Məhkəmə qərarları › İş №1(008)-480/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-480/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-480/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 26 avqust 2002-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Babək rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvansız evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, X6 tanışı X7 ilə telefon vasitəsilə danışaraq onunla daha əlaqədə olmaq istəmədiyini bildirməyini cüzi səbəb kimi bəhanə kimi istifadə edərək 06 mart 2024-cü il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs işlədiyi ünvan 2 ünvanda yerləşən «Mobiaks» mağazasına gəlib içəri daxil olaraq mağazanın daxilində heç bir əsaslı səbəb olmadan hüquqa zidd hərəkətlərini davam etdirərək öz üstünlüyünü ətrafdıkalara nümayiş etdirmək, niyyəti ilə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkət edərək zor tətbiq edib S.R. Bakirovaya yumruqla zərbələr endirərək ona sağ çənə və sol bazu nahiyələrinin qançırları kimi sağlamlığına zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək bununla kifayətlənməyib qərəzli xuliqanlıq hərəkətklərini inadla davam edib mağazanın normal fəaliyyətini pozub özü ilə gətirdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici-xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sol bud nahiyəsinə iki dəfə qəsdən vuraraq iki ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid sağlamlığa yüngül bədən xəsarəti yetirməklə xuliqanlıq elmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 8 ildir ki, tanıyır, onlar sevgili olmuşlar. Münasibətləri normal idi. Əvvəllər xoşbəxt olsalar da son zamanlar, Zərərçəkmiş şəxs ona qarşı soyuq idi. Vatçapda onlayn olurdu, lakin ona cavab yazmırdı. Bundan sonra aralarında qısqanclıq düşmüşdür. Ailələr arasında «həri» olsa da nişan olma ərəfəsində idilər. Əvvəllər aralarında tez-tez dava-dalaş olurdu, lakin bu dərəcədə olmamışdır. 05 mart 2024-cü il tarixdə səhər saatlarında o Ş.R.Bakirova ilə telefonda mübahisə etmiş və Zərərçəkmiş şəxs üzüyü qaytarmışdır. Həmin günü axşam saatlarında onlar barışmışlar. Lakin gecə saatlarında onlar yenidən mübahisə etmişlər. 06 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onunla yenə telefonda dalaşmış ona demişdir ki, artıq bezib, başqa onu başa düşəcək adamla həyalım davam elmək istəyir. Həmin gün onun anası ilə Zərərçəkmiş şəxs anası arasında telefonda söhbət olmuşdur ki, uşaqlar ayrılsınlar və münasibət bitsin. O saat 20:00 radələrində Zərərçəkmiş şəxs işlədiyi ünvan 3 ünvanda yerləşən «Mobiaks» mağazasında olan zaman xəbər etmədən qəfil olaraq daxil olmuş, Zərərçəkmiş şəxs hücum edib baş nahiyəsindən yumruq vurmuş və zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Yerdə olan zaman o, evdən götürdüyü mətbəx bıçağını cibindən çıxarıb onun sol ayağında bud nahiyəsindən iki dəfə vurmuş və dərhal mağazanı tərk edərək hadisə yerindən uşaqlaşıb yaşadığı ünvana getmişdir. Törətdiyi əməldən peşmandır. Əməli qısqanslıq zəminində hadisə törətmişdir. Hal-hazırda isə onlar barışmışlar. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 8 ildir ki, tanıyır, onlar sevgili olmuşlar. Münasibəti normal olmuşdur. Əvvəllər xoşbəxt olsalar da son zamanlar Təqsirləndirilən şəxs özündə deyildi və onu hədsiz dərəcədə qısqanmağa başlamışdır. Ailələr arasında «həri» olsa da nişan olma ərəfəsində idilər. Əvvəllər aralarında tez-tez dava-dalaş olurdu, lakin bu dərəcədə heç vaxt olmamışdır. 06 mart 2024-cü il tarixdə anası ilə Təqsirləndirilən şəxs anası arasında telefonda söhbət olmuşdur ki, onlar ayrılsın və münasibət bitsin. Həmin günü o, saat 20:00 radələrində işlədiyi ünvan 3 ünvanda yerləşən «Mobiaks» mağazasında olan zaman ona xəbər etmədən qəfil olaraq Təqsirləndirilən şəxs mağazaya daxil olmuş, ona hücüm edib baş nahiyəsindən yumruq vurmuş və o zərbədən yıxılmışdır. Yerdə olan zaman Təqsirləndirilən şəxs cibindən bıçaq çıxarıb sol ayağında bud nahiyəsindən iki dəfə vurmuş və dərhal mağazanı tərk edərək hadisə yerindən uşaqlaşmışdır. Hadisə qısqanslıq zəminində hadisə törətmişdir. Hal-hazırda isə onlar barışmışlar. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən mağazası vardır. Şəbinə isə onun mağazası ilə yanaşı olan mağazada satıcı işləyir. Səbinənin Seymur adlı oğlanla istəkli, nişanlı olduğunu bilirdi. X8 mağazadan işdən götürəndə görmüş və Seymurla aralarında salam-kəlam vardır. 06 mart 2024-cü il tarixdə, saat 20:00 radələrində mağazanın qarşısında dayanmışdır. Həmin vaxt Seymurun Şəbinə işlədiyi mağazaya daxil olduğunu görmüşdür. O, da öz mağazasına daxil olmuşdur. Təxminən 2-3 dəqiqə sonra eşitmişdir ki, Şəbinə kömək üçün kimisə səsləyir. Dərhal Şəbinə işlədiyi mağazaya daxil olmuşdur və daxil olan zaman görmüşdür ki, Seymur yolun əks tərəfi ilə qaçaraq gedir. Mağazaya daxil olanda görmüşdür ki, Şəbinə yerdədir. Səbinəyə yaxınlaşanda görmüşdür ki, sifəti qızarmış haldadır. Səbinədən nə baş verdiyini soruşduqda Şəbinə demişdir ki, Seymur onu yumruqla vuraraq döymüş və bıçaqla ayağından xəsarət yetirmişdir. Bunu eşidən kimi o, Səbinəyə ilkin olaraq yardım göstərməyə başlamış və təcili tibbi yardıma xəbər vermişdir ki. gəlib Səbinəyə tibbi yardım göstərsinlər. Əlavə olaraq bildirmişdir ki, o, mağazanı saat 23:00 radələrində bağlayır, məcbur qalıb Seymura görə mağazanı tez bağlamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X11 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş 551 saylı, 15 mart 2024-ci il tarixli rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarət sol bud nahiyəsinin iki ədəd kəsilmiş-deşilmiş yaraları, sağ çənə və sol bazu nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlərin törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 06 mart 2024-cü il tarixə uyğun gəlir. Xəsarətlərdən sol bud nahiyəsinin iki ədəd kəsilmiş-deşilmiş yaraları deşici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər və dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sağ çənə və sol bazu nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalixasiyasına görə xəsarətlərin yıxılması nəticəsində törənməsi, müayinə olunan şəxsin özü tərəfindən özünə vetirilməsi inkar olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizası, «odlu silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların» tədqiq ekspertizasının 3-16-16/2-3/544 №li, 03 aprel 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişən hər hansı əlavə və dyişilik edilməmişdir. Cinayət işinin materiallarında olan bir ədəd diskə baxış keçirilən zaman müəyyən oldu ki, zərərçəkmiş Zərərçəkmiş şəxs işlədiyi mağazada tək olarkən Təqsirləndirilən şəxs qəflətən mağzaya içəri daxil olaraq Ş.R.Bakirovaya hücüm edib ona yumruq zərbələri vurur, yumruq zərbələri nəticəsində Zərərçəkmiş şəxs yerə yıxılır. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən bir ədəd bıçaq çıxarıb sağ əlində tutaraq Ş.R.Bakirovanın sol bud nahiyəsinə bıçaqla vuraraq hadisə yerindən uzaqlaşır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 27 aprel 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 24 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir (səh., 94). Cinayət işinin materiallarında olan 24 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 51). İnsan Hüquqlarının və X5 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 06 mart 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxs, şahid və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Bu eynilə ekspert rəylərinə, məhkəmənin fikrincə işin faktiki hallarını təsdiq edən digər materiallara da aiddir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi dindirilmiş iafdələr, ekspert rəyləri ilə təsdiq olunur. Lakin ibtidai istintaq materiallarında hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizmi nəzərə alınmamış, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidin hadisədən qabaq, hadisədən sonra münasibətləri aydınlaşdırılmamış, baş vermiş əməlin əhatə dairəsi müəyyənləşməmişdir. Belə ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin nədə ifadə olunması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əvvəllər sevgili və normal münasibətdə olmuş, nişanlanmaq ərəfəsində olmuşlar. Lakin mübahisə qısqanclıq-şəxsi münasibətlər zəminində baş vermişdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında qeyd olunduğu kimi xuliqanlıq ictimai qaydanı kobud surət pozan əməldir. Xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Həmin Məcəllənin 221.1-ci maddəsinin dispozisiyasından məlum olur ki, xuliqanlıq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edidlməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də xuliqanlığın əlavə obyekti insanların sağlamlığı, şərəf və ləyaqəti, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Xuliqanlıq formal tərkibli cinayət olduğundan Cinayət Məcəlləsinin 221-ci maddəsində qeyd olunan hərəkətlər törədildiyi andan başa çatmış hesab edilir. Xuliqanlıq subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar şəxs ictimai qaydanı kobud surətdə pozduğunu, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyini, habelə Cinayət Məcəlləsinin 221-ci maddəsində sadalanan xuliqanlıq hərəkətlərinin törədildiyini dərk edir və bunu arzu edir. Bu cinayətin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə barışmazlıq, nifrət zəminində və sair törədilən hərəkətlər xuliqalnlıq kimi tövsif oluna bilməz. Xuliqanlığın məqsədi təqsirkarın zərərçəkmiş şəxsi kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti olsada, onu öz iradəsinə tabe etməkdən ibarətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Buradan görünür ki, cinayətin əsas obyekti ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Təqsirkarın şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair qərardadından görünür ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Lakin göründüyü kimi, ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, əməli törətmiş şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, T.Təqsirləndirilən şəxsnın əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinın, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Bununla yanaşı, məhkəmə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin də təhlil olunmasını əməlin tövsifi baxımından mühüm hesab edir. Məhkəmə iclasında müəyyən olunur ki, mübahisə məişət problemləri, şəxsi münasibətlər zəminində baş vermişdir. Cinayət Prosessual Məcəlləsinin 33.4-cü maddəsinə əsasən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinə əsasən məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir. Həmin Məcəllənin 349.1.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Cinayət Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Cinayət Məcəlləsinin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən «ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər» ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Eynilə, əgər şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında başa çatmış cinayətin mövcudluğu konkret halların qiymətləndirilməsindən asılı olan «ağır nəticə», «mühüm zərər», «əhəmiyyətli zərər» kimi kriminal nəticələrin baş verməsi ilə əlaqələndirilirsə, cinayət əməlinin təsvirində həmin nəticələrlə uyğunluq təşkil edən konkret hallar da öz əksini tapmalı və hökmün təsviriəsaslandırıcı hissəsində məhkəmənin hansı kriteriyalara və sübutlara əsasən nəticəni «ağır» və yaxud zərəri «mühüm» və s. kimi qiymətləndirdiyi əsaslandırılmalıdır. Həmin Qərarın 37-ci bəndində göstərilmişdir ki, Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir: a) təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur; b) ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Bununlada məhkəmə iclasında müəyyən edildi ki, S.T.Tcymurov 06 mart 2024-ci il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs işlədiyi ünvan 2 ünvanda yerləşən «Mobiaks» mağazasına gəlib içəri daxil olaraq mağazanın daxilində heç bir əsaslı səbəb olmadan X4 yumruqla zərbələı endirərək ona sağ çənə və sol bazu nahiyələrinin qançırları kimi sağlamlığına zərər vurmayan, dərəcəsi ləyin edilməyən bədən xəsarəti yetirərək bununla kifayətlənməyib qərəzli xuliqanlıq hərəkətklərini inadla davam edib mağazanın normal fəaliyyətini pozub özü ilə gətirdiyi bir ədəd zavod üsulu ilə istehs.d edilmiş, bir tərəfi kəsici. ucu deşici. xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sol bud nahiyəsinə iki dəfə qəsdən vuraraq iki ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid sağlamlığa yüngül bədən xəsarəti yetirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsüf edilməlidir. Səbəb ondan ibarətdir ki, törədilmiş əməldən heç bir ictimai qayda pozulmamış, Təqsirləndirilən şəxs özünü başqalarından fərqləndirməmiş, üstünlük göstərmiş və cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirməmişdir. Cinayət əməli təqsirləndirilən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münasibətlər-qısqanclıq zəminində baş vermişdir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında 12 sentyabr 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 4 №li, 25 iyun 2003-cü il tarixli qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Prosessual Məcəlləsinin 33.4-cü maddəsinə əsasən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinə əsasən məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir. Həmin Məcəllənin 349.1.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirimliş eskpertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs barışıq ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, mübahisənin qısqanclıq məişət problemi üzündən yaranmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanc yerində saxlanılan bir ədəd bıçaq məhv edilməli və bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 64.0 manat ekspertiza xərci oğlundan tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********0000003944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin materialının icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanc yerində saxlanılan bir ədəd bıçaq məhv edilsin və bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraata xitam verildiyindən seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinə xitam verilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar