Məhkəmə qərarları › İş №1(008)-483/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-483/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-483/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-X1, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Lənkəran rayonu, Gəgiran kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkaran rayonu, Gəgiran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 26 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində ünvan 1 ünvanda təmir işlərini yekunlaşdırdırdıqdan sonra Zərərçəkmiş şəxs məxsus əl çantasındakı yaşıl rəngli pul kisəsinin içərisində 01 ədəd 1.200 manat dəyərində 583 əyarlı qızıl boyunbaq, 01 ədəd 300 manat dəyərində nazik qızıl boyunbaq, 01 ədəd 1.150 manat dəyərində 750 əyarlı qızıl üzük, 01 ədəd 650 manat dəyərində 750 əyarlı briliant qaşlı ürək formalı qızıl üzük, 01 ədəd 500 manat dəyərində 585 əyarlı yarpaq formalı qızıl üzük, 01 ədəd 250 manat dəyərində gümüş üzük, 01 ədəd 150 manat dəyərində gümüş üzük, 01 ədəd 150 manat dəyərində gümüş qarnitur, hər bir ədədinin qiyməti 40 manat təşkil edən ümumilikdə 160 manat dəyərində 04 ədəd gümüş üzüklər olan qızıl-zinyət əşyalarının saxlanıldığı qırmızı rəngli pul kisəsini, həmin çantadakı qara rəngli pul kisəsinin içərisindən həmin günün məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dollar pulu götürdükdən sonra getmək istəyərkən zərərçəkmiş şəxs onun hərəkətlərini dərk edərək əl çantasındakı qızıl-zinyət əşyalarının və pulunun olmadığını görüb geri qaytarmasını tələb etməsinə baxmayaraq hərəkətlərinə davam edərək oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs 4.680 manat dəyərində maddi ziyan vuraraq özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə bir nəfər, sonradan adını bildiyi Zərərçəkmiş şəxs Bakı şəhəri,Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən təndirxanaya yaxınlaşmışdır. Zərnişan orada evindən çıxan köhnə taxtaları kiminsə alıb-ala bilmədiyini soruşmuşdur. Bu zaman o, Zərnişana yaxınlaşaraq bir nəfər dostunun olmasını, həmin şəxsin ünvanda olan köhnə taxtaları götürə biləcəyini, dostunun da təndirxana işlətməsini, onun da belə taxtalara ehtiyacı olmasını bildirmişdir. Zərnişan bundan sonra ona yaşadığı ünvanın adresini vermişdir. Əslində onun elə bir dostu olmamışdır. O, öz adından taxtaları alıb sonra satmaq istəmişdir. Bundan sonra o, Zərnişana öz nömrəsini vermişdir. Onu çox adam «Fərid» adı ilə tanıdığı üçün Zərnişana adının «Fərid» olmasını demişdir. Ertəsi gün, 24 avqust 2022-ci il tarixdə, saat 08:00 radələrində Zərnişan ona zəng vurmuşdur. Zərnişan ondan gəlib-gələ bilməyəcəyini soruşmuşdur. O, da Zərnişana gələcəyini demişdir. Bundan sonra o, həmin ünvana yaxınlaşdır. O, həyətə daxil olub taxtalara baxmağa başlamışdır. Daha sonra taxtaların şəkillərini çəkib guya kiməsə göndərməyini demişdir. Lakin taxtaları almağa pulu olmamışdır. Bundan sonra o, Zərnişana evdə təmir işlərinin yekunlaşmadığını, özünün də usta olmağını demişdir. Bundan sonra döşəməyə metlaq vura biləcəyini Zərnişana demişdir. Zərnişan da, onunla razılaşmışdır. O, metlağın kvadratı üçün Zərnişandan 5 manatdan pul istəmişdir. Bundan sonra onlar razılaşmışlar. Daha sonra o həmin tarixdə, saat 15:00 radələrində həmin ünvana yenidən gəlmiş və orada metlağı vurmağa başlamışdır. Həmin tarixdə saat 20:00 radələrində artıq işinin yarsını bitirmişdir. O, bundan sonra ünvanı tərk etmişdir. Ertəsi gün, 25 avqust 2022-ci il tarixdə, saat 11:00 radələrində yenidən həmin ünvana gəlmişdir. Həmin gün artıq metlaqları döşəməyə vuraraq işi bitirmişdir. O, bundan sonra pulunu almaq üçün ertəsi gün gələcəyini demişdir. Ertəsi gün, yəni 26 avqust 2022-ci il tarixdə, saat 11:00 radələrində yenidən ünvana gəlmişdir. O, həm metlaqların arasını doldurmağa, həm də əmək haqqını almağa gəlmişdir. Metlaqların arasını dolduranda Zərnişan nahar hazırlamaq üçün övladları ilə birlikdə mağazaya getmək istəmişdir. O, isə ünvanda tək qalmışdır. Daha sonra həyətdə olan köhnə taxtaları götürmək üçün bir neçə qonşuluqda yaşayan şəxslər də həyətə gəlmişlər. Bu zaman tələsik Zərnişan da marketdən qayıdıb ünvana daxil olaraq gələn qonşular üçün şərait yaratmaq istəmişdir. Tələsik özünə məxsus olan əl çantasını evin dəhlizində olan şkafa qoymuşdur. Tələsik həyətə çıxaraq həmin qonşulara kömək etmişdir. Bu zaman işi bitdiyindən o, da hazılanıb çıxmaq istəmişdir. Həmin vaxt Zərnişanın evin içərisində olan əl çantasını görmüş və düşünmüşdür ki, çantadan oğurluq etsə Zərnişan bunu bilməyəcəkdir. Daha sonra çantaya yaxınlaşıb çantanı açmışdır. Çantanın içərisində yaşıl rəngli pul kisəsində qırmızı rəngli ayrıca kisə olduğunu görmüşdür. Həmin qırmızı rəngli kisənin içərisində 1 ədəd qızıl sep, 1 ədəd nazik qızıl sep, 1 ədəd qızıl üzük, 1 ədəd briliant qaşlı ürək formalı qızıl üzük, 1 ədəd yarpaq formalı qızıl üzük, 1 ədəd gümüş üzük, 1 ədəd başqa bir gümüş üzük, 1 ədəd gümüş qarnitur, 4 ədəd digər gümüş üzüklər olduğunu görmüşdür. Digər qara rəngli pul kisəsinin içərisindən isə 100 ABŞ dolları pulun olmasını aşkar etmişdir. Həmin qızılları, gümüşləri və 100 ABŞ dollar pulu götürüb özündə saxlamışdır. Təxminən 15 dəqiqə sonra Zərnişan mənzilə yenidən daxil olmuşdur. Bu zaman o, paltarını geyinib hazır vəziyyətdə Zərnişanı gözləmişdir. O, işinin bitməsini və getməli olduğunu bildirmişdir. Zərnişan ona pulunu vermək üçün şkafı açaraq əl çantasını götürmüşdür. Lakin əl çantasının sepinin açıq olmasını Zərnişan görmüşdür. Zərnişan çantanın içərisinə dərhal baxmış, bundan sonra ona tərəf dayanaraq qızıllarını niyə götürdüyünü və qaytarmağını ona demişdir. Belə ki, həmin vaxt evdə ondan başqa heç kim olmasa da, Zərnişan ona dərhal 102 xidmətinə müraciət edəcəyini demişdir. O, da qışqıraraq xəstə olduğunu, ürəyinin ağrıdığını, bu cür əməl törətmədiyini Zərnişana demişdir. Bundan sonra Zərnişan 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Daha sonra o, yavaş-yavaş Zərnişandan uzaqlaşmağa başlamışdır. Zərnişan ona nə qədər getməməyini, polisi gözləməyini desə də, o, Zərnişana qulaq asmamışdır. Bundan sonra o, mənzili tərk edib oradan uzaqlaşmışdır. Daha sonra həmin tarixdə əldə etdiyi qızılları Əcəmi metrosu yaxınlığında olan qızıl mağazasına aparıb satmışdır. Orada olan Alim adlı şəxs ondan şəxsiyyət vəsiqəni istəmişdir. O, da Alimə şəxsiyyət vəsiqəsini təqdim edib qızılların özünə məxsus olmasını bildirmişdir. Alimdə ona bu qızılların qarşılığında 1.650 manat pul vermişdir. Daha sonra o, bu pulları da götürüb öz şəxsi ehtiyaclarına xərcləməyə başlamışdır. Həmçinin 100 ABŞ dollar pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd etmişdir ki, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq geri qaytarmışdır. O, hadisəni tək törətdiyini bildirmişdir.Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X4 Respublikasında tikinti işi ilə məşğul olur. O, da övladları ilə birlikdə Qazaxıstan Respublikasında olmuşdur. 09 avqust 2022-ci il tarixdə o, övladları ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Yoldaşı isə Qazaxıstan Respublikasında qalmışdır. O, ölkəyə qayıtdıqdan sonra yaşadıqları ünvan 2 ünvanda yerləşən evin döşəmələrinin nəmlənmiş olduğunu görmüşdür. Belə ki, o, mənzil uzun müddət bağlı, istifadəsiz qaldığını bildirmişdir. O, mənzilin döşəmələrini təmir etdirmək qərarına gəlmişdir. Bundan sonra o, 23 avqust 2022ci il tarixdə yaşadığı ünvanın yaxınlığında yerləşən təndirxanaya yaxınlaşmışdır. O, təndirxanada olan şəxslərə evindən çıxan köhnə taxtaları kiminsə alıb- ala bilmədiyini soruşmuşdur. Bu zaman adını ona Fərid kimi təqdim edən şəxs sonradan ona məlum olan Təbriz adlı şəxs ona yaxınlaşaraq bir nəfər dostunun olmasını, ünvanında olan köhnə taxtaları götürə biləcəyini, onun da təndirxana işlətməsini, onun belə taxtalara ehtiyacı olmasını bildirmişdir. Təbriz bundan sonra ondan yaşadığı ünvanı soruşmuşdur. O, da yaşadığı ünvanı Təbrizə demişdir. Təbriz bundan sonra ona sabah gün ərzində ünvanına yaxınlaşıb taxtaların şəklini çəkib dostuna göndərə biləcəyini demişdir. Bundan sonra Təbriz ona öz nömrəsini vermişdir. Ertəsi gün 24 avqust 2022-ci il tarixdə, saat 08:00 radələrində o, Təbriz adlı şəxsə zəng vurmuş və gəlib-gələ bilməyəcəyini soruşmuşdur. Təbriz də ona gələcəyini demişdir. Bundan sonra Təbriz onun ünvanına yaxınlaşmışdır. Təbriz həyətə daxil olub taxtalara baxmağa başlamışdır. Daha sonra Təbriz taxtaların şəkillərini çəkib kiməsə göndərməyini bildirmişdir. Bundan sonra Təbriz ona evdə təmir işlərinin yekunlaşmadığını, özünün də usta olmağını demişdir. Bundan sonra o, Təbrizdən döşəməyə metlaq vura biləcəyini soruşmuş və Təbriz də onunla razılaşmışdır. Təbriz metlaqın kvadratı üçün ondan 5 manatdan pul istəmişdir. Bundan sonra o, Təbrizlə razılaşmışdır. Daha sonra Təbriz həmin tarixdə, saat 15:00 radələrində yaşadığı ünvana yenidən gəlmişdir. Təbriz bundan sonra metlağı vurmağa başlamışdır. Həmin tarixdə saat 20:00 radələrində Təbriz artıq işin yarsını bitirmişdir. Təbriz bundan sonra ünvanı tərk edərək getmişdir. Ertəsi gün, 25 avqust 2022-ci il tarixdə, saat 11:00 radələrində Təbriz yenidən yaşadığı ünvana gəlmişdir. Həmin gün artıq Təbriz işini bitirmişdir. Təbriz metlaqları döşəməyə vurmuşdur. Təbriz bundan sonra pulunu almaq üçün ertəsi gün gələcəyini deyərək çıxıb getmişdir. Ertəsi gün, yəni 26 avqust 2022-ci il tarixdə, saat 11:00 radələrində Təbriz yenidən yaşadığı ünvana gəlmişdir. Təbriz həm metlaqların arasını doldurmağa, həm də əmək haqqısını almağa gəlmişdir. Təbriz metlaqların arasını dolduranda o, nahar hazırlamaq üçün övladları ilə birlikdə mağazaya getmək istəmişdir. Təbriz isə yaşadığı ünvanda tək qalmışdır. Daha sonra mağazadan qayıdanda əvvəldən həyətində olan köhnə taxtaları götürmək üçün gəlmələrini istədiyi qonşulardan bir neçəsi də ünvanına gəlmələrini görmüşdür. O, bu zaman tələsik ünvana daxil olaraq gələn qonşular üçün şərait yaratmaq istəmişdir. Tələsik özünə məxsus olan əl çantasını evin dəhlizində olan şkafa qoymuşdur. Tələsik həyətə çıxaraq həmin qonşulara kömək etmişdir. Təxminən 15 dəqiqə sonra qonşuları yola salıb mənzilə yenidən daxil olmuşdur. Bu zaman Təbriz paltarını geyinib hazır vəziyyətdə onu gözləmişdir. Təbriz işinin bitməsini və getməli olduğunu bildirmişdir. Təxminən saat 15:00 radələri olmuşdur. O, Təbrizin pulunu vermək üçün şkafı açaraq əl çantasını götürmüşdür. Lakin o, əl çantasının açıq olmasını görmüşdür. O, çantanın içərisinə dərhal baxmışdır. Çantasında olan, yaşıl rəngli pul kisəsinin içərisində qırmızı rəngli ayrıca kisə olmuşdur ki, həmin pul kisəsinin ümumiyyətlə yerində olmadığını görmüşdür. Həmin pul kisəsini qiymətini dəyərsiz kimi qiymətləndirmişdir. Həmin qırmızı rəngli pul kisənin içərisində 1.200 manat dəyərində 583 əyarlı 1 ədəd qızıl sep, 300 manat dəyərində 1 ədəd nazik qızıl sep, 1.150 manat dəyərində 750 əyarlı 1 ədəd qızıl üzük, 650 manat dəyərində 750 əyarlı 1 ədəd briliant qaşlı, ürək formalı qızıl üzük, 500 manat dəyərində 585 əyarlı 1 ədəd yarpaq formalı qızıl üzük, 250 manat dəyərində 1 ədəd gümüş üzük, 1 ədəd 150 manat dəyərində gümüş üzük, 1 ədəd 150 manat dəyərində gümüş qarnitur, 4 ədəd ümumi dəyəri 160 manat olan gümüş üzüklər olduğunu bildirmişdir. Digər qara rəngli pul kisəsinin içərisindən isə 100 ABŞ dolları pulumun olmadığını aşkar etmişdir. O, bundan sonra Təbrizə tərəf dayanaraq qızıllarını niyə götürdüyünü və geri qaytarmasını demişdir. Belə ki, həmin vaxt evində Təbrizdən başqa heç kim olmamışdır. O, Təbrizə dərhal 102 xidmətinə qızılları götürməsi barədə müraciət edəcəyini demişdir. Təbriz isə ona xəstə olduğunu, ürəyinin ağrıdığını, onun bu cür əməl törətmədiyini demişdir. Bundan sonra o, 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Daha sonra Təbriz yavaş yavaş pilləkənlərdən həyətə düşərək ondan uzaqlaşmağa başlamışdır. O, Təbrizə nə qədər getməməsini, polisi gözləməsini desə də, Təbriz ona qulaq asmamışdır. O, Təbrizin övladlarına nəsə etməsindən qorxaraq Təbrizi dayandıra bilməmişdir. Bundan sonra Təbriz mənzilini tərk edib bilmədiyi istiqamətdə getmişdir. O, Təbrizi nə qədər çağırsa da, onun çağırışına məhəl qoymamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid Hətəm oğlu ifadəsində göstərmişdir ki, 26 avqust 2022-ci il tarixdə, saat 19:00 radələrində işlədiyi obyektdə olarkən 1 nəfər şəxsin ona yaxınlaşaraq qızıl satmaq istədiyini demişdir. Onun gətirdiyi qızıllara baxmış, ondan bu qızılları hardan tapmasını, qızılların kimə məxsus olmasını, onları oğurlayıb-oğurlamadığını soruşmuşdur. Onun isə cavabında qızılların onun ailə üzvlərinə məxsus olmasını, ailəsinə təcili pul lazım olduğu üçün bu qızılları satmaq istədiyini bildirmişdir. Daha sonra onun şəxsiyyət vəsiqəsinin surətini çıxararaq qızılları qəbul etmişdir. Həmin şəxsə 583 əyarlı 1 ədəd qızıl sep, 1 ədəd nazik sep, 750 əyarlı 1 ədəd qızıl üzük, 750 əyarlı 1 ədəd briliant qaşlı, ürək formalı qızıl üzük, 1 ədəd yarpaq formalı qızıl üzük, 1 ədəd gümüş üzük, 1 ədəd əlavə gümüş üzük, 1 ədəd gümüş qarnitur, 4 ədəd gümüş üzükin 1.600 manata ala biləcəyini demişdir. Həmin şəxsin ondan, ona əlavə 50 manat da pul verməsini xahiş etişdir. O, ayaqlarının əyri olmasını və onun şikəst olmasını görüb ona ürəyinin ağrıdığını, 50 manat da ona əlavə pul verdiyini, həmin şəxsə ümumilikdə 1.650 manat ödəniş etmişdir. həmin şəxs isə qızılları ona təhvil verib çıxıb getmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 oktyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasənsoyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya görə-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, dəymiş ziyanın ödənilməsi, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə tutularaq, MSY-ə təhvil verilmişdir (səh.,40). Cinayət işinin materiallarında olan 12 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,75). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsində imtina olunması haqqında 12 oktyabr 2022-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 92). Cinayət işinin materiallarında olan 12 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,96). Cinayət işinin materiallarında olan 06 noyabr 2022-ci il tarixli əməlin tövsüf edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən 180.1-ci maddəyə tövsüf edilmişdir (səh.,122). Cinayət işinin materiallarında olan şəxsin könüllü istintaqa gəlməsi barədə 13 mart 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könülü olaraq istintaq orqanına gəlmişdir (səh.,138). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin dəyişdirilməsi haqqında 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh.,143). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, dəymiş ziyanın ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını, onun alternativ cəza ilə islah olumasını mümkün olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkaran rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdən, 12 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət nəzərə alınmalıdır. X2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən 02 (iki) il, 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdən, 12 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən 04 (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 09 (doqquz) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkaran rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkaran rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Təqsirləndirilən şəxs X2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar