Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-483/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 aprel 2025-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 üçün Müəssisəsində saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sosial şəbəkə üzərindən “İnstagram” proqramı vasitəsi ilə tanış olduğu, xx.xx.2011-ci ildə doğulmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi etirasını təmin etmək məqsədi ilə 2024-cü ilin oktyabr ayının sonlarında sonuncunu yaşadığı ünvan 3 ünvanda yerləşən evinə dəvət etmiş, qarşılıqlı razılıq əsasında yataq otağında Zərərçəkmiş şəxs soyunduraraq bədəninin müxtəlif nahiyələrindən öpmüş və cinsiyyət orqanını arxa keçəcək nahiyəsinə salmaqla qeyri-təbii yolla cinsi etirasını təmin edib on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə seksual xarakterli digər hərəkətlər etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin oktyabr ayından tanımış, heç bir ədavətləri və ya düşmənçilikləri olmamış və yoxdur. 2024-cü ilin oktyabr ayında “İnstagram” proqramından ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “İPhone” markalı telefonundakı “Niko” adlı səhifəsindən istifadə etmişdir. Həmin ərəfədə sonradan adını bildiyi Zərərçəkmiş şəxs “İnstagram” proqramında istifadə etdiyi “GG.tt.777” adlı səhifəsindəki fotoşəkili diqqətini cəlb etmişdir. Odur ki, 2024-cü ilin oktyabr ayında “İnstagram” proqramında “GG.tt.777” adı ilə olan Zərərçəkmiş şəxs “təqib”, yəni tanışlıq göndərmişdir. Həmin tarixdə Gülay da ona “təqib”, yəni tanış olmağa razılıq işarəsi göndərmişdir. Bundan sonra Gülayla yazışmağa başlamışdır. “İnstaqram” proqramında 2-3 gün yazışdıqdan sonra istifadəsində olan ***-***-**-** nömrəsindəki “WhatsApp” proqramından Gülayın ***-***-**-** nömrəsindəki “WhatsApp” proqramında yazışmağa davam etmişlər. Qısa müddətdə Gülayla yaxın münasibətləri yaranmış, biri-birilərini sevdiklərini etiraf etmişlər, biri-birilərinə qarşı güclü ehtiraslı hisləri yaranmışdır. Gülayla “WhatsApp” proqramı vasitəsilə danışan zaman Gülay ona çılpaq şəklini göndərmişdir. Gülayın 8-ci sinifdə oxuduğunu bilməmiş, ondan yaşını soruşmamış, onunla eyni yaşda olduğunu düşünmüşdür. Gülayın 14 yaşına çatmadığını bilməmişdir. Tanışlıqlarından 4-5 gün sonra razılaşmışlar ki, görüşsünlər. Evdə Gülaya atası və anası tərəfindən ciddi nəzarət olduğundan Gülay istənilən vaxt evdən çıxa bilməmişdir. Görüş vaxtlarını Gülay təyin etmiş, görüşmələri barədə razılaşdıqdan 1 gün sonra 2024-cü ilin oktyabr ayının sonlarında Gülay bildirmişdir ki, saat 19 radələrində istədiyi yerə gələ bilər. O, Gülaya yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu massivi, dalan 10 ünvandan “WhatsApp” proqramı vasitəsi ilə dəqiq ünvan, yəni konum göndərmişdir. Saat 19:30 radələrində Gülay taksidə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu massivi, dalan 10 ünvandakı marketin qarşısına gəlmişdir. Orada Gülayla görüşərək piyada yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu massivi, dalan 10, ev 9 ünvanına gəlmişlər. Evdə heç kim olmamış, Gülayın razılığı əsasında yataq otağına girmişlər. Orada Gülayla onun razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra Gülay çıxıb getmişdir. Daha sonra Gülay ona həmin gün evə gec getməyinin valideynlərinin ciddi narazılığına səbəb olduğunu bildirmiş və onunla ünsiyyətini kəsmişdir. Sonradan o, öyrənmişdir ki, Gülay Vaqif adlı başqa bir oğlanla ünsiyyət edir. O, Vaqifin nömrəsini taparaq Vaqifə zəng vurmuş, söhbətləri zamanı ona məlum olmuşdur ki, Gülayla Vaqif 2023-cü ildən “İnstagram” proqramında tanış olmuşlar, lakin biri-birilərini görməmişlər. O, Vaqifə demişdir ki, Gülaydan uzaq qalsın, Gülayla biri-birilərini sevirlər, Gülayla aralarında baş verənləri ona danışmışdır. Vaqif ona demişdir ki, Gülayın üzünü belə görməmişdir. Sonradan eşitmişdir ki, Vaqif Gülaya görə Gülayın atası ilə telefonda mübahisə edərkən onun Gülayla qeyri-təbii yolla cinsi əlaqədə olması barədə Gülayın atasına demişdir. Gülayın valideynləri bildikdən sonra polisə şikayət etmişlər. Etdiyi əməldən çox peşmandır. Məhkəmədən yetkinlik yaşına çatmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Sabunçu rayonu, Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbin 8-ci sinfində oxuyur. 2023-cü ildə ***- ***-**-** nömrəsi ilə istifadəsində olan “Redmi 10S” markalı telefonundan “İnstaqram” proqramında özünə “GG.tt.777” adı ilə səhifə açmışdır. Bir müddət sonra səhifəni bağlamış, lakin 2024-cü ilin oktyabr ayında həmin səhifəsini aktiv etmişdir. Bir neçə gün sonra “İnstaqram” proqramında “Niko” adı ilə olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona təqib, yəni tanışlıq göndərmişdir. O, da Nihada təqib, yəni tanış olmağa razılıq işarəsi göndərmişdir. Bundan sonra Nihadla yazışmağa başlamışlar. “İnstaqram” proqramında 2-3 gün yazışdıqdan sonra istifadəsində olan ***- ***-**-** nömrəsindəki “WhatsApp” proqramından Nihadın ***-***-**-** nömrəsindəki “WhatsApp” proqramında yazışmağa davam etmişlər. Qısa müddətdə Nihadla çox yaxın münasibətləri yaranmış, bir-birilərini sevdiklərini etiraf etmişlər. O, Nihada 28 saylı tam orta məktəbdə,8-ci sinifdə oxuduğunu bildirmişdir. Tanışlıqlarından 4-5 gün sonra razılaşmışlar ki, görüşsünlər. Görüşmələrindən 1 gün öncə Nihadla danışarkən, ona özünün çılpaq şəklini göndərmişdir. Bunu Nihad ondan istəmişdir. O, günorta saatlarında dərsdə olduğundan və dərsdən sonra dərs oxuduğundan qərara gəlmişlər ki, axşam saatlarında görüşsünlər. O, yalnız görüşüb danışacaqlarını düşünmüş, Nihadın pis niyyətinin olduğunu bilməmişdir. 2024-cü ilin oktyabr ayının sonlarında Nihadla görüşəcəkləri yerin konumunu Nihad ona göndərmişdir. Saat 19 radələrində anasına demişdir ki, guya qonşuluğunda yaşayan Aylinin evinə dərslərinə hazırlaşmağa gedir. Anası etiraz etməmiş, o, “Bolt” şirkətindən taksi sifariş verərək Nihadın ona konumunu göndərdiyi ünvana getmişdir. Çatarkən müəyyən etmişdir ki, həmin yer Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 adlanan yaşayış sahəsidir, marketin qarşısıdır. Həmin yerdə 2 dəqiyqə gözlədikdən sonra Nihad ona yaxınlaşmış, salamlaşdıqdan sonra Nihad onu həyət evinə aparmışdır. Piyada təxminən 10 dəqiqə yeridikdən sonra saat 20 radələrində evlərin sıx yerləşdiyi məhəlləyə çatmışlar. Məhəllədə olarkən həyət evlərinin birinə girmişlər. Daha sonra birgə yataq otağına keçmişlər. Orada Nihad onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Nihad özünün “İPhone” markalı telefonuna cinsi əlaqədə olmaqlarını çəkmişdir. Nihad ona hədə qorxu gəlməmiş, onu döyməmişdir. Lakin bütün bunlar onun razılığı olmadan baş vermişdir. O belə bir hadisənin olmasını istəməmişdir. Daha sonra saat 21 radələrində Nihad “Bolt” şirkətindən taksi sifariş verərək onu evlərinə yola salmışdır. O, evlərinə çatarkən görmüşdür ki, valideyinləri onu axtarırlar. Onun yalan danışdığını, qonşuda dərs çalışmağa getmədiyini bildiklərindən atası ona qəzəbli olmuşdur. Bir müddət qohumlarının evində qalmışdır. Nihadın hərəkətləri xoşuna gəlmədiyindən Nihadla əlaqəsini davam etdirməmişdir. Bu hadisədən bir müddət keçdikdən sonra Nihaddan öncə tanıdığı Vaqif adlı şəxs yenidən ona yazmağa başlamışdır, onlar danışmağa başlamışlar. Sonradan bilmişdir ki, Nihadla Vaqif bir-birilərini tanıyırlar. Nihadla qeyritəbii yolla cinsi əlaqədə olmasını Vaqifə danışmışdır. Həmin günlərdə Vaqif ona zəng vurarkən təsadüfdən evdə olan atası Vaqifin zəngini görüb zəngə cavab vermişdir. .Həmin günlərdə Vaqif ona zəng vurarkən təsadüfdən evdə olan atası Vaqifin zəngini görüb zəngə cavab vermişdir. X13 kim olduğunu, niyə zəng vurmasını soruşduqda Vaqif demişdir ki, səhv yığıb. Növbəti günlərdə atası onun xəbəri olmadan telefonuna baxarkən görmüşdür ki, Vaqiflə yazışmışlar. Odur ki, atası Vüqar, Vaqifə zəng vuraraq yazışdıqlarına görə Vaqiflə mübahisə etmişlər. Həmin vaxt Vaqif atasına demişdir ki, “qızın Gülayla bir dəfə də olsun görüşməmişəm, lakin qızın Gülay Nihad adlı tanışı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar”. Bu barədə anası ondan soruşarkən anasına Nihadla qeyri-təbii yolla cinsi əlaqədə olmalarını danışmış, bundan sonra atası ilə birgə polisə şikayət etmişlər. Nihaddan başqa heç kimlə heç bir əxlaqsız hərəkətlər etməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsi ev 58, mənzil 18 ünvanda qeydiyyatda olmaqla Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu massivi, dalan 10, ev 9 ünvanda Nihadla birgə yaşayır. Nihadın anası ilə, yəni keçmiş arvadı X3 ilə 2019-cu ildən ayrılmış, həmin dövrdən arvadı Türkiyə Respublikasında yaşayır, Nihadı özü böyütmüşdür. Nihadın onunla və anası Aysellə mehriban münasibətləri var, anası ilə yalnız “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayırlar. Nihadla birgə yaşadığı ev 2 otaqdan ibarətdir, fərdi qaydada yollardan topladığı metalları metal qəbulu məntəqələrinə təhvil verməklə məşğuldur, Nihadı özü dolandırır, qazancı yeməklərinə, gəzməklərinə, geyinməklərinə və digər xərclərinə çatır. Nihad hər gün səhər təhsil aldığı 137 saylı tam orta məktəbə gedir, dərsə davamiyyəti yaxşı olmuş, dərslərini əla oxumuş, boş vaxtlarını televizora və telefona baxmaqla, həmçinin idmana getməklə keçirmişdir. Baş verənlərdən onun xəbəri olmamışdır. Zərərçəkmiş şəxsı və onun ailə üzvlərini tanımamışdır. Polisə şikayət olunandan sonra ona məlum olmuşdur ki, oğlu X10 rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu massivi, dalan 10, ev 9 ünvanında yerləşən evlərində qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Oğlu bir səhv etmiş, hadisəni törədən zaman yetkinlik yaşına çatmamışdır. Yetkinlik yaşına çatdıqdan sonra onların ailə qurmasına şərait yarada bilər. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında dindirilmiş Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Seymur Həsənov göstərmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs qanuni nümayəndələrinin iştirakları ilə sərbəst şəkildə dindirilərək hadisə barədə ifadə vermişlər. Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxsə yaşının 13 olduğunu, 28 saylı tam orta məktəbdə 8-ci sinifdə oxuduğunu bildirdiyini qeyd etmişdir. Bu faktı təqsirləndirilən şəxs də istintaq zamanı verdiyi ifadəsində təsdiq etmişdir. Bundan başqa zərərçəkmiş şəxs ailə üzvlərindən qorxduğu üçün ilkin izahatında bıçaqla ona hədə qorxu gəlindiyini bildirmişdir. Daha sonra isə ifadə verərkən belə halın baş vermədiyini qeyd etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tibbi eskpertizasının rəyindən də görünür ki, onun bədən səthində zorakılığa xas əlamətlər aşkar edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxsin telefonu götürülsə də, orada olan yazışmalar silinmiş, onların bərpası isə mümkün olmamışdır. Bununla bağlı ekspertin rəyi də vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 17 dekabr 2024-cü il tarixli 546 nömrəli rəydən görünür ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində xəsarət aşkar edilməmişdir. - Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X7 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs azyaşlı olduğundan atası X5 cinayət prosesində qızı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilməklə ona cinayətprosessual qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. - Şübhəli şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs X6 yetkinlik yaşına çatmadığından atası Qanuni nümayəndə1 cinayət prosesində oğlu Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin edilməklə ona cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X6 AR CM-nin 152.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən həmin tarixdə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 1 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 24 aprel 2025-ci il tarixli, 5/317 saylı məhkəmə kompüter-texniki ekspertizası rəyindən görünür ki, rəyin tədqiqat hissəsinin 2ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “İPhone 12” markalı, “A2403” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (“WhatsApp”, digər proqram təminatları vasitəsilə aparılmış yazışma, audio, foto, video fayllar, SMS mesaj və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və X4” Publik Hüquqi şəxsinin 01 may 2025-ci il tarixli, 151 nömrəli rəyindən görünür ki, 2008ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1077 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs qeyd olunan cinayət törədilən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı olan hərəkətlərin xarakterini, mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Zərərçəkmiş şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir - AR DİN BƏSİİ-dən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi tanınmış atası X1 cinayət prosesində qanuni nümayəndə qismində iştirakına xitam verilmiş, zərərçəkmiş şəxsin anası Qanuni nümayəndə2 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınaraq cinayət prosesində iştirak etməyə buraxılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs 14 yaşına çatmadığını bilmədiyini, onun özü ilə eyni yaşda olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs isə ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs 13 yaşı olduğunu, 8-ci sinifdə oxuduğunu dediyini bildirmiş, məhkəmə istintaqı zamanı isə verdiyi ifadəsində Təqsirləndirilən şəxs 8-ci sinifdə oxuduğunu dediyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2015-ci il tarixədək olan redaksiyasında verilmiş 152-ci maddəsinə əsasən yetkinlik yaşına çatmış şəxs tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 152.2-ci maddəsinə əsasən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 2024-cü ilin oktyabr ayının sonlarında törətdiyindən onun barəsində hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, hazırkı cinayət əməli törədilərkən qüvvədə olan CM-nin 152-ci maddəsinin dispozitiv əlamətləri sırasında “aşkar surətdə” ifadəsi yoxdur. Ona görə də zərərçəkmişin on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs olması aşkar surətdə olmasından asılı olmayaraq cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə CM-nin 152.2-ci maddəsinin tərkibini yaradır. Bundan başqa zərərçəkmiş şəxs istintaq zamanı ifadəsində təqsirləndirilən şəxsə 13 yaşının olduğunu, 8-ci sinifdə oxuduğunu dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı isə ifadəsində təqsirləndirilən şəxsə 8-ci sinifdə oxudğu barədə məlumat verdiyini qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, AR CPM-nin 198.1-ci maddəsinə əsasən 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi oğluna 165 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-483/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-483/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver