Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-48/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə, saat 15 radələrində müvəqqəti yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 13-cü dalan ünvanında yerləşən nömrəsiz fərdi bağ evinin yataq otağındakı paltar dolabının üzərindən iş yoldaşı Zərərçəkmiş şəxs məxsus “İphone 13” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 2023-cü ilin may 26-dan Sea Breeze-də yerləşən “X9” restoranında xidmətçi işləyirmiş. X6 tərəfindən onlara Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhic bağları 13-cü nda müvəqqəti yaşayış üçün ev ayrılmışdır. May ayının 26-dan yəni işə düzələn vaxtdan in evdə müvəqqəti yaşayır. xx.xx.2023-cü il tarixdə borc məsələsi ilə bağlı mülki axtarışda ış, bununla bağlı Xəzər rayonu polis işçiləri tərəfindən polis bölməsinə aparılmışdır. Buna görə 2 gün ərzində zərər çəkmiş şəxsin borcunu qaytarmaq ilə məşğul olduğum üçün işə gedə bilməmişdir. Həmin ərəfədə müvəqqəti yaşadığı Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhic bağları 13-cü dalan ünvanında yerləşən nömrəsiz fərdi evə çimmək üçün getmiş, evdə olan zaman zaman paltarlarını götürərək çimməyə hazırlaşanda yatdığı otağa girərək dolabda olan ona məxsus olan paltarları götürmüş, əyninə həmin paltarları geyindikdən sonra iş yoldaşının yataq otağının yanında olan paltar dolabının üzərində İphone 13 markalı telefonunu və həmin paltar dolabının üzərində olan qara çantanın içərisində həmin telefonun qutusunun olduğunu görmüşdür. Həmin vaxtı işçilərin hamısı yatmışdılar. O aliment borcunun bir hissəsini ödədiyi üçün pulunun olmadığını bildirmiş, pula ehtiyacı olduğu üçün dolabın üzərində olan İphone 13 markalı telefonu götürmüşdür. Həmçinin dolabın üzərində çanta var idi. Çantanın ağzı açıq idi. Onun içərisində həmin telefonun qutusunun olduğunu görmüş, Həmin qutunu götürərək evdən çıxmışdır. Telefonun qutusunu götürməkdə məqsədi isə İmei kodun bilinməməsi və polislərin onu tapa bilməməsi üçün olmuşdur. Təxminən 2 gün sonra Nizami rayonu Xalqlar metrosu yaxınlığında yerləşən lombarda yollanmış, birinci daxil olduğu lombard ilə telefonun girov qoyulmasını və əvəzində pulun ona verilməsinə razı olmuşdur. Həmin şəxsə öz şəxsiyyət vəsiqəsinin sürətini təqdim etmiş və telefonun ona məxsus olduğunu bildirmişdir. Həmin şəxs İphone 13 markalı telefonu müqabilində ona 700 manat pul vermiş, əvəzində isə onun telefonu geri götürməyi üçün 140 manat faiz gələcəyini ona bildirmişdir. Oğurluq nəticəsində əldə etdiyi pulu Xalqlar dostluğu metro stansiyası yaxınlığında yolun kənarında olan million aparatına yaxınlaşmış, həmin million aparatı vasitəsilə keçmiş həyat yoldaşına olan aliment borcunun 700 manatını ödəmişdir Oğurluq nəticəsində ümumillikdə 700 manat pul əldə etmişdir. Oğurlanmış əşyaları satdığı şəxsləri tanımasada işlədikləri yeri göstərə bilir. Oğurluq yolu ilə əldə etdiyi əşyaları satarkən əşyaların oğurluq olduğunu alıcılara bildirməmişdir. Sonradan həmin telefon zərərçəkmiş şəxsə qaytarılmış və cinayət nəticəsində vurulmuş zərər aradan qaldırılmışdır. Zərərçəkmiş şəxs hərbi xidmətdə olduğundan məhkəmə iclasında iştirak edə bilməmiş və məhkəmə iclasında onun ibtidai araşdırma zamanı verdiyi ifadə elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 aydır ki, Sea Breeze istirahət mərkəzində “X8” restoranında barmen əyir. Ona görədə rəhbərlik tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsi Leyla Bədirbəyli çəsi nömrəsiz fərdi evi müvəqqəti olaraq ona yaşamaq üçün verilmişdir. xx.xx.2023-cü il ixdə O, Sabunçu rayonu Nardaran qəsəbəsi Leyla Bədirbəyli küçəsi nömrəsiz fərdi evə səhər ıt 07:00 radələrində gəlmiş və yatmışdır. Saat 15:00 radələrində oyanaraq, yatan zaman nir şkafın üzərinə qoyduğu üzərində ***-***-**-** nömrəsi, ağ rəngdə olan İphone 13 rkalı mobil telefonunun qutusu ilə birgə oğurlandığını aşkar etmişdir. Həmçinin onunla *ə yaşayan və bir yerdə işləyən Asif adlı şəxs var idi. O, həmin şəxsdən daha çox bələnmişdir. Çünki həmin şəxs ona dediyinə görə də əvvəllər polis bölməsində olmuşdur, nçinin ona məxsus olan İphone 13 markalı telefonun İcloud hesabına digər telefon ilə giriş iş və telefonumu oğurlayan şəxs bir neçə şəkillər çəkmişdir. Həmin şəkilləfdədə olan şəxs n iş yoldaşı və onunla bir evdə qalan Asif adlı şəxsə daha çox oxşadığını bildirmişdir. Baş niş hadisə ilə bağlı ona 1300 manat maddi ziyan dəymişdir. Şahid səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, Nizami rayonu Qara Qarayev prospekti Xalqlar metorusu yaxınlığında yerləşən telefon mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə işlədiyi Nizami rayonu Qara Qarayev prospekti ünvanında yerləşən telefon mağazasında olarkən bir nəfər şəxs ona yaxınlaşaraq, qutusu ilə birlikdə İphone 13 markalı mobil telefonun satdığını bildirdi. Telefona baxış keçirtdikdən sonra Asifə“ telefonun ona məxsus olubolmaması” barədə suallar vermiş, Asifin onda heç bir şübhə doğurmadığından Asifdən telefonu almağa razılaşmışdır. Həmin şəxsə həmin telefonun ona verilməsi müqabilində 820 manat pul verəcəyini demiş, lakin həmin telefonun geri alınması müqabilində isə faiz gələcəyini, 960 manat pul veriləcəyini bildirmiş, həmin şəxsin onunla razılaşmış və razılıq əldə olunduqdan sonra telefonu Asifdən təhvil almış, əvəzində Asifə 820 manat pulu vermişdir. O, dəfələrlə sonradan adının Asif olduğunu bildiyi şəxsdən satdığı əşyanın oğurluq olub-olmadığını soruşmuş, Asif adlı şəxs satdığı əşyaların oğurluq olmadığını bildirmişdir. O satılan telefonun oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, 13-cü dalan, Leyla Bədirbəyli küçəsində yerləşən nömrəsiz fərdi evdir (i.v.11-16). “Maddi sübutun götürülməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “İphone 13” markalı, ağ rəngdə mobil telefon həmin telefonu satdığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən telefon mağazasının satıcısı Şahid götürülmüşdür (i.v.23-24). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyul 2023-cü il tarixli, 3-16-16/2-9/5596/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd 128 GB yaddaş tutumlu “İphone 13” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadə olunduğu nəzərə alınaraq hazırki orta bazar qiyməti 1000 manat müəyyən olunur (i.v.27- 28). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, maddi sübut olan “İphone 13” markalı telefon zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (i.v.95). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi, material üzrə keçirilmiş müvafiq ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 25 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza 01 il 11 ay 29 gün müddətə sınaq müddəti ilə şərti hesab edilmiş, 23 aprel 2019-cu il tarixdə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.4, 180.2.2, 180.2.4, 180.2.5-ci maddələri ilə qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 avqust 2022-ci il tarixdə həmin Məhkəmənin qərarı ilə 05 ay 21 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 01 fevral 2023-cü il tarixdə cəzası başa çatdığından qeydiyyatdan çıxarılmışdır (i.v.64-65). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 1(008)-790/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci polis bölməsi tərəfindən verilmiş 14 may 2024-cü il tarixli, 49-5/2-1664/2024 saylı məktbdan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə keçirilən ƏAT nəticəsində saat 20:15-də Qusar rayonu ərazisində saxlanılaraq 14 may 2024-cü il tarixdə MSY-nə təhvil verilmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı (xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2) uşaqları var. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs boşanmış və onun azyaşlı övladları anasının himayəsinə verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasnı (CM-59.2), zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını (CM- 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi ilə əlaqədar məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, məhkəmə istintaqı zamanı tutularaq həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, 01 ədəd “İphone 13” markalı ağ rəngli mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tutularaq 13 may 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 11 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 22 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut-“İphone 13” markalı ağ rəngli mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla təhqiqat və məhkəmə istintaqı zamanı sərf edilmiş cəmi 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-48/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-48/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver