Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-481/2024 02.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi ev 14, mənzil 52-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, lakin çaxmağında 238 nömrəsi olan, 5.45 mm kalibrli, zavod üsülü ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, texniki cəhətdən saz və atəş üçün yaralı, yivli odlu silah avtomatı, onun komplekt hissəsi olan 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı 01 ədəd darağı, «Kalaşnikov» konstruksiyalı silahların ştat patronları olan, 07 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 02 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5.45x39 mm kalibrli atəş üçün yararlı döyüş sursatı olan 09 ədəd patronu əldə edərək saxlayıb gəzdirmiş, 06 mart 2024cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin NMB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində saxlanılaraq şübhəli şəxsi qismində Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilib orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən çantaya bükülmüş, üzəri sarı rəngli parça ilə örtülmüş vəziyyətdə 01 ədəd nömrəsi silinmiş, lakin çaxmağında 238 nömrəsi olan, 5.45 mm kalibrli, zavod üsülü ilə keçmiş SSRİ dövlətinə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, texniki cəhətdən saz və atəş üçün yaralı, yivli odlu silah avtomatı, onun komplekt hissəsi olan 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı 01 ədəd darağı, «Kalaşnikov» konstruksiyalı silahların ştat patronları olan, 07 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 02 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5.45x39 mm kalibrli atəş üçün yararlı döyüş sursatı olan 09 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, axşam saatlarında Sabunçu rayonu, Məhəmmədli qəsəbəsində işlədiyi ünvanın yaxınlığında piyada gəzərkən məişət tullantıları atılan yerin yaxınlığından keçərkən, yerdə olan parça formada olan çanta diqqətini çəkmiş, onu açarkən, içərisində 01 ədəd avtomat, patronlar, 01 ədəd daraq olduğunu görmüşdür. Həmin çantanın ağzını bağlayıb özü ilə yaşadığı ünvana gətirmiş, yaşadığı ünvanda çantaya rahat baxış keçirərkən, 01 ədəd avtomat, 09 ədəd patron, 01 ədəd daraq olduğunu aşkar etmişdir. 06 mart 2024-cü il tarixdə həmin çantanı evdən götürmüş, gizlətmək məqsədi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi «Göl ərazisi» deyilən yerə gəlmiş, məqsədi silahı və sursatı yeri qazıb gizlətmək olmuşdur. Saat 20:00 radələrində iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim etmiş, nə işlə məşğul olduğunu soruşmuş, şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Silah və sursatı basdırmaq istədiyindən, polis əməkdaşlarının suallarına dağınıq cavablar verərək tələsdiyini bildirərək getməyə çalışmışdır. Bu zaman polis əməkdaşları ondan daha da şübhələnmiş və getməsinin qarşısını alaraq, əlində olan çantadakının nə olduğunu soruşmuş və Sabunçu RPİ-in 13-cü Polis Bölməsinə getməsini təklif etmişlər. Polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-in 13-cü Polis Bölməsinə getmişdir. Polis Bölməsində onun üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, bu təklifdən sonra üzərində olan çantanı masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən çantaya baxış keçirilmiş, oradan sarı rəngli parçaya bükülmüş vəziyyətdə 01 ədəd avtomat, 09 ədəd patron, 01 ədəd daraq aşkar edilmişdir. Törətdiyi əməldən pesmaşdır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatı raportla Sabunçu RPİ-in rəhbərliyinə məruzə edilmişdir. İdarə rəhbərliyinin müvafiq əmri ilə «əməliyyat qrupu» yaradılmıış, bölmənin digər əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 06 mart 2024-cü il tarixdə Şahid1la birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində «Gölün yanı» kimi tanınan ərazidə Təqsirləndirilən şəxs yeri qazmaq istəyərkən şübhəli şəxs qismində saxlamışlar. Yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-in NMB-in əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək adının Tofik olduğunu bildirmişdir. Daha sonra ondan soyad, ad və ata adını soruşuqda nisbətən həyəcanlı şəkildə cavab vermişdir. Ona saxlanılma səbəbi barədə məlumat vermiş, daxil olmuş əməliyyat məlumatının dəqiqləşdirilməsi üçün onu yaxınlıqda yerləşən Sabunçu RPİ-in 13cü PB-nə təmin etmişlər. Bölmədə onun gətirilməsi ilə bağlı raport yazaraq Növbətçi hissəyə təqdim etmiş, araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis mayoru Rafiq Babayevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə və vəkilinin iştirakı olmadan aparılmasına etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşuldu və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan çantanı masanın üzərinə qoymuş, X3 çantadakının nə olduğu soruşanda o, çantanın içərisindəkinin avtomat, patron və daraq olduğunu bildirmişdir. Rafiq Babayev çantanı açmış, üzəri sarı rəngli parça ilə örtülmüş 01 ədəd avtomat, 09 ədəd patron, 01 ədəd daraq aşkar edilmişdir. Təhqiqatçı aşkar edilən silah və sursatın kimdən və nə vaxt əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs təxminən 10 gün qabaq axşam saatlarında Sabunçu rayonu, Məhəmmədli qəsəbəsində işlədiyi ünvanın yaxınlığında piyada gəzərkən məişət tullantıları atılan yerin yaxınlığından keçərkən həmin çantanın tapdığını, onu açarkən, içərisində 01 ədəd avtomat, patronlar, 01 ədəd daraq olduğunu görüb çantanın ağzını bağlayıb özü ilə yaşadığı ünvana gətirmişdir. Saxlanılan gün, yəni 06 mart 2024-cü il tarixdə, saat 20:00 radələrində həmin çantanı evdən götürüb gizlətmək məqsədi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi «Göl ərazisi» deyilən yerə gəldiyini, silahı və sursatı yeri qazıb gizlətmək istəyərkən saxlanıldığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edlmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Mədətov X2 Səlim Akif oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 24/533 saylı, 07 mart 2024-cü il tarixli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş, lakin çaxmağında 238 nömrəsi olan silah 5.45 mm kalibirli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, «Kalaşnikov» konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silaın hissə və mexanizmlərinin üzərində sonradan təyinatım dəyişdirən heç bir əlavə dəyişiklik e dilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidirdarağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 09 ədəd patronlardan 07 ədədi zavid üsulu ilə keçmiş SSRİ dövlətində, 02 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-3/497 saylı, 09 aprel 2024-cü il tarixli məhkəmə ballistik ekspertizasının «odlu silah və döyüş sursatlarının, soyuq, qaz və pnevmatik silahların tədqiqi» ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 5.45 mm kalibrli Kalaşnikov konstruksiyalı «AK-74» markalı silahın lülə qutusunun sol ön səthində, sürgünün, lülə qutusunun qapağının arxa tərəfindən, qaz borusunun alt tərəfindəki zavod nömrə nişanları sonradan kustar üsulla kənar predmet vasitəsi ilə dərindən silindiyindən həmin sahələrdə əks olunanzavod nömrə nişanlarının ilkin mətnini müəyyən etmək mümkün deyil. Lakin çaxmağın üzərində «238» rəqəmləri zavod işarələri aydın oxunur, hər hansı silinmə əlamətləri yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 may 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 04 fevral 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu RPİ-in 13-cü PB-in inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı, polis mayoru Rafiq Babayev özünü təqdim edir. Sonra keçirilmiş tədbir barədə Təqsirləndirilən şəxs məlumat verir, daha sonra əməliyyat müvəkkiləri özlərini təqdim edirlər. Daha sonra Təqsirləndirilən şəxs özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, döyüş sursatını əldə edərək saxlama, daşıma və gəzdirməkdə ittiham olunması bildirilir. Bundan sonra Təqsirləndirilən şəxs özünün ərizəsi və xahişi ilə vəkilinin iştirakı olmadan, eləcə də video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və ya predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan çantanı masanın üzərinə qoyur. Təhqiqatçı R.Babayev çantanı açır, üzəri sarı rəngli parça ilə örtülmüş vəziyyətdə 01 ədəd avtomat, 09 ədəd patron, 01 ədəd daraq aşkar edilir. X3 aşkar edilən silah və sursatın kimdən və nə vaxt əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs təxminən 10 gün bundan qabaq axşam saatlarında Sabunçu rayonu, Məhəmmədli qəsəbəsində işlədiyi ünvanın yaxınlığında piyada gəzərkən məişət tullantıları atılan yerin yaxınlığından keçərkən, yerdə olan parça formada olan çantanın diqqətini çəkdiyini, onu açarkən, içərisində 01 ədəd avtomat, 09 ədəd patron, 01 ədəd daraq olduğunu görüb çantanın ağzını bağlayıb özü ilə yaşadığı ünvana gətirdiyini, saxlanılan gün, yəni 06 mart 2024-cü il tarixdə, saat 20:00 radələrində həmin çantanı evdən götürüb gizlətmək məqsədi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, «Göl ərazisi» deyilən yerə gəldiyini, silahı və sursatı yeri qazıb gizlətmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdi. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. qsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən-qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, edan edilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 02 saylı silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlak və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və sair hərəkətlər başa düşülür. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən silah dedikdə canlı qüvvəni və digər obyektləri, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvələrin və digər obyektlərin məhv edilməsində istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Cinayət işinin materiallarında olan 06 mart 2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 20:30 radələlərindən tutulmuş hesab edilmişdir (səh., 21). Cinayət işinin materiallarında olan 08 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,67). Cinayət işinin materiallarında olan 4(008)138/2024 saylı, 08 mart 2024-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «06» mart 2024-cü il tarixdən hesablanmaqla «03» (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 87). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmasını, onun əməlində cinayətin residivinin olmasını, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, törədilmiş əməldə təqsirinin olmasını, alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «06» mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar, 01 ədəd nömrəsi silinmiş, lakin çaxmağında 238 nömrəsi olan, 5.45 mm kalibrli, zavod üsülü ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat, 01 ədəd daraq, 06 ədəd 5.45x39 mm kalibrli patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirlyinin silah surat anbarına təhvil verilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «06» mart 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar, 01 ədəd nömrəsi silinmiş, lakin çaxmağında 238 nömrəsi olan, 5.45 mm kalibrli, zavod üsülü ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat, 01 ədəd daraq, 06 ədəd 5.45x39 mm kalibrli patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirlyinin silah surat anbarına təhvil verilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-481/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-481/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver