Məhkəmə qərarları › İş №1(008)-482/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-482/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-482/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X15 küçəsi, bina 79A-da qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,225 qram psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yanvar 2023-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X15 küçəsində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,225 qram təşkil edən ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,464 qram narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, 16 yanvar 2024-cü il tarixdə saat 23:30-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində olan zaman özünü şübhəli apardığından Sabunçu rayon Polis İdarəsinin 42-ci X14 Patrul Xidmət Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 bükümdə xeyli miqdarda təmiz çəkisi 0,464 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o ağır formada narkotik vasitə istifadəçisi olmuş, lakin tutularkən onun üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitə olan heroin istifadə etmişdr, metamfetamindən istifadə etməmişdir. Hazırda narkoloji dispanserdə müalicə almışdır, narkotik vasitəfən istifadə etmir, ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis bölməsində olan zaman ona hər hansı fiziki zor tətbiq edilməmişdir, ibtidai istintaq zamanı psixi təzyiqə məruz qalmışdır, lakin üzərində narkotik vasitə olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanda yaşayır. Təxminən bir il yarım, iki ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Adətən narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. 16 yanvar 2023-cü il tarixdə Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Həmin metamfetamini aldıqdan sonra 16 yanvar 2023cü il tarixdə saat təxminən 20:00-da Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ş.Ə.Tuti küçəsində gəzmişdir. Aldığı metamfetamini də əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Küçədə gəzərkən iki nəfər polis geyim formasında olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etməyində, üzərində saxlamağında və daşımağı barədə məlumat daxil olmasını bildirib onu Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 42-ci PB-nə gətirilmişdir. O, polis bölməsinə aparılan müddət ərzində polis əməkdaşlarının müşahidəsi altında olmuş, bu səbəbdən, fürsət tapıb üzərindəki metamfetamini hər hansı bir yolla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Polis Bölməsində olarkən şəxsiyyəti müəyyən edildikdən sonra şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Həmin vəkil ona təqdim edilmiş və o, bildirmişdir ki, hüquqlarının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Oruc Məmmədov tərəfindən müdafiə olunmasına etirazı yoxdur. Ona şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bildiriş verilmişdir. Qeyd olunanlarla bağlı 42-ci PB-nin təhqiqatçısı tərəfindən müvafiq protokollar tərtib edilmişdir. Həmin protokolları o, imza etmişdir. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edildikdə o, etiraz etməmişdir. Lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Bunun səbəbi də onunla bağlı olmuşdur ki, üzərində psixotrop maddə metamfetamin olmasını bilmiş və istəməmiş ki, həmin metamfetamin vəkilin yanında aşkar edilsin. Çünki fikirləşmişdir ki, əgər üzərində saxladığı metamfetamin vəkilin yanında aşkar edilsə vəkili onu gələcəkdə məhkəmədə müdafiə edə biləməyəcəkdir. Məhz bu səbəbdən Sabunçu RPİ-nin 42-ci PB-də üzərinə videoçəkilişlə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ona üzərində saxlanılması qanunla qadağan olunmuş maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə saxladığı bir ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşları həmin maddəni açmışlar və müəyyən edilmişdir ki, içərisində ağ rəngli kristal şəkildə olan maddə vardır. Sorğu zamanı bildirmişdir ki, həmin maddə şüşə, patı kimi tanıdığı psixotrop maddə olan metamfetamindir, həmin metafetamini şəxsi istifadəsi üçün əldə etmiş, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün Binəqədi rayonu ərazisində 10 manata almışdır. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulmqla qablaşdırılmış, qablaşdırılmış zərf PB-nin 241 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmışdır. Ona bildirilmişdir ki, həmin maddənin tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəkdir. Bundan başqa əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir qutu siqareti və alışqanı, istifadə etdiyi “Nokia” markalı mobil telefonu aşkar edilmişdir. Siqaret və alışqanı ona qaytarılsa da mobil telefonu da polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin fakta görə 17 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, 18 yanvar 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. O, daha sonra istintaqın çağırışlarına getməmək üçün istifadəsində olan mobil nömrəni söndürərək qeydiyyatda olduğu və yaşadığı ünvandan çıxıb gedərək müxtəlif ünvanlarda yaşamağa başlamışdır. Barəsində aparılan cinayət işinin məhkəməyə getməsindən və həbs olunmasından qorxduğu üçün istintaqdan yayınmışdır. Lakin buna baxmayaraq bir müddət sonra yenidən qeydiyyatda olduğu və yaşadığı ünvana geri qayıtmışdır. O, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyindən yenidən müxtəlif ünvanlardan şəxsi istifadəsi üçün almağa başlamışdır. Belə ki, 16 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 35 manata 01 ədəd şəffaf selofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini alaraq üzərində saxlamışdır ki, uyğun bir zamanda istifadə etsin. 16 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Abşeron küçəsində tanışı X2 görmüş və onunla bir qədər dayanıb haləhval tutaraq söhbət etmişlər. Həmin tarixdə saat 23:30-da o, və Cəfər Cəfərquliyev Bakı şəhəri, Sabunçu rayonu, Abşeron küçəsində olan zaman biri polis geyim formasında, digəri mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, xidməti vəsiqələrini göstərərək Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidmət Bölüyünün polis nəfərləri olduqlarını bildirmişlər. Polis nəfərləri ondan və tanışı Cəfər Cəfərquliyevdən şəxsiyyətlərini təsdiq edən sənədini təqdim etmələrini xahiş etmişlər. Üzərində şəxsiyyət vəsiqəsi olmadığından və həmçinin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğundan polis nəfərlərinin verdikləri suallara yayındırıcı cavablar vermişdir. Polis nəfərlərindən yayınmaq istəyən zaman onları saxlayıb Sabunçu RPİ-nin 42-ci PB-də dəvət etmişlər. O, və tanışı Cəfər Cəfərquliyev etiraz etməyərək polis bölməsinə gətirilmişlər. Polis bölməsinə aparılan müddət ərzində polis əməkdaşlarının müşahidəsi altında olmuş, bu səbəbdən üzərində olan narkotik vasitə heroini hər hansı bir yolla özündən kənarlaşdıra bilməmişdir. Bundan sonra ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmiş və qərarla tanış olmuşdur. O, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə rəsmi ərizə yazmışdır. Bunun səbəbi də onunla bağlı olmuşdur ki, üzərində narkotik vasitə olmasını bilmiş və istəməmiş ki, həmin narkotik vasitə vəkilin yanında aşkar edilsin. Çünki fikirləşmişdir ki, əgər üzərində saxladığı narkotik vasitə vəkilin yanında aşkar edilsə vəkili onu gələcəkdə məhkəmədə ürəkdən müdafiə edə biləməyəcəkdir. Məhz bu səbəbdən Sabunçu RPİ-nin 42-ci PB-də üzərinə videoçəkilişlə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 şəffaf selofana bükülmüş təqdim etmişdir. Həmin selofan açıldıqda içərisində qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. Sorğu zamanı o, həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 35 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd bükümdə içərisində qəhvəyi rəngli maddə qablaşdırılaraq möhürlənmiş və ona izah olunmuşdur ki, həmin maddə ekspertiza mərkəzinə göndəriləcəkdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa sonradan ona məlum olmuşdur ki, tanışı X5 da, şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış keçirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin onun Cəfər Cəfərquliyevin üzərində narkotik vasitə olmasından heç bir məlumatı olmamışdır. Əlavə verilən suallaraq cavab olaraq bildirmişdir ki, o, nə narkoloji, nə vərəm, nədə ki, psixo-nevroloji dispanserdə qeydiyyatda deyildir. Psixotrop maddə metamfetamini və narkotik vasitə heroini aldığı şəxslərin anket məlumatları barədə onda heç bir məlumat yoxdur. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, tanışı Cəfər Cəfərquliyevin əvvəllər narkotik vasitə istifadə etməsini bildiyini, lakin üzərində narkotik vasitə olmasından məlumatı olmadığını, Cəfərin də, onun üzərində narkotik vasitə olmasından heç bir məlumatı olmadığını, ona bu barədə heç bir məlumat vermədiyini bildirmişdir. O, adətən metamfetaminə və heroinə narotik vasitə demiş, ifadəsində üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olmasını məhz bu səbəbdən göstərmişdir. O, heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır və ona qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilməmiş və heç bir təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci X14 Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 16 yanvar 2024-cü il tarixdə saat 23:30-da Bakı şəhəri, Sabunçu rayonu, Nardan qəsəbəsi, Abşeron küçəsində inzibati ərazidə Sabunçu RPİ-nin 42-ci X14 Patrul Xidmət Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman iki nəfər şəxsin özünü şübhəli apardığını gördükdə həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxslər üzərilərində sənədlərin olmadığını bildirərək verilən suallara yayındırıcı cavablar verərək onlardan yayınmaq istəmişlər. Onlar həmin şəxsləri saxlayaraq 42-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslər etiraz etməyək polis bölməsinə gəlməyə razılaşmışlar və həmin şəxsləri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinə gətirmişlər. Polis Bölməsində həmin şəxslərin Təqsirləndirilən şəxs və X5 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və X1 Bölməsinə aparılana kimi müşahidə altında saxlanılmışlar. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümdə içərisində qəhvəyi rəngli maddəni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 35 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf selofan bükümdə içərisində qəhvəyi rəngli maddə qablaşdırılaraq möhürlənərək ekspertiza mərkəzinə göndərilməsindən ötrü götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə dəvət edərkən və gətirilərkən onlara qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, hazırda Sabunçu RPİ-nin 42-ci PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2010-cu ildən DlO-da, 2018-ci ildən isə tutduğu vəzifədə xidmət edir və xüsusi rütbəsi polis baş leytenantdır. Qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X15 küçəsi ev 79 A ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqla daşıması bildirildiyindən onun tərəfindən 16 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin rəisi, polis polkovnik-leytenantı cənab Emil Cavadova məruzə edilmiş və əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi və sonuncunun cinayət törədərkən yaxalanması məqsədi ilə onun tərəfindən qəbul edilmiş əməliyyat-axtarış təbdirlərinin həyata keçirilməsi haqqında qərar rəis tərəfindən təsdiq edilmişdir. Daha sonra isə əməliyyat qrupunun tərkibi müəyyən edilmiş, əməliyyat qrupuna onun özü və Sabunçui RPİ-nin 42-ci PB-nin polis sahə rəisi, polis mayoru Şahid3 Nürəddin oğlu daxil edilmişdir. Qrup üzvləri bölmə rəisi tərəfindən təlimatlandırıldıqdan sonra həmin ünvanda əməliyyat mövqeyini müəyyən etmişlər. Həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 16 yanvar 2023-cü il tarixdə saat 20:00 rədlərində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X15 küçəsində olarkən əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşar olan şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra saxlanılan şəxsdən şəxsiyyəti barədə məlumat verməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdiyini və sonuncunun həqiqətən də əməliyyat məlumatında göstərilən şəxsin olduğunu dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edərək saxlamaqla daşımasında şübhəli bilindiyini izah edilərək sonuncu Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nə gətirmişdir. Əhməd Talıb- zadənin gətirilməsi barədə onun tərəfindən raport tərtib edilərək Sabunçu RPİ-nin 42-ci PB-nin rəisinə məruzə edilmiş və saxlanılan şəxsin şəxsiyyətinin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Araşdırmanın aparılması təhqiqatçı, Rəşad İsmayılova həvalə edilmiş və saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığından sonuncunun hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilmiş, sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, sonuncuya üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmiş və Əhməd Talıbzadə buna etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək müdafiəçinin şəxsi axtarış zamanı iştirak etməməsini xahiş etmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl iştirakçılara onların hüquq və vəzifələri izah edilmiş, bundan sonra şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Əhməd Talıbzadədən üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlərin olub-olmaması soruşulmuş, həmçinin olduğu təqdirdə isə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən “Nokia” markalı mobil telefonu, bir qutu “Winchestor” markalı siqareti və çaxmağı çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız bükülünü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, bükülü açıldıqda müəyyən olunmuşdur ki, içərisində kristal şəkilli kütlə vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisindəki maddə “patı” kimi adlandırdığı psixotrop maddə metamfetamindir, həmin metamfetamini Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə metamfetamin təhqiqatçı tərəfindən götürülüb qablaşdırılaraq DİN-in “Zərflər üçün” olan 241 saylı möhürü ilə möhürlənmişdir. Möhürlənmiş zərf şəxsi axtarış zamanı iştirak edən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokola şəxsi axtarış zamanı iştirak etmiş bütün iştirakçılar imza etmişlər. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması əks edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması faktı təsdiq edilməsə də göründüyü kimi onun qanunsuz olaraq psxiotrop maddə əldə edərək saxlamaqla daşıması öz təsdiqini tapmışdır(i.v.182-184); Şahid qismində dindirilmiş Şahid3 Nürəddin oğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahid X3 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.188-190). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.15); şəxsi axtarış və götürmə aparılması haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etdi. 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı onun içərisində qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər kütlə aşkar edildi. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulan zaman o, həmin maddənin “Kakos” olduğunu, bu gün Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 35 manata aldığını, 2 ildir ki, narkotik vasitə istifadəçisi olmasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilmədi. Bundan sonra aşkar edilmiş maddə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürüldü və Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün” 241 saylı möhürü ilə möhürləndi. (i.v.26- 27); məhkəmə-kimyəvi ekspertizasının 17 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/280 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №241” dairəvi möhür əksləri olan, “...3) Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,464 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir (i.v.34-37); DVD diskə baxış keçirilməsi haqqında 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçıçısı, polis baş leytenantı Orxan Seydumov tərəfindən Sabunçu RPİ-nin 42-ci PB-nin PPXB-nün polis nəfəri polis sejantı Şahid2, PPXB-nün polis nəfəri Şahid1 iştirakları ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 şəffaf selofan bükümü təqdim etdi. Həmin selofan açıldıqda içərisində qəhvəyi rəngli maddə vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin maddə “kakos” kimi tanıdığı narkotik vasitədir, həmin maddəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 35 manata öz istifadə etmək üçün almışdır. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm qablaşdırılır, DİN-in “Zərflər üçün” 241 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır (i.v.50-51); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınmışdır (i.v.73-75); Qətimkan tədbirinin seçilməsi haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v.76-77); şübhəli şəxsin tutulması haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.103); şəxsi axtarış və götürmə aparılması haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülüdə “şüşə” adlanan kristal şəkilli maddəni təqdim etmişdir. Gödəkcənin sol cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim etdi. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddə narkotik vasitə hesab edilən “şüşəni” xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonun ərazisindən tanımadığı şəxsdən 10 manata əldə etdiyini, şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik maddə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürüldü və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 241 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (i.v.114-115); məhkəmə-kimyəvi ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 6/278 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs X7 imza....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,225 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir (i.v.122-125); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 215 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPOİDLƏRİN və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin həmin rəydə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli 1/173 №li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində OPİ(+), MOP(+), AMP(+) aşkar olundu, deməsinə görə 2 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən inyeksiya yolu ilə istifadə edir (i.v.131-132); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ- nin 42-ci PB-də keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış görüntülər vardır. Təhqiqatçı, polis mayoru Rəşad İsmayılov qarşısında dayanmış şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz saxlanılan əşya, maddə olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edir. Təhqiqatçı, polis mayoru Rəşad İsmayılov həmin bükümü açır və içərisində ağ rəngli kristalik şəkilli maddə olduğu aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddənin “patı”, “şüşə” kimi tanıdığı metamfetamin olduğunu və həmin metamfetamini Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manata özünün istifadəsi üçün alaraq üzərində saxladığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs əynndəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd mobil telefon cihazı, bir qutu siqaret və bir ədəd alışqan aşkar olunur. Daha sonra təhqiqatçı, polis mayoru Rəşad İsmayılov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır, zərfin üzəri möhürlənir, Təqsirləndirilən şəxs və şəxsi axtarış zamanı iştirak etmiş digər iştirakçılar zərfin üzərini imzalayır (i.v.148-150); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır (i.v.170-172); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 18 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.173-174); Baxış aparılması haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “Nokia” texniki cəhətdən saz vəziyyətdədir. Həmin mobil telefonun yaddaşında və həmçinin telefonda mövcud olan sms bölməsində, eləcə də digər təminat proqramlarında iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilmədi (i.v.177); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə, 01 il 06 ay nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir ( i.v.203-204); Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v.217); Axtarışda olan şəxsin tutulması barədə 18 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30-da ünvan 3 ünvanın qarşısında saxlanılmış, Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.222); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edildiyindən o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v.238-239); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3506 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPOİDLƏRİN və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.258-259); Sübutların qiymətləndirilməsi haqqında 21 may 2024-cü il tarixli qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 bükümdə təmiz çəkisi 0,225 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 0,464 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra psixotrop maddə metamfetamindən qalıq qalmış 0,175 qram hissəsi və narkotk vasitə heroindən qalıq qalmış 0,414 qram hissəsi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş və 1 ədəd “Nokia” markalı mobil telefon aparatının Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı 02 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.264-276); Məhkəmə iclasında iki ədəd DVD disklərə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 16 yanvar 2023-cü il və 17 yanvar 2024-cü il tarixli protokollara uyğun olmuşdur. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü Talıb-zadə Uğur Əhməd oğlu adlı iki övladı vardır; Məhkəmə, Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi cinayət əməlləri ilə bağlı özünü təqsirli bilməməsi, üzərində psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroinin olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır.Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər yuxarıda qeyd edilən ifadələrində təqsirləndirilən şəxsin ifadəsində göstərilənləri təkzib etmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Bundan başqa, şəxsi axtarış və götürmə aparılması haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etdi. 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı onun içərisində qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulan zaman o, həmin maddənin “Kakos” olduğunu, bu gün Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 35 manata aldığını, 2 ildir ki, narkotik vasitə istifadəçisi olmasını bildirmişdir. Həmçinin, şəxsi axtarış və götürmə aparılması haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülüdə “şüşə” adlanan kristal şəkilli maddəni təqdim etmişdir. Gödəkcənin sol cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim etdi. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddə narkotik vasitə hesab edilən “şüşəni” xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonun ərazisindən tanımadığı şəxsdən 10 manata əldə etdiyini, şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində psixi təzyiqə məruz qaldığını, ümumiyyətlə psixotrop maddə olan metamfetamindən istifadə etmədiyini bildirsə də, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 215 nömrəli rəyində “deməsinə görə görə 2 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən inyeksiya yolu ilə istifadə edir” kimi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində hər hansı fiziki və psixi təzyiqə məruz qalmadan psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirməsi, məhkəmə istintaqı zamanı isə əksini iddia etməsi onun bu məzmunda məhkəmədə verdiyi ifadələrinin özünü müdafiə xarakterli olmasına bir daha dəlalət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,225 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,464 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-nin 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən haldır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökm üzrə məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək, 16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək, 18 may 2024-cü il tarixdən 20 may 2024-cü il tarixadək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 06 (altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı(CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM- 93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan, tədqiqatdan sonra qalıq çəkisi 0,175 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,464 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,414 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 02 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 153 (yüz əlli üç) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək, 16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək, 18 may 2024-cü il tarixdən 20 may 2024-cü il tarixadək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 06 (altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan, tədqiqatdan sonra qalıq çəkisi 0,175 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,464 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,414 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar