müvafiq tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, şikayətçi əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi yer barədə məlumatlar əks olunmamışdır. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan xüsusi ittiham cinayətləri (böhtan və təhqir) üzrə şikayətdə bu məlumatlar aydın şəkildə göstərilməlidir. Bu məlumatlar hadisənin baş verdiyi şəraiti konkretləşdirir və həmçinin məhkəmənin ərazi yurisdiksiyasını müəyyən etməyə imkan verir. Bu məlumatlar təqdim edilmədiyi halda şikayət ümumi, konkretləşdirilməmiş xarakter daşıyır və iddia olunan cinayətin tərkib əlamətləri müəyyən edilə bilmir. Cinayət əməlinin məkan və zaman çərçivəsi qeyd olunmadıqda, şikayət subyektiv xarakter daşıyır və məhkəmə tərəfindən faktın araşdırılmasına real hüquqi əsas yaratmır. Hadisənin harada və nə vaxt baş verdiyi bilinməzsə, şahid ifadələri, video və ya digər sübutlar müvafiq olaraq qiymətləndirilə bilməz. Bu hallar cinayət əməlinin konkret hüquqi qiymətləndirilməsinə mane olur, bu isə şikayətin hüquqi baxımdan əsassız və qeyri-müəyyən hesab edilməsinə səbəb olur. X6 şikayətdə digər şəxslərin gözü qarşısında X5 tərəfindən şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməsini qeyd etsə də, şikayətdə cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən təhlil edilən şikayət ərizəsi xüsusi ittiham qaydasında təqdim olunmuş olsa da, onun tərtibində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) müvafiq tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, şikayətçi şəxsin şəxsiyyətini və hüquqi vəziyyətini müəyyən etməyə imkan verəcək məlumatlar, xüsusən onun məşğuliyyət növü (peşəsi, vəzifəsi və ya sosial statusu) tam şəkildə əks etdirilməmiş, iddia edilən cinayət əməlini təşkil edən hərəkətlərin harada (coğrafi və konkret məkan baxımından) törədildiyi barədə məlumatlara yer verilməmişdir. Bu da həmin sənədin prosessual qüvvəyə malik olmasını, həmçinin iddia edilən cinayət faktına münasibətdə müddətlərin müəyyən edilməsini əngəlləyir. Qeyd edilən çatışmazlıqlar nəzərə alınmaqla, təqdim olunmuş şikayət ərizəsinin, prosessual forma baxımından qeyri-qənaətbəxş olduğu, məzmun və əsaslandırma baxımından Cinayət-Prosessual Məcəllənin tələblərinə cavab vermədiyi, həmçinin, icraata qəbul edilməsi üçün hüquqi əsasların yetərli şəkildə göstərilmədiyi açıq-aydın müəyyən edilmişdir. Qeyd edilən çatışmazlıqlar nəzərə alınmaqla, təqdim olunmuş şikayət ərizəsinin, prosessual forma baxımından qeyri-qənaətbəxş olduğu, məzmun və əsaslandırma baxımından Cinayət-Prosessual Məcəllənin tələblərinə cavab vermədiyi, həmçinin, icraata qəbul edilməsi üçün hüquqi əsasların yetərli şəkildə göstərilmədiyi açıq-aydın müəyyən edilmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar