Məhkəmə qərarları › İş №1(008)-484/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-484/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-484/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1985-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri ünvan 2, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul vəzifəli şəxsi kimi təqdim edib etibarını qazandığı Zərərçəkmiş şəxs1 və anası Zərqələmə guya özünün vəzifə səlahiyyətlərindən istifadə edərək əlillik təqaüdü düzəldəcəyinə dair yalan vədlər verib aldatmaqla 2024-cü ilin avqust ayı ərzində ayrı-ayrı vaxtlarda üç dəfəyə hissə-hissə, 366 manat məbləğində hissəsini 2024-cü ilin avqust ayının əvvəllərində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 "xxxx" ASC-nin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev 13 ünvanında yerləşən filialının qarşısında quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə özünün istifadəsində olan 4169 7388 7870 8068 nömrəli bank kartının hesabına köçürtdürməklə, 366 manat məbləğində hissəsini 2024-cü ilin avqust ayının ortalarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 "xxxx" ASC-nin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev 13 ünvanında yerləşən filialının qarşısında quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə özünün istifadəsində olan 4169 7388 7870 8068 nömrəli bank kartının hesabına köçürtdürməklə, 100 manat məbləğində hissəsini isə 2024-cü ilin avqust ayının sonlarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən “Möcüzə” marketinin qarşısında quraşdırılmış “Milliön” elektron ödəmə terminalı vasitəsi ilə özünün istifadəsində olan 4169 7388 3447 3799 nömrəli bank kartının hesabına köçürtdürməklə ələ keçirib ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 832 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədi ilə özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məsul vəzifəli şəxsi kimi təqdim edib etibarını qazandığı X6 guya özünün vəzifə səlahiyyətlərindən istifadə edərək sonuncunun qızı Şahid2 Abşeron rayonu Xırdalan şəhəri ərazisindən sosial mənzil verdirəcəyinə dair yalan vədlər verib aldadaraq 2024-cü ilin iyun ayının sonlarından 2024cü ilin sentyabr ayınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda, 500 manat məbləğində hissəsini 2024-cü ilin iyun ayının sonlarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Neyrocərrahiyyə xəstəxanasında Xacay Xizriyevadan şəxsən əlbəəl almaqla, 1000 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə saat 13:03-də Xacay Xizriyevanın əri Şahid1 Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən «Final» marketində quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə özünün istifadəsində olan 416973******5829 nömrəli bank kartının hesabına köçürtdürməklə, 400 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə X3 Abşeron rayonu Masazır qəsəbəsindəki dükanlardan birində quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə özünün istifadəsində olan 416973******8068 nömrəli bank kartının hesabına köçürtdürməklə, 1500 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə saat 15:22-də X12 şəhəri S.Gözəlov küçəsində yerləşən «Final» marketində quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə özünün istifadəsində olan 416973******8068 nömrəli bank kartının hesabına köçürtdürməklə, 500 manat məbləğində hissəsini 2024-cü ilin iyul ayının ortalarında dəqiq istintaqa məlum olmayan vaxtda X3 Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Oba” marketində quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə özünün istifadəsində olan 416973******8068 nömrəli bank kartının hesabına köçürtdürməklə, 1500 manat məbləğində hissəsini 2024-cü ilin iyul ayının sonlarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Balakən rayonu Gərəkli kəndində yaşadığı evdə Xacay Xizriyevadan şəxsən əlbəəl almaqla, 400 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə saat 17:23-də X12 şəhəri S.Gözəlov küçəsində yerləşən «Final» marketində quraşdırılmış elektron ödəmə terminalı vasitəsi İlə özünün istifadəsində olan 416973******8068 nömrəli bank kartının hesabına köçürtdürməklə, 500 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə saat 15:42-də X12 şəhəri S.Gözəlov küçəsində yerləşən «Final» marketində quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə özünün istifadəsində olan 416973******8068 nömrəli bank kartının hesabına köçürtdürməklə, 2900 manat məbləğində hissəsini 2024-cü ilin avqust ayının ortalarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Balakən rayonu Gərəkli kəndində yaşadığı evdə Xacay Xizriyevadan şəxsən əlbəəl almaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs X4 9200 manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədi ilə özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul vəzifəli şəxsi kimi təqdim edib etibarını qazandığı Zərərçəkmiş şəxs3 guya özünün vəzifə səlahiyyətlərindən istifadə etməklə sonuncunun dostu Rəcəb üçün həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilməsini təşkil edəcəyinə dair yalan vədlər verib aldatmaqla 2024-cü ilin sentyabr ayı ərzində ayrı-ayrı vaxtlarda iki dəfəyə hissə-hissə, birinci 2000 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə saat 18:49-da Zərərçəkmiş şəxs3 telefonundakı mobil bank tədbiqi vasitəsi ilə istifadəsində olan 416973******8625 nömrəli bank kartının hesabına köçürtdürməklə, 1000 manat məbləğində hissəsini isə 2024-cü ilin sentyabr ayının ortalarında dəqiq tarixi istintaqa məlum olmayan vaxta Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs3 şəxsən əlbəəl almaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 3000 manat məbləğində pulunu ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədi ilə özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul vəzifəli şəxsi kimi təqdim edib etibarını qazandığı Zərərçəkmiş şəxs4 guya özünün vəzifə səlahiyyətlərindən istifadə etməklə dövlət tərəfindən sosial mənzilin verilməsində köməklik edəcəyinə dair yalan vədlər verib aldatmaqla 2024-cü ilin sentyabr ayı ərzində ayrı-ayrı vaxtlarda beş dəfəyə hissə-hissə, 466 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə saat 20:07-də Zərərçəkmiş şəxs4 Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən «Araz» marketinin içərisində quraşdırılmış 54020 nömrəli elektron ödəmə terminalı vasitəsi ilə özünün istifadəsində olan 416973******3799 nömrəli bank kartının hesabına köçürtdürməklə, 1100 manat məbləğində hissəsini eyni tarixdə saat 21:21-də Zərərçəkmiş şəxs4 eyni yerdən eyni üsulla özünün istifadəsində olan eyni bank kartının hesabına köçürtdürməklə, 1000 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə saat 19:52-də Zərərçəkmiş şəxs4 eyni yerdən eyni üsulla özünün istifadəsində olan 416973******3366 nömrəli bank kartının hesabına köçürtdürməklə, 300 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə saat 18:39-də Zərərçəkmiş şəxs4 eyni yerdən eyni üsulla özünün istifadəsində olan 416973******3366 nömrəli bank kartının hesabına köçürtdürməklə, sonuncu 50 manat məbləğində hissəsini isə xx.xx.2024-cü il tarixdə saat 19:36-da Zərərçəkmiş şəxs4 eyni yerdən eyni üsulla özünün istifadəsində olan bank kartının hesabına köçürtdürməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 2916 manat məbləğində pulunu ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədi ilə özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul vəzifəli şəxsi kimi təqdim edib etibarını qazandığı Zərərçəkmiş şəxs5 guya özünün vəzifə səlahiyyətlərindən istifadə etməklə sonuncunun dostu Əbdülqadir üçün həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilməsini təşkil edəcəyinə dair yalan vədlər verib aldatmaqla 2024-cü ilin sentyabr ayı ərzində ayrı-ayrı vaxtlarda üç dəfəyə hissə-hissə, birinci 400 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə saat 14:56-da Zərərçəkmiş şəxs5 telefonundakı mobil bank tədbiqi vasitəsi ilə özünün istifadəsində olan 523915******6852 nömrəli bank kartının hesabına köçürtdürməklə, 400 manat məbləğində hissəsini dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs5 telefonundakı mobil bank tədbiqi vasitəsi ilə özünün istifadəsində olan 523915******6852 nömrəli bank kartının hesabına köçürtdürməklə, 800 manat məbləğində hissəsini isə xx.xx.2024-cü il tarixdə saat 18:05də Zərərçəkmiş şəxs5 yenə də telefonundakı mobil bank tədbiqi vasitəsi ilə özünün istifadəsində olan 523915******6852 nömrəli bank kartının hesabına köçürtdürməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 1600 manat məbləğində pulunu ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədi ilə özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul vəzifəli şəxsi kimi təqdim edib etibarını qazandığı Zərərçəkmiş şəxs6 guya özünün vəzifə səlahiyyətlərindən istifadə etməklə sonuncunun X5 veteranı olan yeznəsi Kamilin ləğv olunmuş pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldatmaqla 2024-cü ilin sentyabr ayının sonlarında təxminən bir həftə intervalla ayrı-ayrı vaxtlarda iki dəfəyə hissə-hissə Zərərçəkmiş şəxs6 Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Mehdiabad-Pirşağı Yolunda quraşdırılmış ərazisindəki 00009 nömrəli «Milliön» elektron ödəmə terminalı vasitəsi ilə özünün istifadəsində olan 523915******9120 nömrəli bank kartının hesabına 467 manat və 334 manat məbləğində pulları köçürtdürməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 801 manat məbləğində pulunu ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, həqiqətən də özünü yalandan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul vəzifəli şəxsi kimi təqdim etməklə etibarını qazandığı Zərərçəkmiş şəxs1 və anası Zərqələmə guya özünün vəzifə səlahiyyətlərindən istifadə etməklə əlillik pensiyası düzəldəcəyinə vəd verib aldadaraq 2024-cü ilin avqust ayı ərzində ayrı-ayrı vaxtlarda üç dəfəyə hissə-hissə, 366 manat, 366 manat və 100 manat məbləğində pullarını istifadəsində olan ayrı-ayrı bank kartlarının hesablarına köçürtdürməklə ümumilikdə Zərərçəkmiş şəxs1 832 manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa, o, eyni qaydada X7 da aldadaraq özünü yalandan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul vəzifəli şəxsi kimi təqdim etməklə etibarını qazanıb onun qızı Şahid2 Abşeron rayonu Xırdalan şəhərində sosial mənzil verilməsində köməklik edəcəyinə vəd verib aldadaraq 2024-cü ilin iyun ayının sonundan 2024-cü ilin sentyabr ayına qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda və yerlərdə vahid niyyətlə əhatə olunan qəsdlə, 500 manat pulunu 2024-cü ilin iyun ayının sonunda dəqiq tarixini xatırlamadığı vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Neyrocərrahiyyə xəstəxanasında əlbəəl alaraq, 1000 manat pulunu 21 iyun 2024-cü il tarixdə istifadəsində olan 416973******5829 nömrəli bank kartının hesabına köçürtdürməklə, 400 manat pulunu 23 iyun 2024-cü il tarixdə istifadəsində olan 416973******8068 nömrəli bank kartının hesabına köçürtdürməklə, 1500 manat pulunu 03 iyul 2024-cü il tarixdə istifadəsində olan 416973******8068 nömrəli bank kartının hesabına köçürtdürməklə, 500 manat pulunu 2024-cü ilin iyul ayının ortalarında dəqiq tarixi yadında qalmayan vaxtda istifadəsində olan 416973******8068 nömrəli bank kartının hesabına köçürtdürməklə, 1500 manat pulunu 2024-cü ilin iyul ayında dəqiq tarixi yadında qalmayan vaxtda Balakən rayonu Gərəkli kəndində Xacay Xizriyevanın yaşadığı ünvanda əlbəəl alaraq, 400 manat pulunu 03 avqust 2024-cü il tarixdə istifadəsində olan 416973******8068 nömrəli bank kartının hesabına köçürtdürməklə, 500 manat pulunu 05 avqust 2024-cü il tarixdə istifadəsində olan 416973******8068 nömrəli bank kartının hesabına köçürtdürməklə, 2900 manat pulunu 2024-cü ilin avqust ayında dəqiq tarixi yadında qalmayan vaxtda Balakən rayonu Gərəkli kəndində Xacay Xizriyevanın yaşadığı ünvanda əlbəəl alaraq ümumilikdə X4 9200 (doqquz min iki yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa, o, eyni qaydada Zərərçəkmiş şəxs3 da aldadaraq dostu Rəcəb üçün həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilməsində köməklik edəcəyini yalan vəd verib 2024-cü ilin sentyabr ayı ərzində ayrı-ayrı vaxtlarda 2 dəfəyə hissə-hissə, 2000 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə istifadəsində olan 416973******8625 nömrəli bank kartının hesabına köçürtdürməklə, 1000 manat məbləğində hissəsini isə 2024-cü ilin sentyabr ayının ortalarında dəqiq tarixi yadında qalmayan vaxta Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi ərazisində əlbəəl almaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 3000 manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa, o, eyni qaydada Zərərçəkmiş şəxs4 da aldadaraq sonuncuya dövlət tərəfindən sosial mənzilin verilməsində köməklik edəcəyini yalan vəd verib 2024-cü ilin sentyabr ayı ərzində ayrı-ayrı vaxtlarda 5 dəfəyə hissə-hissə, 466 manat, 1100 manat, 1000 manat, 300 manat və 50 manat məbləğində pullarını istifadəsində olan ayrı-ayrı bank kartlarının hesablarına köçürtdürməklə ümumilikdə Zərərçəkmiş şəxs4 2916 manat məbləğində pulunu ələ keçirib sonuncuya qarşı dələduzluq etmişdir. Bundan başqa, o, eyni qaydada Zərərçəkmiş şəxs5 da aldadaraq dostu Əbdülqadir üçün həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilməsində köməklik edəcəyini yalan vəd verib 2024-cü ilin sentyabr ayı ərzində ayrı-ayrı vaxtlarda 3 dəfəyə hissə-hissə, birinci 400 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə istifadəsində olan 523915******6852 nömrəli bank kartının hesabına köçürtdürməklə, 400 manat məbləğində hissəsini dəqiq tarixi yadında qalmayan vaxta istifadəsində olan 523915******6852 nömrəli bank kartının hesabına köçürtdürməklə, 800 manat məbləğində hissəsini isə xx.xx.2024-cü il tarixdə istifadəsində olan 523915******6852 nömrəli bank kartının hesabına köçürtdürməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 1600 manat məbləğində pulunu ələ keçirib sonuncuya qarşı da dələduzluq etmişdir. Bundan başqa, o, eyni qaydada Zərərçəkmiş şəxs6 da aldadaraq sonuncunun X10 veteranı olan yeznəsi Kamilin kəsilmiş pensiyasını bərpa etdirəcəyini deyrək 2024-cü ilin sentyabr ayının sonlarında təxminən bir həftə intervalla Zərərçəkmiş şəxs6 onun istifadəsində olan 523915******9120 nömrəli bank kartının hesabına köçürtdüyü 467 manat və 334 manat məbləğində, ümumilikdə 801 manat məbləğində pulunu ələ keçirib Zərərçəkmiş şəxs6 qarşı da dələduzluq etmişdir. Törətdiyi cinayət əməllərində istifadə etdiyi bank kartlarının sahiblərinin onun dələduzluq cinayətləri törətməsindən heç bir məlumatları, nə də ki, bu işlərdə iştirakları olmayıb, o, sadəcə olaraq özünün bank kartı olmadığı üçün zərərçəkmiş şəxslərin pullarını ələ keçirmək üçün tanışlarının bank kartı hesablarından istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, son təxminən iki ildir ki, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Neyrocərrahiyyə Xəstəxanasının 5-ci Şöbəsində sanitar qadın kimi fəaliyyət göstərir. 2024-cü ilin iyul ayının əvvəllərində Şöbələrində stasionar müalicə alan Təqsirləndirilən şəxs digər xəstələrlə söhbət edərkən bildirmişdir ki, guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə işləyir, əlilliyə görə sosial təqaüdlərin verilməsi işinə baxır, xəstələrə təklif etmişdir ki, özünün guya vəzifə səlahiyyətlərindən istifadə etməklə kim istəsə asanlıqla əlillik və əlilliyə görə təqaüd düzəldə bilər. O, özü də ağır şəkər xəstəsi olduğundan və 2019-cu ildə ağacdan yıxılaraq onurğasından xəsarət aldığına görə belinin aşağı hissəsinə implant qoyulduğundan son vaxtlar işləməyə çətinlik çəkdiyi üçün Təqsirləndirilən şəxs təklifi onda da maraq oyatmış, Azada problemləri barədə danışaraq ona da əlilliyin düşüb-düşmədiyini, buna görə təqaüd ala biləcəyini soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, xəsarəti və xəstəliyi olduğu təqdirdə ona əlillik dərəcəsi və müvafiq təqaüd yazdırması heç bir çətinlik təşkil etmir, hətta təklif etmişdir ki, yaşlı valideynləri və ya qohum-əqrəbasında, dost-tanışlarında təqaüd istəyən hər hansı bir şəxs də varsa onlara da köməklik edə bilər. O da rayonda yaşayan yaşlı anası Zərqələmə də təqaüd düzəldə biləcəyini soruşduqda Azad heç bir problem olmadığını demiş, ondan telefon nömrəsini götürərək bildirmişdir ki, xəstəxanadan çıxıb işə başlayan kimi onun və anasının işləri ilə məşğul olacaq. Xəstəxanadan evə buraxıldıqdan bir müddət sonra Azad özü ona ***-***-**-** nömrəli telefondan zəng vuraraq tanışlıq vermiş və artıq işə çıxdığını bildirərək onların işini danışıb razılaşdırdığını demiş, tapşırmışdır ki, onların adlarını Nazirliyin elektron portalında qeydiyyata saldırmaq üçün hər birinə görə 366 manat məbləğində dövlət rüsumu ödəsinlər. O, razılaşaraq hansı banka gedib, hansı hesaba rüsum ödəməli olduğunu soruşduqda, Azad bildirmişdir ki, artıq əziyyət çəkib banka getməməsi və növbələrdə vaxt itirməməsi üçün həmin guya rüsum pullarını özünün ona «Watsap» tətbiqi vasitəsi ilə göndərdiyi, guya işlədiyi Nazirliyin Reyestr Xidmətinin rəisi Arzuman müəllim adlı şəxsin istifadəsində olan 4169 7388 7870 8068 nömrəli bank kartının hesabına köçürtsün. O, belə də etmiş, 2024-cü ilin avqust ayının təxminən əvvəllərində 366 manat məbləğində pul düzəldib bu barədə zəng vuraraq Azada məlumat vermiş və onun tapşırığı ilə həmin pulu yaşadığı ünvanın yaxınlığında yerləşən "xxxx" ASC-nin filialının qarşısında quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə Azadın ona bildirdiyi 4169 7388 7870 8068 nömrəli bank kartının hesabına köçürtmüş, təxminən 10 gün sonra, 2024-cü ilin avqust ayının təxminən ortalarında əlavə 366 manat məbləğində pulu da eyni yerdən eyni üsulla eyni kart hesabına köçürtmüşdür. Bundan sonra Azad telefon danışığı zamanı bildirmişdir ki, guya rüsumları artıq ödənilib və gün ərzində ona rəsmi bildiriş SMS-i gələcək, bildirişi aldıqdan sonra 21 avqust 2024-cü il tarixdə anası ilə birlikdə Nazirliyə onun qəbuluna getməlidirlər, guya özü sədrlik etdiyi komissiyadan onları keçirdəcək və bundan sonra artıq onların hər birinə ilkin olaraq aylıq 224 manat məbləğində təqaüd veriləcək, bir müddətdən sonra isə guya köməklik edərək təqaüdlərinin məbləğini yavaş-yavaş qaldıracaq. O da Azada inanıb yaşlı anasını da rayondan gətizdirərək Nazirliyə çağırılmalarını gözləməyə başlamış, lakin ona heç bir çağırış bildirişi gəlməmişdir. Bu barədə Azada bildirdikdə isə Azad onu aldatmışdır ki, guya komissiyadan keçmək üçün növbədə adamların sayı həddindən artıq çox olduğu üçün onların növbəsi hələ çatmayıb, təklif etmişdir ki, əgər növbələrini tezləşdirmək istəyirlərsə onlara «Watsap» tədbiqi vasitəsi ilə göndərdiyi digər bir kart hesabına əlavə 100 manat məbləğində də pul köçürtsün ki, guya həmin pulu növbəni yazan qızlara verməklə növbələrini irəli çəksin. O, yenə də Azada inanaraq 100 manat məbləğində pulu 2024-cü ilin avqust ayının təxminən sonlarında, yaşadığı ünvanın yaxınlığında yerləşən əvvəlki «Səhram», hazırki «Möcüzə» marketinin qarşısında quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə Azadın ona bildirdiyi Rəhman Yusifli adlı şəxsin adına olan 4169 7388 3447 3799 nömrəli bank kartının hesabına köçürtmüşdür. Bundan sonra da Azad heç bir vədini yerinə yetirməyərək yenə də müxtəlif bəhanələrlə vaxt uzatmağa başlamış, sonradan isə ümumiyyətlə telefonlarını bağlayaraq yoxa çıxmışdır. O, hələ də aldanmağına inana bilməyərək bir müddət Azaddan xəbər gözləmişdir ki, bəlkə zəng vurub onunla əlaqəyə çıxar, lakin Azaddan bir xəbər çıxmamışdır. Bu müddət ərzində özü də araşdırma apararaq müəyyən etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Təqsirləndirilən şəxs adlı vəzifəli şəxs işləmir və bundan sonra o, artıq tam əmin olmuşdur ki, Azad onu aldadıb, ona görə də barəsində rəsmi qaydada şikayət etmək qərarına gəlmiş və belə də etmişdir. İfadəsində göstərdiyi xüsusatların təsdiqi kimi, Təqsirləndirilən şəxsla aralarında baş tutmuş telefon danışıqlarını və yazışmalarını istintaq oraqına təqdim etmişdir. Ona dəymiş ziyan ödənilməmiş, ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs artıq 20 ildir ki, tanıyır, aralarında dostluq münasibətləri olub, 2024-cü ilin avqust ayında Azad ona bildirmişdir ki, guya onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Təyinat İdarəsinə rəis təyin ediblər, təklif etmişdir ki, qohum-əqrəbadan, dost-tanışdan kim istəyirsə ona müraciət edə bilər, işlədyi Nazirliklə bağlı nə problem varsa asanlıqla həll etmək iqtidarındadır. O da dost zənn etdiyi Azadın həqiqətən də vəzifəyə təyin olunmasına çox sevinmiş, hətta bu münasibətlə qonaqlıq da təşkil etmişdir. Dostunun vəzifəyə təyin olunması ilə bağlı öz sevinci ilə ailə üzvləri və dost-tanışları ilə bölüşmüş, onlar da onun sevincinə şərik çıxaraq hərəsi öz problemi ilə bağlı ona müraciət etməyə başlamışlar, o da onları birbaşa Azadla əlaqələndirirmiş ki, özləri öz işlərini danışsınlar. Bu minvalla Azad onun tanışı Zərərçəkmiş şəxs4 guya ona sosial mənzil verdirmək adı ilə aldadıb birbaşa özündən 3000 manat məbləğində, dostu Rəcəbə hərbi xidmətə çağırışdan möhlət verdirmək adı ilə şəxsən onun özündən 3000 manat məbləğində, qardaşı Abdulladan dostu Əbdülqadirə hərbi xidmətə getməməsi üçün əlillik dərəcəsi düzəltmək adı ilə 1600 manat məbləğində, tanışı Rövşəndən bacısına əlillik təqaüdü düzəltmək adı ilə 365 manat məbləğində, kafe işlədən tanışı İlqardan dayandırılmış təqaüdünün bərpa edilməsi adı ilə 450 manat məbləğində, atası Bahəddinin tanışlarından da eyni adla ümumilikdə 45000 manat məbləğində pulları istifadəsində olan bank kartlarının hesablarına köçürtdürməklə 2024-cü ilin sentyabr ayının əvvəllərindən sonunadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda ələ keçirmişdir. Şəxsən ona dostu Rəcəbə görə ümumilikdə 3000 manat məbləğində maddi ziyan dəymişdir. Pullarını ələ keçirdikdən sonra Azad qəfildən yoxa çıxmış, telefonlarını bağlayaraq qaçıb gizlənmişdir. Bundan sonra onlar artıq Azadın dələduz olmasına əmin olaraq barəsində şikayət etmək qərarına gəlmişlər və belə də etmişlər. Pul köçürmələrinə dair qəbzləri istintaqa təqdim etmişdir. Vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ümumi tanışları Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımışdır. Belə ki, 2024-cü ilin sentyabr ayının əvvəllərində aralarında baş tutan söhbət əsnasında İntiqam təsadüfən ona bildirmişdir ki, bir nəfər Təqsirləndirilən şəxs adlı dostu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifəyə təyin olunub. O da İntiqamdan xahiş etmişdir ki, həmin dostu vasitəsi ilə onun artıq uzun müddətdir ki, növbəsində dayandığı sosial mənzilin alınmasında ona köməklik göstərsin. Belə ki, özü X5 veteranıdır, həm də ki, 3-cü qrup əlildir, bununla bağlı dövlətimiz ona sosial mənzil vermək üçün adını qeydiyyata götürüb, lakin növbəsinin çatmasına hələ xeyli vaxt qalmışdır, İntiqamdan xahiş etmişdir ki, həmin Azad adlı dostu vasitəsi ilə onun mənzil növbəsini bir qədər yaxına çəksin. İntiqam da ona söz vermişdir ki, dostu ilə danışıb ona cavab deyər. Bir müddətdən sonra İntiqam ona bildirmişdir ki, dostu Azad ilə danışıb onun məsələsini razılaşdırıb, Azadın ***-***-**-** nömrəli telefon nömrəsini ona vermişdir ki, Azada özü zəng edərək işini danışsın. O, belə də etmiş, zəng vurub özü Araz Şahbazovla danışmış, Azad özü də telefon danışığı zamanı ona təsdiq etmişdir ki, guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Təyinat İdarəsinin rəisi vəzifəsinə təyin olunub, Nazirin köməkçisidir, həmin Nazirliklə bağlı olan istənilər problemi öz vəzifə səlahiyyətlərindən istifadə etməklə asanlıqla həll edə bilir. O da Azada inanaraq xahiş etmişdir ki, ona sosial mənzilin verilməsi məsələsinin həll olunmasında köməklik göstərsin. Araz da onu əmin etmişdir ki, heç bir problem yoxdur, onun işini qısa müddətdə həll edəcək. Bir neçə gün keçdikdən sonra Azad özü ona zəng vuraraq tapşırmışdır ki, guya mənzilinin tezliklə verilməsi üçün təcili 466 manat məbləğində dövlət rüsumu köçürməlidir, tapşırmışdır ki, həmin pulu ona fotoşəklini göndərdiyi bank kartı hesabına köçürtsün. O da həmin pulu toplayıb zəng vuraraq bu barədə Azada məlumat vermiş və xx.xx.2024-cü il tarixdə saat 20:07-də 466 manat məbləğində pulu yaşadığı evin yaxınlığında, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən «Araz» marketinin içərisində quraşdırılmış 54020 nömrəli elektron ödəmə terminalı vasitəsi ilə Azadın ona fotoşəklini göndərdiyi, Rəhman Yusifbəyli adlı şəxsin adına olan, "xxxx" ASC-yə aid bank kartının hesabına göndərmişdir. Bundan təxminən bir saat sonra Azad ona zəng vuraraq əlavə 1100 manat məbləğində də pul istəmişdir ki, guya həmin mənzilin tez verilməsi üçün oradakı vəzifəli şəxslərdən hansınasa çatdırmalıdır. O, yenə də Azada inanaraq elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 21:21-də eyni yerdən, eyni elektron ödəmə terminalı vasitəsi ilə Rəhman Yusifbəyli adlı şəxsin adına olan, "xxxx" ASC-yə eyni bank kartının hesabına əlavə 1100 manat məbləğində də pul göndərmişdir. Sabahısı gün Azad ona zəng vuraraq aldatmışdır ki, lazımi adamlara çatdırmaq üçün əlavə 1000 manat məbləğində də pul verməlidir ki, guya ona Hövsan qəsəbəsi ərazisindən veriləcək mənzili Bayıl qəsəbəsindəki binalardakı mənzil ilə dəyişdirsin. O, yenə də Azada inanaraq yenə də eyni yerdən, eyni terminal vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 19:52-də 416973******3366 nömrəli, "xxxx" ASCyə aid digər bir kart hesabına 1000 manat məbləğində də pul köçürtmüş. Sabahısı gün, yəni xx.xx.2024-cü il tarixdə Azad yenidən ona zəng vuraraq bildirmişdir ki, guya ona veriləcək mənzilin mərtəbəsini istədiyi 4-cü mərtəbəyə dəyişmək üçün əlavə 300 manat məbləğində də pul lazımdır. O, yenə də Azada inanaraq 300 manat məbləğində pul tapıb xx.xx.2024- cü il tarixdə saat 18:39-da yenə də eyni yerdən, eyni terminal vasitəsi ilə Azadın ona şəklini göndərdiyi 416973******3366 nömrəli, "xxxx" ASC-yə aid bank kartı hesabına göndərmişdir. xx.xx.2024-cü il tarixdə isə Azad ona zəng vuraraq bildirmişdir ki, guya artıq bütün məsələləri həll edib, guya ona Bayıl qəsəbəsi ərazisindəki sosial evlərdən 4-cü mərtəbədə 4 otaqlı mənzili artıq onun adına qeydə alınıb, tapşırmışdır ki, guya onu və əşyalarını həmin yeni mənzilə köçürmək üçün gələcək yük avtomobilinə və fəhlələrə verilməsi üçün ona əlavə 50 manat məbləğində də pul göndərsin. O, yenə də Azada inanaraq 50 manat məbləğində pulu xx.xx.2024-cü il tarixdə saat 19:36-da yenə də eyni yerdən, eyni elektron ödəmə terminalı vasitəsi ilə Azadın ona şəklini göndərdiyi hazırda nömrəsi yadında qalmayan, "xxxx" ASC-yə aid digər bank kartı hesabına göndərmişdir. Bundan sonra Azad bir müddət müxtəlif bəhanələr gətirməklə vaxt uzatmağa başlamış, sonra isə ümumiyyətlə telefonlarını bağlayaraq onlarla ünsiyyətdən qaçmağa başlamış və o, artıq Azadı tapa bilməmişdir. Bu barədə onları tanış edən İntiqama öz iradını bildirdikdə isə məlum olmuşdur ki, Azad İntiqam özünü də, ailə üzvlərini də eyni üsulla aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirib. Bundan sonra onlar artıq Azadın dələduz olmasına əmin olaraq barəsində şikayət etmək qərarına gəlmişlər və belə də etmişlər. Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı nəticəsində ona ümumilikdə 2916 manat məbləğində maddi ziyan dəymişdir, ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs X9 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, məhkəməni onun iştirakı olmadan keçirilməsini xahiş edir, istintaq zamanı verdiyi ifadəni təsdiq edir, təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir.İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X9 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Balakən rayonu Gərəkli kəndində ailəsi ilə birlikdə yaşayır, evdar qadındır. Qızı Şahid2 Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşayır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən Neyrocərrahiyyə Xəstəxanasında bel yırtığından əməliyyat olunmuşdur. Əməliyyatdan sonra 10 gün ərzində həmin Xəstəxanada stasionar müalicədə olmuşdur. Xəstəxanada olduğu müddətdə qonşu palatada bel yırtığından əməliyyat olunmuş Kəlbəcər rayon sakini Təqsirləndirilən şəxs müalicə almışdır. Həmin günlərdə Təqsirləndirilən şəxs palatalarına meyvə gətirib onunla tanışlıq etmişdir. Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlər Məhkəməsində işlədiyini, həmin vaxtı isə sosial fondun rəisi olduğunu, sosial pensiyalara baxdığını və rayonlara komissiyanın sədri kimi göndərildiyini bildirmişdir. O, əməliyyat olunduqdan sonra Azad yenidən palatasına meyvə gətirib gəldikdə söhbət əsnasında o, Azada qızı Günəşə Abşeronda ev almaq istədiyini, lakin hələ imkanı çatmadığını bildirdikdə Azad ona bir neçə adama sosial ev almaq üçün köməklik etdiyini bildirmiş və ona da qızı üçün sosial ev almaqda köməkliyini təklif etmiş və 1500-2000 manata qızına sosial ev düzəldəcəyini bildirmişdir. Hətta o, evin belə ucuz alınacağına təəccübləndikdə Azad “sənin nəyinə lazımdır” da demişdir. 2024-cü ilin iyun ayının axırında, tarixini xatırlamadığı gün elə müalicə olunduğu xəstəxanada Təqsirləndirilən şəxs palata yoldaşı Gülnarənin yanında 500 manat məbləğində pul vermişdir. Azad təcili pul verilməli olduğunu dedikdə Azadı həyat yoldaşı Mollaəli ilə telefonda danışdırmış və Mollaəli Azadın “Watsap” tətbiqi vasitəsi ilə şəklini çəkib göndərdiyi **********535829 nömrəli bank kartının hesabına 21 iyun 2025-ci il tarixdə Balakən şəhərindən ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat məbləğində pul köçürmüşdür. 23 iyun 2024-cü il tarixdə Azadın onlara sürücüsü Arzumanın bank hesabı kimi təqdim etdiyi 416973******8068 nömrəli plastik bank kartının hesabına Abşeron rayon Masazır qəsəbəsində yerləşən ödəmə terminalı vasitəsi ilə qızı Günəş 400 manat pul köçürmüşdür. Azad zəng edərək əlavə də 1500 manat məbləğində pul lazım olduğunu bildirdiyinə görə Azadın onlara verdiyi 416973******8068 nömrəli bank kartının hesabına 03 iyul 2024-cü il tarixdə Balakən şəhərindən ödəmə terminalı vasitəsi ilə 1500 manat da pul köçürmüşlər. Get-gedə Azad pulun məbləğini artırmış, Azad da hər dəfə bir bəhanə gətirmişdir. 2024-cü ilin iyul ayının ortalarında dəqiq tarixini xatırlamadığı vaxtda Azadın verdiyi 416973******8068 nömrəli bank hesabına Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ödəmə terminalları vasitəsi ilə qızı Günəş 500 manat da pul köçürmüşdür. 2024cü ilin iyul ayında dəqiq tarixini xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs Balakən rayonuna gəldikdə yaşadıqları evin həyətində o, həyat yoldaşı Mollaəlinin və qızı Günəşin iştirakları ilə Təqsirləndirilən şəxs 1500 manat məbləğində pulu əlbəəl vermişdir. 400 manat məbləğində əlavə pulu 03 avqust 2024-cü il tarixdə Azadın verdiyi 416973******8068 nömrəli bank hesabına Balakən şəhərindən ödəmə terminalı vasitəsi ilə köçürmüşlər. 2 gün sonra, yəni 05 avqust 2024-cü il tarixdə 500 manat məbləğində pulu Azadın verdiyi 416973******8068 nömrəli bank hesabına Balakən şəhərindən ödəmə terminalı vasitəsi ilə köçürmüşlər. 2024-cü ilin avqust ayında, tarixini dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs Balakən rayonuna, onların yaşadığı evə gəlmiş, həmin vaxt o, həyat yoldaşının və qızı Günəşin iştirakı ilə Təqsirləndirilən şəxs əlbəəl 2900 manat məbləğində də pul vermişlər. Günəşin həm elektron ödəmə terminalları vasitəsi ilə Azadın verdiyi bank kartlarının hesablarına köçürdüyü, həm də əlbəəl yaşadıqları ünvanda Azada verdiyi pulllar ona məxsus olan pullar olmuşdur. 2024-cü ilin iyul ayında Balakənə gəldikdə Təqsirləndirilən şəxs özünü Balakən, Zaqatala, Qax, Şəki rayonlarının sosial komissiyasının sədri kimi komissiya keçirməyə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs qızı Günəşə Abşeron rayonunda sosial ev almaq üçün ümumilikdə 9200 (doqquz min iki yüz) manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs həmin evi göstərəcəyini bildirərək onları komissiya sədri kimi işinin olduğunu, vaxtının olmadığını deyərək aldadaraq pullarını ələ keçirib və artıq bir neçə aydır ki, ümumiyyətlə onlarla əlaqəyə girmir. xx.xx.2024-cü il tarixdə 1000 manat pulu, xx.xx.2024-cü il tarixdə 1500 manat pulu, xx.xx.2024-cü il tarixdə 400 manat pulu, xx.xx.2024-cü il tarixdə 500 manat pulu Təqsirləndirilən şəxs göndərdiyi bank kartlarının hesablarına köçürmələri barədə qəbzlərin fotoşəkillərini təqdim edə bilmiş, digər qəbzləri isə itirdiklərinə görə təqdim edə bilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan, onunla əlaqə saxladıqları ***-***-**-** mobil telefon nömrəsinin onun telefonunun yaddaşında “Azad Qardaş” adı altında əlaqə nömrələrinin olduğunu özündə əks etdirən, Təqsirləndirilən şəxs onlara göndərdiyi, guya qızına sosial ev almaq üçün Ədliyyə Nazirliyinin əməkdaşı ilə əlaqə saxladığını özündə əks etdirən “Watsap” yazışmalarının əks olunduğu fotoşəkilləri, həyat yoldaşı Mollaəlinin Təqsirləndirilən şəxs 1000 manat pulu göndərməzdən əvvəl bu barədə Azadla yazışmaların əks olunduğu “Watsap” tətbiqinin skrinşot-şəklini, Təqsirləndirilən şəxs göndərdiyi plastik bank kartının 4169 7388 3453 5829 nömrəsi qeyd olunmuş fotoşəklini də istintaqa təqdim etmişdir(cild 1, i.v.36-39): Məhkəmə istintaqı zamanı Şahid2 Mollaləli qızı ifadəsində göstərdi ki, X9 onun anasıdır. Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşayır. Anası 2024-cü ilin iyun ayının 14-də Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən neyrocərrahiyyə xəstəxanasında bel yırtığından əməliyyat olunmuşdur. Əməliyyatdan sonra 10 gün ərzində həmin xəstəxanada stasionar müalicədə olmuşdur. Xəstəxanada olduğu müddətdə qonşu palatada bel yırtığından əməliyyat olunmuş Kəlbəcər rayon sakini Təqsirləndirilən şəxs da olmuşdur. Həmin günlərdə Təqsirləndirilən şəxs anasının palatasına meyvə gətirib gəldiyinə görə onunla tanışlıqları yaranmışdır. Təqsirləndirilən şəxs anasına əvvəllər Ağır Cinayətlər Məhkəməsində işlədiyini, həmin vaxtı isə sosial fondun rəisi olduğunu, sosial pensiyalara baxdığını və rayonlara komissiyanın sədri kimi göndərildiyini bildirmişdir. Sonradan Azad yenidən palataya meyvə gətirib gəldikdə söhbət əsnasında anası Azada ona Abşeronda ev almaq istədiklərini, lakin hələ ala bilmədiklərini bildirdikdə Azad bir neçə adama sosial ev almaq üçün kömək etdiyini bildirmiş və Günəşə sosial ev almaq üçün köməklik təklif etmişdir. 1500 -2000 manata Günəşə sosial ev düzəldəcəyini bildirmişdir. 2024-cü ilin iyun ayının axırında müalicə olunduğu xəstəxanada anası Təqsirləndirilən şəxs ilkin olaraq 500 manat pul vermişdir. Azad anasına təcili həmin işə görə yenə pul verilməli olduğunu dedikdə anası atasını telefonda Azadla danışdırmış və Azadın onun telefonuna şəklini çəkib göndərdiyi **********535829 nömrəli plastik bank kartının hesabına 21 iyun 2025-ci il tarixdə Balakən şəhərindən ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat pul köçürmüşdür. 23 iyun 2024-cü il tarixdə Azadın onlara sürücüsü olduğunu bildirdiyi Arzumanın bank hesabı kimi təqdim etdiyi 416973******8068 hesabına Abşeron rayon Masazır qəsəbəsində yerləşən ödəmə terminalı vasitəsi ilə o, 400 manat pul köçürmüşdür. Azad zəng edərək əlavə də 1500 manat pul lazım olduğunu bildirdiyinə görə Azadın onlara verdiyi 416973******8068 nömrəli bank hesabına 03 iyul 2024-cü il tarixdə Balakən şəhərindən ödəmə terminalı vasitəsi ilə 1500 manat pul köçürmüşlər. Get-gedə məbləğ artırmış, Azad da hər dəfə bir bəhanə gətirmişdir. 2024-cü ilin iyul ayının ortalarında dəqiq tarixini bilmədiyi vaxtda Azadın verdiyi 416973******8068 nömrəli bank hesabına Abşeron rayon Masazır qəsəbəsində yerləşən ödəmə terminalları vasitəsi ilə o, yenədə 500 manat pul köçürmüşdür. 2024-cü ilin iyul ayında dəqiq tarixini xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs Balakən rayonuna gəldikdə yaşadıqları evin həyətində anası Xacay və atası Mollaəli ilə birlikdə Təqsirləndirilən şəxs 1500 manat pulu əlbəəl vermişlər. 400 manat pulu 03 avqust 2024-cü il tarixdə Azadın verdiyi 416973******8068 nömrəli bank hesabına Balakən şəhərindən ödəmə terminalı vasitəsi ilə köçürmüşlər. 2 gün sonra, yəni 05 avqust 2024-cü il tarixdə 500 manat pulu da Azadın verdiyi 416973******8068 nömrəli bank hesabına Balakən şəhərindən ödəmə terminalı vasitəsi ilə köçürmüşlər. 2024-cü ilin avqust ayında, tarixini xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs Balakən rayonuna yaşadıqları evə gəlmiş, həmin vaxtı anası və atası onunla birlikdə Təqsirləndirilən şəxs əlbəəl 2900 manat pul vermişlər. Onun həm terminal vasitəsi ilə Azadın hesabına köçürdüyü, həm də əlbəəl yaşadıqları ünvanda ona verdiyi pul ata və anasına məxsus pul olmuşdur. 2024-cü ilin iyul ayında Balakənə gəldikdə Təqsirləndirilən şəxs özünü Balakən, Zaqatala, Qax, Şəki rayonlarının sosial komissiyasının sədri kimi komissiya keçirməyə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona Abşeron rayonunda sosial ev almaq üçün ümumilikdə 9200 (doqquz min iki yüz) manat pul vermişlər. Təqsirləndirilən şəxs həmin evi göstərəcəyini bildirərək onlara komissiya sədri kimi işinin olduğunu, vaxtının olmadığını deyərək aldadaraq pullarını ələ keçirib və artıq bir neçə aydır ki, ümumiyyətlə onlarla əlaqəyə girmir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində zərərçəkmiş şəxs X4 və Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(cild 1, i.v.40-42). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Könüllü təqdim edilən əşyaların götürülməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X2 ifadəsində göstərdiyi xüsusatların təsdiqi kimi sonuncunun özü və ailə üzvlərinin Təqsirləndirilən şəxs istifadəsində olmuş bank kartlarının hesablarına xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində pullarının köçürmələrinə dair 04 ədəd elektron qəbzlərin kserosurəti, Təqsirləndirilən şəxs istifadəsində olan, onunla əlaqə saxladıqları ***-***-**-** mobil telefon nömrəsinin “Azad Qardaş” adı altında əlaqə nömrələrində olduğunu özündə əks etdirən 01 ədəd fotoşəkli, Təqsirləndirilən şəxs onlara göndərdiyi, guya Ədliyyə Nazirliyinin əməkdaşı ilə əlaqə saxladığını özündə əks etdirən yazıların olduğu fotoşəkil, əri Mollaəlinin Təqsirləndirilən şəxs 1000 manat məbləğində pulu göndərməzdən əvvəl bu barədə yazışmaların əks oldunduğu “Watsapp” tətbiqinin skrinşot şəkli, Təqsirləndirilən şəxs göndərdiyi 4169 7388 3453 5829 bank hesabının fotoşəkli götürülərək cinayət işi materiallarına əlavə edilmişdir(cild 1, i.v.11-21); 22 aprel 2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, X2 ifadəsinin təsdiqi kimi götürülmüş 04 ədəd elektron qəbzlərin surəti və 04 ədəd fotoşəkillər cinayət işi üzrə maddi sübut qismində tanınmışdır(cild 1, i.v.94); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyli küçəsində fəaliyyət göstərən “Səhram” marketin qarşısınaZərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir(cild 2, i.v.20-22); CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 01 ədəd CD-yə köçürülməklə ifadəsinə əlavə edilmiş, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə aralarında «WhatsApp» ani mesajlaşma proqramı üzərindən aparılmış telefon yazışmalarına və səsyazmalara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, CD-yə köçürülmüş, «WhatsApp» ani mesajlaşma proqramı üzərindən aparılmış 11 ədəd səsyazma və 08 ədəd yazışmada Zərərçəkmiş şəxs1 işi ilə bağlı təfərrüatları Təqsirləndirilən şəxs dəqiqləşdirməsi, sonuncunun isə ona **********708068 nömrəli bank kartının hesabını göndərərək pulları həmin hesaba göndərməyi tapşırması, daha sonra müxtəlif bəhanələrlə vaxt uzatmağa başlaması, qısa müddət ərzində onu sədri olduğu komissiyanın yoxlamasından keçirərək Rəvanə və anasına pensiya düzəldəcəyini, ilkin olaraq pensiyalarının məbləğinin 224 manat olacağını, sonra isə tədricən məbləği artıracağını bildirməsi əks olunur(cild 2, i.v.58); Maddi sübut kimi tanıma haqqında 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 01 ədəd CD-yə köçürülməklə ifadəsinə əlavə edilmiş, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə aralarında «WhatsApp» ani mesajlaşma proqramı üzərindən aparılmış 08 ədəd telefon yazışmaları və 11 ədəd səsyazmaları cinayət işi üzrə maddi sübut kimi tanınmış, maddi sübutların əks olunduğu 01 ədəd CD-i disk cinayət işinin materiallarına əlavə olunmuşdur(cild 2, i.v.59-67); Ödəmə qəbzinə və telefon yazışmalarına baxış keçirilməsi haqqında 10 fevral 2025ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən 05 ədəd «A4» formatlı vərəqdə çap edilməklə ifadəsinə əlavə edilmiş, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan bank kartının hesabına telefonundakı mobil bank tədbiqi vasitəsi ilə pul köçürməsinə dair ödəmə qəbzinə və bundan bir müddət sonra xx.xx.2024-cü il tarixdə aralarında «WhatsApp» ani mesajlaşma proqramı üzərindən aparılmış telefon yazışmalarına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd «A4» formatlı vərəqdə çap edilmiş 1-64502668 nömrəli qəbzdə xx.xx.2024-cü il tarixdə saat 18:49-da Zərərçəkmiş şəxs3 istifadəsində olan 523915******8625 nömrəli bank kartının hesabından Təqsirləndirilən şəxs istifadəsində olmuş, CE*******N******* adlı abunəçinin adına olan 416973******3366 nömrəli bank kartının hesabına 2000 manat məbləğində pulun köçürülməsi əks olunub. Həmçinin, 04 ədəd «A4» formatlı vərəqdə çap edilmiş, xx.xx.2024-cü il tarixə qeydə alınmış, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs aralarında «WhatsApp» ani mesajlaşma proqramı üzərindən aparılmış telefon yazışmalarında Zərərçəkmiş şəxs3 aldadıldığı üçün Təqsirləndirilən şəxs irad bildirməsi, sonuncunu isə qısa müddətə pulları qaytaracağına dair vədlər verməsi məzmununda bir birinə yazdıqları mesajlar əks olunur(cild 2, i.v.76-81); Maddi sübut kimi tanıma haqqında 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən 05 ədəd «A4» formatlı vərəqdə çap edilməklə ifadəsinə əlavə edilmiş, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan bank kartının hesabına telefonundakı mobil bank tədbiqi vasitəsi ilə pul köçürməsinə dair ödəmə qəbzi və xx.xx.2024-cü il tarixdə aralarında «WhatsApp» ani mesajlaşma proqramı üzərindən aparılmış telefon yazışmaları cinayət işi üzrə maddi sübut kimi tanınmış, 05 ədəd formatlı vərəqlərin cinayət işinin materiallarında saxlanması qərara alınmışdır(cild 2, i.v.82); Ödəmə qəbzinə baxış keçirilməsi haqqında 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən 01 ədəd «A4» formatlı vərəqdə çap edilməklə ifadəsinə əlavə edilmiş, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan bank kartlarının hesabına «MilliÖN» elektron ödəmə sistemi vasitəsi ilə pul köçürməsinə dair 05 ədəd ödəmə qəbzlərinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd «A4» formatlı vərəqdə çap edilmiş «MilliÖN» elektron ödəmə sisteminə aid qəbzlərdə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi M.Hadi küçəsində yerləşən «Araz» marketində quraşdırılmış 54020 nömrəli elektron ödəmə terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 20:07-də Təqsirləndirilən şəxs istifadəsində olmuş, Y*****R*****Y*****oğlu adlı abunəçinin adına olan, "xxxx" ASC-yə aid 416973******3799 nömrəli bank kartının hesabına 466 manat; xx.xx.2024-cü il tarixdə saat 21:21-də Təqsirləndirilən şəxs istifadəsində olmuş, Y*****R*****Y*****oğlu adlı abunəçinin adına olan, "xxxx" ASC-yə aid 416973******3799 nömrəli bank kartının hesabına 1100 manat; xx.xx.2024-cü il tarixdə saat 19:52-də Təqsirləndirilən şəxs istifadəsində olmuş, N*****C*****E*****oğlu adlı abunəçinin adına olan, "xxxx" ASC-yə aid 416973******3366 nömrəli bank kartının hesabına 1000 manat; xx.xx.2024-cü il tarixdə saat 18:39-da Təqsirləndirilən şəxs istifadəsində olmuş, N*****C*****E***** oğlu adlı abunəçinin adına olan, "xxxx" ASC-yə aid 416973******3366 nömrəli bank kartının hesabına 300 manat; xx.xx.2024-cü il tarixdə saat 19:16-da Təqsirləndirilən şəxs istifadəsində olmuş, AS**CA********SA****oğlu adlı abunəçinin adına olan, "xxxx" ASC-yə aid nömrəsi qeyd olunmayan bank kartının hesabına 50 manat məbləğində pulların köçürülməsi əks olunub(cild 2, i.v.94); Maddi sübut kimi tanıma haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən 01 ədəd «A4» formatlı vərəqdə çap edilməklə ifadəsinə əlavə edilmiş, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan bank kartlarının hesabına «MilliÖN» elektron ödəmə sistemi vasitəsi ilə pul köçürməsinə dair 05 ədəd ödəmə qəbzi cinayət işi üzrə maddi sübut kimi tanınmış, 05 ədəd ödəmə qəbzlərinin əks olunduğu 01 ədəd «A4» formatlı vərəqin cinayət işinin materiallarında saxlanması qərara alınmışdır(cild 2, i.v.95); Ödəmə qəbzinə baxış keçirilməsi haqqında 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən 01 ədəd «A4» formatlı vərəqdə çap edilməklə ifadəsinə əlavə edilmiş, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan bank kartının hesabına mobil bank tədbiqi vasitəsi ilə pul köçürməsinə dair 01 ədəd ödəmə qəbzinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd «A4» formatlı vərəqdə çap edilmiş «Leobank» mobil bank tədbiqinə aid qəbzdə Zərərçəkmiş şəxs5 AZ86UBAZ**********1010AZN001 nömrəli hesabından Təqsirləndirilən şəxs istifadəsində olmuş, "xxxx" ASC-yə aid 523915****6852 nömrəli bank kartının hesabına xx.xx.2024-cü il tarixdə saat 18:05-də 800 manat məbləğində pul köçürməsi əks olunub(cild 2, i.v.107); Maddi sübut kimi tanıma haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən 01 ədəd «A4» formatlı vərəqdə çap edilməklə ifadəsinə əlavə edilmiş, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan bank kartının hesabına mobil bank tədbiqi vasitəsi ilə pul köçürməsinə dair 01 ədəd ödəmə qəbzi maddi sübut kimi tanınmış, 01 ədəd ödəmə qəbzinin ks olunduğu 01 ədəd “A4” formatlı vərəqin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(cild 2, i.v.108); Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 06:00 radələrində Gəncə şəhəri ərazisində saxlanılmışdır(cild 2, i.v.114); xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(cild 2, i.v.131-134); xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(cild 2, i.v.135-137); xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(cild 2, i.v.138-139); xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(cild 2, i.v.140-143); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-107/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05 mart 2025-ci il tarixdən hesblanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.176- 182); xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(cild 2, i.v.195-198); Ödəmə qəbzinə baxış keçirilməsi haqqında 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən 02 ədəd «A4» formatlı vərəqdə çap edilməklə ifadəsinə əlavə edilmiş, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan bank kartlarının hesabına «MilliÖN» elektron ödəmə sistemi vasitəsi ilə pul köçürməsinə dair 02 ədəd ödəmə qəbzlərinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, qəbzlərdə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Mehdiabad-Pirşağı Yolunda quraşdırılmış 00009 və 53374 nömrəli elektron ödəmə terminalları vasitəsi ilə 2024-cü ilin sentyabr ayının dəqiq günü qəbzdə əks olunmayan tarixdə saat 17:59-da Təqsirləndirilən şəxs istifadəsində olmuş, M*****R*****fE***** oğlu adlı abunəçinin adına olan, "xxxx" ASC-yə aid 523915******9120 nömrəli bank kartının hesabına 467 manat; xx.xx.2024-cü il tarixdə saat 17:34-də Təqsirləndirilən şəxs istifadəsində olmuş, y*****R*****y***** oğlu adlı abunəçinin adına olan, "xxxx" ASC-yə aid 416973******3799 nömrəli bank kartının hesabına 334 manat məbləğində pulların köçürülməsi əks olunub(cild 2, i.v.199); Maddi sübut kimi tanıma haqqında 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən 02 ədəd «A4» formatlı vərəqdə çap edilməklə ifadəsinə əlavə edilmiş, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan bank kartlarının hesabına «MilliÖN» elektron ödəmə sistemi vasitəsi ilə pul köçürməsinə dair 02 ədəd ödəmə qəbzləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(cild 2, i.v.200); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-192/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 07 iyun 2025-ci il tarixə kimi uzadılmışdır(cild 2, i.v.210-217); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 178.1-ci maddəsi ilə olan cinayət işinə xx.xx.2024-cü il tarixdə CPM-nin 40.3-cü maddəsi ilə, CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam edilmişdir(cild 2, i.v.218); Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM- 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəzaların Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən əsasən onun törətmiş olduğu cinayətin çox epizodlu olmasını və vurulmuş ziyandan heç bir ödəniş etməməsini nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 05 mart 2025-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübutlar- cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar- zərərçəkmiş şəxs X2 götürülmüş 04 ədəd elektron qəbzlərin surətləri və 04 ədəd fotoşəkillər, Zərərçəkmiş şəxs1 təqdim etdiyi «WhatsApp» ani mesajlaşma proqramı üzərindən aparılmış 08 ədəd telefon yazışmaları və 11 ədəd səsyazmaları əks olunan 01 ədəd CD disk, Zərərçəkmiş şəxs3 təqdim etdiyi ödəmə qəbzi və «WhatsApp» ani mesajlaşma proqramı üzərindən aparılmış telefon yazışmaları əks olunan 05 ədəd «A4» formatlı vərəqlər, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 05 ədəd ödəmə qəbzləri əks olunan 01 ədəd «A4» formatlı vərəq, zərərçəkmiş şəxs X1 təqdim etdiyi 01 ədəd ödəmə qəbzi əks olunan 01 ədəd «A4» formatlı vərəq, Zərərçəkmiş şəxs6 tədim etdiyi 02 ədəd ödəmə qəbzləri əks olunan 02 ədəd «A4» formatlı vərəqlərin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar